Risklərin idarə olunması
Tel: (+994 12) 496 50 00
Haqqımızda
Pandemiya dövründə müştərilərin filiala girişi məhdudlaşdırılmışdır. Bu səbəbdən onlayn növbədə göstərilən vaxtlarda uyğunsuzluqların yaranması mümkündür.
Haqqımızda
Bank haqqında
2007-ci ildə yaradılmış “PAŞA Bank” ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. Biz, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə – aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.
PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır və aktivlərinin həcminə görə TOP-3 özəl banklar siyahısına daxildir. 30 iyun 2022-ci il tarixinə olan konsolidə olunmuş göstəricilərə görə Bankın kapitalı 536 milyon AZN, aktivlərinin həcmi isə 8,059 mln AZN təşkil edib. Aparıcı banklardan biri olan PAŞA Bank, davamlı və sabit inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir. Rəqəmlərlə bağlı ətraflı məlumatı “Maliyyə hesabatlar” bölməsindən əldə edə bilərsiniz.
PAŞA Bankın baş ofisi Bakıda yerləşir. Bankın paytaxtda və ölkənin bölgələrində ümumilikdə 5 biznes-mərkəzi, 3 filial və 1 mübadilə şöbəsi fəaliyyət göstərir. 2013-cü ildən etibarən Bank Gürcüstanda, 2014-cü ildən isə Türkiyədə təmsil olunur. Törəmə bankları vasitəsilə regional şəbəkə yaradan PAŞA Bank, beynəlxalq və regional əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaradıb. Bununla Bank, bölgənin üç ölkəsində işgüzar prosesləri birləşdirəcək “Bakı-Tbilisi-İstanbul” fəal ticarət üçbucağı yaratmağı planlaşdırır.
“PAŞA Yatırım Bankası” A.Ş. (Türkiyə törəmə şirkəti) öz fəaliyyətini sağlam maliyyə bazası olan, qətiyyətlə inkişafa doğru irəliləyən və həm müştərilərinin, həm də əməkdaşlarının gələcəyinə dəyər qatan beynəlxalq bir bank olmaq istiqamətində qurub. Bank, korporativ və kommersiya bankçılığı, investisiya bankçılığı, regionlararası əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, konsultasiya xidmətləri, yerli valyuta mübadilə əməliyyatları, lizinq xidmətləri və digər bank xidmətləri göstərməklə fəaliyyətini sürətlə genişləndirməkdədir.
“PASHA Bank Georgia” SC (Gürcüstan törəmə şirkəti) korporativ və investisiya bankçılığı sahəsində iri, orta və kiçik müəssisələrə xidmət göstərir. Bank, müştərilərin maraqlarını korporativ strategiyanın əsas elementi müəyyən etməklə davamlı yüksəlişə hədəflənən fəaliyyət istiqaməti seçib. Bank, kredit, depozit, ticarətin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatları (qiymətli kağızlar, valyuta mübadiləsi, forvard, svap, opsion) internet bankçılığı və digər məhsullar təklif edir.
PAŞA Bank, dəfələrlə maliyyə yönümlü beynəlxalq kütləvi informasiya vasitələri tərəfindən investisiya, özəl-bankçılıq xidmətlərinin təklifi, KSM proqramı və s. İstiqamətlər üzrə Azərbaycan bazarının lideri kimi tanınıb. 2011, 2012 və 2013-cü illərdə PAŞA Bank, “EMEA Finance” tərəfindən “Azərbaycanın ən yaxşı investisiya bankı” elan olunub. Həmçinin PAŞA Bank, 2013-cü ildə “World Finance” tərəfindən “Best Private Bank in Azerbaijan” mükafatına və “Europe Banking Awards 2012” çərçivəsində özünün Korporativ Sosial Məsuliyyət proqramına görə “Avropada ən yaxşı bank” adına layiq görülüb. Həmçinin dünyanın aparıcı maliyyə institutlarından biri olan “Commerzbank AG” tərəfindən təsis olunmuş xüsusi “Trade Award” mükafatı 2014-cü ilin yekunlarına görə ticarətin maliyyələşdirilməsi sahəsində Azərbaycanın ən fəal bankı kimi PAŞA Banka təqdim olunub. 2014-2015-ci illərdə “EMEA Finance” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” nominasiyasında qalib kimi PAŞA Bank seçilib.
2016-ci ildə Bank, “World Finance” jurnalı tərəfindən “Ən yaxşı bank qrupu” və “Ən yaxşı kommersiya bankı”, “Global Finance” jurnalı tərəfindən isə “Ən yaxşı bank” mükafatları ilə təltif olunub. 2017-ci ildə PAŞA Bank, “EMEA Finance” tərəfindən “Azərbaycanın ən yaxsı bankı”, “Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ Sosial Məsuliyyət proqramı” və “Azərbaycanın ən yaxşı investisiya bankı”, “Global Finance” və “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxsı bankı” adlandırılıb. 2018-ci ildə PAŞA Bank, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birgə təşkil olunan müsabiqə çərçivəsində “Təmassız POS terminal infrastrukturu üzrə lider bank”, “Global Finance” tərəfindən “Azərbaycanın ən yaxşı bankı” və “Ən yaxşı özəl bank”, “The Banker” tərəfindən “İlin bankı” adlarına, eləcə də “Sap Value Award” mükafatına layiq görülüb. Bununla yanaşı, “World Finance” jurnalı PAŞA Bankı 2018-ci il üçün “Azərbaycanın ən yaxşı kommersiya bankı” mükafatı ilə təltif edib.
2019-cu ilin yekunlarına görə PAŞA Bank “Korporativ Sosial Məsuliyyət proqramı” və “Ən fəal təhsil dəstəkçisi”, 2020-ci il ilin nəticələrinə əsasən isə “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Elektron Bankçılıq”, “Korporativ Sosial Məsuliyyət” və “Ən fəal təhsil dəstəkçisi” nominasiyaları üzrə qalib seçilib. Eyni zamanda, PAŞA Bank, “İnternet bankçılıq xidməti üzrə lider bank”, “Təmassız ödənişlər üzrə lider bank” və “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” elan edilib.
2020-ci ildə “EMEA Finance” jurnalı tərəfindən PAŞA Bank “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı investisiya bankı” kimi fərqləndirilib. Həmçinin Bank, Mərkəzi və Şərqi Avropa və MDB ölkələri bazarlarında fəaliyyət göstərən maliyyə qurumları arasında “Ən yaxşı bank məhsulu” və “Ən yaxşı Korporativ Sosial Məsuliyyət proqramı” nominasiyalarının qalibi də seçilib.
2021-ci ildə Bankın “Onlayn kredit” məhsulu regionda KOS üçün “Ən yaxşı bank məhsulu” seçilib. Eyni ildə Azərbaycanda POS-terminal dövriyyəsinin həcminə görə PAŞA Bank “Best F2F Acquirer” adına layıq görülüb.
Beynəlxalq reytinq:
“Standard & Poor’s” agentliyi, fevral, 2023 il: uzunmüddətli “B+” / qısamüddətli “B”
“Standard & Poor’s” agentliyi, iyun, 2022 il: uzunmüddətli “B+” / qısamüddətli “B ”
PAŞA Bank bu gün 1.200 nəfərdən çox ixtisaslı əməkdaşın daxil olduğu beynəlmiləl komandadır. Biz, Bankın ən iri regional maliyyə təşkilatlarından birinə çevrilməsi üçün çalışır, beynəlxalq standartlara uyğun məhsul və xidmətlər təklif edirik. Biz, Azərbaycanda iri investisiya holdinqi kimi tanınan və sığorta, tikinti, turizm və biznesin digər istiqamətlərində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsiyik. Biz, Azərbaycanın ən gənc, eyni zamanda, ən iri banklarından biri olaraq daim əlimizi maliyyə və texnoloji dəyişikliklərin nəbzində tutur, bazarın müasir tendensiyaları ilə ayaqlaşmaqla, müştərilərimizin üstünlük verdikləri məsələlərdə məmnuniyyəti daha da artırmaq üçün beynəlxalq təcrübəni və ən yeni texnologiyaları inamla mənimsəyirik.
*1 USD – 1.7 AZN (28.02.2023)
PAŞA Bankın dividend siyasəti
1. Dividend Bankın xalis mənfəətinin səhmdarlar arasında onların sahib olduqları səhmlərin sayına mütənasib surətdə bölüşdürülməsi üçün nəzərdə tutulan hissəsidir.
2. Bank aşağıdakı hallarda dividendin ödənilməsini təmin edir:
– Bankın maliyyə vəziyyəti stabil və/və ya müsbət qiymətləndirildikdə, həmçinin inkişaf perspektivi olduqda;
– Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dividendin ödənilməsi üçün hər hansı qadağa olmadıqda;
– Bankın Səhmdarlarının Ümumi Yığıncağının müvafiq qərarı qəbul olunduqda.
3. Mənfəətin (müvafiq vergilər çıxıldıqdan sonra) və ya onun müəyyən faizinin dividend olaraq ödəniləcək hissəsi müəyyən olunmuş qaydada hesablanır və Bankın Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən təsdiq olunur.
4. Dividendin ödənilməsi barədə Səhmdarların Ümumi Yığıncağı tərəfindən müvafiq qərar qəbul olunmazdan əvvəl, AR Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunaraq dividendlərin ödənilməsi üçün yazılı razılıq alınır.
5. Səhmdarların Ümumi Yığıncağı tərəfindən fərqli qayda müəyyən edilmədikdə, dividendin ödənilməsi qərarın qəbul olunduğu tarixdən sonrakı 10 iş günündən artıq olmayan müddət ərzində həyata keçirilir.
(yenilənmə tarixi 05.11.2020)
Korporativ video çarx
Bank rekvizitləri
Bankın hüquqi ünvanı və rekvizitlər:
Tam adı – “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyəti
Qısaldılmış adı – “PAŞA Bank” ASC
Poçt ünvanı – AZ 1005, Yusif Məmmədəliyev küçəsi, 13, Bakı şəhəri, Azərbaycan
Bankın rekvizitləri:
Kod: 505141
VÖEN: 1700767721
Müxbir hesab №:
AZ82NABZ01350100000000071944 (AZN)
AZ04NABZ01350200000000071840 (USD)
AZ30NABZ01350200000000071954 (EUR)
AZ16NABZ01350200000000019826 (GBP)
SWIFT BIK: PAHAAZ22
(yenilənmə tarixi 15.06.2020)
Missiya və məqsədlər
Missiya və məqsədlər
Strateji baxış:
PAŞA Bankın gələcəyə baxışı dünya səviyyəli məhsul və xidmətlərin göstərilməsinə, müştərilərin inkişafının dəstəklənməsinə, rəqəmsal kanalların inkişafının təşəbbüskarı olmağa sadiq qalaraq ən yüksək etik standartlara riayət edən, mükəmməl işgüzar nüfuza və əsaslı maliyyə gücünə malik Azərbaycanın aparıcı bankı olmaqdır.
PAŞA Bankın missiyası tərəfdaşlara xidmət göstərməkdir.
– Etibarlı maliyyə tərəfdaşı kimi müştərilərimizin ehtiyaclarına uyğun şəkildə müəyyən edilmiş, yüksək keyfiyyətli və innovativ məhsul və xidmətlər təklif etməklə onların bizneslərinin inkişafına və artımına öz töhfəmizi veririk;
– Məsuliyyətli bir işəgötürən kimi lazımi bilik və bacarıqlarla silahlandırılmış, təşkilatın dəyər və baxışına sadiq və müvafiq şəkildə səlahiyyətləndirilmiş insanlar yetişdirərək, peşəkar bir heyət qururuq;
– Məsuliyyətli korporativ vətəndaş kimi ölkə iqtisadiyyatının dayanıqlı inkişafının və cəmiyyətin tərəqqisinin tərəfdaşı qismində çıxış edirik;
– Bir maliyyə institutu kimi yeni imkanları dəyərləndirən, düşünülmüş strateji hədəflərə sərmayə yatıran və dayanıqlı maliyyə göstəricilərinə malik sağlam təşkilat olaraq səhmdar dəyəri yaradırıq;
– Bir təşkilat kimi biznesin şəffaf və düşünülmüş qaydada həyata keçirilməsi öhdəliyinə sadiq qalmağa davam edirik.
(yenilənmə tarixi 03.03.2023)
İdarəetmə
Səhmdarlar
Bankın səhmdarları: PASHA Holding MMC (≈ 56,8195%), BLESS MMC (≈ 28,1796%), Arif Paşayev (≈ 9,9944%) və Mir Camal Paşayev (≈ 5,0066%).
Səhmdarların hüquqları
1. Bankın adi səhmlərinə sahib olan səhmdarların Bank tərəfindən əlavə buraxılan səhmləri satın almaqda üstünlük hüququ vardır. Səhmdarın həmin üstünlük hüququ səhmdarın emissiyadan qabaq Bankda malik olduğu paya mütənasib olaraq tətbiq olunur. Səhmdarlara əlavə emissiya olunmuş səhmlər digər maraqlı alıcılara təklif olunan şərtlərlə eyni şərtlərlə təklif olunmalıdır.
