Press "Enter" to skip to content

Hərbi rütbələr

– tramvay və avtomobil gedilən istiqamətdən asılı olmayaraq hər ikisi baş yolda və ya hər ikisi ikinci dərəcəli yolda olduqda (aşağıdakı şəkildə tramvay sola dönsə də sükan çarxı görünən minik avtomobili ilə hər ikisi baş yolda olduğundan tramvay üstünlüyə malikdir)

Yol hərəkəti qaydalarını mükəmməl öyrənək.

Mən Bakıdan təlimçi Rasim İsmayıl oğlu ,25 ildən çox müxtəlif nazirliklərin sürücülük kurslarıda və avtotəsərrüfatlarda yol hərəkəti qaydalarından dərs deyən təcrübəli müəllim olaraq öz bilik və təcrübəmi sürücülər və sürücülüyə namizədlərlə bölüşmək məqsədiilə bu materialı hazırlamışam. Ölkəmizdə əhalinin və avtomobillərin sayı hər il artdığından yol hərəkəti qaydalarını mükəmməl öyrənməyin əhəmiyyəti daha da artır. Yol hərəkəti qaydaları haqda bu vəsait bilik səviyyəsindən asılı olmayaraq bütün sürücülərə və sürücülüyə namizəd olan şəxslərə yol hərəkəti qaydalarını öyrənmək və təkrar etməklə yaddan çıxarmamaq üçün kömək etmək məqsədi ilə hazırlanmışdır. Daim təkmilləşən “Yol hərəkəti haqqında” qanun hüquqi-normativ akt olmaqla hərəkət iştirakçıları arasında olan münasibətləri tənzimləyir. Qanunda olan maddələr yığcam şəkildə və bir qədər də mürəkkəb cümlələrlə yazıldığından bəzi adamlar həmin maddənin mahiyyətini başa düşməkdə çətinlik çəkirlər. Bir çoxları isə yol hərəkəti qaydalarını öyrənməyi və təkrar etməyi yalnız qaydalara aid test işləməkdə görürlər. Əzbərçiliyə yol vermədən, qaydaların mahiyyətini başa düşə-düşə öyrəndikdə və təkrar etdikdə bu beyində həkk olur və heç vaxt sürücünün yadından çıxmır. Yol hərəkəti qaydalarını bilməklə və qaydalara yollarda əməl etməklə Siz həm özünüzün, həm də avtomobilinizdə olan yaxınlarınızın və digər sərnişinlərin, həmçinin yollarda olan digər şəxslərin təhlükəsizliyini təmin etmiş olursunuz.Yollarda hərəkət iştirakçıları arasında yaranan mübahisələrin həlli üçün b ütün qanunlar kimi “Yol hərəkəti haqqında” qanunun da bu gün üçün qüvvədə olan son variantı üçün AR Prezidentinin göstərişi əsasında yaradılmış AR Ədliyyə Nazirliyinin normativ hüquqi aktların vahid internet elektron bazasına “e-qanun.az” saytına istinad etmək lazımdır. Yəni “Yol hərəkəti haqqında” qanunun son variantı üçün internetdə axtarış bölməsinə “e-qanun.az” “Yol hərəkəti haqqında qanun” yazıb axtarış versəniz bu qanunun son variantı çıxacaq və bu qanuna əsasən kimin haqlı olduğunu müəyyən edə biləcəksiniz .

Yol nişanları

Yol nişanları hərəkəti təşkil etməyin ən mühüm vasitələrindən biridir. Azərbaycan Respublikasında 1 sentyabr 2020-ci il tarixə 7 qrupa bölünən 174 ədəd yol nişanları var. 7 qrupun hər birinin təyinatı, vurulma qaydası və üstünlük nişanlarından başqa hamısının oxşar forması var.

Qruplar üzrə nişanların sayı belədir:

  1. Xəbərdarlıq nişanları – 33 ədəd
  2. Üstünlük nişanları – 7 ədəd
  3. Qadağan nişanları – 35 ədəd
  4. Məcburi hərəkət istiqaməti nişanları – 9 ədəd
  5. Məlumatverici-göstərici nişanlar – 53 ədəd
  6. Servis nişanları – 18 ədəd
  7. Əlavə məlumat nişanları – 19 ədəd

Bütün nişanların nömrəsi olur. Nömrədəki 1-ci rəqəm qrupun nömrəsini, 2-ci rəqəm nişanın qrupdakı sıra nömrəsini, əgər bu nişandan bir ədəd deyilsə və onlar mənasına görə bir-birinə çox yaxındırsa 3-cü rəqəm nişanın həmin növünün nömrəsini göstərir. Məs: 4.1.6 “Sağa və ya sola hərəkət nişanı”. Burada 1-ci rəqəm-4 bu nişanın 4-cü qrupa- “Məcburi hərəkət istiqaməti” nişanlarına aid olduğunu, 2-ci rəqəm-1 bu nişanın qrupda 1-ci yerdə olduğunu, 3-ci rəqəm-6 isə bu cür nişanlardan 6-cısı olduğunu bildirir.

Yol nişanları daimi və müvəqqəti ola bilir. Müvəqqəti yol nişanları gəzdirilən dayaq üzərində olmaqla daşınan olur. Müvəqqəti yol nişanları texniki göstəricilərinə və quraşdırılma yerinə görə daimi nişanlardan fərqlənməlidir. Məs: “Maneəni soldan keçmə” nişanı yol təmiri ilə əlaqədar hərəkət hissəsinin ortasında vurula bilər. Müvəqqəti yol nişanlarının istifadə edilməsinə ehtiyac qalmayıbsa, bu nişanlar təcili çıxarılmalıdır.

Müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətlərindən başqa eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri ilə digər texniki vasitələrin tələbləri arasında (məs: üfüqi nişanlanma) ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir.

Xəbərdarlıq nişanları

Azərbaycan Respublikasında 33 xəbərdarlıq nişanı var.

Xəbərdarlıq nişanları lazımi tədbirlər görülməsi tələb edən qarşıdakı təhlükə barədə sürücünü xəbərdar edir. Bu nişanlar heç bir məhdudiyyət qoymur. Sürücü bu nişanları gördükdə ilk növbədə diqqəti artırmalı və şəraitə uyğun sürət seçərək hərəkətin təhlükəsizliyini təmin edəcək tədbir görməlidir.

1.3.1″Bir xətli dəmiryol”, 1.3.2 “Çoxxətli dəmiryol”, 1.4.1-1.4.6 “Dəmiryol keçidinə yaxınlaşma”

və 1.31.1-1.31.3 “Döngənin istiqaməti” nişanından başqa qalan 30 xəbərdaredici nişan bərabərtərəfli üçbucaq formasında, ağ fonlu olub qırağında qırmızı haşiyəsi var. Üçbucağın daxıilndə qara rənglə təhlükənin simvolu göstərilir. Təhlükəyə uyğun tədbir görmək üçün müəyyən vaxt və məsafə lazım olduğundan üçbucaq formasında olmayan 3 nişandan başqa qalan 30 nişanın vurulma qaydası eynidir və onlar təhlükəyə müəyyən qədər məsafə qalmış vurulur. Yaşayış məntəqəsində maksimal sürət aşağı olduğundan (60km/s) bu nişanlar təhlükəli sahəyə 50-100 metr (yəni 50 m-dən az, 100 m-dən çox olmamaq şərti ilə) qalmış, yaşayış məntəqələrindən kənarda isə maksimal sürət yüksək olduğundan bu nişanlar təhlükəli sahəyə 150-300 metr (yəni 150 m-dən az, 300 m-dən çox olmamaq şərti ilə) qalmış vurulur. Lazım gələrsə bu nişanlar başqa məsafədə də vurula bilər. Lakin bu zaman nişanın altında 7.1.1 “Obyektə qədər məsafə” nişanı vurulur və həmin lövhəcikdə təhlükəli sahəyə qədər olan məsafə göstərilir. Şəkildə göstərilən kimi yaşayış məntəqəsində nişanı təhlükəli sahəyə 50-100 m yox ,150 m qalmış vurmaq lazım gələrsə.

6 nişan insan ölümü və ya xəsarəti ilə nəticələnən daha ciddi təhlükə barədə xəbərdar etdiyindən yaşayış məntəqəsindən kənarda vurulduqda təkrar edilir. Yəni 2 dəfə vurulur. Birinci nişan adi qaydada 150-300 m qalmış, ikinci nişan isə ən azı 50 m qalmış vurulur.

1.1 Şlaqbaumlu dəmiryol keçidi

Bu nişan sürücünü qarşıda şlaqbqumlu dəmiryol keçidinin olması barədə xəbərdar edir. İlk növbədə bilmək lazımdır ki, dəmiryol keçidi avtomobil yolu ilə dəmiryol xəttinin eyni səviyyədə kəsişməsinə deyilir. Dəmiryol keçidlərində üstünlük həmişə relsli nəqliyyata verilir. Bunun iki səbəbi var:

    Relsli nəqliyyatların tormoz yolu avtomobillərə nisbətən çox olur. (Tormozlama zamanı poladdan olan relslərin və qatarın təkərləri arasında yaranan sürüşmə səbəbli tormoz yolu da çox olur. Qatarların kütləsi təxminən 3000-4000 ton olduğundan 80 km/saat sürətlə gedən qatarın tormoz yolu təxminən 1200 m olur.)

Relsli nəqliyyatların manevr imkanları olmur, yəni avtomobil kimi hadisədən qaçmaq üçün sağa və ya sola çıxa bilmirlər.

Bu səbəblərdən də qatarın maşinisti hadisənin baş verəcəyini hiss edərək tormozlasa belə hadisədən qaçmağa texniki imkanı olmur. Dəmiryol keçidində baş verən hadisələrın bir çoxu insanların xəsarəti və ya tələfatı ilə nəticələnir.

Dəmiryol keçidindən keçən relsli nəqliyyatların sayı çox olduqda keçiddə şlaqbaum qoyulur. Şlaqbaum hərəkət hissəsini tam bağlaya bilir və ya qoyulan yarımşlaqbaum hərəkət hissəsinin sağ tərəfini bağlayır.

Sürücü bu nişanı gördükdə ilk növbədə sürəti azaltmalıdır ki, relsli nəqliyyata yol vermək lazım gəldikdə avtomobili dayandıra bilsin. Dəmiryol keçidindən keçməyi qadağan edən bir neçə vasitə var:

1.Bağlı olan və ya bağlanmağa başlayan şlaqbaum

2.Yanıb-sönən qırmızı işığı qoşulan svetofor

3.İşə qoşulan xüsusi səs siqnalı

4.Keçiddə dayanan növbətçinin əlindəki jezli, qırmızı fənəri və ya bayraqcığı başı üzərində tutaraq və ya qollarını yana açaraq sinəsi və ya kürəyi sürücüyə tərəf dayanaraq verdiyi qadağanedici siqnalı

Şlaqbaum bağlı olduqda və ya bağlanmağa başladıqda, svetoforun qadağanedici siqnalı yandıqda, xüsusi səs siqnalı işə qoşulduqda, həmçinin keçiddəki növbətçi qadağanedici vəziyyəti aldıqda və ya bunların heç birinin keçiddən keçməyi qadağan etmədiyi halda sürücü qatarın ,lokomativin, elektrovozun, drezinin gəldiyini gördükdə keçiddən keçməyin qadağan olunduğunu bilməlidir.Lokomativ, elektrovoz vaqonları dartan relsli nəqliyyat, drezin isə dəmiryol işçilərinin dəmiryol xəttinə nəzarət etməsi üçün relslərlə mexaniki hərəkət edən nəqliyyatdır.

Sürücü bağlı şlaqbauma 5 metr qalmış nəqliyyatı dayandırmalıdır. Şlaqbaum özü də 1-ci relsə 5 metr qalmış qoyulur. Nəzərdə tutulur ki, əgər relsli nəqliyyat yanı üstə aşsa belə göstərilən yerdə dayanan avtomobil zədələnmir.

Bundan başqa dəmiryol keçidinə yaxınlaşan sürücü yadda saxlamalıdır ki, dəmiryol keçidinə 100 metrdən az qalmış ötmək, 50 metrdən az yaxınlıqda durmaq və dəmiryol keçidinin özündə dayanmaq, geriyə dönmək və geriyə (dal-dalı) hərəkət qadağandır.

“Şlaqbaumlu dəmiryol keçidi” nişanı yaşayış məntəqəsindən kənarda təkrar olunur, yəni iki dəfə vurulur.

1.2 Şlaqbaumsuz dəmiryol keçidi

Bu nişan sürücünü qarşıda şlaqbaumsuz dəmiryol keçidinin olması barədə xəbərdar edir. Adətən bu nişan relsli nəqliyyatların hərəkət intensivliyi az olan dəmiryol keçidlərində vurulur. Ancaq bu keçid şlaqbaumlu dəmiryol keçidinə nisbətən daha təhlükəli sayılır. Çünki artıq burada sürücünün qarşısını kəsən şlaqbaum və növbətçi olmur. Yalnız avtomatik işləyən svetofor və xüsusi səs siqnalı ola bilər.

