Press "Enter" to skip to content

Qza-xilasetm işlrind xüsusi texniki vasitlr-növlri istifad qaydalari

Kiçik məktəblinin təfəkküründə eyni zamanda köhnə və yeni məzmun, köhnə və yeni formalar mövcuddur. Təlimin texniki vasitələrdən istifadə etməklə vəzifəsi – yeni məzmun vasitəsilə təfəkkürün yeni formalarını əmələ gətirməkdən ibarətdir.

Hündürlükdə iş zamanı texniki təhlükəsizlik QAYDALARI açıqlandı

Bu Qaydaların tələbləri hündürlükdə görülən bütün işlərə, bu işləri həyata keçirən işçilərə, həmçinin həmin işçilərlə əmək münasibətlərinə girmiş təşkilat-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və fiziki şəxslərə şamil edilir.

Hündürlükdə görülən işlərə işçinin 1,8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu, işçinin üfüqi səthə nisbətən mailliyi 75 dərəcədən çox olan nərdivanla (pilləkənlə) 5 m-dən çox hündürlüyə qalxması və ya hündürlükdən enməsi zamanı görülən, hündürlüyü 1,8 m-dən çox olan hasarlanmamış yerdən 2 m-ə yaxın məsafədə yerləşən, eləcə də qoruyucu hasarının hündürlüyü 1,1 m-dən kiçik olan meydançalarda görülən, su səthinin, çıxıntılı əşyaların, maşın və ya mexanizmlərin üzərində yerinə yetirilməsi zamanı, işçinin 1,8 m-dən az hündürlükdən düşməsi mümkünlüyü ilə əlaqədar olan risklərin mövcud olduğu işlər aiddir. İstehsal şəraitindən asılı olaraq hündürlükdə görülən işlər ayaqaltı vasitələrindən (məsələn, ayaqaltılar, üzərində işləmək üçün körpülər, teleskopik qüllələr, inşaat nənniləri, nərdivanlar və s.) istifadə olunmaqla hündürlükdə görülən işlər, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu hasara alınmış meydançalarda yerinə yetirilən, 5 m və daha çox hündürlükdə ayaqaltı vasitələri olmadan, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə bölünür. Hündürlükdə işlərin yerinə yetirilməsinə 18 yaşına çatmış şəxslər buraxılırlar. Hündürlükdə işləri yerinə yetirən işçilər icbari ilkin (işə qəbul edilərkən) və vaxtaşırı tibbi müayinədən keçməlidirlər. Hündürə qalxmaqla yerinə yetirilən işlərə cəlb olunan işçilərlə əmək müqaviləsi bağlanılarkən tibbi arayış tələb olunmalıdır. Hündürlükdə işləyən işçilər yerinə yetirdikləri işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmalıdırlar. İşçilər əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlandırıldıqdan, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinin öyrənilməsi və biliklərinin yoxlanılmasından və hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları və üsulları öyrədildikdən sonra hündürlükdə işlərə buraxılırlar. Ayaqaltı vasitələri tətbiq olunmaqla, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu hasarlı meydançalarda işləri yerinə yetirən, hündürlükdə işlərin təhlükəsiz görülməsi üzrə tələbləri mənimsəmiş, bu sahədə bilik və vərdişlərin yoxlanılmasından müvəffəqiyyətlə keçmiş işçilərə hündürlükdə işləməyə buraxılmaq üçün vəsiqə verilir. Ayaqaltı vasitələrindən istifadə olunmadan, 5 m və daha çox hündürlükdə görülən işlərə, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlərə buraxılan işçilərə işəgötürən tərəfindən bu Qaydalarda müəyyən edilmiş formaya uyğun tərtib edilmiş, işləməyə icazə verən naryad-buraxılış vərəqi verilir.

Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının dövri surətdə öyrədilməsi imtahanla yekunlaşır. İmtahan hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının öyrədilməsini həyata keçirən təşkilat rəhbərinin əmri ilə yaradılan attestasiya komissiyaları tərəfindən keçirilir. Attestasiya komissiyalarının tərkibi müvafiq hazırlıq və attestasiya keçmiş müəllimlərdən və mütəxəssislərdən təşkil edilir. İmtahandan müvəffəqiyyətlə keçən işçilərə hündürlükdə işlərin yerinə yetirilməsinə buraxılış vəsiqəsi verilir. Kanatla çıxış sistemləri tətbiq olunmaqla hündürlükdə işləri yerinə yetirən işçilərə əlavə olaraq hündürlükdə işlərin şəxsi uçot kitabçası verilir. Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının öyrədilməsi başa çatdıqdan sonra işəgötürən işçilərin təcrübə keçməsini təmin edir. Təcrübə müddəti onun məzmunundan asılı olaraq işəgötürən (onun müvəkkil etdiyi şəxs) tərəfindən müəyyən edilir və iki iş günündən (növbəsindən) az olmayaraq müəyyən edilir. Hündürlükdə işlərin təhlükəsiz metod və üsulları üzrə biliklərin yoxlanması ildə 1 dəfədən az olmayaraq keçirilir.

