Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir”
Kəsmə rejimləri rayber alətinin növündən asılı olaraq müxtəlif olur. Bir tilli alətlərdə nisbətən aşağı veriş verməklə böyük kəsmə sürətlərində (poladın emalında: v=25-90 m/dəq) emal aparmaq mümkündür. Çoxtilli rayberlər isə yalnız aşağı kəsmə sürətlərinə (poladın emalında: 8-12 m/dəq) imkan yaradırlar. Bunun səbəbi yüksək kəsmə sürətlərində aparıcı faskaların qızamsı və nəticədə alətin yeyilməsi sayəsində səthlərin keyfiyyətinin aşağı düşməsi ilə bağlıdır. Bir tilli alətlərdə isə alətin kəsən hissəsini optimal hazırlamaq mümkün olur ki, bu da əlverişli kəsmə şəraitinə imkan yaradır. Verişin qiyməti tillərin sayından asılı olaraq alınır. Bir tilli alətlərdə verilən veriş yalnız bir til tərəfindən yerinə yetirildiyi halda, çoxtilli rayberlərdə bu tillər arasında bölünür. Bir tilli rayberlərdə polad üçün veriş sürəti 0,1-0,35 mm/dövr arasında, çoxtillilərdə isə 0,2-1 mm/dövr arasında yerləşir. Verişin seçilməsinə rayberin plan bucağı bir başa təsir edir.
Rayberləmə
Rayberləmə dedikdə deşiklərin rayber aləti ilə sürtünmə effekti ilə mexaniki emalı nəzərdə tutulur. Bu tenologiya ilə deşiyin həm forma dəqilqiyi artır, həm də səthinin kələkötürlüyü yaxşılaşır.
Rayberləmə deşikdə düzgün forma, yüksək ölçü dəqiqliyi və kələkötürlük almaq üçün rayber aləti (Rayber) tətbiq edilən tamamlama (təmiz emal) mexaniki emal üsuludur. Rayberləmədə qalınlığı maksiumum 0,5 mm olan pay çıxarılmaqla, deşikləri 2-3 dəqiqlik və 7-8-ci təmizlik siniflərində hazırlamaq olur. Xüsusi hallarda kəscilik qabiliyyəti yüksəldilmiş alətərin tətbiqi ilə bu parametrləri daha da yaxşılaşdırmaq olur. Proses yalnız soyuducu-yağlayıcı mayenin tətbiqi ilə aparılır. Təmiz rayberləmədə kəsmə dərinliyi 0,5-0,25 mm-i keçmir. Rayberləmədə kəsmə parametrləri şəkil 1-də verilmişdir.
Kəsmə rejimləri rayber alətinin növündən asılı olaraq müxtəlif olur. Bir tilli alətlərdə nisbətən aşağı veriş verməklə böyük kəsmə sürətlərində (poladın emalında: v=25-90 m/dəq) emal aparmaq mümkündür. Çoxtilli rayberlər isə yalnız aşağı kəsmə sürətlərinə (poladın emalında: 8-12 m/dəq) imkan yaradırlar. Bunun səbəbi yüksək kəsmə sürətlərində aparıcı faskaların qızamsı və nəticədə alətin yeyilməsi sayəsində səthlərin keyfiyyətinin aşağı düşməsi ilə bağlıdır. Bir tilli alətlərdə isə alətin kəsən hissəsini optimal hazırlamaq mümkün olur ki, bu da əlverişli kəsmə şəraitinə imkan yaradır. Verişin qiyməti tillərin sayından asılı olaraq alınır. Bir tilli alətlərdə verilən veriş yalnız bir til tərəfindən yerinə yetirildiyi halda, çoxtilli rayberlərdə bu tillər arasında bölünür. Bir tilli rayberlərdə polad üçün veriş sürəti 0,1-0,35 mm/dövr arasında, çoxtillilərdə isə 0,2-1 mm/dövr arasında yerləşir. Verişin seçilməsinə rayberin plan bucağı bir başa təsir edir.
“Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir”
“Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir” “Bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada ulu öndər Heydər Əliyevin əməyi, nişanəsi olmasın.
7 May , 2022 16:33
https://static.report.az/photo/4d9b427b-10b8-36e5-876c-d6095700f08f.jpg
“Bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada ulu öndər Heydər Əliyevin əməyi, nişanəsi olmasın. Ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə ümummilli liderin əməyi özünü göstərir. Heydər Əliyevin həyatı bütöv bir tarixdir. Onun bütün həyatı, fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir”. Bu fikirləri “Report”a açıqlamasında Yeni Azərbaycan Partiyasının üzvü, V çağırış Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib. Onun sözlərinə görə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi istər birinci, istərsə də ikinci dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrilib: “Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı ulu öndərin adı ilə bağlı olmasın”. D.Cəbrayılova Heydər Əliyevin təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirdiyini vurğulayıb: “Ulu öndər elm və təhsilə xüsusi həssaslıqla yanaşıb, bu sahəyə daim qayğı göstərib. Ümummilli lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd edib ki, təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görən müdrik rəhbər təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmayıb, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu daim önə çəkib. Onu da qeyd edim ki, ulu öndərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir”.
O xatırladıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Məhz ulu öndərin qayıdışından sonra müstəqilliyimiz təhlükədən xilas oldu, ölkədə sabitlik bərpa olundu və Azərbaycanda bütün sahələrdə inkişafa doğru addımlar atıldı. Həmin dövrdən etibarən ulu öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı: “Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxt səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi, lakin Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı. Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır”. “Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Ulu ondərin arzusunda olduğu, lakin ömrü vəfa vermədiyi üçün başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin ikiüzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi. Tanrı bu şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı. Prezident İlham Əliyev Ordumuz və xalqımızla birlikdə bu işi bacardı. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır – xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ildən bəri düşmən nəsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləyib. Bütün bunlara görə xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, Ona Allahdan qəni-qəni rəhmət diləyir!”. – D.Cəbrayılova qeyd edib.
Qeysəriyyə əməliyyatı
Qeysəriyyə əməliyyatı – hamiləliyin sona çatdırılma üsullarından biridir. Təbii yolla doğuş mümkün olmadıqda uşaq cərrahi müdaxilə ilə ana orqanizmindən xaric edilir. Qeysəriyyə əməliyyatı tibbi göstərişlərdən və vəziyyətdən asılı olaraq, planlı və yaxud təcili şəkildə aparılır.
Planlı əməliyyat hamiləlik dövründə ana və dölün vəziyyəti qiymətləndirildikdən sonra, yəni əvvəlcədən təyin edilir. Təcili üsul isə fizioloji doğuş fəaliyyəti zamanı hamilə qadın və uşağın sağlamlığı, eləcə də həyatı üçün təhlükə yarandıqda tətbiq edilir.
Planlı Qeysəriyyə əməliyyatı haqqında
Planlı cərrahi doğuş hamiləlik müddətində ginekoloq tərəfindən təyin edilir. Bu qərar həm hamiləliyin gediş xüsusiyyətləri, həm də qadın sağlamlığı, orqanizmin anatomik xüsusiyyətləri ilə bağlı olur. Planlı Qeysəriyyə əməliyyatı aşağıdakı hallarda edilir:
- cift gəlişi : cift uşaqlıq boynunun üzərində yerləşərək, uşağın xaric olması üçün yolu bağladıqda;
- anatomik dar çanaq ;
- uşaqlıq boynu nahiyəsində mioma : doğuş yollarında mexaniki maneə rolunu oynayır;
- Mioma əməliyyatından və yaxud əvvəlki Qeysəriyyə kəsiyindən sonra uşaqlığın qeyri-kafi çapığı;
- sağlamlıq üçün təhlükəli xəstəliklər və patologiyalar (ürək-damar, böyrək xəstəlikləri, gözün torlu qişasının qopma təhlükəsi);
- doğuş prosesində ananın həyatına təhlükə törədəcək hamiləlik ağırlaşmaları (məsələn, ağır formalı preeklampsiya, eklampsiya);
- dölün çanaq gəlişi, köndələn vəziyyəti;
- çoxdöllü hamiləlik;
- III trimestrdə genital herpes .
