Türk folkloru: Yaxın və uzaq tarixim
Həzrəti Şis(ə) toxuculuğun bünörəsini qoyan peyğəmbərdir. O taylı, bu taylı, Azərbaycanda toxuculuğun mərhələlərlə inkişafı (qamışdan toxunmuş əşyalardan başlayaraq, həsir, kilim və ən əsası xalçaçlıq sənət nümunələri) göz qabağındadır və bizim tarixi və mədəni sərvətlərimizdəndir.
İLK INSANLARIN VƏTƏNİ AZƏRBAYCANDIR VƏ İLK PEYĞƏMBƏRLƏR DƏ BİZİM ƏCDADLARIMIZA GÖNDƏRİLİB
Öncədən bildirim ki, tarix ilk öncə dini məlumatlardan başlayıb və “Qurani-Kərim”ə mənbə kimi baxmayıb, “Tövrat” və “İncil”dəki məlumatları özündə ehtiva edən “Bibliya”nı elmi mənbə sayanlardan fərqli olaraq mən “Qurani-Kərim”ə istinad edəcəyəm və bu məlumatları təsdiq edən tarixi məlumatlara da istinad etməyə çalışacağam.
Ali-İmran surəsi(3-cü surə)
- Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.
- Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi.
Əl-Hücurat (Otaqlar) surəsi (49-cu surə)
- Ey insanlar ! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir birinizlə tanış olasınız (kimliyinizi biləsiniz) deyə, sizi ayr-ayrı xalqlar etdik…
Yuxarıdakı iki ayədən bunu anlamaq olar ki, insanlar daha öncədən var olmuş, sadəcə Adəm(ə) onların arasından seçilmiş və müəyyən üstünlük verilmişdir. Digər tərəfdən “Əl-Hücurat” surəsində 13-cü ayədəki “Biz sizi bir kişi və bir qadından yaratdıq” ifadəsində konkret olaraq Adəm və Həvvadan söhbət getmir. Bunu arxeoloji tapıntılar da, tədqiqatlar da təsdiq edir. Hz.Adəmin(ə) bağışlanması və xanımı Həvva ilə görüşdüyü yerin adının izahı ərəbcə deyil yalnız qədim Azər-Türk dilində mümkündür. Belə ki, bu yerin adı ARAFAT dağı olduğunu hamı bilir. Bu adın mənasını qədim Azər-Türk dilində izah etməyə çalışaq. Qədimdə AR həm insan, adam mənasında, həm də igid,cəsur mənasında işləndiyini, AF sözünün bu günkü Anadolu türkcəsində(bizdə əfv) bağışlanma anlamında olduğunu, AT isə ucalıq, dağ mənası verdiyini nəzərə alsaq, Arafat–“Bağışlanan insan dağı” kimi anlaşılır. Bu qəbildən qədim ARARAT dağının adı da “Cəsur insanların dağı” anlamı daşıyır. Bir xalqın tarixini öyrənmək üçün onun yaşadığı ərazidəki yazılı və şifahi toponimlərdən düzgün istifadə edərək müəyyən həqiqətləri aşkar etmək olar.
Azərbaycanda aparılan arxeoloji tədqiqatlarla dini məlumatları müqayisə edərək fikirlərimi əsaslandırmağa çalışacağam.
Azıx mağarası Kiçik Qafqazda, Quruçayın sol sahilində Tuğ (yeri gəlmişkən, Zəngəzur mahalının Mığrı (nüvədililər belə adlandırırdılar, muğ tayfasının adıyla bağlıdır) rayonunun indi Şvanidzor adlanan kəndinin əsil adı Tuğutdur ki, bu adların bir-biriylə bağlı olduğu şəksizdir) çökəkliyində, çaydan 3 km aralıda olub, indiki çay yatağından 200-250 metr hündürdədir. Mağaranın daxil olduğu nöqtə dəniz səviyyəsindən 950-1000 m, həmin dağın zirvəsi isə dəniz səviyyəsindən 1400 m yüksəkdir.
Mağara və onun qarşısındakı dərələr və müxtəlif hündürlükdə təpələr ilə birlikdə 10×15 km-lik böyük Tuğ kəndi çökəkliyinə daxildir. Həmin çökəklikdə Quruçayın əmələ gətirdiyi antropogen dövrünə aid 10-a qədər çay terrasları qeydə alınmışdır.
10 qat təbəqəyə malik Azıxın qədim təbəqələrindən toplanmış materiallar kompleksi danılmaz yerli xüsusiyyətlərinə görə dünyanın digər yaşıd abidələrindən fərqləndiyinə görə tədqiqatçılar tərəfindən Quruçay mədəniyyəti adlandırılmışdır.
Azıx mağarasında belə bir mədəniyyətin izlərinə təsadüf etmək elmi cəhətdən ən böyük əhəmiyyət kəsb edir. Bu mədəniyyətin Azıxda varlığı bir daha göstərir ki, Azərbaycanda, o cümlədən bütün Zaqafqaziyada və Kiçik Asiyada insanın qədim homo sapiens–tipli əcdadları həyat sürə bilərdi.
Qədim Azıx sakinləri şell-aşel və aşelin birinci yarısında yaşadıqları coğrafi ərazinin təbii zənginliyinə çox yaxşı bələd olmuşlar.Buradan tapılmış xammalın tərkibinin müxtəlifliyi də buna canlı sübutdur. Biz bilirik ki, hər hansı bir istehsalın və onun texnikasınin inkişafı əsasən xammalın varlığından asılı ola bilərdi. Yüksək keyfiyyətə malik ola bilən xammal (daş materialı) Azıx mağarası yerləşdiyi coğrafi ərazidə kifayət qədərdir. .
Azıx(AZOĞ) mağarası düşərgələrindən külli miqdarda daş məmulatı və müxtəlif heyvanların daşlaşmış sümükləri tapılıb öyrənilmişdir. Qazıntılar zamanı aşel təbəqəsindən (1968-ci ildə V qatdan) ilk dəfə ən qədim insanın — azıxantropun alt çənəsi tapılmışdır. Bu təbəqələrdə böyük ocaq yeri, içərisndə ayı kəllələri olan dini-sehirli xəlvətxana aşkar edilmişdir. Paleoantropoloji tapıntı nəinki Azərbaycanın, eləcə də bütün Zaqafqaziyanın aşel adamının fiziki quruluşunun müəyyənləşdirilməsində böyük rol oynayır.
Qiymətli paleolit abidələrindən birisi də Tağlar mağarasıdır. Mağara Azıxın (AZOĞ-un) yaxınlığındadır. burada ilk qazıntıya 1964-cü ildən başlanılmışdır. Tədqiqat zamanı üç mədəni təbəqə müəyyən edilmişdir. Həmin təbəqələrin ikisi mustye, üst təbəqə isə yuxarı paleolitin əvvəllərinə aid edilmişdir. Hər iki mağara düşərgəsi tarixi-xronoloji cəhətdən bir-birinin davamı olmaqla, həm də biri digərini tamamlayır.
Yazılı mənbələrdə İkiçayarasında möhkəmlənən kutilər barədə ilk məlumatlar e.ə. lll minilliyə, yəni 4,5-5 min öncəyə aiddir. Maraqlıdır ki, bu tarix “Oğuznamə”lərdə söylənilənlərlə üst-üstə düşür. “Hunların, türklərin, moğolların və daha sair qərbi tatarların ümumi tarixi” adlı çox maraqlı monoqrafiyanın müəllifi J.Dögin (1721-1800) yazır:
”Sonra (Oğuz xan) İraqı (İkiçayarasını)… fəth edərək Şam, yaxud Suriyaya qədər irəlilədi və orada uzun müddət oturdu… Oğuz xandan Çingiz xana qədər təqribən dörd min il keçdiyi hesab edilir. Buna görə, Oğuz xan e.ə. 2800 il yaşamış olacaqdır.” (Tahirzadə,1991, s. 63).
Oğuz xanın çox qədim zamanlarda yaşadığını söyləyən türkiyəli alim Besim Atalay onun təxminən 4590 il öncə yaşadığını bildirməkdədir. Ədalət Tahirzadə bununla əlaqədər yazır ki, Besim Atalayın bu sözləri 1920-ci ildə yazdığını nəzərə alsaq, Oğuz xanın tarixi e.ə. 2670-ci ilə düşür:
“Bu tarix J. Döginin göstərdiyindən cəmi 130 il azdır və Döginin yazdıqlarının gerçəkliyinə inamı bir daha artırır.” (Tahirzadə,1991, s. 64).
Kuti imperatorluğunun (e.ə 2200-e.ə 2109) paytaxtı olmuş bugünkü Kərkük şəhərinin tarixi bilinməyən dövrlərdən oğuz-türkmənlərlə məskun olması faktı da kutilərin qədim oğuzlar olduqları barədə söylənilən fikirlərə haqq qazandırmaqdadır. Hər halda, fakt budur ki, Kərkük oğuzlarının guya həmin əraziyə Səlcuqlar və ya Abbasilər dövründə gəldikləri, ondan öncə sözügedən ərazidə türklərin yaşamadığı barədə fikirlər özünü doğrultmur.
Maraqlıdır ki, Fəzlullah Rəşidəddin oğuzların İkiçayarasına hakim olmamışdan öncə Oğuz xanın Azərbaycandakı Aladağda iqamət etdiyini bildirir (Сеидов, 2005, c. 22-24). Burada Aladağ toponimi diqqəti çəkməyə bilmir. Məsələ burasındadır ki, sözügedən dövrlərə aid şumer-akkad mənbələrində Azərbaycan ərazisində mövcud olmuş Aratta ölkəsindən söz açılmaqdadır və mütəxəssislər həmin ölkənin adı ilə sözügedən dağın adı arasında bir bağlılıq görürlər. Məsələn, Yusif Yusifov yazır ki, “Aratta” kəlməsinin mənası dağ deməkdir. Eradan əvvəl Vlll əsrə aid şumer-akkad lüğətlərində həmin kəlmənin “arrattu” və “aratu”formalarına da rast gəlinir və mənasının dağ olduğu bildirilir.
Fikrimizcə, Rəşidəddin “Oğuznamə”sində Oğuz xanın Azərbaycandakı yurd yerinin Aladağ olması faktı təsadüfən qeyd ediməyib. Sözügedən “Oğuznamə”də oxuyuruq:
“Yay aylarında onlar (oğuzlar) bu vilayətlərin bütün yaylaqlarını Səbalan, Alataq və Ağdiberiyə qədər bütün dağlıq yerlərini ələ keçirdilər. Deyilənə görə Alataq adını və Səbalan adını da onlar vermişlər. Türk dilində “meydana gələn”, “dikələn” bir şeyə səbalan deyilir.” (Сеидов, 2005, c. 22).
Şumerlərdən dövrümüzədək ulaşan ən maraqlı sənədlərdən biri İkiçayarasında tufandan öncə və sonra hakimiyyətdə olmuş sülalələrin və onların hökmdarlarının adlarının və hakimiyyət illərinin qeyd edildiyi sənəddir ki, bu sənəddə kuti hökmdarlarının da adları və hakimiyyət illəri qeyd olunmuşdur. Kutilərin yerli şumer əhalisi tərəfindən özününkülər kimi qəbul edildiyinin anlaşıldığı bu sənəddə diqqəti çəkən ən önəmli məqam kuti hökmdarlarının hakimiyyət müddətlərinin öncəki sülalələrin hakimiyyət müddətlərindən fərqli olaraq, müəyyən nizama tabe olması və bir sistem təşkil etməsidir (Ağasıoğlu, 2005, s. 151).
Məşhur norveçli səyyah və alim Tur Heyerdal da Qobustandakı gəmi təsvirlərini tədqiq etdikdən sonra şumerlərin Messopatamiyaya buradan köçüb getdiklərini bildirir.
Qədim şumer yazılı abidələrindən belə məlum olur ki, Messopatamiyaya köçən və burada öz dövlətlərini quran şumerlərin ilk hakim sülaləsi Kiş sülaləsi, ilk şəhərləri də Kiş şəhəri olmuşdur. Buradakı “Kiş” adının Şəki rayonu ərazisindəki Kiş çayı və Kiş kəndinin adı ilə üst-üstə düşməsi heç də təsadüfi deyildir. Görünür, qədim şumerlər Azərbaycandan İkiçayarasına köçərkən əski yurdlarının adlarını da özləri ilə aparmışlar. Məlumat üçün bildirək ki, eyni adlı çay Naxçıvanın Şərur rayonu ərazisində də vardır.
“Tövrat”da Nuh tufanından, Nuhun oğulları və onların soyları barədə məlumat verildikdən sonra tufandan sağ çıxmış insanların soylarından yaranan xalqın Şumer ölkəsinə köçməsindən də bəhs edilir. Köçənlərin Şərq ölkəsindən köçdükləri bildirilir:
“Yer üzündə bir dil və bir ləhcə var idi. Nuh övladları Şərqdən hərəkətə keçərək Şumer ölkəsində düzənlik bir yer tapdılar”(Библия, l. X. l).
Gördüyümüz kimi, Tövratda şumerlrin Şumer ölkəsinə Şərq ölkə-sindən gəldiyi bildirilir. Qədim və orta əsrlər yəhudi və xristian abidələrində, o cümlədən Musa Kağankatlının “Albaniya tarixi”kitabında “Şərq ölkəsi” deyilərkən şimali Azərbaycan ərazisi nəzərdə tutulur.
