Press "Enter" to skip to content

Rezo əliyev elmi islerin yerinə yetirilməsi metodikası

12
müşahidə edilən hadisənin nədən və necə baş verdiyini izah etməyə, onun
axınını qabaqcadan deməyə imkan vermir. Elmi biliyin düzgünlüyü təkcə
onun məntiqi ardıcıllığı ilə deyil, həmçinin onun imkan daxilində praktiki
sınağı ilə müəyyən olunur. Araşdırılan qanunauyğunluqlar elmi cəhətdən
sərt abstraklaşdırılmış anlayışlar və sxemlər şəklində izah edilir.
Avropada elmin vətəni Qədim Yunanıstan sayılır. Orada insanlar ilk
dəfə olaraq ətraf mühitin heç də onların hiss edərək anladıqları kimi
olmadığı qənaətinə gəliblər. Yunanlar ilk dəfə olaraq təbiət hadisələrinin
öyrənilməsində „hiss etməklə öyrənməkdən“ abstrak biliklərə keçərək
ə
trafda baş verən əsas faktların qanunauyğunluqlarını öyrənməyə cəhd
etmişlər.
Orta əsrlərdə elm teologiyanın təsiri altına düşür və onun inkişafı
ləngiyir. Sonralar N.Kopernikin, Q.Qalileyin, C.Brunonun etdikləri kəşflər
sayəsində elm yenidən təkamül alaraq insanlarn gündəlik həyatında önəmli
rol oynamağa başlayır. XVII əsrdən başlayaraq Avropada elm bir ictimai
qurum kimi formalaşır: elmi cəmiyyətlər və akademiyalar yaranır, elmi
dərgilər çap olunur, „alim“ anlayışı geniş yayılır. XIX–XX əsrdə elmin
yeni təşkil forması meydana gəlir: elmi laboratoriyalar, institutlar və
mərkəzlər bilavasitə elmi problemlərin araşdırılması ilə məşğul olurlar. Bu
dövrdən başlayaraq elm istehsalın inkişafına önəmli təsir edir, onun mənəvi
dayağına çevrilir [1].
Fəlsəfə, elmin müxtəlif sahələri arasında vacib əlaqələndirici rol
oynayaraq dünyanın elmi təsvirini, eləcə də riyaziyyat, məntiq və
kibernetika kimi ayrı–ayrı elmi fənləri ümumiləşdirərək elm anlayışını
vahid üsullarla təchiz edir. Elmi, kompleks amillərin (nəzəriyyə,
metodologiya, tədqiqat metodikası və texnikası) əldə olunan nəticələrin
tətbiqindən ibarət sistem kimi təsəvvür etmək olar. Elmə əgər idrakın
obyekt və subyektin qarşılıqlı təsiri kimi baxsaq, onda görərik ki, burada
söhbət elmin konkret araşdırdığı obyektdən gedir. Məsələn, maliyyə-
ləşdirmə nəzəriyyəsinin obyekti maliyyələrin yaranma və inkişaf qanuna-
uyğunluqları, onların əsası, təyinatı və işləməsindən ibarətdir; subyekti isə
konkret maliyyə işçisi, mütəxəssis, tədqiqatçı, elmi təşkilat, elmi fəaliyyət,
reallığın qanunauyğunluqlarını aşkara çıxarmaq üçün tətbiq olunan
üsullardan ibarətdir.

Rezo Əliyev

Rəyçilər:
Prof. t.e.d. Nizami Yusubov
Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə
prorektoru;
Dos. t.ü.f.d. Ərəstun Məmmədov,
AzTU-nun maşınqayırma fakültəsinin dekanı.

Elmi redaktor: Dos. t.ü.f.d. Ərəstun Məmmədov.

Rezo Əliyev.
Elmi işlərin yerinə yetirilməsi metodikası. Elmi layihələrin,
diplom və dissertasiya işlərinin uğurlu hazırlanmasına dair vəsait. Bakı:
“Alatoran yayınları” nəşriyyatı, 2016.

Kitabda müasir elmi idrakın və onu formalaşdıran üsulların fəlsəfi
quruluşuna diqqət yetirilərək elmi işlərin planlanması və yerinə
yetirilməsinin praktiki yolları göstərilmişdir. Burada elmi tədqiqatın
ə
sasını, strukturunu, səviyyələrini və uyğun metodlarını əhatə edən suallar
dərindən araşdırılır, elmi işin tərtibi üçün tövsiyyələr verilir.
Kitab tələbə, doktorant və elmi işlə məşğul olan mütəxəssislər üçün
nəzərdə tutulmuşdur.

