Kitablar romanlar
Sponsor linki
Romansız Azərbaycan
2018-ci ildə Azərbaycanda roman adına iddialı barmaqla sayılacaq qədər kitab yazılıb. Doğrusu saymağa cəhd etdim, 10-a çatmadı, hörmətli oxucu da istərsə, o da sınaya bilər.
Roman adına iddialı bu nümunələrin keyfiyyəti bir yana, 10 milyon əhalisi olan ölkədə ilə heç olmasa 10 roman yazılmırsa, burada roman mövzusundan danışmaq ola bilsin, heç etik də deyil. Amma zənnimcə, yerli romançılıq barədə yox, romansızlıq barədə yazmağa və bunun səbəblərini qısa da olsa, aydınlaşdırmağa cəhd etmək olar.
Azərbaycan romansızlığının kökləri
Bizdə yerli roman Sovet dövründə formalaşıb. Ondan əvvəlki dövrdəki tək-tük istisnaları çıxsaq, demək olar, romançılıq anlayışı yoxdur. Sovet dövründən əvvəlki zamana daha çox şeir, pyes, hekayə və felyeton dövrü deyə bilərik. Bizdə romançılığın əsas etibarilə Sovetlərdə formalaşdığını məhsuldarlıqla və ən yaxşı hesab olunan yerli romanların həmin dövrdə yazılmasıyla əlaqələndirmək olar. 2014-cü ildə “Kulis.az” mədəniyyət portalının ədəbiyyat biliciləri arasında keçirdiyi sorğuda seçilən romanların böyük əksəriyyəti Sovet dövründə yazılanlar idi, məsələn, ən yaxşı hesab olunan ilk onluqdakı əsərlərdən səkkizi Sovet dövründə yazılıb, yalnız biri bundan əvvəlki dövrə aiddir – “Danabaş kəndinin əhvalatları”. O da məlum məsələ, povest olsa da, roman adıyla siyahıya daxil edilib. Əgər “Danabaş kəndinin əhvalatları” siyahıdadırsa, o zaman mütləq İbrahim bəy Musabəyovun 1916-cı ildə qələmə alınmış “Neft və milyonlar səltənətində” povesti də siyahıya düşməliydi.
Roman Qərbdə modernizm, fərdiyyətçilik və sənayenin formalaşmağa başlamasıyla ortaya çıxıb, onlar inkişaf etdikcə, o da inkişaf edib. Ən çox romanların yazıldığı ölkələr bu institutların ən çox inkişaf etdiyi ölkələrdir. Azərbaycanda həqiqi romançılığın olmamasının köklərini də bu cür institutların formalaşmamasında axtarmaq lazımdır.
Azərbaycandakı mövcud ictimai-siyasi quruluş (xüsusən siyasi, çünki indiki zamanda digər formasiyaların yaranması ondan çox asılıdır) modernizmin, fərdiyyətçiliyin, müstəqil industriyaların və digər azad institutların formalaşmasına imkan vermir.
Sovet dövründən sonra ölkədə az da olsa dişədəyən romanlar yazılıb yazılmağına. Əkrəm Əylisli (“Ətirşah Masan”), Həmid Herisçi (“Nekroloq”), Seymur Baycan ( “Quqark”), Əli Əkbər (“Amneziya”), Şərif Ağayar (“Arzulardan sonrakı şəhər”), Rasim Qaraca (“On bir gecə”) kimi yazıçılar romanlar yazıblar, bununla belə romançılıq institulaşmış bir məşğuliyyətə çevrilməyib, yüksələn xətlə inkişaf etməyib. Azərbaycanda yerli roman istehlakçısı olan bir kütlə olmadığından müasir azərbaycanlı nasir də romançılıq fəaliyyətinin heç bir əhəmiyyətinin olmadığını görüb tezliklə həvəsdən düşür və dağınıq təşəbbüslərlə yadda qalır. Doğrudur, məlum səbəblərdən müxtəlif dövrlərdə “Daş yuxular” (Əkrəm Əylisli) və “Artuş və Zaur” (Əli Əkbər) romanlarının ətrafında qalmaqallar baş verib, roman anlayışı müvəqqəti də olsa cəmiyyətin diqqətini cəlb edib.