Sürücü bu nişanı gördükdə ilk növbədə sürəti azaltmalıdır ki, relsli nəqliyyata yol vermək lazım gəldikdə avtomobili dayandıra bilsin.

Qatar gəldikdə sürücü birinci relsə 10 metr qalmış nəqliyyatı dayandırmalıdır.

Burada da sürücü bilməlidir ki, relslə gələn bütün nəqliyyatlara: qatara, tеplovoza, ekektrovoza və drezinə də yol veriməlidir.

Bundan başqa dəmiryol keçidinə yaxınlaşan sürücü yadda saxlamalıdır ki, dəmiryol keçidinə 100 metrdən az qalmış ötmək, 50 metrdən az yaxınlıqda durmaq və dəmiryol keçidinin özündə dayanmaq, geriyə dönmək və geriyə (dal-dalı) hərəkət qadağandır.

“Şlaqbaumsuz dəmiryol keçidi” nişanı da yaşayış məntəqəsindən kənarda təkrar olunur, yəni iki dəfə vurulur. Şlaqbaumsuz dəmiryol keçidində əlavə olaraq “Birxətli dəmiryolu” və “Çoxxətli dəmiryolu” nişanı da vurula bilər.

Bundan başqa qatarın 50 metrdən az məsafədə göründüyü şlaqbaumsuz dəmiryol keçidinin qarşısında “Dayanmadan keçmək qadağandır” nişanı da quraşdırıla bilər. Bu zaman sürücü nəqliyyatı bu nişanın qarşısında dayandırıb qatarın gəlmədiyinə əmin olmalıdır.

1.3.1 Birxətli dəmiryol

Bu nişan yalnız şlaqbaumsuz birxətli dəmiryol keçidlərində bilavasitə keçidin qarşısında, təxminən birinci relsə 20 m qalmış və ya svetofor varsa svetoforla birlikdə vurulur. “Birxətli dəmiryolu” nişanı vurulan keçiddə qatar keçən kimi hərəkətə başlamaq olar. Çünki qısa zaman fasiləsində həmin qatarın arxasınca qatar gəlmək ehtimalı olmur.

1.3.2 Çoxxətli dəmiryol

Bu nişan da yalnız şlaqbaumsuz çoxxətli (iki və daha çox) dəmiryol keçidlərində bilavasitə keçidin qarşısında, təxminən birinci relsə 20 m. qalmış və ya svetofor varsa svetoforla birlikdə vurulur. “Çoxxətli dəmiryolu” nişanı vurulan keçiddə isə vəziyyət fərqlidir. Keçiddən qatar keçib gedən kimi hərəkətə başlamaq olmaz. Yalnız qatar bir qədər uzaqlaşandan (təxminən 1200-1500 m.) və digər xətlərdə qatarın olmadığını tam yəqin etdikdən sonra hərəkətə başlamaq olar.

1.4.1-1.4.6 Dəmir yol keçidinə yaxınlaşma

Bu nişan yaşayış məntəqəsindən kənarda şlaqbaumlu və ya şlaqbaumsuz dəmiryol keçidlərinin qarşısında “Şlaqbaumlu dəmiryol keçidi” və ya “Şlaqbaumsuz dəmiryol keçidi” nişanları ilə birlikdə vurulur. “Dəmir yol keçidinə yaxınlaşma” nişanı sürücünün dəmiryol keçidindən hansı məsafədə olmasını dəqiqləşdirmək üçündür. Nişan 3, 2 və 1 xətli olur. Bu nişanda olan xətlərin sayı azaldıqca sürücü başa düşməlidir ki, o dəmiryol keçidinə yaxınlaşır. Dəmiryol keçidinə 150-300 metr qalmış vurulan 1-ci ” Şlaqbaumlu dəmiryol keçidi” və ya “Şlaqbaumsuz dəmiryol keçidi” ilə 3 xətli “Dəmir yol keçidinə yaxınlaşma” nişanı, ən azı 50 metr qalmış vurulan 2-ci nişanla isə 1 xətli “Dəmir yol keçidinə yaxınlaşma” nişanı vurulur. 2 xətli “Dəmir yol keçidinə yaxınlaşma” nişanı isə tək həmin 3 xətli və 1 xətli “Dəmir yol keçidinə yaxınlaşma” nişanlarının arasında hər ikisindən bərabər məsafədə, təxminən 100-200 m qalmış vurulur.

Yəni, 3 xətli “Dəmir yol keçidinə yaxınlaşma” nişanı keçidə 300 metr qalmış, 1 xətli “Dəmir yol keçidinə yaxınlaşma” nişanı isə keçidə 50 metr qalmış vurularsa 2 xətli “Dəmir yol keçidinə yaxınlaşma” nişanı keçidə 175 metr qalmış vurulur. Yəni 2 xətli nişanla digər iki nişanın arasındakı məsafə 125 m olur.

1.4.1-1.4.3 Dəmir yol keçidinə yaxınlaşma nişanında qırmızı xətt aşağıdan yuxarıyadır. Bu nişanlar yolun sağında vurulur.

1.4.4-1.4.6 Dəmir yol keçidinə yaxınlaşma nişanında isə qırmızı xətt yuxarıdan aşağıyadır.Bu nişanlar isə çox zolaqlı yollarda sol zolaqlarla hərəkət edən nəqliyyatların sürücülərinin bu nişanları yaxşı görməsi üçün yolun solunda və ya hərəkət hissəsinin ortasında olan ayırıcı zolağın üstündə vurulur.

Bu nişanlar həm də sürücüyə dəmiryol keçidindən hansı məsafədə olduğunu bildirməklə dəmiryol keçidinə 100 metrdən az qalmış ötmək, 50 metrdən az yaxınlıqda durmaq qadağandır qaydalarına daha dəqiq əməl etmələrinə kömək edir.

1.5.Tramvay xətti ilə kəsişmə

Nişan sürücünü qarşıda tramvay xətti ilə kəsişmənin olması barədə xəbərdar edir.

Nişan yolayrıcından kənarda və ya qarşıda 50 metrdən az məsafədə görünən yolayrıcında tramvay xətti ilə kəsişməninin olduğu yerlərdə vurulur və eyni əhəmiyyətli vəziyyətdə tramvaya yol vermək lazım gəldiyini bildirir. Məsələn: sizdən solda, sizinlə paralel gedən tramvay yolunuzdan keçərək sağa döndükdə və ya görünüş məhdud olan yerdə yolunuz tramvay xətti ilə kəsişmə yerində.

Siz bu şəkildə sizdən solda, sizinlə paralel gedən tramvayın yolunuzdan keçməklə sağa döndüyü vəziyyəti görürsünüz. Bu vəziyyətdə minik avtomobili tramvaya yol verməlidir.

Maddə 48.III. Yolayrıcından kənarda, tramvay yollarının yolun hərəkət hissəsi ilə kəsişdiyi yerlərdə tramvay, onun depodan çıxması hallarından başqa, relssiz nəqliyyat vasitələrinə nisbətən üstünlüyə malikdir.

Tramvayın da qatar kimi tormoz yolu avtomobillərə nisbətən çox olduğundan və manevr etmək imkanı olmadığından eyni əhəmiyyətli vəziyyətlərdə həmişə tramvaya yol vermək lazımdır. İlk növbədə hansı halın eyni əhəmiyyətli vəziyyət olduğunu, hansı halın isə eyni əhəmiyyətli vəziyyət olmadığını bilmək lazımdır.

Eyni əhəmiyyətli vəziyyət aşağıdakılardır və bu halda tramvay üstünlüyə malik olduğundan siz ona yol verməlisiniz :

– tramvay və avtomobil gedilən istiqamətdən asılı olmayaraq hər ikisi baş yolda və ya hər ikisi ikinci dərəcəli yolda olduqda (aşağıdakı şəkildə tramvay sola dönsə də sükan çarxı görünən minik avtomobili ilə hər ikisi baş yolda olduğundan tramvay üstünlüyə malikdir)

– tramvay və avtomobil gedilən istiqamətdən asılı olmayaraq hər ikisi eyni əhəmiyyətli yolda olduqda

– tramvay və avtomobilin hər ikisinə svetoforun eyni işığı yandıqda (məsələn : əlavə bölməsiz yaşıl işıq yandıqda)

– tramvay və relssiz nəqliyyatın hər ikisinin hərəkətinə nizamlayıcı icazə verdikdə

– yol ayrıcından kənarda avtomobil yolu tramvay xətti ilə kəsişdikdə (tramvayın depodan, yəni qapalı ərazidən çıxmaq halı istisna olmaqla)

Tramvay aşağıdakı hallarda üstünlüyə malik olmur:

– tramvay və avtomobil sürücüsü gedilən istiqamətdən asılı olmayaraq eyni əhəmiyyətli yolda olmadıqda (tramvay ikinci dərəcəli yolda, avtomobil baş yolda olduqda) Aşağıdakı şəkildə tramvay ikinci dərəcəli yolda sükan çarxı görünən minik avtomobili baş yolda olduğundan tramvay üstünlüyə malik olmur (qırpan sarı siqnallı svetofor yolayrıcının nizamlanmayan olduğunu bildirir).

– tramvay və avtomobil sürücüsünə svetoforun müxtəlif işığı yandıqda (avtomobilə svetoforun yaşıl işığı, tramvaya isə svetoforun qırmızı işığı ilə sağa, sola və ya düzünə əlavə bölməsinin yaşıl işığı yandıqda) Bu şəkildə svetoforla yol nişanının tələbi ziddiyət təşkil etdiyindən svetoforun tələbinə əməl etmək lazımdır.

– tramvay depodan çıxdıqda

1.6.1-1.6.6 Eyni əhəmiyyətli yolların kəsişməsi

Nişan sürücünü xəbərdar edir ki, qarşıda eyni əhəmiyyətli yolların kəsişdiyi nizamlanmayan yolayrıcı var. Yolayrıcının forması əhəmiyyət kəsb etmir . Eyni əhəmiyyətli yolayrıcı yaşayış məntəqəsindən kənarda 150 metrdən az, yaşayış məntəqəsində isə 50 metrdən az məsafədə göründükdə bu nişan vurulur. Əvvəllər keçmə ardıcıllığı üstünlük nişanları ilə müəyyən edilən , sonradan ləğv olunan nizamlanmayan yolayrıcında bu nişan mütləq vurulmalıdır.

İlk növbədə sürücü bilməlidir ki, hansı yolayrıclarının qarşısında bu nişan vurulur. Əgər kəsişən yollarla hərəkət edən nəqliyyatlar say etibarı ilə az və onların sayı təxminən bir-birinə yaxın olarsa bu zaman yolayrıcına müəyyən qədər qalmış bu nişan vurulur. Sürücülər də yolayrıcını eyni əhəmiyyətli yolların kəsişdiyi nizamlanmayan yolayrıclarını keçmək qaydalarına əməl etməklə keçməlidirlər.

Həm də sürücülər nəzərə almalıdırlar ki, əgər bu nişan vurulubsa artıq yolun örtüyünün heç bir əhəmiyyəti yoxdur və yolayrıcı eyni əhəmiyyətlidir. Onlar sürəti azaltmalıdırlar ki, üstünlüyə malik nəqliyyatlara yol verə bilsinlər. Bu nişanları məs: 1.6.3 “Eyni əhəmiyyətli yolun sağdan birləşməsi” nişanını 2.3.2 “İkinci dərəcəli yolun sağdan bitişməsi” üstünlük nişanı ilə səhv salırlar. Xəbərdarlıq nişanında yolu göstərən xətlərin qalınlığı eyni, üstünlük nişanında isə baş yol qalın, ikinci dərəcəli yol isə nazik xətlə göstərilir. Eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıclarını keçmək qaydası isə belədir:

– Relssiz nəqliyyatın sürücüsü tramvayın hansı tərəfdən gəlməsindən və hansı istiqamətə getməsindən asılı olmayaraq ona yol verməlidir

– Relssiz nəqliyyatlar isə öz aralarında yolayrıcını sağı boş qaydası ilə keçməlidirlər. “Yol hərəkəti haqqında” qanunun 77.III maddəsində göstərilir ki, belə yolayrıcında relssiz nəqliyyatın sürücüsü sağdan yaxınlaşan relssiz nəqliyyata yol verməlidir. Əslində isə sağdan yaxınlaşan yox, sağdan gəlib sizinlə yolu kəsişən- sizin üçün maneə olan relssiz nəqliyyata (növündən asılı olmayaraq avtomobil yolu ilə hərəkət edən bütün relssiz nəqliyyata-avtomobil, velosiped, araba və s.) yol verməlisiniz. Əgər siz şəkildəki kimi qırmızı avtomobili idarə edirsinizsə piyada keçidini keçən piyadaya yol verməklə maneəsiz sağa dönürsünüz.

Yəni burada yük avtomobilinə yol verməkdən söhbət gedə bilməz.

İlk növbədə sürücü yol vermək anlayışını dəqiq başa düşməlidir. Bu anlayış. “Yol hərəkəti haqqında” qanunda göstərilib:

Maddə 1.41 Yol vermək-sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir.

