Press "Enter" to skip to content

Hüquqi yardım

Hansı əmlak ər və arvadın birgə mülkiyyəti sayılır?

İslamda ər və arvadın qanunları

Allahın Rəsulu Muhəmməd (s) buyurmuşdur: “Hər kəs mənim sünnəmə tabe olmaq istəyirsə, (onda bilməlidir ki,) mənim sünnəmdən biri də evlənməkdir”.

Hörmətli oxucular, öncəliklə vurğulamaq istərdim ki, insanın doğru tərbiyəsi üçün ailə qurmaq ən mühüm vəzifələrdən biridir. Hətta İslam şəriəti belə evlənməyi bütün müsəlmanlar üçün vacib bilmişdir. Peyğəmbərimiz (s) belə hər zaman müsəlmanların evlənməyi ilə fəxr etdiyini bəyan edirmiş. Lakin təəssüflər olsun ki, müasir zəmanəmizdə bəzi gənc qız və ya oğlanlarımız maddi durumlarının yaxşı olmaması ilə əlaqəli olaraq ailə qurmağa gecikirlər. Dinimizə əsasən yoxsulluq evlənməyə mane olmamalıdır. İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs yoxsulluq qorxusundan evlənməsə, deməli Allah-Təalaya sui-zənn etmişdir. Hansı ki, Allah-Təala buyurur: “. Allah öz lütfü ilə onları dövlətli edər. ” (Nur, 32).

Belə ki, ailə qurmuş və ya ailə qurmağa hazırlaşan gənclər burada qeyd edəcəklərimizə diqqət və əməl etsələr, inşallah ki, xoşbəxt ailə səadətinə nail olmağı bacaracaqlar. Xatırladım ki, burada müqəddəs kəlamlardan, Qurani-Kərimdən gətirəcəyimiz ayələr və onların açıqlaması nəticəsində əmin olacaqsınız ki, xoşbəxtliyiniz hər birinizin əxlaq, davranış və düşüncəsindən asılıdır. Necə ki, Müqəddəs Kitabımızda buyrulmuşdur:

“Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)” (İnsan, 3).

Hər zaman böyüklərimizdən eşitmişik ki, ailə kiçik bir cəmiyyət və cəmiyyətin əsas sütunlarından sayılır. Əgər ailənin bünövrəsi möhkəm qoyularsa, cəmiyyətdə də birlik bir o qədər möhkəm olacaqdır. Ailənin məsulliyyyəti olduqca ağır və çətindir. Lakin hər birimiz Allahın hökmlərinə, Peyğəmbərimizin (s) və imamlarımızın yaşayış qaydalarına diqqət yetirsək ailə sahibi olmağın çətin olduğu qədər, həqiqətən də gözəl və böyük savab olduğunun şahidi olarıq. Necə ki, Allahın Rəsulu (s) buyurur:

“Evli şəxsin qıldığı iki rükət namaz, subay şəxsin qıldığı yetmiş rükət namazdan üstündür”.

İdeal ailəyə sahib olmaq üçün ilk növbədə gözəl əxlaq və xasiyyət uyğunluğu vacibdir. Lakin ürək ağrısı ilə vurğulamaq istərdim ki, indi bəzi, -hətta çoxları desəm daha doğru olardı- gənclərimiz ailə quracağı insanın tərbiyəsinə, əxlaqına və təmiz sevgisinə deyil, nədənsə onun maddi durumuna dəyər verirlər. Və gördüyünüz kimi son illərdə məhz bunun nəticəsi olaraq boşanma hallarının sayı artmaqdadır. Düzdür, “sevgi ilə qarın doymaz” deyiblər, yaşayış üçün müəyyən qədər maddi duruma da fikir verilməlidir, lakin var-dövlət, maşın, qızıl hesabına qurulan həyat pul kimi bir gün çirkaba çevriləcəkdir. Odur ki, sonradan peşman olmamağımız üçün diqqətli olmalı, nəfsimizi deyil, qəlbimizi dinləməyi bacarmalıyıq.