Həm də bizdə indiki mühitdə həqiqi romançının ortaya çıxması müşkül məsələdir. Azadlıq olmayan yerdə insan yetkinləşə bilməz və azadlıq olmayan yerdə həqiqi romançılıq ənənəsi də yarana bilməz.
Romançılıq azad mühitin meyvəsidir. Kim nə qədər ”yazın da roman, kimsə sizin əlinizdən tutmayıb ki…” deyirsə desin, quraq çöl bar verməz – ölkədə həqiqi romanların ortaya çıxması üçün sadəcə olaraq mühit yoxdur.
Belə bir Çin misalı var: “İnsana balıq ver, onu bir günlük doyduracaqsan: insana balıq tutmağı öyrət, onu bir ömürlük doyduracaqsan”.
Azərbaycanda digər bütün sahələrdə olduğu kimi ədəbiyyat sahəsində də ələ balıq verilir, “balıq tutmaq” öyrədilmir və ya tutulmasına imkan verilmir. Yazıçıya təqaüd, fəxri ad, titul vermək, “dövlət qayğısı”göstərmək, fəxri xiyabanda qəbir zəmanət etmək, kitabxanalar təmir etmək, ehtişamlı kitab mağazaları açmaq insanın əlinə balıq verərək gözünü və qarnını müvəqqəti doydurmağa bənzəyir, həqiqətdə isə bununla əsl, rəqabətə girə biləcək ədəbiyyat yaratmaq mümkün deyil. Necə ki, bunu nəhəng inzibati metodlarla Sovet imperiyası da edə bilməmişdi.
Sovet dövründə “Azərbaycan romançılığı”
Sovet vaxtı Azərbaycanda romanların müəyyən gözlənti ilə, tapşırıq əsasında və senzura ilə yazıldığı cümləyə məlumdur. O dövrdə qələmə alınan istənilən əsər kommunizmin ideoloji qəlibləri əsasında yaradılıb. Sovetlərdə çap olunan bütün kitablar istisnasız olaraq senzuradan keçib və ideologiyanın təqdir etmədiyi heç bir kitab çap edilməyib. Qapalı bir mühitdə sərt ideoloji tərbiyə görən Sovet yazıçısının nəsə azadruhlu bir roman yazması, senzuradan yayınması mümkün deyildi. Nəticə etibarilə də Azərbaycanda Sovetlər dövründə imperiya daxilində ideologiyadan kənar yazılmış, azadruhlu əsərlərə rast gəlinmir. Yazıçılar müstəqil olmadıqlarından müstəqil roman da yaza bilməzdilər.
Həmin dövrdə Azərbaycan romançılığında Sovetlərin dağılması ərəfəsini istisna etsək, görərik ki, romançılıqda estetik axtarışlar da yoxdur, əksər əsərlər müəyyən qəliblər əsasında və güclü təsir altında yazılıb. Bilindiyi kimi mövzudan əlavə, estetik xüsusiyyətləri də romanın təməlində vacib yer tutur, amma estetik axtarışlar və eksperimentizm də elə azadlıq və sərhədləri aşmaq istəyindən doğur. Sovetlər romançılıqda estetik axtarışlara və eksperimentlərə düşmən kəsilərkən, romanı “sünnət etməyə”, onun azad təbiətini amputasiya etməyə çalışırdılar.
Bir çoxlarına görə, Azərbaycan romançılığının zirvəsi sayılan İsmayıl Şıxlının “Dəli Kür” romanı məsələn, xan, bəy quruluşuna qarşı və Mixail Şoloxovun “Sakit Don” əsərinin güclü təsiriylə yazılıb. Hazırda “Dəli Kür” romanında İsmayıl Şıxlının ağa və bəylərə simpatiyasının olduğunu, məhz buna görə də Cahandar ağa obrazını xarizmatik yaratdığını deyənlər var. Məlum məsələ, bu, Sovet yazıçısını və nəsrini təmizə çıxarmaq illuziyasından başqa bir şey deyil. Bununla belə, fakt faktlığında qalır, Sovet imperiyasının yazıçıdan konkret bir gözləntisi olub, yazıçı da bu gözləntini doğrultmağa çalışıb.