2. Bank səhmlərinin 5 faizinə sahib olan sahmdarlar növbədənkənar ümumi yığıncağının çağırılmasını tələb edə bilərlər.
3. qanunvericiliklə və bu nizamnamə ilə müəyyən edilmiş qaydada bankın idarə edilməsində iştirak etmək, onun idarəetmə orqanlarına seçilmək və seçmək;
4. bankın səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;
5. bankın xalis mənfəətindən dividend almaq;
6. bankın fəaliyyətinə xitam verildiyi halda, kreditorların tələblərinin, hesablanmış, lakin ödənilməmiş dividendlərin, həmçinin imtiyazlı səhmlərin ləğvetmə dəyərinin ödənilməsindən sonra qalan Bankın əmlakının müəyyən hissəsini əldə etmək;
7. qanunvericiliklə və bu Nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.
(yenilənmə tarixi 01.01.2023)
Müşahidə Şurası
Mir Camal Paşayev
Müşahidə Şurasının sədri
Vəzifədə: 25 iyun 2015-ci il tarixdən
Mir Camal Paşayev 1993-cü ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirib, 1996-ci ildə Texniki Elmlər üzrə Magistr dərəcəsi almaq üçün Kaliforniya Universitetinə daxil olmuşdur və bundan sonra 1998-ci ildə Vaşinqtondakı «Amerika Universitetində» Biznes Administrasiyası üzrə magistr dərəcəsini almışdır.
1998-ci ildə o, Mobil Korporasiyasının Dallas və Vaşinqton ofislərində biznes layihə məsləhətçi kimi işləyib, sonra isə, 1999-cu ildə Bakıya gələrək, Mərkəzi Bankda məsləhətçi vəzifəsində çalışıb. 2000-ci ildə Mir Camal Paşayev Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə analitiki kimi işə başlayıb, bundan sonra isə tezliklə infrastruktur layihələri üzrə ekspert vəzifəsinə yüksəlmişdir. 2005-ci ildən 2008-ci ilə qədər infrastruktur, telekommunikasiya və maliyyə xidmətləri sahəsində irimiqyaslı investisiya layihələri üçün konsaltinq fəaliyyəti ilə məşğul olmuşdur.
Mir Camal Paşayev 2006-cı ildən PAŞA Holdinqdə icraçı direktor vəzifəsində çalışır, həmçinin, PAŞA Sığortanın Müşahidə Şurasının sədridir.
Tel: (+994 12) 496 50 00
E-mail: office@pashabank.az
(yenilənmə tarixi 01.01.2023)
Mir Camal Paşayev
Müşahidə Şurasının sədri
Fərid Axundov
Müşahidə Şurasının üzvü
Vəzifədə: 1 iyul 2015-cü il tarixdən
Fərid Axundov 1992-ci Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. O, Nottingem Trent Universitetinin İdarəetmə Kurslarını bitirmişdir. 1994-cü ildə Fərid Axundov Böyük Britaniya Dövlətinin təltif etdiyi nüfuzlu Chevening Təqaüdünü qazanan ilk Azərbaycanlılardan biri olmuşdur və 1995-ci ildə Böyük Britaniya Mançesterin, Salford Universitetinin MBA dərəcəsini almışdır.
Cənab Axundov öz əmək fəaliyyətinə 1991-ci ildə metal zavodunda iqtisadçı vəzifəsindən başlamışdır. Bir il sonra o, öz işini Azərbaycan Respublikası İqtisadiyyat və Planlaşdırma Dövlət Komitəsində xarici iqtisadi əlaqələr üzrə baş iqtisadçı vəzifəsində davam etmişdir.
1996-cı ildən 2003-cü ilədək Fərid Axundov HSBC-nin subsidiar bankı olan British Bank of the Middle East -də bir sıra rəhbər vəzifələrdə çalışmışdır. Burada o, öncə Maliyyə Nəzarəti Departamentinin Meneceri, sonra Müştəri Xİdmətləri və Korporativ Bankçılıq Departamentlərinin Meneceri və daha sonra HSBC Azərbaycanın direktor müavini vəzifəsinə təyin olunmuşdur.
2003-cü ildə Fərid Axundov İdarə Heyəti Sədri qismində Mostbank Azərbaycanda fəaliyyətə başlayıb. Məhz burada Cənab Axundovun rəhbərliyi altında Mostbank Azərbaycanın restrukturizasiyası və rebrendinqi həyata keçirilərək o zaman Azərbaycanın ən böyük kommersiya banklarından biri olan Bank Standard yaradılmışdır.
Fərid Axundov PAŞA Bankda öz fəaliyyətini 2007-ci ildə İdarə Heyətinin Sədri qismində başlamışdır və 2015-ci ildə Müşahidə şurasının üzvü vəzifəsinə təyin olunmuşdur.
Tel: (+994 12) 496 50 00
E-mail: office@pashabank.az
(yenilənmə tarixi 01.01.2023)
Fərid Axundov
Müşahidə Şurasının üzvü
Vadim Şneyer
Müşahidə şurasının üzvü
Vəzifədə: 11 iyun 2013-cü il tarixdən.
1991-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini hüquq elmləri üzrə fərqlənmə diplomu ilə bitirib.
1991-1997-ci illərdə Azərbaycanın müxtəlif şirkətlərində və xarici şirkətlərdə, o cümlədən, Bakı Banklararası valyuta birjasında və Levingston Shipbuilding Uzaq Şərq gəmiqayırma şirkətində hüquqşünas işləyib.
1997-2001-ci illərdə o, Dr. Entezari & Associates hüquq şirkətinin Bakı ofisində idarəedici partnyor olmuşdur.
2001-ci ildə Almatıda Michael Wilson & Partners hüquq şirkətinin şöbəsinə qəbul olunmuş və 2005-ci ilə qədər orada işləmişdir.
2005-ci ildə BM hüquq şirkətinin Bakı ofisinə qəbul olunmuş və 2007-ci ilə qədər orada çalışmışdır.
2007-ci ildən Vadim Şneyyer “PAŞA Holding” MMC-nin Hüquq şöbəsinin rəhbəri vəzifəsində işləyib, 2011-ci ildə isə “PAŞA Holding” MMC-nin direktor müavini vəzifəsinə təyin olunub.
2008-2013-cü illərdə Vadim Şneyer Kapital Bank ASC-nin Müşahidə şurasının sədri olub.
Tel: (+994 12) 496 50 00
E-mail: office@pashabank.az
(yenilənmə tarixi 01.01.2023)
Vadim Şneyer
Müşahidə şurasının üzvü
Nəriman Sərdarlı
Müşahidə Şurasının üzvü
Vəzifədə: 30 mart 2010-cu il tarixdən
2004-cü ildə Nəriman Sərdarlı Nyu York Şəhər Universitetinin Biznes, İdarəetmə və Maliyyə üzrə Bakalavr dərəcəsini bitirmişdir. Həmin ildə o, Azərbaycanda, Deloitte şirkətində Audit üzrə Kiçik Əməkdaş kimi peşə karyerasına başlamışdır. 2005-ci ildə PwC Bakı Ofisində auditor vəzifəsinə düzəlmişdir.
2007-ci ildə Nəriman Sərdarlı yeni təsis edilmiş PAŞA Bank-ın Maliyyəni İdarəetmə Departamentində İİS (İdarəetmə İnformasiya Sistemi) sahəsində daxili və xarici maliyyə hesabatlarına cavabdehlik daşıyan ekspert kimi fəaliyyətə başlamışdır. 2009-cu ildə PAŞA Holding-in İnverstisiyalar və Layihələr departamentində PAŞA Holdinqin PE /VC maliyyə alətinin işlənməsinə cavabdehlik daşıyan investisiya meneceri kimi işə başlamışdır.
2009 -cu ildə o, PAŞA Bank-ın Audit Komitəsinin Müdiri, 2010-cu ildə isə PAŞA Bank-ın Nəzarət Şurasının üzvü təyin olunmuşdur.
Nəriman Sərdarlı 2012-ci ildə, Norsvestern Universiteti nəzdindəki Kellogg Menecment Məktəbi ilə mübadilə proqramında iştirak edərək, IE Biznes Məktəbində Biznesin İdarə Edilməsi sahəsində Magistr dərəcəsinə yiyələnmək üçün Dövlət Proqramı üzrə təqaüd almışdır.
2015-ci il fevralın 1-də o, PAŞA Holdinqin İnvestisiyalar və Layihələr Departamentinin Direktoru vəzifəsinə təyin olunmuşdur.
Tel: (+994 12) 496 50 00
E-mail: office@pashabank.az
(yenilənmə tarixi 01.01.2023)
Nəriman Sərdarlı
Müşahidə Şurasının üzvü
Şahin Məmmədov
Müşahidə Şurasının üzvü
Vəzifədə: 1 mart 2018-ci il tarixdən
Şahin Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibatlıq və Audit fakültəsini 2002-ci ildə bitirmişdir. 2004-cü ildə isə cənab Məmmədov həmin universitetin Mühasibatlıq və audit üzrə magistr dərəcəsinə yiyələnmişdir. 2010-cu ildə Ş.Məmmədov Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat fakültəsinin fəlsəfə elmləri doktoru dərəcəsinə yiyələnmişdir.
Cənab Məmmədov karyerasına 2003-cü ildə Yapi Kredi Bankın Azərbaycan nümayəndəliyində (keçmiş Koçbank Azərbaycan LTD) mühasib qismində başlamışdır, daha sonra isə baş müsahibin müavini vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə cənab Məmmədov Deloitte & Touche şirkətində kiçik auditor vəzifəsinə, daha sonra Audit üzrə menecer vəzifəsinə təyin edilmişdir.
2009-cu ildə cənab Məmmədov PAŞA Bankın Maliyyə departamentinin direktoru vəzifəsinə təyin edilmişdir, 2011-ci ildə isə o Baş Maliyyə İnzibatçısı və İdarə heyətinin üzvü təyin edilmişdir. 2013-cü ildə cənab Məmmədov PASHA Bank Georgia-nın İdarə heyətinə qoşulmuş, ona biznesin inkişafı funksiyasına kuratorluq həvalə edilmişdir. 2014-cü ilin iyul ayında cənab Məmmədov PAŞA Bank Gürcüstanın Baş icraçı direktoru və İdarə heyətinin sədri təyin edilmişdir. 2015-ci ilin mart ayından etibarən Şahin Məmmədov PASHA Bank Türkiyənin İdarə heyətinin üzvü təyin edilmişdir.
2018-ci ilin yanvar ayında cənab Məmmədov PAŞA Holdinqdə Biznesə dəstək üzrə direktor və Baş icraçı direktorun müavini vəzifəsinə təyin edilmişdir. 1 mart tarixindən etibarən Ş. Məmmədov PAŞA Bankın Müşahidə Şurasının üzvü, 30 may tarixindən isə PASHA Bank Georgia-nın Müşahidə Şurasının üzvü təyin edilmişdir.
Cənab Məmmədov 2013-cü ildə PAŞA Holdinq tərəfindən təşkil olunan “Yüksək potensiallı liderlik” proqramının bir hissəsi olaraq bir sıra aparıcı biznes məktəblərinin təhsil proqramlarını müvəffəqiyyətlə bitirmişdir.
2012-ci ildə Şahin Məmmədov Harvard Biznes məktəbinin liderliyin inkişafı proqramına qoşulmuş, 2013-cü ildə isə proqramın 1-4-cü Modullarını, 2017-ci ildə isə 5-ci Modulunu bitirmişdir. Cənab Məmmədov 2017-ci ilin iyul ayında Harvard biznes məktəbinin məzunu statusuna yiyələnmişdir.
Şahin Məmmədov 2014-cü ildən etibarən Sertifikatlaşdırılmış Beynəlxalq Mühasiblər Assosiasiyasının (ACCA) üzvüdür.
Tel: (+994 12) 496 50 00
E-mail: office@pashabank.az
(yenilənmə tarixi 01.01.2023)
Şahin Məmmədov
Müşahidə Şurasının üzvü
İdarə Heyəti
Cavid Quliyev
İdarə heyətinin sədri, baş icraçı direktoru
Vəzifədə: 09 iyun 2022-ci il tarixindən
Cavid Quliyev 1994-cü ildə Azərbaycan Dillər Universitetinin xarici dillər fakültəsini bitirib. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirməklə, ikinci ali təhsil alıb.
C. Quliyev öz əmək fəaliyyətini 1996-cı ildə, “British Bank of the Middle East” bankında (HSBC bankının törəmə bankı) Müştəri Xidməti Departamentinin Direktoru vəzifəsində başlayıb, 1999-cu ildə o, öz fəaliyyətini həmin bankın Maliyyə Nəzarəti Departamentinin Direktoru kimi davam etdirib. Elə həmin ildə C. Quliyev HSBC banklar qrupunun İdarəetmə Kollecini (“HSBC Group”-un Təlim İdarəetməsi Kolleci) bitirib.
2003-cü ildə C. Quliyev Unibankın İdarə Heyətinin müşaviri, 2004-cü ildə isə həmin bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 2005-2012-ci illər arasındakı dövrdə o, Bank Standardın İdarə Heyəti sədrinin birinci müavini olub.
2012-ci ildə C. Quliyev “Capital Resources Advisors” şirkətinin Azərbaycan filialının maliyyə məsələləri üzrə icraçı direktoru vəzifəsinə təyin edilib. 2014-cü ildə o, PAŞA Holdinq şirkətində baş müşavir vəzifəsinə təyinat alıb.
C. Quliyev PAŞA Bankda öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti Sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb. 23 fevral 2016-cı ildə C. Quliyev PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini vəzifəsinə, 5 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti Sədrinin müavini, Baş Kommersiya İnzibatçısı vəzifəsinə təyin edilmişdir.
