Qizilgul – Wikipedia
Ölkəmizdə də yetişən qızılgül bu baxımdan çox dəyərli bitkidir. Çiçəklərindən əldə edilən uçucu yağın faydası olduqca böyükdür. Yeni aparılan araşdırmalar nəticəsində gül ləçəklərinin bilmədiyimiz özəllikləri tapılıb. Kölgədə qurudulan qızılgül qırmızı ləçəkləri çay kimi dəmlənib içilir. Bu çayın tərkibində antioksidant olduğu üçün ömrü uzatdığı məlum olub. Həmçinin gül suyu dərini sıxlaşdırır. Makiyajı gül suyu ilə silərək onun elsatikliyini qoruya bilərsiniz [3] . Gül çayı həm qoxusu, həm də dadı ilə əsəbləri sakitləşdirir. Gül çayını hazırlamaq üçün qızılgülün ləçəkləri lazımdır. İsti yaz və yay günlərində sərinləmək üçün təravətli qızılgül çayı yerinə düşür. Qurudulmuş bitki satılan mağazalardan qızılgül alın və hər səhər bir neçə ləçəyini qaynar suyun içinə atın. Gülün suyun dibinə qədər çökməsini gözləyin.
Qızılgül mənaları
Qırmızı qızılgül – Məhəbbət
Tünd moruğu qırmızıgül – Matəm
Çəhrayı qızlgül – Mükəmməl xoşbəxtlik
Ağ qızılgül – Məsumluq və paklıq
Sarı qızılgül – Sevginin azalması və qısqanclıq
Mavi qızılgül – Dostluq
Tünd göy qızılgül – Dostdan artıqsan mənə
Qara qızılgül – Nifrət
1 Qızılgül – Sən mənim həyatımsan!
3 Qızılgül – Səninlə həyatımın sonuna kimi yaşamağa hazıram!
5 Qızılgül – Mən Səni Sevirəm!
7 Qızılgül – Nişan günü verilir!
9 Qızılgül – Mən sənə dost kimi hörmət edirəm!
10 Qızılgül – Sənə kömək etmək istəyirəm!
11 Qızılgül – Sən mənim dostumsan!
12-Qızılgül – Birlikdə olmamız çətindi amma hər şey düzələcək!
14 Qızılgül – Sən mənim yeganə varlığımsan!
101 Qızılgül – Sən güllərin içərisində birdənəmsən sevgilim!
Maraqlı Baxılıb: 19567 Tarix: 07 mart 2011
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Son Xəbərlər
- 11:14Bakıda polis tapança ilə gəzən şəxsi tutub
- 11:10İrana PUA-lara görə sanksiyalar tətbiq edildi
- 11:00“Harri Potter”in aktyoru vəfat edib – FOTO
- 10:50Ceyhun Bayramov Beynəlxalq Donorlar Konfransında iştirak etdi
- 10:40“Bir gözü ağlayan, bir gözü gülən. ” – Afaq Bəşirqızı
- 10:30İki ay anasının cəsədi ilə qaldı
- 10:23Bayram günündə yol qəzalarında ölənlərin sayı açıqlandı
- 10:22Bayram axşamı Naxçıvanda səkkiz nəfər qidadan zəhərləndi
- 10:20Kişi sevgilisini oğurlayıb şkafda gizlətdi
- 10:17“Səs Azərbaycan”ın qalibi seçildi
- 10:10“YouTube Music” oxunan musiqiləri avtomatik endirəcək
- 10:05Nüşabə Ələsgərli qızına tikdirdiyi villanı göstərdi – VİDEO
- 10:00Həkimlərin əməliyyat masasında qoyub qaçdığı Nəzakət Məmmədova: Əri onu hər gün döyürdü
- 09:58Xankəndi-Laçın yolunda etirazçılar şərəfli missiyalarını 100 gündür davam etdirirlər – FOTO
- 09:55MMA döyüşçümüz Qazaxıstanda boğucu fəndlə qalib gəldi – VİDEO
ƏN ÇOX OXUNANLAR
BiG.az Azərbaycan və dünyada ən son xəbərləri çatdırır. Saytda müxtəlif mövzuda sosial , siyasi, maraqlı, şou biznes xəbərlər var . son xeberler oxumaq üçün big.az saytını izləyin . sonxeber.az
Qizilgul – Wikipedia
Qızılgül — dekorativ çiçək yetişdirmədə gülçiçəklilər fəsiləsinin itburnu cinsinə aid mədəni bitki növlərinin qəbul olunmuş adı.
