Ramiz rövşən bulud
Uzaq yetmişinci illərdə, ən azı 40-45 il bundan əvvəl, ən çoxu 25-30 yaşlarımda yazdığım bu şeirlər, əslində, mənim 1970-ci ildə çıxan “Bir yağışlı nəğmə” adlı ilk şeir kitabımla 1987-ci ildə çap olunan “Göy üzü daş saxlamaz” adlı ikinci kitabımın arasındakı on yeddi illik fasilədə işıq üzü görə bilməyən “itmiş kitabım”ın şeirlərindəndi.
Ramiz Rövşən poeziyasında tanrı, vətən və insan məfhumlarına fəlsəfi yanaşma
XX əsrin 60-cı illərindən başlayaraq hazırkı XXI əsrin 2-ci onilliyində yaşamaqla özünəməxsus poetikası ilə cəmiyyətin, eyni zamanda dünyanın bütün məkanlarına xas olan insan məskənləri ilə bağlı bütün yaşayış sferasını, laylasını saflaşdırmaq eşqi ilə bədii sözün qüdrətinə, onun fövqəladə, hətta sokral təsirinə həmişə inandığını, ilahi inama görə əvvəlcə sözün, sonra dünyanın bu sözlə vəhdətdə yaranışını təcəssüm edən poetik ifadələrin rəngarəngliyi ilə şöhrət qazanan çağdaş Azərbaycanın ədəbi ictimai-siyasi fikrində ən nüfuzlu söz sahiblərindən biri də xalq şairi Ramiz Rövşəndir.
2019-cu il “Nəsimi ili”, “İslahatlar ili” kimi qeyd olunsa da, bu həm də 25 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış sərəncam ilə İncəsənət sahəsində fəaliyyət göstərən bir qrup mədəniyyət xadimlərinə, o cümlədən Ramiz Məmmədəli oğlu Əliyevə (Ramiz Rövşən) “Xalq şairi” fəxri adının verilməsi ilə yaddaşda qaldı. Ramiz Rövşən şeirinin ifadə tərzi, söz sehrinin qüdrəti onun sadəliyində, lakonikliyində, yığcamlığında və dərin fəlsəfi mənaya malik olmasındadır. O, “Qədrimi bilmədi bu adam mənim” şeirində Allaha-tanrıya yalvarışları ilə bütün dərdlərinin bölünüb min tikəyə parçalanmış güzgü kimi yenidən bütöv, tam şəkildə həyata qayıtmağını arzulayan bir insan obrazı kontekstində bu dünyada səhv addım atanları ibrət güzgüsü ilə islah edir, insanın məşəqqətli həyatına son qoyulması ideyası ilə bizi qarşılaşdırır.
Bölünsəm, dərdim də bölündü bəlkə,
Hər dərdim yüz tikə, min tikə oldu.
Bir dərdim qalmadı özümdən yekə,
Bütün dərdlərimdən mən yekə oldum.
***
Bu yerin üstündə, göyün altında
Bölünsəm, hər tikəm bir yana düşsə,
Haçansa, kefinin xoş saatında,
İlahi, təzədən yadına düşsəm,
Təzədən toplasan qırıqlarımı,
Sınıq əllərimi, ayaqlarımı,
Ağzımı, burnumu, qulaqlarımı,
İlahi, təzədən calasan məni,
Dünyanın ən gözəl güzgüsü ollam.
Təzədən dünyaya yollasan məni,
Bu adam olmaram, özgəsi ollam,
İlahi, al məni bunun əlindən. [2. s.70]
Şair “bu adam olmaram, özgəsi ollam, İlahi, al məni bunun əlindən” misraları ilə sanki şeytan yoluna düşən insanı öz imdadı, harayı ilə səhv bir yolda olduğunun, öz ifrat nəfsinin burulğanında çabaladığının şikayətçisi kimi təqdim edir. Bu kimi şeirlərin dini-fəlsəfi baxımdan təhlili şairin əsil mövqeyini üzə çıxarır, onun hansı ideyalara daha çox meyilli olduğunu nümayiş etdirir. Birinci növbədə bir şair-filosof kimi təsir bağışlayan Ramiz Rövşən yaradıcılığında bariz nümunə təşkil edən ən sadə üslubda, xalq dilinə ən yaxın poetik ifadə tərzi ilə oxucunu ofsunlayan misraları, deyimləri üzərində bir qədər dayanaq. Məlum olduğu kimi Azərbaycan dili təkcə ərazisindəki on milyonluq Azərbaycan Respublikasının deyil, Şimaldan Cənuba, Şərqdən Qərbədək planetimizin yetmişədək ölkəsində yaşayıb yaradan əlli milyonluq xalqın dilidir. Azərbaycan dili anamızın dilidir, üzərində boy atıb böyüdüyümüz vətənimizin dilidir, bu gün sözün əsl mənasında bu, AR-nın dövlət dilidir. Doğma dilimiz haqqında deyə bilərik ki, o, gözəl, həm də mənalı və şirindir. Bu dil ən mürəkkəb fikirləri ifadə etməyə, ən obrazlı epizodları çatdırmağa qadir bir dildir. Başqa sözlə, Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış, nə qədər hikmətli sözlər söylənilmişdir. Əminliklə qeyd etmək olar ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, çıxışlarında qeyd edirdi ki, millətin milliliyini saxlayan onun dilidir.
Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir [3. s.2].
“Gedək biz olmayan yerə” şeirlər kitabına “Sözün sehri” adında ön sözü yazan müəllifə – Əliağa Cəfərliyə gerçək bir fikrinə görə tam qoşuluram: “R.Rövşən yazdığı onlarca şeirlərin tək bircəsini yazmış olsaydı belə, yenə də böyük şair kimi ədəbiyyat tariximizə daxil olacaqdı, yaşayacaqdı [2. s.3]. Şairin nümunə üçün hansı əsərinə əl atsaq, burada onun milli çərçivədən kənar başqa xalqa xas ideyalar aşılayan şeirlərini sistemə salmaq olar. Məsələn, Azərbaycan xalqının toponimində öz iyrənc hərəkətləri və rəftarı ilə “it balası” adlandırılan bir şəxs, ingilis, yaxud bəzi avropa xalqlarının folklorunda “ilan balası” kimi təqdim edilir. Ramiz Rövşənin bu “İlan balası” şeiri məhz bu baxımdan düşünülərək yaradıcılığına daxil olmuş, özünəməxsus spesifik yanaşma ilə şair buna xüsusi məna vermişdir:
Böyüyüb bu körpə ilan balası,
Gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir, daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu, otun qoxusu
Küləyin nəfəsi dolur canına.
. Özündən xəbərsiz, səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey. [2. s. 25]
Ramiz Rövşən şeirlərinin fəlsəfi-estetik istiqaməti, özünün mürəkkəb insan aləmi, bu insan aləminin müxtəlifliyi ilə xarakterizə edilən cəhətlərinin dərkinə yönəlmişdir. İnsan R.Rövşən poeziyasında tarixi prosesin, Yer üzündə maddi və mənəvi mədəniyyətin inkişafının subyekti, həyatın digər formaları ilə genetik bağlı olan bu formalardan əmək alətləri istehsal etmək qabiliyyətinə görə seçilən, aydın nitqə, təfəkkür və şüura malik olan biososial varlıq kimi bəşəri məhəbbəti özündə daha çox ehtiva edir. Gələcəyin insanı zəkalı və humanist hər şeyi bilməyə çalışan fəal, eyni zamanda gözəllikdən həzz almağı bacaran insandır. Bu insan mənəvi və fiziki kimliyin həqiqi vəhdəti idealını təcəssüm etdirən bütöv, hərtərəfli inkişaf etmiş şəxsiyyətdir. Təkrarolunmaz özünəməxsusluğa, nadir “mən”lik fərdiliyinə malik insan, özünü ictimai varlıq kimi bərqərar edir. Xalqların mifologiyasında insanı çimçişdirən iyrənc bir varlıq kimi onu xəyalında narahat edən “ilanlar” heç də yaradanın nəzərində belə deyil. Şair özünü, Allahını yaxşı dərk etməyə qabil olan insanları təbiətdəki hər bir varlığın mahiyyətinə dərindən bələd olmağa səsləyir, həyatda saflaşmağın, durulmağın, arınmağın axtarış yollarına üstünlük verir:
. Ağlama, ağlama, ilan balası,
Baxtını qarğıma, ilan balası!
Bu da bir ömürdü dözəsən gərək,
Beləymiş taleyin əmri, buyruğu,
Döşünün altında – sevən bir ürək
Dişinin altında – zəhər tuluğu.
. Hara qaçacaqsan göz qabağından,
Bu zalım dünyaya neyləyəcəksən?
Yüz yol çıxacaqsan öz qabığından,
Özündən ayrıla bilməyəcəksən.
Öyrən, yavaş-yavaş özünə öyrən,
Dünyanın hər cürə üzünə öyrən.
Barış canındakı zəhərli dərdlə,
İyrənmə özündən, ilan balası.
Bəlkə də ən acı həqiqət elə
Sənsən yer üzündə, ilan balası.
Sənsən haqqın yolu bu yer üzündə,
Tanrı özü seçib bu yolu bəlkə.
Yüz cür sifətiylə, yüz cür üzüylə
Dünya səndən keçib durulur bəlkə. [2. s.26]
Şairin “bu zalım dünya” dediyi məkan planetimizin adı bilinməyən guşələrindən biridir. Burada cəmiyyətin, təbiətin min ahəngini pozmağa çalışan zalım, şər qüvvələr nəzərimizdə canlanır. Bunlar görəsən kimdir? Məsləki, əqidəsi, vicdanı bilinməyən, yaxud heç olmayan bu cür insanlarda insanpərvərlik, bəşəri məhəbbət, məslək eşqi, dərin etiqad, vüqar və sadəlik, xalq ruhuna yaxınlıq, müdriklik, həyata və insana məhəbbət yox dərəcəsindədir.