İndi isə hər kəsi narahat edən bir məsələyə toxunmaq istərdim. Yəqin ki, ailədə kimin başçı olması məsələsi hər biriniz üçün olduqca maraqlıdır. Ümumiyyətlə, ailədə ər və ya arvad ikisi də eyni anda ailə başçılığı kimi məsuliyyətli bir vəzifəni öz öhdələrinə ala bilməzlər. Belə olduqda (ailəni şərikli idarə etdikdə) onlar lazımı qədər məsuliyyətli olmağı bacarmayacaq, ev işlərini, problemləri bir-birinə tapşıracaq və nəticədə ailə ideal olmayacaq. Ümümiyyətlə, yaşadığımız ölkənin-yəni Azərbaycan mentalitetinə əsasən ailənin rəisi kişi sayılır. Oxuduğumuz müqəddəs kəlamlardan da bizə məlumdur ki, qadın ərinə, uşaqlar da atasına itaət etməlidir. Buradan da göründüyü kimi, dinimizdə də kişi ailənin əsas idarəedicisi, böyüyü, hətta itaətgahı hesab edilir.

Ailə sahibinin hüququ xanımı üçün bütün hüquqlardan daha vacib və mühümdür. Hətta ərin hüququ valideyn hüququndan da irəlidir. Peyğəmbərimiz (s) kəlamlarının birində vurğulamışdır ki, ərinə itaət etməyən qadın, Allaha düzgün ibadət etməmiş sayılır.

Mütəxəssislərin araşdırması nəticəsində məlum olub ki, qadın ailəyə başçılıq edə bilməz. Onlar özləri daima layiqli bir şəxsin başçılığı altında olmaq arzusundadırlar. Düzdür, qadınlar güclü, iradəli və olduqca ağıllı sayılırlar. Lakin kişilərdən fərqli olaraq emosional xüsusiyyətlərə malik olan qadınlar zərif məxluq olduğu üçün başçı olmaq səlahiyyətinə malik deyildirlər və kişilərlə birlikdə çiyin-çiyinə gəlməyi bacarmazlar. Gəlin mövzu ilə bağlı Nisa sürəsinin 34-cü ayəsinə nəzər yetirək:

“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. “.

Milli.Az islam.az-a istinadən bildirir ki, kişilərin ailədə hakim olmalarının bir sıra dəlilləri vardır ki, onlardan biri də kişilərin yüksək düşüncə qabiliyyəti, qadınların isə güclü atifəyə malik olmasıdır. Lakin İslam dininə görə qadınlar övladlarının tərbiyə olunması, böyüdülməsi, evdarlıq, ailənin təmizliyi, halallığı və s. kimi işlərdə mütəxəssis olduqlarına görə kişilərdən irəlidirlər. Vurğulamaq istərdim ki, hər bir bacarıqlı kişinin kiçik və ya böyük uğuru onun xanımının səyindən asılıdır. Belə ki, ərlərin müvəffəqiyyətləri onların həyat yoldaşlarının həmkarlığına bağlıdır. Ər böyük səy göstərməyinə baxmayaraq xanımı ona çətinliklərində kömək etməsə, yanında olmasa, ona dar günündə mənəvi arxa olmasa nəzərə çarpacaq uğur hasil olmayacaqdır.

Hörmətli xanımlarımız, ümid edirik ki, dediklərimizdən nəticə çıxararaq siz də artıq hər bir ailənin aktual mövzusuna çevrilən bu başçı məsələsinə son qoyacaq və ailənizin xoşbəxtliyi üçün cani-qəlbdən səy göstərəcəksiniz.

İnşallah, gələn mövzumuzda İslamda evlənmək və onun bəzi adətləri məsələsinə toxunacağıq.

P.S. Xatırladım ki, mövzu bəzi dini kitablar (Ayətullah Hüseyn Məzahirinin şəxsi nəzarətindən keçən “Ailə səadətinə necə nail olaq” və Əli Əkbər Babazadənin “İslamda evlənmə və ailə hüququ” kitabı) əsasında qələmə alınıb.

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Hüquqi yardım

Hansı əmlak ər və arvadın birgə mülkiyyəti hesab edilir?

Ər-arvadın ümumi birgə mülkiyyəti.

Əgər ərlə arvad nikaha daxil olarkən və ya ondan sonra nikah müqaviləsi bağlamayıblarsa, onda nikahdan sonra onlar tərəfindən əldə edilən əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Hansı əmlak ər və arvadın birgə mülkiyyəti sayılır?

Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar

Misal: Ər nikah dövrü ərzində öz adına avtomobil almışdır. Bu halda avtomobilin texniki pasportunda (texpasport) yalnız ərin adı göstərilsə belə, avtomobil ümumi birgə mülkiyyət sayılır və ərlə bərabər eyni hüquqlar arvada da məxsusdur.

