Qəzənfər kazımov morfologiya
gəlməsi, quruluşu, tərkib hissələri, onların yeri əhatəli şərh edilir.
İsimlərin hallanması və morfoloji təhlili
İsimlər cümlədə asılı olduğu sözlərin tələbi ilə formaca dəyişir, yəni müəyyən qrammatik şəkilçilər qəbul edir.
Isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə dəyişməsi hallanma adlanır. Dilimizdə ismin altı halı var. Hər bir hal özünəməxsus sualları və xüsusiyyətləri ilə seçilir.
Adlıq hal
İsimlərin başlanğıc formasıdır. Adlıq hal kim? nə? hara? suallarına cavab olur. Məsələn: şagird (kim?), kitab (nə?), Bakı (hara?) və s. İsimlər adlıq halda cəm, mənsubiyyət və xəbərlik şəkilçiləri ilə işlənə bilir. Məsələn: atam (kim?), kitabım (nə?), evlər (nələr?), kəndimiz (hara?), qələmdir (nədir?) və s.
Adlıq halda olan isim cümlədə ən çox mübtəda olur. Məsələn: Anar gedir. Kitabım evdədir və s. Adlıq halda olan isim xəbərlik şəkilçisi qəbul etdikdə cümlədə xəbər olur. Məsələn: Gələn tələbələrdir. Mən müəlliməm və s. Bu halda olan isim sifətləşdikdə cümlədə təyin də olur. Məsələn: Şəkidə kərpic evlər çoxdur. Uşağa dəri çanta aldım. və s.
Yiyəlik hal
Yiyəlik, sahiblik mənalarını bildirir. Kimin?, nəyin?, haranın? suallarına cavab olur. Məsələn: uşağın (kimin?), qələmi, kitabın (nəyin?) cildi, kəndin (haranın?) bulağı və s. İsimlər yiyəlik halda -ın4 (-nın4) şəkilçisi qəbul edir. Məsələn: ağac-ın (qapı-nın), ev-in (sahə-nin), yol-un (quyu-nun), üzüm-ün (ütü-nün) və s.
Yiyəlik halın iki növü var: müəyyənlikbildirən yiyəlik hal, qeyri-müəyyənlikbildirən yiyəlik hal.
Müəyyənlik bildirən yiyəlik hal yuxarıdakı suallara cavab olur və sahiblik, yiyəlik məzmununu konkret şəkildə ifadə edir. Məsələn: məktəbin həyəti, kitabın cildi birləşmələrində konkret bir məktəbin həyəti və müəyyən bir kitabın cildi mənası anlaşılır.
Qeyri-müəyyənlik bildirən yiyəlik hal isə nə? sualına cavab olur və sahiblik, yiyəlik məzmununu ümumi şəkildə bildirir. Məsələn: məktəb (nə?) həyəti, kitab (nə?) cildi birləşmələrindəki məktəb və kitab isimləri qeyri-müəyyən əşyaları ifadə edir. Bunu aşağıdakı nümunələrdə də aydın görmək olar:
Müəyyənlik bildirən yiyəlik hal: dağın havası, elin gücü, ananın laylası, dəftərin üzü, gülün ətri.
Qeyri-müəyyənlik bildirən yiyəlik hal: dağ havası, el gücü, ana laylası, dəftər üzü, gül ətri. Göründüyü kimi, belə isimlərin çoxunu müəyyənlik bildirən yiyəlik hala çevirmək mümkündür. Lakin bu halda olan bəzi sözləri müəyyən yiyəlik hala çevirmək olmur. Məsələn: müstəqillik günü, istirahət günü və s.
Yiyəlik halda işlənən isim, bir qayda olaraq, ayrılıqda işlənə bilmir.Belə isim özündən sonra gələn başqa bir isimlə – üçüncü şəxsin təkində olan mənsubiyyət şəkilçili isimlə məna və qrammatik cəhətdən bağlı olur. Bu iki isim birləşmə əmələ gətirir və birlikdə cümlənin bir üzvü olur. Məsələn: Məktəb illəri arxada qaldı. Qonşunun oğ lu diş həkimidir. Torpağın sirrini əli torpaqda olandan soruş və s.
Müəyyənlik bildirən yiyəlik hal bəzən ayrılıqda işlənir və bu zaman cümlənin xəbəri olur. Məsələn: Qələm Anarındır. Kitab kitabxananındır və s. Qeyri – müyyənlik bildirən yiyəlik hal isə ayrılıqda işlənməz.
Qeyd: Samitlə bitən isimlərin qəbul etdiyi yiyəlik hal şəkilçisi –ın4 ilə II şəxs təkin mənsubiyyət şəkilçisi -ın4 bır-biri ilə omonimdir. Məsələn: otağın açarı, sənin otağın, qələmin ucu, sənin qələmin və s. Bunları daşıdıqları mənaya görə fərqləndirmək olar. Yuxarıda qeyd olunduğu kimi, yiyəlik hal şəkilçisi qəbul etmiş isim özündən sonra ikinci bir isim tələb edir (eləcə də mənsubiyyət şəkilçili ismin əvvəlində yiyəlik hal şəkilçisi qəbul etmiş sənin əvəzliyini işlətmək olur: kitab-ın cildi, sənin kitab-ın). Bundan əlavə mənsubiyyət şəkilçisi qəbul etmiş ismi hallandırmaq olur: sənin kitabını, kitabına, kitabında və s. Yiyəlik hal şəkilçisi qəbul etmiş ismi isə hallandırmaq mümkün deyil (ümumiyyətlə, bir isim iki hal şəkilçisi qəbul edə bilməz).
Yönlük hal
Hərəkətin yönünü, istiqamətini, son nöqtəsini bildirir. İsimlər yönlük halda kimə? nəyə? haraya? suallarından birinə cavab olur və -a2 (-ya2) şəkilçisini qəbul edir. Məsələn: O, Anara (ata-ya) baxır – kimə? Mən qrafın-ə (güzgü-yə) yaxınlaşıram – nəyə? Qız məktəb-ə (Şəki-yə) çatır – haraya? və s.
Qeyd: Sonu a, ə açıq saitləri ilə bitən isimlərin yönlük halda tələffüzü həmin sözlərin yazılışından fərqlənir. Həmin saitlər tələffüzdə ahəngə uyğun olaraq qapalı saitlərdən birinə keçir. Məsələn: babaya – [babıya], nənəyə – [nəniyə], Şuşaya – [Şuşuya], kölgəyə – [kölgüyə] və s.
Kimə? nəyə? sualına cavab olan isimlər cümlədə həmişə vasitəli tamamlıq, haraya? sualına cavab verən isimlər isə zərflik olur.
Təsirlik hal
Hərəkətin təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. İsmin təsirlik halı da yiyəlik hal kimi iki növə bölünür: müəyyənlik bildirən təsirlik hal, qeyri-müəyyənlik bildirən təsirlik hal.
Müəyyənlik bildirən təsirlik hal kimi? nəyi? (bəzən də haranı?) suallarından birinə cavab verir. Bu növ təsirlik halda işlənən isimlər -ı4 (-nı4) şəkilçisinı qəbul edir. Məsələn: Tural-ı (Sona-nı) çağır -kimi? Qələm-i (düymə-ni) götürdüm – nəyi? və s.
Qeyri-müəyyənlik bildirən təsirlik hal isə şəkilçisiz işlənir və nə? sualına cavab olur. Məsələn: Aysel kitab (nə?) oxuyur. Ana corab (nə?) toxuyur. Quzu su (nə?) içir. və s. Təsirlik halın bu növü formaca adlıq halda nə? sualına cavab olan isimlərə oxşasa da, qrammatik mənaca onlardan tamamilə fərqlənir:
1. Qeyri-müəyyənlik bildirən təsirlik halı müəyyənlik bildirən təsirlik hal şəklində işlətmək olar. Məsələn: O, alma (almanı) yeyir. Bağban ot (otu) biçir və s.
2. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismi cümlədə xəbərin yanından uzaqlaşdırdıqda həmin isim müəyyənlik bildirir. Məsələn: Aygün dostuna məktub yazır. Aygün məktubu dostuna yazır.
3. Qeyri-müəyyənlik bildirən təsirlik halda olan ismin əvvəlinə o, bu işarə əvəzliklərindən birini artırdıqda həmin isim yenə də təsirlik halın şəkilçisini qəbul edir. Məsələn: Günay qələm aldı. Günay bu qələmi aldı.