“Gedək biz olmayan yerə” kitabı, “Burax gedim, Ay işığı!”, “Ayrılıq”, “Kəpənək qanadları” və “Qapı” başlıqları ilə sistemə salınaraq seçilmiş əsərləri üçün səciyyəvi olan şeirlər toplusudur.
R.Rövşən yaradıcılığa başladığı XX əsrin 60-80-ci illərindən başlayaraq hazırkı XXI əsrin 2-ci onilliyində yaşayıb fəaliyyət göstərməklə özünün həyat devizini açıqlayır:
. Biz zaman-zaman elə cəmiyyətdə yaşadıq ki, insana nəsə elədiyinə görə yox, nəsə eləmədiyinə görə qiymət verildi.
. Adama qiymət vermək o qədər də asan deyil. Elə məqam yetişə bilər ki, yaxşının pis, pisin yaxşı cəhəti üzə çıxır. Bəlkə yaxşı və pis adam yox, yaxşı və pis zaman var. Yaxşı zamanda yaxşı adam olmaq asandı, pis zamanda yaxşı adam olmaq çətindi. Pis vaxt insandakı naqis cəhətlərə yol açır. Hətta belə məqamda yaxşı adamın da pis keyfiyyəti qabarır. Necə adam olduğumu deyə bilmərəm, onu bilirəm ki, mən zamandan asılı deyiləm, dəyişməz və ardıcılam [1. s.56]. Şairin “Burax gedim, Ay işığı!”, “Başı kəsik gözəl kötük”, “Bulud”, “Qocalıq”, “Bir az uzun çəkdi ömrüm deyəsən”, “Astar üzünə”, “Addım”, “Kim bilir”, “Göy üzü daş saxlamaz”, “Dünya, məndən kimlər keçdi”, “Özünə qayıdır hər şey özünə”, “Kölgə”, “Bu güzgüyə bir vaxt qoşa baxardıq”, “Çiçəklər doğulur bu yaz gecəsi”, “Bu evin kişisi”, “Qara paltarlı qadın”, “Dünya mənə tanış gəlir”, “Tək adam”, “Divar”, “Boşalıb”, “Aydınlıq”, “Qoyun olmaq çətin şeymiş”, “Quzu”, “Öldür məni oynamaram bu toyda”, “Gedən kimdi, qalan kimdi”, “Təki sənin üzün gülsün”, “Yaylığını yel aparır”, “Kəpənək qanadları”, “Qara-qara qarışqalar”, “Bu qışı da saldım yola”, “Yağış yuyur, gün qurudur”, on nəğmədən ibarət “Qapı” şeiri, “Bağban Həsənlə bağı hekayə” və s. və i.a. dərin mənalı şeirləri ilə yanaşı “Süd dişinin ağrısı” poemasını həyəcansız, hissiyatsız və aramsız oxumaq mümkün deyil. Poeziyanın, ədəbiyyatın ayrıca mövzusu, ayrıca sözü yoxdur. Cəmiyyətdə baş verən irili-xırdalı hadisələr, bütün fikirlər poeziyanın mövzusu ola bilər. Əsil məsələ isə bu hadisələrin, bu fikirlərin bədii, poetik və ya qeyri-bədii, qeyri-poetik ifadəsindəndir. Mirzə Cəlil demişkən: “Mən yazıram ki, düşünəsiniz. Bəli, düşünmək lazımdır. Düşüncədən, fikirdən kənar bədii əsər söz yığınıdır. Əsil sənətkar dövrümüzün Ramiz Rövşəni kimi həm düşünə-düşünə, həm də düşündürə-düşündürə yazdıqları ilə oxucu qəlbinə nüfuz eləməyi bacarmalıdır. Bu qədər böyük doğmalıqla, yaxın təmaslıqla, geniş oxucu kütləsinin qəlbinə yol tapmaq hər şairə qismət olmur. Şair Ramiz Rövşən dühasının zənginliyindəndir ki, adları çəkilən və çəkilməyən şeirləri şırıltı ilə axıb büllur bulaq çeşməsindən süzülüb içərimizi sərinləyən durulan saf, şəffaf suya bənzəyir. Poetik nümunələrlə fikrimizi əsaslandıraq.
Gedirəm izim böyüyür,
Susuram sözüm böyüyür,
Baxıram, gözüm böyüyür
Dünya mənə tanış gəlir.
***
Bunun dağı-daşı tanış,
Bunun yayı-qışı tanış.
Gözlərimin yaşı tanış,
Dünya mənə tanış gəlir.
***
Bir dəfə də gəlmişəmmi?
Gəlmişəmmi, görmüşəmmi?
Yaşamışam, ölmüşəmmi?
