Qəzənfər Kazımov Haqqinda Melumat – Vikipedia
Q. Ş. Kazımov Pedaqoji Universitetdə müəllim (1965–1971), dosent (1972–1988), professor (1989–1998) vəzifələrində işləmişdir. 1989–1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət Pedaqoji Universitetdə müdafiə şurasının sədr müavini (1990–1994), sonralar Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (1996–1999) olmuşdur. 1979-cu ildən Təhsil Nazirliyi nəzdində filologiya üzrə elmi-metodiki şuranın üzvüdür. 1999-cu ildən Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi işləmişdir; 2001-ci ildən həmin institutun Azərbaycan dialektologiyası şöbəsinin müdiridir.
Professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd edilib
Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə tanınmış ədəbiyyatşünas, dilçi alim, Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun anadan olmasının 80 illik yubileyinə həsr edilən konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Q.Kazımovu yubileyi münasibətilə təbrik edib, onun Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərindən danışıb. Qeyd edilib ki, Qəzənfər Kazımov çoxşaxəli və zəngin yaradıcılığı ilə Azərbaycan elmində xüsusi yeri, dəsti-xətti olan alimlərdəndir.
Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Görkəmli dilçi alim” mövzusunda məruzəsində bildirib ki, Q.Kazımov genişmiqyaslı tədqiqat sahəsi və elmi maraq dairəsi olan alimlərdəndir. XX əsr Azərbaycan filologiyasının 60-cılar nəslinin görkəmli nümayəndələrindən olan Q.Kazımov elmi yaradıcılığa 1967-ci ildə başlayıb. O, qırxdan çox kitabın elmi redaktoru, 300-dək elmi və elmi-publisistik məqalənin, ali və orta məktəblər üçün səkkiz proqramın müəllifidir.
Qeyd olunub ki, Q.Kazımovun tədqiqatlarında ədəbi dil tarixi məsələləri mühüm yer tutur. Görkəmli alim dilimizin tədrisindən tutmuş qrammatika və ədəbi dil tarixi, poeziya və folklor, tarix və etnoqrafiya kimi çoxşaxəli, əhatəli və rəngarəng məsələlər üzərində də dəyərli tədqiqatlar aparıb və xalqımızın tarixi, etnogenezi, kökü, dilimizin tarixi ilə bağlı bir sıra qaranlıq məsələləri incəliyinə qədər araşdırıb, bir-birindən dəyərli monoqrafiya və sanballı kitabları ərsəyə gətirib. İstedadlı alim kimi böyük nüfuz qazanan Q.Kazımov, eyni zamanda, pedaqoq kimi fəaliyyət göstərib. O, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali təhsil ocaqlarında çalışıb.
Vurğulanıb ki, Q.Kazımovun tədqiqatlarının bir çoxunda, xüsusilə də gərgin axtarışlarının, ağır zəhmətinin bəhrəsi olan sanballı “Azərbaycan dilinin tarixi” kitabında yaradıcılığının başlıca qayəsini, məram və məqsədini ortaya qoyur. Alim “Azərbaycan dilindən təcrübi məşğələlər”, “Yazıçı və dil”, “Komik-bədii vasitələr”, “Bədii ədəbiyyatda komizm üsulları”, “Qurbani və poetikası”, “Sənət düşüncələri”, “Dilimiz-tariximiz”, “Müasir Azərbaycan dili. Sintaksis”, “Azərbaycan dilinin tarixi (Ən qədim dövrlərdən XIII əsrə qədər)”, ali və orta məktəblər üçün “Azərbaycan dili” dərsliklərinin müəllifidir.
AMEA-nın müxbir üzvü Nizami Cəfərov və digər çıxış edənlər Qəzənfər Kazımova xoş arzularını çatdırıb, onun Azərbaycan dilçilik elminin inkişafındaki xidmətlərindən, yüksək mənəvi keyfiyyətlərindən söz açıblar. Bildirilib ki, alim Azərbaycan dilçiliyi və ədəbiyyatşünaslığı sahələrində səmərəli və məhsuldar fəaliyyəti və araşdırmaları ilə filologiya elmimizə dəyərli töhfələr verib.