4. Qeyri-müəyyənlik bildirən təsirlik hal da müəyyənlik bildirən təsirlik hal kimi yalnız təsirli fellərlə bağlı olur. Bunu yuxarıdakı nümunələrdə aydın görmək olar. Adlıq halda olan və nə? sualına cavab verən isim isə əksər hallarda təsirsiz fellərlə və ya ismi xəbərlərlə bağlı olur. Məsələn: Kitab yerə düşdü. Kitab bilik mənbəyidir. Kitab maraqlıdır və s.
Qeyd 1: Samitlə bitən isimlərin təsirlik halının şəkilçisi -ı4 ilə III şəxs təkin mənsubiyyət şəkilçisi –ı4 omonimdir. Məsələn: Kitabı oxu. Onun kitabı evdədir. Qələmi götürdüm. Uşağın qələmi sındı və s. Bunları fərqləndirmək üçün ilk növbədə mənaya fıkir vermək lazımdır. Formaca oxşar olan belə isimlərdən birincisi (təsirlik halda olan isim) nəyi? sualına, ikincisi (mənsubiyyət şəkilçili isim isə nə? sualına (bütövlükdə, birləşmə şəklində) cavab olur. Məsələn: Qonaq çayı (nəyi?) içir. Qonağın çayı (nə?) soyudu. Deməli, təsirlik hal şəklçili isim həmişə cümlədə tamamlıq, formaca oxşar olan mənsubiyyət şəkilçili isim isə mübtəda olur. İkinci fərq isə yuxarıda qeyd olunduğu kimi, təsirlik halda olan isimlərin yalnız təsirli fellərlə bağlı olmasıdır.
Qeyd 2: Təsirlik halın şəkilçisi –ı4 həm də isim düzəldən -ı4 leksik şəkilçisi ilə omonimdir. Məsələn: sanc-ı, yaz-ı, çək-i və s.
Təsirlik halın hər iki növündə olan isimlər cümlədə yalnız vasitəsiz tamamlıq olur.
Yerlik hal
Əşya və ya hərəkətin yerini bildirir. İsmin yerlik halı kimdə? nədə? harada? suallarından birinə cavab olur və -da5 şəkilçisi ilə düzəlir. Məsələn: Günayda, Ayseldə (kimdə?), kitabda, dəftərdə (nədə?), bağda, həyətdə (harada?) və s. Kimdə? nədə? sualına cavab verən isim cümlədə vasitəlitamamlıq,harada? sualına cavab olan isim isə zərflikolur.
Çıxışlıq hal
Hərəkətin çıxış (başlanğıc) yerini bildirir. İsmin çıxışlıq halı kimdən? nədən? haradan? suallarından birinə cavab olur və -da2 şəkilçisi ilə düzəlir. Məsələn: Turaldan, Sevincdən (kimdən?), kitabdan, dəftərdən (nədən?), bağçadan, küçədən (haradan?) və s. Çıxışlıq hal mənaca yönlük halın daşıdığı mənanın əksini bildirir. Məsələn: bağçaya (çatılacaq nöqtə) -bağçadan (çıxış nöqtəsi) və s.
Sonu n, n samitləri ilə bitən isimlərin qəbul etdiyi çıxışlıq hal şəkilçisi tələffüzdə (-nan3) şəklində deyilir. Məsələn: babam-dan- [babamnan], nənəmdən – [nənəmnən], Naxçıvandan-[Naxçıvannan], çəməndən – [çəmənnən] və s.
Çıxışlıq halda olan isim, əsasən, təsriflənən fellərlə əlaqəyə girir. Məsələn:Uşaq məktəbdən gəlir. O, anasından soruşdu və s.
İsim basqa nitq hissələri ilə də əlaqələnə bilər. Məsələn:Mən Anardan böyüyəm. Aysel Günaydan irəlidədir və s.
ikihecalı isimlərdə son saitin düşməsi
Dilimizdəki bəzi ikihecalı isimlərə saitlə başlanan hər cür şəkilçi qoşulduqda kökdəki son sait düşür (yazıda və tələffüzdə). Məsələn:sinif – sinfın, sinfə, sinfımiz və s. Belə isimlər, əsasən ərəb-fars mənşəlidir və aşağıdakı sözlərdən ibarətdir: qədir, qisim, zehin, eyib, ətir, isim, izin, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, cisim, şəkil və s.
Ağız, ağıl, alın, beyin boyun, burun, qarın, qoyun (qoltuq mənasında), oğul, çiyin sözləri isə (bunlar, əsasən, əsl Azərbaycan sözləridir) yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə kökdəki son sait düşür (yazıda və tələffüzdə). Məsələn: quşun ağzı, onun oğlu, sənin beynin və s. Bu sözlərə saitlə başlanan hal şəkilçiləri qoşulduqda kök dəyişmir. Məsələn: oğu-lun yaxşısı, çiyinin şəkli və s.
İsmin cümlədə rolu
İsimlər cümlədə, daha çox mübtəda və tamamlıqolur. İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən başqa cümlə üzvləri vəzifəsində də işlənə bilir. Məsələn: Anar şagirddir (mübtəda və xəbər). O, məktəbdə oxuyur (zərflik), Dəmirçi dəmir qapını döyür (mübtəda, təyin və tamamlıq).
İsmin morfoloji təhlil qaydası
Morfoloji təhlil zamanı ismin aşağıdakı əlamətləri göstərilir:
1. İsmin sualı və başlanğıc forması
2. Quruluşca növü
3. Ümumi və ya xüsusi (konkret və ya mücərrəd) isim olması
4. Tək və ya cəm olması
5. Mənsubiyyət şəkilçisi (əgər varsa) və halı
6. Cümlədəki vəzifəsi
Nümunə: Aygün bağçada anasına kömək edir.
Aygün – kim? sulına cavab olar. Başlanğıc formadadır. Quruluşca mürəkkəbdir: ay və gün isimlərindən yaranıbdır. Xüsusi isimdir. Təkdədir. Adlıq haldadır. Cümlədə mübtədadır.
Bağçada – harada? sualına cavab olur. Başlanğıc forması: bağça. Quruluşca düzəltmədir: bağ-ça. Ümumi isimdir. Təkdədir. Yerlik haldadır. Cümlədə zərflikdir.
Atasına – kimə? sualına cavab olur. Başlanğıc forması: ata. Quruluşca sadədir. Ümumi isimdir. Təkdədir. III şəxs təkin mənsubiyyət şəkilçisini qəbul etmişdir: atası. Yönlük haldadır ata-sı-na. Cümlədə tamamlıqdır.
Mənbə Möhsün Nağısoylunun Azərbaycan dili kitabı
- Teqlər:
- isimlərin hallanması
- , isim
- , morfoloji təhlil
Qəzənfər kazımov morfologiya
Görkəmli filoloq, alim və müəllim
Qəzənfər Kazımov � 85
Qəzənfər Şirin oğlu Kazımov 3 mart 1937-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) tarix, dil və ədəbiyyat ixtisasları üzrə tarix-filologiya fakültəsini bitirmiş, 1960-1962-ci illərdə Soltanlı kənd orta məktəbində dil və ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olmuş, professor Ə.M.Dəmirçizadənin rəhbərliyi ilə “Əbdürrəhim bəy Haqverdiyevin dramaturgiya dili (“Dağılan tifaq” pyesi əsasında)” mövzusunda namizədlik dissertasiyası ilə elmi-tədqiqata başlamışdır.
Azərbaycan dilçiliyinin aktual problemlərinin tədqiqində və tədrisində böyük xidmətləri olan filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımov “Yazıçı və dil” (1975), “Komik-bədii vasitələr” (1983), “Bədii ədəbiyyatda komizm üsulları” (1987), “Qurbani” (1990), “Qurbani və poetikası” (1996), “Sənət düşüncələri” (1997), “Dilimiz-tariximiz” (1998), “Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)” (2003), “Homerin poemaları və Kitabi-Dədə Qorqud” (Bakı, 2006) “Komizm nəzəriyyəsi” (2004, rus dilində), “Dil, Tarix, Poeziya” (iki cilddə – 2005, 2020), “Azərbaycan dilinin qrammatikası” (2017), “Qədim yurd yerim – sultan Soltanlı son 300 ildə” (2012), “Üzeyir Hacıbəylinin dili” (2004), “Azərbaycan dilinin tarixi sintaksisi” (2019) və s. kitabların, 500-ə qədər elmi və elmi-publisistik məqalənin müəllifidir. Bu əsərlər müəllifin uzunmüddətli gərgin elmi araşdırmalarının uğurlu nəticələridir. 60-dan artıq kitabın, 500-ə qədər məqalənin müəllifidir. Şəxsiyyəti, yaradıcılığı haqqında bir neçə kitab, 300-dən artıq məqalə yazılmışdır. 80-dən artıq kitabın elmi redaktoru olmuşdur. 20 nəfərdən artıq alim yetirmişdir, minlərlə tələbənin müəllimi olmuşdur. 2008-2010-cu illər arasında əsərlərinin 10 cildliyi çap olunmuşdur.
