Press "Enter" to skip to content

İbtidai sinif müəllimləri üçün riyaziyyat fənni üzrə vebinar təşkil olunacaq

– Bu gün orta məktəb müəlliminin qarşısına qoyulan vəzifə məktəb proqramını şagirdlərə çatdırmaq, onları buraxılış və qəbul imtahanlarında lazımi standartlara cavab verə biləcək səviyyədə yetişdirməkdir. Olimpiadalara hazırlıq məsələlərinin öyrənilməsi ölkədə geniş miqyasda yayılmaqda və böyük marağa səbəb olmaqdadır. Müsabiqədə uğur qazanan müəllimlərimizlə olimpiada hərəkatının kütləviləşdirilməsi və ölkə üzrə yayılması istiqamətində bir çox layihələrin həyata keçirilməsi planlaşdırılıb. Xatırlatmaq istərdik ki, son 5 ildə Azərbaycan məktəbliləri iştirak etdikləri bir çox beynəlxalq olimpiadalarda ölkəmizi layiqincə təmsil edib və 140 medal qazanıblar. Müsabiqədə iştirak edən müəllimlər olimpiadalara hazırlıq prosesinə cəlb edildikdən sonra ölkə üzrə nailiyyətlərin daha da yaxşılaşacağına şübhə etmirik.

Təhsil Nazirliyi: “Beynəlxalq olimpiada suallarının nəinki orta, hətta ali məktəb müəllimləri üçün çətinlik yaratması təbiidir”

Day.Az xəbər verir ki, Təhsil İnstitutunun direktor əvəzi, Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev Trend-ə müsahibəsində “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinə dair KİV-də yayılan məlumatlarla bağlı müəyyən məqamlara aydınlıq gətirib.

– Emin müəllim, “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin əsas məqsədi nədən ibarətdir?

– “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi məktəblərdə tədris prosesini aparan müəllimlərin ümumi məktəb proqramı biliklərinin yoxlanılması məqsədi ilə həyata keçirilən imtahan deyil, tam əksinə, olimpiadalara hazırlıq prosesinə cəlb ediləcək müəllimlərin müəyyən edilməsinə xidmət edən müsabiqədir(olimpiadadır). Bu tip müsabiqələrdə nəticələrin 50% -dən aşağı olması müsabiqənin xarakteri ilə əlaqədardır. Məhz bu səbəbdən müsabiqə sadəcə dünya olimpiadaları keçirilən 5 fəndən təşkil edilib.

– Sosial mediada müsabiqəyə düşən sualların məzmunu ilə bağlı müzakirələr gedir. Məgər bu suallar fərqli suallardır?

– Müsabiqədə təqdim edilən sualların məzmunu ümumtəhsil müəssisələrində tədris olunan milli kurikulum əsasında deyil, dünya olimpiadaları proqramına uyğun, kifayət qədər çətinliyi artırılmış tapşırıqlar əsasında hazırlanıb. Beynəlxalq olimpiadalara hazırlıq proqramını orta məktəblərdə tədris prosesini həyata keçirən müəllimlərin bilmələri mütləq deyil. Bu səbəbdən müsabiqə könüllülük prinsipi əsasında keçirilib. Beynəlxalq olimpiadalarda təqdim edilən tapşırıqlar və ya həmin məzmuna müvafiq hazırlanan sualların nəinki orta məktəb müəllimləri, hətta ali məktəblərin professor- müəllim heyəti üçün çətinlik yaratması təbii haldır. Sırf bu sahə ilə məşqul olmayan istənilən müəllimin belə müsabiqələrdə nəticələrinin qənaətbəxş olmaması təbiidir.

– Mediada gedən müzakirələrdə daha çox qeyd olunurdu ki, bizim müəllimlərimizin böyük əksəriyyəti istənilən nəticəni toplaya bilməyiblər. Doğrudanmı belədir?