Açıq yerlərdə hava axınının (küləyin) sürəti 15 m/san və daha çox olduqda, iş cəbhəsi hüdudlarında görünməni istisna edən tufan və ya duman olduğu halda, eləcə də konstruksiyalar buz bağladıqda və avadanlığın, mühəndis konstruksiyalarının xətlərində (o cümlədən elektrikötürücü xətlərin dayaqlarında), ağaclarda buz təbəqəsinin qalınlığı artdıqda, konstruksiyaların küləktutan səthlərinin quraşdırılması (sökülməsi) zamanı küləyin sürəti 10 m/san və daha çox olduqda hündürlükdə işlərin yerinə yetirilməsinə icazə verilmir. (apa)

Əvvəlki xəbər

Azərbaycanlı hakim UEFA-dan təyinat aldı

Qza-xilasetm işlrind xüsusi texniki vasitlr-növlri istifad qaydalari

Müasir elmi-texniki inkişaf öz təsirini təlim prosesində də göstərir. Məktəbdə fənlərin tədrisində materialın həcmi və məzmunu artdıqca, təlim prosesinə yeni tələbələrin tətbiqini də vacib məsələ halına gətirir. Ona görə də, sürətlə inkişaf edən elmlərin əsasını şagirdlərə köhnə tədris metodları ilə mənimsətmək mümkün olmama vəziyyətinə gəlir. Bu baxımdan tədris metodlarını təkmilləşdirməklə bərabər, elmin sürətli inkişafı ilə uyğunlaşan yeni metodların istifadəsinə zəmin yaranır. Yeni metodların yaradılması və təkmilləşdirilməsi öyrədənlə öyrənən arasındakı təlim vasitələri arsenalının genişləndirilməsi, təlimin texniki vasitələrinin tədris prosesində tətbiqi ilə əlaqəsini təmin etmiş olur. Təlimin texniki vasitələri dedikdə, şagirdlərə verilən bilikləri məqsədəuyğun formada mənimsəməsi, bacarıqların müasir tələblər səviyyəsində formalaşması, biliklərin əsaslı şəkildə möhkəmləndirilməsi və tədris prosesinin effektivliyini artıran bütün texniki vasitələr nəzərdə tutulur. Təlimin müasir texniki vasitələri istifadə baxımından çox müxtəlif olmaqla, faydalılığına görə bir-birindən fərqlənir, çünki bu vasitələr ayrılıqda müxtəlif funksiyaları icra edir. Dərs prosesində müəllimin ixtiyarına verilən bu vasitələr şagirdlərin anlama və qavrama prosesinə təsir göstərir. Təcrübə göstərir ki, təlimin texniki vasitələrinin tədris prosesinə səmərəli tətbiqini təmin etmək üçün həmin vasitələrin spesifik xüsusiyyətlərinə əsaslanan bir sıra ciddi pedaqoji problemləri həll etmək vacibdir. Bu problemlər həmin vasitələrin məzmun və texniki tərəfi, dərs prosesində təsir edə biləcək effekt, digər əyani vasitələrlə uzlaşması, onları birgə tətbiqi və istifadə metodları, müəllimin statusu məsələsi, şagirdlərin psixi keyfiyyətlərinə təsiri və s. ilə əlaqədardır. Qeyd olunanlar içərisində ən əsas və xüsusi problem texniki vasitələr tətbiq olunan dərslərdə müəllimin statusu məsələsidir. Hətta xarici ölkələrdə də müzakirə mövzusuna çevrilmişdir. Bir sıra pedaqoq və psixoloqun fikrincə, təlimin texniki vasitələrinin tətbiqi zamanı müəllimin rolu və təsir gücü azalır və öyrətmə prosesində, biliklərin öyrənilməsində sadəcə təşkilatçı funksiyasını daşımış olur. Əsas öyrədicilik funksiyası isə texniki vasitələrin üzərinə düşür. Əlbəttə ki, tədris prosesində işləyən və bu prosesə bələd olan hər kəs yaxşı bilir ki, təlimin əsas həyata keçirildiyi dərsdə müəllim mərkəzi simadır. O, təlim prosesinin təşkilatçısı, verilən biliklərin normasını, sistemini və ardıcıllığını müəyyən edən və bu biliklər sistemini, hər şagirdə öz dilində anlada bilən əsas simadır. Təlim prosesində eyni zamanda şagirdlərin dünyagörüşü formalaşdırılır. Məhz, bu formalaşma müəllimlə şagird arasında qarşılıqlı əlaqə olmazsa, gerçəkləşə bilməz. Buna görə də, müəllim şagirdlərə verilən biliklərin mənbəyi, problemlərə aid müzakirələrin həlledicisi, tədris rəhbəri və eyni zamanda tərbiyəçidir.