Dünya mənə tanış gəlir [2. s.62]
Ramiz Rövşənin “mən zamandan asılı deyiləm, dəyişməz və ardıcılam” fikri ilə başqalarını deyə bilmərəm mən qismən razıyam. İnsan temperamentinə görə dəyişməz, sabit ola bilər. Amma xarakterinə görə inanmıram ki, daim sabit qalıb konyukturaya (şərait, vəziyyət) meyilli olmasın. Bizlər istisna olmaqla əsil şairlərdə qeyri-adilik, başqalarına bənzəməyən özəlliklər mövcuddur və biz buna təəccüb etmirik, sevinirik. Şair Ramiz Rövşənin arzuladığı, xəyalında canlandırdığı dünya heç də yaşadığımız planet deyil, qəmdən, qüssədən, qeybətdən, stres doğuran mühitdən fəzanın özü olmayan məchul bir nöqtədir ki, o, burada təskinlik tapmağı, rahatlanmağı, səs-küydən azad olmağı tərcih (üstün) edir:
Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə
Hər dərdi unudub gedək,
Dərdimiz olmayan yerə.
***
Burda qoyaq özümüzü,
Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək biz olmayan yerə.
***
Bir kimsə tutmasın xəbər
Gəl çıxıb gedək birtəhər.
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.
***
Atam oğlu, az çapala,
Sən deyən çətin tapıla,
Bu Ramizi kim aparar,
Bu Ramiz olmayan yerə?! [2. s.165]
Bəli, illər keçdikcə zamana uyğun olaraq zövqlər də dəyişir, təzələnir. Ramiz Rövşən dəyişən, təzələnən zövqləri, hissləri vaxtında tutmağa qadir bir sənətkardır.
E L A N L A R
- 26.01.2023, 12:09 “Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” adlı Respublika konfransı keçiriləcək
Ramiz rövşən bulud
Uzaq yetmişinci illərdə, ən azı 40-45 il bundan əvvəl, ən çoxu 25-30 yaşlarımda yazdığım bu şeirlər, əslində, mənim 1970-ci ildə çıxan “Bir yağışlı nəğmə” adlı ilk şeir kitabımla 1987-ci ildə çap olunan “Göy üzü daş saxlamaz” adlı ikinci kitabımın arasındakı on yeddi illik fasilədə işıq üzü görə bilməyən “itmiş kitabım”ın şeirlərindəndi.
Bu adamı dindirməyin, hirslidi;
Qapısına əzazil it bağlanan
ev kimi hirsli.
Cırtdana aldanan
div kimi hirsli.
Bir sarışın gözəlin
ipək saçları da
yumşaltmaz onu.
Hirslidi –
dişləri qırılmış
daraq kimi hirsli.
Məclisin şirin yerində
qəfil sönüb qaralmış.
çıraq kimi hirsli.
Hirsindən gözləri görmür dörd yanı,
Ağzı kilidlənib bığının altda.
Gecə də, gündüz də qaradır qanı,
Ona yaxın düşmür ağcaqanad da.
Hirsi ağrı kimi gəzir canında,
Hirslidi –
yaralı ov kimi hirsli.
Uduzulan oyunun son anında
Qapı dirəyinə dəyən
top kimi hirsli.
Küsdürüb özündən bütün dostları,
sevmir özünü də, özgəsini də.
Bəlkə də, çəkdiyi papirosların
xatirinə alır nəfəsini də.
Bağlanıb üzünə
bütün qapılar.
Yox, hələ açıqdı ümid qapısı.
Hələ ki, çəkməyə papirosu var,
Təki yandırmağa kibrit tapılsın.
Əllərimin yuvasıdı ciblərim;
əllərim quş kimi dənləyir hər gün
cibimdəki pulları.
Cibimdə sən deyən pulum da yoxdu,
Əllərim yarıac-yarıtoxdu.
Qəpik-quruşla
başını aldadır hələ əllərim.
Qorxuram bu gedişlə
axırda acından ölə əllərim.
Atalar deyib ki, “Pul əl çirkidi”.
Axı hansı ata deyib bu sözü?
Əli dirsəyəcən pula batanmı?
Yastığının altına
pulları qat-qat düzüb
şirin-şirin yatanmı?
Kim deyib? Kim?!
Mənim tərtəmizdi əllərim, atam.
Bircə qəpiksizdi əllərim, atam.
Axı bu əllərlə neyləyə billəm?
Nə bir saqqız alıb çeynəyə billəm,
nə bir gül-
bir qıza bağışlamağa.
Bu əllər bir şeyə yarıyar ancaq;
yaxşı çəpik çalıb alqışlamağa.
Mənsiz də, –
nə çoxdu çəpik çalanlar.
Yatın ciblərimdə, yatın, əllərim.
Şirin yuxulara batın, əllərim.
Yuxuda görün ki,
göydən pul yağır,
Yağır şax yüzlüklər göydən dən kimi.
Dənləyin o pulları
quşlar dənləyən kimi.
Doyun o pullardan, doyun, əllərim.
