Press "Enter" to skip to content

Repressiya faciəsi

Ulduz. – 2012. – № 5. – S. 45-49.

30 oktyabr Ümumdünya Repressiya Qurbanları Günü İşgəncədən qurtuldular

monoqrafik tədqiqatdan və seçilmiş əsərlərinin məcmuundan ibarətdir.

Atilla İ. Hüseyn Cavidin həyatı və taleyi = The poet of century. – Bakı : Adiloğlu,

2009. – 177 s. : foto rəng.

Bu kitab başda Azərbaycan türk şairi Hüseyn Cavid olmaqla, sovet quruluşunun

və Stalinin bilavasitə rəhbərliyi altında həyata keçirilən Azərbaycan represiya

qurbanlarına-Azərbaycan şəhidlərinə ithaf olunur.

Atilla İ. Hüseyn Cavid: Mərd olun mərd ölün. – Bakı : Qanun, 2010. – 288 s. : foto,

Stalin epoxası və siyasətinin qurbanları barəsində qəmli bir dastanı xatırladan bu

kitabda Cavidlərin və başqa namuslu və vicdanlı sovet adamlarının ağrılı-acılı

həyatı işiqlandırılır. Qəddar və amansız bir quruluşda yaşamış insanların tarixi

faciələri kitabından bəzi səhifələr varaqlanır.

Ələkbərli N. Ə. Bir ömrün rəngləri : Səməd Mənsurun həyat və yaradıcılıq

səhifələri. – Bakı : Elm, 2000. – 80 s. : foto. – kiril əlifbasinda.

N. Ələkbərli bu tədqiqat araşdırmasında görkəmli şair, naşir, aktyor və dramaturq

Səməd Mənsurun həyat və yaradıcılığından, ömrunun müxtəlif səhifələrindən,

əsrin əvvəlində xalqımıza göstərdiyi əvəzsiz xidmətlərindən bəhs edir.

Ələkbərli N. Ə. Mikayıl Rəfili : həyatı və yaradıcılığı. – Bakı : Qartal, 1998. – 100

s. : fot. – kiril əlifbasında.

Kitabda görkəmli tənqidçi, ədəbiyyatşünas, şair və tərcüməçi Mikayıl Rəfilinin

zəngin, mübarizələrlə dolu ömür və yaradıcılıq yolundan bəhs edilir. Əsərdə ilk

dəfə olaraq onun elmi-ədəbi irsi monoqrafik planda araşdırılır.

Ələkbərli N. Ə. Üç budaq: Əhməd Cavad, Mikayıl Müşfiq, Almas İldırım. – Bakı :

Şirvannəşr, 2007. – 224 s. : foto.

Bu kitabda Azərbaycanın üç görkəmli şairinin-Əhməd Cavadın, Mikayıl Müşfiqin

və Almas İldırımın portretləri ilə yanaşı, mənəvi və yaradıcılıq yaxınlıqları da əks

Qəhrəmanlı N. Ə. Vətən və İstiqlal aşiqi Əli Yusif Qəhrəmanlı. – Bakı : Avropa,

2010. – 285+12 s. : foto. – Əli Yusifin anadan olmasının 110 illiyinə həsr olunur. –

Kitabda görkəmli şair, alovlu publisist və milli istiqlal uğrunda mübariz Əli

Yusifzadənin (1900-1937) həyatı, fəaliyyəti və yaradıcılığı ilə bağlı monoqrafiya,

habelə əlavələr şəklində poetik və publisistik əsərləri daxil olunmuşdur. Kitabda Ə.

Yusifzadənin poeziya, publisistika, ədəbi quruculuq, dil və əlifba sahəsindəki

dəyərli xidmətlərinə, ilk Cümhuriyyətin ideoloji prinsiplərinin işlənib

hazırlanmasında əhəmiyyətli roluna da nəzər salınmışdır. Kitabda Əli Yusifin

şeirlərinin və məqalələrinin mühüm qismi ərəb əlifbasından transliterasiyada ilk

dəfə təqdim olunub. Bu araşdırmada, Şuşadan çıxmış Yusifzadələr nəsli, xüsusən

Əli Yusifin atası, məşhur müəllim, tərcüməçi və jurnalist Mirzə Cəlal Yusifzadə,

Əlinin qardaşı professor Alim Yusifzadə haqqında da bilgi almaq mümkündür.

Qurban T. Y. Həqiqət olduğu kimi. – Bakı : Adiloğlu, 2008. – 108 s. : foto.

Kitabda ilk dəfə olaraq Mikayıl Rəfilinin fəaliyyəti indiyədək oxuculara məlum

olmayan arxiv materialları əsasında göstərililr.

Məmmədov K. Azərbaycan yazıçılarının həyatından dəqiqələr. – Bakı : Hədəf

Nəşrləri, 2013. – 256 s. : foto.

Kitabda ayrı-ayrı görkəmli şəxsiyyətlərin təkcə həyatından, əsərlərinin yaranması

tarixindən, yaşadıqları dövrün hadisələri ilə əlaqəsindən danışılmamış, onların

söylədikləri ibrətamiz orijinal kəlamlara da yer verilmişdir. Bu şəxsiyyətlərin

arasında repressiya qurbanlarının da adı var.

Məmmədova Ş. Anaların fəryadı. – Bakı : Gənclik, 2006. – 508 s. : foto.

MTN-nin arxiv materialları əsasında yazılmış və Azərbaycan ictimaiyyətinə

təqdim olunan bu kitab XX əsrin 20-50-ci illərində Azərbaycan qadınlarına qarşı

repressiyanı əks etdirən, 2003-cü ildə nəşr edilmiş “Soyqırım analardan başlanır”

kitabının davamıdır. Bu kitab repressiyaya məruz qalmış qadınların yaxınları üçün

mənəvi dayaq, eyni zamanda tarixi həqiqətlərin oyanışına bir töhfədir.

Nəbiyev B. Ə. Didərgin şair : Almas İldırımın yaradıcılıq yolu. – Bakı : XXI –

YNE, 2005. – 120 s.

Akademik B.Ə. Nəbiyevin ilk dəfə 1995-ci ildə işıq üzü görmüş bu əsəri

Azərbaycan mühacirət poeziyasının görkəmli nümayəndələrindən biri, alovlu

vətənpərvər Almas İldırım haqqında ilk kitabdır. Burada bolşevik rejiminin

amansız təqiblərinə məruz qalıb dəfələrlə sürgün edilən, ölüm təhlükəsi qarşısında

keçmiş imperiyanı tərk edib, nakam ömrünü qürbətdə başa vuran şairin ədəbi irsi

onun Azərbaycanda, Dağıstanda, Orta Asiyada, İranda,Türkiyədə nəşr edilmiş

əsərləri əsasında tədqiq olunmuşdur. Ədəbiyyat və İncəsənət arxivində qorunan,

digər məxəz və mənbələrdə səpələnmiş materiallardan faydalanan araşdırıcıilk dəfə

olaraq Almas İldırımın müfəssəl elmi tərcümeyi-halını yazmış, onun sənətkarlıq

axtarışlarını təhlil etmişdir. Müəllif latın qrafikalı, Azərbaycan əlifbası ilə yenidən

nəşrə hazırlayarkən ilk nəşrdəki bəzi qüsurları aradan qaldırmış, əlavə və düzəlişlər

Nəbiyev B. Ə. Əhməd Cavad. – Bakı : Ozan, 2004. – 128 s.