Musa Kağankatlı eyni zamanda Şəkidəki Kiş kəndinin Şərq ölkəsində olduğunu qeyd edərək yazır:
“Müqəddəs patrik Kişə gəlir,burada kilsə tikir və qansız qurban verir. Bu yer Şərqin bütün kilsə və şəhərlərinin başlanğıcıdır…”(Kalankaytuklu 1993, s.
Musa Kağankatlının qədim yəhudi və xristian mənbələrinə istinadən verdiyi bir məlumat da çox maraqlıdır. Onun yazdığından belə aydın olur ki, qədim Çol, yəni Dərbənd şəhəri də Şərq ölkəsinə daxil olmuşdur. Deməli, şumerlər İkicayarasına, başqa sözlə Messopatamiyaya Şərq ölkəsindəki, yəni Azərbaycandakı Kiş çayı hövzəsindən köçmüşdülər. Ermənilərin uydurduqlqrından fərqli olaraq avropalılardan da öncə ilk xristianlığı Azərbaycan türkləri qəbul etmişlər ki, bu da onların bir olan Allaha inamının olmasından irəli gəlirdi.
Görkəmli Azərbaycan tarixçisi Əbu Bəkr Tehraninin 1471-ci ildə qələmə aldığı “Kitabi-Diyarbəkriyyə”də Ağqoyunlular sülaləsindən böyük Azərbaycan imperatoru Uzun Həsəni 68-ci nəsildə Həzrət Adəmə bağlayır(Riyazi hesablamalarla bəlkə də bu inandırıcı görünmür, amma hər halda bizdən xeyli öncə yaşamış tarixçinin əlində ola bilsin müəyyən mənbələr olub). Uzun Həsən də Oğuzlardan (əslində OĞ AZ) olması mənim fikirlərimi təsdiqləyir. Əbu Bəkr Tehranini öz əsərində “Kitabi-Dədə Qorqud” personajlarını da real tarixi şəxsiyyətlər kimi təqdim edilir. Məsələn, Azərbaycan hökmdarının 52-ci göbəkdən ulu babası adlandırılan Bayandır xandan söhbət açılır və aşağıdakı son dərəcə qiymətli məlumat verilir:
Bayandır xan padşahlığı dövründə İranı, Turanı, Rumu, Şamı, Misiri, Əfrənci (Avropanı), Xətayı, Qıpçaq çöllərini aldı. Beçenek onun kiçik qardaşı idi. Bayandır xan onu Sayramda öz nümayəndəsi təyin etdi. Özü qışlamağa Qarabağa, yaylamağa Göyçə gölünə getdi (Koroğlu, 1999, s. 66)…
“Bibliya”ya və digər tarixi mənbələrə əsaslanaraq ilk insanların vətənini Azərbaycanda axtarmaq lazımdır.
İlk öncə nəzərə alsaq ki, ulu əcadadlarımız Mesapatomiyadakı İkiçayarasına köçməzdən əvvəl, daha qədim tarixə malik İkiçayarası Araz və Kür çaylarının arasında təşəkkül tapmışlar. Bunu yuxarıda Quruçay mədəniyyətinin arxeoloji tədqiqatları təsdiq edir. Daha sonra Həmzə Vəlinin qədim Nüvədidən tapdığı daş yazılarla yanaşı Nüvədi kəndindəki toponimlər də onu təsdiqləyir.
“Əraf” surəsi
- Xatırlayın ki, O, sizi Ad qövmündən sonra xələflər etdi və yer üzündə yerləşdirdi. Siz də onun düzənliklərində qəsrlər tikir, dağlarda evlər yonursunuz. Allahın nemətlərini yada salın, yer üzündə fəsad yayaraq pis işlər görməyin”.“Əhqaf” surəsi
21, Ad (tayfasının) qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan (peyğəmbərlər) gəlib-getmiş qumsal təpələrdə (yaşayan) tayfasını: “Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” (deyə) xəbərdar etmişdi.
Quranın “Əraf” surəsindəki “Ad” qövmünü və “Əhqaf” surəsindəki Ad tayfasını ilahiyyatçıların eyniləşdirmələri doğrudur . Amma ki, hər iki ayəni müqayisə edərkən oradakı fikirlər, həm məna, həm də zaman baxımından ziddiyyət təşkil edir. “Əhqaf” surəsindəki “Ad” tayfası Hud peyğəmbərin(ə) dövrünə təsadüf edir.
Amma “Əraf” surəsindəki Ad qövmü isə hz. Adəm(ə) dövründən başlayaraq, yer üzünə səpələnən insanlardan bəhs edir. Belə ki, bu gün alimlər təsdiq edirlər ki, Yer kürəsi min illər öncə okeanlarla təcrid olunmamaşdır. Quru hissəsində olan dənizlər, göllər və çaylar əvvəllər də mövcud olmuşdur. Yalnız Nuh(ə) peyğəmbərin zamanındakı Böyük Tufan hadisəsi zamanı Yer kürəsinin səthində parçalanmalar nəticəsində okeanlar və dənizlər əmələ gəlmiş və böyük bir mədəniyyət sular altında qalmışdır. Bunu bu günkü materik və qitələrin qurqu sahələrini yaxınlaşdırarkən bir-birini tamamlaması, məhv olmuş Atlandida mədəniyyəti, Quruçay mədəniyyəti və soydaşımız , mərhum dilçi alim Əjdər Fərzəlinin araşdırıb, müəyyən müsbət nəticəlr əldə etsə də, hələ də araşdırılmasını gözləyən, Gəmiqaya-Qobustan mədəniyyəti sübut edir.
Əjdər Fərzəli uzun illər Gəmiqaya və Qobustan qayalarındakı Piktoqrafları, şəkilləri, heroqrifləri araşdıraraq sübut edir ki, ilk və ən qədim əlifbanı və rəqəmləri bizim əcdadlarımız yaratmışlar.
Din də, elm də o qənaətdədir ki, əvvəlllər insanlar eyni dildə danışırdılar. Bu dilin və xalqın mənşəyini düzgün araşdıran hələ ki. yoxdur. Amma mən iddia edirəm ki, bu xalq bizim ölkənin və qitənin adını daşıyan AZ xalqıdır. Belə ki, “Əraf” surəsinin 74-cü ayəsində adı çəkilən Ad qövmü Az qövmü (AZ nəsli) kimi oxunmalıdır. Belə ki, ərəb dilində yazılışı eyni olan həm “D” , həm də “Z” kimi səsləndirilən hərfdən istifadə edilib. Məsələn, ərəbcə “vəlazzalin” həm də “vəladdalin” və yaxud “Ramazan” həm də “Ramadan” kimi də oxunduğunu nəzərə alsaq, deməli “Ad” əslində “Az” kimi oxunmalıdır. Çünki tarixdə Ad qövmünün izləri demək olar yoxdur və onlardan sonra hansı xalqların yaranması sual altındadır. Amma Az qövmü kimi oxunduqda ayənin mənası tam aydın olur.
“Qaf”(Qafqaz dağının ərəbcə adı) surəsi
Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud (tayfası elçiləri) yalançı saydı.
Furqan surəsi
- Biz Nuh qövmünü elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün sarsıdıcı bir əzab hazırlamışıq.
38.Biz, Adı(Azı), Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də (məhv etdik).
Burada adı çəkilən “rəss əhli” adlarını Araz çayına verərək, Nüvədi kəndindəki Qarqa(r) dağındakı daşlara həkk edərək bu günkü nəsillərə çatdıran ƏR AZ xalqının ərəbcə adıdır. İslam peyğəmbəri hz. Məhəmməd in (s) “elmin qapısı” adlandırdığı İmam hz. Əliyə (ə) rəss qövmü barədə soruşduqda, rəss qövmünün Ərrəs(Araz) çayının sahilində yaşayan, Nuh oğlu Yasəfin ölümündən sonra, sənubər ağacına ( bu ağac çox güman ki, nüvədililərin bu günə qədər inam gətirdikləri və daha çox dağdağan adlandırdıqları ağacdır) inam gətirərək batil inanca yönəldiklərindən, onlara Xənzərə ibn Səffan adlı peyğəmbər göndərilməsindən bəhs edir ki, Xənzərə peyğəmbərin adıyla həmahəng səslənən Nüvədi kəndindəki Xınzıra dərə adı da bu faktların doğruluğunu təsdiq edən məlumatlardır.
Bu məlumatlar yunan tarixçilərinin məlumatları ilə üst-üstə düşür. Belə ki, yunan tarixşisi Böyük Plini (I əsr, 23-79 illərdə yaşamışdır) yazırdı ki, “Azərlər Nuh oğlu Yasəfin nəslindəndir…” və yuxarıda qeyd etdiyimiz, Strabonun da “Araz çayı «Azar yanından axır… Araksena düzündən keçib, Kaspi dənizinə tökülür» (Strabon, XI, 14, 3) tarixi məlumatlarından görünür ki, Şimali Azərbaycanın İrəvan xanlığı və Zəngəzur mahalı da daxil olmaqla böyük hissəsi, qədim çağlarda Azar/Azər ölkəsi adlanmışdır və Arazboyu məntəqələrdə Azərlə yanaşı, Aza adı işlənsə də, zənnimcə “Aza” sözünün Azar/Azər sözüylə əlaqəsi olmayıb, həm qədim Manna şahlarından olmuş “Aza”nın, həm də Aran nəslindən olan Sakar hökmdarı “Azo”yla bağlı ola bilər. Nüvədi kəndindəki H.Vəlioğlu tərəfindən tapılıb araşdırılan Qarqardaşı abidəsindəki yazılar heç şübhəsiz elə bizim əcdadlarımız ARAZ/ ƏRAZ-lardan qalan yazılı abidədir. İstənilən halda bütövlükdə Avrasiya materikində xalqımızın soykökündəki AZ/AS komponomentiylə bağlı kifayət qədər toponim, hidronim və oronimlərin mövcudluğu azların vətəninin Azərbaycan olmasını təsdiqləyir.
Azərbaycan tarixçilərinin də məlumatları üst-üstə düşür.
Rəşidəddin “Oğuznamə”sində Oğuzun soyu da Nuh oğlu Yasəfə bağlanır. Eyni hal Azərbaycandan toplanmış miflərin birində də açıq şəkildə ifadə edilir. Prof. Füzuli Bayat yazır ki, Azərbaycandan toplanmış bir əfsanədə diqqət çəkən yön, Qorqudun atasının, Nuh peyğəmbərin oğlu Yasəfin oğlu Türk olduğu qeydinin tapılmasıdır. Alimin fikrincə, Qorqudun Nuhun nəvəsi olması, bu mifoloji tipi əcdad kultu ilə bağlayır (Bayat, 2003, s. 7.)
Prof. Füzuli Bayatın qədim Azərbaycan əfsanəsinə əsasən ” Qorqudun atasının, Nuh peyğəmbərin oğlu Yasəfin oğlu Türk olduğu” qeyd edilsə də, Plininin “azərlər Nuh oğlu Yasəfin nəslindəndir” fikri başqa məna daşıyır. Yəni azərlər Yasəfin törəmələri olmayıb o nəsildən, Nuh peyğəmbərin özünün mənsub olduğu nəsildən mənasını daşıyır. Türklər isə Yasəfdən törəyənlərdir. Bir nəslin soyadı o nəslin əsasını qoyan zatın adından götürüldüyü üçün Türkdən törəyənlər türklər adını almışlar.
Bu da ƏR AZ xalqının öz yerini bu gün TÜRK adlanan soylara verdiyini göstərir. Bu gün Azərbaycan, Azər və Araz adlarının varlığı bizim yaddaşlarda qalan keçmişimizdir.
Həmzə Vəli “Nüvədi kitabələri” əsərində bizim kənddə Qarqa(r) dağından tapıb 5 il müddətinə oxuduğu daş kitabələrdəki yazılara əsasən bizim xalqın adının AZ olması, qədim AZ dilində adama AR/ƏR deyildiyinə görə, bu iki sözün birləşməsi AZ ADAMI, AZ İNSANI mənası daşıdığını təsdiqləyir. BAY–ZƏNGİN,CAN–VƏTƏN, YURD deməkdir. Yəni H. Vəliyə görə, “AZƏRBAYCAN sözünün mənası AZ ADAMININ ZƏNGİN VƏTƏNİ deməkdir”. Həmin daş yazıların ikinci sətrinin transkripsiyası H. Vəlidə belədir:
“En ƏR AZ. Eküç bək erinc Ər Az el”. H. Vəlinin açılışında yazı:”Alisən (Ulusan) Ər Az. Bəy Ər Az elinin varlığı ilə öyündü” anlamındadır.
H.Vəlinin “Nüvədi kitabələri”ndəki həqiqətə aparan təhlilinin bir bölümünü olduğu kimi oxucuların nəzərinə çatdırmaq istəyirəm.