Təlimdə tətbiq olunan digər əyani vəsaitlər kimi texniki vasitələrdən də istifadə zamanı öyrətmə prosesində aşağıdakılara nail olmaq olar:

1. Şagirdlərin psixikasına güclü təsir göstərməklə öyrətmə prosesini asanlaşdırır.

2. Öyrədiləcək mövzu haqqında şagirdlərə veriləcək məlumatların tamlığını və dəqiqliyini təmin edir, qazanılan biliklərin keyfiyyətini yüksəldir.

3. Öyrətmə və öyrənmə prosesini əhəmiyyətli dərəcədə əyaniləşdirir.

4. Şagirdlərdə yaranan sual və maraqlarını əhatəli və tam şəkildə ödəyə bilir.

5. İstənilən mövzu və tapşırıqları, hətta nəzəriyyə şəklində olan mövzuları göz önünə gətiməklə illüstrasiya imkanlarını genişləndirir.

6. Hadisələrin inkişafını fəza və zamandan asılı olmayaraq, anlama və qavrama baxımından uyğunlaşdırır, bu prosesdə məkan və zaman uyğunluğunu təmin edir.

7. Öyrənmə zamanı şagirdlərin bir neçə analizatorunun birlikdə iştirakını təmin etməyə imkan yaradır.

8. Yaradıcı fəaliyyəti təmin etmək baxımından əlavə vaxt imkanı yaranır.

9. Şagirdlərin işinə daha dəqiq diqqət yetirir, bilikləri daha obyektiv şəkildə öyrənməyə imkan yaradır.

Məktəbə daxil olan uşağın təfəkkürü, artıq davamlı olaraq təlim prosesinə qoşulur və bilik, bacarıqlar sisteminin formalaşmasının inkişafına yönəlir.

Məktəbli təfəkkürünün əsas əlaməti öyrənməyə yönəlməsidir. Təlim prosesində elmi anlayışlar birdən-birə mənimsənilmir. Şagird dəfələrlə eyni anlayışa rast gəlir və təkrarlayır. Məhz anlayışların mənimsənilməsinin birinci mərhələsində şagirdlər öyrənəcəklərinin bəzi mühüm xarici əlamətləri ilə tanış olur, sonra onların daha mühüm xassələrini mənimsəyir və nəhayət onların əmələgəlmə və inkişafı haqqında məlumatlara yiyələnirlər. Mənimsəmə prosesi sanki bir zəncirvari xarakter təşkil edir. Belə ki, mənimsəmənin hər bir sonrakı mərhələsi əvvəlki ilə bağlı olur və ona əsaslanır. Anlayışların bu cür silsilə öyrənilmə prosesi mahiyyət etibarilə vizuallıq, əyanilik tələbə edir ki, bu da təlimdə texniki vasitələrin istifadəsini labüd etmiş olur. Mərhələlərarası əlaqəni təmin edən texniki vasitələr təlimin daha keyfiyyətli şəkildə təşkilini təmin edir.

Təlim prosesinə cəlb olunan şagird hər şeydən əvvəl təsəvvürlər dairəsi əhəmiyyətli dərəcədə genişlənir. Təfəkkürün məzmunu, təkcə şagirdin ətrafında olanlardan və ona təsir göstərən varlıqdan ibarət olmur. Yəni şagirdlərin görmədikləri heyvan və bitkilər, dağlar, dənizlər, ölkələr onların fəaliyyəti, hətta başqa planetlər haqqında informasiya kiçik məktəb yaşlı şagirdin təfəkkürünün məzmununu təşkil edir. Bu informasiyaların kiçik məktəb yaşlı şagirdin təfəkküründə yer etməsi üçün texniki vasitələr mütləq formada xüsusi rol oynayır və təsəvvürlərin biliklərə çevrilməsini təmin edir.