3
MÜNDƏRİCAT . 3
Ön söz . 7
Giriş . 9
Fəsil 1: Elmi–tədqiqat işlərinin fəlsəfəsi . 11
1.1. Cəmiyyətin inkişafında elmin rolu . 11
1.2. Elmi–tədqiqat üsullarının strukturu . 14
1.3. Tədqiqatın elmi metodları . 17
1.4. Tədqiqatın metodologiyası . 23
1.5. Elmi–tədqiqat prosesinin məntiqi quruluşu . 24
1.6. Mövzunun seçilməsi və elmi–tədqiqat işlərinin planlanması . 31
1.7. Elmi–tədqiqat işinin refleksiv fazası . 35
1.8. Elmi fəaliyyətin xüsusiyyətləri . 37
1.9. Texniki və intellektual yaradıcılığın hüquqi qorunması . 39
1.10.Tamamlanmış elmi–tədqiqat işlərin nəticələrinin tətbiqi və
səmərəliyi . 44
Fəsil 2: Elmi işlərin tərtibinə dair ümumi anlayışlar . 49
2.1. Elmi işin mərhələləri . 50
2.1.1. Mövzuların seçilməsi . 50
2.1.2. Mövzunun refleksiyası . 52
2.1.3. İdeyaların işlənməsi . 53
2.1.4. İlkin iş planının tərtibi . 53
2.1.5. Materialın toplanması . 54
2.1.6. İş planının dəqiqləşdirilməsi və toplanmış materialın
qiymətləndirilməsi . 54
2.1.7. Mövzunun işlənməsi . 55
2.1.8. İşin təhvili . 55
2.2. Elmi işin məqsədi . 55
2.3. İşin icrası üçün vacib texniki baza . 59
2.4. Təhsil və elmi–tədqiqat proseslərinə təsir edən psixoloji

amillər . 59
2.4.1. Elmi–tədqiqata şəxsi münasibət və motivasiya . 60
2.4.2. Öyrənmə vərdişlərinə yiyələnmək . 61

4
2.4.3. Vaxtın düzgün seçilməsi . 63
2.4.4. Qorxunun üstələnməsi . 65
Fəsil 3: Ədəbiyyatların axtarılması . 67
3.1. Axtarış yerləri . 67
3.2. İnformasiya axtarış strategiyası. 71
3.3. Ədəbiyyat mənbələri . 73
3.4. Kitabxana kataloqları . 74
3.5. Ədəbiyyatın növləri . 77
3.6. Ədəbiyyatın seçilməsi . 79
3.7. Ədəbiyyatla işləmə . 81
Fəsil 4: Materialın oxunması . 83
4.1. Oxuma texnikası . 83
4.2. Sürətli oxuma . 86
4.3. Mətnin dənlənməsi . 86
4.4. Oxunulan informasiyanın mənimsənilməsi . 87
4.5. Mətnin ümumiləşdirilməsi . 88
Fəsil 5: Əlyazmanın hazırlanması . 90
5.1. Ümumi tələblər . 90
5.2. Dəqiq yazma . 91
5.2.1. Strukturun işlənməsi . 91
5.2.2. İşin hissələrə bölünməsi . 93
5.2.3. Elmi işin əsas hissəsinin tərtibi . 98
5.2.4. Yazma stilistikası . 99
5.2.5. Sitatların və mənbələrin göstərilməsi . 102
5.2.6. İnternet materiallarından sitatların gətirilməsi . 106
5.2.7. Qrafiki təsvirlərin işlənməsi . 108
5.2.8. Qeydlər və göstəricilər . 110
5.2.9. Əlavələrin tərtibi . 111
5.3. Kreativ yazma . 112
5.3.1. Elmi dil . 112
5.3.2. Yazma çətinlikləri. 114
5.3.3. Kreativ yazma texnikaları . 116

5
5.3.3.1. İdeyaların qeyd olunması . 117
5.3.3.2. Sərbəst yazma . 118
5.3.3.3. Klaster metodu . 119
5.3.3.4. Yaddaş xəritəsi . 121
Fəsil 6: Elmi işin nəticələrinin prezentasiyası . 124
6.1. Ritorika haqqında . 124
6.2. Şifahi prezentasiyaya qoyulan tələblər . 127
6.3. Şifahi prezentasiyanın elementləri . 129
6.4. Köməkçi vasitələrdən istifadə . 130
6.5. Elmi posterlərin tərtibi. 131
6.6. Çıxış zamanı davranış qaydaları . 133
Fəsil 7: Elmi cəmiyyətin etik qaydalarının pozulması . 134
7.1. Elmi etikaya riayət . 134
7.2. Müəlliflik hüququnun pozulması . 135
7.3. Plagiat . 136
Ə
dəbiyyat . 138
Açar sözlər . 144