Cavid Quliyev “PAŞA Bank”ın İdarə Heyətinin Sədrinin səlahiyyətlərini icra edən şəxs kimi aprel ayının 12-də təyin edilmişdir.
Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Cavid Quliyev 9 iyun 2022-ci il tarixindən etibarən “PAŞA Bank”ın baş icraçı direktoru və idarə heyətinin sədri vəzifəsinə təyin edilib.
Tel: (+994 12) 496 50 00
E-mail: office@pashabank.az
(yenilənmə tarixi 01.01.2023)
Cavid Quliyev
İdarə heyətinin sədri, baş icraçı direktoru
Bəhruz Nağıyev
İdarə heyəti sədrinin müavini
Vəzifədə: 21 iyul 2022-ci il tarixindən
Bəhruz Nağıyev 2008-ci ildə Corc Vaşinqton Universitetinin maliyyə sahəsində biznesin idarə edilməsi proqramı üzrə bakalavr dərəcəsini qazanıb. O, həmçinin Kolumbiya Universitetinin və London Ali Biznes məktəbinin müştərək proqramı üzrə “EMBA” dərəcəsini tamamlamaq üzrədir. B. Nağıyev London Ali Biznes məktəbinin, İE Madrid və Ashridge London Universitetinin “Yüksək rəhbərlik üçün liderlik” proqramlarını bitirib. B. Nağıyev “CFA Level 1” dərəcəsinə yiyələnib.
Bəhruz Nağıyev peşəkar karyerasına 2009-cu ildə Corc Vaşinqton Universitetində maliyyə əməliyyatları üzrə koordinator qismində başlayıb. 2010-cu ildə Azərbaycana qayıdan B.Nağıyev “Aztexnika” şirkətində maliyyə analitiki/ mühasibatlıq üzrə analitik olaraq karyerasını davam etdirib.
B. Nağıyev 2011-ci ildə xəzinədarlığa nəzarət üzrə mütəxəssis qismində PAŞA Bank komandasına qoşulub. 2013-cü ildə isə menecment informasiya sistemi və büdcə funksiyası üzrə ekspert vəzifəsinə təyin olunub.
B.Nağıyev 2014-cü ildə xəzinədarlıq və kapital bazarları departamentinin direktoru olaraq Bankdakı fəaliyyətini davam etdirib.
B. Nağıyev PAŞA Bankdakı fəaliyyəti ərzində mühasibatlıq, daxili və xarici hesabatlıq, xəzinədarlıq və əməliyyatlar kimi sahələrdə zəngin təcrübə əldə edərək yüksək ekspertizaya malik bankir qismində püxtələşib. O, 29 mart 2018-ci ildə baş maliyyə inzibatçısı və idarə heyətinin üzvü, 21 iyul 2022-ci il tarixindən etibarən isə idarə heyəti sədrinin müavini təyin edilib. Bəhruz Nağıyev bu təyinatında satış və biznes innovasiyaları istiqamətlərinə rəhbərlik edir.
Tel: (+994 12) 496 50 00
E-mail: office@pashabank.az
(yenilənmə tarixi 01.01.2023)
Bəhruz Nağıyev
İdarə heyəti sədrinin müavini
Xəyalə Nağıyeva
İdarə Heyətinin üzvü
Baş Risk İnzibatçısı
Vəzifədə: 1 mart 2018-ci il tarixindən
Xəyalə Nağıyeva, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr və Biznesin İdarə Edilməsi fakültəsini fərqlənmə ilə bitirmişdir. 2002-ci ildə Xəyalə Nağıyeva təhsilinin bir qismini Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə Corc Soros Fondunun təqaüd proqramı çərçivəsində ABŞ-da almışdır.
2003-2006-cı illərdə xanım Nağıyeva Deloitte MDB şirkətində maliyyə auditoru kimi çalışmışdır. Bu dövr ərzində o, Azərbaycan və digər MDB ölkələrində yerli və xarici banklar, sığorta, neft-qaz şirkətləri, inşaat, otelçilik və əmlak sektorlarında fəaliyyət göstərən müəssisələrə audit xidmətləri göstərib. 2007-ci ildən başlayaraq xanım Nağıyeva öz peşə fəaliyyətini Deloitte MDB şirkətinin maliyyə xidmətləri bölməsində baş məsləhətçi kimi davam etdirib. Xanım Nağıyeva Qazaxıstanın Almatı şəhərində bir neçə yerli və beynəlxalq şirkət üçün maliyyə xidmətləri layihələrində iştirak edib və daha sonra Deloitte MDB-nin Azərbaycan üzrə maliyyə məsləhətləri bölümünə rəhbərlik edib. Bu dövr ərzində xanım Nağıyeva biznesin təhlili və qiymətləndirilməsi, kompleks audit, biznesin modelləşdirilməsi və digər növ maliyyə məsləhətləri üzrə müxtəlif təlim proqramlarında iştirak edib və yerli və beynəlxalq şirkətlərə xidmətlər göstərib.
Eyni zamanda 2006-2012-ci illərdə Xəyalə Nağıyeva məzun olduğu universitetin Xüsusi İstedadlar Qruplarında bank fəaliyyəti və korporativ maliyyə fənləri üzrə dərs deyib.
2009-cu ildən Xəyalə Nağıyeva öz fəaliyyətini “PAŞA Holdinq” MMC-də investisiyalar üzrə menecer vəzifəsində davam etdirib və burada investisiya qərarların qəbul edilməsi prosesinin təşkilində fəal iştirak edib. Xanım Nağıyeva bir çox investisiya layihəsi üzrə qərarların qəbul edilməsi və bu qərarlar çərçivəsində investisiya planlarının yerinə yetirilməsi üzrə aparıcı rol oynamışdır. O, 2013-cü ildə “PAŞA Holdinq”in “Yüksək Potensiallı Liderlik” proqramı çərçivəsində idarəedicilər üçün müxtəlif təlim və liderlik modullarında iştirak etmişdir.
Xanım Nağıyeva 2010-cu ildə “PAŞA Bank” ASC-nin Audit Komitəsinin üzvü təyin olunmuş, 2012-2014-cü illərdə Komitənin sədri kimi fəaliyyət göstərmişdir. 2015-ci ilin aprel ayından Xəyalə Nağıyeva Bankın kredit risklərinin qiymətləndirilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub. 3 sentyabr 2015-ci il tarixindən Xəyalə Nağıyeva PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı, 1 mart 2018-ci il tarixindən isə İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısıdır.
Tel: (+994 12) 496 50 00
E-mail: office@pashabank.az
(yenilənmə tarixi 01.01.2023)
Xəyalə Nağıyeva
İdarə Heyətinin üzvü
Cəlal Orucov
İdarə Heyətinin üzvü
Vəzifədə: 19 mart 2018-ci il tarixindən
Calal Orucov 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit fakültəsini bitirib.
C.Orucov öz əmək fəaliyyətini 2001-ci ildə Avropa İttifaqının TACİS proqramı üzrə koordinasiya bürosunda aparıcı mütəxəssis vəzifəsində başlamışdır. 2002-2005-ci illərdə C.Orucov Azərbaycan Respublikası Mərkəzi Bankında Ödəniş sistemləri və İnformasiya texnologiyaları departamentində aparıcı mütəxəssis və şöbə rəisi vəzifəsində çalışıb. 2005-2006-cı illərdə Mərkəzi Bankın “MilliKart” prosessinq mərkəzinin direktoru vəzifəsində əmək fəaliyyətini davam edib.
2006-2016-ci illərdə “MilliKart” MMC-nin icracı direktoru vəzifəsində çalışıb. 2016-2017-ci illərdə “Unibank” KB Texnologiyaları üzrə direktor və 2017-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankında Baş direktor vəzifələrində çalışıb.
PAŞA Bankda öz əmək fəaliyyətini 2018-ci ilin mart ayından Bankın İdarə Heyətinin üzvü, Baş Əməliyyat inzibatçısı vəzifəsində başlayıb.
Tel: (+994 12) 496 50 00
E-mail: office@pashabank.az
(yenilənmə tarixi 01.01.2023)
Cəlal Orucov
İdarə Heyətinin üzvü
Murad Süleymanov
İdarə Heyətinin üzvü
Baş Maliyyə inzibatçısı
Vəzifədə: 21 iyul 2022-ci il tarixindən
Murad Süleymanov, 2007-ci ilə Azərbaycan Dövlət Neft Akademiyasını Mühəndis İqtisadiyyatı və İdarərəetmə istiqamətini bakalavr dərəcəsi üzrə, 2009-cu ildə eyni istiqaməti magistr dərəcəsi üzrə fərqlənmələr ilə bitirmişdir.
2008-2011-ci illərdə Murad Süleymanov Ernst & Young Holdinqs (SiAyEs) Bi.Vi. Şirkətinin Azərbaycan Respublikasındakı filialının Audit şöbəsində maliyyə auditoru kimi çalışmışdır. Bu dövr ərzində o, neft-qaz, istehsalat, telekommunikasiya sektorlarında fəaliyyət göstərən müəssisələrə audit xidmətləri göstərmişdir.
Oktyabr 2011-ci ildən etibarən Murad Süleymanov “PAŞA Sığorta” ASC-ə qoşulararaq Maliyyə və MİS Direktorunun müavini, Maliyyə müdiri və İdarə Heyətinin üzvü rollarında çalışmışdır. Sonuncu rolunda maliyyə, aktuari, investisiyaların idarəedilməsi, inzibati idarəetmə və satınalmalar, risklərin idarəedilməsi istiqamətlərinin kuratoru olaraq fəaliyyət göstərmişdir. O, həmçinin 2015-2017-ci illərdə “PAŞA Holding” MMC-in “Yüksək Potensiallı Liderlik” proqramı çərçivəsində idarəedicilər üçün müxtəlif təlim-tədris proqramları keçmiş və liderlik modullarında iştirak etmişdir.
Murad Süleymanov May 2019-cu ildən etibarən “PAŞA Holding” MMC-də Qrup üzrə Maliyyə və İT Departamentinin Direktoru roluna təyinat almışdır və mühasibat və vergilər, satınalmalar, xəzinədarlıq, hesabatlılıq, büdcələmə – planlama, İT istiqamətlərinin idarəedilməsi üzrə fəaliyyət göstərmişdir.
Murad Süleymanov həmçinin PAŞA Qrupun müxtəlif müəssisələrində Strategiya və Büdcə Komitələrinin üzvü / sədri, Satınalma Komitələrinin sədri, İnvestisiya Komitələrinin üzvü / sədri, İnsan Resursları Komitəsinin üzvü, İnnovasiya Məşvərət Şurasının üzvü, “PAŞA Technology” MMC və “PAŞA Kapital” İŞ müəssisələrində Müşahidə Şüralarının üzvü rollarında çalışmışdır.
21 iyul 2022-ci il tarixindən Murad Süleymanov “PAŞA Bank” ASC-in İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısıdır.
Tel: (+994 12) 496 50 00
E-mail: office@pashabank.az
(yenilənmə tarixi 01.01.2023)
Murad Süleymanov
İdarə Heyətinin üzvü
Baş Direktorlar
Anar Kərimov
Komplayns və idarəetmə blokunun baş direktoru
Vəzifədə: 5 yanvar 2021-ci il tarixindən
Anar Kərimov hüquq və komplayns üzrə 18 ildən çox təcrübəyə malik olan peşəkardır. Bu müddət ərzində A.Kərimovun fəaliyyəti əsasən bank sahəsində çirkli pulların yuyulmasına (ÇPY) qarşı mübarizəni, məhkəmə proseslərini, risklərin idarə edilməsini, dövlət və özəl sektorda hüquqi-komplayns dəstəyinin göstərilməsini və məsləhətçilik xidmətlərini əhatə edib. O, Lüksemburqun nüfuzlu Maliyyə Texnologiyalarının Transferi Agentliyi (Agence de Transfert de Technologie Financiere ) tərəfindən komplayns sahəsində təqdim olunan peşəkar sertifikata sahibdir.
A.Kərimov Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Magistratura təhsilini Bakı Dövlət Universitetində alan A. Kərimov, 2004-ci ildə Beynəlxalq Hüquqda magistr dərəcəsinə fərqlənmə diplomu ilə yiyələnib.
Anar Kərimov peşəkar karyerasına 2002-ci ildə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində hüquq məsləhətçisi qismində başlayıb. O, 2004-cü ildə “Azər Türk Bank” ASC-də hüquq məsləhətçisi vəzifəsində çalışıb, daha sonra isə “Giləzi Kərpic” şirkətində direktor müavini vəzifəsinə təyin olunub. A.Kərimov 2006-cı ildə öz karyerasını “BirlikBank”da davam etdirib. “Sumqayıt Elektrik Şəbəkə”dən dəvət alan A.Kərimov, 2006-2007-ci illərdə bu qurumun Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
A. Kərimov 2007-ci ildə Hüquq şöbəsinin mütəxəssisi qismində PAŞA Bank ailəsinə qoşulub. PAŞA Bankda çalışdığı müddət ərzində A.Kərimov Hüquq şöbəsinin meneceri, Hüquq və Komplayns departamentinin direktoru, ÇPY qarşı mübarizə sahəsində məsul şəxs və müvafiq komissiyanın sədri vəzifəsinədək yüksəlib. A. Kərimov hazırda Azərbaycan Banklar Assosiasiyasının “ÇPY qarşı mübarizə və komplyans” ekspert qrupunun sədridir.