Təcili Qeysəriyyə əməliyyatı
Doğuş prosesində ana və dölün həyatı üçün təhlükə hal yarandıqda təcili şəkildə cərrahi müdaxilə edilir. Tez bir zamanda qadın əməliyyat olunur, döl ananın uşaqlığından xaric edilir. Təcili Qeysəriyyə əməliyyatı aşağıdakı hallarda aparılır:
- doğuşda dölün başı ilə ananın çanaq ölçüləri arasındakı uyğunsuzluq;
- doğuş fəaliyyətinin pozulması və tamamən dayanması;
- normal yerləşmiş ciftin vaxtından əvvəl ayrılması (dölün oksigenlə təhcizatı dayanır, ölümcül qanaxma mümkündür);
- doğuş zamanı uşaqlığın cırılma ehtimalı;
- dölün hipoksiyası (kəskin oksigen çatışmazlığı);
- göbək ciyəsinin sallanması.
Qeysəriyyə əməliyyatında anesteziya
Əməliyyat 95% hallarda epidural, spinal və yaxud kombinəolunmuş, spinal-epidural anesteziya altında yerinə yetirilir. Anestetikin təsirindən qadının huşu itmir, sadəcə bədənin aşağı hissəsində hissiyyat olmur. Bəzən təcili şəkildə əməliyyat lazım gəldikdə ümumi anesteziya (narkoz) edilir.
Qeysəriyyə əməliyyatının mərhələləri
Anesteziyadan sonra Qeysəriyyə əməliyyatı qarnın ön divarında, sonra isə uşaqlıqda kəsiklə başlanır. Açılan yarıqdan uşaq, cift və döl qişaları ehmalca çıxarılır. Uşaq ananın sinəsinə qoyulur. Göbək ciyəsini dartmaqla cifti xaric etmək daha məqsədəuyğundur. Bu variantda qanitirmə az olur. Əməliyyatın son mərhələsində uşaqlığa tikiş qoyulur, qarın divarının tamlığı bərpa olunur.
Qeysəriyyə əməliyyatının vaxtı
Planlı Qeysəriyyə əməliyyatı üçün ən optimal müddət hamiləliyin 39-40-cı həftələridir. Əgər ana və uşağın vəziyyəti normaldırsa, 39-cu həftəfən tez cərrahi müdaxilə etmək olmaz. Lakin sancılar başlandıqda və yaxud dölyanı maye axdıqda əməliyyat vaxtından əvvəl həyata keçirilir.
Qeysəriyyə əməliyyatından sonra
Əməliyyat bitdikdə qadın 6-12 saatlıq intensiv terapiya şöbəsinə köçürülür. Bu müddət ərzində ona uşaqlığın yığılmasına səbəb olan ağrıkəsici preparatlar yeridilir. Vəziyyət qənaətbəxş olduqda antibiotik inyeksiyaları 3 gündən çox davam etdirilmir.
Əməliyyatdan 6 saat sonra pasiyent otura, sonra isə qalxa bilər.
Qeysəriyyə əməliyyatından sonra hamiləlik
Elmi sübutlara əsasən növbəti doğuşun Qeysəriyyə əməliyyatından 2 il sonra baş verməsi məqsədəuyğundur. Bu zaman intervalında hamiləlikdən qorunduqda uşaqlıqda normal çapıq formalaşır və qadın uşağını təbii doğuşla dünyaya gətirə bilir.
Təkrar hamiləlik planladıqda mütləq ginekoloqun müayinəsindən keçib, tikişin vəziyyətini yoxlamaq lazımdır.
Comments are closed, but trackbacks and pingbacks are open.