Qiymətli kağızlar: istiqrazlar, səhmlər və s.

Kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar

Misal: Evlilik dövrü ərzində ər və ya arvadın bankda depozitdə olan pul vəsaiti.

Evlilik dövrü ərzində alınan daş-qaş və digər zinət əşyaları (əgər onlar hədiyyə kimi verilməyibsə).

Ər-arvaddan birinin şəxsi əmlakı, yəni nikaha daxil olmazdan əvvəl artıq onlara məxsus olan əmlak da ümumi birgə mülkiyyət sayıla bilər. Bu o halda mümkündür ki, həmin əmlakın dəyəri ərlə arvadın ümumi əmlakı və ya digər tərəfin əmlakı və ya vəsaiti hesabına əhəmiyyətli dərəcədə artsın.

Misal: Nikaha daxil olmamışdan əvvəl ərin adına orta bazar dəyəri 50 000 manat olan mənzil vardır. Nikah dövrü ərzində həmin əmlak ər-arvadın birgə qazancı hesabına 25 000 manat dəyərində təmir edilmiş və təmirdən sonra əmlakın bazar dəyəri 70 000 manat olmuşdur. Bu halda həmin əmlak da ümumi birgə mülkiyyət sayıla bilər. Çünki əmlakın dəyəri onların birgə pulu hesabına əhəmiyyətli dərəcədə (50%) artmışdır.

Nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik hüququ qaydasında aldığı əmlak və fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı, kitab) ümumi birgə mülkiyyət sayılmır.

Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına yönəldilə bilinər.

Misal üçün, ərin məhkəmə qərarı üzrə banka borcu olduqda və onun bu borcu ödəməyə vəsaiti yetmədikdə tələb onun birgə nikah dövrü ərzində əldə etdiyi əmlaka yönəldilir (həmin əmlak onun arvadının adına olsa belə)

Şərhlər

Rafo Memmedov 2023-03-12 16:18:53

Salam.Birge nigah dovrunde alinib ve satilan avtomobiller nigah pozulanan sonra bolune bilermi?

Salam. Xeyr. Vəkil Qulam İsmayılzadə

Nuray 2023-03-14 19:02:03

Salam. Mən qeydiyyatda ərimin dostunun evindəyəm. Yaşadığın ev isə həyət evidi kupçasız, yalnız ərimin adımadı. Birgə nigahdan olarkən alınıb. Əmlak bölgüsü olanda arvada pay hansı evdən düşür.

“ƏR-ARVAD BİRGƏ BİZNES QURUB, BÜDCƏNİ TALAYIRDI. ” – ŞOK ittihamlar

Arif Əsgərovun həbsdə ola baldızı oğlu növbəti dəfə hakim qarşısına çıxarılıb. Rahib Hüseynov bu dəfə də məhkəmədə qohumunun ünvanına ittihamlar səsləndirib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda dələduzluqda təqsirləndirilən 9 il müddətinə azadlıqdan məhrum edilən Rahib Hüseynov cəzadan narazı qalıb.

O, Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Rahib Hüseynov özünü günahkar bilməyərək deyib: “Mən ikiayaqlı inkassator maşın idim, nə deyirdilər, onu eləyirdim. İndi özləri çəkilib durub bir kənarda, məni veriblər irəli. M ilyonları yeyənlər qalıb bir tərəfdə, mənə 9 il həbs cəzası verilib . Halbuki, mən adi fiquram, heç kiməm”.

O deyib ki, deyilənlər yalandır, adamlardan pulları xalası oğlu- sabiq nazir müavininin oğlu Elnar Əsgərov alıb.

R.Hüseynov apellyasiya məhkəməsində danışıb ki, əslində, adamlardan pullar sələmlə alınıb, hər ay xalasıgildən o adamlara faiz göndərib, o da aparıb verib.

Pul sahiblərinin əksəriyyəti də vəzifəli şəxslərin (icra başçısı, universitet rektoru və s.) övladları olub.

Faizlər dayananda onlar hüquq-mühafizə orqanlarına şikayət ediblər.

R.Hüseynov çıxışına əlavə edib: “Bu məsələlər 2013-cü ildən başladı. O vaxt məni 6 ay “Bandotdel”də, 5 ay da Kürdəxanı təcridxanasında saxladılar. Bu 11 ayda Arif Əsgərov 30 nəfərə 48 milyon pul payladı.