Sadə dildə yazsaq bu nə deməkdir:

Siz yolayrıcına çıxarkən üstünlüyə malik nəqliyyatın sürücüsü sizi vurmamaq üçün tormozlamırsa və ya sağa, sola manevr etmirsə deməli siz qanunu pozmamısınız.

Burada artıq sürücü şüurlu insan kimi yolayrıcına yaxınlaşan, üstünlüyə malik, nəqliyyat vasitəsinə qədər olan məsafəni (onun uzaqda və yaxında olmasını), onun hərəkət sürətini və özünün idarə etdiyi avtomobilin sürətlənmə xüsusiyyətini (VAZ-2106 və ya BMW-X5 idarə etdiyini) nəzərə alaraq qərar verməlidir.

Eyni zamanda sürücülər bilməlidirlər ki, avtomobil yolu ilə hərəkət edən velosiped, traktor, araba və digər relssiz nəqliyyatlar da onunla eyni hüquqa malikdirlər. Eyni əhəmiyyətli yolayrıcının özündə və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma və durmanın, geriyə (dal-dalı) hərəkətin, ötmənin də qadağan olunduğu sürücünün yadından çıxmamalıdır.

1.7 Dairəvi hərəkətlə kəsişmə

Nişan sürücünü qarşıda saat əqrəbinin əksinə olan dairəvi hərəkət təşkil olunan yolayrıcı ilə kəsişmə olması barədə xəbərdar edir. Yolayrıcının özündə isə 4 . 3 “Dairəvi hərəkət” nişanı vurulur. Dairəvi hərəkət təşkil olunan kəsişmədə sağa dönməklə yolayrıcına daxil olmaq lazım gəldiyindən ilk növbədə sürəti müəyyən qədər azaltmaq lazımdır. Sürücü nəzərə almalıdır ki, çoxzolaqlı yolla hərəkət edərkən dairəvi hərəkət təşkil olunan yolayrıcına istənilən zolaqdan daxil olmaq olar. Əgər yolayrıcının qarşısında üstünlük nişanları və ya sfetofor vurulmayıbsa bu zaman dairəvi hərəkətə daxil olarkən orada olan nəqliyyatlara yol vermək lazımdır. Dairəvi hərəkət təşkil olunan yolayrıcından çıxmaq üçün isə yalnız sağ kənar zolağı tutmaq lazımdır. Bu nişan yaşayış məntəqəsində qarşıdakı dairəvi hərəkət olan yolayrıcı işıqlanmadıqda , 50 metrdən az məsafədə göründükdə, yaşayış məntəqəsindən kənarda isə hərəkət sürəti yüksək olduğundan həmişə vurulur. Dairəvi hərəkət təşkil olunan yolayrıcında ötməyə icazə verildiyi də sürücünün nəzərində olmalıdır.

1.8 Svetoforla nizamlama

Nişan sürücünü qarşıda svetoforla nizamlanan yolayrıcı, piyada keçidi və ya yol sahəsi olması barədə xəbərdar edir. Bu nişan yaşayış məntəqəsindən kənarda bütün halllarda, yaşayış məntəqəsində isə svetoforla nizamlanan yer 100 metrdən az məsafədə göründükdə, həmçinin yaşayış məntəqəsinə daxil olduqdan sonra qarşıya çıxan birinçi svetoforla nizamlanan yerdən əvvəl vurulur. Bu nişanı gördükdən sonra sürücü sürəti azaltmalıdır ki, həmin sahəyə çatarkən svetofordakı qadağanedici siqnalı gördükdə nəqliyyatı dayandıra bilsin. Svetoforla nizamlanan yolayrıcında əks istiqamətli hərəkət zolağına keçməklə ötmənin qadağan olunduğu da sürücünün yadından çıxmamalıdır.

1.9 Ayrılan körpü

Nişan ayrılan körpüyə və ya bərə keçidinə yaxınlaşmaq haqqında sürücünü xəbərdar edir. Bu nişan da yaşayış məntəqəsindən kənarda təkrar olunur. Sürücü lazım gəldikdə ayrılan körpünün qabağında dayanmağa hazır olmalıdır. Çünki ayrılan körpünün üzərinə çıxmaq avtomobilin aşması və suya düşməsi ilə nəticələnə bilər. Adətən avtomobilin içərisində suya düşən sürücü və sərnişinlər ciddi xəsarət alır, onlar özlərinə gəlib qapıları açıb çıxana qədər suda boğulurlar. Körpülərin ayrılması gecə vaxtı körpünün altından keçən kiçik gəmiləri buraxmaq üçün həyata keçirilir. Çox vaxt ayrılan körpülərin qarşısında svetofor və dəmir məhəccərlər qoyulur.

Su hövzəsinin (çay, göl və s.) bir sahilindən digər sahilinə hərəkət edən bərə keçidinin sahilə yan aldığı yer sürücülər üçün daha təhlükəlidir. Çünki, burada bütün hallarda: bərə keçidi sahildə olduqda bərə keçidinin üzərində, sahildə olmadıqda isə bərə keçidinin sahilə yan aldığı yerdə dayanmaq lazımdır. Sürücü eyni zamanda burada qoyulan svetofor, şlaqbaumun vəziyyətini nəzərə almalı və bərə keçidinin növbətçisinin göstərişlərini yerinə yetirməlidir. Bərə keçidlərinin müəyyən yük götürmə qabiliyyətləri olur ki, əgər bu norma bitibsə hətta bərənin üzərində boş yer olsa belə növbətçi sizə ora daxil olmağa icazə verməyə bilər. Bundan başqa təhlükəsizlik səbəbli bərə keçidinin üzərində olan avtomobilin içərisində olmağa icazə verilmir.

1.10 Sahilboyuna çıxış

Nişan sürücünü onun getdiyi yolun su hövzəsinin sahilinə çıxacağı və sahildə sağa və ya sola dönməyin lazım gələcəyi barədə xəbərdar edir. Əgər sürücü yüksək sürətlə hərəkət etməsi səbəbli idarə etdiyi nəqliyyatı döndərə bilməsə bu zaman o su hövzəsinə düşə bilər.Nişan sahildə məhəccərin olub-olmamasından asılı olmayaraq bütün hallarda quraşdırılmalıdır. Bu nişan da təkrar olunur.

1.11 Təhlükəli döngə

Nişan sürücünü dönmə radiusu kiçik və görünüşü məhdud olan təhlükəli döngəyə yaxınlaşmaq barədə xəbərdar edir. Sürücü belə döngələrə yaxınlaşdıqda nəzərə almalıdır ki, döngələrdə avomobili aşıra bilən mərkəzdənqaçma qüvvəsi əmələ gəlir. Bu qüvvə avtomobilin sürəti ilə düz, dönmə radiusu ilə tərs mütənasibdir. Yəni sürət artdıqca və dönmə radiusu kiçildikcə bu qüvvənin təsirindən avtomobilin yoldan çıxması və hətta aşması ehtimalı artır. Bu qüvvə avtomobili döngənin mərkəzindən əks tərəfə itələyir. Belə döngələrdə dönmə radiusu kiçik olduğundan sürücü hərəkət sürətini azaltmaqla avtomobili aşıra bilən mərkəzdənqaçma qüvvəsini də azaltmış olur ki, bununla da təhlükənin qarşısını ala bilir. Yaxşı olar ki, belə döngədə siz bacardıqca hərəkət hissəsinin sağ tərəfi ilə gedəsiniz ki, qarşıdan gələn avtomobil azca sola çıxsa da toqquşma baş verməsin. Bu nişan adətən elə döngələrdə vurulur ki, orada təhlükəsiz hərəkət sürəti əvvəlki yollarda olan təhlükəsiz hərəkət sürətinin 60%-dən az olsun və qarşıdan gələn avtomobilin görünməsinə qədər olan məsafə təhükəsiz hərəkət üçün lazım olan minimal görünüşdən az olsun. Sürücülər həm də nəzərə almalıdırlar ki, təhlükəli döngələr çox vaxt enişli-yoxuşlu dağ yollarında rast gəlinir. Bu təhlükəni bir qədər də artırır. Döngənin bilavasitə özündə isə 1.31.1, 1.31.2, 1.31.3 “Döngənin istiqaməti” nişanı da vurula bilər. Sürücü həm də yadda saxlamalıdır ki, sağa təhlükəli döngədə (çoxzolaqlı yolda sağ zolağa yerdəyişmək halı istisna olmaqla) sağa dönmə göstəricisini yandırmaq qayda pozuntusudur. Çünki bütün nəqliyyatlar orada sağa dönür. Sizin sağa dönmə göstəricisini yandırmağınız onlar tərəfindən sizin dayanmaq istəməyiniz kimi başa düşüləcəkdir. Həm də yadda saxlamalısınız ki, belə döngələrdə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmək, yolun görünmə sahəsi 100 m-dən az olan hissəsində geriyə dönmək, geriyə (dal-dalı)hərəkət və hərəkət hissəsində dayanmaq və durmaq qadağandır.

Belə bir anlayış da var ki,əgər döngələrdə təkərləriniz səs çıxarırsa deməli siz sürət həddini aşmısınız.

1.12 Təhlükəli döngələr

Nişan əvvəlki təhlükəli döngə nişanına nisbətən daha ciddi təhlükə haqqında xəbərdar edir. Çünki əvvəlki nişanda təhlükəli döngə qurtaran kimi düz yol başlayır. Burada isə döngənin biri qurtarıb, digəri başlayır.

Nişan dayandıqda, durduqda, qarşılıqlı hərəkət çətinləşdikdə və s. hallarda hərəkətin təhlükəsizliyinə aid qaydalara əməl edliməsi tələb edilən sərt enişə yaxınlaşmaq haqqında xəbərdar edir.

Çox vaxt sürücülər nişanın sərt eniş və ya yoxuş olmasını səhv salırlar. Bunu sadə şəkildə belə yadda saxlamaq lazımdır: kitab oxuyanda soldan sağa oxuduğumuza görə nişana da soldan sağa baxanda onun sərt eniş nişanı olduğunu bilirik. Mexaniki transmissiyalı avtomobillərdə sürücü enişin dərəcəsindən asılı olaraq əvvəlcədən sürətlər qutusunda elə sürət seçməlidir ki, həmin sürətlə enişi axıra qədər düşə bilsin. Çünki enişdə sürət dəyişmək təhlükəlidir. Sürət dəyişərkən qısa müddətə də olsa avtomobili neytral vəziyyətə gətirmək avomobilin ətalət qüvvəsi səbəbli sürətlənməsinə səbəb olur. Bu zaman sürücü sürətlər qutusunda lazımı sürəti ala bilmir və avtomobil ətalət qüvvəsi səbəbli yüksək sürət alıb hadisəyə səbəb ola bilər. Bu nişanda göstərilən faiz dərəcəsi, məs: 12% nə deməkdir. Müəyyən riyazi hesablamalar olsa da bu təxminən belədir: avtomobil 100 m enişi düşdükdə hündürlük 12m azalır. Yəni rəqəm böyük olduqca eniş də sərt olur.

Bundan başqa sürücü nəzərə almalıdır ki, qarşılıqlı hərəkət çətinləşdikdə, yəni yol daraldıqda maneənin kimin qarşısında olmağından və nəqliyyatın növündən asılı olmayaraq enişi düşən sürücü yoxuşu qalxan sürücüyə yol verməlidir (yoxuşu qalxan sürücü üçün avtomobili saxlayıb yenidən hərəkətə başlamaq çox çətin olduğundan). Həm də sürücülər yadda saxlamalıdırlar ki, bu qayda bütün enişlərə yox, yalnız sərt eniş nişanı vurulan enişə aiddir.

Bir-birinin ardınca eniş və yoxuş gəldikdə nişanlar bilavasitə eniş və yoxuşun başlanğıcında vurulur.Əgər sərt eniş bütün uzunluğu boyunca görünmürsə və ya uzunluğu 500 metrdən çoxdursa bu zaman nişan 7.2.1 “Qüvvədə olma zonası” nişanı ilə birlikdə vurulur.

Nişan dayandıqda, durduqda, qarşılıqlı hərəkət çətinləşdikdə və s. hallarda hərəkətin təhlükəsizliyinə aid qaydalara əməl edliməsi tələb edilən sərt yoxuşun olması barədə xəbərdar edir. Mexaniki transmissiyalı avtomobillərdə sürücü yoxuşun dərəcəsindən asılı olaraq əvvəlcədən sürətlər qutusunda elə sürət seçməlidir ki, həmin sürətlə yoxuşu axıra qədər qalxa bilsin. Çünki yoxuşda da sürət dəyişmək təhlükəlidir. Sürət dəyişərkən qısa müddətə də olsa avtomobili neytral vəziyyətə gətirdikdə lazımı sürətə keçməyin mümkün olmaması təhlükəsi olur. Bu zaman sürücü sürətlər qutusunda lazımı sürəti ala bilmədikdə avtomobil ətalətlə dal-dal hərəkət edərək hadisəyə səbəb ola bilər. Bu nişanda göstərilən faiz dərəcəsi, məs: 14% nə deməkdir. Müəyyən riyazi hesablamalar olsa da bu təxminən belədir: avtomobil 100 m yoxuşu qalxdıqda hündürlük 14 m artır. Yəni rəqəm böyük olduqca yoxuş da sərt olur.