“”Oğuz” sözü Orxon-Yenisey abidələrində üç səslə–OĞZ kimi yazılır. Qədim türk dilində və Orxon-Yenisey abidələrində “z” səsi heç vaxt söz başında işlənmir, oxunmur. Sözün fonetik tərkibindən və semantik mənasından asılı olaraq “z” səsindən əvvəl a, e, ə səslərindən biri oxunur, tələffüz edilir. Odur ki, “Oğuz” sözü əslində “OĞ AZ” və ya “OK AZ”dır.”OĞ” ta qədimdən bu günə qədər nəsil, törəmə, mənsubluq bildirir.”Oğ” komponomentinin sonuna sözdüzəldici “lu” şəkilçisi artıranda “oğlu” alınır ki, bu da bir şəxsin törəməsi deməkdir.Ona görə də “OĞ UZ”/”OĞ AZ” Az nəsli, Az törəməsi deməkdir.Və ya “Oğuz” etnominini “OK AZ” kimi qəbul etsək o da AZ tayfası, AZ qəbiləsi deməkdir. Qədim dilimizdə “ok/ox” sözü tayfa, qəbilə mənasındadır. Beləliklə,”Kitabi-Dədə Qorqud”da “İç Oğuza Tış Oğuz asi oldu” ifadəsində adı çəkilən “İç Oğuz”lar–yerli “OĞ AZ”/”OK AZ”lar, “Tış Oğuz”lar isə, gəlmə “OĞ AZ/OK AZ”lardır ki, Orta Asiyadan Azərbaycana yürüş etmişlər.”
H.Vəli əsərində ulu babalarımızın yaşadıqları əraziyə, eyni kökdən olan soylarına xalqımızın adını verməklə (məs.ARAZ cayı, QAFQAZ dağı,QAZBƏY (KAZBEK) zirvəsi, AZIX (AZ OK/OĞ) mağarası, XAZAR / XƏZƏR və AZOV/AZOB dənizi, eləcə də eynisoylu tayfa və xalqların məs., OK/OĞ AZ(OĞUZ),QAQAUZ, QIRQIZ (Qırx-OK/OĞ/AZ), QAZ(OK/OĞ)AX, ÖZBƏK/ AZBAY və s.) həm böyük, həm qədim, həm də yazılı mədəniyyətə sahib olmaqla yanaşı, böyük coğrafi ərazidə də məskunlaşdığın-dan bəhs edir.Hətta onun fikrincə ASIYA/AZIYA/AZUYA (AZ-ların yurd-yuvası deməkdir) qitəsi də AZ-larla bağlıdır. Kitabda müəlif, böyük və ulu xalqımızın daş yazılı abidələr və toponimlər vasitəsilə tariximizi yaşadıb bizə çatdırmasından geniş bəhs edir.
H.Vəli araşdırmalarında AZOV adının da AZ-ların yurdu, yuvası olduğunu yazır. Amma mən düşünürəm ki, su hövzəsinə yurd-yuva anlamı vermək absurd göründüyündən, ob/ab-su sözünün deyilişdən ov şəklinə düşüdüyünü qəbul etsək , AZOV/AZOB olub, AZ-ların suyu,dənizi anlamına daha yaxındır. (Nüvədi/Nuhvadi ləhcəsində “a” səsi sözdən asılı olaraq “o” kimi, məs., ab-ob, abır-obır, abigərdən-obıgardan, abı-rəng-obırəng, kimi tələffüz edilirdi,müəllif).Yeri gəlmişkən, Rusiyanın şərqində axan Ob çayı və Nüvədidəki “Sələnc (fikrimcə, sel ləng axdığına görə Selləng olmalıdır) çayı ilə Monqolustandakı Selenqa çayının həmahəng səslənməsi, ulularımızın oralara qədər gedib çıxmasına dəlil deyilmi”?
Amma Həmzə Vəlinin Qafqaz dağının ən düzgün etimoloji açıqlaması bir çox həqiqətlərin üstsünü açır. Belə ki, Həmzə Vəli ərəb mənbələrində QAFQAZ dağının adını “qabq” və ya “qabh” kimi yazdıqlarını, bu isə bizim “qapı” sözünün ərəb dilindəki səslənmə və yazılma şəklidir. bu bilgilərdən qaynaqlanan H. Vəli çox doğru olaraq, QAFQAZ adının əslində QAPI AZ/AZ QAPISI anlamı daşıdığını qeyd etmişdir.
- Vəlinin yuxarıdakı açıqlamasına əsasən, mən əminliklə deyə bilərəm ki, bu ölkənin yerli əhalisi və bizim ayrılmaz hissəmiz olan talışların adı əslində TAL AS/ TAL AZ dağlarının adından götürülüb və onun düzgün mənası Aandolu türklərində eynilə “tal”, bizdə isə “dal”/”arxa” anlamı daşıyır ki, QAFQAZ/AZ QAPI və TAL/DAL AS/AZ sözləri AZ xalqının məskunlaşdığı ilk ərazini ehtiva edir.
Qurani-Kərim”in “Əl-Qəmər”(Ay) surəsində deyilir: (Ayə15).And olsun ki, biz tufan hadisəsini, Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə ibrət üçün saxladıq. Amma heç ibrət alan(öyüd-nəsihət qəbul edən) varmı?”
Sonuncu ayədəki sözlərə diqqət edin və dərindən düşünün! Bu hadisənin Nuh(ə) əyyamından bu günə qədər qorunub saxlanması Allahdan üz döndərmiş adamların istəyilə baş verə bilməzdi. Min illər ərzində bu torpağa nə qədər yadelli işğalçılar gəlib-getsə də, bu adları yox etməyə gücü çatmayıb! Çünki, Allahın istəyi qarşısında bəndə acizdir!
Nüvədi(Nuhvadi) kəndi ötən əsrdə və bundan təxminən iki əsr əvvəl
Sovet dönəmində Gəmidüzündə Nüvədidən keçən dəmiryolu stansiyası
Gəmidüzünün bu günkü görünüşü
Zəngəzur mahalındakı Nüvədi-Nuhvadi, Gəmidüzü, Peyğəmbərizi, Miyambutun/Mi-Yambatan(Nuh peyğəmbərin iman gətirməyib, xilas üçün yüksəkliyə qaçsa da, suda batan oğlunun adı Yamdır), Naxçıvan-Nuhçivan, Nuhəcr, Nuhdaban, Nehrəm-Nuhram, Gəmiqaya, adlarının
Nuh(ə) əyyamından bu günə qədər yazılı və şifahi dildə qalması möcüzə deyil, bir olan Allahın istəyidir!
Bu ayənin “Ay” surəsində verilməsi türklərin rəmzlərindən olan aya işarə deyilmi?
“Qurani-Kərim”in “Əl-Hədid” (“Dəmir”) surəsinin 26-cı ayəsində Allah buyurur: “And olsun ki, biz Nuhu və İbrahimi peyğəmbər göndərdik. Peyğəmbərliyi və kitabı– Zaburu, Tövratı, İncili və Quranı onların nəslinə verdik. Onlardan doğru yolda olanı da vardır, amma çoxu Allahdan üz döndərmiş fasiqlərdir”.
Bizim əcdadlarımıza dəfələrlə peyğəmbər göndərilib—hz. Nuhdan(ə) hz. Süleymana(ə) qədər. Amma insanların əksəriyyəti qəbul etməyib, edənlərin də bir hissəsi sonra yenə haqq yoldan üz döndəriblər. Bu üzdən Nuh(ə) peyğəmbərin dövründə itaətsizlikdən dolayı Böyük Tufan hadisəsi baş verib və onun izləri Nüvədi və Naxçıvanda qalır.
Bu deyilənlərə tarixi məlumatlarla aydınlıq gətirək. Görkəmli türkoloq-tarixçi Firudin Cəlilovun Az boyu haqqında yazdıqlarına nəzər salaq.
Azərbaycan ölkə adının kökündəki azər boyadının yaranmasında əsas özək olan az boyu türk etnosu içində çoxsaylı soylardan biri idi. Aziya//Asiya adındakı paralellik kimi, az etnoniminin də as variantı geniş yayılmışdır. Belə yayılmanın səbəbi az//as boylarının vaxtilə qədim Azərbaycandan batı, quzey və doğu ölkələrə olan köçü ilə bağlıdır. Üç-dörd min ildir ki, bu boylar tarixi mənbələrdə xatırlanır, lakin onların etnik mənsubiyəti barədə elmi ədəbiyatda hələ də tutarlı son söz deyilməmişdir, halbuki az//as haqqındakı bəlgələr böyük bir monoqrafiya üçün kifayət qədər məlumat verir. Görünür, başqa millətlərin alimləri üçün o qədər də əhəmiyət kəsb etməyən bu problemin çözülməsi üçün xalqımızın və ölkəmizin adının yaranmasında mühüm yer tutan bu boyların tarixini özümüz öyrənməliyik.
Bəllidir ki, hər hansı bir boyun adı onun daxil olduğu xalqın içində uzun müddət soyadı (etnonim) kimi yaşayır. Bu baxımdan, özbək, altay, qaraqalpaq və sair türk xalqlarının tərkibində uruq, soy, boy adı kimi işlənən az//as etnoniminə (4, 11, 19-20; 14, 240-247) və Göy-Türk yazılarında az budun (az xalqı) və az-kişi (az adamı) adına, Kuban epiqrafiyasında eren az ayırıltım (az ərənlərindən ayrıldım) ifadəsinə rast gəlmək olur.
Müxtəlif türk xalqlarının boy-soy (tayfa-nəsil) bölgüsü kimi diqqəti çəkən və tərkibində az//as komponentini yaşadan etnonimlər böyük maraq kəsb edir. Məsələn, başqort-katay boyundakı as, assı soyları, balkarların as adlanması, özbəklərin 32 əsas boyu sırasında A.Vamberinin as boyunu qeyd etməsi (3, 302), qırğızlarda azıq boyu, nəhayət, qədim Azərbaycan əhalisinin az adlanan bir qisminin sonralar azər boyu kimi tanınması azların türklüyünə şübhə yeri qoymur. Lakin az boyunun geniş coğrafi ərazilərdə görünməsi onların etnik mənşəyi haqqında bəzi tədqiqatçıların yanlış fikir söyləməsinə səbəb olmuşdur.
Belə ki, V.V.Bartold türkeşləri az və tuxsi boylarının birləşməsi hesab etmiş (1, 585), Külteqin abidəsindəki azları (az budun) isə Yenisey ostyaklarıilə eyniləşdirmişdir (1, 43). Z.V.Toğan bir yerdə asları saqaların tərkibində türk boyu kimi verirsə də (2, 39), digər yerdə onları qədimdən türklərə qarışmış bir iran qövmü, yaxud saqa və hunların içində əriyən bir irani tayfa adlandırır (2, 53, 422). Az//as boylarını hay-erməni (Qr.Kapansyan, S.Petrosyan), osetin (V.İ.Abayev) və digər xalqlarla eyniləşdirənlər də vardır. Halbuki, bir-iki söz oxşarlığına əsaslanıb, belə ciddi elmi fikir söyləmək doğru deyil. Əgər oxşarlıq varsa, ən azı bu oxşarlıq həmin xalqın dilində və onomastikasında da sistem təşkil etməlidir.
Göründüyü kimi, az//as boyu təkcə azər türklərinin deyil, bir sıra digər türk boyları sistemində də mühüm yer tutur. Bundan başqa, soyadı qədim türk antroponimikasının xüsusiyəti kimi şəxs adlarına da qoşulur, onun hansı soydan olduğunu bildirir. Məsələn, XVII əsrdə farsca yazılmış «Dastur al-mulk» əsərində sadalanan bir sıra şəxsin adında as boyadı vardır:
Qaib Nazar bəy atalık as,
Xurrəm bəy hacı pərvanəçi as,
Məhəmməd hakim bəy mirzə as,
Mahmud bəy katağan as (4, 20).
Buradakı ad-titul-soyadı düzümü qanunauyğun haldır. B.X.Karmışeva göstərir ki, «Şaybani-namə» (XVI əsr) abidəsində as soyadı nayman, durman, kuşçu boyları ilə yanaşı xatırlanır və Orta Asiya türklərində as-nayman, as-saray, caman-as soybirləşmələri forması da tarixi faktdır (4, 19). Sadalanan onomastik vahidlərin türklərə aid olmasını izah etməyə ehtiyac yoxdur. Bu sıraya Klavdi Ptolemeyin (II əsr) Quzey Qafqazda göstərdiyi asturikan (as-turikan) boyunu (23, 149), Təbərinin (VIII əsr) qeyd etdiyi Astarxan (as-tarkan) adını, «Kartlis-Tsxovreba» gürcü abidəsində Baqatur Asparux (as-paruk) adını, M.Kaşqarinin oğuz bəylərindən birinin adı kimi verdiyi Azaq adını (I, 66) və vaxtilə indiki Qaraçay-Çərkəz ölkəsində Əmir Teymura qarşı döyüşən Buri-berdi adlı şəxsin başçısı olduğu as boyunu (24, 215) da tarixi faktlar kimi əlavə etmək olar. Bu da bəllidir ki, soyadı çox vaxt həmin soyun yaşadığı bölgədə toponim kimi də yayılır; Orta Asiyada As, Assa, Sırdərya ətrafında Asa, Asnas, Asar, Ural və Volqa-Kama bölgələrində Assı, Asılı, Ası, Aşa, Krımda Ass, Böyük-Ass, Temes-Ass, Assı-Corakçı, Kiçik-As və s. Əski və yeni erməni mənbələri türk boyları yaşayan Anadolu-İran-Qafqaz bölgələrində az//as soyadını əks etdirən xeyli dağ, çay, kənd, oba adı – toponim qeyd etmişdir;
Az, Aza, Azalı, Azalu, Azax, Azai-şen, Aşağı Aza, Verin (yuxarı) Aza, Azanlı, Azarəhmədli, Azaklar, Azbuğa//Asbuğa, Aziar (Azər!), Az-kala, Azmana, Az-pinar (Az bulağı), Asilar, Aslı, Askara, Asman, Asnı, Aspakan, Aspek, Asiatspor (as çuxuru), Asiatsor (as dərəsi), Aştarak və s. (5; 17, 335-339).