Q.Kazımov dilçiliyimizdə V.V.Vinoqradov, Ə.Dəmirçizadə tipli tədqiqatçıdır, dil tarixi, müasir dil, folklorşünaslıq, bədii dil, mətn sintaksisi, üslubiyyat, ədəbi tənqid məsələləri ilə məşğul olmuş, bu sahələrin hər birinə dair qiymətli əsərlər ortaya çıxarmışdır.
Yer üzərində Ulu dilin əmələ gəlməsi, vahid Ulu dilin ilkin böyük miqrasiya nəticəsində tədricən dialekt parçalanması, protodillərin yaranması, dil ailələrinin əmələ gəlməsi tarixi barədə dilçiliyimizdə ilk tədqiqatın müəllifidir. Elə buna görə də görkəmli türk alimi Osman Fikri Sərtqaya qeyd edirdi ki, “Q.Kazımovun “Azərbaycan dilinin tarixi” əsərində olanlar başqa kitablarda yoxdur”.
Dilimizin tarixini saxtalaşdırıb, həqiqəti təhrif edənlərə cavab olaraq, Qəzənfər Kazımov “Azərbaycan dilinin tarixi” (2003) əsərində ən qədim dövrlərdən XIII əsrə qədərki Azərbaycan ərazilərində məskunlaşmış türk tayfalarının dillərini araşdırmışdır. Altı fəsildən ibarət olan bu kitabda şumer-türk varisliyi, Azərbaycanda etnik tərkib və dil məsələləri, ümumxalq Azərbaycan dilinin təşəkkülü (III-V əsrlər), şifahi ədəbi dilimizin əmələ gəlməsi (VI-VIII əsrlər) kimi çox mühüm məsələlər araşdırılmışdır. Azərbaycan şifahi ədəbi dilinin formalaşmasını şərtləndirən amillər müəyyənləşdirilmişdir.
Keçən əsrin 70-ci illərindən türkologiyada şumer-türk əlaqələri barədə fikirlər irəli sürülmüşdür. Q.Kazımov özündən əvvəlki fikirləri ümumiləşdirərək aşağıdakı kimi xarakterizə etmişdir: 1. Türk dillərinin tarixi çox qədimdir və Ön Asiyada türklər insandan türk qolu ayrıldığı dövrdən – çox qədim zamanlardan yaşayır. 2.Türklər şumerlərin yaxın qonşuluğunda yaşamışlar və həmin yaxın ərazilər indiki Cənubi Azərbaycan əraziləridir. 3. Şumerlər Azərbaycan türklərinin bir qoludur və Ikiçayarasına Azərbaycandan getmişlər. 4.Akkadların hücumundan sonra şumerlər məhv olmamış, müxtəlif istiqamətdə (xüsusilə şərqə – Azərbaycana) yayılmalı olmuşlar.
Oljas Süleymenov da, Tofiq Hacıyev və başqaları da onunla fərəhlənmişlər ki, şumerlərin qonşuluğunda bir türk tayfası yaşamış (yəni o dövrdə türk olmuşdur) və həmin tayfanın dilindən şumerlərin dilinə dalğa şəklində çoxlu türk sözləri keçmişdir.
Q.Kazımov isə tədqiqat nəticəsində bu qənaətə gəlmişdir ki, şumerlər bizim Azərbaycan türklərinin doğma babalarıdır və bu məqamda dalğa nəzəriyyəsi kökündən yanlışdır.
Q.Kazımov bu kitabda iki böyük ideyanın müəllifidir. “Səlcuqlar gələnə qədər Azərbaycanda türk olmayıb” deyən tarixçi və dilçilərin əksinə olaraq, sübut edir ki, “Yer üzündə İnsandan Türk qolu ayrılarkən o, ilk növbədə Azərbaycanın payına düşmüşdür, Azərbaycan daim türk yurdu olmuşdur və ilkin, böyük miqrasiyalar şərqdən qərbə deyil, qərbdən – Ön Asiyadan şərqə olmuşdur. Azərbaycan qədim dünyanın iki böyük dövlətini – Albaniya və Atropatenanı birləşdirən böyük türk dövləti olmuşdur.
Q.Kazımov Homerin poemaları ilə “Kitabi-Dədə Qorqud”u müqayisə edərək bu qənaətə gəlmişdir ki, Hindavropalıların iftixar etdiyi poemalar Türkün “Dədə Qorqud”undan iqtibasdır.
Q.Kazımov Azərbaycan dili sintaktik quruluşunun “Dədə Qorqud”dan bəriki inkişaf yolunu araşdıraraq bu qənatə gəlmişdir ki, hələ bizim 1-ci minilliyin ortalarında ümumxalq dili kimi formalaşmış Azərbaycan türk dili hər cür mürəkkəb fikirləri ifadə etmək imkanlarına malik olan ədəbi dil kimi böyük inkişaf yolunda olmuşdur.
Q.Kazımov müasir Azərbaycan ədəbi dili məsələləri ilə məşğul olaraq, “Morfologiya” və “Sintaksis” dərslikləri yazmışdır. Dilimizin qrammatik quruluşunun tədqiqi sahəsində görülmüş işləri genişləndirməklə yanaşı, ilk dəfə olaraq, mətn sintaksisi, aktual üzvlənmə məsələlərini morfoloji və sintaktik kateqoriyalara tətbiq etmişdir. Söz birləşmələrinin yeni bölgüsünü vermişdir. 2000-ci ildən ali məktəblər onun “Sintaksis”, 2010-cu ildən “Morfologiya” dərslikləri əsasında təhsil alır. Q.Kazımov həm də 30 ilə yaxın bir müddətdə orta ümumtəhsil məktəblərinin 8-9-cu sinifləri və rus məktəbinin 2-ci (sonralar 3-cü) sinfi üçün “Azərbaycan dili” dərsliklərinin müəllifi olmuşdur.
Qəzənfər Kazımovun “Azərbaycan dilində ikihecalı sadə feillər” əsərində qoyulan problemlər əhəmiyyəti və aktuallığı ilə seçilir. Əsərdə ədəbi dilimizdə, dialekt və şivələrimizdə işlənən, lakin müasir dilimizdə kök və şəkilçiyə ayrıla bilməyən ikihecalı (türk mənşəli) sadə feillərin inkişaf yolu araşdırılmış, feillərdən, adlardan feil düzəldən şəkilçilər zəngin faktlarla şərh edilmişdir. Saxlamaq, ağlamaq tipli feillərin tədqiqi nəticəsində bu qənaətə gəlmişdir ki, bir sıra alimlərin zənn etdiyinin əksinə olaraq, Ulu dilin ilkin söz kökləri CVC quruluşunda deyil, CV quruluşunda, yəni bir samit və bir saitdən ibarət olmuşdur və gəl, bil tipli sözlərdə 2-ci samit söz kökünün samiti deyil, şəkilçidir.