Öpüb göz üstünə qoyun, əllərim.
Qəflətən səksənib
qalxın yuxudan;
O pullar nə oldu, nə oldu, atam?!
. Şirin yuxulara aldanmaz adam,
Gedin, əlinizi yuyun, əllərim.
Yaşamaq, doğrudan, çox gözəl işdi,
Bir az pulun olsun, bir az imkanın.
Dörd yanın şıdırğı alış-verişdi;
Arzu bazarıdı, ümid dükanı.
Dolan bu bazarı, atam balası,
Simiclik eləmə qəpik-quruşa.
Lənkəran limonu, Şəki halvası.
Turşu şirinə qat, şirini turşa.
Hələ o şütüyən maşınlara bax,
Baxıb için-için bir az yan hələ.
Sənə də bir maşın yetirər Allah,
Bir az səbrini bas, cavansan hələ.
Hələ ki bu metro düşüb baxtına,
Axına qarışıb sən də axarsan.
Girib “Baksovet”də yerin altına,
Montində xortdayıb yerdən çıxarsan.
Belə yaşayarsan ömrünü hər gün,
Axı kim deyir ki, sən pis gündəsən.
Qarışqa ömrüdü hələ ki ömrün,
Yerin gah altında, gah üstündəsən.
Darıxma, qarışqam, az qalıb yaza,
səni sevindirər bu gələn bahar.
Atlı qarışqasan, bəlkə. haçansa
hələ qanadlanıb uçmağın da var.
Mən də qarışqayam, qadası, mən də,
Bunu yazdım sənə mən öz adımdan.
Yəqin bu yerlərdən uçub gedəndə
Mənə əl eləmək çıxmaz yadından.
Mənim bu dünyada xoşbəxt olmağa
görən haqqım varmı?
Yəqin ki, yoxdu.
Bir gün bu dünyadan qaçıb uzağa,
deyərəm: ilahi, dünyan soyuqdu.
Deyərəm: ilahi, bu necə işdi,
tüpür günəşə də, tüpür aya da.
Ya sən bu dünyanı tamam dəyişdir,
ya özgə gözlə bax bu dünyaya da.
Bir az yağışdan kəs, bir az buluddan,
qoy bu köhnə evin damı dammasın.
Bir az sevincdən kəs, bir az ümiddən,
qarışdır dərdimə, – havalanmasın.
Özün ki həmişə göydən baxırsan,
Mən axı kiməm ki, səni aldadam.
Kefim saz olanda –
yaddan çıxırsan,
Kefim pis olanda –
düşürsən yada.
İndi ha söz qoşum aya, ulduza,
Ha deyim, bu gecə gözəl gecədi.
Bu gecə mən sənə üz tutmuşamsa,
Özün bilirsən ki, kefim necədi.
Nə çoxdu kefimə soğan doğrayan,
Kefimdən xörəkmi bişirəcəklər?
Mən axı nə şaham, nə şah oğluyam,
Məni hansı taxtdan düşürəcəklər?!
Məni saymayanı mən də saymadım,
Artdı gündən-günə saymadıqlarım.
Sən mənim başıma ağıl qoymadın,
Onların başına ağıl qoy barı.
Məni saymayanlar axmaqdı, axmaq,
Onlar nə bilir ki, axı kiməm mən?
Məni saymayanlar bir vaxt sayacaq,
Onda görəcəklər; bir yox, minəm mən.
Səninkidi bu məclis;
hamı qusunca yeyir.
Daraşıb canına səssiz-səmirsiz,
səni rahat-rahat, asanca yeyir.
Hansı sözünəsə dilləri yatmır,
ağız büzürlər.
Hansı sözünəsə dişləri batmır,
səndən küsürlər.
Yenə küsə-küsə yeyirlər səni,
Ağız büzə-büzə yeyirlər səni…
…Səni yeyənlərin bu məclisində
sən özün də öz içini yeyirsən.
Öz qəmini, sevincini,
öz gücünü yeyirsən.
Ruhun göyə uça bilmir,
daha göydən düşürsən.
Daha sözün heydən düşür,
özün heydən düşürsən.
Darıxma, döz, –
axırına çıxacaqlar bir azdan.
Səni yeyib
üstündən su içəcəklər
Sonra –
ağızlarının qanını yuyacaqlar,
Qəbrin üstə gül qoyub
hamısı bir ağızdan
mahnı oxuyacaqlar;
“Əziziyəm, qanlı gül,
Qanlı danış, qanlı gül,
Yeyib bülbül bağrını,
Çıxıb ağzıqanlı gül…”
ALTINCI KALONDA “NƏSİMİ GÜNÜ”
Bu dünyadan qan içində, dərisi soyulmuş gedən böyük şairimiz Nəsiminin bu dünyaya gəlişinin 600 illiyi münasibətilə yetmişinci illərin əvvəlində Azərbaycan sovet respublikasının hər yerində yubiley tədbirləri keçirilirdi; klublarda, məktəblərdə, zavodlarda, fabriklərdə, hətta həbsxanalarda da. Belə tədbirlərdən birində mən də iştirak eləmişdim, bu şeiri də o tədbirdən sonra yazmışdım.