– Qətiyyən belə deyil. Dünyanın bir çox ölkəsində beynəlxalq olimpiadalara hazırlıq prosesi ali təhsil müəssisələrinin nəzdində professor-müəllim heyətinin rəhbərliyi altında həyata keçirilir. Məzmunu kifayət qədər dərin olduğu üçün beynəlxaq olimpiadalara hazırlıq nəinki fənlər, hətta bir fənn daxilində müvafiq bölmələr üzrə ixtisaslaşmış müəllimlər tərəfindən aparılır. Məsələn, riyaziyyat fənni üzrə “ədədlər nəzəriyyəsi” bölməsindən mütəxəssis olan müəllim kombinatorika və ya həndəsə sahəsini bilməyə bilər, bu, dünya praktikasında çox təbii haldır. Müsabiqənin keçirilməsinin məqsədlərindən biri də orta məktəblərdə çalışan müəllimlərimizdən bu sahəyə marağı olanları müəyyən edərək yuxarıdakı təcrübəni ölkəmizdə tətbiq etməkdir. Müsabiqədə yaxşı nəticə əldə etmiş müəllimlərimizin olması bizi sevindirməlidir. Nəticələrin bu şəkildə olması müsabiqəni hazırlayan münsiflər heyəti tərəfindən çox təbii qarşılanıb, hətta paytaxtdan və ya bölgələrdən bu sahə ilə tanış olan müəllimlərin mövcudluğu müsbət qiymətləndirilib.

– Müəllimlərin olimpiadaya hazırlığı üçün hansı resursları qeyd edə bilərik?

– Bu gün orta məktəb müəlliminin qarşısına qoyulan vəzifə məktəb proqramını şagirdlərə çatdırmaq, onları buraxılış və qəbul imtahanlarında lazımi standartlara cavab verə biləcək səviyyədə yetişdirməkdir. Olimpiadalara hazırlıq məsələlərinin öyrənilməsi ölkədə geniş miqyasda yayılmaqda və böyük marağa səbəb olmaqdadır. Müsabiqədə uğur qazanan müəllimlərimizlə olimpiada hərəkatının kütləviləşdirilməsi və ölkə üzrə yayılması istiqamətində bir çox layihələrin həyata keçirilməsi planlaşdırılıb. Xatırlatmaq istərdik ki, son 5 ildə Azərbaycan məktəbliləri iştirak etdikləri bir çox beynəlxalq olimpiadalarda ölkəmizi layiqincə təmsil edib və 140 medal qazanıblar. Müsabiqədə iştirak edən müəllimlər olimpiadalara hazırlıq prosesinə cəlb edildikdən sonra ölkə üzrə nailiyyətlərin daha da yaxşılaşacağına şübhə etmirik.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

İbtidai sinif müəllimləri üçün riyaziyyat fənni üzrə vebinar təşkil olunacaq

İnstitutdan Mektebgushesi.az-a bildirilib ki, növbəti vebinar noyabrın 10-da ibtidai sinif müəllimləri üçün riyaziyyat fənni üzrə “Hesablamalar və məsələ həlli” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində 20 nömrəli məktəb-liseyin direktor müavini, Təhsil Nazirliyinin dərsliklərin qiymətləndirilməsi üzrə eksperti, Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin təlimçisi Gülüstan Vəliyeva çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün müxtəlif mövzuların və tapşırıqların izah olunmasıdır.

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

Like this:

Like Loading.

Related

  • ← Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana səfərə gələcək
  • Vətən müharibəsində Texniki Universitetin 250-dən çox tələbə və məzunu ön sıralarda xidmət edib →