Onun kitabları yazıldığı dövrün düşüncəsini əks etdirir. Q.Kazımov həm görkəmli dilçi alim ,, həm də nüfuzlu ədəbi tənqidçidir. Dövri mətbuatda müasir Azərbaycan ədəbiyyatı ilə bağlı ədəbi-nəzəri tədqiqatlarında komizm vasitə və üsullarının tədqiqi, dilçilik, ədəbiyyatşünaslıq ilə bağlı nəzəri problemlərin araşdırılması onun yaradıcılığının mühüm bir xəttini təşkil edir. Filologiyamızda ayrı-ayrı satira ustalarımızın yaradıcılığından bəhs edilsə də, Q.Kazımovun bir-birinin ardınca çap etdirdiyi “Komik-bədii vasitələr”(1983), “Bədii ədəbiyyatda komizm üsulları” (1987) kitabları müstəsna olmaqla, bu günə qədər türkologiyada, eləcə də Azərbaycan dilçiliyində komizmin dil vasitə və üsullarının sistemli tədqiqinə rast gəlmirik. Ədəbi-bədii dilin müxtəlif və mühüm məsələləri ilə məşğul olan dilçi alim bu sahədə geniş tədqiqat aparmış, komizmin dil vasitələrini, komizm üsullarını bir sistem kimi araşdırmışdır. Satira və yumor yaradıcılığının imkanlarını, cəmiyyətin inkişafına və mübarizəsinə necə xidmət etdiyini aydınlaşdırmaq üçün onun sosial-ictimai, bədii-estetik keyfiyyətləri, milli özünəməxsus formaları müəyyənləşdirilmiş, komizm yaradan dil vasitələri, komizmin nitq üsulları ətraflı tədqiq edilmişdir. 2021-ci ildə alimin “Ədəbiyyatda komizm” monoqrafiyası nəşr olunmuşdur. Bu əsər müəllifin “Komik-bədii vasitələr” və “Bədii ədəbiyyatda komizm üsulları” əsərlərinin birlikdə yenidən işlənmiş mükəmməl nəşridir. Monoqrafiyada ədəbiyyatşünaslıq və estetikada komizmin dil vasitələri və üsulları ilk dəfə bir sistem şəklində fərqləndirilmiş və hər biri ayrı-ayrılıqda monoqrafik şəkildə tədqiq edilmişdir. Məlumdur ki, vasitələr və üsullar bir-biri ilə əlaqədə komik effekt yaradır və vasitələr üsulların formalaşmasına xidmət edir. Lakin bunların hər birinin xüsusi və ümumi olmaqla ayrılan cəhətləri çoxşaxəlidir. Bunlar nəzərə alınaraq müəllif tərəfindən ilk dəfə leksik vahidlərin satirik və yumoristik əsərlərdə məcazilik imkanları və məna quruluşu öyrənilmiş, komik sənət dilinin estetik imkanları üzə çıxarılmışır. Bu baxımdan ədəbi dilin bədii üslubu və onun əsasını təşkil edən komik-bədii vasitələr müəllif tərəfindən geniş təhlil edilmişdir. Müəllif satira və yumor qolları üzərində dayanan bu böyük qüvvəni gözəllik, yüksəklik, tragiklik və qəhrəmanlıq məzmunu ilə yanaşı, estetikanın ən mühüm və mürəkkəb kateqoriyalarından biri kimi izah etmişdir.
1988-ci ildə “Azərbaycan sovet satirik nəsrinin dili. 1920-1940-cı illər (komizmin dil vasitə və üsulları problemi)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Müasir Azərbaycan ədəbi dilinin inkişafında, onun leksik, üslubi-semantik və qrammatik normalarının zənginləşməsində Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Səməd Vurğun, Süleyman Rüstəm, Süleyman Rəhimov, Mirzə İbrahimov, Bayram Bayramov, İsa Hüseynov, Sabir Əhmədov, M.H.Şəhriyar, Hüseyn Arif, Söhrab Tahir, Anar, Əkrəm Əylisli, Yusif Səmədoğlu və b. söz ustalarının xidmətləri onun araşdırmalarında əsaslı şəkildə şərh edilmişdir. XX əsrin əvvəllərində ictimai ədalətsizliyə qarşı meydana çıxan Molla Nəsrəddinin felyeton dilinin, Ü.Hacıbəyovun publisistika dilinin monoqrafik tədqiqi də alimin yaradıcılığında mühüm yer tutur.
Q.Kazımovun yaradıcılığında folklor nümunələrinin tədqiqi də xüsusi yer tutur. XVI yüzilliyin görkəmli el sənətkarı, yeni realist şeir məktəbinin banisi Qurbaninin əsərlərini ilk dəfə geniş şəkildə toplayaraq nəşr etdirmiş, şair-aşığın həyatı və yaradıcılıq yolunu ilk dəfə geniş tədqiq etmiş, əsərlərinin ideya-estetik və poetik xüsusiyyətlərini, Şah İsmayılla əlaqə və münasibətlərini araşdırmış, ana dilimizin milliləşməsi və inkişafı sahəsində şair-aşığın xidmətlərini, sələflərini, ənənələrini gözəl bir üslubda oxuculara çatdırmışdır. Q.Kazımov aşıq sənətinin ozan sənətindən intişarı barədə konsepsiyanın tərəfdarı kimi çıxış etmiş, haqq aşığı Qurbaninin bədii yaradıcılığının ideya-fəlsəfi qaynaqlarını, onun klassik ədəbiyyatdan bəhrələnmə gücünü düzgün müəyyənləşdirmişdir. Qurbaninin yaradıcılığı ilə Yunis Əmrə, Mola Qasım Şirvanlı, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Cahan şah Həqiqi kimi sənətkarların yaradıcılığı arasındakı tipoloji səsləşmələrin səbəbləri, bu səsləşmələrin eyni mənbədən – təsəvvüfçülükdən, xalq yaradıcılığından mayalandlğlnı inandırıcı faktlar və paralellər əsasında üzə çıxarmışdır.
Q.Kazımov hər bir dövrün sənət əsərləri barədə söz demiş dilçi-tənqidçilərimizdəndir. Tənqidi əsərlərində dövrün bədii əsərləri, ədiblərin sənətkarlıq xüsusiyyətləri, ümumi təbii mənzərə gələcək nəslə olduğu kimi çatdırılmışdır. Füzulinin sənət sirlərinin tədqiqi ilə məşğul olmuşdur.
Əsas yaradıcılıq istiqamətlərini Azərbaycan dilinin tarixi, müasir Azərbaycan dilinin quruluşu, bədii əsərlərin dili, etimologiya, komizm (satira, yumor) nəzəriyyəsi, folklorşünaslıq, üslub və üslubiyyat məsələləri, dialektologiya, mətn dilçiliyi, metodika və dilin tədrisi kimi sahələr əhatə edir. Respublikamızda filoloq-dilçi kadrların yetişməsində böyük əməyi vardır. 62 illik pedaqoji fəaliyyətinin 60 ilini ali məktəbdə keçirmişdir. Yüksək ixtisaslı kadrlar yetişdirmək sahəsindəki xidmətləri əvəzsizdir. Əməyi yüksək qiymətləndirilmiş, 2015-ci ildə Əməkdar elm xadimi adına layiq görülmüşdür.
Geniş ictimai-elmi fəaliyyətə malikdir.
2001-2015-ci illərdə Dilçilik institutunda Azərbaycan dialektologiyası şöbəsinin müdiri olmuşdur. Hazırda həmin institutda Dil tarixi şöbəsində baş elmi işçi vəzifəsində işləyir. Uzun müddətdir ki, müdafiə şurasının, Respublika Koordinasiya Şurasının � üzvüdür . O, dilçiliyimizi xarici ölkələrdə də layiqincə təmsil edir. İranda, Türkiyədə kitabları, məqalələri nəşr olunur. Respublika Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür.
Geniş fəaliyyəti, zəngin yaradıcılıq irsi ilə Azərbaycan dilçiliyinə, bütövlükdə türkologiya aləminə fundamental əsərlər bəxş etmişdir. Elmi ictimaiyyət arasında rezonans doğuran sanballı kitabları, monoqrafiyaları, araşdırmaları, 10 cildlik əsərləri sübut edir ki, o əsl ziyalıdır və Azərbaycan dilçiliyi tarixində artıq öz möhürünü vurmuş, imzasını qoymuş şöhrətli alimlərimizdəndir.
Q.Kazımov Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür (1988). Böyük Britaniya, Kembric İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınmışdır. Bu günlərdə hörmətli müəllimimizin 85 yaşı tamam oldu. Bu yaşın 50 ilini Azərbaycan xalqına, filologiya elminə həsr etmiş, yazıb-yaratmışdır. Bu mənalı ömür yolunda ona cansağlığı və uğurlar diləyirik.
Ömrü uzun, sədaqətli tələbələri sağ olsun!
Sayalı Sadıqova
filologiya elmləri doktoru, professor
Ədəbiyyat qəzeti .- 2022.- 10 sentyabr.- S.8-9.
Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ
bunlar fonetik, leksik, frazeoloji və qrammatik vasitələrdir.
Tədqiqatçı bu vasitələrin bütün ədəbi növlər – lirika, epos və
dram üçün tipoloji ümumilik təşkil etdiyini də düzgün söyləyir.