Tanınmış alim və ədəbiyyat tənqidçisi, akademik Bəkir Nəbiyevin bu kitabı

görkəmli Azərbaycan şairi, 1937-ci ilin repressiya qurbanlarından olan Əhməd

Cavad haqqında ilk tədqiqatlardan biridir. Şairin qısa, lakin çox məzmunlu,

ibrətamiz həyat və yaradıcılıq yolu əsərdə mənbələr əsasında xülasə edilmiş, onun

Azərbaycan lirikasının nadir inciləri sayılan şeirləri, poemaları təhlil olunmuşdur.

Nəzmi Ə. Əhməd Cavad dünyası : poema. – Bakı : Nurlan, 2006. – 160 s.

Bu kitab müəllifin oxucularla beşinci görüşüdür. Kitabda böyük Azərbaycan şairi

Əhməd Cavad haqqında tarixi həqiqətləri əks etdirən poema oxucuların

Soyqırım analardan başlanır . – Bakı : Vətən, 2003. – 224 s.

Oxuculara təqdim edilən bu kitab sovet cəza orqanlarının 20-50-ci illərdə

Azərbaycanda törətdikləri kütləvi repressiyaların qurbanı olmuş Azərbaycan

qadınlarının siyahılarından ibarətdir.

Ulutürk X. R. Mənim tanrım gözəllikdir. . – Bakı : Elm, 2009. – 248 s. : foto.

Kitab Azərbaycan ədəbiyyatının klassiki, mənzum dramaturgiyamızın banisi

Hüseyn Cavid haqqında Xəlil Rzanın memuarlarından seçmələr əsasında

Vəzirova L. Yusif Vəzir Çəmənzəminlinin publisistikası. – Bakı : Nərgiz, 2003. –

Filologiya elmləri namizədi L.O.Vəzirovanın “Yusif Vəzir Çəmənzəminlinin

publisistikası” adlanan əsəri zəngin ədəbi, elmi materiallar əsasında yazılıb

Kitablarda

Almas İldırım (1907-1952) // Müasir Azərbaycan ədəbiyyatı : dərslik. – Bakı :

Bakı Universiteti nəşriyyatı, 2007. – C.2. – S. 418-426.

Əhmədov B. Almas Yıldırım // XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə :

dərslik. – Bakı : Apostrof, 2010. – C. 2. – S. 388-394.

Əhmədov B. Tağı Şahbazi Simürğ // XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə

: dərslik. – Bakı : Apostrof, 2010. – C. 2. – S. 90-93.

Əhmədov B. Yusif Vəzir Çəmənzəminli // XX əsr Azərbaycan ədəbiyyatı tarixi. 3

cilddə : dərslik. – Bakı : Apostrof, 2010. – C. 2. – S. 176-184.

Əhmədov B. Hacı Kərim Sanılı // XX əsr Azərbaycan ədəbiyyatı tarixi. – Bakı :

Ələkbərli N. Ə. Almas Yıldırım // Üç budaq. – Bakı : Şirvannəşr, 2007. – S.5-89.

Ələkbərli N. Ə. Əhməd Cavad // Üç budaq. – Bakı : Şirvannəşr, 2007. – S.5-89.

Ələkbərli N. Ə. Mikayıl Müşfiq // Üç budaq. – Bakı : Şirvannəşr, 2007. – S.90-

Əlioğlu M. Bədii nəsrimizdə tarixi roman // Darıxan adamlar. 2 cilddə. – Bakı :

Təhsil, 2009. – C.1. – S. 496-534. – Məqalədə tarixi romanlar ustaları Məmməd

Səid Ordubadi və Yusif Vəzir Çəmənzəminlinin yaradıcılıqları təhlil olunur.

Əlioğlu M. Klassik nəsrimizin bəzi ənənələri // Darıxan adamlar. 2 cilddə. – Bakı :

Təhsil, 2009. – C. 1. – S. 284-309. – Məqalədə repressiya qurbanları Yusif Vəzir

Çəmənzəminli, Böyükağa Talıblının yaradıcılığı da qeyd olunmuşdur.

Əlioğlu M. Nəsrimizdə qadın azadlığı problemi : 30-cu illər // Darıxan adamlar. 2

cilddə. – Bakı : Təhsil, 2009. – C.1. – S. 367-380. – Məqalədə digər yazıçılarla

yanaşı repressiya qurbanları olmuş Seyid Hüseyn və Qantəmirin yaradıcılığına da

Kənan A. Ağlaya-ağlaya sevdiyim yazıçı : Süleyman Sani Axundov // XX əsrdə

repressiyaya məruz qalanlar. – Bakı : Azərnəşr, 2011. – S. 219-226.

Kənan A. Azərbaycan himninin müəllifinin faciəsi : Əhməd Cavad // XX əsrdə

repressiyaya məruz qalanlar. – Bakı : Azərnəşr, 2011. – S. 7-21.

Kənan A. Bahar gecəsinə gedən yol : Tağı Şahbazi Simurq // XX əsrdə

repressiyaya məruz qalanlar. – Bakı : Azərnəşr, 2011. – S. 57-66.

Kənan A. Bir ailənin faciəsi : Seyid Hüseyn // XX əsrdə repressiyaya məruz

qalanlar. – Bakı : Azərnəşr, 2011. – S. 142-151.

Kənan A. Birinci Türkoloji Qurultayın qurbanı : Hənəfi Zeynallı // XX əsrdə

repressiyaya məruz qalanlar. – Bakı : Azərnəşr, 2011. – S. 109-116.

Kənan A. Əliüseyn Dağlı kimdir? // XX əsrdə repressiyaya məruz qalanlar. – Bakı

: Azərnəşr, 2011. – S. 180-189.

Kənan A. Əsəri əlindən alınmış tənqidçi : Əli Nazim // XX əsrdə repressiyaya

məruz qalanlar. – Bakı : Azərnəşr, 2011. – S. 92-108.

Kənan A. Faciəli rolların qəhrəmanının faciəsi : Abbas Mirzə Şərifzadə // XX

əsrdə repressiyaya məruz qalanlar. – Bakı : Azərnəşr, 2011. – S. 74-82.

Kənan A. “Koroğlu”nu erməniyə verməyən alim : Vəli Xuluflu // XX əsrdə

repressiyaya məruz qalanlar. – Bakı : Azərnəşr, 2011. – S. 83-91.

Kənan A. Qara taleyin dastanı : Almas İldırım // XX əsrdə repressiyaya məruz

qalanlar. – Bakı : Azərnəşr, 2011. – S. 227-234.

Kənan A. Qəribə taleli alim : Salman Mümtaz // XX əsrdə repressiyaya məruz

qalanlar. – Bakı : Azərnəşr, 2011. – S. 48-56.

Kənan A. Öz-özünü yandıran şair : Mikayıl Müşfiq // XX əsrdə repressiyaya

məruz qalanlar. – Bakı : Azərnəşr, 2011. – S. 31-47.

Kənan A. Pyatiqorskidə həbs edilən yazıçı : Hacıbaba Nəzərli // XX əsrdə

repressiyaya məruz qalanlar. – Bakı : Azərnəşr, 2011. – S. 152-159.

Kənan A. Repressiyanın sonuncu qurbanlarından biri : Yusif Vəzir Çəmənzəminli

// XX əsrdə repressiyaya məruz qalanlar. – Bakı : Azərnəşr, 2011. – S. 117-128.

Kənan A. Səhnəmizin ilk repressiya qurbanı : Ülvi Rəcəb // XX əsrdə repressiyaya

məruz qalanlar. – Bakı : Azərnəşr, 2011. – S. 67-73.