Bundan başqa sürücü nəzərə almalıdır ki, qarşılıqlı hərəkət çətinləşdikdə, yəni yol daraldıqda maneənin kimin qarşısında olmağından və nəqliyyatın növündən asılı olmayaraq enişi düşən sürücü sizə yol verməlidir. Eyni zamanda yadda saxlamalısınız ki, bu üstünlük sizə yalnız sərt yoxuş nişanı qarşınıza çıxan yolda verilir.

Həm də yadda saxlamalısınız ki, sərt yoxuşun sonunda əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmək (eyni istiqamətli hərəkət zolağına çıxmaqla ötmək olar), yolun görünmə sahəsi 100m-dən azdırsa geriyə dönmək, geriyə (dal-dalı) hərəkət və hərəkət hissəsində dayanmaq və durmaq qadağandır.

1.15 Sürüşkən yol

Nişan sürcünü qarşıda sürüşkən yolun olması barədə xəbərdar edir. Yol örtüyünün yaş olması səbəbli təkərlə yol arasında olan ilişmə qüvvəsi azalır. Bu zaman avtomobilin sürüşüb qarşı hərəkət zolağına çıxması, yoldan çıxıb aşması təhlükəsi yaranır. Adətən bu nişanlar mövsümi xarakter daşıyır. Yazda, payızda yağışlar zamanı və qışda qar yağanda, yer buz bağlayanda bu nişan vurulur. Çox vaxt da bu nişan 7.16 “Yaş örtük” nişanı ilə birlikdə vurulur.

Sürüşkən yolda sürücü sürüşmənin qarşısını almaq üçün aşağı sürətlə hərəkət etməli, kəskin sürətlənmə və kəskin tormozlamadan çəkinməli, sükan çarxını kəskin döndərməməlidir. Sürəti yalnız ayağını qaz pedalından götürməklə azaltmaq və qarşıda gedən avtomobillə olan məsafəni və yan ara məsafəni artırmaq lazımdır. Yol buz bağladıqda isə sürücü daha ehtiyatlı və diqqətli olmalıdır. Bu nişanlar çox vaxt müvəqqəti olur. Təkərlə yaş hərəkət hissəsi arasındakı ilişmə əmsalı 0.3-dən az olduqda bu nişan vurulur.

1.16.1 Nahamar yol

Nişan sürücünü qarşıda nahamar yolun olması barədə xəbərdar edir. Nahamar yol nişanı yolun körpülərlə səlis birləşməyən yerlərini və yolun pis vəziyyətdə olan, yəni çalalar və nahamarlıqlar olan sahəsini bildirmək üçün vurulur. Sürücü nahamar yol sahəsini kiçik sürətlə keçməli və sükan çarxını möhkəm tutmalıdır. Avtomobilin bu yoldakı hərəkət sürətinin hamar yoldakı sürətlə eyni olması onun hərəkət hissələrinin – qabaq və arxa körpülərinin detallarının sıradan çıxmasını sürətləndirir. Bundan başqa yüksək sürətlə hərəkət avtomobilin yoldan çıxmasına və aşmasına da səbəb ola bilər. Çox vaxt bu nişan yol təmiri ilə əlaqədar vurulur. Nişan nahamar sahədəki təhlükəsiz hərəkət sürətinin əvvəlki sahədəki hərəkət sürətinin 60 faizindən az olması tələb olunan yerlərdə vurulir.

Şəkildə qarşıda 6 kilometr uzunluğunda nahamar yol olması göstərilib.

1.16.2 Çökmüş yol

Nişan sürücünü qarşıda çökmüş yolun olması barədə xəbərdar edir. Yoldakı çökmüş sahəyə yaxınlaşdıqda sürəti azaltmaq lazımdır ki, təhlükəni yan keçə və ya saxlaya biləsiniz.

1.16.3 Qabarıq yol

Nişan sürücünü qarşıda qabarıq yolun olması barədə xəbərdar edir. Adətən yolda süni yaradılmış bu qabarıq hissə sürəti azaltmaq məqsədi güdür. Piyada keçidlərinin, məktəblərin qarşısında vurula bilir.

1.17 Çınqıl sıçrayışı

Nişan sürücünü qarşıda təkərin altından çınqılın sıçrama ehtimalı olan yolun olması barədə xəbərdar edir. Bu nişan çınqıl örtüklü yollarda və yolların təmiri vaxtı vurulur. Yola asfalt örtüyü tökməzdən əvvəl tökülən çınqılın oturuşması üçün bir müddət həmin yolla avtomobillərin hərəkətinə icazə verilir. Bundan başqa yay vaxtı asfaltı istidən qorumaq üçün üzərinə xırda çınqıl tökürlər. Belə yolla hərəkət etdikdə təkərin altından çıxan çınqıl digər avtomobillərin banının elementlərini, xüsusən də faralarını və qabaq şüşələrini ciddi zədələyir. Belə halların baş verməməsi və öz avtomobilinizin zədələnməməsi üçün aşağı sürətlə hərəkət etməli, qarşıda gedən avtomobillə ara məsafəsini və intervalı (interval – sizinlə eyni istiqamətə gedən və ya qarşıdan gələn avtomobillə olan yan ara məsafəsidir) artırmalı və sürəti qəflətən artırmaq kimi sərt manevrlərdən çəkinməlisiniz.

1.18.1-1.18.3 Yolun daralması

Nişan sürücünü qarşıda yolun daralması barədə xəbərdar edir. 1.18.1 nişanı yolun hər iki tərəfdən daralması, 1.18.2 nişanı yolun sağdan daralması, 1.18.3 nişanı isə yolun soldan daralması barədə sürücünü xəbərdar edir. Bu nişan 1.19 nişanlanma xətləri ilə də vurula bilər. Ümumiyyətlə, bir məlumatın sürücüyə bir neçə mənbədən verilməsi hərəkətin təhlükəsizliyi üçün çox əhəmiyyətlidir. Yolun daralması dedikdə sürücü ilk növbədə yadda saxlamalıdır ki, yaşayış məntəqələrində yol hərəkət hissəsindən, ortadakı ayırıcı zolaqdan (yaşıllıqdan), velosiped yolundan və səkidən ibarət ola bilir. Yaşayış məntəqəsində hərəkət zolaqlarının sayı azaldıqda və tikinti qurğularının (məs: körpü) hərəkət hissəsi əvvəlki hərəkət hissəsinin enindən az olduqda bu nişanlar vurlur. Yaşayış məntəqələrindən kənarda isə yol hərəkət hissəsindən, ortadakı ayırıcı zolaqdan (yaşıllıqdan) və yol çiynindən (yol çiyni sadə dildə dedikdə, hərəkət istiqamətində asfaltdan sağda qalan örtüklü və ya örtüksüz yol hissəsidir) ibarət ola bilir. Yaşayış məntəqələrindən kənarda isə hərəkət hissəsinin eni 0,5 metrdən çox azaldıqda və körpü, estakada, yolkeçedi , tunellərin hərəkət hissəsi yolun əvvəlki hərəkət hissəsinə bərabər və ya az olduqda bu nişanlar vurulur. Yolun hər iki tərəfdən daraldığı dar yollarda qarşılıqlı keçid çətinləşdiyindən sürücü hətta üstünlüyə malik olsa belə qarşıdan gələn nəqliyyata yol verməyə həmişə hazır olmalıdır. Əgər yolun daralması sərt eniş və ya yoxuşdadırsa bilirik ki, enişi düşən nəqliyyat yoxuşu qalxan nəqliyyata yol verməlidir. Əgər dar yolda üstünlük nişanları: 2.6 “Qarşıdan hərəkətin üstünlüyü” və 2.7 “Qarşıdan hərəkətə nisbətən üstünlük” nişanları vurulubsa bu zaman nişanların tələbinə uyğun hərəkət etmək lazımdır. Əgər heç bir nişan yoxdursa və yolun daralması enişdə və yoxuşda deyilsə bu zaman daralmış yola ikinci yaxınlaşan nəqliyyat yol verməlidir. Yol vermək göstərilən bütün hallarda nəqliyyatın növünün əhəmiyyəti yoxdur.

Nişan körpülərdə, yolkeçidlərində, estakadalarda və tunellərin qarşısında aşağıdakı hallarda vurulur: yaşayış məntəqəsindən kənarda-hərəkət hissəsinin eni əvvəlki hərəkət hissəsinin eninə bərabər və ya az olduqda

-yaşayış məntəqəsində isə hərəkət hissəsinin eni əvvəlki hərəkət hissəsinin enindən az olduqda

Yolun sağdan daralması nişanı çox vaxt sizin getdiyiniz istiqamətdə sağ tərəfdəki zolağın qurtarması ilə zolağın sayının azaldığını göstərir. Bu zaman siz əgər həmin sağ zolaqla hərəkət edirsinizsə sol zolağa keçməyə hazır olmalısınız. Bunun üçün sola dönmə göstəricisini yandırıb, sol zolaqla gedən nəqliyyata yol verdikdən sonra həmin zolağa çıxa bilərsiniz.

Yolun soldan daralması nişanı çox vaxt sizin getdiyiniz istiqamətdə sol tərəfdəki zolağın qurtarması ilə zolağın sayının azaldığını göstərir. Bu zaman siz əgər həmin sol zolaqla hərəkət edirsinizsə sağ zolağa keçməyə hazır olmalısınız. Bunun üçün sağa dönmə göstəricisini yandırıb, sağ zolaqla gedən nəqliyyata yol verdikdən sonra həmin zolağa çıxa bilərsiniz.

Bu şəkildə göstərilən yolda avtomobillərin hərəkəti istiqamətində zolaqların sayının azalması səbəbli yol sağdan daraldığından sürücü “Yolun daralması”-sağdan nişanı ilə qabaqcadan xəbərdar edilir.

Bu şəkildə göstərilən yolda yolkeçidinin altında səki və yolkənarı olmaması səbəbli yol hər iki tərəfdən daraldığından sürücü “Yolun daralması” nişanı ilə qabaqcadan xəbərdar edilir.

1.19 İkitərəfli hərəkət

Nişan sürücünü qarşıda ikitərəfli hərəkətin olması barədə xəbərdar edir. Nişan birtərəfli hərəkət olan yollarda vurulur. Bu zaman birtərəfli hərəkət qurtaran yerdə mütləq “Birtərəfli yolun qurtaracağı” nişanı vurulmalıdır.

Bu nişanın təhlükəsini başa düşmək üçün ilk növbədə sürücü birtərəfli hərəkətlə ikitərəfli hərəkət təşkil olunan yolların fərqlərini bilməlidir. Birtərəfli hərəkət olan yollarda bəzi nəqliyyatlardan ötrü olan məhdudiyyətdən başqa digər nəqliyyatlara sol zolaqlarla da hərəkət etməyə icazə verilir. Bundan başqa bəzi istisnaları nəzərə almasaq solda dayanmaq və durmağa da icazə verilir. Ona görə də sol zolaqla hərəkət edən sürücü “İkitərəfli hərəkət” nişanını gördükdə sürəti azaltmalıdır ki, birtərəfli hərəkət qurtardıqda sağ zolağa keçə bilsin. Həm də bu zaman o sağa dönmə göstəricisini qabaqcadan yandırmaqla sağ zolaqda düzünə gedən nəqliyyatlara yol verdikdən sonra sağ zolağa keçə bilər. Bundan başqa birtərəfli yollarda olan qaydaların da qüvvədən düşdüyünü bilməlidir.

1.20 Piyada keçidi

Nişan sürücünü qarşıda piyada keçidinin olması barədə xəbərdar edir. Bu nişan piyada keçidinə 50-100m və ya 150-300m qalmış vurulsa da piyada keçidinin özündə

5.16.1 və 5.16.2 “Piyada keçidi” məlumatverici-göstərici nişanı vurulur.

Yoldakı bu nişanla birlikdə və ya ayrıca hərəkət hissəsində çəkilən 1.14.1 və ya 1.14.2 “Piyada keçidi” nişanlanma xətləri isə piyada keçidinin sərhədlərini göstərir. Sürücü nizamlanmayan piyada keçidinə yaxınlaşdıqda keçidə daxil olmuş (yəni ayağını keçidə basmış) piyadanı buraxmaq üçün dayanmalıdır. Sürücülər həm də yadda saxlamalıdırlar ki, bu yol vermək qaydası yalnız nizamlanmayan piyada keçidlərinə aiddir. Piyada keçidinin özündə isə geriyə dönmənin, geriyə hərəkətin (yəni dal-dalı), özündə və 5m-dən az yaxınlıqda dayanma və durmanın, keçiddə piyada olduqda ötmənin qadağan olunduğu da sürücünün yadından çıxmamalıdır .Bu nişan yaşayış məntəqəsindən kənarda qarşıda “Piyada keçidi” məlumatverici-göstərici nişanı vurulduqda bütün halllarda, yaşayış məntəqəsində isə belə piyada keçidi 150 metrdən az məsafədə göründükdə vurulur.