Doğrudan da dilin fonetik, leksik, frazeoloji və qrammatik
vasitələri hər cür əsər üçün eyni dərəcədə bədiilik mənbəyi ola
bilir və bütün yazıçılar bu vasitələrdən istifadə edirlər. «Lakin
komizm ustasının birinci vəzifəsi dil vasitələrinə komik don gey-
dirməkdən ibarət olur; satira ustası, yumor yaradıcısı başqa
yazıçıların istifadə edə biləcəyi dil vasitələrini komik plana uyğun-
laşdırmalı, dil vasitələrinə satirik-yumoristik rəng verməli və dilin
özündə komik keyfiyyətdə formalaşmış vahidləri seçib işlətməli,
öz əsərini komik intonasiya və komik nitq vasitələri ilə rənglə-
Monoqrafiyada komik bədii vasitələrdən ikisi – leksik və
frazeoloji vasitələr tədqiq olunur. Müəllif XX əsrin 20-30-cu
illərində yazılmış bədii nəsr nümunələrinin – Böyükağa Talıblı,
Tağı Şahbazi Simurq, Qantəmir, Mir Cəlal və Sabit Rəhmanın
hekayə, povest və romanlarının dili əsasında sözlərin komiklik
yaradan keyfiyyətlərini göstərir. Bu keyfiyyətlərin sırasında sözün
məcazilik imkanları, komik müqayisələr, xüsusi adlar və ləqəblər,
vulqar sözlər və birləşmələr vardır. Həmin leksik vahidlərdən 20-
30-cu illərin satirik yazıçılarının hərəsi özünəməxsus sənətkarlıqla
istifadə etmişdir. Q.Kazımov bu fərdiyyəti məharətlə çeşidləyib
inandırıcı elmi nəticələr əldə etməyə nail olmuşdur. Aydın olur ki,
«Simurqun və B.Talıblının yaradıcılığında sözün aydın nəzərə
çarpan xüsusi komik mövqeyi az-az müşahidə olunan faktlardan-
dır. Qantəmir bir çox hallarda hekayəni ayrı-ayrı sözlərin komik
təfsiri üzərində qurur. S.Rəhmanda sözlərin komizmi daha çox
komik kalamburlara əsaslanır. Mir Cəlal nəsrində sözlərin
məcazilik, çoxmənalılıq və metaforlaşdırma yolu ilə komizmi
üstünlük təşkil edir». (
Qəzənfər Kazımov. Komik-bədii vasitələr,
Bunlar doğru müşahidələrdir və Q.Kazımov onları əsaslan-
dırmaq üçün ilk növbədə yazıçıların işlətdiyi sözlərin məcazilik və
çoxmənalılıq xüsusiyyətlərinə istinad edir. O, Mir Cəlalın «Dirilən
adam» romanının adındakı təyini söz birləşməsinin həm birinci,
həm də ikinci tərəfindəki leksik vahidlərin («dirilmək» və
«adam»), habelə həmin əsərin müəyyən epizodlarında işlənmiş
«oturmaq», «xortdamaq», «doğmaq», «bizləmək», «sancı» kimi
sözlərin çoxmənalılıq əsasında əmələ gətirdiyi komizmi ən incə
detallarına qədər açıqlamaqla xalq dilindəki ümumişlək sözlərin
yüksək bədiilik yarada bilmək potensialını əyaniləşdirir.
Monoqrafiyada komizm yaradan frazeoloji vasitələr xüsusi
fəsildə öyrənilir. Bu dil vahidlərinin komik təbiətini və bədii gülüş
üçün vacibliyini nəzəri planda izah edən müəllif onların 1920-30-
cu illər nəsrindəki yerini xüsusi elmi səliqə ilə araşdırır. Daha çox
B.Talıblının «Erkək Tükəzban» və Mir Cəlalın «Dirilən adam»
əsərlərinə istinad edən tədqiqatçı həm təhkiyəçi və müəllif
dilində, həm də surətlərin danışığında təsadüf etdiyi frazeoloji
vahidlərin xüsusi məqsəddən yarandığını və komizmi daha da
qüvvətləndirdiyini inandırıcı faktlarla sübuta yetirir. O, adları
çəkilən əsərlərdə gülüş yaradan feli frazeoloji birləşmələrin ismi
birləşmələrə nisbətən çox işlənməsini xüsusi vurğulayır və bunun
Bəzi mübahisəli yerlərinə baxmayaraq, «Komik-bədii
vasitələr» monoqrafiyasında estetik gülüşü şərtləndirən
xüsusiyyətlər konseptul şəkildə tədqiq olunur. Əsərin ümumi
məzmunu təsdiq edir ki, bədii ədəbiyyatda komizm yaradan
başlıca amil dil vahidləridir. Elə buna görə kitabın elmi redaktoru
görkəmli türkoloq-alim Tofiq Hacıyev estetikanın əsas kateqori-
yalarından olan komizmin izahına dilçi mütəxəssisin
müdaxiləsinin qanunauyğun olduğunu bildirərək yazırdı: «Bu
tədqiqat («Komik-bədii vasitələr» kitabı nəzərdə tutulur –
bir daha göstərir ki, nəinki bəzi filoloji-ədəbiyyatşünaslıq, hətta
nəzəri-estetik məsələlərin həllində dilçi müdaxiləsi müəyyən
fayda verir… Şübhəsiz, «Komik-bədii vasitələr» əsəri
Q.Kazımovun bu vaxta (monoqrafiyanın çap olunduğu 1983-cü
.) qədərki yaradıcılığının ən yaxşı nümunəsidir, bədii dil
və üslub məsələləri ilə bağlı çoxdan apardığı səmərəli
tədqiqlərinin ümumiləşdirilmiş nəticəsidir».
Q.Kazımovun yaradıcılığında komizmin bədii vasitələri ilə
yanaşı, üsulları da əhatəli şəkildə tədqiq olunmuşdur. Onun
«Bədii ədəbiyyatda komizm üsulları» («Maarif» nəşriyyatı, 1987)
monoqrafiyası Azərbaycan filologiyasında bədii gülüşün dil-nitq
üsullarının təhlilinə həsr olunmuş ilk sanballı tədqiqat əsəridir.
«Komik-bədii vasitələr» kitabında olduğu kimi, bu mono qrafiya-
nın da başlıca tədqiqat obyekti 1920-30-cu illərdə yaşayıb-
yaratmış Azərbaycan nasirlərinin ədəbi irsidir. Alim əsas fikir və
mülahizələrini C.Məmmədquluzadə və onun bədii ənənələrini
davam etdirən Mir Cəlal, Sabit Rəhman və Qantəmirin əsərlərinə
istinadən əsaslandırır. Bəzən də elmi araşdırmanın miqyasını
genişləndirərək, Seyfəddin Dağlı, Salam Qədirzadə və Anarın ya-
radıcılığına müraciət edir.
İncəsənətdə komizm üsulları kifayət qədər öyrənilmədiyi və
bəzi anlayışların hüdudları dəqiqləşdirilmədiyi üçün Q.Kazımov
satira və yumor haqqında deyilən fikirləri tənqidi təhlildən keçirir.
O, vaxtilə İ.Eventovun qaldırdığı «Satira nədir – növ, cins, janr
və ya üsullar məcmusu?» (
İ.Gventov. Ostroumie sxvatıvaet
protivoreçie. «Voprosı literaturı». 1973, №6, s.127
elmi cavab axtarır; bu məsələnin izahına dair fikirləri
xatırladaraq, onların bəzilərinə təshih verir. Q.Kazımov bir sıra
təkzibedilməz faktlara söykənməklə satira və yumoru ədəbi növ,
yaxud janr sayan müəlliflərin əksinə olaraq onu bədii prinsip
hesab edən tədqiqatçıların mövqeyini müdafiə edir və bu
mövqeyi yeni mülahizələrlə daha da möhkəmləndirir. Bu
nöqtədə Q.Kazımovun simasında ədəbiyyatşünas-nəzəriyyəçi tə-
fəkkürü və baxışı ilə dilçi-üslubiyyatçı təfəkkürü və baxışı vəhdət
tapır. O, haqlı deyir ki, hər hansı bir hekayə, yaxud povest həm
satirik planda, həm də qeyri-satirik – «Ciddi müstəqim şəkildə»
Q.Ş.Kazımov. Bədii ədəbiyyatda komizm üsulları.