7
Ön söz
Ali məktəbdə təhsilə qədəm qoymaqla gənclərin həyatında yeni mərhələ
başlayır. Bir çoxları üçün bu, başqa bir şəhərə köçmədən, yaşadıqları
şə
hərdə təhsil alanlar üçün isə başqa insanlarla ünsiyyət qurmaq şansına
yiyələnməkdən ibarətdir. Digər tərəfdən həyatlarında yeni dövr kimi qeyd
olunan tələbəlik, bu gənclərin öz doğmalarından uzaq düşmələri əsasında
yaranan emosional hisslərlə müşaiyət olunur. Tələbələr ali məktəbə ayaq
basdıqda ilkin olaraq “Mənim dekanlığım hardadır?”, “Filan kafedranı
necə tapmalı?”, “Filan auditoriya harada yerləşir?” kimi suallarla qarşı-
laşırlar. Bu və digər sualların axtarışında yeni tədrisə başlayanlar tək qa-
lırlar. Ali təhsilin əsas məqsədi də elə buradan irəli gələn özünütəşkiletmə
və sərbəst işləmə kimi amillərlə müşaiyət olunan bir inkişaf prosesindən
ibarətdir.
Tədris prosesinə daha dərindən baş vuran tələbələrdən yeni–yeni
məsələləri həll etmək tələb olunur. Bu, aparılmış praktiki təcrübələrin
yazılı şəkildə tərtibindən tutmuş, ali təhsil məktəbinin müəllimləri tərə-
findən qoyulmuş hər hansı bir empirik və ya nəzəri məsələnin icrası və
tələblərə uyğun elmi dildə yazılmasından ibarət geniş bir sahəni əhatə edir.
Orta məktəbdə mətnlərin elmi dildə yazılması və tərtibi o qədər də geniş
tədris olunmadığından, ali təhsilə başlayan tələbələr bu vərdişlərə sərbəst
şə
kildə yiyələnmək məcburiyyətində qalırlar. Bunun üçün sadəcə dərs-
liklərin oxunması kifayət etmir, çünki, dərslik sırf bir fənn üzrə məlum olan
biliklərin sadə dildə tələbələrə çatdırılmasını qarşısına məqsəd qoyur. Onun
tərtibinin incəliklərıni anlamaq isə orta statistik tələbənin qavrama
sərhədlərini aşır. Yəni, sadəcə kitablara baxmaqla hər hansı verilmiş bir
elmi tapşırığın icrası üçün iş planının tərtibi, aparılması və sənəd-
ləşdirilməsi çox çətin məsələdir. Burada elmi işlərin tərtibi və
prezentasiyası xüsusi ədəbiyyatlarda təsvir olunmuş metodiki göstərişlərin
köməyi ilə həyata keçirilir. Belə ədəbiyyatlar ümumi bilik bazasına əsas-
lanaraq addım–addım tapşırığın deduktiv yolla başa düşülməsinə, onun həll
olunmasına kömək edir.
Təqdim olunan kitabın da əsas məqsədi tələbələri tədris prosesində
müşaiyət edərək, onlara kurs və layihə işləri, bakalavr və magistr disser-
tasiyalarının verilmiş vaxt çərçivəsində addım və addım uğurla işləmələrinə

8
yardım olmaqdan ibarətdir. Kitabda təsvir olunan metodiki biliklər elmi–
tədqiqat işlərinin həyata keçirilməsinə həsr edimiş geniş ədəbiyyat küt-
ləsinə əsaslanır və ali məktəblərdə tədris olunan bütün elm sahələri üçün
dəyərlidir.
Müəllif rəyçilərə və elmi redaktora əlyazmanı diqqətlə oxumalarına və
etdikləri dəyərli göstəriş və təkliflərinə görə öz dərin minnətdarlığını
bildirir.

Frayberq (Almaniya), 2016-cı il.

