Press "Enter" to skip to content

Akademik Ramiz Mehdiyev: Vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Ramiz mehdiyev ermənilərin mif yaradıcılığı

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Akademik Ramiz Mehdiyev: “Vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər”

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Şərq-Qərb” nəşriyyat evində yenicə çapdan çıxmış “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” kitabı ümummilli lider Heydər Əliyevin “Tarix həmişə hər şeyi öz yerinə qoyur” sözləri ilə açılır.

Kitabın əvvəlində müəllif “mif” anlayışını, miflərin sosial mahiyyətini ətraflı izah edir, bu mövzuya həsr olunmuş fundamental fəlsəfi əsərlərin A.Losev və D.Çijevski kimi müəlliflərinin fikirlərindən sitatlar gətirir. Akademik Ramiz Mehdiyev yazır: “Miflər aləmi praktiki təcrübə məntiqinə tabe olmur. Məhz bu səbəbdən miflərə çox vaxt etnosun mənşəyini izah etmək üçün müraciət olunur. Bu, mifoloji təfəkkürün tarixi ümumiləşdirmələrə gəlişinin nəticəsidir. Ümumiləşdirici təfəkkürün sonrakı inkişafı ilə əlaqədar olaraq mifoloji şüurun artıq başqa pilləsi yaranır. Çox vaxt o, etnosu yaratmış “vahid ata” deyilən varlıq haqqında təsəvvürlər dərəcəsinə çatır”.

Müəllif qeyd edir ki, miflərin müxtəlif aspektlərini, o cümlədən onun fəlsəfəsini öyrənən ciddi bir elm – mifologiya elmi mövcuddur, lakin mifologiya ilə yanaşı, “mifolojiləşdirmə” də vardır. Mifolojiləşdirməni, yəni xalqın yaratdığı mifləri siyasi texnoloqların və siyasətbazların effektiv aləti olan süni mifolojiləşdirmədən fərqləndirmək lazımdır.

Erməni Apostol kilsəsi, erməni diasporu, siyasi elita, ideoloqlar və “tarixçilər” birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam edir. Akademik bunları nəzərə alaraq, mötəbər mənbələrdən, o cümlədən erkən xristianlığın tarixindən, habelə erməni mənbələrindən gətirilən təkzibedilməz tarixi dəlillər əsasında sübut edir ki, ermənilərin xristianlığı dövlət səviyyəsində birinci olaraq qəbul etmələri barədə dedikləri uydurmadan başqa bir şey deyildir.

Tarixçilər çoxdan eyni fikrə gəliblər ki, xristianlığa üz tutan ilk monarx aramidilli Osroyenanın hökmdarı, eramızdan əvvəl 4-cü ildən bizim eranın 7-ci ilinə qədər, sonra isə bizim eranın 13-50-ci illərində hakimiyyətdə olmuş Edessa çarı V Abqardır. Kitabda bu çarlığın bütün hökmdarlarının siyahısı xronoloji ardıcıllıqla verilib. Osroyenanın xristianlığı birinci olaraq qəbul etməsini S.Moffet, U.Smit, Artur MakQiffert, Samuel Çetham, Ceyms Hastinq və bir çox başqaları təsdiq edirlər. Akademik Ramiz Mehdiyevin kitabında bu tarixçi və ilahiyyatçıların fikirlərindən iqtibaslar gətirilir. Məsələn, kitabda alman tarixçisi və ilahiyyatçısı Adolf fon Harnakın aşağıdakı sözləri sitat gətirilir: “. Şübhə yoxdur ki, xristianlıq hələ 190-cı ilə qədər bütün Edessada (Osroyenanın paytaxtı) və ona bitişik vilayətlərdə fəal yayılırdı və kilsəni (yəni, xristianlığı) çar sarayı da (201-ci ildən az sonra və bəlkə daha əvvəl) qəbul etmişdi”.

Kitabda tarixçi C.Seqalın bu fikrinə də istinad edilir: “III əsrin əvvəlində Edessanın əsas məhəlləsində kilsə vardı, hərçənd, ola bilsin ki, əhalinin əksəriyyəti hələ bütpərəst olaraq qalırdı. Lakin bir əsrdən sonra xristianlıq bu şəhərdə nəinki hakim etiqada çevrildi, hətta İncilin yayılması tarixi xristian dünyasında çox populyar oldu. Edessa xristianlığı rəsmi din kimi qəbul etmiş ilk çarlıq sayılır”.

Akademik Ramiz Mehdiyev onu da sübut edir ki, ermənilər tərəfindən “özəlləşdirilmiş” Sanatruk və I Tiridat əslində mənşə etibarı ilə sözün müasir anlamında erməni olmayıblar. Üstəlik, Sanatruk tarixə xristianlığın qatı düşməni kimi düşüb.

Müəllifin fikrincə, erməni təbliğatçıların bu sahədə məlumatı olmayan insanları qismən çaşdırmağa nail olmaları bununla bağlıdır ki, aramidilli edessallılar assimilyasiyaya uğrayaraq tarix səhnəsini tərk ediblər. Sonda akademik Ramiz Mehdiyev bu qənaətə gəlir ki, vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.