Kənan A.Vətənə qayıdış : Hüseyn Cavid // XX əsrdə repressiyaya məruz qalanlar.

– Bakı : Azərnəşr, 2011. – S. 22-30.

Kərimov İ. Ruhulla Fətullah oğlu Axundov – Sidqi Ruhulla (1886-1969) //

Azərbaycan teatr tarixi. – Bakı : Elm, 2008. – S. 570-574.

Tağı Şahbazi (1889-1938) // Müasir Azərbaycan ədəbiyyatı : dərslik. – Bakı : Bakı

Universiteti nəşriyyatı, 2007. – C.1. – S. 71-73.

Təhmasib M. Ədib-alim : Yusif Vəzir Çəmənzəminli haqqında // Məqalələr. –

Bakı : Elm, 2005. – IV fəsil = Yazıçı və folklor. – S. 140-147. – İlk dəfə “Ədəbiyyat

və incəsənət” qəzetinin 1967-ci il 12 dekabr tarixli nömrəsində dərc edilmişdir.

Yaqublu N. Abbas Mirzə Şərifzadə //Ağrılı ömürlər. –Bakı : Yazıçı, 1990. –

Yaqublu N. Ayna Sultanova //Ağrılı ömürlər. –Bakı : Yazıçı, 1990. – S. 211-228.

Yaqublu N. Əhməd Cavad //Ağrılı ömürlər. – Bakı : Yazıçı, 1990. – S. 229-267.

Yaqublu N. Heydər Hüseynov //Ağrılı ömürlər. –Bakı : Yazıçı, 1990. – S.21-90.

Yaqublu N. Ruhulla Axundov //Ağrılı ömürlər. –Bakı : Yazıçı, 1990. – S.133-184.

Yaqublu N. Salman Mümtaz //Ağrılı ömürlər. –Bakı : Yazıçı, 1990. – S.91-132.

Yusif Vəzir Çəmənzəminli (1887-1943) // Müasir Azərbaycan ədəbiyyatı :

dərslik. – Bakı : Bakı Universiteti nəşriyyatı, 2007. – C.1. – S. 118-133.

Yusif Vəzir Çəmənzəminli // Müasir Azərbaycan ədəbiyyatı : dərslik. – Bakı :

Bakı Universiteti nəşriyyatı, 2007. – C.2. – S. 321-324.

Dövri mətbuatda

Abdulla M. Ruhun repressiyası : Azərbaycan Yazıçılar Birliyi – 75 // Respublika. –

2009. – 12 iyul. – S. 7. ; 14 iyul. – S.11. ; 15 iyul. – S.7.

Bayramoğlu A. Oqtay Sadıqzadənin sürgün xatirələri : repressiya qurbanları //

Azərbaycan. – 2011. – 4 mart. – № 50. – S. 6.

Bayramoğlu A. Umgülsümün “Qala xatirələri” və şeirləri // Ulduz. – 2011. – № 9.

Cəfərov F. 37-ci ilin repressiya qurbanlarından biri: arxiv sənədlərinin dili ilə :

Hüseyn Cavid -130 // Respublika. – 2012. – 13 oktyabr. – № 230. – S. 6.

Dünyaminqızı Q. Birinci və sonuncu türk senzoru : Mirzə Şərif Mirzəyev:

Görəsən, həyatımın sonuna kimi xalqımın qərəzsiz hissəsinə konkret faktlarla

sübut edə bilərəm ki, mən düşmən deyiləm // Kaspi. – 2016. – 8-9 mart. – № 41. – S.

Dünyaminqızı Q. İnsanların qorxduğu səs. : ədəbiyyatşünas Hənəfi Zeynallı

haqqında // Kaspi. – 2014. – 9 oktyabr. – № 164. – S. 12.

Əhmədalılar T. İkili illərin şərəfzadələri : 1935-də Xalq artisti, 1937-də “Xalq

düşməni” olmuş A.M.Şərifzadə // Mədəniyyət. – 2012. – 12 dekabr. – № 90. – S.

Əhmədov B. Ədəbiyyat və repressiya ; xarakteri, genezesi və yanaşma meylləri //

Azərbaycan. – 2012. – № 3. – S. 176-186.

Əliyev Y. Repressiya – bəşəriyyət əleyhinə törədilmiş vəhşilik aktı : ADR-90 //

Xalq qəzeti. – 2008. – 25 may. – S. 8.

Əliyev Z. Repressiya yellərindən keçən sənət yolu : Məhəmməd Əmin

Rəsulzadənin oğlu Azər Rəsulzadə və nəvəsi Rais Rəsulzadə haqqında //

Mədəniyyət. – 2014. – 31 yanvar. – № 8. – S. 12.

Əliyeva İ. Bir insan haqqında yalan və həqiqət : repressiya qurbanlarından Hənəfi

Zeynallı haqqında // Azərbaycan. – 2010. – 19 iyun. – № 130. – S. 6.

Əliyeva İ. Fəaliyyətinə “əhsən”, özünə düşmən dedilər : repressiya qurbanı

Məhəmməd Həsən Hacınski // Azərbaycan : qəzet. – 2015. – 15 mart. – № 59. – S.

Əliyeva İ. Haqsızlığa ölümü ilə üsyan etdi : alim-filosof Heydər Hüseynov

repressiya illərində // Azərbaycan. – 2012. – 9 avqust. – № 176. – S. 4.

Əliyeva İ. Həyatı gülləyə tuş gəldi : repressiya qurbanları // Azərbaycan : qəzet. –

2015. – 5 mart. – № 51. – S. 10.

Əliyeva İ. Həyatı odlar içində keçib : repressiya // Azərbaycan. – 2012. – 12

sentyabr. – № 203. – S. 10. ; 11 sentyabr. – № 202. – S.11.

Əliyeva İ. 41 yaşında ölümünə fərman verildi : Ruhulla Axundov haqqında :

Repressiya qurbanları // Azərbaycan : qəzet. – 2015. – 4 avqust. – № 165. – S. 5.

Əliyeva İ. Nikbin nəğmələrində siyasi motivlər “tapdılar” : Azərbaycanın ilk

peşəkar qadın pianoçusu repressiya qurbanı oldu // Azərbaycan. – 2012. – 28

avqust. – № 190. – S. 7.

Əliyeva İ. O, xalqın düşməni deyil, böyük sənətkarı idi : [Xalq artisti Abbas Mirzə

Şərifzadə haqqında] // Azərbaycan. – 2016. – 30 oktyabr. – № 240. – S. 4.

Əliyeva İ. Onun maarifçilik fəaliyyəti antisovet təbliğatı kimi qələmə verildi :

Gülarə İbrahim // Azərbaycan. – 2012. – 25 noyabr. – № 263. – S. 7.

Əliyeva İ. Ölümə meydan oxuyan həqiqətlər : repressiya qurbanları // Azərbaycan.

– 2017. – 27 iyul. – № 160. – S. 5.

Əliyeva İ. Uydurulmuş cinayətin amansız cəzası : 1937-ci il repressiya

qurbanlarından olan pedoqoq maarif komissarı Cuvarlinski haqqında //

Azərbaycan. – 2012. – 16 sentyabr. – № 207. – S. 6.

Əliyeva İ. Yarımçıq ömrün hekayəti : repressiya qurbanları Bəkir Çobanzadə //

Azərbaycan. – 2012. – 2 sentyabr. – № 195. – S. 6.