A.Kərimov 5 yanvar 2021-ci il tarixindən etibarən Komplayns və idarəetmə üzrə baş direktor vəzifəsinə təyin olunub.
Tel: (+994 12) 496 50 00
E-mail: office@pashabank.az
(yenilənmə tarixi 01.01.2023)
Anar Kərimov
Komplayns və idarəetmə blokunun baş direktoru
Aqşin Mirzəzadə
Özəl Bankçılıq blokunun baş direktoru
Vəzifədə: 5 yanvar 2021-ci il tarixindən
Aqşin Mirzəzadə maliyyə və strateji idarəetmə sahəsində zəngin təcrübəyə malik bir peşəkardır. O, müxtəlif maliyyə qurumlarında və beynəlxalq qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifələrdə çalışıb.
A.Mirzəzadə 1997-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin “Maliyyə və iqtisadiyyat” ixtisası üzrə bakalavr pilləsindən məzun olub. O, 2006-cı ildə ABŞ-ın “Duquesne” Universitetində Biznesin idarəedilməsi üzrə magistr dərəcəsini tamamlayıb. A.Mirzəzadə həm də Strategiya və İnnovasiyalar üzrə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun Sloan İdarəetmə Məktəbinin xüsusi proqramını bitirib.
A.Mirzəzadə 2006-2011-ci illərdə ABŞ-ın “Foyil New Europe” adlı investisiya qrupunun Ukrayna nümayəndəliyində maliyyə və investisiya tədqiqatları üzrə direktor vəzifəsində çalışıb. 2011-2015-ci illərdə isə “Unicredit” Avropa Banklar qrupunun Ukrayna törəməsi olan “Unicredit Bank Ukraine”də strateji planlaşdırma istiqamətinə başçılıq edib.
Aqşin Mizəzadə 2015-ci ildə Strategiya departamentinin direktoru qismində PAŞA Bank sıralarına qoşulub. O, bankın strategiyasının hazırlanması və strateji layihələrin idarəedilməsi üzrə cavabdehlik daşıyıb.
A.Mirzəzadə 5 yanvar 2021-ci il tarixindən Özəl Bankçılıq blokunun baş direktoru vəzifəsinə təyin edilib.
Tel: (+994 12) 496 50 00
E-mail: office@pashabank.az
(yenilənmə tarixi 01.01.2023)
Aqşin Mirzəzadə
Özəl Bankçılıq blokunun baş direktoru
Vüsal Xəlilov
Texnologiya blokunun baş direktoru
Vəzifədə: 5 yanvar 2021-ci il tarixindən
Vüsal Xəlilov İnformasiya Texnologiyaları sahəsində böyük təcrübəyə malikdir və beynəlxalq nüfuzlu Proqram Təminatının Memarlığı üzrə “Oracle” (“Oracle Certified Master Java Enterprise Architect”) sertifikatına layiq görülmüş ilk azərbaycanlıdır.
V. Xəlilov Ali təhsilini Bakı Dövlət Universitetində “Tətbiqi Riyaziyyat və Kibernetika” fakültəsində “İnformatika” ixtisası üzrə alıb. O, 2004-2008-ci illərdə bakalavr, 2009-2010-cu illərdə isə magistratura pilləsi üzrə təhsilini tamamlayıb. Proqramlaşdırma üzrə respublika birinciliyi uğrunda yarışların dəfələrlə qalibi olmuş V. Xəlilov, 2015-2017-ci illərdə Azərbaycan Diplomatik Akademiyası və ”Maastricht School of Management” Universitetinin müştərək proqramı üzrə “EMBA” dərəcəsini tamamlayıb.
Peşəkar karyerasına 2006-cı ildə başlamış V.Xəlilov bir sıra şirkətlərdə proqramçı və İT mütəxəssis qismində çalışıb. O, 2011-ci ildə Azercell şirkətində kiçik proqramçı vəzifəsində işə başlayıb, 2016-2018-ci illərdə isə Məhsul və Xidmətlərin yaradılması qrupunun rəhbəri olub.
Vüsal Xəlilov 2018-ci ildə PAŞA Bank sıralarına qoşulub və Rəqəmsal Mühəndislik şöbəsinə rəhbərlik edib.
Vüsal Xəlilov 5 yanvar 2021-ci il tarixindən Texnologiya blokunun baş direktoru vəzifəsinə təyin olunub.
Tel: (+994 12) 496 50 00
E-mail: office@pashabank.az
(yenilənmə tarixi 01.01.2023)
Vüsal Xəlilov
Texnologiya blokunun baş direktoru
Vasif Qasımov
Təhlükəsizlik blokunun baş direktoru
Vəzifədə: 5 yanvar 2021-ci il tarixindən
İnformasiya Texnologiyaları sahəsində 20 ildən artıq təcrübəyə malik olan Vasif Qasımov Milli Aviasiya Akademiyasının məzunudur. O, 1998-2002-ci illərdə mühəndis-dispetçer ixtisası üzrə Akademiyada bakalavr təhsili alıb. Magistratura təhsilini isə 2015-ci ildə İspaniyanın “İE” Beynəlxalq Biznes Məktəbində davam etdirib və müvəffəqiyyətlə Biznes İnzibatçılığı üzrə magistr dərəcəsini tamamlayıb.
V.Qasımovun İnformasiya Texnologiyaları sahəsindəki peşəkar karyerası 2000-ci ildən başlayıb. O, 2000-2006 illərdə QHT-lər, tikinti şirkətləri, internet təminatçıları və bir sıra biznes-seqmetlərində İT-mühəndis qismində çalışıb.
V. Qasımov 2006-ci ildə mühəndis kimi “Azerfon” MMC şirkətinin sıralarına qatılıb, sonra isə həmin şirkətdə İnformasiya Texnologiyaları xidmətləri üzrə direktor vəzifəsinədək yüksəlib.
V.Qasımov 2017-ci ildə İnformasiya Təhlükəsizliyi direktoru qismində PAŞA Bank sıralarına qoşulub. 2018-2020-ci illərdə isə İnformasiya Texnologiyaları xidmətləri departamentinin direktoru olaraq çalışıb.
5 yanvar 2021-ci il tarixindən Vasif Qasımov Təhlükəsizlik blokunun baş direktoru vəzifəsinə təyin edilib.
Tel: (+994 12) 496 50 00
E-mail: office@pashabank.az
(yenilənmə tarixi 01.01.2023)
Vasif Qasımov
Təhlükəsizlik blokunun baş direktoru
Daxili Komitələr
İnsan Resursları Komitəsi
Təyinat və Mükafatlandırma Komitəsi
Riskləri İdarəetmə Komitəsi
Strategiya və Büdcə Komitəsi
Böyük Kredit Komitəsi
Kredit Komitəsi
Satınalmalar Komitəsi
Aktivlərin və Passivlərin İdarəedilməsi Komitəsi
Audit Komitəsi
Struktur
Paşa Bankın Strukturu
Paşa Bankın strukturuna aparan link
Karyera
Əlaqə
Müxbir əlaqələr
Sosial məsuliyyət
Siyasət və hesabatlılıq
Korporativ İdarəetmə üzrə məlumatların açıqlanması
(yenilənmə tarixi 14.10.2022)
Korporativ standartlar
Mükafatlandırma siyasəti
Mükafatlandırma sistemi Bankın korporativ idarəetmə mexanizminin əsas komponentlərindən biri kimi aşağıdakı prinsiplərə əsaslanır:
• mükafatlandırma sisteminin yaratdığı stimul Bankın rəqabət qabiliyyətliyinin artırılmasını təmin edir;
• mükafatlandırma sistemi risklərin idarə edilməsi və insan resurslarının idarə edilməsinin təkmilləşdirilməsini təmin edir;
• mükafatlandırma sistemi Bankın uzunmüddətli və davamlı inkişafının təmin edilməsinə yönəldilib.
(yenilənmə tarixi 01.01.2023)
Komplayns
(yenilənmə tarixi 01.01.2023)
Maliyyə hesabatları
Maliyyə hesabatları
Bankın rəsmi auditoru:
Ernst & Young Holdings (CIS) B.V.
Ünvan: Port Baku Tauers Biznes Mərkəzi
Cənub qülləsi, 9-cu mərtəbə,
Neftçilər prospekti, 153
Bakı, AZ1010, Azərbaycan
Tel: +994 12 4907020
Fax: +944 12 4907017
www.ey.com/az
2022
İllik hesabatları
IV rüb
III rüb
II rüb
I rüb
Davamlı inkişaf
Bizim dəyərlərimiz və müştərilərlə əməkdaşlıq fəlsəfəsi
Bizim dəyərlərimiz və müştərilərlə əməkdaşlıq fəlsəfəsi
Brendimizin fəlsəfəsi, şirkətin mövqeyini, mədəniyyətini, ənənə və dəyərlərini əks etdirərək, müştərilərlə iş münasibətlərimizi formalaşdırır. PAŞA Bankın fəlsəfəsi 5 əsas dəyər üzərində qurulub: Dürüstlük, Keyfiyyət, Gəlirlilik, Sahibkarlıq və Əməkdaşlıq.
Dəyərlərimizin vizual konsepsiyası loqotipin rəng qammasında öz əksini tapır. Təbiətdə enerji və alov rəmzi sayılan qırmızı rəng bankımızın lider mövqeyini, gücünü və aktivliyini əks etdirir. Həyat, yenilənmə, əbədi gənclik simvolu olan yaşıl rəng isə sabaha inam, pozitiv dünyagörüşü, hər zaman məqsədə nail olmaq və mükəmməlliyə hədəflənmək deməkdir.
Qədim mədəni ənənələr, mənəvi dəyərlər və müasir təfəkkürün, tarixi keçmişin və bugünümüzün simvolu olan loqotip, fəlsəfəmizin əsas ideyasını – yeni reallığın yaradılması ideyasını – özündə əks etdirir.
(yenilənmə tarixi 04.04.2022)
Risklərin idarə olunması
Likvidlik riskləri
Likvidlik riski planlaşdırılmış və/və ya gözlənilməyən öhdəliklərin vaxtında və effektiv yerinə yetirilməməsi və bankın əlavə likvid fondlara çıxış imkanlarının azalması riskidir.
PAŞA Bankda likvidlik risklərinin idarə edilməsi aşağıdakı vasitələrlə təmin edilir:
• Risk əsaslı qərar qəbuletmənin effektiv və proaktiv risk idarəetmə strategiyaları ilə birlikdə tətbiqi;
• Aktivlərin keyfiyyətini və davamlı gəlirliliyi təmin etmək;
• Risk məlumatlılığı mədəniyyətini yaratmaq, onu qorumaq və inkişaf etdirmək;
• Hədəflərimizə çatmaq üçün hesablanmış riskləri qəbul etmək.
Likvidlik riskini idarə etmək üçün PAŞA Bank aşağıdakı prosedurları tənzimləyən Likvidliyin İdarə edilməsi Siyasətini hazırlamışdır:
o Gün ərzində likvidliyin idarə olunması;
o Cari likvidliyin idarə olunması;
o Struktur likvidliyin idarə olunması.
Bankın işıqforlar sistemi (qırmızı, sarı və yaşıl zonalar) vasitəsilə bütün maliyyə və qeyri-maliyyə riskləri idarə edən adekvat bir Risk İştahası Bəyannaməsi var.
Likvidlik risklərinin idarə olunması üçün aşağıdakı risk alətlərindən istifadə olunur:
• Likvidlik nəzərə alınmaqla riskə məruz dəyər (VaR) metodları
• Riskə məruz likvidlik (LaR) üsulları
• Stress VaR üsulları
• Dinamik likvidlik “gap” təhlili
• Bazel təlimatına əsaslanan Likvidliyin Örtülmə Əmsalı (LCR)
• Bazel təlimatına əsaslanan Xalis Sabit Maliyyələşdirmə Əmsalı (NSFR)
• Risk büdcəsi
• Müddət limitləri
• Stress testlər
• Ssenari təhlilləri
• Borc vermə qabiliyyətinə qoyulan limitlər
• Maliyyələşmə imkanlarına qoyulan limitlər
• Təmərküzləşmə limitləri
Bankda likvidlik risklərinin idarə edilməsi və nəzarəti üçün görülən əsas tədbirlər aşağıdakılardan ibarətdir:
• Bank ödəniş öhdəliklərini hər zaman yerinə yetirə biləcəyini təmin edir. Zəruri hallarda, Bank gün ərzində likvidlik riskini idarə etmək üçün tədbirlər görür. Yenidən maliyyələşdirmə mənbələrinin və likvidlik buferlərinin kifayət qədər şaxələndirilməsini təmin etmək və konsentrasiya riskinin azaldılması məqsədilə Bankda effektiv monitorinq və limit parametrlərindən istifadə edilir.
• Bank yaxınlaşan likvidlik çatışmazlığının erkən tanınmasını təmin edir. Bunun üçün adekvatlığı mütəmadi olaraq nəzərdən keçirilən prosedurlar qurulur. • Bank proqnozlaşdırılan nağd pul daxilolmaları ilə gözlənilən nağd pul çıxışını müqayisə etmək məqsədilə likvidlik hesabatları hazırlayır. Bu likvidlik hesabatları qısa, orta və uzun müddətə likvidlik vəziyyətini təqdim edir. Normal bazar şəraitində nağd pul axınlarındakı dalğalanmalar likvidlik hesabatlarında kifayət qədər əks olunur.