Nişan sürücünü qarşıdakı yolda hərəkət hissəsinə uşaqların çıxa biləcəyi haqda xəbərdar edir. Bu nişan məktəblərin və uşaqların kütləvi toplandıqları digər uşaq müəssisələrinin (uşaq yaradıcılıq mərkəzi, şahmat məktəbi, yay sağlamlıq düşərgələri və s.) yaxınlığında vurulur. Uşaqlar şüurun tam inkişaf etməməsi səbəbli yolda vəziyyəti düzgün qiymətləndirə, təhlükəni tam dərk edə bilmirlər. Çox vaxt onların hərəkəti şüursuz və gözlənilməz olur. Məs: oynadıqları top qəfildən hərəkət hissəsinə düşərsə heç nə fikirləşmədən topun dalınca qaçırlar; uşağın biri çantasını digərinə vurub onun cavabından yayınmaq üçün heç nə fikirləşmədən yolun digər tərəfinə qaçır və s. Ona görə də sürücü bu nişanı gördükdə sürəti azaltmalıdır ki, təhlükəni vaxtında görə bilsin və təhlükənin qarşısını almaq üçün lazım gəlsə avtomobili dayandıra bilsin. Bu nişan da yaşayış məntəqələrindən kənarda təkrar olunur.

1.22 Velosiped zolağı ilə kəsişmə

Nişan sürücünü qarşıda yolayrıcından kənarda velosiped zolağı ilə kəsişmə haqqında xəbərdar edir. Velosipedçilərin hərəkəti çox olan yollarda hərəkət hissəsinə paralel velosiped zolağı salına bilər. Velosipedçilər bu zolaqla hərəkət etsələr də velosiped zolağı hərəkət hissəsi ilə kəsişdikdə sürücü bu barədə nişanla xəbərdar edilir. Bundan başqa hərəkət hissəsində 1.15 “Velosiped zolağının yolun hərəkət hissəsi ilə kəsidiyi yer”- ağ kvadrat şəkilli nişanlanma xətti olur. Bu nişanlanma xəttində ağ kvadrat lövhələrin arasında kvadrat boşluqlar olur.

Velosiped zolağı ilə kəsişmə yerində velosipedçı yol verməlidir (maddə 46.III). Amma sürücü unutmamalıdır ki, velosipedçi yol hərəkət qaydasından imtahan verməyib. Ona görə də velosipedçinin dönmək istədiyini görüb ayağını tormoz pedalına aparmağa hazır vəziyyətdə saxlamalıdır.

Nişan sürücünü qarşıda yol işlərinin görüldüyü sahəyə yaxınlaşması haqda xəbərdar edir. Yol işləri görülən sahəyə yaxınlaşdıqda sürücü yadda saxlamalıdır:

– avtomobilin hərəkəti yolda işləyən yol işçiləri üçün təhlükə yaradır. Həm də nəzərə alınmalıdır ki, yol işçiləri daim yolda işlədiyindən onlarda avtomobilə qarşı təhlükə hissi kütləşir.

– yolda təmirlə əlaqədar yol maşınları işləyir. Onlar qəfildən sizin yolunuza çıxa bilərlər.

– yolda təmir səbəbli nahamarlıqlar, hərəkətinizə mane olan yığışdırılmayan tikinti materialları qala bilər.

Gecə vaxtı belə yol sahəsindən keçmək işıqlandırma səbəbli xüsusi ilə təhlükəlidir. Bu səbəbdən də sürücü sürəti azaltmalıdır ki, bütün bu təhlükələrin qarşısını almaq lazım gəldikdə avtomobili saxlaya bilsin. Yol işləri görülən sahələrdə çox vaxt 3.24 “Maksimum sürətin məhdudlaşması” və 1.30 ” Digər təhlükələr”nişanı da vurulur.

Yol işləri qısa müddətə görüldükdə bu nişan 10-15 m qalmış da vurula bilər.

Bu nişan da yaşayış məntəqələrindən kənarda təkrar olunur.

1.24 Mal-qara keçidi

Nişan sürücünü qarşıdakı yol sahəsində mal-qaranın yolu keçə bilməsi haqqında xəbərdar edir. Nişan qoyun yataqlarının, fermaların, ferma yaxınlığındakı hasarlanmamış otlaq sahələrinin və ya digər belə yerlərin yaxınlığında vurulur. Qaydalarda mal-qara və qoyun sürüsü ötürənin belə sürünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməsi tələbi olsada unudulmamalıdır ki, onlar qaydaları bilməyə bilərlər. Bundan başqa mal-qara və ya qoyunlar hərəkət hissəsinə yaxın olan otlaq sahəsindən qəfildən də (məs.ürküb) yola çıxa bilər. Xüsusu ilə günün qaranlıq vaxtlarında və məhudiyyətli görünmə şəraitində sürücü ikiqat diqqətli olmalı və yola yaxınlaşan mal-qaranı görəndə avtomobili saxlamaq üçün ayağını tormoz pedalına aparmağa hazır vəziyyətdə saxlamalıdır.

1.25 Vəhşi heyvanlar

Nişan sürücünü qarşıdakı yol sahəsində vəhşi heyvanların yolun hərəkət hissəsinə qəfil çıxa bilməsi haqda xəbərdar edir. Bu nişan qoruq, ovçular təsərrüfatı və meşə massivlərində vurulur. Meşə yola çox yaxın olduqda hərəkət hissəsinə vəhşi heyvanın qəfil çıxma ehtimalı çox olur. Sürətlə qaçan ağır çəkili vəhşi heyvanın (məs.maral, sığın) avtomobillə toqquşması xəsarətə və avtomobilin xeyli zədələnməsinə səbəb olur. Nişanda həmin yer üçün xarakterik olan heyvanın silueti göstərilir. Çox vaxt bu nişanla birlikdə 7.2.1 “Qüvvədə olma zonası” nişanı da vurulur. Sürücü yolun bu hissəsində qarşısına vəhşi heyvan çıxdıqda avtomobili saxlamağa hər an hazır olmalıdır.

Nişan sürücünü qarşıdakı yol sahəsində qəfildən tək-tək daşların düşməsi, daş uçqunu, torpaq sürüşməsi, qar uçqunu ola biləcəyi haqda xəbərdar edir. Nişan adətən dağ massivlərində vurulur. Sürücü bu sahəyə yaxınlaşdıqda diqqəti artırmalı, daşların düşməsi, torpaq sürüşməsi ola biləcəyi halda vəziyyətdən asılı olaraq ya tam dayanmalı (yola düşən daşlar yolu bağlayıb), yan keçməli ya da sürəti artıraraq həmin sahəni tez keçməlidir (daşlar yuxarıdan yavaş-yavaş düşməyə başladıqda)

1.27 Yandan əsən külək

Nişan sürücünü qarşıdakı yol sahəsində yandan güclü və kəskin dəyişən küləyin olması barədə xəbərdar edir. Bu zaman güclü küləyin təsirindən avtomobili yana doğru itələyən qüvvə əmələ gəlir. Yerin yaş və ya buz olması təhlükəni daha da artırır. Nişan adətən su hövzələrinin yaxınlığında, körpülərin üzərində və ya dağların arasından açıq sahəyə çıxan yerlərdə vurulur. Sürücü sükan çarxını əlində möhkəm tutmalıdır ki, belə külək başladıqda avtomobilin düzxətli hərəkətini saxlaya bilsin. Sükan çarxını əldə möhkəm tutmağın ən düzgün variantı sükan çarxını saatın sferblatı ilə müqayisə etsək 3 və 9 rəqəmləri olan yerdən tutmaqdır.

1.28 Alçaqdan uçan təyyarələr

Nişan sürücünü qarşıdakı yol sahəsində uçuş-enmə zolağından qalxıb-düşən, alçaqdan uçan təyyarələrin ola biləcəyi haqda xəbərdar edir. Nişan aeroportların, aerodromların uçuş-enmə zolağının yaxınlığında vurulur. Sürücü başı üzərində güclü gurultu eşitdikdə təlaşa düşməməli, soyuqqanlılığını saxlamalı və əvvəlki qaydada avtomobilini idarə etməlidir.

Nişan girişi 150 metrdən az məsafədə görünən və ya süni işıqlandırılmayan tunelə yaxınlaşmaq haqda xəbərdar edir. Tuneldə günəş işığı olmadığından hətta süni işıqlandırılsa belə yenə də açıq havadakı qədər işıqlanma olmur. Ona görədə Maddə 73.III.1-ə uyğun olaraq tunelə daxil olduqda mütləq avtomobilin yaxın və ya uzaq işığı yandırılmalıdır. Həm də sürücü yadda saxlamalıdır ki, tunellərdə dayanma, durma, ötmə, geriyə dönmə, geriyə hərəkət (yəni dal-dalı) qadağandır. Tunelə daxil olduqda qurtaracağı görünmürsə şəkildə göstərilən kimi 7.2.1 “Qüvvədə olma zonası” lövhəciyi ilə tunelin uzunluğu göstərilir.

1.30 Digər təhlükələr

Qarşıdakı təhlükə əvvəlki xəbərdarlıq nişanları ilə göstərilə bilmirsə bu zaman bu nişan vurulur. Məs: dağ yollarında qaya çıxıntısı, yolda yığışdırılmayan təmir materialları qaldıqda, qəzaya düşən avtomobillərin yoldan götürülməsi ləngidikdə və s.

Sürücü bu zaman təhlükəyə uyğun hərəkət etməlidir.

1.31.1-1.31.3 Döngənin istiqaməti

Nişan təhlükəli döngələrdə, üçtərəfli yolayrıcında döngənin istiqamətini təyin etmək çətin olduqda və təmir olunan yol sahələrini yan keçməyin istiqamətini bildirmək üçün vurulur. Bu nişan döngənin xarici kənarında vurulur. Yol işləri görülən zaman bağlı olan yol sahəsini yan keçməyin istiqamətini göstərir.

Nişan sürücünü qarşıda avtoqəza olması haqda xəbərdar edir. Nişan müvəqqəti qoyulur. Avtoqəza yerində qəza törədən, yoldan götürülməmiş nəqliyyat səbəbli çox vaxt yol daralır. Hadisə yerində avtomobillərdən xeyli “tamaşaçı” düşür ki, bu da təhlükəni daha da artırır. Bəzən hadisəyə baxmaq üçün düşən adamlar sonrakı avtoqəzanın qurbanı olurlar. Ona görə də avtoqəza yerini ehtiyatla keçmək lazımdır.

1.33 Tıxac yaranmış sahəyə yaxınlaşma barədə xəbərdarlıq

Nişan sürücünü qarşıda tıxacın olması haqda xəbərdar edir ki, lazım gəlsə başqa istiqamətdə hərəkəti davam etdirə bilsin. Əgər tıxacda dayanmaq istəməsə bu şəkildəki kimi vəziyyətdə sağa, sola və ya geriyə gedə bilsin. “Yol hərəkəti haqqında” qanunun 75.II maddəsində göstərlir ki, bu vəziyyətdə tıxac yaranan istiqamətdə gedərək yolayrıcında dayanmaqla digər istiqamətdən gələn nəqliyyatların hərəkətinə maneçilik törətmək qadağandır. Bu nişan müvəqqəti olaraq qoyulur.

Bloq yazılarımı oxuduqdan sonra rəylərinizi də yazmağı unutmayın.

Digər bloq yazılarıma baxmaq üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:

Hərbi rütbələr

Hərbi rütbə – hərbi qulluqçunun digər hərbi qulluqçulara münasibətdə hüquq və vəzifələrinin müəyyən edən sistem elementi.

Dövlətlərin Silahlı Qüvvələrinin hərbi rütbələrinin fərqlənmə nişanları kimi paqon, şevron, kokarda və digər forma geyimi elementləri götürülür.

A

  • Admiral – hərbi dəniz donanmasında rütbə, Azərbaycan Hərbi Dəniz Qüvvələrində ən yüksək hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-polkovnik rütbəsidir. Avropada XII, Rusiyada XVII əsrin sonu – XVIII əsrin əvvəlindən təsis olunmuşdur.

Admiral poqonu və qol nişanı

  • Ali Baş Komandan — bir ölkənin hərbi qüvvələrini yüksək əməliyyat komandanlığı və nəzarətini həyata keçirən şəxs və ya orqan.

B

  • Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.

1) Baş çavuş poqonu (Azərbaycan Quru Qoşunları)

2) Baş çavuş poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

  • Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
  • Baş gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə baş miçman rütbəsidir.

1) Baş gizir poqonu (Azərbaycan Quru Qoşunları)

2) Baş gizir poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

  • Baş leytenant – (fr. lieu tenant — müavin, lieu — yer və tenant — mövqe tutan) — bir çox dövlətlərin silahlı qüvvələrinin kiçik zabit heyətində hərbi rütbə.

Azərbaycan Hərbi Hava Qüvvələrinin baş leytenant poqonu

  • Baş leytenant (HDQ) – — Azərbaycan Silahlı Qüvvələrində (Quru Qoşunlar, Azərbaycan Hərbi Dəniz Qüvvələri və Azərbaycan Hərbi Hava Qüvvələri) zabit rütbəsi.