Azərbaycan markasının üzərində qızılgül təsviri
Bağ gülü (Hibrid), ‘Sülh’
Hökumət Gül Bağçası, Cənubi Hindistanda Ooty, 2200 metr yüksəklikdə
Rumıniyada vəhşi Rosa gallica. Qədim dövrlərdən becərilən qızılgül 19-cu əsrə qədər Avropada becəriləcək ən əhəmiyyətli qızılgül növü idi
Mündəricat
- 1 Haqqında
- 2 Qızılgül dünyada
- 3 Qızılgülün faydası
- 3.1 Qızılgül yağının faydaları
Qızılgülün kök sistemi milvaridir və torpağın 5 m dərinliyinə kimi işləyir. Çoxgövdəli olmaqla, budaqlıdır. 1,5–2 m hündürlükdə koldur, yaşıl və ya qırmızı-yaşıl tikanlı gövdəsi vardır. Yarpaqları gövdə üzərində növbə ilə yerləşir. İri kolunda 800–1000 ədəd çiçək əmələ gəlməklə, çiçəyində 60–120 ləçək olur. Ətraf mühitdən asılı olaraq, efiryağlı qızılgül 30–50 il ömür sürür. Bu dövrdə bitkinin budaqları tez-tez dəyişir. Qızılgüldə iki tip çoxillik budaqlar: əsas və ya anac və boyu tükənən budaqlar mövçuddur. Beş tip birillik zoğları (boy-verən, vaxtsız çıxan, yağlı, generativ və silleptik) vardır. Əsas və ya anac budaqlar 5–6 yaşda olub, üzərində güçlü inkişaf etmiş boy və generativ zoğları daşıyır. [1]
1 kq qızılgül yağı almaq üçün əl ilə 4 ton qızılgül ləçəkləri toplamaq lazım gəlir. Qəribə deyil ki, onun bir kiloqramının qiyməti 5000 yevrodan bahadır. Dünyada qızılgül yağı istehsalının 70%-i Bolqarıstanın payına düşür.
Qızılgül dünyada
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.İngiltərə, ABŞ və İranda milli gül sayılır. [mənbə göstərin] Qızılgül ləçəklərindən hazırlanmış dadlı mürəbbə Azərbaycanda çay süfrələrinin bəzəyidir. Yabanı qızılgülün bəzi sortlarına hətta Şimal Qütb Dairəsində təsadüf edilir. Mədəniləşdirilmiş qızılgülün yaşı təqribən 5000 ildir. Hazırda bu əsrarəngiz bitkinin 300-ə yaxın növü və 3000 sortu vardır. Qızılgül kolu artıq 1000 ildir ki, Hildeshaym şəhəri kilsəsinin yanında bitir. Onun hündürlüyü az qala kilsənin dam örtüyünə çatır. Si adlı çox maraqlı qızılgül sortunun qönçələrinin ölçüsü çəltik dənəsi boydadır. Bir çoxlarınız çay qızılgülü barədə eşitmisiniz. Onu rənginə görə deyil, təzə dəmlənmiş yüngül çay ətri gəldiyi üçün belə adlandırmışlar.
Bu məlumat isə sizi mütləq maraqlandıracaqdır. Yaponiya bioloqları rəngini dəyişən çox maraqlı qızılgül sortu yetişdirmişlər. Səhərlər ləçəkləri al qırmızı rəngə boyanan bu qızılgül axşama doğru rəngini dəyişərək ağappaq olur [2] [etibarsız mənbə?] .
Kəhrəba rəngli qızılgül
Qızılgülün faydasıDərinin yaşlanması genetik, ətraf-mühitin təsiri və digər faktorlardan çox asılıdır. Yaşlandıqca bədəndəki molekullar, hüceyrələr azalır və dəri əvvəlki keyfiyyətini itirir.
Ölkəmizdə də yetişən qızılgül bu baxımdan çox dəyərli bitkidir. Çiçəklərindən əldə edilən uçucu yağın faydası olduqca böyükdür. Yeni aparılan araşdırmalar nəticəsində gül ləçəklərinin bilmədiyimiz özəllikləri tapılıb. Kölgədə qurudulan qızılgül qırmızı ləçəkləri çay kimi dəmlənib içilir. Bu çayın tərkibində antioksidant olduğu üçün ömrü uzatdığı məlum olub. Həmçinin gül suyu dərini sıxlaşdırır. Makiyajı gül suyu ilə silərək onun elsatikliyini qoruya bilərsiniz [3] . Gül çayı həm qoxusu, həm də dadı ilə əsəbləri sakitləşdirir. Gül çayını hazırlamaq üçün qızılgülün ləçəkləri lazımdır. İsti yaz və yay günlərində sərinləmək üçün təravətli qızılgül çayı yerinə düşür. Qurudulmuş bitki satılan mağazalardan qızılgül alın və hər səhər bir neçə ləçəyini qaynar suyun içinə atın. Gülün suyun dibinə qədər çökməsini gözləyin.