• Bankın gərgin bazar şəraitində belə yaranmış likvidlik ehtiyaclarını nə dərəcədə təmin edə biləcəyinə diqqət yetirmək vacibdir. Bunu edərkən, aktivlərin likvidlik dərəcəsinə xüsusi diqqət yetirilir. Uyğun yenidən maliyyələşdirmə mənbələrinə Bankın daimi çıxışı müntəzəm olaraq nəzərdən keçirilir. Likvidlik vəziyyətinin qısamüddətli pisləşməsinin qarşısını almaq məqsədilə, Bank kifayət qədər davamlı likvidlik buferlərini (məsələn, yüksək keyfiyyətli likvid aktivləri) saxlayır.
• Bank, bir sıra stress hadisələrinə qarşı durmaq üçün yüksək keyfiyyətli likvid aktivlərinin yastığı da daxil olmaqla, kifayət qədər likvidliyin qorunmasını təmin edən likvidlik riskinin idarəetmə çərçivəsini yaradır.
• Bank biznes fəaliyyətinin dəyərləndirilməsi zamanı yarana biləcək likvidlik xərclərini, onun faydalarını və riskləri Bankda performansın ölçülməsi ilə uzlaşdırır və bununla da ayrı-ayrı biznes sahələrinin risk götürmə qabiliyyətlərini onların yaratdığı likvidlik riskinin həcminə uyğunluğunu təmin edir.
Bank likvidlik riskinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, azaldılması, monitorinqi və nəzarəti, kommunikasiyası və hesabatı üçün sağlam bir prosesə malikdir. Bu proses aktivlər, öhdəliklər və balansdankənar maddələrdən yaranan pul vəsaitlərinin hərəkətlərini müvafiq zaman daxilində hərtərəfli proqnozlaşdırmaq üçün güclü bir çərçivəni əhatə edir.
(yenilənmə tarixi 19.02.2021)
Hüquqi risklər
Bank aşağıdakı məqsədlər üçün hüquqi risklərin idarəetmə sistemini təşkil edir:
– öz fəaliyyətinin legitimliyinin bütün sahələrdə təmin olunması;
– sazişlər bağlayarkən və müqavilə şərtlərini yerinə yetirərkən öz qanuni maraqlarına əməl etməsinin təmin olunması;
– Bank və onun işçilərinin qarşılıqlı münasibətlərində qanuni əsasların təmin olunması, əmək qanunvericiliyinə, işgüzar etika normalarına və korporativ etikaya Bank və onun işçiləri tərəfindən riayət olunması.
Hüquqi risklərin idarəetmə sisteminin yaradılmasının əsas vəzifələri aşağıdakılardır:
– hüquqi risklərin idarəolunmasının vahid qaydada təşkili;
– hüquqi risklərin baş verməsinin qarşısını ala biləcək bütün bölmə və işçilərin hüquqi risklərin idarəetmə prosedurlarına cəlb olunması;
– Bankın hüquqi sferada maraqlarının yerinə yetirilməsi üçün mühüm və kifayət olan hüquqi risklərin aşkar olunması, qiymətləndirilməsi və nəzarət üzrə vahid prinsiplərin müəyyən olunması.
Hüquqi riskləri idarəetmə sisteminin təşkili üzrə əsas baza prinsiplərinə aşağıdakılar daxildir:
– hüquqi riskin müvafiq səviyyəsinin (kredit təşkilatının maliyyə sabitliyinə və onun kreditorları və əmanətçilərinin maraqlarına təhlükə törətməyən səviyyə) aşkar olunması, qiymətləndirilməsi və hüquqi risk səviyyəsinin, möhkəmləndirilmiş qaydada monitorinqinin (daimi müşahidə) müəyyən olunması;
– hüquqi riskin müvafiq səviyəsinin saxlanılması, o cümlədən riskə nəzarət və (və ya) minimallaşdırılması daxil olan kompleks tədbirlərin işlənib hazırlanması;
– hüquqi risk məsələləri üzrə məlumat təminatı qaydalarının nizama salınması (bölmələr və işçilər arasında məlumat mübadiləsi qaydası, hüquqi risklərin idarəetmə məsələləri üzrə hesabat və digər məlumatların təqdim olunması qaydası və davamlılığı və sair);
– distansiyalı bank xidməti, o cümlədən internet-bankinq xidməti göstərən, bank əməliyyatları və digər sövdələşmələrin həyata keçirilməsi üzrə yeni texnologiyaların və şəraitlərin, digər maliyyə innovasiyaları və texnologiyaları hazırlayarkən və tətbiq edərkən, yeni bazarlara çıxarkən, hüquqi riskləri idarəetmə qaydalarının müəyyən olunması;
– Müşahidə Şurası, icra orqanları, bölmələr və işçilər arasında hüquqi risklərin idarəetmə üzrə əsas prinsiplərin həyata keçirilməsi sahəsində səlahiyyət və cavabdehliklərin bölüşdürülməsi;
– hüquqi riskin idarəolunmasının effektivliyinə nəzarətin həyata keçirilməsi qaydasının müəyyən olunması.
Şərh olunan prinsipləri nəzərə almaqla, Bank hüquqi risk səviyyəsinin azaldılması üzrə aşağıdakı kimi üsullardan (metodlardan) istifadə edir:
– bank əməliyyatlarının və digər sövdələşmələrin standartlaşdırılması (qaydalar, prosedurlar, əməliyyat və sazişlərin həyata keçirilməsi texnologiyaları, müqavilələrin bağlanması);
– standartlaşdırılmış əməliyyat və sövdləşmələrdən fərqlənən, Bank tərəfindən bağlanmış müqavilələrin və aparılan əməliyyat və digər sövdələşmələrin Hüquq şöbəsi ilə razılaşdırılması (uyğunlaşdırılması) üzrə daxili qaydanın müəyyən olunması;
– hüquqi risk amillərinin (istər məcmu halında, istərsə də onların təsnifi nöqteyi-nəzərindən) Bankın fəaliyyət göstəricilərinə təsirinin təhlili;
– daimi olaraq Azərbaycan Respublikasının qanunvericiliyində, Bankın ərazisində əməliyyatlar apardığı və ya əməliyyatları aparmağı planlaşdırdığı ölkələrin qanunvericiliyindəki dəyişiklərin monitorinqi;
– hüquqi riskin aşkar olunması, təsnifatı və qiymətləndirilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi;
– Bankın Hüquq şöbəsinin vahid icra orqanına tabe olması;
– Hüquqi xidmətin əməkdaşlarına, onların ixtisasının daimi artırılmasını təmin edən vəzifə yüklərinin optimallaşdırılması;
– maksimum miqdarda işçilərin qanunvericiliyə dair aktual məlumatları əldə etməsinin təmin olunması;
– işçilərin fəaliyyətlərinin hüquqi risk səviyyəsinə təsirindən asılı olaraq onların həvəsləndirilməsi;
– mümkün itkilər üzrə ehtiyatların yaradılması;
– hüquqi risklərin sığortalanması, o cümlədən mülkiyyət hüququnu itirmə riskinin sığortalanması.
Hüquqi risklərin idarəetmə sistemi Bank tərəfindən üç mərhələdə təşkil olunur:
– ilkin;
– cari;
– sonrakı.
İlkin mərhələdə, Bankın müqavilə münasibətlərinə daxil olmasına qədər hüquqi risklərin baş verməsinin qarşısını almaq üzrə inzibati, təşkilati və maliyyə tədbirləri üzrə sistem təqdim edir. Bu sistemə həmçinin Bankın işçiləri tərəfindən qanun pozuntularına yol verilməməsi üzrə kompleks tədbirlər daxildir.
Cari mərhələ, baş vermiş risklərin aşkar olunması, təhlili və qiymətləndirilməsi, eləcə də hüquqi riskin səviyyəsinin cari monitorinqindən ibarətdir.
Sonrakı mərhələ isə risklərin baş verməsinə səbəb olan sistemin təşkilindəki çatışmazlıqların təhlilindən, onun optimalaşdırılması üzrə tövsiyyələrdən və onun effektivliyinə nəzarətdən ibarətdir.
Riskin baş verməsinin qarşısını almaq məqsədilə Bank aşağıdakı tədbirləri görür:
– Bank maraqların toqquşmasını və keyfiyyəti idarəetmə risklərini istisna edən şəffaf və məqsədyönlü idarəetmə modelini formalaşdırır.
– Bank vəzifə təlimatlarında və (və ya) bölmələr haqqında Nizamnamədə təhkim olunan səriştəsiz və (və ya) əsassız fəaliyyətlərdən yayınmaq məqsədilə öz əməkdaşlarına qarşı ixtisas tələbləri müəyyən edir. Ixtisas tələbləri, o cümlədən Bankın rəhbərləri, əməkdaşları və Hüquq şöbəsi üçün təyin olunur.
– Bank işçilərin arasından əvvəllər qanun pozuntusu törətmiş şəxsləri, eləcə də cinayətkar yollarla əldə olunmuş gəlirlərin leqallaşdırılmasında və terrorçuluğun maliyyələşdirilməsində şübhəli bilinən şəxsləri kənarlaşdırmaq məqsədilə, Bank işçilərinin ilkin yoxlamasını aparır.
– Bank, xüsusi hüquqi proqramların yaradılması yolu ilə hüquqi məlumatlara daxil olma sistemini təmin edir və həmin sistemin istifadəçiləri (işləri məhz həmin sistemlə bağlı olanlardır) və onlar həmçinin Hüquq şöbəsinin işini təmin etmək üçün lazımi hüquqi-sorğu məlumatları əldə edir.
– Müştərilərin, ilk növbədə isə, kredit təşkilatlarının yüksək risk səviyyəsilə bank əməliyyatları və digər sövdələşmələr apardığı müştərilərin identifikasiyası və öyrənilməsi Proqramı, və mənfəət əldə edənlərin müəyyən olunması və identifikasiyası Proqramı Bank tərəfindən hazırlanıb və həyata keçirilib. Hüquq şöbəsi müştərilərin identifikasiyası ilə məşğul olan məsul şəxslərə hüquqi dəstəyi həyata keçirir.
– Bank öz işində “Müştərini tanı” və “Əməkdaşını tanı” prinsiplərini qəbul edir və onlardan istifadə edir.
– Bank hesabat verməli olan rəhbərləri və işçiləri və onların cavabdehliyini müəyyən edir, təsis və daxili sənədlərdə nəzərdə tutulan səlahiyyətlərə uyğun olaraq bank əməliyyatlarının və digər sövdələşmələrin aparılmasına dair qərarların qəbul edilməsi qaydalarını müəyyən edir; həmin qayda elə müəyyən olunur ki, bank fəaliyyətlərinin bütün mərhələlərində maraqların toqquşmasının qarşısı alınsın.
– Bank maraqlarının hüquqi müdafiə tələblərinə cavab verən standart müqavilə və sazişlərin hazırlanması, razılaşdırılması və təsdiq olunması sistemi Bank tərəfindən təşkil olunur.
– Bank müəyyən olunmuş hallarda aparılan əməliyyatların Hüquq şöbəsi ilə razılaşdırılması üzrə tələbləri müəyyən edir.
– Bank əməliyyatları və digər sövdələşmələr apararkən fəaliyyətin xüsusiyyəti və miqyaslarını nəzərə almaqla, o cümlədən cinayətkar yollarla əldə olunmuş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər üzrə daxili nəzarətin həyata keçirilməsi qaydası, Bank tərəfindən müəyyən olunur.
– Bank öz işçiləri üçün, onların ixtisas səviyyəsi və vəzifə dərəcəsindən asılı olaraq, həvəsləndirmə qaydalarını müəyyən edir; bu zaman onların hüquqi risklərin idarəetmə proseduralarına cəlb olunma dərəcəsi nəzərə alınır.
– Oğurluq və sui-istifadə hallarına yol verməmək məqsədilə, Bank məhdudlaşdırıcı tədbirlər görür (qiymətli əşyalar saxlanılan yerə girişin məhdudlaşdırılması, müvafiq işçilər ilə tam maddi cavabdehliyə dair müqavilələrin bağlanması, təhtəlhesab vəsaitlərin verilməsinə limit və s).
– Bank qanunverici bazadakı dəyişikliklərə cari nəzarəti həyata keçirir və daxili normativ sənədlərin vaxtında dəyişdirilməsi, həmçinin dəyişiklik barədə məlumatların öz işçilərinə çatdırılması işini təşkil edir. İşçilərin qanunvericilikdəki dəyişikliklər barədə məlumatlandırılması, qanunvericilik bazasının dəyişiklilərinin qısa xülasəsini daxil etməklə elektron paylama sisteminin təşkili yolu ilə, daimi olaraq Hüquq şöbəsi tərəfindən həyata keçirilir.
– Bank onun haqqında ortaya çıxan bütün məlumatların, onun işgüzar imicinə təsirinin qiymətləndirilməsi məqsədilə, monitorinqini həyata keçirir, həmçinin həmin məlumatların hüquqi qiymətləndirlməsini aparır.
– Bank onun ünvanına gəlmiş iradların hüquqi qiymətləndirməsini həyata keçirir və özünün qanuni maraqlarının qorunması üzrə lazımi tədbirlər görür.
– Bank daim işçilərinin öz vəzifə öhdəliklərinə riayət etməsinə nəzarət edir, qiymətli əşyaların mühafizə olunmasına cari nəzarəti müəyyən edir – yol verilmiş oğurluq və sui-istifadə hallarının vaxtında aşkar olunması məqsədilə, vəsaitlərin təhtəlhesab verilməsinə və materialların xərclənməsinə nəzarət və təftiş olunması (inventarlaşdırma).