Göründüyü kimi, az boyları türk onomastikasında möhkəm bir sistem təşkil edir. Ona görə də, müasir türk xalqları daxilində as soyunun izini axtaran türkoloqlar yanılmamışlar. M.Z.Zəkiyev Volqaboyu türklərdə (7, 178), R.Q.Kuzeyev başqortlarda (6, 228-230), L.S.Tolstova özbəklərdə (4, 11) as boylarını tədqiq etmiş, İ.M.Miziyev qonşu xalqların, xüsusilə irandilli osetinlərin balkar türklərini ası, asiaq, qaraçay türklərini isə Stur-Asiaq (böyük aslar) adlandırması səbəbini araşdırmış (8, 78), C.Cəfərov asların Azərbaycandakı damğalarından bəhs etmişdir (9, 29-36). Bu mövzuya biz də müxtəlif yazılarımızda toxunmuş, az, azər, Azərbaycan, xəzər, kaspi adlarının eyni mənşədən törədiyini yazmışdıq (10, 115-116; 11, 271; 12, 102). Lakin sadalanan bu araşdırmaların heç biri as boyu haqqında tam təsəvvür yaratmır, çünki həmin yazılar as məsələsinin yalnız bəzi cəhətlərinə toxunur, problemi hərtərəfli işıqlandırmır.
Bəzi tarixi mənbələrdə az//as etnonimi yaz//haz formaları ilə də işlənmişdir. Həmin formaları y, h səsartımı kimi düşünmək olardı, lakin bu etnonimin k, x ilə işlənən (kaz, kas, xaz) formaları da var. Məsələn, Azaq dənizi az boyadını əks etdirdiyi kimi, Orxon çayının quzey-batısında Kasoqol (Kas gölü) və Xəzər dənizinin adı da Kas//Xəz-ər boylarının adını bildirir. Bu halda nə səsartımından, nə də səsdüşümündən söhbət gedə bilməz. Burada bütün mövcud formaların yaranmasını izah edə biləcək yozuma yalnız larinqal nəzəriyə kömək edə bilər. Yəni proto-türk dialektləri formalaşan çağlarda as soyadında boğaz tutulması ilə tələffüz olunan larinqal ’a saitinin tutulma hissəsi bir dialektdə təmizlənmiş, digər dialektdə k, x, h samitinə çevrilmişdir (11, 122-124): Qədim Azərbaycanda formalaşan az boyları Kür-Araz mədəniyətindən sonrakı çağlarda qəribə tale yaşamışlar. Onların bir qismi Azərbaycan – Kiçik Asiya – Avropa boyunca İslandiyaya qədər gedib çıxmış, digər qismi Quzey Qafqaz və Türküstana köç etmişdir. Ata yurdda qalanlar isə Azərbaycanın müxtəlif bölgələrinə səpələnmişlər. Quzey Qafqaz və Orta Asiyada az boylarının qoyduğu izlərə yuxarıda toxunduq, bir neçə söz də Ata yurdda qalan və Avropaya gedən as//az boyları haqqında deyək.
Urartu çarı I Arqiştinin vaxtında (m.ö.VIII əsr) urartular Van gölü hövzəsindən çıxıb Arazı keçirlər və Aza ölkəsini (İrəvan çuxurunu) zəbt edirlər. Əvvəllər urartu yazılarında «düşmən ölkə» kimi verilən Aza ölkəsini tutandan sonra I Arqişti Araz çayının sol sahilində, indiki Sərdarabad (Armavir) kəndi ərazisində Arqiştixinili qalasını tikir, Aza ölkəsinə kanallar çəkir (13, 32-33). Mütəxəsislər Aza adının urartu yazısında etno-toponim olduğunu qeyd edirlər (22, 303-304). Aza ölkəsinin batı sınırına aid bir məntəqənin də adı romalıların yol xəritəsində ’Aza şəklində yazılmışdır ki, bunu da Aza və Haza şəklində oxumaq olar (21, 45). Lakin Strabonun vaxtında Aza ölkəsi artıq Azar (Azər) formasını almışdı. O yazır ki, Araz çayı «Azar yanından axır… Araksena düzündən keçib, Kaspi dənizinə tökülür» (Strabon, XI, 14, 3). Bu tarixi məlumatlardan görünür ki, qərbi Azərbaycanın İrəvan bölgəsi qədim çağlarda Azər ölkəsi adlanmışdır və Arazboyu məntəqələrdə Azərlə yanaşı, daha qədim Aza forması da işlək olmuşdur. Naxçıvanda bu gün də Yuxarı Aza adlı kənd vardır.
İslandiyaya qədər gedib çıxan as boyları haqqında da maraqlı tarixi məlumatlar vardır. Bir məqalə tutumunda bütün mənbələrə toxunmaq mümkün deyil, belə mənbələrdən yalnız birinə, elə islandların öz yazılı abidəsi olan «Kiçik Edda» əsərinə baxaq. İslandiyada Snorri Sturlusonun 1222-1225-ci illər arasında qədim saqalardan istifadə edərək qələmə aldığı bu əsərdə göstərilir ki, as boyu Troya (Tur-ova) şəhərindən çıxıb Avropanın quzeyindəki Saks ölkəsinə gəlir, sonra yerli əhali ilə qaynayıb-qarışan aslar çoxalaraq, daha quzey bölgələrə, indiki İsveç və Norveç ərazilərinə yayılırlar. Onların İslandiyaya VIII-IX əsrlərdə getməsi isə bizə Avropa tarixindən bəllidir. Yəni aslar Troyadan çıxandan min il sonra onların Quzey Avropadakı törəmələri İslandiyaya getmişlər. Qayıdaq Eddaya.
Müəllif yazır ki, yerli əhali indiyədək gördüyü insanlara bənzəməyən Asiyadan gəlmiş bu gözəl görkəmli qərib asları maraqla qarşıladı, onlara ərazi verdi. As gəncləri yerli qızlarla evləndi, asların sayı get-gedə artdı. S.Sturluson qeyd edir ki, o dövrdən çox zaman keçsə də, hələ də yazılı qaynaqlar asların Asiyadan gətirdiyi adları saxlayır. Yeri gəlmişkən, belə adlardan bir neçəsini burada xatırladım:
Yer adı: Asqard (As məskəni, As kəndi)
Çay adları: Göl, Orun, Qöpül, Qömül, Eykin
Şəxs adları: Anar, Torkel (Türkel), Atlı, Qamlı, Yekul, Eqil, Erp,
Eyrik, Qanqleri, Buri (Börü?), Qunn, Qunlauq, Eynar, Elli, Aslauq, Asdis və s.
Həmin abidədə belə ifadə və cümlələr də var:
«Troya türk ölkəsidir» (25, 10); «türklərin ölkəsini tərk edib» (25, 11); Avropaya gələn aslar buraya türk adət-ənənəsigətirdi və «burada türklərin vərdiş etdiyi qanunlar tətbiq olundu» (25, 12).
Göründüyü kimi, təkcə bir İsland abidəsi 3 min il əvvəl qədim Azərbaycandan Troyaya, oradan da Avropaya gedən və özü ilə türk adlarını, türk törələrini (qanunlarını) aparan as boyu haqqında nə qədər fakt verir. Ona görə də, öz ulu babalarının izini Qobustan qayalarında axtaran məşhur norveç alimi Tur Heyerdala baxanda, azər türklərinin kökünü Monqolustan çöllərində axtaran tarixçilərimizi və türkoloqlarımızı anlamaq olmur.
Böyük köçlərin iştirakçısı olan as boyları Batıda german tayfaları içində əriyib türk dilini itirmişdir, Doğuda iran, Quzeydə fin-uqor və qafqaz tayfaları ilə qaynayıb-qarışsa da, türk dilini saxlaya bilmişdir, lakin belə qarışmalar as boyları haqqında yarımçıq məlumatı olan bəzi alimlərin yanlış fikir söyləməsinə də səbəb olmuşdur.
Beləliklə, zaman-zaman bütöv Avrasiyaya yayılan türk etnosunun içində həmişəyaşarlığı ilə seçilən, Azıx mağarasından tutmuş quzey, güney, batı Azərbaycan bölgələrində və Azov (Azaq) dənizinə qədər müxtəlif ölkələrdə izini qoyan qədim az boyunun tarixi olduqca maraqlı səhifələrlə doludur. Bunlara Amerika qitəsində yaşamış Astekləri də əlavə etsək o zaman Azların yer üzünə səpələnərək müxtəlif xalqların yaranmasındakı tarixi rolu üzə çıxır. Asteklərin işlətdikləri sözlərin bizim sözlərlə qohumluğu bunu deməyə əsas verir.
Qurani-Kərimi ərəblərin uydurub, yazdığını iddia edənlər, Nəml və Səba surələrini və surələrdə adı çəkilən Səba qövmü və qəbiləsinin adını Ərəb ölkələrində deyil, elə Bakının mərkəz rayonu olan Səbaildə (Səbael) tapa bılərlər.
Nəml surəsi
Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”
- Çox keçmədən (hüdhüd) gəlib dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.
- Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm.
- Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları (haqq) yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.
Səba surəsi
- Səba (qəbiləsinin) yaşadığı yerdə nişanə – (biri) sağda, (digəri də) solda olan iki bağça var idi. (Onlara:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Gözəl diyar və Bağışlayan Rəbb!”(– deyilmişdi)
- 16.Amma onlar üz döndərdilər, Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və (içində) bir az sidr ağacı olan iki bağla əvəz etdik.
- (Səbaqəbiləsiilə) bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən (bir-birinə yaxın) şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!”(– demişdik.
- Onlar isə: “Ey Rəbbimiz! Səfərlərimizdə (dayanacağımız şəhərlər arasındakı) məsafəni uzaq et!”– dedilər və öz-özlərinə zülm etdilər. Biz onları əfsanələrə çevirib dilə-dişə saldıq, özlərini də pərən-pərən etdik. Həqiqətən, səbrli və şükür edən hər kəs bundan ibrət alar.
“İl” və “el” sözləri eyni mənada işləndiyini nəzərə alsaq, ayədə Səba elinin insanlarının Günəşə inanmaları qeyd edilir. Bizim ulu əcdadlarımız hamıdan öncə Günəşə sitayiş ediblər. Batil inanclara görə də həmişə peyğəmbər göndərilib, iman gətirməyincə cəzalanıblar, məhv olsalar da adları qalıb. Bunu “Səba” surəsinin 18 və 19-cu ayələri bir daha təsdiq edir. Əlavə olaraq təkrarən də olsa, qeyd etsək ki, qədim türk dilində yerdən dikələn bir şeyə səbalan deyilir, o zaman Savalan dağının adının Səbalan olması daha doğru səslənir.
Tarixə müraciət edək.Təqribən eramızdan əvvəl VI əsrdə Xəzər dənizi sahilində (indiki Dağıstanın cənub hissəsi və Salyan rayonu daxil olmaqla) Massagetlər(Maştağa ) dövləti mövcud olmuşdur. Həmin dövlətə er. əv. 570-530-cu illərdə Tomris adlı qadın hökmdarlıq etmişdir, həmin hökümdar ki, Fars hökümdarı olmuş Kirin başını kəsərək qanla dolu tuluğa tullamışdır.
Digər bir versiya isə bu qadın hökmdar Bilqeyis olmuşdur . Hər hansı bir halda bu ayələrin bizə məxsusluğu şəksizdir.
“Səba” surəsinin 19-cu ayəsində əcdadlarımızın naşükürlükləri ucbatından dünyaya səpələnərək başqa xalqlar kimi yox olması nəzərdə tutulur.
“Qurani-Kərim”-in “əl-Ənam” surəsi, 74-cü ayədə Həzrəti İbrahimin(ə) (Abrahamın) atasının adı Azar(Azər) olduğu qeyd edilir. Bu adın qeyri xalqlara deyil məhz bizə məxsus olması aksiomadır. Demək ki, İbrahim(ə)-ın da soykökü bizimlə eynidir. İbrahim(ə)-ın da atası bir olan Allaha iman gətirmədiyindən, bütlərə ibadət edən olduğuna görə, atasından imtina edib. Ərəblərdən də neçə min il qabaq oğlu İsmayılı(ə) Allah yolunda qurban kəsmək istərkən mələklər vasitəsilə göndərilən qoçun kəsilməsiylə Qurban bayramını əcdadlarımız günahlarının yuyulması üçün qeyd etməyə başlayırlar. Bu prinsiplə Həzrəti Məhəmməd(s) ərəblərin içindən peyğəmbər seçilsə də damarlarından İbrahim (ə) -ın qanı axır.
Yeri gəlmişkən dəmiri ilk icad edən türklər olduğundan və dəmirçiliyi insanlar arasında yayan Davud(ə) peyğəmbər olduğundan, Allah “Dəmir” surəsində üstsörtülü bilgi verir.
Süleyman(ə) peyğəmbərə isə misgərlik sənəti bəxş edilib ki, bu da ən çox bizə məxsus sahə və sənətdir.