Ən çox oxunanlar

  • Bakı məktəblisi dünyanın. Fizika fənni üzrə dəfələrlə milli və beynəlxalq olimpia.
  • Elm və təhsil naziri “Mic. Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə.
  • Mədəniyyət və İncəsənət U. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Uni.
  • Xaricdə doktorantura təhs. “2019-2023-cü illər üçün Azərbaycan Respublikas.
  • Məktəbdə psixoloji xidmət. Bugünlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞ.
  • “Qrup imtahanları ixtisas. Martın 12-si 11-ci sinif şagirdləri üçün ölkədə.
  • Tələbələrin yataqxanalard. Azərbaycanda yeni tədris ili başlayandan tələbələrin ya.
  • Latviyada təhsil almaq is. Latviya Respublikası 2023-2024-cü tədris ili.
  • Aprelin 1-dən peşə təhsil. Peşə təhsili müəssisələrində 2023-cü il aprel.
  • Qərb Universitetinin ABŞ. Müsahibimiz Qərb Unviersitetinin professoru, siyasi elm.
  • BDU-da Beynəlxalq Riyaziy. Bakı Dövlət Universitetinin (BDU) Mexanika-ri.
  • LDU –da bayram ovqatlı No. Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın milli.
  • Ən yaxşı məktəblərin adla. Liseylərin attestat qiymətləri əla olan abituriyentlər.
  • “Maşa və ayı”nın yeni böl. “Maşa və ayı” cizgi filminin yeni bölümü Azərbayc.
  • Azərbaycana bahar gəldi Azərbaycana yaz fəsli daxil olub. Mektebgushesi.
  • Magistraturaya II turda u. Bu gün saat 15:00-dan etibarən ali təhsilin mag.
  • Beynəlxalq Jautikov Olimp. Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və.
  • Yeni Peşə Təhsil Mərkəzin. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil M.
  • DİM Subbakalavrlara ixtis. “Abituriyent” jurnalının “Subbakalavr” xüsusi buraxılı.
  • Keçid balları: Minimum nə. Ali məktəblərə qəbul imtahanlarının birinci cəhdi a.
  • Novruz bayramı: qadağalar. Hər bir xalqın milli bayramı onun milli varlığı.
  • Martın 27-28-də Tarix İns. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda m.
  • DİM nəşrlərini əldə etməy. Nəzərinizə çatdırırıq ki, nəşrlər “Abituriyent” jurnal.
  • Uşaq musiqi məktəblərinə. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Döv.
  • Elm və təhsil naziri Vətə. Vətən müharibəsi qazisi Ceyhun Qürbət oğlu Qurban.

Arxiv

VOEN 1303384232
12.08.2013 – cu ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Mətbu nəşrləri reystrinə daxil edilmə nömrəsi: N3782

Məktəb guşəsi saytı 2016 – cı ildən fəaliyyət göstərir.
Bütün hüquqlar qorunur ©

Əlaqə

  • Bakı şəhəri, H. Əliyev küç ev 92a mən 31
  • [email protected]
  • +994 070 320 38 51
  • +994 55 774 84 44
  • Facebook
  • Twitter

Rtm fənni riyaziyyat müəllimləri üçün

Published on İyun 29, 2020 Elvin_Əliyev tərəfindən

“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.” Bu ifadə riyaziyyatın tədrisi üçün də doğrudur. Riyazi anlayışların vizuallaşdırılması mövzunun və izah edilən anlayışın şagirdlər tərəfindən daha yaxşı dərk edilib, uzun müddət yaddaşlarında qalmasına kömək edir. Bu videomuzda sizləri riyazi anlayışların və mövzuların tədrisində istifadə olunan interaktiv alətlərdən ibarət saytlarla tanış edəcəyik. Video dərsdə ibtidai sinif müəllimlərinin riyaziyyat dərslərində istifadə edə biləcəkləri müxtəlif alətlər nəzərdən keçirilmişdir. Videoda təqdim olunan alətlərin istifadə qaydalarına aid nümumələr verilmişdir. Alətlərdən istər virtual sinif mühitində istərsə də üzbəüz siniflərdə istifadə etmək olar. Təqdim olunan alətlər interaktiv lövhə ilə də istifadəsi mümkündür.

Bu kimi öyrədici resurslarla bağlı paylaşımlardan xəbər tutmaq üçün bizi facebook səhifəmizi bəyənməyə dəvət edirik

Comments are closed, but trackbacks and pingbacks are open.