Hər bir ali təhsil elmi biliklərin əldə olunmasına əsaslanır və tələbələrə
ixtisas fənləri ilə bərabər elmi metodlar və işləmə üsulları haqqında
məlumat verməyi qarşısına məqsəd qoyur. Ali məktəblər profillərindən asılı
olaraq fərqlənsələr də, onların elmə əsaslanan ümumi məqsədləri eyni
olaraq qalır. Təhsil zamanı tələbə dəfələrlə ixtisasla bağlı elmi və praktiki
tapşırıqları elmi metodların köməyi ilə araşdırmaq və yeni bilikləri əldə
etmək qabiliyyətini sübut etməlidir. Təhsili yekunlaşdıran buraxılış
işlərində (bakalavr və magistr dissertasiya işləri) bu özünü daha aydın
şə
kildə biruzə verir. Doktoranturada elmi fəaliyyət ali təhsil pilləsində əldə
olunan elmi metodlara əsaslanır və onun bu və ya digər sahə üzrə geniş-
ləndirilməsindən ibarətdir. Tələbə, həmçinin gələcək tədqiqatçı öz
fəaliyyəti zamanı elmi işlərin tərtibi, icrası və sənədləşdirilməsi ilə məşğul
olur. Dissertasiya və digər yekun elmi işlərin hazırlanmasında əsas məqsəd
tələbənin, eləcə də tədqiqatçının qoyulmuş problemi verilmiş vaxt çər-
çivəsində elmi metodların köməyi ilə həll emək qabiliyyətini üzə
çıxarmaqdan ibarətdir.
Elmi işlərin tərtibi vərdişlərinin yalnız ali təhsil müddətində yararlı
olması və bunun sırf yaxşı qiymətlərin əldə olunmasına yönəlməsini düşün-
mək səhv olardı. Bu metodikaya yiyələnmiş hər bi şəxsin praktiki fəaliyyəti
zamanı qarşısına çıxan istənilən suala yanaşma metodu da başqa olur. Onlar
digərlərindən fərqli olaraq qoyulmuş problemlərin həllində elmi metodara
ə
saslanan analitik yanaşmaya üstünlük verirlər. Ali təhsilli işçilər əldə
etdikləri elmi biliyin sadəcə tətbiqinə çalışmayıb, həmçinin şəxsi analizi
ə
sasında onun tətbiqindən irəli gələn yenilikləri araşdırır.

Bu baxımdan ali
təhsil müddətində tələbələrin elmi işlərin hazırlanma metodikalarına
yiyələnməsinin hərtərəfli üstünlükləri vardır.
Təqdim olunan kitabın strukturu tipik elmi işlərin hazırlanmasına
yönəlir. O, elmi işlərin hazırlanmasında və tərtibində köməkçi ədəbiyyat
kimi yararlı ola bilər. Kitabın əsas məqsədi oxucuya mükəmməl elmi işin
tərtibinə və ona bu vərdişlərə yiyələnməkdə yardımçı olmaqdan ibarətdir.
Kitabın tərkibini iki əsas hissəyə bölmək olar. Birinci hissədə elmi
işlərin hazırlanmasının əsasında duran, elmi metodlar haqqında məlum olan
ümumi fəlsəfi biliklər yer alır (Fəsil 1). Burada baza qnoseoloji problemlər
– elm, idrak nəzəriyyəsinin ilkin prinsipləri, idrakın obyekt və subyekt

10
anlayışları nəzərdən keçirilir, elmi işin hazırlanmasında tətbiq tapan
metodoloji üsullar haqqında məlumat verilir. Kitabda həmçinin elmi işin
başlanması üçün zəruri olan elmi problemlərin qnoseoloji analizi, tədqiqat
prosesinin məntiqi quruluşu, yaradıcılıq prosesinə tədqiqatçının şəxsi
münasibəti, alınmış nəticələrin tətbiqində müəllif hüquqlarının qorun-
masına dair məsələlər ətraflı izah edilir.
Kitabın ikinci hissəsi isə elmi işlərin praktiki tərtibi üçün vacib olan
addımları özündə cəmləyir (Fəsil 2–6). Mətni hazırlamağa başlamazdan
öncə ilkin olaraq işin məqsədi və onun hipotezi qoyulmalıdır. Bunlar işin
keyfiyyətli hazırlanmasına birbaşa təsir edən amillərdir. Ədəbiyyatlarla
tanış olmadan işin məqsədinin qoyulması çətin olsa da, ədəbiyyat axtarışı
və əldə olunan materialların emalı ondan sonra gələn bölmədə yer alır
(Fəsil 3 və 4). Burada növbəti fəsil üçün vacib olan biliklərin qazanılmasına
çalışılır.
Seçilmiş elmi metodlara uyğun olaraq, onun nəzəri və empirik
olmasından asılı olmayaraq, ədəbiyyatlardan toplanmış biliklər əsasında
işin əsas hissəsi hazırlanır. Kitabda, görüləcək işin hazırlanması üçün yalnız
ümumi göstərişlər verilsə də, tədqiqat strukturundan asılı olaraq hər bir
məqsədin xüsusi arqumentasiyası əsaslandırılır. Buraya qədər olan işlər
konseptual