Qurani-Kərimin ərəbcə nazil olması məhz bədəvi, yolunu azmış ərəbləri imana çağıraraq islah etmək üçün idi. Bu fikirlər “Ənam” surəsinin 92-ci ayəsində öz təsdiqini tapır:
“Bu (Quran) da mübarək (xeyir-bərəkəti daim, faydası çox), özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qılarlar).”
Bu ayədən göründüyü kimi Allah Quranı əsasən ərəblər üçün nazil etmiş, onlardan öncə bir olan Allaha iman gətirənlərin isə, Qurana iman gətirəcəyini vurğulayır. Bu ayədə Quranda lənətlənən yəhudilər və onların dostları, Allaha şərik qoşan xaçpərəstlər deyil, onlardan da öncə İbrahim(ə) peyğəmbərdən Musa(ə)peyğəmbərə qədər iman gətirənlər, xüsusilə də tək Tanrıya inanan türklər nəzərdə tutulur. Bu gün türklərin ərəblərdən və farslardan çox islama bağlılığı buna bariz nümunədir.
“Ənam” surəsinin 92-ci ayəsinin ikinci hissəsi Nuh(ə) nəslindən olan OĞAZ/Oğuz-Türk insanlarına aiddir. O zaman orada yaşayan soydaşlarımız islamı könüllü qəbul etmişlər (Ənam surəsindəki “axirətə iman gətirənlər ona da iman gətirəcəklər” sözləri OĞAZLARA/Oğuzlara aiddir. Çünki tək Allaha inam bizdə Nuh(ə) və İbrahim(ə) dövründən var idi).
Həzrəti ADAM/Adəmdən(ə) hz. Süleyman (ə) peyğəmərə qədərki nəsil ardıcllığı aşağıdakı kimidir: Şis, Ənuş, Qəynan, Məhlail, Yərd, Əxnux (İdris), Mətu Şələx, Ləmək, Nuh, Sam, Ərfəhsəd, Qəynan, Şalix, Hud, Abir, Faliğ, Ərğu, Saruğ, Nahur, Azər(Turuk-F.Cəlilov.), İbrahim, İsmayıl, Heydər, Hamal,Nabat, Süleyman.
Hz. Əli(ə) rəss, yəni ƏR AZ xalqının hz. Süleyman(ə) peyğəmbərin dövrünə qədər yaşadıqlarını bildirmişdir. Yuxarıda qeyd etdiyimiz “Əhqaf” surəsində bəhs edilən Ad, əslində Az tayfasının buraya köçüb gələn insanlarıdır ki, səhrada qumsal təpələrdə məskunlaşmışlar və tarixdə sumer/şumer kimi tanınmışlar.
Məşhur “Tufan hadisəsi” zamanı AZOĞ-ların məhvindən sonra, Yer üzünə yayılan OĞAZ-lar/oğuzlar soyundan olan insanlar get-gedə coğrafi iqlim və şəraitin min illər ərzində dəyişkənliyi nəticəsində, toplumların bir-birindən tədric olmaları səbəbindən biloji, irqi, dil və mədəniyyət fərqləri yaransa da peyğəmbərlik Allah tərəfindən ilk əcdadların gen daşıyıcılarına verilmişdir.
Bu baxımdan Həzrəti Adam/Adəm(ə) torpağa ilk toxum səpən insan olaraq əkinçiliyin bünörəsini qoymuşdur. Azərbaycanda 11 iqlim tipindən 9-nun mövcudluğu ilk insanların yaşayışı üçün Allahın lütfü kimi dəyərləndirmək doğru olardı. Bu səbəbdən Yerin cənnəti olan Azərbaycanın da öz cənnəti Qarabağ da o mənanı verir–Kara(quru,yer), Bağ(cənnət). Hz. Adəmin(ə) Ərəbistanda yaşadığını iddia edənlər necə inandıra bilərlər ki, burada buğdanı əkib-becərmək mümkündür. Ona görə də tam əminliklə deyə bilərik ki, Araz və Kür çayları arasında yerləşən Azıx və Tağlar əkinçilk üçün əlverişli ərazi olduğundan ilkin vaxtlarda insanlar orada yaşamışlar. Mənim fikrimcə ilk insanlar yazıb-oxumaq bilməsələr də danışa bilmişlər. Çünki əks-halda Allahın Hz.Adəmə göndərdiyi ilk ayələrin təbliği mənasız olardı.
Həzrəti Xızır peyğəmbərin xeyir əməl, insanların hər zaman dadına çatan, onlara yardıma yetişən peyğəmbər kimi tarixə düşdüyünü bilirik. Fikrimcə onun adını yaşadan Xızı rayonundakı ziyarətgah bu gün də insanların arzu və niyyətlərinin həyata keçməsində vəsilədir.Digər tərəfdən Xızırzində(Xızır yaşayır) piri də onun adıyla bağlıdır.
Həzrəti İdris(ə) peyğəmbər olmaqla yanaşı iynəni ilk icad edən insan kimi tarixə düşüb. İynənin mövcudluğuyla tikiş-dərzilik sənətinin əsası qoyulub. İdris peyğəmbərin qədim mənbələrdə adı Əxnux kimi də yazılır. Mən ehtimal edirəm ki, Şəki şəhərinin qədim adı Nuxa olmaqla, Əxnux (İdris) peyğəmbərin adını daşıyır.Buna sübut kimi ta qədimdən bu günə kimi Şəki/Nuxa şəhərinin tikiş sənətini özündə yaşatmasını –milli palatrlar və papaqçılıq, ipəkçilik və s. — göstərmək olar.
Həzrəti Şis(ə) toxuculuğun bünörəsini qoyan peyğəmbərdir. O taylı, bu taylı, Azərbaycanda toxuculuğun mərhələlərlə inkişafı (qamışdan toxunmuş əşyalardan başlayaraq, həsir, kilim və ən əsası xalçaçlıq sənət nümunələri) göz qabağındadır və bizim tarixi və mədəni sərvətlərimizdəndir.
Əldə olan məlumatlar xalçaçılıq sənətinin artıq Neolit – Eneolit dövrlərində formalaşdığını sübut etməkdədir. Məşhur ingilis arxeoloqu Jeyms Mellart Anadolu ərazisində yerləşən Çatal – Hüyük abidəsində qazıntılar apararkən kömürləşmiş xalı qalıqlarına rast gəlmiş və həmin xalının üzərindəki naxışların qorunub saxlanmamasından böyük təəssüf hissi keçirmişdi. Lakin qazıntıların sonrakı mərhələsində o Son Eneolit dövrünə aid yaşayış binasının divarında xalça naxışlarını xatırladan naxışlara rast gəlmiş, bu naxışların bu günə qədər Anadoluda toxunmaqda olan türk xalçalarının naxışları ilə tam eyni olduğunu görüb təəccüblənmişdi.
Maraqlıdır ki, Çatal – Hüyükdən tapılmış maddi-mədəniyyət nümunələri üzərində rast gəlinən naxış elementlərinin bəzilərinə eyniylə Azərbaycan xalçalarında da rast gəlmək mümkündür. Həmin motivlərə qayaüstü rəsmlərdə də sıx-sıx rast gəlinir.
Çatal-Hüyük naxışı və «Damğalı» xalçası (Qazax)
Eyni halla cənubi Türkmənistanda qazıntılar aparan tanınmış rus arxeoloqu Sarianidi də üzləşmişdi. O, tapdığı Son Eneolit – Erkən Tunc dövrlərinə aid saxsı qabların üzərindəki naxışların bu gün də həmin ərazidə toxunmaqda olan türkmən xalçalarının naxışları ilə eynilik təşkil etdiyini görüb son dərəcə heyrətlənmişdi. Sarianidi digər bir tanınmış rus arxeoloqu Masson ilə birlikdə qələmə aldıqları “Qaraqum: Sivilizasiyanın ilk şəfəqi” adlı kitabında bu mövzuya toxunaraq yazır: “Eramızdan əvvəl lll minilliyin ikinci yarısından etibarən Cənubi Türkmənistan qəbilələrinin dulusçuluq sənətində böyük dəyişikliklər baş verməyə başladı. Zoomorf motivlərin yerini həndəsi naxışlar tutdu. Bu naxışlar ağlasığmaz bir şəkildə xalça naxışlarını xatırlatmaqdadır”.
Eneolit dövründə toxuculuq sənəti daha da inkişaf etmişdi. Azərbaycanın bir sıra Eneolit abidələrindən—Kültəpə 1, Hacı Firuz, İlanlıtəpə, Babadərviş, Leylatəpə və sairə abidələrdən tapılmış iy ucları, habelə Əlikömək təpəsindən tapılmış saxsı qabın səthində qalmış toxuma izi bunu sübut edir.
Sənətşünas alim Kübra Əliyeva haqlı olaraq yazır ki, hər bir xalqın naxış sənəti müəyyən etnik xüsusiyyətlərə sahibdir və digər xalqların naxış sənəti ilə ümumi cəhətlərə malikdir: “Xalqın mədəniyyətinin əhəmiyyətli tərkib elementlərindən biri olan və onun tarixi ilə sıx bağlı olan naxışlar etnik mədəniyyət tarixinin öyrənilməsində də mühüm mənbə rolunu oynayır. Naxış sənəti xalqın məişəti, ictimai şəraiti ilə sıx bağlı olmaqla yanaşı, onun fəlsəfi – dini və magik dünyagörüşünü də əks etdirir.
Xalça sənətini Azərbaycan üçün əvəzsiz və tükənməz sərvət adlandıran Məmmədhüseyn Hüseynovun sözlərinə görə, tarixi, mübarizələrlə keçmişi olan bir xalq maddi-mədəni, mənəviyyat tarixini xalı-xalçalara toxuyaraq əsrlərdən-əsrlərə ötürüb yaşatmışdır. İbtidai halından tarixin bütün səhifələrində sanki iştirak edən xalça sənətimiz, oxunması gərək olan, səhifələrinin sayı bilinməyən bir kitabəyə çevrilmişdir: “Öz varlığını təbiətdən, insan zəkasından alan bu sənətin zaman-zaman, pilləpillə inkişaf edərək, böyük rəssamların, sənətkarların təffəkkür süzgəcindən keçərək, tarixin aynasında, özünü xalq sənətində yaşadaraq inkişaf etmişdir.
Xədicə Əsədovanın yazdığına görə, xalça naxışları arasında inanclar və totemlərlə əlaqədar tipoloji qrupa daxil olan motivlərə də tez–tez rast gəlinir.Astral inanclarla bağlı təsvirlərə “Malıbəylı” kompozisiyalı xalça- larda daha çox rast gəlinir. Bu cür xalçalarda əsas göllərin içərisində həm günəşi təmsil edən svastika, həm də həndisiləş- dirilmiş “bulud” təsvirləri yerləşdirilir. Bu təsvirlərin qəbiləni, tayfanı ifadə edən əsas gölün içərisində yerləşdirilməsi bu inancların keçmişdə böyük əhəmiy-yətə malik olmasını bir daha sübut edir. Xalçalar üzərində olan bu cür təsvirlərə əsasən göl əkinçiliklə və ya təsərrufatla məşgul olan tayfanı ifadə edir: “Gölün mərkəzindəki günəş odu, alovu, istiliyi, bulud isə suyu – ilkin təbiət ünsürlərinin vəhdətini təmsil edir. Astral inanclarla bərabər tayfalar, qəbilələr, xalqlar arasında müxtəlif inanclar da mövcuddur. Zaman keçdikcə bu inanclar totemlərlə, dini inanclarla əvəz olunur. Əvvəllər müxtəlif allahlara, ruhlara inananlar artıq müxtəlif totemlərə inanırlar. Bir çox hallarda günəşi xarakterizə edən bu cür totemlərə “tovuz quşu”, “şir”, “keçi” və s. heyvan fiqurları daxil idi. Xalçalar üzərində isə bü cür totemlərlə bağlı olan elementlərə tez–tez rast gəlinir”.
İstər Gəmiqaya, istərsə də Qobustan qayaüstü təsvirlərində, eləcə də o dövrün keramika və tətbiqi sənət nümunələrində keçi ilə ulduzun qoşa təsvirlərinə çox sıx-sıx rast gəlinməkdədir.
Sözügedən təsvirlərdə ulduz, bəzən xaç, bəzənsə svastika formasında olur. Bu tip piktoqrafiya nümunələrinin önəmi ondadır ki, onlar xalq arasında geniş yayılmış “Təkə Ülkərə (ulduza) baxan kimi baxmaq” ifadəsini əks etdirir. Əslən Qərbi Azərbaycandan olan Meğri rayonunun Lök (indi Vartanazor) kəndindən olan Babayev Qurban Xanəli oğlunun (1959) bizə verdiyi şifahi məlumata görə, təkələr yalnız Ülkər ulduzu peyda olanda dişi keçilərə yaxınlaşırlar. Bu üzdən də təkələr həmişə ildə sadəcə bir neçə gün görünən bu ulduzu gözləyir və o çıxdıqda gözlərini ona dikirlər.