Əsədov B. Qırılmış ömür : repressiya qurbanları // Azərbaycan. – 2007. – 11

Əsgərov B. Maqadanın açılmamış arxivi : 1937-ci il repressiya qurbanları //

Respublika. – 2010. – 23 oktyabr. – № 232. – S. 4. ; 7 noyabr. – № 244. – S.8. ; 6

noyabr. – № 243. – S.8.

Əsgərov B. SSRİ-nin həbsxana və düşərgələr şəhəri : Maqadana 10 mindən çox

azərbaycanlı sürgün olunub // Azərbaycan Müəllimi. – 2011. – 14 yanvar. – № 2. –

S. 19. ; 28 yanvar.- № 4. – S. 21. ; 4 fevral. – № 5. – S. 21. ; 11 fevral. – № 6. –

Əziz B. Repressiyaya məruz qalan alimlər : Bakı Dövlət Universiteti //

Azərbaycan. – 2009. – 1 oktyabr. – № 217. – S. 7. ; 2 oktyabr. – № 218 . – S. 5. –

Azərbaycan Dövlət Universitetində çalışan, 1937-ci oldə repressiyaya məruz

Fərəcov S. Taleyinə sürgünlük yazılan ədib : Hitlerin kitabını oxuduğu üçün

repressiya olunmuşdu // Mədəniyyət. – 2015. – 16 yanvar. – № 4. – S. 15.

Fərəcov S. Mübariz ziyalı, folklorşünas və tərcüməçi : [folklorşünas, tərcüməçi

Bəhlul Əfəndiyev (Behcət) haqqında] // Mədəniyyət. – 2016. – 19 fevral. – № 14. –

Fərəcova Z. Dözümün daş sükutu : ədəbiyyatşünas-alim Salman Mümtaz

haqqında // El. – 2012. – № 7. – S. 30-39.

Haqsızlığın daha bir qurbanı : Cümhuriyyət tələbəsi Surxay Şahsuvarov da canını

sovetlərdən qurtara bilməyib // Kaspi. – 2016. – 6 yanvar. – № 1. – S. 15.

Xəlilzadə F. Günahsız müqəssirlər : şair, publisist, ədəbiyyatşünas Əlabbas

Müznibin anadan olmasının 130 illiyi haqqında // Azərbaycan. – 2012. – 17 iyun. –

Xəlilzadə F. Günahsız Şuşalılar : repressiya qurbanları // Azərbaycan. – 2012. – 9

dekabr. – № 275. – S. 7.

Xəlilzadə F. İşıqlı ömrün qara bəxti : 37-ci illərdə repressiyaya məruz qalmış, şair,

yazıçı və ədəbiyyatşünas alim Hacıkərim Sanılı haqqında // Azərbaycan. – 2012. –

7 aprel. – № 74. – S. 7.

Xəlilzadə F. Qara bəxtli, ağ fikirli Sanılı : Azərbaycan Xalq Cümhuriyyəti

Parlamentinin üzvü, şair, yazıçı, ədəbiyyatşünas alim Hacıkərim Sanılı haqqında //

Kaspi. – 2014. – 30 avqust. – № 138. – S. 7.

Xəlilzadə F. Qara yelin apardığı – Əhməd Cavad : repressiya qurbanları //

Azərbaycan. – 2007. – 6 may. – S.8.

Xəlilzadə F. Repressiya dalğasının qurbanı : Azərbaycan Yazıçılar Birliyi – 75 //

Azərbaycan. – 2009. – 30 yanvar. – S. 7.

İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır : repressiya, soyqıqrım // Füyuzat. –

2008. – № 2(40). – S. 49-51.

İsayev Ə. Erməni fitvasının qurbanı : repressiya qurbanları // Azərbaycan. – 2008.

İsayev Ə. Tarixin qan yaddaşı : repressiya qurbanları // Azərbaycan. – 2009. – 14

Kənan A. Müstəqilliyimizə imza atanın faciəsi : Azərbaycan Xalq

Cümhuriyyətinin görkəmli dövlət xadimi, repressiyaya məruz qalmış Cavad bəy

Məlikyeqanov haqqında // Füyuzat. – 2014. – № 3. – S. 12-18.

Kənan A. Sürgünlərdə keçən ömür : Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir,

tərcüməçi Cəfər Bağırov haqqında // Respublika. – 2012. – 16 noyabr. – № 255. – S.

Kənan A. Yeddi “günahkar” qardaşdan biri : repressiyaya məruz qalan Məmməd

Ələkbərov haqqında // El. – 2011. – № 11. – S. 62-67.

Qaliboğlu E. Aşıq sənətimizin Mirzə Bilalı : repressiya qurbanı Mirzə Bilal

haqqında // Mədəniyyət. – 2008. – 5 mart. – S. 10.

Qaliboğlu E. Repressiya 1937-72-ci illər // Mədəniyyət. – 2009. – 30 oktyabr. – №

Qasımova M. Ölümə məhkum edilmiş talelər : repressiyanın qurbanı Seyid

Hüseyn haqqında // Mədəniyyət. – 2009. – 23 aprel. – S. 14.

Qəribov M. 1937-ci il repressiyası dövründə Azərbaycan ziyalılarının ölkədən

sürgün edilməsində erməni kommunistlərin rolu // Füyuzat. – 2009. – № 5(49). – S.

Quliyev V. “Bəy Behbud” Səlim bəy Behbudovdur // Xalq qəzeti. – 2009. – 26

Məmmədov M. Repressiya qurbanı Vəli Xuluflunun folklorşünaslıq fəaliyyəti //

Ulduz. – 2012. – № 5. – S. 45-49.

Nəzirli Ş. N.Nərimanov: “Heç kim güllələnməsin. ” // Xalq qəzeti. – 2012. – 19

avqust. – № 185. – S. 4. ; 26 avqust. – № 189. – S.4.

Nəzirli Ş. Məmməd Koxanın acı taleyi : 1937-ci il repressiya qurbanı // Xalq

qəzeti. – 2006. – 26 noyabr. – S.8. .

Nizamiqızı H. Çətin ömrün gündəliyi : Mədinə Qiyasbəyli // Mədəniyyət. – 2012. –

17 avqust. – № 9. – S. 13.

Nuriyev A. Azərbaycan klassik ədəbiyyatının cəfakeş toplayıcısı : repressiya

illərində Salman Mümtazın bir yük maşını həcmində əlyazmaları yandırılıb //

Kaspi. – 2011. – 4 may. – № 74. – S. 12.

Repressiya illəri mövzusunda konfrans // Kaspi. – 2017. – 20 may. – № 89. – S. 9.

Rüstəmli A. Cəfər Cabbarlı repressiyalar məngəsində // Azərbaycan. – 2008. – №

Sabiroğlu F. İki ölüm arasında : repressiya illəri // Füyuzat. – 2009. – № 2. – S. 6-

Salmanlı R. Azadlıq fədaisi : repressiya qurbanı Qazanpapaq Məhəmməd

haqqında // Azərbaycan. – 2016. – 14 yanvar. – № 8. – S. 7.

Salmanlı R. Azadlıq mübarizi : Repressiya qurbanı – Hacıbaba Cəbiyev //

Azərbaycan. – 2009. – 17 aprel. – S. 6.

Salmanlı R. Bir ailənin faciəsi : 1937-ci il repressiyaya məruz qalmış Polad bəy

haqqında // Azərbaycan. – 2010. – 13 aprel. – № 77. – S. 8.

Salmanlı R. Bir ailənin faciəsi : represiya qurbanı Məhəmməd Qurbanov və onun

ailəsi haqqında // Azərbaycan. – 2011. – 5 noyabr. – № 246. – S. 7.