Sovet dövründə yazılan istənilən yerli romanı müzakirəyə çıxarsaq, onda tapşırıq və senzura əsaslı sərt ideoloji xəttin olduğunu görərik. Başqa bir məşhur əsər, Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” romanının yazılması yazıçının Sovet Azərbaycanına qayıtmasından sonrakı dövrə təsadüf edir. 1934-cü ildə yazılan “Qızlar bulağı” azərbaycanlılar üçün yeni kimlik yaratmaq istəyən sovetlərin, xüsusən Stalinin “azərbaycanlılar midiyalıların törəməlidir” konsepsiyasının əsasında yazılıb, əsərdə azərbaycanlılar elə zərdüştlərin, midiyalıların törəmələri kimi göstərilir və bunun əsaslandırılmasına cəhd edilir.
İsa Hüseynovun (Muğanna) “İdeal” və “Məhşər” romanları da Sovetlərin azərbaycanlılara qondarma bir kimlik biçmək təşəbbüsünün davamı idi, ən azından 1979-cu ildə “Məhşər”, 1985-ci ildə isə “İdeal” romanlarının çapına icazə verilmişdi. Muğannanın bu əsərləri əslində bu kimlik axtarışlarının cəfəngləşməsinin kuliminasiya nöqtəsidir. Yazıçı əsərlərində “Odər” deyə bir xalq və dil uydurub və azərbaycanlıların da mistik Odər xalqından törədiyini sübut etmək üçün linqvistik uydurmalara əl atıb. Ən pisi də odur ki, axırda özü də bu nonsensə inanıb, öz dövründə bir xeyli adamı da inandıra bilib.
Sovet dövründə yazılan ən yaxşı əsərlərdən biri sayılan və xüsusi kaloriti ilə seçilən “Köç” romanını Mövlud Süleymanlı 1986-cı ildə Qabriyel Qarsiya Markezin mistik-realist “Yüz ilin tənhalığı” romanının təsiri altında yazıb. “Köç” romanı elə Markezin romanı kimi nəsillərin tarixçəsindən bəhs edir. Müəyyən bir müddət ərzində köçəri bir nəslin başına müxtəlif hadisələr gəlir. İki əsər arasında əsas fərqlərdən biri isə budur ki, “Yüz ilin tənhalığı”ndan fərqli olaraq, “Köç “romanında nəslin sonuncu kişi nümayəndəsi yoxa çıxandan sonra günlərin bir günündə mistik şəkildə ortaya çıxır. Məlum olur ki, bu qəhrəman sovetləri quran kommunistlərə qoşulubmuş. O, axırda kommunist bir superqəhrəman kimi peyda olaraq, öz nəslini xilas edir.
Bunlar Sovet dövründə yazılan əsərlərin cüzi qismidir, təbii. Amma əvvəldən də söylənildiyi kimi Sovet dövrünə aid istənilən yerli romanımızı götürüb analiz etsək, onda kəskin ideoloji təbliğatın və ya müdaxilələrin olduğunu görərik. Anarın yeni, müasirləşmiş Sovet adamlarından bəhs edən romanları, Əkrəm Əylislinin müharibə dövrünün çətinliklərinə sinə gərən qəhrəmanları, fədakar kəndliləri də müəyyən ideoloji qəliblərin əsasında yaradılıb və senzuradan keçib. Sovet romanları əsasən Sovet adamlarından bəhs edirdi, o sovet adamları ki, totalitar dövlət onları “Sovet parniki”ndə bir təcrübə nümunəsi kimi yetişdirmiş və tərbiyə etmişdi.
Sovet dövründə Azərbaycan romançılığında yaxşı nümunələr var təbii ki, amma bu əsərlərin hər biri öz üzərində mütləq şəkildə “Sovet”damğası daşıyırlar. Yeganə istisna “Əli və Nino” romanıdır. O da bilindiyi kimi Avropada yazılıb və Sovetlər dağılana qədər nəşrinə qadağa qoyulub. “Əli və Nino” romanında Əlinin timsalında kimliyi, fərdi və ictimai azadlığı üçün vuruşan bir azərbaycanlıdan bəhs olunur. Elə məhz bu xüsusiyyətlərinə görə, orijinalı almanca olsa da, “Əli və Nino”nun ən yaxşı Azərbaycan romanı hesab olunması təsadüfi deyil.