Maraqlıdır ki, bənzər motivə təkcə qayaüstü rəsmlərdə deyil, xalçalarımızda da rast gəlinir ki, bu da bizə motivin bilavasitə əski türk dünyagörüşü ilə bağlı olduğunu bir daha əsaslı surətdə sübut edir. Xalçalarımızda Tunc dövrünə aid edilən başqa qayaüstü rəsmlərdən tanıdığımız digər piktoqrafik motivlər də geniş yayılmışdır
Lakin onların bu günə qədər donuq şəkildə olsa da, xalçalarda işlənmə gələnəyi göstərir ki, vaxtilə informativ yük daşıyan həmin işarələr Azərbaycanda geniş yayılmışdır… Xalça uzmanı L. Kərimovun əksər bölgələri əhatə edən “Azərbaycan xalçası” kitabından loqoqram, damğa və runik işarələrə aid seçib verdiyi örnəklər runik yazının Qafqaz mənşəli ehtimalı üzərində ciddi düşünməyə əsas verir.
Bəzi xalça naxışlarının vaxtilə damğa hərf olmasını görmək üçün onları runik yazıdakı eyni işarələrlə müqayisə etmək kifayətdir. Naxışların xalçada tam olmayan bu örnəyi də aydın göstərir ki, runik yazı xalça sənətində geniş işlənmişdir”.
Üzərində müxtəlif damğa təsvirləri olan Azərbaycan xurcunu
Tədqiqatçı S.V. İvanovun təbirincə desək, milli ornament hər bir xalqın bədii mədəniyyətinin yüzillərlə yaşayan ən dözümlü elementidir. Bu baxımdan kökü Neolit-Eneolit dövrlərinə qədər uzanan, Tunc dövründə yeni elementlər qazanan piktoqrafik və ideoqrafik mahiyyətli xalça naxışlarımız da istisna deyildir. Eyni sözləri qayaüstü rəsmlər və damğalar haqqında da demək mümkündür. Məhz bu rəsm və damğaların sayəsində Kür-Araz mədəniyyəti dövrü maldarlarının Gəmiqaya (Azərbaycan) – Timərə (İran yaylası) – Saymalıtaş və Tenir Too (Qırğızıstan) istiqamətində, eləcə də digər istiqamətlərdə gerçəkləşdirdikləri miqrasiyalarını izləmək mümkündür.Bu məlumatlar Şis(ə) peyğəmbərin əsasını qoyduğu toxuculuğun da bizə məxsusluğunu təsdiq edir.
Həzrəti Hud(ə) ticarətin əsasını qoyan elçi olmuşdur.Azərbaycan və bütövlükdə türk dünyasının tacirlik ənənəsi və məşhur İpəkyolu ticarət yolunun də bizə məxsus olması, eyni zamanda tacirlərin gecələmələri üçün karvansaraların ta qədimdən mövcudluğu bu sənətin bu gün də bizdə geniş yayılmasının göstəricisidir.
Aşağıdakı şəkildəki ağça (axça), manat, qızıl, tümən kimi numizma-tizmlərin kök morfemi tarixi-dialektoloji istiqamətdən təhlil olunmuşdur. Araşdırma nəticəsində qeyd olunan numizmatizmlərin kök morfemlərinin, həmçinin şəkilçilərinin xalis türk mənşəli olması dialekt materialları və dil tarixi nümunələri əsasında sübut olunmuşdur. Eləcə də axça, manat, qızıl, tümən kimi numizmatizmlərin semantik dəyişmələri məsələsinə də aydınlıq gətirilmişdir. Arxaizmə çevrilmiş bu sözlər bədii dil nümunələrində, həmçinin tarixi sənədlərdə qalmışdır. Söz itə bilməz. Xalq sözü qoruyub yaşadır.
Azərbaycan dilində ilk bazar münasibətləri al-ver adlanmışdır. Dinamik bir proses olan bazar anlayışını xalq özü bildiyi kimi feili kök morfemlərdə tapmışdır. Çoxmənalı al morfeminin bir mənası da ‘götürmək, əlinə götürmək’ deməkdir. Ver kök morfemi də müvafiq olaraq əlindən qarşı tərəfə ötürmək, təqdim etmə mənası verir. Deməli, al-ver sözü pulun meydana gəlməsinə qədərki zaman malın mübadiləsi prosesini əks etdirir. Söz isə zaman keçdikcə mənaca daha da genişlənir və ərəb mənşəli ticarət sözünü canlı danışıqda üstələyir. Beləliklə, alverçi – ‘tacir’, alış-veriş mərkəzi – ‘ticarət mərkəzi’, alış-veriş – ‘ticarət’ kimi alınmaları əvəz edir. Qeyd etmək lazımdır ki, diaxronikdialektoloji aspektdən bazar sözünə morfonoloji yanaşmada bir sıra maraqlı cəhətlər ortaya çıxmışdır. Bazar sözünün morfonoloji incələmədə “baz” kök morfemin “mübadilə məqsədi ilə sövdələşmə” mənasının Muğan qrupu şivələrində qorunduğu ortaya çıxmışdır: – Eşitdim öyü bazzaşmısan? – Yox, bazzaşmaduğ (danışıqdan – Neftçala r-nu); -“ar” morfeminə gəldikdə isə deməliyik ki, bu leksik şəkilçi morfemin feildən isim düzəltməsi daim məhsuldar olmuşdur. Sözsüz ki, bazar münasibətlərinin reallaşması pulun meydana gəlməsi ilə bağlı olmuşdur. Azərbaycan dilində pul — onun, nominal dəyərin formalaş-masına qədərki vaxtadək hazırlandığı materialın əsasən rənginə görə adlandırılmışdır: ağça, qızıl, (altun – türkcə) və s. Yaxın keçmiş zamanda da eyni faktın şahidi olmuşuq: ağ manat, göy beşlik, qızıl onluq, qırmızı onluq və s. Analoji vəziyyət bu gün də canlı danışıqda jarqon və loru söz səviyyəsində işlənir: ağ pul, qara pul, göy (ABŞ dolları) və s. Göründüyü kimi, bəzi numizmatizmlərin diaxronik-dialektoloji cəhətdən araşdırılması tarixən Azərbaycanın iqtisadi-siyasi cəhətdən nə dərəcədə sərbəst imkanlara malik olmasını bir daha sübut edir. Fikrimizi araşdırma üçün nəzərdə tutduğumuz aşağıdakı numizmatizmlər də təsdiq edir. Axça//ağça Azərbaycan dili şivələrində, əsasən arxaizm və ya metaforikləşmiş variantlarda həm pul, metal pul, gümüş pul kimi, ümumişlək söz kimi, həm də balığın pulcuğu mənasında işlənir. Ağ (VC) rəng bildirən sifət və -ca qüvvətləndirici şəkilçiləşmiş ədat morfemdən ibarət olan bu sözün canlı danışıqda yalnız metaforikləşmiş pul anlayışı bildirməsi müşahidə olunur. Kasıb axça tapdı, boğ ça tapmadı məsəlində axça və boğça sözlərinin fonomorfoloji uyğunluğundan başqa, semantik əlaqələnməsi də müşahidə olunur: Axça – pul; boğça – pulun qorunduğu bükülü parça. Əslində boğ(x)ça – boğça ‘qadınlara məxsus səliqə-sahman’ mənasında metaforiklik qazana bilmişdir. Türk mənşəli numizmatizmlərin tarixi-dialektoloji araşdırılması Azərbaycanın qədim ticarət ənənəsi və dövlətçilik tarixi olan bir ölkə olmasını bir daha təsdiq edir.
Həzrəti Nuh(ə) dülgərlik sənətinin banisidir. Zəngəzurdakı Nüvədi kəndinin adının Nuh(ə) peyğəmbərlə bağlı olmasını təsdiqləyən Peyğəmbər İzi və Gəmidüzü toponimlərilə yanaşı, Nuhun(ə) tarixdə iz qoyan gəmisinin tufana, qayalara qarşı sərt, dözümlü ağaclardan düzəldilməsi olmalıdır ki, Nüvədi(Nuhvadi) kəndinin meşələrində dözümlü ağacların mövcudluğu buna əyani sübutdur.
Həzrəti Yusifin(ə) saatı ilk icad edən peyğəmbər olduğu bildirilir. Onun da soykökünün bizim əcaddlarımızdan olmasını görkəmli mixioloq (mixi yazılarının araşdırıcısı) Tariyel Azərtürkün tədqiqatlarında qədim OğAz/Oğuz türkcəsində oxunan mixi yazılarda rast gəldiyi aşağıdakı şəkildə yalqız mıx (SOLDA) 1 işarəsidir. 1 mıx – şaquli şəkildə. İki mıx yan-yana -2; 3 mıx yan-yana 3; artıq 4-üçün yerə qənaət məqsədilə mıxları ikimərtəbəli düzürlər. Altda iri və qısaqollu bir mıx, üstündə 3 rəqəmi göstərən 3 mıx və s.
Sağdakı iri mıx 60 işarəsidir. Babalar bizdəki onluq sistemindən fərqli olaraq, sayda altmışlıq sistemindən istifadə ediblər. Odur ki, bu işarənin öz xüsusi çəkisi olub. 60 rəqəmini görünür çevrənin uzunluğu kimi; 1-ə, 2-yə, 3-ə, 4, 5, 6, 10, 12, 15, 20, 30, 60-a qalıqsız bölünən rəqəm kimi (suda çox asan həll olunan şəkər kimi ; saatın 60 dəqiqəsi kimi, dəqiqənin 60 saniyəsi kimi və s
SAAT sözüni ərəbə biz vermişik. 3000 il öncə ulu Şairimiz Şəmsi Ədəd Abidə bu sözə rast gəlinir:
Səə əveylim SAATI ikbəyəm mən! – Sənin bu vaveyla saatında bərk qəzəbliyəm (düşmənə) mən!
Babalarımız kor-korana yaşamayıblar. Vaxtı biliblər, onu izləyiblər. Saatı ilk icad ediblər. Günəşin, Yerin hərəkət etdiklərini biliblər.
Bir də BİKƏ adlı şairəmizdə ŞƏM sözü işlənib:
Şəmni kirit, Dan atdı inə (yenə).
Şabatın xuşi inə, Şəmni kirit!
Dan atdı.
Bütün dünya qəbul edir ki, dəmirin ilk istifadəçisi Oğuz türkləri olmuşdur. Belə ki, dəmiri ilk icad edən və dəmirçi sənətinin insanlar arasında yayılmasını təmin edən həzrəti Davud(ə) olmuşdur. Bu sənətin bu gün də bizdə və digər türksoylu xalqlarda varlığı Davud(ə) peyğəmbərin türksoylu olmasının dəlilidir. Eyni zamanda Davud(ə) peyğəmbərin gözəl səsi olmuşdur. Ona endirilən “Zabur endirilən
ayələri gözəl səsiylə oxuyarmış. Mən hesab edirəm ki, İlahi musiqi olan Muğam, əslində İlahi Məqamdır və “Zabul” segahı “Zabur” kitabıyla və Davud (ə) peyğəmbərlə bağlıdır.
Həzrəti Süleyman(ə) misgərlik və dəmirçilik sənətinin insanlar arasında yayılmasına xidmət göstərən peyğəmbərdir. İraq ərazisində türkmənlərin yaşadığı Süleymaniyyə şəhəri heç şübhəsiz Həzrəti Süleyman(ə) peyğəmbərin adını daşıyır. Odur ki, Azərbaycan (Şəki,İsmayıllı və s. rayonlarda bu sənət bu gün də yaşayır) və bütövlükdə türk dünyası bu materiallardan istifadə edərək istər məişət, istərsə də hərbi alətlər düzəldilməsi və döyüşlərdə zirehli geyimlərdən istifadə tarixin danılmaz faktlarındandır. Bunu həm də arxeoloji qazıntılar da təsdiq edir.
“Qurani-Kərim”də haqqında bəhs edilən Həzrəti Loğman Allah tərəfindən ona bəxş edilən xüsusi bir qabiliyyətlə—bitkilərlə müalicə üsulu ilə, xəstələrə şəfa verib və bunu insanlar arasında yayıb. Bitkilərlə müalicənin ta qədimdən bu günə kimi “türkəçarə” adlanması (türksayağı çarə,əlac) Həzrəti Loğmanın da milli mənsubluğunun Azər-Türk soyundan olması şübhə doğurmur.
Digər maraqlı cəhət odur ki, peyğəmbrlərin(ə) bir çoxu qoyunçuluqla məşğul olmuşdur. Qoyunçuluq daha çox türklərə xasdır və Ərəbistan kimi isti yerlərdə qoyun saxlamaq mümkün deyildir.`Heyvandarlıqla məşğul olan türklər isti aylarda yaylaqlara köçdüyündən tərəkəmə, köçəri kimi də tanınmışlar.
Azərbaycan ərazisində yaşayan peyğəmbərlərdən qalan sənətlər ölkəmizdə daha qədim və inkişaf etmiş səviyyədə olmuşdur.
Nuh(ə)-ın oğlu Sam(ə) peyğəmbərliyin davamçısı olaraq indiki Suriya ərazisində yaşamışdır. Mən əminəm ki, ən qədim mədəniyyət mərkəzlərindən sayılan Şam şəhəri elə onun adını daşıyır. Orada yaşayan insanlar qədimdə Nuh(ə) nəslindən olduğuna görə eyni dildə ünsiyyət qurmuşlar. Fərat və Dəclə çayları, eləcə də o ətrafdakı əraziləri qədim Babil adlandırırlar. Mən iddia edirəm ki, bu gün şumer adlanan və tufandan sonra Azərbaycandan Samın başçılığı Dəclə və Fərat çayları arasındakı ərazilərdə məskunlaşan və SAMƏR( Sam insanı), SUMER, ŞUMER kimi tanınmışlar. Nuh(ə) peyğəmbərin Yafəs adlı oğlundan törəyən nəsil Türklər adlanmış və eyni dil qohumluğu olan və Şumerlərlə birlikdə hər ikisi də AZ nəslindən gəlmədir.