Mücərrəd və məntiqi təfəkkürün əsası məhz kiçik məktəb yaşı dövründə qoyulur. Təsəvvürlərin dairəsi genişləndikcə, onların əsasında qurulan anlayışlar da o qədər tam və dərin olur. Bu zaman şagirdin fikri, artıq mövcud olan təsəvvür və ya anlayışlar üzərində çalışır, daha əvvəl formalaşmış təsəvvür və anlayışlar yox olmur, demək olar ki, başqa şəklə düşür. Texniki vasitələr isə bu prosesə əhəmiyyətli şəkildə təkan vermiş olur.

Kiçik məktəblinin təfəkküründə eyni zamanda köhnə və yeni məzmun, köhnə və yeni formalar mövcuddur. Təlimin texniki vasitələrdən istifadə etməklə vəzifəsi – yeni məzmun vasitəsilə təfəkkürün yeni formalarını əmələ gətirməkdən ibarətdir.

Müasir texniki vasitələrin təlim prosesində tətbiqi bir sıra psixoloji yanaşmaları, şagirdlərə təqdim olunan məlumatların mənimsəmə ölçüsünü obyektiv olaraq müəyyənləşdirmə məsələsini ön plana çıxarır. Belə ki, verilən informasiyaların insan beynində nə qədərinin həkk olunmasını müəyyənləşdirmək, nəzəri baxımdan öyrənilməmişdir.

Aparılan psixoloji təcrübələr nəticəsində müəyyən edilmişdir ki, informasiyalar kəmiyyətcə artdıqca, insan beyni daha faydalı olanları faydalı olmayanlardan ayıraraq özündə saxlaya bilir. Beləliklə, informasiyanın kəmiyyətcə artımı beyində daha mühüm keyfiyyət dəyişmələrinə səbəb olur. Bu da fikri prosesin forma və məzmunca dəyişməsini təmin edir.

Ayxan Hüseynli,
Naxçıvan Müəllimlər İnstitutunun psixologiya müəllimi,
Durna Əliyeva,
Naxçıvan Müəllimlər İnstitutunun I kurs tələbəsi
aia.az

Məlumatlanmaq üçün Facebook səhifəmizi

Qza-xilasetm işlrind xüsusi texniki vasitlr-növlri istifad qaydalari

I. Azәrbaycan Respublikasının әrazisindә yol hәrәkәtindә iştirak edәn nәqliyyat vasitәlәrinin texniki vәziyyәti vә avadanlığı yol hәrәkәtinin tәhlükәsizliyi vә әtraf mühitin mühafizәsi baxımından bu Qanuna 1 saylı Әlavә ilә müәyyәn olunmuş tәlәblәrә uyğun olmalıdır. Texniki cәhәtdәn nasaz olan nәqliyyat vasitәlәri yol hәrәkәtinә buraxılmamalıdırlar.

II. Nәqliyyat vasitәlәrinin sahiblәri vә ya nәqliyyat vasitәlәrinin texniki vәziyyәtinә cavabdeh olan şәxslәr:

1) nәqliyyat vasitәlәrinin istismarı zamanı onların texniki vәziyyәtinә dair müәyyәn edilmiş tәlәblәrә riayәt etmәlidirlәr;

2) nәqliyyat vasitәlәrinin texniki cәhәtdәn saz vәziyyәtdә saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmәt göstәrmәlidirlәr;

3) texniki vәziyyәti dövlәt standartlarının, yol hәrәkәti qaydalarının tәlәblәrinә uyğun gәlmәyәn, habelә müәyyәnlәşdirilmiş qaydada qeydә alınmamış, normativ tәlәblәr pozulmaqla avadanlıq quraşdırılmış vә ya avadanlığı dәyişdirilmiş vә ya qanunla müәyyәn edilmiş hallarda texniki baxışdan keçmәmiş nәqliyyat vasitәlәrinin istismarına yol vermәmәlidirlәr.