Burda bir məsələni də qabartmaqda fayda var. “Qızlar bulağı”nı yazan Yusif Vəzir Çəmənzəminli ilə “Əli və Nino”nun müəllifinin eyni adam olması kimi bir iddia var, bunu azərbaycanlı tədqiqatçılar irəli sürürlər. Amma Sovet dövrünün yazıçılarının əsərləriylə tanış olanda görürsən ki, “Əli və Nino”nun müəllifindəki nəhəng intellektual baza, azadlıq yanğısı və yazıçılıq qabiliyyətləri nə Çəmənzəminlidə, nə də dövrün digər Sovet yazıçılarında var. Böyük ehtimalla, obyektivlik naminə biz Əsəd Bəy (Lev Nussimbaum) haqqında xarici akademik mənbələrin yazdıqlarına daha çox inanmalıyıq…
Sovetlərin qətl etdiyi roman
Azərbaycanda sovet dövründən əvvəl həm romançılıq ənənəsi olmadığına, həm də bunun nəticəsində dil inkişaf etmədiyinə görə, sovet irsi yüksək qiymətləndirilir. Çoxlarına görə, ən azından bu dövrdə azərbaycan ədəbi dili formalaşıb – bu dil qeyri-təbii yolla, rus dilinin qəlibləri və güclü təsiri ilə öz həqiqi adından və kökündən qoparılaraq formalaşdırılsa da, çoxları üçün heç yoxdan daha qiymətlidir – Azərbaycan romanı adlı bir anlayış ortaya çıxıb.
Sovet romançılığı bizim üçün qiymətli ola bilər, lakin bu dövrdə yazılmış ədəbiyyata müasir dünyada artıq demək olar, formalaşmış bir münasibət var və bu dövrün romançılığı bir çox hallarda həqiqi romançılıq da hesab olunmur. Milan Kunderanın “Roman sənəti” əsərində bu məsələyə fundamental şəkildə toxunulub. Kundera romanın ölməsi barədə müzakirələrə münasibət bildirərkən, romanın artıq bir dəfə Sovetlərdə öldüyündən və bunun necə baş verdiyindən yazıb:
“…mən ömrümün böyük hissəsini keçirdiyim və adətən totalitar adlandırılan dünyada romanın necə öldüyünü görmüşəm, həmin dövrdə yaşamışam, bu, çox qəddar bir ölüm idi (roman qadağalarla, senzura və ideoloji basqı ilə öldürülmüşdü)…
Qərb dünyasının bir modeli olan, insani məfhumların çoxmənalılığı və nisbiliyi üzərində qurulan roman sənəti totalitar kainatla uzlaşmır. Bu uzlaşmazlıq dissidenti “apparatçikdən”, yaxud insan hüquqları müdafiəçisini işgəncəçidən ayıran uzlaşmazlıqdan daha dərindir, çünki o, təkcə siyasi və ya əxlaqi deyil, həm də ontolojidir. Burda bunu nəzərdə tuturam: yeganə Həqiqət dünyası ilə romanın çoxmənalı dünyası tamamilə fərqli substansiyalarda formaşıblar. Totalitar Həqiqət nisbiliyi, şübhəni, sorğunu rədd edir; o, heç bir zaman mənim romanın ruhu adlandırdığım şeyi özündə ehtiva edə bilməz.
Bəs Kommunist Rusiyasında yüzlərlə, minlərlə roman nəhəng tirajlarla çap olunub geniş şəkildə oxunmurmu? Əlbəttə, oxunur, lakin bu romanlar varlığın (“being”) fəth olunmasına heç bir töhvə vermir. Onlar varlığın heç bir seqmentini kəşf etmir, bundan başqa, həmin romanlar hər kəsin dediklərini təsdiq etməklə (hər kəsin deməli olduqlarını) bu deyilənlərin məqsədlərini, ehtişamlılığını, onların cəmiyyətə faydalılığını yerinə yetirirlər. Heç nə kəşf etməməklə, bu romanlar mənim üçün romanın tarixini ehtiva edən şeyin kəşflər ardıcıllığında iştirak etməkdə iflasa uğrayırlar; onlar özlərini həmin tarixdən kənarda saxlayır və ya lap istəsəniz, onlar roman tarixindən sonra gələn romanlardır.