Deməli, bədii ədəbiyyatın ciddi qolu olduğu kimi, «qeyri-
ciddi» qolu da vardır. Məhz bu «qeyri-ciddi» qol satirik-
yumoristik ədəbiyyatdır və onun inikas üsulu gülüşün müxtəlif
Kitabda komizmin ezopvarilik, gözlənilməzlik, uyğunsuzluq,
fakt və hadisələrin deformasiyası, anlaşılmazlıq, anaxronizmlərlə
ifşa kimi üsulları tədqiq edilir. Alim bu üsulların estetik
mahiyyətini, linqvistik xüsusiyyətlərini yeni baxış bucağından
təhlil və şərh etməklə yanaşı, onların bədii təcrübədəki yerini və
effektini də göstərir. Təhlil və şərhlərin aydınlığı onların elmiliyini
təmin edir və XX əsrin satirik yazıçılarından, məsələn,
C.Məmmədquluzadənin öz felyetonlarında Ezop dilindən böyük
sənətkarlıqla faydalanmasına dair fikirlərin doğruluğuna təminat
(şəkildəyişmənin), xüsusilə şişirtmənin mühümlüyünü nəzərə
çatdıran tədqiqatçı monoqrafiyada deformasiyanın hiperbola,
qrotesk, fantastika kimi üsullarından da geniş söhbət açaraq,
həmin üsulların B.Talıblı, Qantəmir və Mir Cəlalın hekayələrində
necə mənalı gülüş yaratdığını aydınlaşdırır. XX əsr Azərbaycan
nəsrində bədii gülüş yaratmağın bu üsulunun geniş yayıldığını
izah etmək üçün həmin əsrin 60-70-ci illərində yazılmış bəzi he-
kayə və povestləri də tədqiqata cəlb edib Seyfəddin Dağlı, Salam
Qədirzadə və Anarın əsərlərindəki gülüş texnikasının özünəməx-
Kitabda Seyfəddin Dağlının «Şakərlilər», Salam
Qədirzadənin «Aldada bilməzsən» kitablarına daxil edilən
hekayələrin məziyyətləri bədii deformasiya üsulunun təbiiliyi,
şişirtmədə ölçünün – əndazənin gözlənilməsi ilə əlaqələndirilir.
Tədqiqatçının Anar yaradıcılığı barədə fikirləri elmidir. O, doğru
qeyd edir ki, Anarın «əsərləri ona görə yüksək estetik keyfiyyətə
malik olur ki, o, deformasiya formalarından biri ilə kifayətlənmir,
satirik əsərlərində təsvir obyekti birtərəfli şişirdilmir, həyat
həqiqətinə uyğun olaraq, bir çox cəhətdən xarakterizə edilir və
bu prosesdə obyektin tipik mənfi xüsusiyyətləri ilə yanaşı, müs-
bət cəhətləri, insani keyfiyyətləri də əks olunur». (
Bədii ədədiyyatda komizm üsulları. s.116-117
Doğrudan da, Anar səmimi yazıçıdır. Onun həyat
həqiqətinə sədaqəti yaratdığı obrazların təbiiliyini şərtləndirir.
Yazıçı onların uğurları ilə bərabər, uğursuzluqlarını da təsirli
canlandırır və bu baxımdan Q.Kazımov «Dantenin yubileyi»
hekayəsinin qəhrəmanı Feyzulla Kəbirlinskinin xarakterinin və
portretinin təsvirindəki sənətkarlığı düzgün qiymətləndirir:
«Onun bir aktyor kimi kütlüyü, qabiliyyətsizliyi, dolanmaq üçün
gecə-gündüz nə olduğunu bilməməsi, ailə çətinlikləri, tez-tez
düşdüyü həqir vəziyyətlər komik detallarla təsvir edilir. Lakin
müəllif onun insan olduğunu, insani keyfiyyətlərini də unutmur,
ona görə də bizdə Feyzullaya qarşı nifrət yaranmır».
Monoqrafiyada Anarın «Molla Nəsrəddin – 66» povestinin
gülüş texnikas, həyatdakı komizmi əks etdirmək üçün yazıçının
faydalandığı üsullar kifayət qədər əhatəli və dərindən təhlil
olunur. Bu cəhətdən povestdəki şişirtmə və parodiyalar haqqında
fikirlər daha çox diqqəti cəlb edir. Məlumdur ki, Anar ictimai
geriliyə, ibtidailiyə, bayağılığa, istedadsızlığa, savadsızlığa, köh-
nəliyə – bütün əxlaqi-mənəvi və mədəni-siyasi eybəcərliklərə
qarşı dözümsüz, bidətçi, vətəndaş-yazıçıdır. Onun bədii
gülüşünün əsas hədəflərindən biri də qrafomanlıq, ştampçılıq,
stereotiplər, trafaretlərdir ki, «Molla Nəsrəddin – 66»nın «Məlu-
mat», «Başımızın ağası», «Maraqlı tədqiqat», «Bizim müsahibə»,
«Yeni il planları», «Xəbərlər», «Biz tənqid edəndən sonra»,
«Elanlar» hissələrində komik gülüş predmetinə çevrilir və yazıçı
həmin gülüşün dadını-duzunu artırmaq üçün parodiyalardan isti-
fadə edir. Q.Kazımov yazıçının gülüş yaratmaq bacarığını (yaxud
həyatın özündə təsadüf edilən gülünclüyü sənətkarlıqla əks
etdirə bilmək qüdrətini) həmin parodiyaların təhlili əsasında üzə
çıxarır. Bu təhlillərdə gülüş obyekti yenidən canlanır və yadda
«Bədii ədəbiyyatda komizm üsulları» monoqrafiyası təkcə
Qəzənfər Kazımovun öz yaradıcılığının yox, bütünlükdə
Azərbaycan filologiyasının XX yüzilin 80-ci illərindəki nailiyyətinin
yaxşı bir göstəricisidir. Hələ o zaman bu kitabın həyata gəlməsini
alqışlayan, elmi-filoloji və pedaqoji əhəmiyyətini yüksək
qiymətləndirən ədəbiyyatşünas-alim Xeyrulla Məmmədov yazırdı:
«Filologiya elmləri doktoru Qəzənfər Kazımovun «Bədii ədəbiy-
yatda komizm üsulları» monoqrafiyası ədəbiyyatşünaslığın nəzəri
problemlərinin tədqiqi, təbliği və tədrisinin arxa plana keçdiyi,
estetik məsələlərin etinasızlıq kölgəsinə düşüb, təhsil
ocaqlarımızda az qala gərəksiz bir sahəyə çevrildiyi bir vaxtda
meydana çıxmışdır… Monoqrafiya satirik və yumoristik əsərlərin
bədii-estetik təhlil yollarına bələdlik hasil etmək kimi xüsusi əməli
əhəmiyyəti olan nəcib bir məqsəd izlədiyinə görə milli filologiya
elmində, eləcə də tədris-metodiki ədəbyyatın nəşri sahəsində
diqqətəlayiq bir hadisədir. Müəllifin yaradıcılıq müvəffəqiyyətini
təmin edən səbəblərə gəldikdə bunlar… bir tərəfdən, onun bədii
sənətin nəzəri məsələlərinə bələdliyi və milli professionallıq
səviyyəsi qazanması, digər tərəfdən, damarlarında təbii ədəbiy-
yatşünaslıq mayasının mövcud olması ilə bağlıdır. Onun
təhlillərində elmi mühakimə və mülahizə ilə yanaşı, bədii
təfəkkür də böyük rol oynayır: iki təfəkkür tərzinin bir nöqtədə
birləşməsi kitabdakı ədəbi təhlillərə emosionallıq verir, fikrin
dəqiq ifadəsinə yaxından kömək edir. Dəfələrlə oxunub təhlil
edilmiş çoxlu əsəri Q.Kazımovun tamamilə orijinal səpkidə araş-
dırması, hamının yaxşı bildiyi bir sıra ədəbi faktların mahiyyətin-
də gizlənən mənanı açıb aşkarlaya bilməsinin sirri bundadır».
X.Məmmədov. Azərbaycan gülüşü haqqında kitab. «Ulduz»
Q.Kazımovun elmi araşdırmalarının bir qismi müasir Azər-
baycan dilinin quruluşu: orfoqrafiya, orfoepiya, leksika,
morfologiya və sintaksislə bağlıdır. Onun «Orfoepiyamız
öyrənilir», «Bir dərslik haqqında», «-sa, -sə şəkilçisi, onun
praforma və derivatlarının qrammatik və üslubi xüsusiyyətlərinin
tədqiqi», «Orfoqrafiya qaydalarının yeni layihəsi haqqında» mə-
qalələrində müasir Azərbaycan dilinin bir sıra aktual
problemlərinə toxunulur. Bəziləri çap olunmuş dilçilik kitablarına
resensiya, rəy, bəziləri isə «Ön söz» kimi yazılmış həmin əsər-
lərin məziyyəti ondadır ki, müəllif, haqqında söhbət açdığı kitab-
dakı fikirləri sadəcə sadalamaq, onun konspektini çıxarmaq,
qısaca şərhini vermək yolundan yan keçərək, məsələnin
mahiyyətinə varmağa, problemin necə həll olunduğunu
aydınlaşdırmağa çalışır. Belə təhlil və qiymətləndirmə üsulu ona,
bir tərəfdən, haqqında bəhs etdiyi kitabın elmi çəkisini düzgün
müəyyənləşdirmək, digər tərəfdən, problem haqqında öz fərdi
mülahizələrini söyləyə bilmək imkanı yaradır.