III. Nәqliyyat vasitәlәrinә texniki xidmәt yalnız nәqliyyat vasitәlәrinin sahiblәri, xüsusi texniki biliyә vә ixtisasa malik olan şәxslәr vә yaxud Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi qaydada texniki-tәmir stansiyaları tәrәfindәn hәyata keçirilir. Nәqliyyat vasitәlәrinin sayı 10 vә daha artıq olan hüquqi şәxslәr nәqliyyat vasitәlәrinә tәminatlı texniki xidmәti bu mәqsәdlә tәşkil etdiklәri texniki-tәmir sahәlәrindә hәyata keçirirlәr.

IV. Nәqliyyat vasitәsinә tәminatlı texniki xidmәt göstәrilmәsi qaydası Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn qәbul edilәn “Nәqliyyat vasitәlәrinә vә onların qoşqularına dövlәt texniki baxışının keçirilmәsi qaydaları haqqında”, “Nәqliyyat vasitәlәrinә tәminatlı texniki xidmәt göstәrilmәsi haqqında”, “Nәqliyyat

vasitәlәrinә tәminatlı texniki xidmәt göstәrәn texniki-tәmir sahәlәri haqqında” vә “Nәqliyyat vasitәlәrinә tәminatlı texniki xidmәt göstәrәn texniki-tәmir stansiyaları haqqında” nümunәvi әsasnamәlәrlә müәyyәn edilir.

V. İstismarda olan nәqliyyat vasitәsinә hәmin modelin normativ-texniki sәnәdlәrindә nәzәrdә tutulmayan hissәlәr quraşdırmaq yolu ilә onun konstruksiyasının parametrlәrinin dәyişdirilmәsi beynәlxalq normativlәrә vә standartlara uyğun gәlmәlidir. Nәqliyyat vasitәsinin tam kütlәsinin vә bu kütlәnin oxlar üzrә paylanmasının, ağırlıq mәrkәzinin, tәkәr bazasının vә ya tәkәr düsturunun pozulmasına, habelә tormoz vә sükan idarә sisteminin әvәz olunmasına sәbәb olan dәyişikliklәr edilmәsi qadağandır.

VI. Nәqliyyat vasitәlәrinә bu Qanunun 27-ci maddәsinin ikinci vә üçüncü hissәlәrindә nәzәrdә tutulmuş orqanlarda aşağıdakı müddәtlәrdә texniki baxış keçirilir:

1) bu Qanunun 27-ci maddәsinin ikinci hissәsinin 2-5-ci bәndlәrindә vә üçüncü hissәsindә nәzәrdә tutulmuş

nәqliyyat vasitәlәrinә, hәmçinin avtobuslara, icazә verilәn maksimum kütlәsi 3,5 tondan artıq olan yük avtonәqliyyat vasitәlәrinә, tәhlükәli yüklәrin daşınması üçün xüsusi tәyinatlı texniki tәhlükәsizlik üzrә uyğunluq sertifikatı olan nәqliyyat vasitәlәrinә – ildә bir dәfә;

2) bu Qanunun 27-ci maddәsinin ikinci hissәsinin 1-ci bәndindә nәzәrdә tutulmuş nәqliyyat vasitәlәrinә (bu maddәnin VI hissәsinin 1-ci bәndindә göstәrilәnlәr istisna olmaqla):

istehsal olunduqları vaxtdan dörd il keçdikdә – iki ildә bir dәfә; istehsal olunduqları vaxtdan on il keçdikdә – ildә bir dәfә.

VI-I. Nәqliyyat vasitәsinә texniki baxışın keçirilmәsi zamanı aşağıdakılar tәmin olunmalıdır:

1) texniki baxışın keçirilmәsi üçün internet vasitәsilә elektron formada müraciәt etmә

vә münasib vaxtı seçmәk imkanının yaradılması, habelә nәqliyyat vasitәsinin texniki baxışın keçirilmәsi barәdә vaxtı vә tarixi göstәrilmәklә müraciәt edәn şәxsә mәlumatın verilmәsi;

2) texniki baxışın fasilәsiz olaraq keçirilmәsi;

3) texniki baxışın növbәlәrin yaranmasını istisna edәn şәraitdә xüsusi avadanlıqlarla tәchiz olunmuş yerlәrdә keçirilmәsi;

4) dövlәt rüsumunun, verginin yalnız bank, poçt, plastik kart, elektron ödәmә sistemlәri vә ya İnternet vasitәsi ilә ödәnilmәsi;

5) növbәlәrin yaranmasını istisna edәn, sәnәdlәrin qәbulu vә verilmәsinin elektron idarәetmә sistemi. VI-II. Aşağıdakı müddәtdә nәqliyyat vasitәlәri texniki baxışa cәlb olunmur:

1) bu Qanunun 27-ci maddәsinin ikinci hissәsinin 2-5-ci bәndlәrindә vә üçüncü hissәsindә nәzәrdә tutulmuş nәqliyyat vasitәlәri, hәmçinin avtobuslar, icazә verilәn maksimum kütlәsi 3,5 tondan artıq olan yük avtonәqliyyat vasitәlәri, tәhlükәli yüklәrin daşınması üçün xüsusi tәyinatlı texniki tәhlükәsizlik üzrә uyğunluq sertifikatı olan nәqliyyat vasitәlәri – istehsal olunduğu vaxtdan bir il müddәtindә;

2) bu Qanunun 27-ci maddәsinin ikinci hissәsinin 1-ci bәndindә nәzәrdә tutulmuş nәqliyyat vasitәlәri (bu maddәnin VI-II hissәsinin 1-ci bәndindә göstәrilәnlәr istisna olmaqla) – istehsal olunduğu vaxtdan dörd il müddәtindә.

VII. Texniki baxış keçirilmәsi üçün nәqliyyat vasitәsinin sahibi vә ya sәrәncam vermәk hüququ olan digәr şәxs müvafiq orqana nәqliyyat vasitәsini vә aşağıdakı sәnәdlәri tәqdim etmәlidir:

1) nәqliyyat vasitәsini idarә etmәyә hüquq verәn sәnәdi;

2) nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsini;

3) nәqliyyat vasitәsinin istismarının qadağan edilmәsinә sәbәb olan nasazlıqların aradan qaldırılması barәdә tәminatlı texniki xidmәt göstәrәn texniki-tәmir sahәsinin vә ya stansiyasının sәnәdini (әgәr belә xidmәt hәmin stansiya vә ya sahә tәrәfindәn göstәrilmişdirsә);

4) “Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn edilmiş mәblәğdә dövlәt rüsumunun vә Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi ilә müәyyәn edilmiş mәblәğdә yol vergisinin ödәnilmәsi barәdә sәnәdi;

5) Nәqliyyat vasitәsinin sahibinin mülki mәsuliyyәtinin icbari sığortası müqavilәsinin Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğun olaraq bağlanması faktının tәstiq edәn sığorta şәhadәtnamәsini.

VIII. Nәqliyyat vasitәsinin sahibi vә ya sәrәncam vermәk hüququ olan digәr şәxs tәrәfindәn müvafiq sәnәdlәr vә nәqliyyat vasitәsi bu Qanunun 27-ci maddәsinin ikinci vә üçüncü hissәlәrindә nәzәrdә tutulmuş orqanlara tәqdim edildikdә, hәmin orqanlar tәxirәsalınmadan nәqliyyat vasitәsinin texniki vәziyyәtini yoxlayır, mühәrrik, ban vә şassi nömrәlәri, habelә rәngini tutuşdurmaq mәqsәdilә müayinә edir vә saz nәqliyyat vasitәsinә texniki baxış talonu verir.

IX. Bu Qanuna 1 saylı Әlavә ilә istismarı qadağan edilәn nәqliyyat vasitәlәrini idarә etmәyә vә onu vaxtında texniki baxışdan keçirmәmәyә görә nәqliyyat vasitәsinin sahiblәri nәqliyyat vasitәsinin texniki vәziyyәtinә cavabdeh olan şәxslәr vә ya sürücülәri Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn edilmiş qaydada mәsuliyyәt daşıyırlar.

X. Nәqliyyat vasitәsinin sahibindәn vә ya sәrәncam vermәk hüququ olan digәr şәxslәrdәn bu Qanunla nәzәrdә tutulmayan sәnәdlәri tәlәb etmәyә, nәqliyyat vasitәlәrinә texniki baxışın keçirilmәsindә süründürmәçiliyә yol vermәyә vә ya onların hәllindәn qanunsuz olaraq imtina etmәyә görә bu Qanunun 27-ci maddәsinin ikinci vә üçüncü hissәlәrindә nәzәrdә tutulmuş orqanların vәzifәli şәxslәri, nәqliyyat vasitәsinin sazlığı haqqında sәnәdin verilmәsindә süründürmәçiliyә yol vermәyә, onların verilmәsindәn qanunsuz olaraq imtina etmәyә, hәmin sәnәdin vә sәnәddәki

Comments are closed, but trackbacks and pingbacks are open.