“Qız Ənliyi”, Alba qızılgülü (1400-cü ildən əvvəl)
Qızılgül bəzi ölkələrdə qızılgül yağı almaq məqsədi ilə becərilir. Güldən alınan yağ ətriyyatda ən bahalı ətirlərə əlavə edilir. Bundan başqa qızılgül yağından təbabətdə də istifadə olunur.
“Parson’s Pink China” və ya “Old Blush”, “damazlıq Çin”lərdən biri
Qızılgül yağının faydaları
- Boğaz iltihablarına və badamcıq vəzlərinə qarşı təsirlidir.
- Mikroböldürücü təsirə malikdir.
- Dəri və dəri xəstəliklərinə qarşı faydalıdır.
- Ağız yaralarının sağalmasına kömək edir.
- Diş ağrılarını aradan qaldırır.
- Öksurəyin qarşısını alır.
- Tərləməyə qarşı faydalıdır.
- Ürək bulanmasının qarşısını alır.
- Qan azlığına faydalıdır.
- Allergiyaya qarşı faydalıdır.
- Qızılgül mürəbbəsi həzm prosesini asanlaşdırır.
“Memoriam” hibrid çay gülü (von Abrams 1962)
Azərbaycanda qızılgülün 9 yeni sortu yetişdirilibAzərbaycanda seleksiya və hibridləşmə üsulu ilə qızılgülün 9 yeni sortu əldə edilib. Uzunmüddətli tədqiqatlardan sonra həmin sortları yaratmağa nail olan Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsələ doktoru Asəf İsgəndərov bildirib ki, bu sahədə tədqiqatlar aparmağa 2006-cı ildən başlayıb və bu yaxınlarda yeni qızılgül sortlarının əldə edilməsi ilə bağlı müsbət nəticələrə nail olub. Xarici ölkələrin qızılgül sortlarının tozlandırılması nəticəsində əldə edilən yeni sortlar “Sənsiz” (Üzeyir Hacıbəyovun “Sənsiz” romansının adına verilib), “Nizami Gəncəvi”, “Odlar Yurdu”, “Şərqin səhəri”, “Abşeron simfoniyası”, “Qara gilə”, “Köhnə Bakı” (qədim qızılgül sortlarına oxşayır), “Sarı köynək” və “Ulduzlu Xəzər” adlanır. Bu bitkilərin yarpaqları, ləçəkləri və tikanları onların çarpaz olunduğu güllərdən tamamilə fərqlənir [4]
Qızılgül haqqında faktlar
- Qızılgül — ABŞ-ın, Böyük Britaniyanın və İranın milli gülüdür.
- “Şlyapa” sözü “şapo” sözündən yaranıb. “Şapel” “qızılgüllərdən Roma çələngi” ifadəsini bildirir.
- Qızılgül 16-cı əsrın başlanğıcda ilk dəfə şimal ölkələrinə idxal olundu. Əvvəlcə onlar yalnız var-dövlət simvolu kimi çarların həyətində olardı. Sonradan isə onlar bağları bəzəməyə başladılar. Bu Birinci Pyotr və imperatriça İkinci Yekaterina vaxtında başlandı.
- 46% kişi və 98% qadın ətriyyatının tərkibində gül yağı olur. Bu yağlar qızılgüllərin iki növündən hazırlanır. Dəməşq və sədbərk.
- Əgər siz başqalarında özünüzə qarşı simpatiyanı doğurmaq istəyirsinizsə, qızılgülün ətirindən istifadə edin. Onun qoxusu təvəzökar və təmizdir.
- Təbii gül yağı ən bahalı yağlardan biridir.
- 1kq çəhrayı yağ almaq üçün, təxminən 3 ton ləçək tələb olunur.
- Müqəddəs Valentin Günündə dünyada ən çox qızılgül satılır.
- Qızılgüllərin müxtəlif rəngli çalarları — məsələn sarı, narıncı, ağ və s. — Fars növünün yabanı qızılgüllə calağındən meydana çıxdı. Al-qırmızı rəngli qızılgülün kökü isə Çinə gedib çıxır.
- Bolqar qızılgülləri yad yerdə də olsanız öz qoxusuyla sizi özünüzü evdəki kimi hiss etmənizə şərait yaradacaq.