«Bağlayıcısız tabeli mürəkkəb cümlələrin struktur-semantik
xüsusiyyətləri», «Mətn dilçiliyi problemləri», «Ədəbi dilimizin
sintaksisinə yeni baxış», «Mətnin qurulma texnikası və semantik
strukturu», «Dilimizin bugünü» kimi məqalələrində Q.Kazımov
müasir Azərbaycan dilinin sintaksisinə dair vacib məsələlərdən
söhbət açır. Söz birləşməsi və cümlənin daxili quruluşu, ümumi
xassələri, yaranma qayda və üsulları, templəri, mətnin
təşkilindəki rolu, məna və funksiyaları, işlənmə şərtləri və
qrammatik səciyyələri həmin məqalələrdəki təhlillərin baş
mövzusu, ağırlıq nöqtəsidir.
Dilçilik elminin çətin şöbələrindən olan sintaksisin ali
vəzifəsi yazıdakı və nitqdəki qarmaqarışıqlıqda gizlənmiş
harmoniyanı üzə çıxarmaq, dilin gözəlliyini və
qanunauyğunluğunu aşkarlamaqdan ibarətdir. Həmin harmoniya
və gözəlliyi öyrənmək üçün Azərbaycan dilçiliyi tarixində ilk
təşəbbüslər XIX əsrin sonları, XX yüzilin əvvəllərindən başlanmış,
sonralar Ə.Dəmirçizadə, M.Şirəliyev, M.Hüseynzadə,
Ə.Abdullayev, Z.Budaqova, Y.Seyidov, K.Vəliyev, K.Abdullayev
kimi məşhur alimlər sintaksisin müxtəlif problemlərinə dair
qiymətli tədqiqat əsərləri – dissertasiya və monoqrafiyalar
yazmışlar. Uzun müddət ADPU-da müasir Azərbaycan dilinin
sintaksisini tədris və tədqiq edən Qəzənfər Kazımov isə özünün
çoxillik təcrübəsinə əsaslanaraq, bu fənnə dair yeni dərslik
hazırlayıb, keçən əsrin son ilində çap etdirmişdir. “Müasir
Azərbaycan dili. Sintaksis” adlanan həmin dərslikdə (“Ünsiyyət”,
Bakı, 2000, elmi redaktorları: prof. N.Cəfərov, dos. İ.Əhmədov)
alim həm özünün elmi araşdırmalarının nəticələrini, həm də
sələflərinin və müasirlərinin fundamental tədqiqatlarını
ümumiləşdirmiş, bu yolla ən yeni, vacib nəzəri bilikləri filoloq
tələbələrə, magistrlərə, alimlərə çatdırmışdır.
Azərbaycan dilinin sintaksisindən bəhs edən əvvəlki
dərsliklərdən fərqli olaraq, Q.Kazımov sintaktik quruluşun
təşəkkülündə nitqin funksional imkanlarının rolunu ön plana
çəkmiş, bu yolla ənənəvi, tanış qrammatika problemləri, xüsusilə
sintaktik əlaqələr, söz birləşmələri, sadə cümləni genişləndirən
vasitələr, mürəkkəb cümlə, mətn sintaksisi haqqında yeni,
orijinal fikir və mülahizələr söyləyə bilmişdir. O, ilk dəfə olaraq,
sintaktik vahidlərin tərtibində rolu olan, lakin az öyrənilmiş
müstəqil obyektli feli birləşmələrə, mübtəda ilə xəbər arasında
koordinativ əlaqə məsələsinə münasibət bildirmiş, söz birləş-
mələrinin sintaktik əlaqələr üzrə ilkin təsnifini vermişdir. Müəllif
ilk dəfə olaraq, sabit birləşmələri iki növə ayırmış, frazeoloji və
leksik sabit birləşmələri fərqləndirmiş, onların özünəməxsus
Dərslikdə cümlə bəhsinə daha geniş yer ayrılmışdır. Bu,
təsadüfi deyil; cümlə sintaksisin əsas predmeti, baş mövzusudur.
Şifahi və yazılı nitq zamanı fikrin başqasına çatdırılmasında,
təfəkkürün gerçəkləşməsi prosesində o, başlıca vasitədir.
Cümləsiz canlı ünsiyyət mümkün deyil. Cümlə ünsiyyətin odlu si-
lahı, fikrin parlaq güzgüsüdür. Xüsusi sintaktik vahid kimi,
cümlənin özünəməxsus semantik əlamətləri və struktur
xüsusiyyətləri vardır. Bu əlamət və xüsusiyyətlər sırasına onun
bitmiş fikir ifadə etməsi, predikativlik, intonasiya və modallıq
xüsusiyyətləri daxildir. Q.Kazımov həmin xüsusiyyətlərin hər biri-
ni konkret şəkildə şərh etməklə cümlənin qrammatik təbiətini
aydınlaşdırır. Belə bir elmi aydınlıq cümlə təsnifatının düzgün
aparılmasını, elmi ümumiləşdirmələrin və hökmlərin əsaslı
olmasını da şərtləndirir. Müəllif Azərbaycan dilçiliyinin nəzəri və
praktik ənənələrinə uyğun olaraq, cümləni məntiqi-semantik
üzvlənmə (üzvlənən və üzvlənməyən cümlələr), məqsəd və
intonasiya (nəqli, sual, əmr, nida cümlələri), quruluş (sadə və
mürəkkəb cümlələr) və modallıq (təsdiq və inkar) keyfiyyətlərinə
əsasən təsnif edir.
Dərsliyin böyük bir hissəsi cümlənin quruluşca növlərinin
izah və şərhinə həsr edilmişdir. Sintaksisə dair başqa dərsliklərdə
olduğu kimi, Q.Kazımov da cümləni struktur baxımdan əsaslı
şərh etmək və öyrətmək üçün əvvəlcə cümlə üzvləri haqqında
məlumat vermiş, onları nitq hissələrindən ayıran fərqləri
göstərmişdir. Kitabda baş və ikinci dərəcəli üzvlərin səciyyəvi xü-
susiyyətləri, mübtəda, xəbər, tamamlıq, təyin və zərfliyin tərifi
verilmiş, mənaca və quruluşca növləri, ifadə vasitələri, onlar
arasındakı sintaktik əlaqələr ətraflı izah olunmuşdur.
Təhlil prosesində ismin yönlük, yerlik və çıxışlıq hallarında
olan sözlərin cümlə üzvü kimi müəyyənləşdirilməsi, onların yer
zərfliyi, yoxsa tamamlıq olması məsələsinə xüsusi diqqətlə
yanaşan alim haqlı deyir ki, mübahisə törədə bilən “bu cür
üzvləri dəqiqləşdirərkən onların sintaktik-semantik funksiyasına,
aydınlaşdırdığı üzvə, həmin üzvün nə ilə ifadə olunduğuna,
sözün leksik mənasına, məkan və ya əşya, obyekt anlayışının
üstünlüyünə, əlavəsi varsa, əlavəsinə diqqət yetirmək lazımdır.
İsim bir əlamətin, xüsusiyyətin yerləşdiyi başqa bir obyekti
bildirərək əşya, predmet mənasını saxlayırsa, tamamlıq
vəzifəsində çıxış edir; konkret predmet, əşya mənasını itirərək,
hərəkətin yerini bildirdikdə yer zərfliyi vəzifəsində işlənir”.
Nəzəri cəhətdən doğru, inandırıcı olan bu tezis
tədqiqatçının müxtəlif bədii əsərlərdən və danışıq dilindən seçdiyi
zəngin faktlar əsasında daha da möhkəmləndirilir.