Baş leytenant (HDQ) poqonu

  • Birinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik rütbəsidir.

Birinci dərəcəli kapitan poqonu

  • Briqadir — polkovnik hərbi rütbəsindən yuxarı, general-mayor rütbəsindən aşağı hərbi rütbə. Bəzi ölkələrdə o briqada generalı adlanır.

Ç

  • Çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci starşina rütbəsidir.

1) Çavuş poqonu (Azərbaycan Quru Qoşunları)

2) Çavuş poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

Ə

  • Əsgər (rütbə) — Azərbaycan Silahlı Qüvvələrində və dünyanın bir çox ölkələrində sıravi rütbəsi. Ondan aşağı hərbi məktəblərin müdavimləri götürülür. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə dənizçi rütbəsidir.Hərbi məktəblərin dinləyiciləri müdavim adlanır. Tədris dövründə onlara sıravi heyətin, məktəbi bitirdikdə isə ilk zabit rütbəsi – leytenantverilir.

1) Əsgər poqonu (Azərbaycan Quru Qoşunları)

2) Əsgər poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

G

  • General
  1. General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.

1) General-mayor poqonu (Azərbaycan Quru Qoşunları)

2) General-mayor poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

  1. General-leytenant — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə vitse-admiral rütbəsidir.

1) General-leytenant poqonu (Azərbaycan Quru Qoşunları)

2) General-leytenant poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

  1. General-polkovnik— Azərbaycan Silahlı Qüvvələrində ən yüksək hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə admiral rütbəsidir.

1) General-polkovnik poqonu (Azərbaycan Quru Qoşunları)

2) General-polkovnik poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

  • General-feldmarşal — alman və rus ordusunda quru qoşunlarında ali hərbi rütbə, dünyanın bir çox ölkələrində anoloji rütbə -feldmarşal. General-feldmarşal rütbəsi ilk dəfə XVII əsrdə – 1620-ci ildə Bohemiyada tətbiq edilmişdir.. Sonralar bu rütbədən (1657-ci ildən) Brandenburqda (Prussiyada) istifadə olunmuş və eyni zamandau bu rütbə digər alman dövlətlərində (Bavariyada , Saksoniyada, Hannoverdə, həmçinin Avstriyada və Niderlandda feldmarşal variantında hərbi rütbələr sırasına daxil edilmişdir. Rusiyada general-feldmarşal rütbəsi 1699-cu ildə I Pyotr tərəfindən tətbiq edilmişdir. Fransada və bir sıra digər ölkələrdə general-feldmarşal rütbəsinə uyğun olan marşal rütbəsindən istifadə olunmuşdur.
  • General-kvartirmeyster – Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyində yüksək vəzifəli zabit.

Vəzifəsi

1918-ci ilin noyabrında qurulan General-kvartirmeyster idarəsinin rəhbəri kimi qoşun hissələrində bu işlərə nəzarət edirdi:

Əməliyyat və səfərbərlik,

kəşfiyyat və əks-kəşfiyyat,

rabitə xidmətinin təşkili işlərinə baxırdı.

  • Generalissimus — bir sıra ölkə ordularında ali hərbi rütbə. Bəzi ölkələrdə yüksək hökumət adamlarına və ya hökmranlıq edən ailə üzvlərindən bəzilərinə verilən fəxri ad. Bir qayda olaraq bu rütbə müharibə dövründə böyük ordu birləşmələrinə komandanlıq etmiş generallara verilir. Bəzən bu ad dövlət başçılarına və kral ailə üzvlərinə də verilib. Tarixdə ilk generalissimus rütbəsini 1569-ci ildə Fransa kralı IX Karlın qardaşı 18 yaşlı gələcək kral Henrix Valua almışdır. Fransa tarixində 12, Avstriya tarixində 9, Almaniya tarixində 3, İtaliya tarixində 3, Çin tarixində 6, Rusiya tarixində 6, SSRİ tarixində 1 nəfər generalissimus rütbəsi daşımışdır.
  • Gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə miçman rütbəsidir.

1) Gizir poqonu (Azərbaycan Quru Qoşunları)

2) Gizir poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

İ

  • İkinci dərəcəli kapitan — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə polkovnik-leytenant rütbəsidir.

İkinci dərəcəli kapitan poqonu

K

  • Kapitan — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kapitan-leytenant rütbəsidir.

1) Kapitan poqonu (Azərbaycan Quru Qoşunları)

2) Kapitan poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

  • Kapitan-leytenant— Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə kapitanrütbəsidir.
  • Kapral— komanda rəisi; bəzi ölkələrin silahlı qüvvələrində kiçik zabit heyətində hərbi rütbə və ən aşağı unter-ofiser (serjant) rütbəsi.
  • Kiçik çavuş— Azərbaycan Respublikası Silahlı Qüvvələrində seçilmiş və fərqlənmiş hərbi qulluqçulara, kurs keçməsi nəticəsində verilən hərbi rütbədir. Bu hərbi rütbə kiçik komandir heyəti kateqoriyasına aid hərbi rütbədir. Bu rütbə MAXE hərbi qulluqçulara və müddətli hərbi qulluqçulara verilir.

Azərbaycan Quru Qoşunlarının kiçik çavuş poqonu

  • Kiçik gizir – Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kiçik miçman rütbəsidir.

1) Kiçik gizir poqonu (Azərbaycan Quru Qoşunları)

2) Kiçik gizir poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

  • Kiçik leytenant — silahlı qüvvələrin kiçik zabit heyətində ilkin hərbi rütbə və bir çox dövlətlərin digər güc strukturlarında (bir qayda olaraq əlavələrlə, məsələn: kiçik milis leytenantı, kiçik polis leytenantı və s.) xüsusi rütbə.

1) Azərbaycan Hərbi Hava Qüvvələrinin kiçik leytenant paqonu

2) Azərbaycan Quru Qoşunlarının kiçik leytenant poqonu

  • Kiçik leytenant (HDQ) — Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə kiçik leytenant rütbəsidir.

Kiçik leytenant (HDQ) poqonu

  • Kontr-admiral— Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-mayor rütbəsidir.
  • Kornet – Çar və ADR ordusunda hərbi rütbə.Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. İtalyanca corno — buynuz, hərbi şeypur sözündən alınıb. Əsasən atlı dəstənin rütbəli zabitlərinə (Kazak dəstəsindən başqa) verilirdi. Çariça Anna İvanovna 1731-ci ildən rus ordusuna tətbiq edib. 1765-ci ildə II Yekaterina bu rütbəni ləğv etmişdi. 1798-ci ildə I Pavel yenidən bərpa etdi. 1884-cü ildə ordu quruculuğunda kornet XII klas çininə dəyişildi. Həmin dövrdən podporuçik paqonu ilə eyniləşdi. Bu baxımdan atlı dəstədə podporuçik rütbəsi yox idi

Q

  • Qarovul — döyüş bayraqlarının, hərbi və dövlət obyektlərinin, hauptvaxtada və intizam batalyonlarında saxlanılan şəxslərin keşiyi və qorunması, eləcə də hərbi mərasimlər üçün nəzərdə tutulan silahlı bölük. Həm qarnizonlu(düşərgə), həm də daxili(gəmi) qarovulu ola bilər; hər ikisi daimi, həm də müvəqqəti ola bilər. Xüsusi hallar üçün fəxri qarovullar təşkil olunur.

L

  • Leytenant — Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrində də eyni cür adlanır – leytenant.

Leytenant poqonu (Azərbaycan Quru Qoşunları)

Leytenant poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

  • Leytenant (HDQ)— Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə leytenantrütbəsidir.

Leytenant (HDQ) poqonu

M

  • MAXE hərbi qulluqçu— hərbi xidməti keçmiş və müqavilə əsasında işləyən kiçik komandir heyətidir. MAXE hərbi qulluqçuların rütbələri baş əsgər, kiçik çavuş, çavuş və baş çavuş hərbi rütbələrdir. Müdafiə Nazirliyi, DİN-in Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və Fövqəladə Hallar Nazirliyində bu hərbi qulluqçuların xidmətindən müəyyən sahələrdə istifadə edilir.
  • Marşal (qədim alman sözü marahscalc — mehtər: qədim alman sözləri “marah” — at və “scalc” — nökər; fr. maréchal) — bir sıra ölkələrin ordularında general tərkibində ali hərbi rütbə. Bəzi ölkələrdə (çar Rusiyası, Böyük Britaniya, Almaniya, Avstriya, Hindistan) bu rütbə feldmarşal (alm. feldmarshall‎; feld — çöl, səyyari, qoşun) adlanırdı.
  • Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə “komandante” (ispandilli ölkələrdə), “kommandant” (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn, fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.

P

  • Podporuçik— kiçik zabit heyətində hərbi rütbə. leytenant.1920-ci ilə qədər çar və Müsavat ordusunda kiçik zabit rütbəsi.
  • Polkovnik— Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci dərəcəli kapitan rütbəsidir.

Azərbaycan Quru Qoşunlarının polkovnik poqonu

  • Polkovnik-leytenant— Azərbaycan Silahlı Qüvvələrində zabit rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə ikinci dərəcəli kapitan rütbəsidir.

1) Polkovnik-leytenant poqonu (Azərbaycan Quru Qoşunları)

2) Polkovnik-leytenant poqonu (Azərbaycan Hərbi Hava Qüvvələri)

  • Poruçik— kiçik zabit heyətində hərbi rütbə.

Rusiya ordusunda poruçik rütbəsi(1855 – 1917)

  • Praporşik — bir sıra ordularında rütbə. Çar Rusiyasında (1712-ci ildə kiçik zabit rütbəsi kimi I Pyotur təsis etmişdi) və ADR ordusunda hərbi rütbələrdən biri olmuşdur. XVIII yüzildə XIV klas çini ilə bərabər idi.

R

  • Rotmistr — çar ordusunda rütbə

Rusiya

XVII əsrdə rus ordusunda rotmistrlər yeni sistemin sipərlərində çıxdı. Rusiya imperiyasında rotmistr – yüksək vəzifəli zabitdir. 1730-1731-ci illərdə alman modeli əsasında ağır süvari yaradıldı, rotmistrin ortaya çıxması ilə yeni sıralar da meydana çıxdı. Rotmistr bəzən don kazakı ordusunun hərbi atamanında idi. 1798-1800-ci illərdə kazak məmurlarının xüsusi adları ordunun zabitlərinə əvvəlki adlarını saxlayaraq ordunun sıralarına bərabər idi. Beləliklə, rotmistr sərkərdə ilə bərabər idi. 1884-cü ildən etibarən rotmistr cədvəldə VIII sinifə yüksəlir.

Polşa ordusu

Rotmistr – XV-dən XX əsrə qədər Polşada hərbi rütbə. Ilk növbədə rotmistr piyada və atçılıq birləşmələrinə başçılıq etdi. Sonra rotmistr komandir adlandırıldı və bu forma 1947-ci ilə qədər davam etdi.

Almaniya və Avstriya ordusu

Almaniya və Avstriya-Macarıstanda rotmistr kapitan rütbəsinə uyğun gəldi. Birinci Dünya müharibəsində rotmistr komandaya və bəzən bir alay komandirinə əmr etdi. Rotmistr 1945-1978-ci illərdə Avstriyada kapitan jandarma və polis rütbəsidir.

Digər ordularda

  • Norveç ordusunda rotmistr var.
  • Isveç ordusunda rotmistr var.
  • Rotmistr çexiya ordusundada var.
  • Danimarkada 1951-ci ilə kimi rotmistr olub.

Məhşur rotmistrlər

  • Platon Voyeykov
  • Yozef Qabcik
  • Roman Zarudniy
  • Kernozickiy
  • Vladimir Littauer
  • İvan Mazepa
  • Votold Pilecki
  • Yan Sobeskiy
  • Manfred Fon Rixtqofen

S

  • Sovet İttifaqı Marşalı – Sovet İttifaqı ordusunda ali zabit rütbəsi. 22 sentyabr 1935-ci ildən tətbiq olunmuşdur. 26 iyun 1945-ci ildə Sovet İttifaqı Generalissimusu rütbəsi təsis edilənədək ən yüksək hərbi rütbə sayılmışdır. 1953-cü ildə yeganə Generalissimus İosif Stalinin vəfatından sonra yenidən de-fakto ən yüksək rütbəyə çevrilmişdir.

1) 1943-cü ildən sonra Sovet İttifaqı Marşalının paqonu

2) 1955-ci ildən sonra Sovet İttifaqı Marşalının paqonu

Ş

  • Ştabs-kapitan — çar ordusunda piyada, topçu və texniki hissələrdə Poruçik ilə Kapitan (hərbi rütbə) arasında zabit rütbəsi

U

  • Uryadnik — 1. çar ordusunda: kazak kiçik zabiti; 2. çar Rusiyasında: qəza polisində aşağı rütbə.

Ü

  • Üçüncü dərəcəli kapitan— Azərbaycan Hərbi Dəniz Qüvvələrində zabit rütbəsi. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə mayor rütbəsidir.