(yenilənmə tarixi 16.12.2020)
Əməliyyat riskləri
Əməliyyat risklərinin idarə edilməsi Bankın risklərin idarə olunması sisteminə daxildir. Əməliyyat riskinin idarə olunmasına ehtiyac Bankın maliyyə vəziyyətinə xələl gətirə biləcək mümkün əməliyyat zərərlərinin iri həcmi ilə izah olunur.
İş nüfuzunun artırılması məqsədilə “PAŞA Bank” ASC əməliyyat riskinin idarə olunması üzrə məlumatın öz fəaliyyətinə uyğun dərəcədə detallaşdıraraq səhmdarlara, əmanətçilərə, borcverənlərə, xarici auditorlara, reytinq agentliklərinə və digər iştirakçılara (o cümlədən illik hesabat çərçivəsində) çatdırılmasını lazım bilir.
“PAŞA Bank” ASC-də əməliyyat riskinin idarə olunması sistemi aşağıdakı məqsədlərlə təşkil olunub:
– Bankın fəaliyyətinin xüsusiyyəti və miqyasına uyğun olaraq qarşısına qoyulan strateji məqsədlərə tam, vaxtında və effektiv nail olunmasını təmin etmək;
– texnoloji prosesləri optimallaşdırmaq;
– qanunvericiliyin tələblərinə, işgüzar davranış qaydalarına, imzalanan müqavilə və razılaşmaların şərtlərinə riayət edərək müştərilərin və əmanətçilərin Banka olan etimadının artırılması.
Əməliyyat riskinin idarə olunması sisteminin yaradılmasının əsas məqsədləri aşağıdakılardır:
– yaranan əməliyyat risklərinin müəyyən olunması, qiymətləndirilməsi və təhlili;
– standartlaşdırılmış proseduraların tətbiqi və bank proseslərinin maksimal dərəcədə avtomatlaşdırılması yolu ilə əməliyyat risklərinin minimallaşdırılması;
– bank proseslərinin effektivliyinin artırılması.
Əməliyyat riskinin idarə olunması sisteminin təşkilinin əsas baza prinsipləri aşağıdakılardır:
– əməliyyat riskinin qəbul edilən səviyyəsinin müəyyən olunması, qiymətləndirilməsi və əməliyyat riskinin səviyyəsinin monitorinqi üsulunun seçilməsi (o cümlədən konsolidasiya olunmuş əsasda);
– əməliyyat riskinin qəbul edilən səviyyəsinin təmin olunmasıüçün risk üzərində nəzarət və onun minimallaşdırılmasını təmin edən tədbirlər kompleksinin hazırlanması;
– əməliyyat riski məsələləri üzrə məlumat təminatının reqlamentləşdirilməsi (əməkdaşlar və şöbələr arasında məlumat mübadiləsinin aparılma qaydası, əməliyyat riskinin idarə olunması üzrə hesabat və digər məlumatların təqdim olunma qaydası və dövriliyi və s.);
– distansiyalı bank xidmətlərinin göstərilməsi, yeni texnologiyaların, yeni bank əməliyyatlarının və razılaşmaların şərtlərinin, digər maliyyə və innovasiya texnologiyalarının tətbiqi, yeni bazarlara çıxış zamanı əməliyyat risklərinin idarə olunması qaydasının müəyyənləşdirilməsi;
– əməliyyat riskinin idarə olunması üzrə əsas prinsiplərin reallaşdırılması zamanı Müşahidə Şurası, icraedici orqanlar, şöbə və əməkdaşlar arasında səlahiyyətlərin bölgüsü;
– əməliyyat riskinin idarə olunmasının səmərəliliyi üzərində nəzarət qaydasının müəyyənləşdirilməsi;
– risklərin daxili qiymətləndirilməsinin illik tsiklinin və Bankın bütün fəaliyyət sahələri üzrə nəzarət proseduralarının biznes proseslər üzrə həyata keçirilməsi.
Bank əməliyyat riskinin idarə olunması prinsiplərini müvafiq daxili normativ sənədlərdə hər bir fəaliyyət sahəsinə uyğun olaraq əks etdirir.
Əsas prinsiplərin nəzərə alınması şərtilə Bank əməliyyat riskinin minimallaşdırılması üçün aşağıdakı üsulları (metodları) tətbiq edir:
– bank əməliyyatlarının və digər razılaşmaların standartlaşdırılması (qaydalar, proseduralar, əməliyyat və razılaşmaların həyata keçirilməsi texnologiyaları, müqavilələrin bağlanması);
– əlavə və sonrakı nəzarət sistemlərinin, aparılan əməliyyat və razılaşmaların cari yoxlanması sistemlərinin təşkili;
– daxili normativ sənədlərin işlənib hazırlanması və razılaşdırılması üzrə daxili qaydaların qəbulu;
– əməliyyat zərərləri haqqında mərkəzləşdirilmiş məlumat bazasının yaradılması;
– əməliyyat riski ünsürlərinin Bazel komitəsinin məsləhətlərinə uyğun olaraq əsas biznes fəaliyyəti istiqamətləri üzrə Bankın fəaliyyət göstəricilərinə təsiri baxımından təhlili (həm ümumilikdə, həm də siniflər üzrə);
– işçi heyətin tələb olunan peşəkarlıq səviyyəsinin təmin olunması və daim artırılması;
– bank proseslərinin və texnologiyalarının avtomatlaşdırılması, xüsusən standart əməliyyatlarla və böyük iş həcmi ilə bağlı sahələrdə;
– əməkdaşlara düşən yükün optimallaşdırılması nəzərə alınmaqla vəzifələrin şöbələr arasında bölgüsü;
– əməkdaşların xarici və daxili tələblərə maksimal uyğun olan normativ baza ilə təchizatı;
– əməkdaşların fəaliyyətinin əməliyyat riskinə təsirindən asılı olaraq stimullaşdırılması;
– bank fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üzrə sistemin işlənib hazırlanamsı;
– Bank əməkdaşlarının gözlənilməz hadisələr zamanı özünü aparması qaydaları haqqında təlimatlandırılması;
– pul əsginaslarının yoxlanılması üçün müvafiq avadanlıqla təchizat;
– ehtiyat elektrik təchizatı mənbəyi hesabına Bankın məlumat infrastrukturunun fasiləsiz fəaliyyətinin təmin olunması.
Bank əməliyyat riskinin səviyyəsinin optimallaşdırılmasını üç mərhələdə həyata keçirir:
– ilkin;
– cari;
– sonrakı.
Əməliyyat riskinin müəyyən olunması, qiymətləndirilməsi və təhlili təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq aparılır.
Əməliyyat riskinin monitorinqi təsdiq olunmuş Əsasnaməyə əsasən işlənib hazırlanan göstəricilər sisteminin müntəzəm olaraq nəzərdən keçirilməsi əsasında aparılır. Bu Əsasnamə ilə Bank müvafiq fəaliyyət istiqaməti, daxili proses və texnoloji sistemlər üçün riskin əhəmiyyətini nəzərə almaqla monitorinqin dövriliyini müəyyən edir.
Əməliyyat riskinin minimallaşdırılması əməliyyat zərərlərinə səbəb olan hadisə və öhdəliklərin ehtimalının azaldılmasına və/və ya potensial əməliyyat zərərlərinin həcminin azaldılmasına (məhdudlaşdırılmasına) xidmət edən tədbirlər kompleksini nəzərdə tutur. Əməliyyat riskinin minimallaşdırılması metodları yaranan risklərin konkret xüsusiyyətindən asılı olaraq tətbiq olunur.
Əməliyyat riskinə nəzarət üzrə aşağıdakılar əsas götürülür:
– aparılan bank əməliyyatları və digər razılaşmalar üzrə qəbul olunmuş limitlərə riayət olunması üzərində nəzarət;
– Bankın maddi aktivləri və məlumatlarından istifadə qaydalarına riayət olunması;
– işçi heyətin tələb olunan səviyyədə hazırlanması;
– aparılan bank əməliyyatları və digər razılaşmalar üzrə ilkin sənədlərin və hesabların müntəzəm olaraq yoxlanması.
Əməliyyat riskinin məhdudlaşdırılması məqsədilə Bank, əməliyyatların aparılması və razılaşmaların icrası zamanı maliyyə-təsərrüfat fəaliyyətinin fasiləsizliyini təmin etmək məqəsdilə gözlənilməyən hadisələr zamanı hərəkət planı daxil olmaqla (maliyyə-təsərrüfat fəaliyyətinin fasiləsizliyini və/və ya bərpasını təmin edən planlar) kompleks tədbirlər sistemi nəzərdə tutur.
Bank məlumat sistemlərinin və resurslarının müdafiəsi və bərpasına mühüm yer verir. Bu məqsədlə Bank ilkin və ehtiyat məlumatların ayrılıqda saxlanmasını təmin edir ki, onların eyni vaxtda itirilməsinin və/və ya zədələnməsinin qarşısını alsın. Bununla yanaşı, Bank Məlumat təhlükəsizliyi siyasətində nəzərdə tutulmuş mühafizə tədbirlərini də daim diqqət mərkəzində saxlayır.
Bank əməliyyat riskinin idarə olunmasının səmərəliliyi üzərində nəzarəti həyata keçirir.
İdarəetmə orqanları mütəmadi olaraq əməliyyat riskinin idarə olunmasının səmərəliliyini qiymətləndirir və onları maraqlandıran məlumatların təqdim olunması Bankın əməkdaşları üçün vacibdir.
Əməliyyat riskinin səviyyəsi müntəzəm şəkildə və yarımildə bir dəfədən az olmamaq şərtilə qiymətləndirilməli və Müşahidə Şurası və İdarə Heyətinə məlumat verilməlidir. Əməliyyat riskinin idarə olunmasının səmərəliliyi risklərin idarə olunması sisteminin digər ünsürləri nəzərə alınmaqla kompleks əsasda həyata keçirilir.
Mövcud daxili proses və proseduralar, istifadə olunan texnoloji sistemlər əməliyyat riski mənbələrinin müəyyənləşdirilməsi üçün mütəmadi olaraq nəzərdən keçirilir. Bu zaman dövrilik tələbatdan asılı olaraq müəyyənləşdirilir və təftiş ildə bir dəfədən az olmayaraq aparılır.
(yenilənmə tarixi 16.12.2020)
Kredit riskləri
Kredit ehtiyatlarının daha effektiv şəkildə yerləşdirilməsinin təmini prosesində risklərə nəzarət edilməsi məqsədi ilə “PAŞA Bank” ASC öz fəaliyyətində xüsusi işlənib hazırlanmış Kredit Siyasətini rəhbər tutur. Bankın Kredit Siyasətinin başlıca məqsədi pul vəsaitlərinin, minimal risk halında maksimum gəlir əldə etmək imkanı verən, eyni zamanda Bankın zəruri likvidlik səviyyəsini saxlamaqla, səmərəli və effektiv yerləşdirilməsindən ibarətdir.
Kredit Siyasəti kredit fəaliyyətinin məqsədlərini və prioritetlərini, onların realizasiyası üçün vəsaitləri və metodları müəyyən edir, kredit əməliyyatlarının təşkili və nəzarəti prinsiplərini, qaydasını əhatə edir.
Bankın Kredit Siyasətinin müәyyәnedici faktoru, borcların əsas məbləğinin və onlara aid faizlərin ödənilməməsi risklərinin azaldılması şərti ilə, kredit məhsullarının verilməsinin forma və metodlarının ən geniş seçimi şəraitində müştərilərin borc vəsaitlərinə tələbatlarının ödənilməsinə istiqamətləndirməkdən ibarətdir.
Bankın əsas diqqəti risklərə nəzarətin aşağıdakı prioritetlərinin müəyyən edilməsinə yönəlmişdir:
– Keyfiyyətli aktivlər
– Gəlir münasibətləri
– Kredit portfelinin keyfiyyətini yüksək səviyyədə saxlanılması ilə bərabər stabil artması.
Ehtiyatların ən yaxşı şəkildə yerləşdirilməsinə nail olmaq məqsədi ilə Bank aşağıdakı meyarlara riayət edir:
– Azərbaycan Respublikası Mərkəzi Bankının tələbləri
– bankın missiya və korporativ strategiyası (o cümlədən yüksək etik standartların gözlәnilmәsi)
– bankın kredit mədəniyyəti
– təhlükəsizlik və ağıllı ehtiyatlılıq, yəni, yalnız qanuni və risk baxımından səmərəli sövdələşmələrdə iştirak
Bu məqsədlərə nail olmaq üçün Bank kredit portfeli qarşısında orta və uzunmüddətli strateji tələblər irəli sürür. Bu tələblər riskin strateji istiqamətləndirilməsinə və bank üçün münasib olan risk səviyyəsinə müvafiqdir. Bu strateji tələblərin müəyyən edilməsi zamanı hәrtәrәfli analiz aparılır, sonra isə onların gəlirlilik və risk səviyyəsi nəzərə alınır. Strateji tələblər vaxtaşırı gözdən keçirilir və zəruri olduqda onlara düzəlişlər və əlavələr edilir.
Kredit verilməsi prosesinə cəlb olunmuş hər bir bank əməkdaşının qarşısında fəaliyyətin Kredit Siyasəti çərçivəsində təmini vəzifəsi durur. Bütün kredit ərizələri bu ardıcıllıqla gözdən keçirilir: keyfiyyət, gəlirlilik, portfel artımı.