Ramiz mehdiyev ermənilərin mif yaradıcılığı

Akademik Ramiz Mehdiyev: “Vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər”

12:45 16-10-2014

CƏMİYYƏT

Akademik Ramiz Mehdiyev: “Vicdanlı tarixçilər
ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər”

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” kitabı çapdan çıxıb.
APA-nın məlumatına görə, “Şərq-Qərb” nəşriyyat evində çap olunmuş kitab ümummilli lider Heydər Əliyevin “Tarix həmişə hər şeyi öz yerinə qoyur” sözləri ilə açılır.
Kitabın əvvəlində müəllif “mif” anlayışını, miflərin sosial mahiyyətini ətraflı izah edir, bu mövzuya həsr olunmuş fundamental fəlsəfi əsərlərin A. Losev və D. Çijevski kimi müəlliflərinin fikirlərindən sitatlar gətirir.
Akademik R. Mehdiyev yazır: “Miflər aləmi praktiki təcrübə məntiqinə tabe olmur. Məhz bu səbəbdən miflərə çox vaxt etnosun mənşəyini izah etmək üçün müraciət olunur. Bu, mifoloji təfəkkürün tarixi ümumiləşdirmələrə gəlişinin nəticəsidir. Ümumiləşdirici təfəkkürün sonrakı inkişafı ilə əlaqədar olaraq mifoloji şüurun artıq başqa pilləsi yaranır. Çox vaxt o, etnosu yaratmış “vahid ata” deyilən varlıq haqqında təsəvvürlər dərəcəsinə çatır”.
Müəllif qeyd edir ki, miflərin müxtəlif aspektlərini, o cümlədən onun fəlsəfəsini öyrənən ciddi bir elm – mifologiya elmi mövcuddur, lakin mifologiya ilə yanaşı, “mifolojiləşdirmə” də var. Mifolojiləşdirməni, yəni xalqın yaratdığı mifləri siyasi texnoloqların və siyasətbazların effektiv aləti olan süni mifolojiləşdirmədən fərqləndirmək lazımdır.
Erməni Apostol kilsəsi, erməni diasporu, siyasi elita, ideoloqlar və “tarixçilər”in birlikdə dünya ermənilərini miflər aləmində saxlamaqda davam etdiyini nəzərə alan akademik R. Mehdiyev mötəbər mənbələrdən, o cümlədən erkən xristianlığın tarixindən, habelə erməni mənbələrindən gətirilən təkzibedilməz tarixi dəlillər əsasında sübut edir ki, ermənilərin xristianlığı dövlət səviyyəsində birinci olaraq qəbul etmələri barədə dedikləri uydurmadan başqa bir şey deyil. Tarixçilər çoxdan eyni fikrə gəliblər ki, xristianlığa üz tutan ilk monarx aramidilli Osroyenanın hökmdarı, eramızdan əvvəl 4-cü ildən bizim eranın 7-ci ilinə qədər, sonra isə bizim eranın 13-50-ci illərində hakimiyyətdə olmuş Edessa çarı V Abqardır.
Kitabda bu çarlığın bütün hökmdarlarının siyahısı xronoloji ardıcıllıqla verilib. Osroyenanın xristianlığı birinci olaraq qəbul etməsini S.Moffet, U.Smit, Artur MakQiffert, Samuel Çetham, Ceyms Hastinq və bir çox başqaları təsdiq edirlər. Akademik R. Mehdiyevin kitabında bu tarixçi və ilahiyyatçıların fikirlərindən iqtibaslar gətirilir. Məsələn, kitabda alman tarixçisi və ilahiyyatçısı Adolf fon Harnakın aşağıdakı sözləri sitat gətirilir: “. Şübhə yoxdur ki, xristianlıq hələ 190-cı ilə qədər bütün Edessada (Osroyenanın paytaxtı) və ona bitişik vilayətlərdə fəal yayılırdı və kilsəni (yəni, xristianlığı) çar sarayı da (201-ci ildən az sonra və bəlkə daha əvvəl) qəbul etmişdi”.
Kitabda tarixçi C. Seqalın bu fikrinə də istinad edilir: “III əsrin əvvəlində Edessanın əsas məhəlləsində kilsə var idi, hərçənd, ola bilsin ki, əhalinin əksəriyyəti hələ bütpərəst olaraq qalırdı. Lakin bir əsrdən sonra xristianlıq bu şəhərdə nəinki hakim etiqada çevrildi, hətta İncilin yayılması tarixi xristian dünyasında çox populyar oldu. Edessa xristianlığı rəsmi din kimi qəbul etmiş ilk çarlıq sayılır”.
Akademik R. Mehdiyev onu da sübut edir ki, ermənilər tərəfindən “özəlləşdirilmiş” Sanatruk və I Tiridat əslində mənşə etibarı ilə sözün müasir anlamında erməni olmayıblar. Üstəlik, Sanatruk tarixə xristianlığın qatı düşməni kimi düşüb.
Müəllifin fikrincə, erməni təbliğatçıların bu sahədə məlumatı olmayan insanları qismən çaşdırmağa nail olmaları bununla bağlıdır ki, aramidilli edessallılar assimilyasiyaya uğrayaraq tarix səhnəsini tərk ediblər. Sonda akademik R. Mehdiyev bu qənaətə gəlir ki, vicdanlı tarixçilər ermənilərin xristianlığı birinci qəbul etmiş xalq şöhrətini öz adlarına çıxmalarına imkan verməzlər.

Comments are closed, but trackbacks and pingbacks are open.