Üçüncü dərəcəli kapitan poqonu

V

  • Vitse-admiral — Azərbaycan Hərbi Dəniz Qüvvələrində ali hərbi rütbə. Quru qoşunları və Azərbaycan Hərbi Hava Qüvvələrindəki ekvivalent rütbə general-leytenant rütbəsidir.

Y

  • Yasavul – mənşəcə monqol “yasa” – “qanun-qayda” sözündəndir. [Mənbə göstərin] Yasavullar şahın olduğu yerdə qayda yaradırdılar. Yasavullar “yalnız möhtərəm əmirlərin oğlanlarından ola bilərdi və köhnə vaxtlarda onların sayı 8, yaxud 9-dan çox deyildi. Şah Yığıncaqlarında (məclis-i xass) onlar eşikağasıbaşının yerinə xidmət edirdilər. Açıq yığıncaqlarda isə şahın qarşısında dayanırdılar. Halbuki məclisə eşikağasıbaşı xidmət edirdi. Yasavullar onların məvacibini və qulluq yerini təsdiq edən yüksək divanın eşikağasıbaşısının tabeliyində idilər”. Yasavul-Rusiyada Kazak alayında hərbi rütbə idi.
  • Yefreytor – (alm. Gefreiter‎ – Gefrayter, yəni bəzi öhdəliklərdən azad edilmiş mənasını verən alman sözündən yaranmışdır) — ən yaxşı sıravilərə verilən hərbi rütbə. Manqa komandiri olmayan zaman onu əvəz edir.

Z

  • Zabit – (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bu vəzifə növü. Polis və başqa xidmət orqanlarındada istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.

Rayberləmə qaydaları

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2001, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 704)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.000.000
210.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

“Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 noyabr 2001-ci il

Azərbaycan Respublikası Prezidentinin

2001-ci il 3 noyabr tarixli, 596 nömrəli Fərmanı ilə

Reklam yayimina icazə (raziliq) verilməsi

1. Ümumİ müddəalar

1.1. Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları (bundan sonra “Qaydalar” adlanacaq) “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar şəhər və kənd yaşayış məntəqələrində, digər ərazilərdə küçə (divar) reklamının yerləşdirilməsinə icazə verilməsi, avtomobil yollarının təhkim və ya qorunma (mühafizə) zolağında , nəqliyyat vasitələrində və poçt göndərişlərində reklamın yayımına razılıq verilməsi qaydasını müəyyən edir. [1]

2. Küçə reklamının yerləşdİrİlməsİnə İcazə verİlməsİ qaydaları

2.1. Şəhər və kənd yaşayış məntəqələrinin, digər ərazilərin küçələrinin kənarlarında, meydan, park, bağ və binalarda, dayanacaqlarda , ticarət, köşk və yanacaqdoldurma pavilyonlarının günlüklərində, damlarda, vitrin və pəncərələrdə, yolayrıcılarında, körpü və estakadalarda, bina və hasarlarda, yeraltı keçidlərdə, hava şarlarının, aerostat və dirijablların və s. üstündə mülkiyyət normasından asılı olmayaraq, kommersiya məqsədi ilə reklamın istehlakçıya bilavasitə çatdırılması üçün istifadə olunan səyyar və stasionar işıqlı, qaz işıqlı, kənardan işıqlanan və ya işıqlanmayan, istənilən ayrıca dayaqlı lövhələr, stendlər, pannolar, plakatlar, ekranlar, tablolar, asqılar, göstəricilər, transparant və bayraqlar küçə reklam daşıyıcılarına aiddir. [2]

2.2 Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü və iş rejimini istehlakçıya çatdıran lövhələr, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr reklam daşıyıcıları hesab edilmir. [3]

2.3. Hüquqi şəxslərin, xidmət və istehlak bazarı obyektlərinin reklam daşıyıcılarının mətnləri Azərbaycan dilində yazılmalıdır. Xarici dildə reklam ikinci mətn şəklində verilə bilər. Hüquqi şəxslərin, xidmət və istehlak bazarı obyektlərinin mövcud qaydada qeydə alınmış loqotip və nişanı olduqda onlar orijinaldakı kimi verilə bilər.

2.4. Azərbaycan Respublikasının şəhər və kənd yaşayış məntəqələrində, digər ərazilərində küçə reklamı daşıyıcıları rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən , “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində və qoruqlara daxil olan abidələrin üzərində isə reklam və digər informasiya xarakterli lövhələr Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən verilmiş icazə sənədlərinə əsasən dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazidə, onların mühafizə zonasında və abidələrin üzərində reklam və digər informasiya xarakterli lövhələr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yerləşdirilir. [4]

2.5. Küçə reklamı daşıyıcısının yerləşdirilməsinə icazə verilməsi üçün tələb olunan xüsusi şərtlər aşağıdakılardır:

yol nişanları ilə oxşar olmamalı, yollarda görmə zonalarını və təhlükəsizliyi azaltmamalıdır;

yol nişanlarının görümlülüyünü məhdudlaşdırmamalıdır;

işıqları ilə nəqliyyat vasitələrini idarə edənlərin gözlərini qamaşdırmamalıdır;

mühəndis qurğularının üzərində yerləşdikdə estetik və konstruksiya baxımından həmin qurğunun ümumi görkəmini pozmamalıdır;

elə qurulmalıdır ki, onları görmək üçün piyadalar yolun hərəkət hissəsinə keçməsinlər;

yaşayış məntəqəsinin təsdiq olunmuş inkişaf planına uyğun və təhlükəsiz istismar üçün yararlı olmalıdır;

reklam daşıyıcısının yerləşdirilməsi piyadaların hərəkətinə, gediş-gəlişinə mane olmamalı və onların rahat keçməsini məhdudlaşdırmamalıdır;

ərazinin estetik görünüşünə xələl gətirməməlidir;

reklam daşıyıcısı təsvirsiz qalmamalıdır; [5]

“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmamalıdır.

2.6. Küçə reklamı daşıyıcılarının yerləşdirilməsinə icazə verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

reklam yayıcısının ərizəsi;

reklam lövhəsinin yerləşdirilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; [6]

reklam daşıyıcısının yerləşəcəyi ərazinin rəngli fotosu;

reklam daşıyıcısının rəngli layihəsi və eskizi;

küçə reklamı bina, tikili və digər obyektlərdə yerləşəcəksə, bu barədə mülkiyyətçi ilə bağlanmış müqavilənin müəyyən olunmuş qaydada təsdiq edilmiş surəti;

reklam daşıyıcısının bu Qaydaların 2.5-ci bəndində göstərilən tələblərə uyğun olduğu barədə müvafiq orqanların razılığı . [7]

2.7. Göstərilən sənədlər təqdim edildikdən sonra 30 gün ərzində reklam yayımına icazə verilməsi məsələsinə baxılmalıdır.

2.8. Küçə reklamının yerləşdirilməsinə verilən icazə sənədinin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

2.9. Tarix və mədəniyyət abidələrinin ərazilərində və onların mühafizə zonasında memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərti ilə yerləşdirilə bilər. [8]

2.10. Yol şəraitinin real qiymətləndirilməsini çətinləşdirən və yol nişanlarına oxşar, yolda nəqliyyat vasitələri, piyada və heyvan olması təəssüratını yaradan reklamların qurulmasına yol verilmir.

2.11. Aşağıdakı hallarda açıq havada reklam daşıyıcılarının yerləşdirilməsinə icazə verilmir:

şəhərətrafı yolların kənarından 2 metrdən yaxın məsafədə;

yolayrıcılarında reklam vasitəsinin aşağı hissəsi ilə yer arasında məsafə 2 metrdən azdırsa;

nəqliyyat svetoforları və yol nişanları ilə bir müstəvidə olduqda.

2.12. Reklam daşıyıcıları yerləşdirilərkən aşağıdakı qaydalara riayət edilməlidir:

reklam daşıyıcısının kənarından səki daşınadək olan məsafə 1 metrdən az olmamalıdır;

reklam daşıyıcısının aşağı küncündən avtomobil yolunun örtüyünədək olan
məsafə 2,5 metrdən, işıq dirəklərindən isə 4 metrdən az olmamalıdır. Yolun hərəkət hissəsində quraşdırılarkən isə həmin məsafə 4,5 metrdən az olmamalıdır;

reklam daşıyıcısının işıqlandırılması üçün elektrik və yanğın təhlükəsizliyi tələblərinə cavab verən, sənaye istehsalı olan işıq qurğularından istifadə olunmalıdır. İşıqlandırma qurğusu reklam daşıyıcısının konstruksiyasına etibarlı bərkidilməli, külək, qar və vibrasiya təsirlərinə davam gətirməlidir.

Küçə reklamı daşıyıcıları yerləşdirilərkən avtomobil yolları və küçələrə xidmətin rahatlığı, həmçinin yol hərəkətinin nizamlama vasitələrinin tətbiqi imkanları da nəzərə alınmalıdır.

Reklam vasitələrinin dayaqları müxtəlif materiallardan hazırlana bilər. Onlar möhkəm olub, təbii təzyiqlərə davam gətirməlidir.

Eyni istiqamətdə yerləşdirildikdə iki küçə reklamı arasında məsafə 50 metr, dirəklərə vurulduqda isə 25 metrdən az olmamalıdır.

3. Avtomobİl yollarının təhkİm və ya qorunma (mühafİzə) zolağında reklamın yayılmasına razılıq verİlməsİ qaydaları [9]

3.1. Avtomobil yollarının təhkim və ya qorunma (mühafizə) zolağında reklamın yayılmasına razılıq Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən bu Qaydaların 2.6-cı və 2.7-ci bəndləri ilə müəyyən edilmiş qaydada verilir. [10]

3.2. Azərbaycan Respublikasının ərazisində avtomobil yollarının təhkim və ya qorunma (mühafizə) zolağında yerləşdirilən reklam daşıyıcılarına ayrıca dayaqlı, düz səthli, bir və ya bir neçə üzlü qurğular, ayaqlı, işıqlandırılan reklam konstruksiyaları, orijinal konstruksiyalı reklam daşıyıcıları, işıq və ya digər dirəklərdə yerləşdirilən kronşteynlər, yolların üstündə qurulan reklam tağları aiddir.

3.3. Reklam daşıyıcısı aşağıdakı tələblərə cavab verməlidir:

yol nişanlarını bağlamamalı və onlara oxşar olmamalıdır, görmə zonalarını məhdudlaşdırmamalıdır;

torpağın yuyulma təhlükəsi olan zonalarda və tökülmə torpaq üzərində yerləşdirilməməlidir;

dəmir yolu keçidləri, tunellər və estakadalardan 350 metrdən az məsafədə yerləşdirilməməlidir;

hərəkət sürəti 60 km/saat məhdudlaşdırılan avtomagistrallarda ümumi sahəsi 48 kv.m. çox olmamalıdır;

yolun kənarından reklam daşıyıcısının hündürlüyünün azı 1,5 misli məsafəsində yerləşdirilməlidir;

bərkidici boltların hündürlüyü yer səthindən 20 millimetrdən çox olmamalıdır;

işıqlandırma və yanğına qarşı mühafizə sistemi ilə təmin edilməlidir;

yerləşdirilərkən yol hərəkəti təhlükəsizliyi və rahatlığı nəzərə alınmalıdır;

işıqlandırma dirəklərində və xüsusi konstruksiyalı binaların üzərində və s. yerləşdirilməməlidir;

yol müstəvisindən 4 metr, reklam tağları isə 6 metr hündürlükdə olmalıdır.

3.4. Reklam nişanları yol boyu xidməti sahələri göstərmək üçün qoyulur. Onların eni 1000 mm , hündürlüyü 1500 mm . olmalı, (onu sarı rənglənməlidir. Yazılar yol nişanları ilə bir xətdə yerləşdirilə bilməz.

Reklam nişanları işıqlanmalı və ya işığı əks etdirən xüsusi materiallardan hazırlanmalıdır.

3.5. Avtomobil yollarının təhkim və ya qorunma (mühafizə) zolağında reklam yayımına verilən razılıq sənədinin forması Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilir. [11]

4. Nəqlİyyat vasİtələrİndə reklamın yayılmasına razılıq verİlməsİ halları və qaydaları

4.1. Nəqliyyat vasitələrində reklamın yayılması nəqliyyat vasitələrinin mülkiyyətçiləri ilə bağlanmış müqavilələr və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi tərəfindən bu Qaydaların 2.6-cı və 2.7-ci bəndləri ilə müəyyən edilmiş qaydada verilən razılığa əsasən həyata keçirilir.

4.2. Azərbaycan Respublikasının ərazisində müvafiq qaydada dövlət qeydiyyatından keçmiş, texniki cəhətdən saz və müvafiq xarici görkəmi olan, bu Qaydalarda göstərilən şərtlərə cavab verən nəqliyyat vasitələri reklam daşıyıcısı kimi istifadə edilə bilər.

