Press "Enter" to skip to content

Azərbaycanda hərbi rütbələr

Məqalədə qeyd edilir ki, 2020-ci ildə Ermənistan və Azərbaycan arasında bir aydan çox davam edən müharibədə Azərbaycan hərbçiləri azı onlarla T-55 tankının olduğu bölüyü Ağdam rayonu yaxınlığında haubitsa kimi yerləşdirib. Onlardan daha yeni T-72 tankları ermənilərin mövqelərinə birbaşa hücumları reallaşdırdı:

Hərbi rütbələr

Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.
Aşağıdakı hərbi rütbələr müəyyən olunur:

Hərbi qulluqçuların və Hərbi vəzifəlilərin tərkibi

hərbi rütbələr

Ümumqoşun

Hərbi dəniz

Əsgərlər və matroslar

Gizirlər və miçmanlar

Əsgər (kursant)
Baş əsgər

Kiçik çavuş
Çavuş
Baş çavuş

Kiçik gizir
Gizir

Kiçik leytenant
Leytenant
Baş leytenant
Kapitan

Mayor
Polkovnik-leytenant
Polkovnik

General-mayor
General-leytenant
General-polkovnik
Ordu generalı

Matros (kursant)
Baş matros

Kiçik çavuş
Çavuş
Baş çavuş

Kiçik miçman
Miçman

Kiçik leytenant
Leytenant
Baş leytenant
Kapitan-leytenant

3-cü dərəcəli kapitan
2-ci dərəcəli kapitan
1-ci dərəcəli kapitan

Kontr-admiral.
Vitse-admiral
Admiral

Qoşun növləri və xüsusi qoşun generallarının hərbi rütbələrinə mənsub olduqları qoşunların adları əlavə edilir.
Tibb xidməti, ədliyyə zabitlərinin və generallarının hərbi rütbələrinə mənsub olduqları xidmətlərin adları əlavə edilir.
Çavuşlara və şirlərə (miçmanlara) hərbi rütbələr qoşun və ya xidmət növü göstərilmədən verilir.
Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir.

Hərbi rütbələrin verilməsi

Ali zabit hərbi rütbələri ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələr bir qayda olaraq, növbəlik qaydasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə müvafiq surətdə verilir.
Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələrdə olması müddəti aşağıdakı kimi müəyyən edilir:

Hərbi rütbələrin adları

Avisiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün

Digər hərbi qulluqçular üçün

kiçik gizir (kiçik miçman)

baş leytenant, kapitan
(kapitan-leytenat)

mayor (3-cü dərəcəli kapitan)

polkovnik-leytenant
(2-ci dərəcəli kapitan)

Əsgər, baş çavuş, matros, baş əsgər, baş matros, baş gizir, baş miçman, polkovnik (1-ci dərəcəli kapitan) və ali zabit hərbi rütbələrində olma müddəti müəyyən edilmir.
Təhsil müddəti beş il olan ali hərbi tədris müəssisələri bitirmiş hərbi qulluqçular üçün “leytenant” hərbi rütbəsində olma müddəti bir il müəyyən edilir.

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə nəzərdə tutulmuş qaydada və müstəsna hallarda hərbi rütbənin aşağı salınması, hərbi rütbədən məhrum edilmə, hərbi rütbənin bərpa edilməsi, hərbi rütbənin vaxtından əvvəl və ya növbədən kənar verilməsi, eləcə də vəzifə ştatı üzrə müəyyən edilmiş hərbi rütbədən bil pillə yuxarı rütbə verilməsi mümkündür.

Hərbi rütbələrdən məhrumetmə, hərbi rütbələrin aşağı salınması və bərpası

Hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda məhkəmənin təqdimatı əsasında və ya Azərbaycan Respublikasının vətəndaşlığını itirdikdə onlara verilmiş hərbi rütbələrdən məhrum edilə bilər və ya əsgər, matros rütbəsinə endirilə bilərlər.
Hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbəsi məhkəmənin qərarı əsasında həmin hərbi rütbələri vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir.
Hərbi qulluqçular (zabit heyətindən başqa) Silahlı Qüvvələrin İntizam nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada hərbi rütbədən məhrum edilə bilər və onların hərbi rütbələri bərpa edilə bilər.
Hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant hərbi rütbəsi olanlardan başqa) bir pillə aşağı salına bilər.