xarakter daşıyır. Bundan sonra yazılma texnikasına riayət
etməklə elmi işin praktiki olaraq tərtibinə qədəm qoyulur (Fəsil 5). İlkin
olaraq yazma stilistikası və elmi dili digərlərindən fərqləndirən səciyyələr
göstərilir. Yazma zamanı əsas ağırlıq ideyaların strukturlaşdırılmasına və
onların ifadəsinin kəsilməz olmasına düşür. Qoyulmuş məsələnin həllində
tətbiq tapan, yad mənbələrdən olan biliklərin işdə düzgün istifadəsi və
mənbələrin göstərilməsi dəqiq izah edilir.
Hazırlanmış elmi işin prezentasiyasının təşkili və uğurlu müdafiəsi üçün
tövsiyyələr 6-cı fəsildə təsvir edilir.
Yazma prosesində etik qaydalara riayət olunması işin keyfiyyətinə təsir
edən əsas amillərdəndir. 7-ci fəsildə elmi cəmiyyətin etik qaydaları və onun
qorunması üçün göstərişlər yer alır.
Kitabın əsas hissəsini, elmi işlərin hazırlanmasında tətbiq tapmış yerli
və xarici ədəbiyyatların siyahısı tamamlayır.

Tədqiqat işlərinin fəlsəfəsi

11
1.
ELMİ

TƏDQİQAT İŞLƏRİNİN FƏLSƏFƏSİ
1.1. Cəmiyyətin inkişafında elmin rolu
Elm anlayışı, elmi biliklərin əldə olunması ilə bağlı olan yaradıcılıq
fəaliyyətini əhatə edən: insan, idarə və təşkilatlar, cihaz və avadanlıqlar,
elmi–tədqiqat işləri kimi təşkiledicilərdən ibarətdir. Elmlə məşğul olan
insanın əsas məqsədi bir tərəfdən obyektiv bilikləri əldə etməkdən, digər
tərəfdən onları nəzəri cəhətdən sistemləşdirməkdən ibarətdir. Ümumilikdə,
elm – insanların mənəvi fəaliyyəti olub, təbiət, cəmiyyət haqqında biliklərin
ə
ldə olunması, həmçinin real faktlar və onlar arasında mövcud olan
qarşılıqlı əlaqə əsasında həqiqətin öyrənilməsi və yeni qanunauyğunluqların
aşkara çıxarılmasından ibarətdir.
Tarixi inkişafın gedişində elm cəmiyyətin istehsal gücünə çevirilərək,
texniki proqresin əsas sütununu təşkil edir. Müasir texniki tərəqqi əsrində
insanlar öz həyatlarında elmin rolunu və dəyərini daha aydın anlayırlar.
Çağdaş cəmiyyətdə biliklərin mövcud sahələrində elmi–tədqiqat işlərinin
aparılmasına, ətraf mühit haqqında daha çox məlumatın əldə edilməsinə,
maddi rifahın yüksəldiməsinə xidmət edən yeni texnologiyaların yaradıl-
masına daha çox fikir verilir.
Elmin əsas məqsədi həqiqətin nəzəri olaraq qanunauyğunluqlarla
təsvirindən ibarətdir. Elm yarandığı gündən bu tərəfə cəmiyyətin, düşün-
cənin və təbiətin bütün hadisələrinin mövcud tərəflərini aşkar etməyə
xidmət edib. Onun əsas məqsədi kimi aşağıdakıları göstərmək olar:
Cəmiyyətin, düşüncənin və təbiətdə hərəkət qanunlarının aşkarlan-
ması;
Faktların yığılması, analizi və ümumiləşdirilməsi;
Əldə olunan məlumatların sistemləşdirilməsi;
Hadisələrin və proseslərin səbəbinin izahı;
Hadisə və proseslərin proqnozlaşdırılması;
Əldə olunan biliklərin praktiki tətbiqinin istiqamətləndirilməsi.
Heç də istənilən biliyə „elmi bilik“ adını vermək olmaz. Məsələn, əgər
bilik yalnız sadə müşahidə yolu ilə aşkarlanıbsa, onda o hələ elmi bilik
deyil. Insanların həyatında böyük rol oynamağına baxmayaraq belə biliklər