Bankın qəbul etdiyi kredit risklərini, Mərkəzi Bankın tələblərinin, eləcə də, bank fəaliyyətinin kredit risklərinin idarə olunmasının beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərin və standartların və bank nəzarəti üzrə Bazel komitəsinin tövsiyələrinin nəzərə alınması ilə minimallaşdırmaq məqsədi ilə, Bank kredit risklərinin idarə olunmasını aşağıdakı əsas prinsiplərə müvafiq olaraq həyata keçirir:
– Kredit fəaliyyəti sahəsində səlahiyyətlərin bölüşdürülməsi
– Kredit portfelinin diversifikasiyası
– Kredit portfelinin monitorinqi
– Mümkün zərərin ödənilməsinə uyğun ehtiyatların yaradılması.
Bankda borc alanların standart qiymətləndirilməsi vasitəsi kimi, daxili reytinq qiymətləndirilmə sistemi işlənib hazırlanmışdır. Müştərilər üzrə müxtəlif məlumat, aktivlərin keyfiyyətinin və Bankın kredit portfelinin bölünməsinin yaxşı anlaşılması üçün, Bank tərəfindən müxtəlif idarəetmə səviyyələrində istifadə olunur.
Öz fəaliyyəti ərzində Bank, m ümkün zərərin müəyyən etmək məqsədi ilə kreditlərin müntəzəm şəkildə qiymətləndirilməsini həyata keçirir. Kredit aktivi üzrə qiymətdən düşmənin obyektiv əlamətləri aşkar edildiyi halda, Bank beynəlxalq standartların tələbləri, Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq qaydaları və öz daxili normativlərinə uyğun olaraq, mümkün zərərin ödənilməsinə müvafiq ehtiyatları yaradır.
Kredit əməliyyatları portfeli strukturunda neqativ tendensiyalar aşkar edildiyi təqdirdə, Bank kredit siyasətinin və risklərin idarə olunması siyasətinin qüvvədə olan əsas prinsipləri çərçivəsində, kredit fәaliyyәtinin tənzimlənməsi üzrə operativ tədbirlər görür.
Verilən kreditlərin ədalətli dəyərinin müəyyənləşdirilməsi zamanı bank müvafiq resursların cəlb edilməsi üzrə xərcləri, eləcə də, Bankın kreditin araşdırılması, rəsmiləşdirilməsi və aparılması üzrə əlavə xərcləri və müvafiq komissiyaların, kredit əməliyyatının risk potensialını nəzərə almaqla münasib gəlir əldə edilməsi zərurətinə əsaslanır.
Bankın Kredit Siyasətinə və resursların yerləşdirilməsi ilə əlaqədar konkret bank əməliyyatlarına nəzarət Bankda mövcud olan ümumi daxili nəzarət sistemi çərçivəsində həyata keçirilir. Bununla yanaşı, əsas nəzarətedici orqanlara daxili bölmələr aiddir (Kredit Komitəsi, Kreditlərə nəzarət şöbəsi, Maliyyə Menecmenti Departamenti, eləcə də, Daxili Audit Departamenti).
Kredit riski səviyyəsinin və onun yönəldilməsinin, kreditlərin verilməsi, idarə olunması və nəzarəti üzrə tələblərin, eləcə də, kredit portfelinin və qeyri-balans öhdəliklərinin keyfiyyətinin əks etdirilməsi üçün Bankda adekvat Menecment Məlumat Sistemi (MMS) yaradılıb. MMS kredit portfelinin məzmunu və strukturu üzrə informasiyanı təqdim edir və müəyyən edilmiş limitlərə əməl olunmasına nəzarət edir, bununla da risklərin toplanmasını azaldır. MMS, hәmçinin Bankın kreditlərin verilməsi prosesində iştirak edən səlahiyyətli əməkdaşlarını və rəhbərlərini kredit riski göstəricilərinin müәyyәn edilmiş limitlərə (maksimum kritik nöqtə) yaxınlaşdığı barədə məlumatlandırır. MMS İdarə Heyətini mövcud keyfiyyət meyarlarının planlaşdırılmış meyarlara uyğunsuzluğu barədə vaxtında və vaxtaşırı xəbərdar edir.
(yenilənmə tarixi 16.12.2020)
Bazar riskləri
PAŞA Bankda bazar risklərinin idarə olunması müxtəlif bazar riskləri mənbələrinin müəyyənləşdirilməsi və risklərə görə məsuliyyət, potensial itkilərin məhdudlaşdırılması və bazar risklərinin idarə edilməsinin mərkəzləşdirilməsi prinsipinə əsaslanır.
Bankda bazar risklərinin idarə edilməsi aşağıdakı vasitələrlə təmin edilir:
• Risk əsaslı qərar qəbuletmənin effektiv və proaktiv risk idarəetmə strategiyaları ilə birlikdə tətbiqi;
• Aktivlərin keyfiyyətini və davamlı gəlirliliyi təmin etmək;
• Risk məlumatlılığı mədəniyyətini yaratmaq, onu qorumaq və inkişaf etdirmək;
• Hədəflərimizə çatmaq üçün hesablanmış riskləri qəbul etmək.
Bank bazar risklərinin idarə edilməsi sistemini aşağıdakı məqsədlərlə təşkil edir:
• Bazar dalğalanmaları nəticəsində potensial zərərlərin qarşısını almaq;
• Aktivlərin və balansdankənar alətlərin iqtisadi dəyərini artırmaq;
• Bankın maliyyə sabitliyinin təmin edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə riayət etmək və ən yaxşı beynəlxalq təcrübələri (Bazel qaydaları, BMHS standartları və s.) tətbiq etmək;
• Bazar alətləri ilə işləyərkən Bank və onun müştərilərinin maraqlarına cavab verilməsini təmin etmək.
Bankın işıqforlar sistemi (qırmızı, sarı və yaşıl zonalar) vasitəsilə bütün maliyyə və qeyri-maliyyə riskləri idarə edən adekvat bir Risk İştahası Bəyannaməsi var.
Bazar risklərinin idarə olunması üçün aşağıdakı risk alətlərindən istifadə olunur:
• Riskə məruz dəyər (VaR) üsulları
• Stress VaR üsulları
• Risk büdcəsi
• Kontragent limitinin təyin olunması
• Ölkə limitinin təyin olunması
• Açıq valyuta mövqeyinə limitlər
• Müddət limitləri
• Stress testlər
• Ssenari təhlilləri
Bazar riskinin idarə edilməsi metodları yaranan risklərin xarakterindən asılıdır və aşağıdakı kimi bölünür:
• Ümumi metodlar, yəni bazar riski kimi qəbul edilən bütün risklərə (yəni valyuta, faiz dərəcəsi, kapital) aiddir;
• Xüsusi metodlar, yəni yalnız müəyyən risklər və ya maliyyə aləti (məsələn, ticarət portfeli) üçün tətbiq olunur.
Valyuta risklərinin idarə edilməsi sistemi
Bank, xarici valyutadakı aktiv və öhdəliklərin strukturunu qiymətləndirmək və təhlil etmək, hecinq müqavilələri bağlamaq və valyuta riski ilə əlaqəli fərdi əməliyyatlara limitlər qoymaqla valyuta riskini idarə edir.
Valyuta risklərinin idarə edilməsi struktur idarəetmə metodları ilə əlaqədardır. Valyuta riskinin idarə edilməsi zamanı aşağıdakı mövqelərə baxılır:
• Bankın ayrı-ayrı valyutalar üzrə açıq valyuta mövqeyi;
• Bankın məcmu açıq valyuta mövqeyi;
• Bankın ticarət valyuta mövqeyi.
Valyuta riskləri üzərində nəzarətin əsas alətləri bunlardır:
• Vahid məzənnə siyasəti;
• Açıq valyuta mövqelərinə nəzarət sistemi.
Bank, mövqeyini məhdudlaşdıraraq Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun olaraq valyuta vəziyyətinə nəzarət edir.
Faiz risklərinin idarə olunması sistemi
Bank üçün faiz dərəcəsi riskinin əsas mənbələri faiz dərəcələrindəki dəyişikliklərə həssas olan aktiv və öhdəliklərin ödəmə müddətləri arasındakı uyğunsuzluqdur. Faiz dərəcəsi riskləri həm aktiv, həm də borc hissəsində yarana bilər. Faiz dərəcələri risklərinin idarə edilməsinin əsas alətləri aşağıdakılardır:
• Faiz dərəcələrinin müəyyənləşdirilməsinə dair vahid siyasət;
• GAP üzərində nəzarət (aktivlər və öhdəliklər arasındakı fərq).
Bank daxili və xarici faktorları nəzərə alaraq vahid faiz dərəcələri siyasəti həyata keçirə bilər. Xarici amillərə müəyyən bir növ alətlər üçün bazar faiz dərəcələrinin dəyişməsi daxildir. Daxili amillərə isə Bankın aktivləri və öhdəliklərinin faiz dərəcələri, ödəmə müddəti və GAP-ın səviyyəsi daxildir.
Kapital risklərinin idarə olunması sistemi
Limitlər sistemi kapital risklərinin idarə edilməsinin əsas alətidir. Bank qiymətli kağızlar bazarının aşağıdakı limit sistemlərindən istifadə edir:
• Qiymətli kağızlar emitenti üçün limit;
• Qeyri-investisiya dərəcəli qiymətli kağızların investisiya portfelindəki payı üçün limit;
• Vahid maliyyə alətləri üçün limit;
• “Stop-loss” limitləri.
Limitlər sistemi bazar risklərinin idarəetmə sisteminin ayrılmaz hissəsidir və limitlərin müəyyənləşdirilməsi prosedurunu, müəyyən alətlər üçün növlərini, habelə aidiyyəti şöbələrin səlahiyyət və məsuliyyətini müəyyənləşdirən müvafiq daxili qaydalarla dəstəklənir.
(yenilənmə tarixi 19.02.2021)
Strateji risklər
Strateji riskin digər bank risklərindən (məsələn, kredit, valyuta və ya hüquqi risk, iş nüfuzunun itirilmə riski və s.) fərqi bu riskin Bankın kifayət səviyyədə idarə olunmadığı halda və ya strateji məqsəd və tapşırıqlar düzgün seçmədikdə yarana biləcək potensial zərərlərə səbəb olmasıdır.
“PAŞA Bank” ASC-də strateji riskin idarə olunması aşağıdakı məqsədlərlə təşkil olunub:
– Bankın iş nüfuzunun, bazardakı mövqeyinin itirilməsi və itkilərə səbəb olan səhv, qeyri-səmərəli strategiyanın (həm ümumi inkişaf strategiyası, həm də ayrı-ayrı strateji qərarlar) seçilməsi ehtimalının minimallaşdırılması;
– mümkün itkilərin azaldılması, Bankın müştərilər, kontragentlər, təsisçilər, maliyyə bazarının iştirakçıları, dövlət orqanları və yerli idarəetmə orqanları, Bankın iştirakçısı olduğu bank şuraları (assosiasiyaları) qarşısında iş nüfuzunun qorunması;
– əməliyyatların idarə olunması keyfiyyətinin artırılması yolu ilə effektivliyinin artırılması;
– müştərilərin, səhmdarların və Bankla maliyyə münasibətlərinə daxil olan əmanətçilərin qanuni hüquqlarının qorunmasının təmin olunması.
Strateji riskin idarə olunması sistemini yaradılmasının əsas məqsədləri aşağıdakılardır:
– korporativ idarəetmənin Bankın miqyası və məqsədlərinə cavab verən düzgün və effektiv modelinin yaradılması;
– Bankın öz öhdəliklərini yerinə yetirməsi, nəzarət orqanların tələblərinə əməl etməsi, iş etiketi, peşəkar davranış və fəaliyyət standartlarının normalarına riayət etməsi yolu ilə vicdanlı iş nüfuzunun formalaşdırılması;
– Bankın fəaliyyətinin bütün mərhələlərində maraqların toqquşmasının aradan qaldırılması.
Strateji riskin idarə olunması sistemini yaradılması zamanı Bank aşağıdakı əsas yanaşmalardan istifadə edir:
– qanunvericiliyə, o cümlədən bank sirri, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi haqqında qanunvericiliyə riayət olunmasına mütəmadi nəzarət;
– müştəri və kontragentlərin ödəniş tələbi əsasında hesabatların aparılması, əmanətlər və digər əməliyyatlar üzrə faiz və əsas məbləğin hesablanması zamanı vaxt limitinə riayət olunması;
– mühasibat hesabatları və səhmdarlara, müştərilərə, kontragentlərə, nəzarət orqanlarına və digər maraqlı şəxslərə təqdim olunan, o cümlədən reklam məqsədilə dərc olunan məlumatların düzgünlüyü üzərində nəzarət;
– Bankda məlumat itkisinin və sızmasının qarşısını alan və eyni zamanda qərar qəbulu üçün tələb olunan düzgün məlumatları vaxtında təqdim etməyə imkan verən ümumbank məlumat təminatı və sənəd dövriyyəsi sisteminin işlənib hazırlanması;
– Bankın fəaliyyətin üzrə ən əsas qərarların qəbulu zamanı kollegiallıq prinsipinə əməl olunması və bu prinsipin normativ təminatı;
– Bankın idarə olunmasında iştirak edən bölmələrin məsuliyyətinin müəyyən olunması və düzgün bölüşdürülməsi prinspinə əməl edilməsi;
– Bankın şöbələrinin funksional vəzifələrinin onların ön, orta və arxa ofisə aid olması əsasında bölünməsi prinsipinə ciddi riayət olunması.