Salmanlı R. Çırağı söndürülən ocaqlar : repressiya qurbanları // Azərbaycan. –

2012. – 4 noyabr. – № 246. – S. 7.

Salmanlı R. Ermənilərin güdazına gedən müəllim : repressiya qurbanları //

Azərbaycan. – 2014. – 2 mart. – № 46. – S. 7.

Salmanlı R. Əvvəl varını aldılar. : repressiya qurbanlarından Soltan Əkbərov

haqqında // Azərbaycan. – 2010. – 20 fevral. – № 40. – S. 7.

Salmanlı R. Güllələnəndən 25 il sonra verilən bəraət : repressiya qurbanı Ədil

Bədirbəyov haqqında // Azərbaycan. – 2011. – 9 oktyabr. – № 223. – S. 6.

Salmanlı R. Güllələnəndən 77 il sonra arzuları çin olan alim : Vəli Xuluflu – 120

// Azərbaycan. – 2014. – 13 iyun. – № 124. – S. 8.

Salmanlı R. Günahsız müqəssir : repressiya qurbanı Əşrəf Bədirbəyov haqqında //

Azərbaycan. – 2010. – 23 sentyabr. – № 207. – S. 6.

Salmanlı R. Xalqının azadlığı üçün həyatından keçdi : repressiya qurbanları //

Azərbaycan : qəzet. – 2015. – 6 sentyabr. – № 194. – S. 6.

Salmanlı R. İstiqlal mübarizi : repressiya qurbanları : Gizli ölüm düşərgəsində 8 il

yaşayıb sağ qayıdan doktor Cahangir Ağazadəni Bakıda güllələdilər // Respublika.

– 2012. – 17 avqust. – № 183. – S. 5. ; 18 avqust. – № 184. – S.5.

Salmanlı R. Qaçağın vəsiyyəti : Quruluxlu Əbdüləli : repressiya qurbanları //

Azərbaycan. – 2016. – 10 iyul. – № 145. – S. 7.

Salmanlı R. Məşəqqətli ömür : 1930-1937-ci illər repressiya qurbanlarından biri

Ələsgər Şahbazov haqqında // Azərbaycan. – 2009. – 24 sentyabr. – 211. – S. 7.

Salmanlı R. “Sürgün edilib” adıyla Bakıda güllələndi : Repressiya qurbanları //

Azərbaycan. – 2015. – 8 fevral. – № 30. – S. 7.

Salmanlı R. Ot kökü üstə bitər. // Azərbaycan. – 2009. – 14 noyabr. – № 255. – S.

Salmanlı R. Ölüm kamerasında “ürəyi dayanan” şair : repressiya qurbanlarından

olan Hacı Kərim Sanılı haqqında // Azərbaycan. – 2010. – 27 iyul. – № 160. – S. 4.

Salmanlı R. Yarını aldılar, özünü də məhv etdilər : 1937-1938-ci illərin repressiya

qurbanlarından biri Cabbar Məmmədəliyev haqqında // Azərbaycan. – 2014. – 15

noyabr. – № 249. – S. 6.

Sərvi S. “Şanlı nəsillərin yadigarıyam” : Rəfibəylilər nəsli Azərbaycan tarixində //

El. – 2011. – № 5. – S. 2-13.

Sərvi S. Ağlıma gəlməzdi kiç onu güllüləyəcəklər : repressiya qurbanı Xədicə

Qayıbova haqqında // Hüquqi dövlət və qanun : Elmi-nəzəri, təcrübi aylıq jurnal. –

2013. – № 8. – S. 69-72.

Şərifli B. Almas İldırım günahı: Vətənə “can” deməsi. : repressiya qurbanları //

Azərbaycan. – 2014. – 23 may. – № 107. – S. 7.

Şərifli B. Gecə yarısı döyülən qapılar. : repressiya qurbanları // Azərbaycan. –

2015. – 15 sentyabr. – № 201. – S. 7.

Şərifli B. Sibirə qədər uzanan yol : ədəbiyyatşünas-alim Salman Mümtaz haqqında

// Azərbaycan. – 2015. – 19 aprel. – № 82. – S. 6.

Sərvi S. KQB-nin izlədiyi adam : ədəbiyyatşünas-alim Salman Mümtaz haqqında

// El. – 2011. – № 2. – S. 40-44.

Turan A. Seyid Hüseyn və Ümgülsüm Sadıqzadənin həyat dramı // Xalq qəzeti. –

2016. – 13 dekabr. – № 276. – S. 7.

Vahid T. Repressiyaya məruz qalan aşıqlar : Mirzə Bilal haqq aşığı idi, kimsə

onun ruhunu satın ala bilməzdi // Mədəniyyət. – 2012. – 3 avqust. – № 56. – S. 15.

Mövzuya həsr olunmuş bədii əsərlər

Axundzadə D. Müşfiqli günlər. – Bakı : “XAN” nəşriyyatı, 2015. – 175 s. : foto. –

(“XAN” Xatirə Ədəbiyyatı ; VI kitab)

Əziz oxucu, Dilbər Axundzadənin “Müsfiqli günlərim” xatirə əsərinin hər bir

səhifəsində Müsfiqin həyat sevgisi hiss olunur. Əsərin bir maraqlı cəhəti də budur

ki, Dilbər Axundzadə xatirələr içərisində də xatirələrə yer ayırıb, bu da o dövr üçün

az xarakterikdir, əsərdə Müsfiqi yaxından tanıyan bir çox insanların da

xatirələrindən söz açılır.

Əfsəroğlu K. Bəraət : hekayə : repressiya qurbanlarının xatirəsinə // Ulduz. –

2006. – № 2. – S.65-68.

Hüseyn M. Yeraltı çaylar dənizə axır [səs yazısı]. – Bakı : “Avrasiya” Fondunun

maliyyə dəstəyilə Azərbaycan Gözdən Əlillər Cəmiyətinin Bakı Tədris

Müəssisəsinin Səsyazma studiyası, 2004. – 6 ak. – (Danışan kitabxana

Hüseynov R. Cavidlər // Vaxtdan uca. – Bakı : İşıq, 1989. – S.151-362.

Kamal R. Repressiya yuxuları : hekayə // Ədəbiyyat qəzeti. – 2017. – 20 yanvar. –

Qurbanov Ş. Sənsiz : 3 pərdəli drama. // Əsərləri. 3 cilddə. – Bakı : Azərnəşr,

1968. – C.1. – S.91-145. – kiril əlifbası ilə.

Qurbanov Ş. Sənsiz // Sənsiz : pyeslər, librettolar, hekayələr və şeirlər. – Bakı :

Yazıçı, 1988. – 183-215.

Qurbansoy F. Göylərin lacivərd ətəklərində : sənədli povest-kollaj. – Bakı :

Qərənfil MMC, 2008. – 240 s. : foto.

Görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin həyat və yaradıclığının əsas

mərhələlərini əhatə edən bu povest zəngin faktiki materiallar əsasında qələmə

alınmışdır. Burada şairin bədii obrazı və dövrü sənədlərin dili ilə daha qabarıq

şəkildə təqdim edilir.

Rza X. (Ulutürk). Azərbaycan : Almas Yıldırıma ithaf olunur // Seçilmiş əsərləri.

2 cilddə. – Bakı : Şərq-Qərb, 2005. – C.1. – S. 278.

Rza R. Qızıl gül olmayaydı : poema // Seçilmiş əsərləri. 5 cilddə. – Bakı : Öndər,

2005. – C.4. – S. 216-262.