Tədqiqat işlərinin fəlsəfəsi

12
müşahidə edilən hadisənin nədən və necə baş verdiyini izah etməyə, onun
axınını qabaqcadan deməyə imkan vermir. Elmi biliyin düzgünlüyü təkcə
onun məntiqi ardıcıllığı ilə deyil, həmçinin onun imkan daxilində praktiki
sınağı ilə müəyyən olunur. Araşdırılan qanunauyğunluqlar elmi cəhətdən
sərt abstraklaşdırılmış anlayışlar və sxemlər şəklində izah edilir.
Avropada elmin vətəni Qədim Yunanıstan sayılır. Orada insanlar ilk
dəfə olaraq ətraf mühitin heç də onların hiss edərək anladıqları kimi
olmadığı qənaətinə gəliblər. Yunanlar ilk dəfə olaraq təbiət hadisələrinin
öyrənilməsində „hiss etməklə öyrənməkdən“ abstrak biliklərə keçərək
ə
trafda baş verən əsas faktların qanunauyğunluqlarını öyrənməyə cəhd
etmişlər.
Orta əsrlərdə elm teologiyanın təsiri altına düşür və onun inkişafı
ləngiyir. Sonralar N.Kopernikin, Q.Qalileyin, C.Brunonun etdikləri kəşflər
sayəsində elm yenidən təkamül alaraq insanlarn gündəlik həyatında önəmli
rol oynamağa başlayır. XVII əsrdən başlayaraq Avropada elm bir ictimai
qurum kimi formalaşır: elmi cəmiyyətlər və akademiyalar yaranır, elmi
dərgilər çap olunur, „alim“ anlayışı geniş yayılır. XIX–XX əsrdə elmin
yeni təşkil forması meydana gəlir: elmi laboratoriyalar, institutlar və
mərkəzlər bilavasitə elmi problemlərin araşdırılması ilə məşğul olurlar. Bu
dövrdən başlayaraq elm istehsalın inkişafına önəmli təsir edir, onun mənəvi
dayağına çevrilir [1].
Fəlsəfə, elmin müxtəlif sahələri arasında vacib əlaqələndirici rol
oynayaraq dünyanın elmi təsvirini, eləcə də riyaziyyat, məntiq və
kibernetika kimi ayrı–ayrı elmi fənləri ümumiləşdirərək elm anlayışını
vahid üsullarla təchiz edir. Elmi, kompleks amillərin (nəzəriyyə,
metodologiya, tədqiqat metodikası və texnikası) əldə olunan nəticələrin
tətbiqindən ibarət sistem kimi təsəvvür etmək olar. Elmə əgər idrakın
obyekt və subyektin qarşılıqlı təsiri kimi baxsaq, onda görərik ki, burada
söhbət elmin konkret araşdırdığı obyektdən gedir. Məsələn, maliyyə-
ləşdirmə nəzəriyyəsinin obyekti maliyyələrin yaranma və inkişaf qanuna-
uyğunluqları, onların əsası, təyinatı və işləməsindən ibarətdir; subyekti isə
konkret maliyyə işçisi, mütəxəssis, tədqiqatçı, elmi təşkilat, elmi fəaliyyət,
reallığın qanunauyğunluqlarını aşkara çıxarmaq üçün tətbiq olunan
üsullardan ibarətdir.

Tədqiqat işlərinin fəlsəfəsi

13
Müasir elm bir neçə yüzilliklər öncə mövcud olandan kəskin fərqlənir.
Daimi tərəqqi nəticəsində onun cəmiyyətlə qarşılıqlı əlaqəsi inkişaf edərək
tam yeni müstəviyə qədəm qoymuşdur. Müasir elmə konseptual nöqteyi
nəzərdən həm bilik, həm fəaliyyət, həm də bir sosial qurum kimi baxılır.
Bilik onun özünəməxsus „substansı“ rolunu oynadığı halda, sosial qurum
elm adamlarının birləşdirilməsi və onların birgə fəaliyyətinin təşkilinə
xidmət edir.
Bu qurumlar daxilində çalışan elm adamları maddi istehsal və mənəvi
fəaliyyətdən fərqli olaraq bilik istehsalı ilə səciyyələnən yaradıcılığın
xüsusi forması ilə məşğul olurlar. Maddi istehsalda bilik ideal vasitə kimi
tətbiq edildiyi halda, elmi fəaliyyətdə ona əsas tədqiqat mənbəyi kimi
baxılır. Nəticələri əvvəlcədən məlum olan işlərdən fərqli olaraq, elmi
fəaliyyətin son nəticəsini qabaqcadan dəyərləndirmək mümkün deyil, çünki
bu nəticələr özü-özlüyündə yenidirlər. Buna görə də, elmə həmişə digər
fəaliyyət sahələrində inqilaba təkan verici bir qüvvə kimi baxılır. Elmi
fəaliyyət sistemli xarakter daşıyır. O, yalnız biliyi əldə edib, onu müxtəlif
üsullarla registrasiya etmir, həmçinin onu mövcud hipotez, qanun və
nəzəriyyələrin köməyi ilə izah edir. Elmi fəaliyyətin bu üstün cəhəti alınan
nəticələrin sistematik, ardıcıl və nəzarət olunan xarakterlərini sərt
sübutetmə və əsaslandırmanın köməyi ilə daha yaxşı başa düşməyə şərait
yaradır. Bununla bərabər bu fəaliyyəti çoxlu sayda hipotezlər, uydurmalar,
ehtimallar müşaiyət edir. Ona görə də, elmi fəaliyyətlə məşğul olan
işçilərin metodoloji cəhətdən hazırlanması, onların elmi mədəniyyəti, daimi
təkmilləşdirilmələri, elmin qanunlarını və prinsiplərini düzgün tətbiq etmə-
ləri önəmlidir.
Elm cəmiyyətlə daima qarşılıqlı münasibətdə olaraq müəyyən təsirə
malik qalır. Antik dövrdən fərqli olaraq müasir cəmiyyətin inkişafı çox vaxt
elmi tədqiqatların mövzularını müəyyənləşdirir (məsələn, bəşəriyyətin
xərçəng xəstəliyindən qurtulması üçün əlacın axtarılması). Aparılan elmi
işlərin vəziyyətinə cəmiyyətdə mövcud olan texniki bazanın təsiri
böyükdür. Fundamental elmlərin məqsədli aparılması praktiki elmlərin də
ardıcıl inkişafına stimul verir. Cəmiyyət müəyyən elmi problemlərin çözül-
məsini birbaşa sifariş etsə də, elmin inkişafı özünəməxsus yolla davam edir.
Məsələn, elm ehtiyatının inkişafı adlanan anlayış mövcuddur. Bu ehtiyat