Təxminən yarım əsr əvvəl roman tarixi Rusiya Kommunizmi imperiyasında sona çatdı. Rus romanının Qoqoldan Belıya qədərki böyüklüyünü nəzərə alanda, bu hadisənin vacib əhəmiyyəti var. Ona görə də romanın ölümü sadəcə olaraq ağlasığmaz bir ideya deyil. Biz indi bilirik roman necə ölür: məsələ o deyil ki, roman yoxa çıxır, öz tarixindən uzaq düşür. Onun ölümü sakitcə, gözəçarpmadan baş verir və heç kimin ruhu da incimir.”
Sovet ədəbiyyatı və sovet yazıçıları hələ də dominantdır
Azərbaycan artıq 30 ilə yaxındır müstəqil ölkədir, 10 milyon əhalisi var. Bu dövr ərzində ölkədə yeni nəsil romançılar, yeni mövzular, yeni estetik axtarışlar olmalı idi, amma Sovet ədəbiyyatı, Sovet yazıçıları və Sovet zövqü hələ də dominantdır. Əksər yüksək vəzifələrdə hələ də “homosovetikus”lar təmsil olunur, inzibati metodların sayəsində də mühiti qoruyub saxlaya bilirlər.
Ölkədə müstəqil ədəbiyyat orqanlarının, yayımlarının fəaliyyətinə məhdudiyyətlər var, müstəqil ədəbi təşkilatların rəsmi qeydiyyatdan keçməsinə icazə verilmir, maliyyə tapmaq imkanları yoxdur, müstəqil roman müsabiqələri keçirilmir, mükafatlar verilmir. Nəticədə də ölkədə yeni romançılıq ənənəsi yaranmır, təkamül prosesi getmir. Sovet dağılandan sonra biz romançılıqda və nəsrdə çox az yol qət etmişik.
Halbuki ölkədə nəsillər dəyişib, Sovet dağılanda ölkə əhalisi 7 milyon idisə, bu gün artıq 10 milyondur. Yeni gənclik yetişib. Bu gənclərin dilini, zövqünü, bədii təfəkkürünü, estetikasını, özünüdərk və kimlik axtarışlarını formalaşdıracaq romanlar isə yazılmır, müasir ədəbiyyat yaranmır.
Əlbəttə, bu aydındır ki, biz hələ elm mərhələsinə çatmamış bir cəmiyyətik, ciddi fəlsəfə, sənət mərhələsinə də çatmamışıq, amma romançılıq müəyyən qədər inkişaf etsəydi, heç olmasa vacib estetik, etik və əxlaqi sualların qoyulması və bunlar barədə müzakirələrin aparılması mümkün ola bilərdi. Bunlar yoxdur, nəticədə biz taleyüklü sualların verilmədiyi, axtarışların aparılmadığı, özünü dərk etməyən və tanımayan, sadəcə olaraq illuziyalarla təsəlli tapan bir cəmiyyətdə yaşayırıq. Bir-birindən asılı olaraq, bunu yaradan səbəb və bunun ortaya çıxardığı nəticə isə birdir: “Sovet”lər hələ də davam edir, həqiqi romançılığı və ədəbiyyatı yaradacaq mühit yoxdur…
Kitablar romanlar
Diqqət! Ucuz Tərcümə xidmətlərini yalnız “Etalon” Tərcümə Mərkəzi təqdim edə bilər. İstənilən mövzuda dissertasiya işlərinin, məqalələrin, kitabların, sənədlərin ingilis, türk, rus dillərindən azərbaycan
Şekillerde görüldüyü kimidi, temiz bağ hesabdı Etraflı melumat wp-da verilecek
Təzədir Ön və Arxa kamerasi var Klaviyatura var Qələmi var Kabrosu və üzlüyü var Bluetooth qulağlığı var Adaptır var
hesabda demey olar herşey maksdı 2-3 dene top qalıb yükselmeli herolar maxdı kitablarda çoxdu 1000 madalya var pulnan alınmış arka plan var endirim cuzi olacaq real alıcılar vpdan elaqe saxlasın
Azərbaycan-Rus, Rus-Azərbaycan dillərinə tərcümə olunur. 1-səhifə 6 m Latın dilində olan əlyazmaların,jurnalların,qəzetlərin,kitabların,mühazirələrin WORD-doc yazılması 1-səh 60 qəp (sehife 30-den cox olarsa 1-seh 50
18 ədəd kitab satılır, aralarında 70-80-90cı illərə aid: Əli Kərim, Şah İsmayıl Xətai, Vaqif, İmadəddin Nəsimi, Məhəmmədhüseyn Şəhriyar, Walter Scott, Azərbaycan ədəbiyyatının seçilmiş qəzəlləri və s. kitablar var.