Altıncı kalonda “Nəsimi günü”,
Əbülfət oxuyur muğamı pəsdən.
Zal da kı doludu ağzına kimi,
Dustaqlar əyləşib bu zal qəfəsdə.
Baxır neçə-neçə dustaq gözləri;
Baxır dustaqların
bu qəmli səsdən
Bir azca nəm çəkmiş, islaq gözləri.
Divarlar şüarla bəzənib tamam:
“Unutma, yolunu gözləyir anan!”.
Ya “körpən”. Nə fərqi, gözləyənin var,
Baxır, göz-göz olub baxır divarlar.
Bax, bu ana şəkli, bu körpə şəkli,
Bu da, Nəsiminin yepyekə şəkli.
Şair mat-mat baxır
bu adamlara,
Bu cibkəsənlərə, evyaranlara.
Bu nəmli gözləri görəndə çaşır;
nə qədər dostu var gör bu salonda.
Hələb meydanında, atam, qardaşım,
ağlayan vardımı sən soyulanda?!
Eh, nəyə lazımdı bu boş suallar?
Gör neçə vaxt keçib. dəyişib zaman.
İndi burda səni elə soyarlar,
Ruhun da inciməz, Nəsimi babam.
Çox dedin: “Haqq mənəm! Haqq məndədir!”. Sus!
Dinmə, “haqq məndədir” demə, yazıqsan.
Yoxsa bu dəqiqə üstünə cumub
Səndən haqq istəyər bu qədər insan.
Serjantı, mayoru, dustağı belə,
Açılar hamının iştahı belə.
Deyərlər: nəyin var, qoy bu boşqaba,
Serjanta, mayora, bir də “obşak”a.
Soyarlar –
sonuncu qəpiyinəcən,
Soyarlar –
ət nədi, sümüyünəcən.
. Deyəsən, səksəndi şəklin divarda,
Titrədi, tərpəndi şəklin divarda.
Demə, bizim burda nə işimiz var?!
Sənin axşamındı bu gözəl axşam,
Səni bu divarda mıxdan asıblar,
Mən öz ayağımla gəlib çıxmışam.
Bir şeir oxuyub, çıxıb gedirəm,
Bağışla, qanını bir az qaraltdım.
Şəklinə son dəfə baxıb gedirəm,
Yanında yer saxla. bəlkə, qayıtdım.
Köhnə qoxular kimi
Köhnə qorxular da
candan heç cür çıxmaz ki, çıxmaz.
Nə sabunla,
nə şampunla yuyular.
Qəflətən hansısa məclisdə, yasda
çirkli corab qoxusutək
açıq-aşkar duyular,
vurar yanındakı adamları da.
Tamada sağlığı saxlar yarımçıq,
molla yasinini kəsər yarıda.
Bəlkə, bu dünyada ən mundar qoxu
sənin canındakı qorxudu, qorxu.
Özün də bilmirsən,
bu nə qorxudu?!
Səni ilan kimi qəfildən çalan
bəlkə də atandan, babandan qalan
bir sırtıq, qartımış, köhnə qorxudu.
Yazdığın hər şerə baxar gözləri,
baxdıqca qaşını çatar o qorxu.
Varaqda at kimi çapan sözlərin
tez-tez cilovunu dartar o qorxu.
Dayan, elə yazma, belə yaz, deyər,
cavansan, özünü salma cəncələ.
O misranı dəyiş, bu misranı at,
O sözü poz, deyər, bu sözü yumşalt.
. Axırda yazdığın nəyə bənzəyər;
bir az əriştəyə, bir az xəngələ.
Hərdən allı-güllü yaz havasında,
Aşıqlar oxuyar saz havasında.
. Köhnə qorxularla bacarmaq çətin,-
hamının canına hopubsa əgər.
Qorxaq şairləri bu məmləkətin
bu qədər şan-şöhrət tapıbsa əgər.
Bəs sən qurd ürəyi yemisən, nəsən?!
Heç nədən özünə iş çıxarırsan?
Bu dişsiz şairlər arasında sən
Bu körpə yaşında diş çıxarırsan?!
Nəyinə lazımdı bu kirpi təki
hər sözü göz deşən biz-biz şeirlər?
Südəmər vaxtındı sənin hələki,
Axsın qələmindən varağa hər gün
ana südü kimi təmiz şeirlər.
Misralar yayılsın varaq yamaca,
sözlər quzu kimi versin baş-başa,
Sən də bala-bala tütəyini çal,
şairim, çobanım, yaşa, min yaşa.
Hər ömür romandı; uzun, ya qısa,-
şirin sevgiləri, acı səhvləri.
Sənin yaşadığın bu romanınsa
nə çoxdu cırılan səhifələri.