Tədqiqat işlərinin fəlsəfəsi

14
mövcud olmadan elm heç bir problemi həll etmək iqtidarında deyil. Elmin
inkişaf prosesi öz əksini təkcə müsbət elmi biliklərin toplanmasında
tapmır. O, həmçinin elmin bütün strukturunu əhatə edir. Hər bir tarixi
mərhələdə elmi fəaliyyət müəyyən idrak formalarının toplumundan –
izahetmənin üsulları, prinsipləri və sxemlərindən istifadə edir. Məsələn,
antik dövr düşünmə tərzi üçün yalnız müşahidə yolu ilə biliyin əldə
olunması səciyyəvi idi. Müasir dövrün elmi isə daha çox sınaqlara və
dərindən araşdırılan problemin daha kiçik elementlərə bölünməsinə əsas-
lanan analitik yanaşmaya söykənir. Müasir elmi araşdırma bütövlüyə can
atır və tədqiqat obyektinin hər tərəfli əhatə olunmasına cəhd edir. Hər bir
elmi düşüncə tərzinin strukturu təsdiq olunduqdan sonra idrakın ekstensiv
inkişafına, onun yeni sahələrə yayılmasına yol açır. Çox vaxt mövcud
üsullarla izah oluna bilməyən elmi biliklərin toplanması elmin daha yeni,
daha intensiv inkişaf yollarının axtarılmasını şərtləndirir ki, bu da öz
növbəsində elmi inqilablara səbəb olur. Nəticədə elmin əsas struktur təşkil-
edicilərinin radikal olaraq dəyişdirilməsi, idrakın yeni forması, elmin
kateqoriya və üsulları meydana gəlir.

Rezo əliyev elmi islerin yerinə yetirilməsi metodikası

Azərbaycanlı tələbələr üçün tərtib etdiym yeni, növbəti kitab “Alatoran yayınları nəşriyyatı”nda 16.11.2016-cı il tarixdə çapdan çıxdı..

Kitab haqqında:

Rezo Əliyev. Elmi işlərin yerinə yetirilməsi metodikası. Elmi layihələrin, diplom və dissertasiya işlərinin uğurlu hazırlanmasına dair vəsait. Bakı, “Alatoran Yayınları” nəşriyyatı, 2016.

Kitabda müasir elmi idrakın və onu formalaşdıran üsulların fəlsəfi quruluşuna diqqət yetirilərək elmi işlərin planlanması və yerinə yetirilməsinin praktiki yolları göstərilmişdir. Burada elmi tədqiqatın əsasını, strukturunu, səviyyələrini və uyğun metodlarını əhatə edən suallar dərindən araşdırılır, elmi işin tərtibi üçün tövsiyyələr verilir. Əsas məqsəd tələbələrə elmi tapşırıqların formalaşdırılması, mövzunun seçilməsi, tapşırığın həlli yollarının analizi, işin yazılması üçün ədəbiyyat axtarışı, işin tərtibi və həmçinin prezentasiyasını əhatə edən sərbəst işləmə vərdişlərini aşılmağa yönəlmişdir.