Akuşerstva və Ginekologiya. Təzədir 2 si bir yerdə 50 azn. Baha alınıb. Malın növü: Kitablar
Vatsap aktivdir. İnstagram iqra_ topdanperakendesatis Quran:- Azərbaycan dilində (latın)- 15azn Quran:- Diyanət qapaqlı 20 azn (ərəbcə) Quran:- Transkripsiya (3 dil) – 25 m Quran:- Diyanət ən böyük 25 azn
Bugünkü önəmli gündə sevgilisinin gözündə dəyərinin artmasını istəyən sevgilisinə kitab buketi alsın. Kimlərsə razılaşmaya bilər, ancaq kitab buketi məncə bir ilkdir!) Malın növü: Kitablar
Burda YOS hazirligi ucun təməl ve imtahan tipli suallarin oldugu kitablardir. Bu kitablarla asanliqla qaydalari yadda saxlayib, daha cətin suallari asanliqla hell eleye bileceksiniz. Bu kitablar ile qizim Ankara Diş
7k aktiv tiktok hesabı satılr.Aktivliyi bomba kimi ciddi alıcılar yazsn.Elave melumat üçün vp yazn
Köyün koruyucusu kraliçası maxdı çəkiclər kitablar var altın bilet alınıb bu sezon, əvvəlkilərdədə alınıb Satış görüş yolu ilə də olar online də online olsa birinci pul sonra köy. Fırıldağlar yormuyun özünüzü köyü yox
Wacom brendinin Intuos S Ctl 4100W orta ölçülü Bluetooth simsiz qrafik tableti. Yenidir. Kompyuter, notbuk və android telefonlar və Chromebook -lara qoşula bilir. – 4 funksional düyməsi var. Asanlıqla qısa yollar əlavə
Salam Hesabı Mene Dostum Hediyye verib.Men Pubg Oynamiram.Eger Almaq İsteyen Olsa Sexsiyyet Vesiqemi Ataram.Ozum Namaz Qilanam Haramnan İsim Olmaz Menim.
Samsung Galaxy Tab 4 planset satiram ideal vəziyyətdədir ustda olmayib karobakası da var 8 gb yaddas + micro kart dəstəkləyir arxa+ön kamerasi da var. vatsapda varam ciddi alıcı zəng etsin. münasib yerdə görüşüb
Processor – 6 Generation Intel Core i5 – 6300U – 2.40GHz (3GHz) RAM – 8 , DDR 4 Hard disk (Yaddaṣ) – 256GB SSD Sistem – Microsoft Windows 10 Pro 64 bit Touch screen sensor – Sensor ekran (toxunuş) Batareya health
Pisxoloji kitablar insanin ozunu tanimasi haqqinda
SAMSUNG TAB S-T805 tecili satilir xanim isledib ideal veziyetde butun aksesuarlari var daha etrafli maraqlanmaq isdeyen whatsapda yaza biler 1200 azne alinmisdir ucuz satilma sebebi tecili pul lazim olduqna goredi
Malın növü: Kitablar
Книги Гарри Поттер издательство Росмэн. Новая упаковка, не открывалась. Очень редкий сборник. Из Москвы. Отлично подойдет для подарка. Продается в полном комплекте Harry Potter kitablari, yeni ve nadir komplekt.