Sadıqzadə Q. Analar tək qalmasın. – Bakı : Şirvannəşr, 2009. – 312 s.

Kitabda Azərbaycan qadınlarının müxtəlif çeşidli taleləri, onların rast gəldikləri

haqsızlıq, biganəlik və bu kimi mənfi cəhətlərdən bəhs edən əsərlər toplanmışdır.

Müəllif bu əsərlərin qəhrəmanları haqqında baş verən təəssüf doğuran hadisə və

əhvalatları inandırıcı şəkildə oxuculara çatdıra bilər. A.P.Çexovun da bir neçə

hekayəsi də müəllifin tərcüməsində kitaba daxil edilmişdir. Bu hekayələrin də

mövzusu qadınların həyatından alınmışdır.

Sadıqzadə Q. Mənim nakam qardaşım. – Bakı : Çaşıoğlu, 2002. – 286 s.

Kitab müəllifin “Son mənzili Xəzər oldu”adlı iki hissədən ibarət sənədli-tarixi

romanın davamı kimi maraqlıdır. Burada 1937-ci ildə repressiya qurbanları olmuş

Seyid Hüseyn-Ümmügülsüm ailəsinin başsız qalmış övladlarının əzab-əziyyətli,

məşəqqətli həyatından, çətinliklərə, məhrumiyyətlərə məğrurluqla dözməsindən,

xüsusən ortancıl oğul, böyük istedad sahibi olan Cığatayın başına gətirilən

ədalətsizliklərdən bəhs edilir.

Sadıqzadə Q. Son mənzili Xəzər oldu : tarixi publisistik roman. I hissə. – Bakı :

Gənclik, 1991. – 248 s. – kiril əlifbası ilə.

Sadıqzadə Q. Son mənzili xəzər oldu. II hissə : Tarixi-publisistik roman. – Bakı :

Boz oğuz, 1998. – 325 s. – kiril əlifbası ilə.

Səfiyev N. Nicat : Hekayələr. – Bakı : Adiloğlu, 2012. – 68 s. : il.

Bu kitab müəllifin onuncu kitabıdır. “Nicat” toplusundakı hekayələrdə gənclərin

sevgisindən, anaların müqəddəsliyindən, 1937-ci il repressiya qurbanlarının əzablı-

əziyyətli həyatlarından və digər mövzulardan bəhs olunur.

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88;

E-mail: info@clb.az

URL:www.clb.az

© F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2017

Repressiya faciəsi

Azərbaycan tarixində baş vermiş ən böyük faciələrdən biri də 1920-ci illərdən başlayaraq 30 ilə yaxın davam edən repressiya olmuşdur. Belə ki, bu illərdə Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində yüz minlərlə günahsız insan əsasən milli özünüdərk və milli dövlətçilik əqidəsinə, siyasi rejimin diqtəsinə deyil, milli hissiyatla düşündüyünə görə repressiyalara məruz qalmışdır.

Repressiya barədə ümumi təsəvvürləri belə ümumiləşdirmək olar:
1) Repressiya xalqın ən istedadlı vətəndaşlarını, ziyalılarını məhv etmişdir;
2) Repressiya olunanlar mövcud quruluşu qəbul etməmişdir;
3) Repressiya olunanlar öz “yoldaşlarının” donosları əsasında həbs olunmuşlar;

4) Əsərlərində sosialist cəmiyyətini tərifləyənlər salamat qalmış, tənqid edənlər repressiyaya məruz qalmışlar;

5) Repressiyaya uğrayanlar haqqında yazılan qəzet, ya jurnal məqalələri, yaxud ayrı-ayrı fikirlər onların repressiyasına səbəb olmuşdur.

6) Repressiya ancaq müxaliflərə yönəlmişdir

Əslində siyasi hadisə hesab olunan repressiya XX əsrin 20-ci illərindən 50-ci illərin əvvəllərinə qədər davam etsə də, 20-40-ci illər arası baş verən hadisələr amansızlığı ilə xüsusi seçilmişdir.

İnsanların “əksinqilabçı”, “trotskiçi”, “casus”, “millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə məhv edilməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. Repressiya illərində SSRİ-də ümumilikdə 1575259 adam həbs olunmuşdur. Bunlardan 173382 nəfəri guya “əksinqilabi” iş apardığına görə cəzaya məruz qalmışdır, 1344923 nəfər məhkum edilmiş, 681692 nəfər isə güllələnmişdir.

Repressiya illərində Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilmişdir. Bununla da Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edilmişdir. Bu bir faktdır ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində birinci yerdə durmuşdu. Əgər 20-ci illərdə birmənalı olaraq ”əksinqilabçı” adı ilə Cümhuriyyətçilər, yaxud müsavatçı və ittihadçılar məhv edilir, həbs olunub Solovki adalarına göndərilirdisə, 37-ci il repressiyası bir qədər qarışıq olmuşdur. Bu mərhələdə insanlar “xalq düşməni”, “pantürkist”, “sui-qəsdçi”, “panislamist” yarlığı altında məhv edilirdi. Bu repressiya burulğanında kommunistlər də var idi. Belə ki, hətta kommunist partiyasının ən məşhur və vəzifə tutan nümayəndələri belə bu fəlakətdən canını qurtara bilməmişdir. Mərkəzdə (Moskvada) Siyasi Büro üzvlərinin ailələrinin repressiyası onun səbəb, məqsəd və icra strukturunun mürəkkəbliyini göstərdiyi kimi, siyasi müxtəlifliyindən asılı olmayaraq heç kəsə güzəşt olunmadığının da bir sübutudur.

Həmin dövrdə Azərbaycanda qətlə yetirilən insanlarla bağlı xüsusi plan hazırlanmışdı ki, o plana görə 3 ayda 1500 nəfərin güllələnməsi nəzərdə tutulurdu.

1937-ci və 38-ci illərdə məhkəmədən kənar repressiyalar aparılmasına da qərar verilmişdir. Bütün ölkədə fəaliyyətə başlayan sessiya 15 dəqiqə ərzində dövlət ittihamçısının, vəkilin, bir çox hallarda müqəssirin iştirakı olmadan qərar çıxarmışdır.

Konkret Azərbaycanda ümumilikdə 1930-40 və 50-ci illərin əvvəllərində 70 min adam repressiya edilib ki, bunun da 29 min nəfəri ziyalılardır. Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb və bunlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib.

Repressiyaya məruz qalanlar içərisində Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Bəkir Çobanzadə, Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qambay Vəzirov, Ruhulla Axundov, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Əhməd Cavad və s. kimi Azərbaycanın görkəmli elm, mədəniyyət və ictimai xadimləri olmuşdur. Bununla da repressiya Azərbaycanın ümumilikdə intellekt potensialına sarsıdıcı zərbə vurmuşdur.

Repressiya məruz qalanlar alimlər

İnsanların “əksinqilabçı”, “trotskiçi”, “casus”, “millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakılarının bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1575259 adam həbs olunmuşdur. Bunlardan 173382 nəfəri guya “əksinqilabi” iş apardığına görə cəzaya məruz qalmışdır, 1344923 nəfər məhkum edilmiş, 681692 nəfər isə güllələnmişdir.

Azərbaycan da bu cəza prosesindən kənarda qalmamışdı. Həmin illərdə xalqımız faktiki olaraq millətin intellektual sərvətini təşkil edən parlaq simalardan, bütöv bir nəsildən məhrum edilmişdi. Bu, həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi.