Konfransda “Xeyirxah, təəssübkeş müəllim, unikal alim”, “Qəzənfər Kazımov Azərbaycan dilçiliyində”, “Qəzənfər Kazımov və Azərbaycan dilinin tarixi” mövzularında məruzələr dinlənilib.
Sonda Q.Kazımov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Qəzənfər Kazımov
Qəzənfər Şirin oğlu Kazımov ( 3 mart 1937 , Soltanlı , Cəbrayıl rayonu ) — ədəbiyyatşünas, dilçi, professor.
Mündəricat
- 1 Həyatı
- 2 Yaradıcılığı
- 2.1 Kitabları
- 2.2 Orta məktəb dərslikləri
Qəzənfər Kazımov 3 mart 1937-ci ildə Azərbaycan SSR Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. [1] Atası Allahverdiyev Şirin Kazım oğlu məktəb direktorluğundan müharibəyə getmiş və 1943-cü ildə cəbhədə həlak olmuşdur. Anası Verdiyeva Xeyrənsə Fərhad qızı uzun müddət (1960-cı ilə qədər) kolxozda işləmişdir; 12 yanvar 2003-cü ildə vəfat etmişdir.
Q. Ş. Kazımov 1955-ci ildə Soltanlı kənd orta məktəbini, 1960-cı ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. İki il – 1960–1962-ci illərdə Soltanlı kənd orta məktəbində müəllim işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi ixtisası üzrə Pedaqoji Universitetin aspiranturasına daxil olmuşdur. O, 1967-ci ildə “Ə. Haqverdiyevin dramaturgiya dili” adlı namizədlik, 1988-ci ildə “Azərbaycan sovet satirik nəsrinin dili.1920–1940-cı illər” (komizmin dil vasitə və üsulları problemi)adlı doktorluq dissertasiyası müdafiə etmişdir.
Q. Ş. Kazımov Pedaqoji Universitetdə müəllim (1965–1971), dosent (1972–1988), professor (1989–1998) vəzifələrində işləmişdir. 1989–1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı olmuşdur. Bir müddət Pedaqoji Universitetdə müdafiə şurasının sədr müavini (1990–1994), sonralar Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü (1996–1999) olmuşdur. 1979-cu ildən Təhsil Nazirliyi nəzdində filologiya üzrə elmi-metodiki şuranın üzvüdür. 1999-cu ildən Nəsimi adına Dilçilik institutunda aparıcı elmi işçi işləmişdir; 2001-ci ildən həmin institutun Azərbaycan dialektologiyası şöbəsinin müdiridir.
Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvüdür. Böyük Britaniya, Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınmışdır. Ədəbi tənqidlə məşğuldur. Respublika Yazıçıları Birliyinin və Respublika Jurnalistlər Birliyinin üzvüdür. 300-yə qədər elmi və elmi-publisistik məqalənin, ali və orta məktəblər üçün 8 proqram müəllifidir. 40-dan artıq kitabın elmi redaktoru, onlarca elmlər doktoru və namizədə opponentlik etmişdir. 5 nəfər aspirant və dissertantı müdafiə edib, bir neçəsinin işi hazırdır. [2]
Ailəlidir. İki övladı var.
Yaradıcılığı Redaktə
Qəzənfər Kazımovun elmi yaradıclığı çoxşaxəli və zəngindir. O, elmi yaradıcılığa 1967-ci ildə başlamışdır. O dövrdən indiyə qədər qələmi yerə qoymamışdır. Onun mərkəzi mətbuatda 350-dən artıq elmi və elmi-publisistik məqaləsi çap olunmuşdur.