Malın növü: Elektron kitablar Marka: ONYX Yeni?: Bəli Çatdırılma?: Bəli
Faizsiz ve Arayissiz Kreditle Samsung Galaxy Tab A8 Ilkin Odenis 166 azn 12 Ay 55 manat 25 qepik Ekran diaqonalı – 10,5″ Ekran ayırdetmə qabiliyyəti – 1200×1920 Matris növü – TFT RAM, GB – 4 Daxili yaddaş, GB –
Təcili satıır heç bir probemi yoxdur Xüsusiyyətlər Brend:Samsung tab A7 lite Məhsul tipi:Planşet Şəbəkə:2G,3G,4G SIM-kart sayı:Single SIM(NANO) SIM-kart ölçüsü:Nano Ekranın ölçüsü:8.7″ Ekran icazəsi:800 x
Kitabların,sənədlərin, məktubların və hər hansı bir mətnin Rus, İngilis, Türk və Ukrayna dillərindən və əksinə, yüksək səviyyədə Azərbaycan dilinə tərcüməsi. Eyni zamanda yuxarıda sadaladığım bu dillərdə olan mətnlərin
Yenidir bagli qutuda Batareya 3000 mah Wifi Blueooth Android 10 Yaddas 32 gb Ram 2 gb Kamera 5 mp Ekran 7 inc Qiymet sondur
Информатика базовый курс для студентов и преподавателей высших учебных заведений, охватывает все основные разделы информатики Malın növü: Kitablar
Təzə kimidir Vergi / Praktiki İzah 2020ci il Malın növü: Kitablar Çatdırılma?: Bəli
Digər elanlar
kitablar romanlar elanlari
kitablar romanlar elanlari 2023 , Bakida kitablar romanlar qiymeti , islenmis ikinci el kitablar romanlar satilir. kitablar romanlar ucuz qiymete tap az vaxtin getsin. kitablar romanlar satisi sərfəli qiymətə kitablar romanlar almaq. islenmis kitablar romanlar aliram, kitablar romanlar satılır. Ucuz qiymetleri oyren. Tezbazar.az saytinda pulsuz kitablar romanlar elani yerlesdir. Azerbaycanda ucuz qiymete kitablar romanlar satilir . kitablar romanlar alqi satqisi 2023. Sizə lazım olan yeni əşyalar, işlənmiş əşyalar Tezbazar.az saytında tapa bilərsiz.
Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 TEZBAZAR.AZ | info [@] tezbazar.az | Bizimlə əlaqə
PDFyukle.com
Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.
Sponsor linki
PDF kitab yüklə
PDF kitab yüklə
PDF kitab yukle, azerbaycanca PDF kitab yukle, pdf kitablar, maraqli kitablar yukle, bedii kitab yukle, dini kitab yukle, kriminal dedektiv detektiv kitab yukle, dedektiv eserler yukle, onlayn kitab oxu, elektron kitablar yukle, elektron kitabxana yukle, pulsuz PDF kitab yüklə, roman yukle, sevgi romanlari yukle, pdf kitablar oxu, dini pdf kitablar, hitlerin kitabi pdf yukle, roman kitablar, ekitab, dedektiv, macera, kriminal, ekitap indir, скачать роман бесплатно, bedii kitablar, kitab oxumaq sayti, elxan elatli xeyanet ugursuz gece pdf yukle, varisin kitablari pdf yukle, kitab yukle pdf, elektron kitabxana yukle, mark tven pdf kitablar, dodaqdan qelbe romani yukle, min mohtesem gunes pdf yukle, min möhtəşəm günəş yüklə, seyir kitablari yukle, adlarin izahli lugeti kitabi yukle kitab yükləmək üçün saytlari kitab yükləmə kitab yükləmək üçün saytlar kitab yükləmə saytları kitab yüklə pulsuz kitab yüklə boxca iqtisadi kitab yüklə səsli kitab yüklə elektron kitab yüklə kitab yüklə pdf dini kitab yüklə buxari kitab yüklə excel kitab yüklə ingiliscə kitab yüklə kitab yukle qaraqan onlayn kitab yüklə kitab oxumaq ucun proqram yüklə kitab şəkilləri yüklə
Kateqoriyalar
- ABŞ Ədəbiyyatı
- Almaniya Ədəbiyyatı
- Avropa Ədəbiyyatı
- Azərbaycan Ədəbiyyatı
- Braziliya Ədəbiyyatı
- Dünya Ədəbiyyatı
- Elmi Kitablar
- Fransa Ədəbiyyatı
- İngiltərə Ədəbiyyatı
- Kolumbiya Ədəbiyyatı
- Lüğətlər
- M.Ə.Rəsulzadə
- Macarıstan Ədəbiyyatı
- Penitensiar Ədəbiyyat
- Qırğızıstan Ədəbiyyatı
- Rus Ədəbiyyatı
- Şəxsiyyətlər
- Sovet Ədəbiyyatı
- Türkiyə Ədəbiyyatı
Comments are closed, but trackbacks and pingbacks are open.