Arxiv məlumatına görə, 1934-cü ildən 1939-cu ilə qədər 27458 nəfər əksinqilabi və “antisovet” fəaliyyətinə görə cəzalandırılmışdır. Qeyd edək ki, ən çox cəzaya məruz qalanlar “trotskiçi”, “əksinqilabçı millətçi”, “üsyançı” adı ilə həbs olunanlardır. Ümumiyyətlə, repressiya illərində respublika ərazisindən 100 minə yaxın Azərbaycan ziyalısı, sovet və partiya işçisi, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilmişdir. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edilmişdir. Ürəkağrıdıcı faktdır ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet sosialist respublikaları içərisində birinci yerdə durmuşdu. Sonrakı yerlərdə Özbəkistan, Ukrayna və RSFSR idi. MTN-nin arxiv sənədlərindən aydın olur ki, “qırmızı terror” dövründə cəzaya məruz qalanların sayına görə 1937-1938-ci illər xüsusilə fərqlənmişdir.

Bakı Dövlət Universiteti də bu repressiyalardan kənarda qalmamışdı. Respublikanın qabaqcıl elm və təhsil müəssisəsindən 60-a qədər professor, elmi işçi və müəllim, 20-dək tələbə təqib, təzyiqə məruz qalmış, güllələnmişdi.

O ağrılı-acılı illərdə Bakı Dövlət Universitetinə rəhbərlik edən Tağı Abbas oğlu Şahbazi (1926-1929-cu illər), Maqsud Məmməd oğlu Məmmədov (1929-1930-cu illər), Məmmədkazım Ələkbər oğlu Ələkbərov (1934-1935-ci illər), Balabəy Cabbar oğlu Həsənbəyov (1935-1937-ci illər) həbs edilmişdilər.

Həmin dövrdə universitetin iki – Şərq və tarix fakültələrinin dekanları da repressiyaya məruz qalmışlar.

Elmi əsərlərinin dəyəri Azərbaycanın sərhədlərindən kənarda da kifayət qədər tanınıb qəbul edilən professorlar B.Çobanzadə və Ə.Qubaydullin kimi şəxslər BDU-nun Şərq fakültəsinə rəhbərlik etmişlər. Onlar ölkədə bütöv bir şərqşünaslar nəslinin yetişməsində əvəzsiz xidmət göstərmişlər.

1934-cü ildə BDU dörd illik fasilədən sonra yenidən təşkil olunub fəaliyyətə başlayanda tarix fakültəsinin dekanı vəzifəsinə görkəmli tarixçi alim, professor B.N.Tixomirov təyin olunmuşdu.

Təəssüf ki, Tixomirov da digər dəyərli alimlərimiz kimi, repressiyanın günahsız qurbanlarından birinə çevrilmişdi.

Qeyd edək ki, BDU-da ən çox repressiyaya məruz qalan tarix fakültəsi olmuşdur. Buranın dekanı professor B.N.Tixomirovla yanaşı, dekan müavinləri dosent Baba Əsgərov və dosent H.Biləndərli də günahsız yerə güllələnmişlər. Fakültənin əməkdaşlarından professorlar A.Bukşpan, Nikolayev və başqalarının da ömrü yarımçıq qırılmışdı.

1937-ci ildə BDU-nun rektoru, professor B.Həsənbəyov həbs edildikdən sonra onun başçılıq etdiyi Siyasi iqtisad kafedrasının qara günləri başlamışdı. Müəllimlərdən professorlar Çiçikalov, Safranoviç, dosent Əli Məmmədbəyov, İsrafil Axundov və başqaları cəza maşınının qurbanına çevrildilər.

BDU-nun kitabxanası da yaddan çıxmamışdı. 1937-ci il oktyabrın 7-də universitetin əsaslı kitabxanasının direktoru Ağamir Məmmədov “Azərbaycan əksinqlabi millətçi təşkilatın üzvü olmuş, ÜİK(b)P və Sovet hökumətinə qarşı mübarizə metodlarından biri kimi fərdi terrorun tətbiq edilməsi mövqeyində dayanmış, habelə kapitalist dövlətlərinin nümayəndələri ilə əksinqilabi əlaqə saxlamış, onları Azərbaycan SSR-dəki vəziyyətlə bağlı xəbərlərlə məlumatlandırmışdır” kimi cəfəng iddialarla həbs edilib güllələnmişdir. BDU-nun elmi katibi, dosent Əli Məmmədbəyov, partiya təşkilatının katibi Əbdül Yusifov da talesiz şəkildə nəsibini alanlardan olmuşlar.

Repressiyaya təkcə təhsil ocağının müəllimləri deyil, tələbələri də məruz qalmışlar. Bu dövrdə 20 nəfərə yaxın tələbə əsassız yerə istintaqa cəlb edilərək qorxudulmuş, təqib edilmiş, sürgünə göndərilmiş və ya güllələnmişdi. Bu baxımdan tarix fakültəsinin tələbələri repressiya sarsıntılarını daha çox keçirmişlər.

Repressiyaya məruz qalan Azərbaycanın ən dəyərli ziyalılarından biri də Məmmədov Maqsud Məmməd oğlu olmuşdur. 1897-ci ildə İrəvan şəhərində kəndli ailəsində dünyaya göz açan M.Məmmədovu 1920-ci ildən rəhbər partiya işlərinə irəli çəkməyə başlamışlar. O, rektor təyin olunana qədər Azərbaycan SSR-in Ərzaq Nazirliyində, Naxçıvanda Fövqəladə Maliyyə Komissarlığında və s. yerlərdə işləmişdir. 1929-cu ildə Bakı Dövlət Universitetinin rektoru təyin olunmuş və bir il bu vəzifədə çalışmışdır. M.Məmmədov 1930-1931-ci illərdə Azərbaycan SSR xalq maarif komissarı, 1931-1933-cü illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi kimi yüksək vəzifələrdə çalışmışdı. Lakin M.C.Bağırovun Azərbaycana rəhbər təyin olunması ilə bu görkəmli dövlət və elm xadiminin də təqibi başlamışdı. O, dialektik və tarixi materializmə, SSRİ-də milli məsələlərin həllinə və s. aid xeyli sayda marksizm-leninizm metodologiyası mövqeyindən məqalə yazmışdı. 1937-ci ildə M.Məmmədov günahsız yerə həbs edilib güllələndikdən sonra həmin məqalələr məhv edilmiş və itirilmişdir. O, yalnız 1957-ci ildə ölümündən sonra bəraət almışdır.

Repressiyaya məruz qalanlardan biri də həbsi zamanı Bakı Dövlət Universitetinin rektoru vəzifəsini daşıyan Balabəy Cabbar oğlu Həsənbəyov olmuşdur.

B.Həsənbəyov 1920-ci illərdə partiya, sovet orqanlarında çalışmışdır. Moskvada Qırmızı Professorlar İnstitutunu qurtardıqdan sonra respublikanın elmi həyatında yaxından iştirak etmişdir. İqtisadi nəzəriyyə (sovet hakimiyyəti illərində bu elm sahəsi siyasi iqtisad adlanırdı) sahəsində respublikanın görkəmli alimlərindən biri idi. B.Həsənbəyov rektor olmaqla yanaşı, BDU-nun Siyasi iqtisad kafedrasına da başçılıq etmişdir. O, təşkilatçı alim, yaxşı maarif işçisi kimi Azərbaycanın hüdudlarından kənarda da tanınan, qəbul edilən şəxslərdən olmuşdur. 1937-ci il yanvarın 7-də B.Həsənbəyov gözlənilmədən həbs edilmiş və güllələnmişdir.