Əsas əsərləri: “Azərbaycan dilindən təcrübi məşğələlər” (1973), “Yazıçı və dil” (1975), “Komik-bədii vasitələr” (1983), “Bədii ədəbiyyatda komizm üsulları” (1987), “Qurbani” (1990), “Qurbani və poetikası”, (1996), “Sənət düşüncələri” (1997), “Dilimiz-tariximiz” (1998), “Müasir Azərbaycan dili. Sintaksis” (2000), “Azərbaycan dilinin tarixi (Ən qədim dövrlərdən XIII əsrə qədər)” və s. Ali və orta məktəblərin “Azərbaycan dili” dərsliklərinin (“Azərbaycan dili”,7–8-ci siniflər üçün dərslik, 1983=cü ildən; “Azərbaycan dili”, rus məktəbinin 2–3-cü sinifləri üçün dərslik, 1977-ci ildən; “Azərbaycan dili” – 8–9-cu siniflər üçün – 2003-cü ildən ; “Müasir Azərbaycan dili. Sintaksis”, ali məktəblər üçün dərslik, 2000) müəllifidir. Onun elmi yaradıcılığı ilə bağlı özünün 10 cilddən ibarət olan “Seçilmiş əsərləri”ndə ətraflı tanış olmaq olar. Onun əsas yaradıcılıq istiqamətləri:
-Azərbaycan dili tarixi;
-müasir Azərbaycan dilinin quruluşu;
-bədii əsərlərin dili;
-komizm (satira və yumor) nəzəriyyəsi;
-üslub və üslubiyyat məsələləri;
-metodika. dilin tədrisi
Kitabları Redaktə
- 1.Язык драматургии А.Ахвердиева. AKD,1965,35 s.
- 2. Azərbaycan dilindən təcrübi məşğələlər. Bakı, APİ nəşri, 1973,297 s.(kollektiv)
- 3. Yazıçı və dil. APİ nəşri,1975,228 s.
- 4. Komik-bədii vasitələr. Bakı, Yazıçı,1983,188 s.
- 5. Qurbani. Bakı, Yazıçı,1984,47 s.(rus dilində)
- 6.Язык азербайджанско-советской сатирическoй прозы. 1920–1940 гг. (проблемы языковых средств и приемов комического), ADD, Baku,1987,62 s.
- 7. Bədii ədəbiyyatda komizm üsulları. Bakı, “Maarif”,1987,228 s.
- 8. Azərbaycan yazıçılarının əsərlərindən səhifələr (F. Həsənovla). Bakı,”Maarif”,1988,77 s.
- 9. Qurbani (Toplayanı, tərtib edəni, ön sözün müəllifi Q. Kazımov). Bakı Universiteti Nəşriyyatı,1990,278 s.
- 11. Qurbani və poetikası. Bakı, ADPU nəşri,1996,198 s.(monoqrafiya)
- 11. Sənət düşüncələri. Bakı, Dövlət Kitab Palatası,1997,576 s.
- 13. Dilimiz-tariximiz. Bakı,1998.
- 14. Azərbaycan dili. 7–8-ci siniflər üçün dərslik, 1998, 1999, 2001,2002. (prof. Y. Seyidovla)
- 15. Azərbaycaqn dili. 8–9-cu siniflər üçün dərslik, “Təhsil” nəşriyyatı,2003 (dos. F. Şahbazlı ilə)
- 16. Müasir Azərbaycan dili. Sintaksis. Ali məktəblər üçün dərslik, Bakı,”Ünsiyyət”,2000, 496 s.
- 17. Azərbaycan dili. Kus məktəbinin 3-cü sinfi üçün dərslik, Bakı,2003
- 18. Azərbaycan dilinin tarixi. Ən qədim dövrlərdən XIII əsrə qədər. Bakı, “Təhsil” nəşriyyatı,2003.
- 19. Azərbaycan ədəbiyyatı tarixi (6 cilddə), (müəlliflər kollektivi. I cild, Bakı, Elm, 2004, 760 s.
- 20. Dil, tarix, poeziya. Bakı, Nurlan, 2005, 600 s.
- 21. Homerin poemaları və “Kitab-Dədə Qorqud”. Bakı, Təhsil, 2006, 80 s.