Burda uc-ucadı doğruyla yalan,
Bəlkə, bu romanı yazan naşıdı?
Bu ağ varaqlarda ləkəsi qalan
Ya dodaq boyası, ya göz yaşıdı.
Çox da varaqlama bu romanı sən,
Qəflətən səksənmək təhlükəsi var.
Hansı varaqdasa bir də görərsən,
Hələ qurumayan qan ləkəsi var.
Bu kimin qanıdı? Bu nə qandı? Nə?!
Kimin qatilisən? Kimin cəlladı?
Batır barmağını, bir vur dilinə,
Gör tanış gəlirmi bu qanın dadı.
Dadı yox, tamı yox, bu necə qandı?
Hardan bu varağa sızılıb bu qan.
Bir yox, sənin ömrün iki romandı;
Biri tanrı yazan,
biri sən yazan.
Tanrının yazdığı bu deyildi ki.
Bir dön ömrünə bax; otuz ildi ki,
Tanrının yazdığı o romanı sən
Korlaya-korlaya ömür sürürsən.
Bir bax o səhvlərə, yalnışlıqlara,
Gör necə calanıb biri-birinə.
Neçə dostluqlara, tanışlıqlara
Sən nöqtə qoymusan vergül yerinə.
Gör necə qoşmusan sən bu romanda
doğma feilləri yad isimlərə.
Böyük sevgilərin keçib yanından
uymusan yalançı təbəssümlərə.
. Nə deyir uzaqda səslənən əzan?
Deyir, indən belə bu giley nədi?
İstər Tanrı yazan, istər sən yazan,
Hər iki romanın sonu eynidi, –
amma sona gedən yolları başqa.
Öləndə Tanrıya üzünü tut, de:
– Ey böyük romançı, məni bağışla.
İTMƏK ÇOX ASANDI BU QARIŞIQDA
İstər qaranlıqda, istər işıqda,
İtmək çox asandı bu qarışıqda.
Elə neçə-neçə dost məclisində
dostlara qarışıb itmək də olar.
Şəninə deyilən o sağlıqlara,
tostlara qarışıb itmək də olar.
Sən də şirin-şirin sağlıq deyərsən,
bərbəzək vurarsan sözünə sən də.
Bir də görərsən ki, özün deyilsən,
baxıb mat qalarsan özünə sən də.
Deyərsən: “Ay mənim özüm, hardasan?
Bəzəksiz-düüzəksiz sözüm, hardasan. ”
Harda tapacaqsan özünü, harda?
Hansı kafelərdə, çayxanalarda?
Hansı xanımların yataqlarında?
Hansı kitabların varaqlarında?
Bir uzaq Rusiya meşəsindəmi?
Ya da ki, bir araq şüşəsindəmi?
Özün olacaqmı tapdığın hələ?
Hamının əlindən qapdığın hələ.
Nəsə qoparacaq səndən hər biri,
Səndən hər birinə nəsə qalacaq.
Kiminə dediyin ən gizli sirrin,
Kiminə ən şirin sözün qalacaq.
Kiminə öpüşlərin,
kiminə söyüşlərin,
kiminə pulun qalacaq.
Daha indən belə özün olmağa
nə gücün, nə də ki, halın qalacaq.
Yox, dəymə heç nəyə, qoy belə getsin,
Əl vurma bu ömrün axarına sən.
Gün-günə calansın, il-ilə yetsin,
Gedib çıx bu ömrün axırına sən.
Demə ki, bu ömür yaddı, özgədi,
Səni pis göstərən əyri güzgüdü.
Nə öz ömründən küs, nə öz adından,
Bu ömrə dözdünsə, demək qoçaqsan.
Qorxma, bu yad ömrün son saatında
Ölən özgəsi yox, sən olacaqsan.
Mənə də yer verin. ən son sırada.
Mən də bu kinonu görüm, nə olar.
Görüm, nəyə gülür bu qədər adam?
Mən də hamı kimi gülüm, nə olar.
Hava da soyuqdu. kefim də yoxdu.
Canım qoy bu zalda qızınsın bir az.
Kino da köhnədi. lent də qırıqdı.
Qırıla-qırıla uzansın bir az.
Bir küncdə səssizcə oturub baxım,
Baxdıqca açılsın qoy qaşqabağım.
İlahi, bu kino necə tanışdı,
Bu filmi deyəsən görmüşəm axı.
Ekranda görünən sifətlər tanış,
Öpüşlər, gülüşlər, söhbətlər tanış.
O kimdi? Ekiztək mənə oxşayan?
Mən onun özüyəm? Ya qardaşıyam?
Bu kinoya necə çəkiblər məni?
Deyəsən, gizlicə çəkiblər məni.
Yox, tək mən deyiləm. demə bu zalda
Hamı mən gündəymiş, hamı mən halda.
Hamı otursa da burda yan-yana,
Hər kəs öz filminə baxırmış demə.
Hər kəs bu ekranda öz həyatına,
Hər kəs öz ömrünə baxırmış demə.