Sonralar yaranan xalqlardan biri olaraq, bədəvi ərəblərin Babildən sıxışdırıb çıxardıqları Etrüsklar, Ete Elinə, indiki İtaliyaya köçməli olmuşlar. Bəzi tədqiqatçılara görə Babilan patriarx xalqın məkanı deməkdir. Çünki bu günkü Roma(Vatikan) Papası elə türkcədən Baba sözündən yaranmışdır. Samdan (ə) başlayaraq son peyğəmbər Həzrəti Məhəmmədə(s.ə.s.) qədər peyğəmbərlər fəaliyyət göstərmiş və tək allahlığı təbliğ etmişlər. Tək allahlıq isə hər kəsdən öncə OğAzlara/Oğuzlara aid olduğundan peyğəmbərliyin o soydan olması şübhə doğurmur.
Tarixi mənbələrdəki Kuti imperatorluğunun (e.ə 2200-e.ə 2109) paytaxtı olmuş bugünkü Kərkük şəhərinin tarixi bilinməyən dövrlərdən oğuz-türkmənlərlə məskun olması faktı da, kutilərin qədim oğuzlar olduqları barədə söylənilən fikirlərə haqq qazandırmaqdadır. Hər halda, fakt budur ki, Kərkük oğuzlarının guya həmin əraziyə Səlcuqlar və ya Abbasilər dövründə gəldikləri, ondan öncə sözügedən ərazidə türklərin yaşamadığı barədə fikirlər özünü doğrultmur.
Çünki cahiliyyə dövrü, yəni islamaqədərki ərəb ədəbiyyatında, o cümlədən Aşa və Nabiğa kimi şairlərin şeirlərində türklərdən bol-bol söhbət açılmaqda, tarixi mənbələrdə Həzrət Peyğəmbərimizin (s) səfərlərə çıxdığı zaman türk çadırında yaşadığı barədə məlumatlar bulunmaqdadır (Turan, 1993, s.22). Bu məlumatın özü də təsdiq edir ki, o zaman sayı çox olan oğuz türkləri islamı könüllü qəbul etmişlər,eyni zamanda hz. Peyğəmbər(s) kökünün türk olduğuna və türklərə daha çox etibar etdiyinə görə onların çadırlarında qalırmış. (Burada bir haşiyə çıxaraq bir məsələyə toxunmaq istərdim. Məlumdur ki, ərəblər qeyri-ərəbləri əcəm adlandırırdılar. Ərəblərin Məhəmməd(s) peyğəmbərin vəfatından sonra ölkədəki türkləri sıxışdıraraq türklərin Məhəmməd(s) peyğəmbərə dəstəyini tarixdən silməyə çalışmışlar. Bundan istifadə edən farslar, əcəm qismində özlərini Əhli-Beyt tərəfdarları kimi təqdim etmişlər. Əslində şiələr, o zaman Ərəbistandan sıxışdırılıaraq çıxarılan oğuz türkləri idi. Bunu hələ də İraqda və Suriyada yaşayan türkmənlərin də şiə olması təsdiq edir. Digər sübüt Əhli-Beyt(ə) və imamların(ə) nəslinin əsasən, Şimali və Cənubi Azərbaycanda (istisna hal kimi Orta Asiyada və Əfqanıstanda) məskunlaşması onların məzarlarının ziyarətgahlara çevrilməsidir. Bəlkə də bu səbəbdən Səfəvilər (Qızılbaşlar) şiəliyi yaymaq niyyətiylə sünni təriqətlərinə, hətta Türkiyəyə da qarşı savaş açmışlar.)
Qiblə məsələsinə gəldikdə islam dinini elan etməzdən əvvəl Məhəmməd peyğəmbər (s.ə.s.) ibadət edərkən üzünü Qüdsə(Beytül-Müqəddəsə) tutarmış. Çünki ondan əvvəlki peyğəmbərlərə–
həzrəti Musaya(ə) və həzrəti İsaya(ə), iman gətirən yəhudilərin və xristianların qibləsi, ibadət yeri ora sayılırdı. Amma yəhudilər müsəlmanların üzü oraya ibadət etməsinə etiraz etdiklərinə
görə sonradan Məkkə qibləyə çevrildi. Buradan belə nəticəyə gəlmək olar ki, Allahın Elçisi harda olubsa ora qiblə sayılıb.
Nuh(ə) peyğəmbərin məzarının Sovet dönəmindəki şəkli
Nuh(ə) peyğəmbərin təmir olunmuş məzarı ziyarətgaha çevrilib
Sonuncu peyğəmbər(s) Məkkədə doğulduğuna görə indi ora müsəlmanlar üçün əbədi qiblədir.
İlk əcdadımızın şərəfini özünə qaytaraq
Bizim əcdadımız Nuh peyğəmbərdirsə, Nuh peyğəmbərin əcdadının da Həzrəti Adam/Adəm olmasını nəzərə alsaq, deməli Nuh peyğəmbərin zamanındakı “Tufan hadisəsi”nə qədərki əcdadlarımız AZOĞ adıyla, “Tufan hadisə”sindən sonrakı əcdadlarımız isə məhv olmuş əcdadlarımızın AZOĞ-ların adlarını yaşatmaq üçün OĞAZ/OĞUZ adını qəbul etmişlər(Əli Vəlioğlu–Vəli Əlioğlu,Fazil Nadiroğlu–Nadir Faziloğlu və s. kimi) .
Ulu əcdadlarımızın hər şeyi öz adıyla çağırmaq və hər adın da öz məna yükünü səciyyələndirməsi baxımından daş yazılarda, toponim-lərdə yaşadıb bizə miras qoyduqları AZ sözü mənasız bir söz ola bilməzdi və babalarımızın istər öz kimliklərini yaşadan, istərsə də yaşadıqları ərazilərə verdikləri adların düzgün açılışında bizim tariximiz yatır. O tarixi öyrənib, ortaya çıxara bilsək, bəlkə özümüzü dərk edərək yüksəlişə keçərik.
Siciliyalı Diador iskitlərdən söz açarkən onların ilk öncə Araz çayı sahilində yaşadıqlarını, buradan Misir, Hindistan və Trakiya tərəflərə yayılaraq bütün bu ərazilərin hakiminə çevrildiklərini yazır. Geneteklərin bəzi Misir fironları üzərində apardıqları genetik araşdırmalar onların R1b haloqrupuna(qıpçaqlar) aid olduqlarını, yəni türk genləri daşıdıqlarını və Misirə Qafqazdan gəldiklərini göstərməkdədir. Maraqlıdır ki, Hindistanın ən yüksək kastalarına mənsub insanlar içərisində də önəmli miqdarda R1a(Oğuzlar) geni tapılıb. Genetika elmi Siciliyalı Diadorun yazdıqlarını təsdiq edir.
Bundan əlavə Norveçli səyyah Tur Heyerdalın araşdırmalarına görə onların əcdadları olan Oserlər elə buradan gəmi ilə oraya gedən Azərlərdir.
11 iqlim tipindən 9-una, yeraltı, yerüstü sərvətlərə, təbii yanar od mənbələrinə malik, bu günə kimi “ADAM” sözünün yaşadığı, Yerin cənnəti olan Azərbaycan ilk insanların vətənidir.Yunanlarıın Antik dövrdəki şairi Esxilin “Zəncirlənmiş Prometey” əsərində Prometeyin İnaxın qızı İo-ya:”xeyli getdikdən sonra o dağların sultanı Qafqaza yetişərsən, yamyaşıldır hər yanı” misraları Qafqaz adının eramızdan əvvəl də məşhur olduğunu göstərməklə, yanaşı bu adı o dağa verən ulu xalqın olmasını və odun məhz buradan aparıldığını da təsdiqləyir.
AZ-lar əvvəllər piktoqramla (şəkilli yazılarla–Gəmiqaya,Qobustan) daha sonra hərfi yazılarla (Gil yazıları,Mıxı yazıları, Qarqar yazıları, Orxon-Yeniseydəki “Az budun yağı buldu” kimi yazılarla tarixdə iz qoymuşlar.
Bir halda ki, Azərlər və Türklər Həzrəti Nuh(ə) peyğəmbərin nəslindəndirlər, bu faktın özü düşünməyə əsas verir ki, Yer üzünü su basarkən Nuhun (ə) gəmisində xilas olan adamların indiki sivilizasiyanın əsasını qoyduqlarını qəbul edək. Bu da bizim Azərbaycanın payına düşür. Ona görə də onun ən qədim insan məskənlərindən biri olduğunu düşünməyə haqqımız var. Yəni “Dünya suqabarması” çəkildikdən sonra vətənə bağlı olan əcdadlarımızın bir hissəsi öz yurdlarına qayıtmışlar və AZ-ların törəmələri kimi özlərinə OĞAZ/OĞUZ adı verərək tarixdə iz qoymuşlar. Vətənə,yurda bağlılıq bu gün də bizim qanımızdadır.
Türkoloqların tədqiqtlarına əsasən TÜRK/TÜRÜK sözü TİRRİK-DİRRİK olub HƏYAT,YAŞAM mənası daşıyır(bu açıqlamanın doğruluğuna sübut kimi yenə də Nüvədi/Nuhvadi kəndinin sakinlərinin işlətdiyi “Gal al-ala verax, birrik-dirrik eleyax” məsəlini göstərmək olar ki, mənası “gəl əl-ələ verək birlikdə yaşayaq”dır) bu da mənim, Nuhun(ə) gəmisində xilas olanların yeni həyata başlaması fikrilə üst-üstə düşür. Çox güman ki, Naxçıvandan/ Nuhçivandan indiki Türkiyənin Anadolu vilayətinə üz tutaraq, məskunlaşan əcdadlarımız daha çox TÜRK adıyla tanınaraq qədim Babilistana qədər yayılmışlar.
İlk insanların vahid dildə danışmasını din və elm təsdiqləyir. Bu səbəbdən də dünyanın bir çox yerlərində tapılan qədim yazılardakı oxşarlıq və sözlərin də bizim dilimizə uyğunluğu olsa da vahid dil barədə dünya alimlərinin hamı tərəfindən qəbul edilmiş ümumi bir rəy yoxdur. Bilsələr belə qısqanclıq hissi imkan verməz ki, onlar həqiqəti desinlər. Əgər AZ-larla baglı böyük coğrafiyanı əhatə edən, hətta ASİYA/ AZİYA/ AZ-UYA qitəsinin belə AZ-larla bağlılğı varsa və babalarımızın qoyduqları toponim, oronim və hidronim və s. adları əski dilimizlə bu günkü dilimizin differensasiya fərqinə baxmayaraq başa düşürüksə, deməli ADAM/ADƏMdən (ə) Nuha(ə) qədərki insanlar AZ OĞ, fərdlərə isə AZAR və AZƏR deyilməklə Az insanı kimi fərqləndirmişlər və dil də AZ AR/AZ ƏR DİLİ olub. Böyük Tufan hadisəsindən sonra xilas olan az sayda insan özlərinə ARAZ/ƏRAZ demişlər Azər adı isə şəxs adlarına çevrilmişdir. Bu ad ən çox bizdə işlənir, bizə məxsusdur. Hz. İbrahim (ə) peyğəmbərin atasının adında da Azər olduğunu qeyd etmişdik. Min illər ötdükdən sonra ƏRAZ xalqı da Türk kimi tanındığına görə Araz adı da şəxsi adlara çevrilmişdir.
İlk insan olan Həzrəti Adamla ondan törəyən insanlar özlərinə ar/ər deyərək Hz. Adamın ayrıcalığını və böyüklüyünü qorumuşlar. Çünki Adamdan olan adam dedikdə həm zat-kök itir, həm də söz və şəxsiyyət ucuzlaşır. AR/ƏR sözünün ikinci mənası isə igid, mərd olması hamıya məlumdur. Odur ki AR/ƏR sözünün iki dəfə təkrarlanaraq deyilməsindən yaranan adların da əcdadlarımızla bağlılığı heç kəsdə şübhə doğurmamalıdır. (Q)AR(Q)AR, ARARAT, AR(A)RAN/ƏRRAN, TƏRTƏR və s., həmçinin babalarımızın hər hansı döyüşə girərkən “ARARLAR/ ƏRƏRLƏR gəlin, ARARLAR/ƏRƏRLƏR vurun” deyimindəki AR/ƏR sözünün iki dəfə səslənməsi İGİD İNSANLAR mənası verdiyindən bu deyimdən yaranan nə varsa əcadlarımızdan miras qalıb (H.Vəli “Nüvədi kitabələri”ndə bundan bəhs edib.) Bu günkü dilimizdəki ərənlər sözü ararlar/ərərlər sözünün sinonimidir, desək yanılmarıq.