Kitab tələbə, doktorant və elmi işlə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

MÜNDƏRİCAT

Fəsil 1: Elmi–tədqiqat işlərinin fəlsəfəsi……………………..……… 11

1.1. Cəmiyyətin inkişafında elmin rolu…………………………..………. 11

1.2. Elmi–tədqiqat üsullarının strukturu………………………………… 14

1.3. Tədqiqatın elmi metodları…………………………………………….. 17

1.4. Tədqiqatın metodologiyası………………………………………….. 23

1.5. Elmi–tədqiqat prosesinin məntiqi quruluşu…………………….… 24

1.6. Mövzunun seçilməsi və elmi–tədqiqat işlərinin planlanması….. 31

1.7. Elmi–tədqiqat işinin refleksiv fazası……………………………….. 35

1.8. Elmi fəaliyyətin xüsusiyyətləri ………………………………………. 37

1.9. Texniki və intellektual yaradıcılığın hüquqi qorunması…….… 39

1.10.Tamamlanmış elmi–tədqiqat işlərin nəticələrinin tətbiqi və

Fəsil 2: Elmi işlərin tərtibinə dair ümumi anlayışlar………..….. 49

2.1. Elmi işin mərhələləri…………………………………………………. 50

2.1.1. Mövzuların seçilməsi ……………………………………………. 50

2.1.2. Mövzunun refleksiyası…………………………………………… 52

2.1.3. İdeyaların işlənməsi………………………………………………. 53

2.1.4. İlkin iş planının tərtibi……………………………………………. 53

2.1.5. Materialın toplanması…………………………………………….. 54

2.1.6. İş planının dəqiqləşdirilməsi və toplanmış materialın

2.3. İşin icrası üçün vacib texniki baza…………………………….. 59

2.4. Təhsil və elmi–tədqiqat proseslərinə təsir edən psixoloji

2.4.1. Elmi–tədqiqata şəxsi münasibət və motivasiya…………… 60

2.4.2. Öyrənmə vərdişlərinə yiyələnmək……………………………. 61

2.4.3. Vaxtın düzgün seçilməsi………………………………………… 63

2.4.4. Qorxunun üstələnməsi…………………………………………… 65

Fəsil 3: Ədəbiyyatların axtarılması………………………………. 67

3.2. İnformasiya axtarış strategiyası……………………..………… 71

3.4. Kitabxana kataloqları……………………………………………… 74

3.6. Ədəbiyyatın seçilməsi……………………………………………….. 79

Fəsil 4: Materialın oxunması………………………………………… 83

4.4. Oxunulan informasiyanın mənimsənilməsi……………………… 87

4.5. Mətnin ümumiləşdirilməsi………………………………………….. 88

Fəsil 5: Əlyazmanın hazırlanması………………………………….. 90

5.2.2. İşin hissələrə bölünməsi…………………………………..………… 93

5.2.3. Elmi işin əsas hissəsinin tərtibi…………………………..……….. 98

5.2.5. Sitatların və mənbələrin göstərilməsi……………………….…… 102

5.2.6. İnternet materiallarından sitatların gətirilməsi …………..…. 106

5.2.7. Qrafiki təsvirlərin işlənməsi……………………………….…..…. 108

5.2.8. Qeydlər və göstəricilər……………………………………………… 110

5.3.3. Kreativ yazma texnikaları…………………………………………. 116

5.3.3.1. İdeyaların qeyd olunması…………………………………….…..117

Fəsil 6: Elmi işin nəticələrinin prezentasiyası…………………….… 124

6.2. Şifahi prezentasiyaya qoyulan tələblər……………………………. 127

6.3. Şifahi prezentasiyanın elementləri………………………………….. 129

6.4. Köməkçi vasitələrdən istifadə ………………………………………. 130

6.5. Elmi posterlərin tərtibi………………………………………………….. 131

6.6. Çıxış zamanı davranış qaydaları……………………………..……….. 133

Fəsil 7: Elmi cəmiyyətin etik qaydalarının pozulması………………. 134

7.2. Müəlliflik hüququnun pozulması……………………………………. 135

Rezo Əliyev “Elmi işlərin yerinə yetirilməsi metodikası” PDF

Elmi layihələrin, diplom və dissertasiya işlərinin uğurlu hazırlanmasına dair vəsait.
Kitabda müasir elmi idrakın və onu formalaşdıran üsulların fəlsəfi quruluşuna diqqət yetirilərək elmi işlərin planlanması və yerinə yetirilməsinin praktiki yolları göstərilmişdir. Burada elmi tədqiqatın əsasını, strukturunu, səviyyələrini və uyğun metodlarını əhatə edən suallar dərindən araşdırılır, elmi işin tərtibi üçün tövsiyyələr verilir. Kitab tələbə, doktorant və elmi işlə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Rezo Əliyev “Elmi işlərin yerinə yetirilməsi metodikası” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

rezo-eliyev.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.