Mənsə, baxa-baxa yatdım, yuxladım,
Heyif, öz filmimi görmədim. heyif!
Filmin ortasından xəbər tutmadım,
Axırı nə oldu? Bilmədim. heyif.
Kayzen
Çağdaş ədəbiyyatımızın ən gözəl sevgi şeirləri
- ŞEİRLƏR
- 24 iyul 2022, 23:11
Əli Kərim – Qayıt
Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!
Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halını soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.
Ramiz Rövşən – Yavaş yavaş sevdim səni
- ŞEİRLƏR
- 1 dekabr 2019, 02:14
Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.
Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.
Davamı →
Dünyanın sən olan yeri | Ramiz Rövşən
- Poeziya
- 19 avqust 2018, 07:24
Boşaldı dünyanın sən olan yeri…
Dünyanın
sən olan yerindən indi
Tozlana-tozlana maşınlar keçir,
Nazlana-nazlana xanımlar keçir,
Cavanlar keçir
tüpürüb siqaret kötüklərini.
Davamı →
Mən küsüb gedirəm | Ramiz Rövşən
- Poeziya
- 24 aprel 2018, 19:32
Mən küsüb gedirəm.
Qoy hamı qalsın,
Mən küsüb gedirəm bu yer üzündən.
Oğulam – qoy dərdim anama qalsın,
Atayam – qoy balam küssün özündən.
Dünya ucuz saydı, ya baha bildi?!
Nə satan tapıldı, nə alan məni.
Nə Allah dünyaya bağlaya bildi,
Nə atam, nə anam, nə balam məni.
İlahi, səndən də sındı ürəyim,
Məni küsdürənin yekəsi sənsən.
Davamı →
Azad qadın heykəlinə | Ramiz Rövşən
- Poeziya
- 1 iyun 2018, 13:27
Yox,sənin canın da daşdan deyilmiş
Gör səni nə günə qoydular, qadın.
Əvvəlcə çadranı açdılar sənin
Sonra paltarını soyundurdular…
Sonra səni soğan kimi qat- qat
Soydular, qadın
Zalımların gözü də yaşarmadı
Bu quldurlar içində,də,
Səni soymağı ,kim bacarmadı?
Bir sevginin işığı düşmüşdü üz – gözünə
Soydular ,o işığı da soydular
Qurmadığın ev – eşiyi
Doğmadığın uşağı da soydular…
Gör səni nə günə qoydular, qadın.
Sonra abrın,həyan soyuldu getdi,
Sonra səbrin, dözümün
Davamı →
İlan balası | Ramiz Rövşən
- Poeziya
- 20 fevral 2018, 21:39
Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir,daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu,
otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
… Özündən xəbərsiz,
səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey…
Davamı →
Başı kəsik gözəl kötük | Ramiz Rövşən
- Poeziya
- 11 fevral 2017, 21:55
Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?
İpək-ipək yarpaqların
Küləklərlə talandımı?
Bilək-bilək budaqların
ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından
Yıxılmış ucalığından,
başı kəsik gözəl kötük…
Ölmək | Ramiz Rövşən
- Poeziya
- 3 sentyabr 2015, 10:19
Bulud kimi ölmək
bir yaz yağışında.
Ümid kimi ölmək,
bir qız baxışında.
Bir yel qanadında
yarpaq kimi ölmək
Bir qəbir altında,
torpaq kimi ölmək.
Bir gül kimi ölmək,
bir güldan içində.
Bülbül kimi ölmək
bir hicran içində.
Bir səs kimi ölmək
bir kar qulağında.
Bir söz kimi ölmək,
bir lal dodağında.
Gündən günə ölmək,
Dönə-dönə ölmək.
Öldükcə dirilmək,
Sonra yenə ölmək.
Ramiz Rövşən-“Yağış yuyur,gün qurudur”
- ŞEİRLƏR
- 28 dekabr 2014, 20:49
Ramiz Rövşən-«Yağış yuyur,gün qurudur»
Bu yerləri bu göyləri
Yağış yuyur ,gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur ,gün qurudur.
Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur ,gün qurudur.
Gələn nədi ,gedən nədi?
Bələk nədi,kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur ,gün qurudur.
İçindən yıxılır adam | Ramiz Rövşən
- Poeziya
- 7 dekabr 2014, 23:40
Təkcə gücsüzlüyündən
yıxılmır, atam balası,
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
İllər boyu neçə dərdə
dözüb dayanır,
Qəfil sevincindən yıxılır adam.
Dünya qaçır ayağının altından –
yıxılmır,
Bu dünyanın ən dəlisov atından
yıxılmır,
Amma bir kəpənəyin qanadından,
bir otun ucundan yıxılır adam.
…Gülmə hər yıxılana,
atam balası, gülmə, –
Elə bilmə
bu dünyada təkcə gücsüzlüyündən
ya da ki, acından yıxılır adam…
Comments are closed, but trackbacks and pingbacks are open.