Strateji riskin idarə olunması sisteminin təşkilinin əsas prinsipləri aşağıdakılardır:
– strateji riskin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, qəbul olunan səviyyəsinin təyin olunması və monitorinqi qaydasının təsdiqlənməsi;
– strateji riskin qəbul olunan səviyyədə saxlanması, o cümlədən risk üzərində nəzarət və/və ya riskin minimallaşdırılması üçün tədbirlərin görülməsi;
– strateji risklərin idarə edilməsi üzrə məlumatın Müşahidə Şurasına, icraedici orqanlara, şöbələrə və əməkdaşlara təqdim olunma qaydasının müəyyənləşdirilməsi;
– strateji riskin idarə olunmasının əsas prinsiplərinin reallaşdırılması zamanı səlahiyyət və məsuliyyətin Müşahidə Şurası, icraedici orqanlar, şöbələr və əməkdaşlar arasında bölüşdürülməsi;
– strateji riskin idarə olunmasının effektivliyi üzərində nəzarətin həyata keçirilməsi.
Strateji riskin idarə olunması sisteminin təşkili aşağıdakı 3 əsas istiqamətdən ibarətdir:
– risk amillərinin yaranmasının qarşısının alınmasına yönəlmiş sistemlər (önləndirici tədbirlər);
– risklərin müəyyənləşdirilməsi, təhlili və risk amillərinin qiymətləndiriliməsi üzrə tədbirlər sistemi (cari tədbirlər);
– müəyyənləşdirilmiş risk amillərinin optimallaşdırılması, o cümlədən aradan qaldırılması üzrə tədbirlər sistemi (sonrakı tədbirlər).
Strateji riskin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və onun qəbul olunan səviyyəsinin təyin olunması üçün Bank “Strateji riskin müəyyənləşdirilməsi və qiymətləndirilməsi Metodikası”nı işləyib hazırlamışdır.
Strateji riskin müəyyənləşdirilməsi və qiymətləndirilməsi zamanı şöbələrin qarşılıqlı fəaliyyəti “Risklərin idarə olunması siyasəti” ilə müəyyən olunan funksiyalar, o cümlədən onların vəzifə təlimatları və Bankın idarə olunması prosesindəki rolu ilə tənzimlənir.
Strateji riskin idarə olunması prinsiplərinin işlənib hazırlanması və tətbiqi üzrə məsuliyyət səlahiyyətləri Bankın nizamnaməsi ilə müəyyən olunan Müşahidə Şurasının üzərinə qoyulur.
Bank əməkdaşlarının üçüncü şəxslər tərəfindən qanunsuz hərəkətlərə cəlb edilməsinin qarşısını almaq üçün müdafiə tədbirləri sistemini təşkil edir.
Effektiv təhlilin aparılması və strateji riskin minimallaşdırılması məqsədilə Bank öz fəaliyyət istiqamətlərinə uyğun olaraq zərərlərin məlumat bazasına strateji risk nəticəsində yaranan zərərlər, onların həcmi, yaranma səbəbləri və ödənmə mənbələri, o cümlədən riskin artması faktları haqqında məlumatları daxil edir.
Bank öz iş reputasiyasına təsirini qiymətləndirmək məqsədilə rəhbərlik və özü haqqında meydana gələn bütün məlumatların monitorinqini aparır və bu məlumatları hüquqi cəhətdən qiymətləndirir.
Risklərin idarə olunması sisteminə daxil olan bölmələr aşağıdakılardır:
– Müşahidə Şurası;
– İdarə Heyətinin Sədri və onun müavinləri;
– Kollegial icra orqanları (İdarə Heyəti, Komitələr və s.);
– Risklərin İdarəedilməsi Departamenti;
– Komplayens Departamenti;
– Daxili Audit Departamenti.
(yenilənmə tarixi 16.12.2020)
Risklərin idarə olunması
Risklərin idarə edilməsi “Günay Bank” ASC-də (Bank) Azərbaycan Respublikasının Mərkəzi Bankının və Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq normativlərinə, Bazel Komitəsinin tövsiyələrinə, habelə Bankın daxili qayda və prosedurlarına müvafiq olaraq həyata keçirilir.
Risklərin idarəedilməsi sistemi risklərin idarə edilməsinin işinin təşkili, tanınması (müəyyənləşməsi), qiymətləndirilməsi və reytinqi, ölçülməsi və idarə edilməsi, risk üzrə hesabatlılıq, risk monitorinqi və nəzarətinin prinsiplərini, məsul strukturların və işçilərin vəzifə və öhdəliklərini, risklərin strateji və gündəlik idarə edilməsinin ümumi prinsiplərini müəyyən edir. Bankda risklərin idarə edilməsi sistemlərinin qurulmasının başlıca məqsədi onları tanımaq və minimallaşdırmaqla, Bankın mənfəətliliyini təmin etməkdən ibarətdir. Bu sistem Bankın strateji məqsədlərə nail olunması istiqamətində itkilərin mümkünlüyü və onların həcminin azaldılmasına yönəlik bütün risk növləri (kredit riskləri, likvidlik riskləri, bazar riskləri, valyuta riskləri, əməliyyat riskləri, PL/TMM riskləri) arasında qarşılıqlı əlaqəni nəzərə alır və onların Bankın fəaliyyətinə təsirini qiymətləndirir.
KREDİT RİSKLƏRİ – Kredit risklərinin minimallaşdırılması məqsədi ilə Bankın müxtəlif struktur bölmələrinin birgə fəaliyyəti təmin edilmişdir. Bankın strategiyasına uyğun olaraq kredit siyasətinin aparılması məqsədi ilə Kredit departamenti fəaliyyət göstərir. Eyni zamanda, nəzarət mexanizminin səmərəliyinin artırılması məqsədilə Risklərin idarə edilməsi departamentinin tərkibində Problemli Kreditlərlə iş şöbəsi də yaradılmışdır. Sözügüdən struktur bölmələrin birgə fəaliyyəti nəticəsində kredit sahəsində Risklərin idarəedilməsi baxımından iş kreditin verilməsindən əvvəlki və sonrakı təhlil əsasında iki mərhələdə qurulmuşdur. Hazırda, Risklərin idarə edilməsi departamenti (RİD) tərəfindən Mərkəzi Bankın tələblərinə uyğun olaraq gündəlik əsasda ehtiyatlara ayırmaların hesablanması aparılır. Eyni zamanda, Beynəxalq Mühasibatlıq Uçotu Standartları (İFRS 9) üzrə ehtiyatlanmanın hesablanması prosesinin qurulması istiqamətində işlər davam etdirilir.
Kredit risklərinin azaldılması və minimallaşdırılması istiqamətində aşağıdakı metodlardan istifadə edir:
- Kreditləşmə prosesininin müəyyən amillər (sahə, müddət, kreditlər üzrə qərarqəbuletmə səlahiyyətləri, filial limitləri və s.) üzrə limitləşdirilməsi;
- Kredit portfelinin diversifikasiyası;
- Kredit portfelin təhlili;
- Kredit risklərinin məqbul hədləri yeni məhsulun tətbiqindən öncə qiymətləndirilir;
- Daxili reytinq və skorinq sistemlərinin tətbiqi;
- Stress testlərin tətbiqi;
- Ssenari təhlillər;
LİKVİDLİK RİSKLƏRİ – Bankın fasiləsiz fəaliyyətini təmin edilməsi məqsədi ilə likvidlik risklərinin rasional idarə olunması xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə Bankda Aktiv və Passivlərin idarəedilməsi üzrə siyasət hazırlanmışdır. Bankın likvidlik üzrə strategiyasına uyğun olaraq bu sahəyə nəzarəti Likvidliyin İdarəedilməsi və Bazar Əməliyyatları Departamenti həyata keçirir.
Bankda likvidlik risklərinin ölçülməsi və idarəedilməsi məqsədi ilə aşağıdakı alətlərdən istifadə olunur:
- Gündəlik əsasda likvidliyin idarə olunması;
- Nüfuzun yaxşılaşdırılması tədbirlərinin görülməsi;
- Cəlbolunmalar üzrə marketinq siyasətin daim təkmilləşdirilməsi;
- Müddətlər üzrə aktivlərlə passivlərin uzlaşdırılması
- Stres testlərin aparılması;
- Likvidlik üzrə müəyyən olunmuş limitlərə gündəlik nəzarət;
ƏMƏLİYYAT RİSKLƏRİ – Əməliyyat risklərinin idarəedilməsi prossesində Bankın bütün struktur bölmələri iştirak edir. Əməliyyat risklərinin idarəedilməsi məqsədi ilə Bankda daxili prosedur qaydalar tərtib edilmişdir. Bu qaydalara riayət etmək Bankın hər bir əməkdaşının vəzifə borcudur və buna nəzarəti bütün rəhbər bölmələr həyata keçirir.
PL/TMM RİSKLƏRİ – Bankda PL/TMM risklərinin idarəedilməsi istiqamətində Əməletmə qrupu yaradılmışdır. Bu risklərin ölçülməsi və idarəedilməsi Bankın Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması) və terrorizmin maliyyələşdirilməsi riskinin idarə olunması üzrə siyasətinə, KYC (öz müştərini tanı) siyasətinə və risk dərəcəsi cədvəlinə uyğun aparılır
BAZAR RİSKLƏRİ – Bankda Bazar risklərinin idarəedilməsi iki istiqamətdə aparılır:
Faiz riskləri – Bu risklərin idarəedilməsi istiqamətində aşağıdakı alətlərdən istifadə olunur
- Aktiv və passivlərin tarazlığı (dəyişkən faizlə qəbul olunmuş vəsaitlərin dəyişkən faizlə yerləşdirilməsi) və ya «faiz yastığı» metodundan istifadə;
- Likvidliyin təmin olunması və yenidən maliyyələşmə üçün maliyyə bazarından cəlb olunan vəsaitlərin orta faizləri ilə bankın depozitlərinin orta faizlərinin təhlili aparılması;
- Daha əlverişli şərtlərlə resurs axtarışı;
- Ssenari təhlillərinin aparılması;
- Stress testlərin aparılması.
Valyuta riskləri – Bankda valyuta risklərinin idarə olunması aşağıdakı tədbirlərin keçirilməsi və alətlərin tətbiqi ilə həyata keçirilir:
- Bankın xarici valyutada aktiv və öhdəliklərin strukturunun təhlili;
- Yalnız limitlər daxilində açıq mövqeyə yol vermək;
- Riskə məruzqalma limiti müəyyən etmək və ona riayət etmək;
- Xarici valyutada likvidlik GAPin təhlili;
- Hecinq alətlərinin (swap, opsion, forward) tətbiqi;
- Valyutada olan borcların restrukturizasiyası;
- Müxtəlif stress testlərin aparılması və onların kapital mövqeyinə təsiri.
Risklərin idarə olunması
Risklərin idarə olunması proseslərinin Layihə risklərin idarə edilməsi , onun uğuru üçün vacib deyil. Effektiv olması üçün biz risklərin idarə edilməsi üçün yer prosesi (və ya proseslər) lazımdır. Burada beş addımlar layihə meneceri risklərin idarə olunması üçün istifadə edə bilərsiniz var: 1. Risklərin müəyyənləşdirilməsi – Layihə təsir edən riskləri ( müsbət və ya mənfi ) müəyyənləşdirilməsi və onların xüsusiyyətləri sənədləşdirən 2. Qiymətləndirilməsi və risklər təhlil – risk təsirini qiymətləndirmək , risk meydana ehtimalı təhlil və risklərin prioritetləşdirilməsi , sayca Layihənin məqsədlərinə (adətən dəyəri , qrafiki və həcmi hədəflər üzrə) müəyyən risklərin təsiri təhlil 3. Plan Actions – təhdidlərə (və ya istismar imkanları ) təsirini azaltmaq üçün bütün mümkün yolları keşfedin. Riskləri (və ya imkanlarını genişləndirmək ) aradan qaldırılması üçün tədbirlər planı . Fəaliyyət planları, uyğun effektiv və real dəyəri olmalıdır. 4. Monitor və aksiya – layihə boyu riskləri baxın. Risklərin baş Əgər hərəkət planı əsasında risk strategiyası həyata keçirir. Ex . Azaldılması strategiyası seçilibsə, risk tetikler əsasında ehtiyat plan icra. Ehtiyat plan uğursuz halda, fallback plan icra. 5. Səmərəliliyini ölçmək və risk təsir nəzarət – planlı fəaliyyət səmərəliliyini ölçmək və anlaşma risk tetikler və planlaşdırılmış tədbirlərin vaxtında həyata keçirilməsi ilə risk təsir nəzarət. Risklərin idarə proseslər risk müəyyən başlayır olan tsiklik və bu yeni bir risk müəyyən səbəb ola bilər.
Комментарии 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 9 февраля в 08:27
İlməkçinin vəzifə təlimatları kimdə varsa at bilər zəhmət olmasa
добавлена 4 февраля в 11:25
TikTok’ta SƏTƏM GROUP (@hse_support) |750 Beğeni.835 Takipçi.təhlükəsizliyini fikirləş, təhlükəsiz işlə.SƏTƏM GROUP (@hse_support) adlı kullanıcıdan en yeni videoyu izleyin.
добавлена 9 апреля 2022 в 19:44
Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?
Comments are closed, but trackbacks and pingbacks are open.