4.3. Reklam nəqliyyat vasitələrinin aşağıda göstərilən səthlərində yerləşdirilə bilər:

minik avtomobillərin və mikroavtobusların qapılarında (arxa qapıdan başqa) və qanadlarının yan səthlərində;

tramvay, troleybus və avtobusların banında pəncərə xəttinə qədər olan arxa və yan səthlərində;

yük, yük-sərnişin, yük-furqon (bortunda ağ maili zolağı olanlardan başqa), qoşqu və yarımqoşquların banının arxa və yan səthlərində;

motosikllərin yanacaq baklarında və alətlər qutusunun qapağında.

4.4. Nəqliyyat vasitələrində reklam lövhələrinin, lövhəciklərinin, işıqlanan tabloların və bunlara bənzər reklamların yerləşdirilməsinə yol verilmir.

4.5. Reklamla nəqliyyat vasitələrinin rənginin 50 faizindən artıq dəyişdirilməsinə icazə verilmir.

4.6. Nəqliyyat vasitələrinin ön hissəsində reklam yerləşdirmək qadağandır.

4.7. İxtisaslaşdırılmış nəqliyyat vasitələrində reklam yerləşdirilməsi qadağandır.

4.8. Ətrafları qapalı nəqliyyat vasitələrinin üzərində reklam verilə bilər. Burada reklamın həcmi ümumi sahənin 60 faizindən çox olmamalıdır.

4.9. Nəqliyyat vasitəsinin arxa hissəsində firma nişanı, telefonlar, loqotiplər və ünvan göstərilə bilər. Bu halda reklam nəqliyyat vasitəsinin arxa hissəsinin ümumi sahənin 40 faizindən çox olmamalıdır.

4.10. Nəqliyyat vasitələrində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə ayrılmalıdır, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 50 faizindən çox olmamalıdır,

4.11. Nəqliyyat vasitələrində dövlət qeydiyyat nişanları və dövlət fərqlənmə nişanlarının görünməsini məhdudlaşdıran yerlərdə, işıqlanma cihazları və şüşələrdə reklam yerləşdirilməsi, istehsalçı zavod tərəfindən nəzərdə tutulmamış xarici işıq cihazlarının reklam məqsədi ilə quraşdırılması qadağandır.

4.12. Dövlət standartına müvafiq olaraq rəng qrafikası olan təyinatlı avtomobillər reklam yayılması üçün istifadə edilə bilməz.

4.13. Xüsusi nəqliyyat vasitələrinin rəng qrafikasına, təsvirinə və sairə oxşar reklamların nəqliyyat vasitələrində yayılmasına icazə verilmir.

4.14. Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi üçün işıq əks etdirən və gözqamaşdırıcı lak-rəng materiallarından istifadə olunmamalıdır.

4.15. Nəqliyyat vasitələrində reklamın yayılma müddəti reklam yayıcısı ilə nəqliyyat vasitəsinin mülkiyyətçisi arasında bağlanmış müqavilədə nəzərdə tutulur.

4.16. Nəqliyyat vasitələrində reklam yayımına verilən razılıq sənədinin forması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi tərəfindən təsdiq edilir.

5. Poçt göndərİşlərİndə reklamın yayımına razılıq verİlməsİ halları və qaydaları

5.1. Poçt göndərişlərində reklamın yayılması üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ərizə və reklamın mətni və eskizi təqdim olunmalıdır. [12]

5.2. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciətə öz münasibətini, sənədlər təqdim olunduğu gündən etibarən 30 gün müddətindən gec olmayaraq bildirməlidir. [13]

5.3. Poçt göndərişlərinin xidməti və xüsusi qeydlər, xidməti ştamplar, markalar və yarlıqlar üçün nəzərdə tutulmuş yerlərində reklam yerləşdirilməsi qadağandır.

5.4. Poçt göndərişlərində reklamın yayımına verilən razılıq sənədinin forması Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilir. [14]

6. Metro stansiyalarında və metro qatarlarında reklam yayımına razılıq verilməsi qaydaları [15]

6.1. Metro stansiyalarında və metro qatarlarında reklamın yayılmasına razılıq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bu qaydaların 2.6-cı və 2.7-ci bəndləri ilə müəyyən edilmiş qaydada verilir.

6.2. Metro stansiyalarında və metro qatarlarında reklam yayımına verilən razılıq sənədinin forması “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təsdiq edilir. [16]

6.3. Reklam metropoliten nəqliyyatının aşağıda göstərilən səthlərində yerləşdirilə bilər:

metro stansiyalarının yerüstü vestibüllərində, damlarda, vitrin şüşələrində;

kassa zallarında, yeraltı keçidlərin divarlarında;

platforma divarlarında və orta zalda;

metro vaqonlarının içində ayrıca pasportlaşdırılmış sahələrdə.

6.4. Reklamla metropoliten vasitələrinin rənginin 50 faizindən artıq dəyişdirilməsinə icazə verilmir.

6.5. Metropoliten vasitələrinin səthində reklamın həcmi 60 faizdən çox olmamalıdır.

6.6. Metropoliten vasitələrində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə salınmalıdır, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 50 faizindən çox olmamalıdır.

6.7. Metropolitendə reklam yayımına yol verilməyən səthlər:

metroya aid hər bir qurğuların, avadanlığın, aparatların üzərində;

metro vaqonlarının, banın, qapıların və yaxud şüşələrin üzərində;

metro vaqonlarının qabaq və arxa hissələrində;

metroya giriş və çıxış qapılarının üzərində.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 23 oktyabr 2003-cü il tarixli 958 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 563)

2. 10 dekabr 2004-cü il tarixli 159 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005)

3. 7 fevral 2005-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 02, maddə 69)

4. 31 yanvar 2008-ci il tarixli 704 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 8)

5. 1 noyabr 2012-ci il tarixli 722 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1082 )

6. 3 may 2013-cü il tarixli 876 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 4 may 2013-cü, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 497)

7. 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027 )

8. 24 sentyabr 2014-cü il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1067 )

9. 20 oktyabr 2014-cü il tarixli 300 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 oktyabr 2014-cü il, № 228 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1185)

10. 16 sentyabr 2015-ci il tarixli 616 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Azərbaycan ” qəzeti, 19 sentyabr 2015-ci il, № 205 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1003 )

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 20 oktyabr 2014-cü il tarixli 300 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 oktyabr 2014-cü il, № 228 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1185) ilə 1.2-ci və 3.2-ci bəndlərdə “yol və yolətrafı zonalarda” sözləri “avtomobil yollarının təhkim və ya qorunma (mühafizə) zolağında” sözləri ilə əvəz edilmişdir.

[2] 23 oktyabr 2003-cü il tarixli 958 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 563) ilə “Reklam yayımına icazə (razılıq) verilməsi qaydaları”nın 2.1-ci bəndindən “o cümlədən metro stansiyalarında” sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

2.1. Şəhər və kənd yaşayış məntəqələrinin, digər ərazilərin küçələrinin kənarlarında, meydan, park, bağ və binalarda, dayanacaqlarda, ticarət, köşk və yanacaqdoldurma pavilyonlarının günlüklərində, damlarda, vitrin və pəncərələrdə, yolayrıcılarında, körpü və estakadalarda, bina və hasarlarda, yeraltı keçidlərdə, o cümlədən metro stansiyalarında, hava şarlarının, aerostat və dirijablların və s. üstündə mülkiyyət normasından asılı olmayaraq, kommersiya məqsədi ilə reklamın istehlakçıya bilavasitə çatdırılması üçün istifadə olunan səyyar və stasionar işıqlı, qaz işıqlı, kənardan işıqlanan və ya işıqlanmayan, istənilən ayrıca dayaqlı lövhələr, stendlər, pannolar, plakatlar, ekranlar, tablolar, asqılar, göstəricilər, transparant və bayraqlar küçə reklam daşıyıcılarına aiddir.

[3] 1 noyabr 2012-ci il tarixli 722 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1082 ) ilə “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın 2.2-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.2. Siyasi reklam, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, o cümlədən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında, önündə yerləşdirilmiş, həmin obyektlərin mənsubiyyətini, adını, ticarət markasını, iş rejimini, firma nişanını göstərən lövhələr, fəaliyyət növünü istehlakçıya çatdıran vasitələr, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakat və digər informasiya vasitələri reklam daşıyıcıları hesab edilmir.

[4] 31 yanvar 2008-ci il tarixli 704 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 8) ilə “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın 2.4-cü bəndində “tərəfindən” sözündən sonra “, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və qoruğa daxil olan abidələrin üzərində isə reklam və digər informasiya xarakterli lövhələr Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən” sözləri əlavə edilmişdir.

3 may 2013-cü il tarixli 876 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 4 may 2013-cü, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 497) ilə 2.4-cü bəndində “Qoruğu ərazisində və qoruğa” sözləri “və “QalaDövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində və qoruqlara” sözləri ilə əvəz edilmişdir.

16 sentyabr 2015-ci il tarixli 616 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Azərbaycan ” qəzeti, 19 sentyabr 2015-ci il, № 205 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1003 ) ilə 2.4-cü bəndə “sənədlərinə əsasən” sözlərindən sonra “dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazidə, onların mühafizə zonasında və abidələrin üzərində reklam və digər informasiya xarakterli lövhələr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə” sözləri əlavə edilmişdir.

[5] 1 noyabr 2012-ci il tarixli 722 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1082 ) ilə “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın 2.5-ci bəndə yeni məzmunda yeddinci-doqquzuncu yarımbəndlər əlavə edilmişdir, yeddinci yarımbənd müvafiq olaraq onuncu yarımbənd hesab edilmişdir.

[6] 1 noyabr 2012-ci il tarixli 722 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1082 ) ilə “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın 2.6-cı bəndin ikinci yarımbəndi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

reklamın yerləşdirilməsi və yayımı üçün müvafiq haqqın ödənilməsini təsdiq edən sənəd;

[7] 20 oktyabr 2014-cü il tarixli 300 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 oktyabr 2014-cü il, № 228 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1185) ilə 2.6-cı bəndin yeddinci abzasında “rəyi” sözü “razılığı” sözü ilə əvəz edilmişdir.

[8] 1 noyabr 2012-ci il tarixli 722 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 2 noyabr 2012-ci il, № 244 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1082 ) ilə “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın 2.9-cu bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.9. Tarix və mədəniyyət abidələri və komplekslərinin, dövlət ali idarəetmə orqanları binalarının, məscid və ibadətgahların, abidələrin ərazilərində və yaxınlığında reklam daşıyıcılarının yerləşdirilməsinə yol verilmir. Abidələrin ərazisi dedikdə, onu əhatə edən yolun orta xəttindən içəri olan ərazi nəzərdə tutulmalıdır. Tarixi əhəmiyyət kəsb edən binaların üstündə reklam daşıyıcıları, reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında birinci mərtəbə səviyyəsində yerləşdirilə bilər.

16 sentyabr 2015-ci il tarixli 616 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“ Azərbaycan ” qəzeti, 19 sentyabr 2015-ci il, № 205 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 1003 ) ilə 2.9-cu bənddə “, dövlət orqanlarının binalarının, məscid və ibadətgahların ərazilərində reklam daşıyıcılarının yerləşdirilməsinə yol verilmir. Memarlıq” sözləri “memarlıq” sözü ilə əvəz edilmişdir.

[9] 20 oktyabr 2014-cü il tarixli 300 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 oktyabr 2014-cü il, № 228 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1185) ilə 3-cü hissənin adında, 3.1-ci və 3.5-ci bəndlərdə “Yol və yolətrafı zonalarda” sözləri “Avtomobil yollarının təhkim və ya qorunma (mühafizə) zolağında” sözləri ilə əvəz edilmişdir.

[10] 10 dekabr 2004-cü il tarixli 159 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005) ilə “Reklam yayımına icazə (razılıq) verilməsi qaydaları”nın 3.1-ci bəndində “Azəravtoyol” Dövlət Şirkəti” sözləri “Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

[11] 10 dekabr 2004-cü il tarixli 159 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 12, maddə 1005) ilə “Reklam yayımına icazə (razılıq) verilməsi qaydaları”nın 3.5-ci bəndində “Azəravtoyol” Dövlət Şirkəti” sözləri “Nəqliyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

[12] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027 ) ilə “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın 5.1-ci, 5.2-ci və 5.4-cü bəndlərində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

[13] 7 fevral 2005-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 02, maddə 69) ilə “Reklam yayımına icazə (razılıq) verilməsi qaydaları”nın 5.1-ci bəndində “Rabitə Nazirliyinə” sözləri “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə” sözləri ilə əvəz edilmiş, 5.2-ci bənddə “Rabitə Nazirliyi” sözləri “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

[14] 7 fevral 2005-ci il tarixli 193 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 02, maddə 69) ilə “Reklam yayımına icazə (razılıq) verilməsi qaydaları”nın 5.4-cü bəndində “Rabitə Nazirliyi” sözləri “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

[15] 23 oktyabr 2003-cü il tarixli 958 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 563) ilə “Reklam yayımına icazə (razılıq) verilməsi qaydaları ”na 6-cı bölmə əlavə edilmişdir.

[16] 24 sentyabr 2014-cü il tarixli 287 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1067 ) ilə “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın 6.1-ci və 6.2-ci bəndlərində “Bakı Metropoliteni” sözləri “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.