Q.Kazımovun “söz sırası” və “cümlə üzvlərinin sırası”
anlayışlarını, həmçinin cümlənin qrammatik üzvlənməsi ilə aktual
üzvlənməsini bir-birindən fərqləndirməsi əsaslı görünür. Söz
sırasının iki mühüm funksiyasını – sintaktik-semantik və üslubi
funksiyalarını şərh etməklə tədqiqatçı həm də cümlənin
qrammatik və aktual üzvlənməsinin aydınlaşdırılmasına körpü
salmış olur. O, cümlənin mübtəda, xəbər, tamamlıq, təyin və
zərfliyə ayrılmasını qrammatik üzvlənmə, onun tema və remaya
(“məlum olan”a və “yeni”yə) ayrılmasını isə aktual üzvlənmə
sayır. Cümlə üzvlərinin sırasını fikrin, ideyanın aktuallaşdırılması
ilə əlaqələndirərək, bu sıranın pozulmasını – inversiyanı tamam
orijinal mövqedən – yeninin ifadə üsulu kimi mənalandırır.
Sadə cümlənin növləri, cüttərkibli və təktərkibli cümlələrin
məna və mahiyyəti, quruluş xüsusiyyətləri, xəbər və mübtəda
əsasında formalaşan təktərkibli cümlələrin özünəməxsusluğu,
sintaktik fərdiyyəti, qeyri-müəyyən şəxsli cümlələrin formalaşma
üsulları, onların mürəkkəb cümlə komponenti ola bilməsi, ümumi
şəxsli cümlələrdə xəbərin müxtəlif fel formaları (əmr, xəbər,
vacib, arzu, şərt şəkilləri) ilə ifadə olunması kimi ciddi elmi
məsələlər də kitabda öz aydın şərhini tapmışdır. Həmkarlarının
çoxundan fərqli olaraq, Q.Kazımov xəbəri üçüncü şəxsin
cəmində olub, quruluşuna və semantikasına görə qeyri-müəyyən
şəxsli cümlələrə oxşayan ümumi şəxsli cümlələrə daha həs-
saslıqla yanaşır. Belə həssaslıq və sintaktik duyum zahirən bir-
birinə bənzəyən müxtəlif tipli cümlələri ayırmaq, fərqləndirmək
işində tədqiqatçıya kömək edir. O, haqlı olaraq “Ürək ağrısını
ovmazlar”, “Qaranlıq yerə daş atmazlar” kimi nümunələri ümumi
şəxsli cümlə hesab edir. Eyni fikri müəllifin feli xəbəri birinci və
ikinci şəxslərin təkində və cəmində işlənən “Ovçuluğa meyl sal-
dım”, “Gecə-gündüz çöldə qaldım” tipli cümlələr barədə
mülahizələrinə də aid etmək olar. Q.Kazımov belə cümlələri
cüttərkibli saymaqda haqlıdır. Kitabda şəxssiz cümlə anlayışı da
kifayət qədər əsaslı izah edilir. Müəllif doğru deyir ki, şəxssiz
cümlələr mübtəda ilə xəbərin sintezindən ibarətdir. Belə cümlə-
lərdə “fikir predmeti həmin predmetin əlaməti, hərəkəti,
vəziyyəti ilə birgə təzahür edir. Bu cür cümlələrdə predikativlik
yolu ilə hərəkət onun icraçısı ilə, əlamət onun daşıyıcısı ilə
birlikdə ifadə olunur”. Q.Kazımov xəbərinin ifadə vasitələrinə
görə şəxssiz cümlənin iki növünü qeyd edir: ismi xəbərli şəxssiz
cümlələr, feli xəbərli şəxssiz cümlələr. Kitabda bu növlərin hər
ikisi dərindən izah edilir.
Dilçiliyə dair əsərlərində alimlər mübtəda əsasında
formalaşan təktərkibli cümlələrin, adətən, vahid növünü
göstərirlər: adlıq cümlə. Q.Kazımov da bu ənənəyə sadiq qalır.
Lakin həmkarlarından fərqli olaraq, o, adlıq cümlə anlayışını
nisbətən əhatəli şərh edir; belə cümlələrin şəxssiz cümlədən
fərqini, onların yalnız indiki zamanda olmasını, təsdiq
bildirməsini, funksiya baxımından qruplarını, ifadə vasitələrini,
müxtəsər və geniş ola bilmələrini göstərir.
Sadə cümləni müxtəlif meyarlarla, ayrı-ayrı baxış
bucağından təsnif edən alim bütöv və yarımçıq, habelə
üzvlənməyən cümlələrin də izahına müəyyən səhifələr ayırır. O
da başqa tədqiqatçılar kimi üzvlənməyən cümlələrin iki növünü
qeyd edir: 1. Söz-cümlələr; 2. Vokativ cümlələr. Kitabda bu
cümlə növlərinin spesifik xüsusiyyətləri sadalanır, onları üzvlənən
cümlədən ayıran əlamətlər qeyd olunur.
Yalnız baş üzvlərdən ibarət olan müxtəsər cümləni sadə
cümlənin ilkin və ibtidai forması adlandıran tədqiqatçı onu
genişləndirən vasitələrin tədqiqinə ayrıca diqqət yetirir. Dərsliyin
“Sadə cümləni genişləndirən vasitələr” bölməsində cümlənin
həmcins və xüsusiləşmiş üzvləri haqqında bəhs edərkən o, hə-
min üzvləri fikri aktuallaşdırmaq baxımından qiymətləndirir.
Azərbaycan dili sintaksisinin öyrənilməsi tarixində ilk dəfə olaraq
Q.Kazımov cümlənin determinant üzvlərindən söhbət açır,
xüsusiləşmələri növlərə bölür (qoşmalı xüsusiləşmələr; ara sözlü,
bağlayıcılı dəqiqləşdirici xüsusiləşmiş üzvlər), xüsusiləşən
əlavələrlə dəqiqləşdirici xüsusiləşmiş üzvlərin oxşar-tipoloji cə-
hətlərini və fərqli xüsusiyyətlərini aydınlaşdırır, qoşulma
konstruksiyalar haqqında elmi məlumat verir.
Dərsliyin “Mürəkkəb cümlə” bölməsi də bir sıra yenilikləri
ilə diqqəti cəlb edir. Tabesiz mürəkkəb cümlələrin tərkib
hissələrini bir-birindən asılı olmayan, müstəqil sintaktik vahidlər
kimi izah edən dilşünas alimlərin əksinə olaraq, Q.Kazımov yazır:
“Asılılıq həm tabesiz, həm də tabeli mürəkkəb cümlələrin tərkib
hissələri arasında mövcuddur. Lakin asılılığın formasına, xarakte-
rinə görə tabesiz və tabeli mürəkkəb cümlələr fərqlənir. Tabesiz
mürəkkəb cümlələrin tərkib hissələri bir-birindən bərabər şəkildə,
eyni dərəcədə asılı olur; tabeli mürəkkəb cümlələrdə isə asılılıq
birtərəflidir – tərkib hissələrindən biri (budaq cümlə) o birindən
(baş cümlədən) asılı olur”. (s. 281).
Belə bir ümumi tezisdən sonra tabesiz mürəkkəb
cümlələrin növləri haqqında məlumat verən müəllif tabesizlik
bağlayıcılarının qrammatik semantikasını nəzərdən keçirərək,
onları birləşdirmə, qarşılaşdırma, aydınlaşdırma və bölüşdürmə
bağlayıcılarından ibarət dörd qrupa ayırmış, tərkib hissələri ara-
sındakı məna əlaqələrini əsas götürməklə tabesiz mürəkkəb
cümlənin altı növünü göstərmiş və həmin cümlə növlərinin hər
birinin səciyyəvi xüsusiyyətlərini aydıınlaşdırmışdır.
Kitabda tabeli mürəkkəb cümlə anlayışının şərhi, tarixən
onun tabesiz mürəkkəb cümlənin inkişafı nəticəsində əmələ
gəlməsi, quruluşu, tərkib hissələri, onların yeri əhatəli şərh edilir.
Baş və budaq cümlələri əlaqələndirən vasitələri xüsusi səliqə ilə
araşdıran müəllif bağlayıcılarla bağlayıcı sözləri fərqləndirir. Mü-
əllifin fikricə, bağlayıcılar “Baş cümlə + budaq cümlə” quruluşlu
analitik tabeli mürəkkəb cümlələrə xidmət edir; baş cümlə ilə
budaq cümlə arasında işlənərək, budaq cümləni baş cümləyə
bağlayır. “Budaq cümlə + baş cümlə” quruluşlu tabeli mürəkkəb
cümlələrdə isə tərəflər bir-birinə bağlayıcı sözlərlə bağlanır. Elə
buna görə Q.Kazımov dilçilik ədəbiyyatında indiyə qədər
Comments are closed, but trackbacks and pingbacks are open.