Adamdan soruşmazlarmı ki, bu 48 milyonu hardan alıb qaytardın? Bu adam o vəzifəyə təyin olunanda yazılmışdı ki, dövlətin 48 milyonunu alıb, oğlunun əyri işlərini ört-basdır eləməlisən? Onların günahı yox idisə, niyə qaytarırdılar? 11 aydan sonra cinayət işinə xitam verib, məni də buraxdılar . Pul verənlərdən biri də Elnarın öz bacanağı icra başçısının oğlu Qoşqar Zeynalov idi. 2016-cı ildə nə oldusa, Qoşqarın əli ilə şikayət verib, xitam qərarını ləğv elətdirdilər, məni həbsə göndərdilər”.

Bütün bu işlərdən xalasının da xəbərdar olduğunu deyən R.Hüseynovun sözlərinə görə, kimdən nə qədər alınması, kimə nə qədər faiz verilməsi kimi məsələləri oğlu ilə birlikdə o müəyyənləşdirirdi.

Vaxtilə Dəmiryol İdarəsində çalışmış R.Hüseynov oradakı durumdan da danışıb. Deyir ki, x aricdən maya dəyəri 5 manata gətirilən hansısa avadanlıq 50 manata rəsmiləşdirilirdi : “O idarə Xatun və Arif Əsgərovun ər-arvad birgə biznesi idi. Vaqon üçün 30 manatlıq yataq dəsti Dəmiryol İdarəsinə 250 manata satılırdı. Büdcənin pullarını onların evində axtarmaq lazımdı. Gərək ora Dəmiryol İdarəsi yox, “filankəsin atasının şirkəti” deyəydilər. Qoşqar Zeynalovun ifadəsində var ki, guya gətirib 4 milyon 398 min manat pulu mənə Dəmiryol İdarəsində verib. Orada nə qədər kamera var, sübut olsaydı, çıxarıb ortaya qoyardılar. O idarəyə işçilərə özlərinə nahara yemək gətirməyə imkan vermirdilər ki, yeməkxanada pul verib yeməlisiz. Necə oldu, bu adam idarəyə mənim üçün torbada o qədər pul gətirdi, heç kim görmədi?”

R.Hüseynovun vəkili Sevil Hacıyeva birinci instansiya məhkəməsində bu işin hərtərəfli və ədalətli araşdırılmadığını bildirib. Vəkil deyib ki, bu işin başında Dəmiryol İdarəsinin keçmiş rəhbərliyi dayanır, ona görə də mütləq adı çəkilən şəxslər, o cümlədən Arif Əsgərov dindirilməlidir.

Hakim Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası nə vəsatəti təmin edib, nə də apellyasiya şikayətini.

Bakı Ağır Cinayətlər Məhkəməsinin Rahib Hüseynovla bağlı hökmü 9 illik cəza hissəsində qüvvədə saxlanılıb. Ekspertiza xərclərinin artırılması, sələmlə pul alınmış adamlara ödənilən məbləğlər yazılan kitabçaların sübut kimi qiymətləndirilməsi kimi hissələrdə hökmə qismən dəyişiklik edilib.

Vəkil Sevil Hacıyeva bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəklər:“Bu iş faktiki araşdırılmayıb. Halbuki, araşdırılsa, çox ciddi faktlar üzə çıxar. Ona görə sona qədər gedəcəyik”.

Bildirək ki, Rahib Hüseynov birinci instansiya məhkəməsinə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları təqdim edib. Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib.

Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, “qara mühasibatlıq” işinə də R.Hüseynov nəzarət edib. R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluq edib. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib.

Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul almaqda ittiham edilir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda və eyni işdə ittiham edilib və onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il müddətinə azadlıqdan məhrum edilmə cəzası çıxarılıb. O da həbsdədir.

Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğullarıdır. Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilib. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb.

Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgrovun da adı keçir. O, bir müddət ölkəni tərk etmişdi. Lakin sonradan Bakıya qayıdaraq məhkəmə prosesində şahid kimi ifadə vermişdi. O, bu işlərdə Hüseynov qardaşlarını ittiham edərək özünü məsuliyyətdən kənara qoymağa çalışmışdı.

Şərhlər

Vüsal Qəribov 2019-03-25 23:28:39

Talamaq,soyğunçuluq YAP-ın alnına yazılıb.

Comments are closed, but trackbacks and pingbacks are open.