- 22. Azərbaycan ədəbi dili tarixi (kollektiv). Bakı, 2007, Şərq-Qərb, 320 s.
- 23. Yaradıcılıq üfüqləri. Bakı, BDU, 2008,376 s.
- 24. Qədim yurd yerim — sultan Soltanlı 300 ildə. Bakı, Elm və təhsil, 2012, 200 s.
- 25. Seçilmiş əsərləri. I, II, III cildlər — Bakı, Nurlan, 2008, IV, V, VI, VII, VIII cildlər — Bakı, Nurlan, 2009, IX, X — Bakı, Nurlan, 2010.
Orta məktəb dərslikləri Redaktə
- Azərbaycan dili. Rus məktəbinin 2-ci sinfi üçün (M. Səfərovla), 1977–1995-ci il nəşrləri.
- Azərbaycan dili. Rus məktəbinin 3-cü sinfi üçün, 1996-cı il və sonrakı nəşrlər.
- Azərbaycan dili. Azərbaycan məktəbinin 7–8-ci sinifləri üçün (M. Şirəliyev və M. Hüseynzadə ilə),1983–1993-cü il nəşrləri.
- Türk dili (Y. Seyidovla birlikdə).7–8-ci siniflər üçün, 1994.
- Azərbaycan dili (Y. Seyidovla).7–8-ci siniflər üçün, 1995–2002-ci il nəşrləri.
- Azərbaycan dili. Rus məktəbinin 3-cü sinfi üçün dərslik, Bakı, 2003.
- Azərbaycan dili. 8–9-cu siniflər üçün dərslik, “Təhsil” nəşriyyatı, 2003 (dos. F. Şahbazlı ilə)
İstinadlar Redaktə
- ↑”Kazımov Qəzənfər Şirin oğlu”. 2013-07-29 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2013-05-09 .
- ↑”Prof. Qəzənfər Kazımovun rəsmi saytı “Azərbaycan dilinin tarixi ” “. 2013-07-29 tarixində orijinalından arxivləşdirilib . İstifadə tarixi: 2013-05-09 .
Qəzənfər kazımov sintaksis
Məhsul kodu: 9019
15 AZN
- Sifariş et
- 1-dən 5-ə qədər dəyərləndirin:
-
- 1
- 2
- 3
- 4
- 5
- 2.99
Qısa məzmun
Altı fəsildən ibarət olan bu kitabda ulu dilin təşəkkülü və protodillərə ayrılması, protodillərin dialekt parçalanması əsasında dil ailələrinin yaranması, şumer-türk varisliyi, e.ə. III-I minilliklərdə protoazərbaycan dilinin inkişaf yolu – Azərbaycanda etnik tərkib və dil məsələləri, ümumxalq Azərbaycan dilinin (III-V əsrlər), sonrakı mərhələdə (VI-VIII əsrlər) Azərbaycan şifahi ədəbi dilinin formalaşmasını şərtləndirən amillər nəzərdən keçirilmiş, ilk dəfə olaraq təşəkkül dövrünün ölməz abidəsi olan Dədə Qorqud un dilinin sintaktik quruluşu geniş tədqiq edilmişdir. Son fəsil Azərbaycan yazılı ədəbi dilinin meydana çıxma tarixinə həsr olunmuşdur.
Bu çapda əsərin üzərində yenidən işlənmiş və о, yeni faktlarla zənginləşdirilmişdir.
Kitab ali məktəblərin müəllim və tələbələri, gənc elmi işçilər, Azərbaycan xalqının tarixi və dilinin mənşəyi ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.Çatdırılma şərtləri
Metrodaxili 2 AZN Şəhərdaxili 3 AZN Sumqayıt və ətraf ərazilər 5 AZN Bölgələr Bir kitab : 3.5 AZN İki kitab : Hər kitaba görə 2.5 AZN Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN Beş – yeddi kitab : Hər kitaba 1.5 AZN Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN
Comments are closed, but trackbacks and pingbacks are open.