OĞ AZ-lar Naxçıvan/Nuhçivan, Zəngəzur/ZƏNGAZAR (AZARIN Zəngi boyu), ümimiyyətlə Qərbi Azərbaycan, Cənubi və Şimali Azərbaycanın əvvəlki sərhədləri daxilində — Xəzər dənizi ətrafında məskunlaşmışlar. Xəzər dənizinin şimal və cənub istiqamətlərindən Orta Aziyaya köç edən OĞAZ-lar oradan Altay ətrafı və daha da şərqi ərazilərə səpələnmişlər .
OĞAZ/OĞUZ nəslindən olan Hz.Nuhun(ə) Yasəfdən olan nəvəsi Türkün (tirrik-dirrik sözündən yaranıb–yaşam, həyat mənası verir) törəmələri Anadolu və indiki Türkiyə və Babilə doğru yayılmışlar.
Min illər ərzində eyni soydan olduğumuza görə bizə həm AZAR/AZƏR həm də TÜRK deyilib. Bu günkü AZƏRLƏR və TÜRKLƏR bir atanın övladlarıdır. İki qardaş kimi adları başqadır. Amma ümumi adı AZOĞ, fərdi adı AZAR/AZƏR olub, bu gün AZARLAR/AZƏRLƏR(yeri gəlmişkən HAZARLAR/XƏZƏRLƏR də o soydandır) adlanan bizlərin tarixi bəşər tarixiylə eynidir. Bunu AZIX (AZOĞ) mağarasındakı arxeoloji tədqiqatlar — “Quruçay mədəniyyəti”, yuxarıdakı tarixi, dini məlumatlar və toponimlər təsdiq edir. İndi deyin görüm biz ulu babalarımızın bu günə qədər yaşatdığı AZAR/AZƏR adından imtina etməklə acılı-şirinli, lakin qədim tariximizi yadlaramı bağışlayaq. Onsuz da düşmənlərimiz tariximizə sahib çıxmaq üçün belə fürsət axtarırlar. “Keçmişinə güllə atanın gələcəyini topa tutarlar.”
Təəssüf ki, ulu babamız Hz.ADAMIN/ADƏMİN(ə) adının min-min illər ərzində kiçilərək özümüzə yad söz kimi qayıtması tarximizin üzqaraldan məqamlarındandır. Hər şey burdan başlayır. Əgər biz özümüz əvvəlki sözlərimizi dilimizə bərpa etsək, həm tariximizi bərpa etmiş olarıq, həm də
ULU ƏCDADIMIZ HƏZRƏTİ ADAMIN/ADƏMİN(ə) ADINI, ŞƏRƏFİNİ ÖZÜNƏ QAYTARARIQ !
Ravil Cəfərov (Ravil Nuhvadili)
More from my site
- SPİRAL!
- ATALAR SÖZLƏRİMİZ!
- Naxçıvan Arxeologiyası yeni tapıntılar İşığında
- TÜRKƏ AĞI DEMƏK OLMAZ
- MİSİRLİ MAKAMUSUNN! LİŞƏR ADLI ATASI QIZI!
- İşıq işıqdan ayrılmaz! İşıq kölgəyə çevrilməz!✨✨✨.
Türk folkloru: Yaxın və uzaq tarixim
Türk folklorunun ayrılmaz tərkib hissəsi olan və oğuzların tarixi inkişaf mərhələlərini özündə ardıcıl şəkildə əks etdirən oğuz epik ənənəsi türklərin qədim mifoloji dünya görüşünü əks etdirdiyi kimi, onların tarixi yurd yerlərinə, miqrasiya yollarına və ayrı-ayrı dövrlərdə qəbul etmiş olduqları fərqli inanc sistemlərinə də geniş ölçüdə aydınlıq gətirməkdədir. Bir çox tədqiqatçılar türk ədəbi ənənələrinin yaranma tarixini VI-VIII əsrlərlə, başqa sözlə Göytürk dövlətinin tarix səhbəsinə çıxdığı və inkişaf etdiyi dövrlərlə bağlayırlar. Bu fikirdə olan və türk-oğuz epik ənənəsinin formalaşma arealının sözügedən yazıların bulunduğu ərazilərlə bağlayan tədqiqatçıların fikrincə, türk ədəbiyyatı anlayışı bilavasitə Göytürk dövlətinin tarix səhnəsinə çıxması ilə bağlıdır. Belə hesab edilir ki, qədim və orta əsrlər türk yazılı ədəbiyyatı öz kökləri etibarı ilə bilavasitə türk folkloru ilə, xüsusən də qədim türk epik ənənəsi ilə sıx bağlıdır. Odur ki, qədim türk ədəbiyyatının və ümumilikdə yazılı ədəniyyatın öyrənilməsi zamanı onun folklorla əlaqəsinə, eləcə də yazılı mətnlərdə folklor elementlətinin əksi məsələsinə xüsusi fikir verilməlidir. Şübhəsiz ki, qədim türk ədəbiyyatının ən qədim örnəklərinin öyrənilməsi zamanı onun folklorla əlaqəsinə, eləcə də yazılı mətnlərdə folklor elementlətinin əksi məsələsinə xüsusi fikir verilməsinin vacib olduğu barədə söylənilənlər doğrudur. Lakin ən qədim türk mətinləri kimi məhz Göytürk mətnlərini gözdən keçirmək, türk ədəbi ənənələrinin yaranma tarixini VI-VIII əsrlərlə, başqa sözlə Göytürk dövlətinin tarix səhbəsinə çıxdığı və inkişaf etdiyi dövrlərlə bağlamaq, eləcə də türk-oğuz epik ənənəsinin formalaşma arealının sözügedən yazıların bulunduğu ərazilərlə (Monqolustan, Altay, Sibir) əlaqələndirmək yanlışdır. Bunun belə olmadığını son dövrlərdə Azərbaycandan, o cünlədən Qərbi Azərbaycandan tapılan və Göytürk yazılarından çox-çox qədim dövrlərə aid olan və özündə folklor elementlərini birləşdirən əski türk yazı nümunələri sübut etməkdədir .
Deyilənlərə Azərbaycanın türk-oğuz folklorunun, o cümlədən oğuz epik ənənəsinin ilkin formalaşma arealna daxil olduğunu sübut etməkdə olan çoxsaylı faktları da əlavə etmək lazımdır. Bu baxımdan “Alp Ər Tonqa” dastanı deyilənlərə ən gözəl misaldır. Nizami Cəfərov haqlı olaraq yazır ki, sözügedən dastan “ən geci e.ə. I minilliyin ortalarında formalaşmış olsa da, həmin dastandan türkcə çox az şey — yalnız M. Kaşqari “Divan”ında qeydə alınmış ağı qalmışdır. Ancaq güman edilir ki, Turan hökmdarı Alp Ər Tonqa (. İran mənbələrində Əfrasiyab) haqqında həm turanlılar (əslində türklər), həm də iranlılar arasında xüsusi dastan təşkil edəcək qədər əfsanələr, rəvayətlər dolaşmış, Ə. Firdovsi “Şahnamə”ni yazarkən İran mənbələri ilə yanaşı, türk mənbələrindən də istifadə etmişdir”.
Tədqiqatçıların qənaətinə görə, dastanlar qəhrəmanlıq dastanları və məhəbbət dastanları olmaqla iki qrupa ayrılır ki, onlardan qəhrəmanlıq dastanları nisbətən daha qədim hesab olunur. Folklorşünas alimlər hesab edirlər ki, «Azərbaycan məhəbbət dastanları orta əsrlərdə qəhrəmanlıq dastanları əsasında yaranmışdır. Lakin bu, o demək deyildir ki, orta əsrlərə qədər xalqın sevgi hissləri dastanlaşmamışdır. Bilirik ki, dastanlar xalq mənəviyyatının güzgüsüdür. Bu cəhətdən məhəbbət mövzusu dastan yaradıcılığının lap başlanğıcından var olmuşdur. Sadəcə olaraq, orta əsrlər məhəbbət dastanları meydana çıxana qədər məhəbbət motivləri qəhrəmanlıq idealına tabe olmuş və qəhrəmanlıq dastanlarının poetikasında qəhrəmancasına elçilik motivi şəklində ifadə olunmuşdur. «Kitabi-Dədə Qorqud» oğuznamələrindəki sevgi motivlərini xatırlayaq. Burada ülvi sevgi idealı böyük bir coşqu ilə tərənnüm olunur. Lakin bu sevgi motivi məhəbbət dastanlarında olduğu kimi dastan poetikasının aparıcı motivini təşkil etmir. «Koroğlu» dastanının, demək olar ki, bütün qolları toyla – məhəbbətin təntənəsi ilə başa çatır. Lakin burada təsvir olunan sevgi bütün hallarda cəngavər sevgisi olub, qəhrəmanlıq idealına tabedir».
Məlum olduğu kimi, «Oğuznamə»lər tarixi və ədəbi «Oğuznamə»lər olmaqla iki qrupa ayırırlar. Onların hamısı əfsanəvi «əcdad Oğuz kağanın doğulmasını, Günəş işığını təmsil edən birinci arvadı, Ağac və Su ünsürlərini təmsil edən ikinci arvadı ilə evlənməsini, bunlardan Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz adlı altı övladının doğulmasını, bu altı oğuldan da iyirmi dörd oğuz tayfasının yaranmasını nəql edən kosmoqonik miflə başlanır. Bu hekayət, doğrudan da, mifdir. Çünki burada Oğuzun anası Ay kağandır. Arvadları Günəşi, Ağacı və Suyu təmsil edirlər. Altı oğlu da, öz növbəsində, təbiət ünsürlərini təmsil edirlər. Lakin bu hekayət oğuzlar üçün çox müqəddəsdir. Oğuzlar onları, indi bizim başa düşdüyümüz kimi, mif yox, kimdən və necə törəmələri haqqında tarixi həqiqət kimi qəbul edirdilər» .
“Oğuznamə”lərdə oğuzların ümumi əfsanəvi əcdadı və qəhrəmanı kimi çıxış edən Oğuzun altı oğlu (Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz) nizamlı kainat (dünya) yaratmaqla yanaşı, 24 oğuz boyuna başlanğıc verir və ulu əcdad Oğuz xanın bölgüsünə əsasən bozoklar və üçoklar adı altında böyük türk elinin idarəçilərinə çevrilirlər. Bu halda Oğuz xanın özü həm də bir növ hami ruh qismində çıxış edir və bu cür də kultlaşır”.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycandan toplanmış bənzər əfsanə və rəvayətlərin, demək olar ki, hamısı bu və ya digər dərəcədə “Oğuznamə”lərin süjetləri ilə səsləşməkdədir. Onlardan birində deyilir: «Çox əzazil, özündə deyən bir padşah varımış. Bütün adamnar bının əlinnən zağ-zağ əsirmişdər. Bir adamın hünəri nəymiş ki, bınnan icazəsiz cınqırığını çıxatsın. Ta işi o yerə çıxatmışdı ki, özünü allah élan eləmişdi. Hamı da qorxudan bını allah sayırdı.
Əmə bının uşağı olmurmuş. Bı da fikir eliyirmiş ki, bə ölənnən sora taxt-taja kim sahib olacax?
Bir gün bının yanına bir nurani qoca gəlir. Bına bir alma verip deyir ki, ala bını arvadınnan ye, bir oğlun olacax, əmə gərəh oğlan nə desə əməl eliyəsən.
Padşah razılaşır, almanı götürüp arvadıynan yeyir. Bəli, vədə yetişir, bının bir kürəyişütün oğlu olur. Tez qurban kəsillər, sora camahətə əhfalatı deyillər.
Uşağın qırxı çıxannan sora yığışıllar ki, ona ad qoysullar. Elə bu vaxt uşax dil açıp deyir ki, bə mənim adım Uğuzdu. Hamı məhəttəl qalır. İsdiyillər uşağı danışdırsınlar, əmə uşax ta danışmır. Bının adını Uğuz qoyullar.
Bir xeylah keçir. Uğuz on beş yaşına çatır. Bir iyid olur ki, tayı-bərabəri tapılmır. Günlərin bir günü Uğuz cəməhəti başına yığıp deyir ki, bə mənim atam allah deyil, allah göydədi, özü də heş kimin gözünə görsəmməz.
Padşah bını eşidir. Gəlir ki, oğlunu öldürsün. Uğuz atasını öldürür, özü keçir onun yerinə. Deyir ki, hamı gərəh göydəki allahı tanısın. Bınnan sora insanlar həqiqi allahı tanıyıllar».
Rəşidəddin “Oğuznamə”sində Oğuzun soyu da Nuh oğlu Yafəsə bağlanır. Eyni hal Azərbaycandan toplanmış miflərin birində də açıq şəkildə ifadə edilir. Prof. Füzuli Bayat yazır ki, Azərbaycandan toplanmış bir əfsanədə diqqət çəkən yön, Qorqudun atasının, Nuh peyğəmbərin oğlu Yafəsin oğlu Türk olduğu qeydinin tapılmasıdır. Alimin fikrincə, Qorqudun Nuhun nəvəsi olması, bu mifoloji tipi əcdad kultu ilə bağlayır .
Azərbaycanda qurulan ilk türk dövləti, onun qurulma tarixi və ilk xaqanları haqqında dəqiq söz söyləyə bilmək üçün yetərincə yazılı məlumat vardır. Lakin tədqiqatçılar bu məlumatları nədənsə gözardı etmiş və ya onları ciddiyə almamışlar.
Bəxtiyar Tuncay
Comments are closed, but trackbacks and pingbacks are open.