Quru qoşunlar üçün hərbi rütbələr aşağıdakılardan ibarətdir.

Əsgər heyəti
– əsgər (kursant)
– baş əsgər
Çavuş heyəti
– kiçik çavuş
– çavuş
– baş çavuş
Gizir heyəti
– kiçik gizir
– gizir
– baş gizir
Kiçik zabit heyəti
– kiçik leytenant
– leytenant
– baş leytenant
– kapitan
Baş zabit heyəti
– mayor
– polkovnik-leytenant
– polkovnik
Ali zabit heyəti
– general – mayor
– general – leytenant
– general – polkovnik
– ordu generalı (hazırda bu hərbi rütbə ilə heç kəs təltif olunmayıb)

Azərbaycanda hərbi rütbələr

Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.

Azərbaycanda ali zabit hərbi rütbələri ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

Hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələrin verilməsi bir qayda olaraq, növbəlik qaydasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə uyğun olaraq həyata keçirilir

Qoşun növləri və xüsusi qoşun generallarının hərbi rütbələrinə mənsub olduqları qoşunların adları əlavə edilir. Tibb xidməti, ədliyyə zabitlərinin və generallarının hərbi rütbələrinə mənsub olduqları xidmətlərin adları əlavə edilir.

Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə “ehtiyatda olan” sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə “istefada olan” sözləri əlavə edilir.

Rusiya Azərbaycan Ordusunun təcrübəsindən yararlana bilərdi.

Axar.az Report-a istinadən xəbər verir ki, bu, “Forbes”in Rusiya ordusu barədə analitik yazısında yer alıb.

Məqalədə qeyd edilir ki, 2020-ci ildə Ermənistan və Azərbaycan arasında bir aydan çox davam edən müharibədə Azərbaycan hərbçiləri azı onlarla T-55 tankının olduğu bölüyü Ağdam rayonu yaxınlığında haubitsa kimi yerləşdirib. Onlardan daha yeni T-72 tankları ermənilərin mövqelərinə birbaşa hücumları reallaşdırdı:

“Rusiyanın köhnə T-55 tankları artilleriyaya çevrilə bilər. Amma bu, yaxşı artilleriya olmayacaq. Rusiya ordusunun uzun müddət anbarda saxladıqdan sonra Ukraynada cəbhə xəttində istifadəyə çevirmək üçün çıxardığı 70 yaşlı T-54 və T-55 tankları, ehtimal ki, Ukrayna ordusunun öz tankları ilə birbaşa döyüşdə tab gətirə bilməyəcək”.

Lakin dörd ekipaj üzvü, 800 at gücünə qədər mühərrikləri və 100 mm-lik topu olan 40 tonluq T-54/55 tanklarının döyüşü Rusiya hərbçilərinin düşündüyü kimi olmaya bilər:

“Rusiya ordusu qədim tanklardan tank kimi deyil, artilleriya kimi istifadə edə bilərdi. T-55 tankdan iki dəfə uzaq, daha dəqiq, daha sürətli və daha uzun atəş aça bilən xüsusi haubitsa üçün zəif əvəzedicidir”.

Qeyd edilir ki, Ukrayna müharibəsində və digər münaqişələrdə tanklardan artilleriya kimi istifadə edilməsinə dair çoxlu presedentlər var. Ukrayna ordusu yerli istehsal olan T-64 tanklarının üç nəfərlik heyətlərində atəş üsulları tətbiq etməklə haubitsa çatışmazlığını kompensasiya edib. Rusiya ordusu da son vaxtlar, hətta ən yaxşı T-90-ları ilə də belə etdi.

“Yadda saxlamaq lazımdır ki, tank, əslində, zirehə bükülmüş və şassi üzərində hərəkət edən, fırlanan böyük bir topdur. T-54/55 tanklarına gəlincə, bunlar 1944-cü ildə sovet ordusu tərəfindən qəbul edilmiş D-10 tank əleyhinə silahın törəməsi olan D-10T topudur”, – məqalədə qeyd edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.