1937-ci il yanvarın 28-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığında (XDİK) Balabəy Cabbar oğlu Həsənbəyov haqqında tərtib olunmuş arayışda göstərilmişdir ki, guya alim müxtəlif məsələlər üzrə partiyanın yeritdiyi xəttə əksinqilabi trotskiçi böhtanlar atmışdır.

Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, görkəmli tarixçi, Qırmızı Professorlar İnstitutunun keçmiş məzunu, professor B.N.Tixomirov həbs edildikdən sonra ona işgəncə tətbiq etməklə B.Həsənbəyovun əleyhinə ifadələr almışlar. Bu ifadələrdən birində göstərilirdi ki, B.Həsənbəyov əksinqilabi trotskiçilərdən Tağıyev, Bədəlbəyli, Nikolayev, Safranoviç və digərlərini himayə etmiş, 1936-cı ildə Marksizm-Leninizm İnstitutunun işçilərinin və tələbələrinin partiya iclasında əksinqilabi trotskiçi kimi çıxış etmişdir. Bundan başqa, guya XDİK-ə məlum olmuşdur ki, rektor universitetdə millətçi əhvali-ruhiyyəli şəxslərdən – Ağamir Məmmədov, Heydər Verdiyev, Abdullayev və başqalarından ibarət bir dəstə düzəltmişdir.

eləliklə, bu cür saxta ittihamları əsas götürən Azərbaycan SSR XDİK-in Dövlət Təhlükəsizliyi İdarəsinin (DTİ) müstəntiqi, leytenant M.Şer tərtib etdiyi arayışda göstərirdi ki, “B.C.Həsənbəyov həbs edilməli və Azərbaycan SSR CM-in 72,73-cü maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunmalıdır”. Maraqlıdır ki, yüzlərlə günahsız adamın güllələnməsinə baiskar olmuş bu əliqanlı müstəntiq özü də sonralar “humanist sovet” istintaqının qurbanı olmuşdur.

Bolşevik müstəntiq professora böhtan dolu ittihamı asanlıqla qəbul etdirə bilmədiyindən istintaqın müddətini iki dəfə artırmışdır. O, bu qərarını belə əsaslandırmışdır: “B.C.Həsənbəyov əksinqilabi trotskiçi təşkilatın üzvü olub ÜİK (b)P-yə və sovet hökumətinə qarşı mübarizə vasitəsi kimi hökumət əleyhinə silahlı üsyan hazırlanmasında iştirak etmiş, mədəni cəbhədə ziyankarlıq işi aparmış, terrorun tərəfində durmuşdur”. Bundan sonra, 1937-ci il aprelin 16-da B.Həsənbəyov partiya sıralarından çıxarılmışdır. O dövrdə bu, əslində, ölüm hökmü demək idi.

1937-ci il yanvarın 29-da birinci istintaq keçirilmişdir. Bu zaman siyasi iş üstündə həbs edilənlərin hamısından olduğu kimi, B.Həsənbəyovdan da ənənəvi sual soruşulmuşdu:
Sual: “İstintaqa aydın olmuşdur ki, siz əksinqilabi millətçi təşkilatın üzvüsünüz. Bunu etiraf edirsinizmi?”

Cavab: “Mən heç vaxt heç bir əksinqilabi millətçi təşkilatın üzvü olmamışam. Həmişə əksinqilabi millətçiliyə qarşı mübarizə aparmışam”.

Qeyd edək ki, B.Həsənbəyov rəsmi mənbələr deyərkən qəzetlərdə dərc olunan məlumatları nəzərdə tutmuşdu. O dövrdə mətbuatda tez-tez fəhlələrin, kənd və elm adamlarının, sağıcıların, çobanların, pambıqçıların xalq düşmənlərini pisləyən kollektiv və ya fərdi məktubları, müraciətləri dərc olunurdu.

Müstəntiq B.Həsənbəyovun cavabları ilə kifayətlənməmiş, ona yeni bir sual vermişdi.

Sual: “Əksinqilabçı milətçilərdən kimləri tanıyırsınız?”

Cavab: “Rəsmi mənbələrdən mənə məlum idi ki, milli təmayülçülüyə görə V.Xuluflu, Əyyub Xanbudaqov, Həbib Cəbiyev, Möhsüm Qədirli, S.Əfəndiyev, B.Talıblı həbs olunmuşlar”.

Bu cavab müstəntiqi qane etmədiyindən ondan istintaqdan gizlənən, azadlıqda qalan adamlardan kimləri tanıdığını soruşmuşdu. B.Həsənbəyov isə öz növbəsində, “Mən gizlənən əksinqilabi millətçilərdən heç kəsi tanımıram. heç bir qeyri-leqal əksinqilabi iş aparmamışam və bunu mənə on milyonlarla adam desə də, inanın ki, yalandır”, – deyə cavab vermişdi.

Açıqdan-açığa görünürdü ki, birinci istintaqdan 12 gün sonra, 1937-ci il fevralın 10-11-də ikinci istintaqı keçirən müstəntiq B.Həsənbəyova təzyiqi daha da artırmışdı. Belə ki, o, keçmiş rektoru inadkarlıq edərək istintaqı aldatmaqda, səmimi olmamaqda, müqavimət göstərməkdə ittiham edib soruşmuşdu: “. Siz düz danışmırsınız və istintaqı aldatmağa cəhd edirsiniz. İstintaqa müqavimət göstərməyin və istintaqı məcbur etməyin ki, sizi digər ifşa olunan müttəhimlərin ifadələri ilə ifşa etsin. Məsləhət görürəm ki, hərəkət tərzini dəyişib səmimi olasınız, həqiqəti söyləyəsiniz”.

Cavab: “. Mən istintaqı aldatmıram və bildiklərimin hamısını söyləyirəm”. Sonra müstəntiq “SSRİ-də elm cəbhəsinin vəziyyətilə bağlı əksinqilabi trotskiçi görüşlər barədə sizə kim demişdir?” deyə soruşmuşdu. İstintaq materiallarından aydın göründüyü kimi, B.Həsənbəyov təmkinini pozmadan bu suala da: “Xatırlamıram. Belə ki, bu cür görüşlər haqqında mənə heç kim bir söz deməyib” – cavabını vermişdi.

1937-ci il aprelin 5-də növbəti istintaq zamanı müstəntiq ona axtarış zamanı evindən əksinqilabçı Trotskinin əsərlərindən götürülmüş sitatlar tapıldığını söyləyib onun kim tərəfindən yazıldığını, hansı məqsədlə evində saxladığını soruşmuşdu. O isə cavabında demişdi: “Özüm yazmışam. Bunlar mənə 1931-ci ildə yazdığım “Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi” adlı elmi işim üçün lazım olmuşdur”. Təbii ki, işin belə gedişi müstəntiqi qane etməmişdi. Ona görə o, bu dəfə sovet rejimində çox istifadə edilən bir vasitəyə əl atıb söyləmişdi: “Cavabınız bizi qane etmir. Bizə məlumdur ki, siz 1936-cı ilin əvvəllərində Marksizm-Leninizm İnstitutunda keçirilən partiya yığıncağında xalqımızın rəhbəri Leninə və Stalinə qarşı əksinqilabi çıxışlar etmisiniz. Bunu boynunuza alırsınızmı?”

Bakı Dövlət Universitetinin tarix

fakültəsinin dosenti, tarix elmləri namizədi

Azərbaycan.- 2009.- 1 oktyabr.- S. 7.

Comments are closed, but trackbacks and pingbacks are open.