Qızılgülün Azərbaycanda yetişdirilməsi
Qızılgüllər diyarı` doğma Zaqatalanın Aşağı Tala kəndində ümumi ərazisi 107 hektar olan “AzRose” emal zavodunun quruluş tarixi 2016-cı ilə təsadüf edir. Türkiyə və Bolqarıstan kimi gülçülük sahəsində ixtisaslaşmış ölkələrdən dəvət edilən mütəxəssislərin çalışmaları ilə tərkibində istehsalat bölməsi, anbar, ofis, 5 min kubmetrlik su tutumuna malik suni göl, gül plantasiyaları və digər infrastruktur obyektləri olan müəssisənin illik istehsal həcmi 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr Lavanda gülü yağından ibarətdir. Gül yağı emalı üçün istifadə olunacaq avadanlıqlar dünyada bu sahədə öz sözünü demiş qabaqcıl Türkiyə və İsrail şirkətlərindən əldə edilmişdir. Emal müəssəsinin 82 hektarı Bolqarıstandan gətirilmiş, məhsuldarlığına və keyfiyyətinə görə ən yaxşısı hesab edilən “Dəməşq Qızılgülü”, ərazinin qalan hissəsində isə yağlılıq dərəcəsi 20%-dən çox olan “Lavanda” gül növü plantasiyaları salınmışdır. Plantasiyalardan ilkin növbədə 600 ton gül ləçəyinin toplanması hədəflənir. Əldə olunacaq gül yağlarından istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur [5] .
Mavi qızılgül
Bir neçə gündən sonra Yaponiyanın çiçək dükanlarında yenilik olacaq. Belə ki, artıq noyabr ayından etibarən, dünyada ilk dəfə olaraq, təbii mavi rəngli qızılgül satışa çıxarılacaq. Yeni qızılgül növünün alınması üçün alimlərə təxminən 20 il vaxt lazım olub. Qızılgülün mavi rəngdə olması üçün alimlər bitkiyə alabəzək bənövşənin genini yerləşdiriblər. Yeni qızılgül növü “Alqışlar” adını alıb. Bitki artıq bioloji təhlükəsizlik sınağından uğurla keçib. [6]
Ağ qızılgül
Ağ qızılgül digər rənglərə nisbətən daha çox ətirlidir.Onların ətri daha fərah olur.
İstinadlar
- ↑”EFİR YAĞLI BİTKİLƏR” (PDF) . 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib . İstifadə tarixi: 2011-03-15 .
- ↑”Güllərin şahı qızılgül” (az.) . portal.azertag.az. 07.08.2013. 2022-01-18 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-09-13 .
- ↑”Qızılgül” (az.) . kayzen.az . İstifadə tarixi: 2020-09-13 .
- ↑”Azərbaycanda qızılgülün 9 yeni sortu yetişdirilib” (az.) . trend.az. 2017-05-04 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-09-13 .
- ↑ Самая нужная книга для самого нужного места. 1000 невероятных фактов, которых вы не знали. Минск: Харвест, 2013, 320 с.
- ↑Mavi rəngli qızılgül [ölü keçid]
Qızılgül çayının faydaları
Bir çox analar məhz axşamlar uşaqlarını şirin yuxuya verəndən sonra, yarıqaranlıq mətbəxdə ətirli çay içməklə ötən günün yorğunluğunu və stressini çıxardıqlarını etiraf edirlər. Əksər qadınların favoriti olan qızılgül görünüşü və ətri ilə zövqləri oxşamasından əlavə, ləçəklərindən və ya qönçələrindən hazırlanan çayın faydaları ilə də xanımları təəccübləndirə bilər.
Milli.Az bildirir ki, alimlər qeyd edirlər ki, bir fincan qızılgül qönçəsi çayının tərkibində olan Vitamin C-nin miqdarı, 60 portağalın tərkibində olan miqdara bərabərdir. Qızılgül çayının tibbə məlum olan aşağıdakı faydaları var:
– Bədəndən toksinləri yuyub xaric edir.
– Bədənə sərinləşdirici effekt verir.
– Ağrıyan boğaz, axan burun və tutulmuş bronxlar kimi narahatlıqları aradan qaldırır.
– İnfeksiyalarla mübarizə aparır.
– Bağırsaqlarda faydalı bakteriyaların miqdarını bərpa edir.
– Bədəndə suyun qalmasını aradan qaldıraraq böyrəklər vasitəsilə zərərli maddələrin yuyulmasını təmin edir.
– İshal, qəbizlik və digər mədə-bağırsaq narahatlıqlarına qarşı effektivdir.
– Qaraciyər problemlərinin aradan qaldırılmasına müsbət təsir göstərir.
– Ödün yuyulmasını təmin edir.– Menstrual sancıların azalmasına yardım edir.
– Əhval yüksəldici xassəyə malik olduğundan yuxusuzluq, depressiya və yorğunluğun aradan qaldırılmasında faydalıdır.* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.