Press "Enter" to skip to content

Rq qapısı” qəzeti Vasif Talıbovla bağlı xəbərə aydınlıq gətirdi

İnternet News

Şərq qəzeti

JURNALİST elektron qəzeti

“Yeni Azərbaycan” qəzeti

�Yeni M�savat� qəzeti

�Respublika� qəzeti

Azadlıq qəzeti

525ci qəzet

Xalq Cəbhəsi qəzeti

Ədalət qəzeti

Xalq qəzeti

Azərbaycan qəzeti

Təzadlar qəzeti

Ayna qəzetin

�Kaspi� qəzeti

�Mərkəz� qəzeti

�M�asir M�savat� qəzeti

�Monitor� jurnalı

�Şərq� qəzeti

Zaman qəzeti

�Respublika� qəzeti

�M�vqe� qəzeti

Olaylar qəzeti

Milli qəzet

Birja qəzeti

�Rabitə D�nyası� qəzeti

İRS jurnalı

��� n�qtə� qəzeti

İqtisadiyyat qəzeti

��empion� qəzeti

�Azərbaycan Neft Təsərr�fatı� jurnalı

İntellektual M�lkiyyət jurnalı

�Azərbaycan M�əllimi� qəzeti

Azərbaycan – İRS jurnalı

�Ekspert� iqtisad jurnalı

�nər jurnalı

G�l�stan dərgisi

Şəkər Villası

Xeber.net . Xəbər Portalı.

Azerbaijantoday.com Xəbərlər portalı.
http://www.azerbaijantoday.com

Yeni Qafqaz qəzeti

�Mirzə Xəzərin Səsi�

Azərbaycan Mətbuatı

İnternet News

��empion� qəzeti

Azərbaycan Xəbərlər Kanalı

İnformasiya.com

Bakinskiy Rabo�iy. Rus dilində

ZERKALO. Rus dilində

Naş Vek . Rus dilində

Ejednevnıe Novosti. Rus dilində

Vışka. Rus dilində

Azerros. Rus dilində

Nedelya. Rus dilində

Azerbaijan İnternational. Ingilis dilində

Consulting and Business World . Ingilis dilində

Baku Sun. Ingilis dilində

Azernews. Ingilis dilində

Day.AZ. Rus dilində

Perekrestok. Rus dilində

Qazeta “Realn ıy Azerbaydjan “

“G �ndəlik xəbərlər “

“Şərq qapısı” qəzeti Vasif Talıbovla bağlı xəbərə aydınlıq gətirdi

“Naxçıvan Respublikasının fövqəladə deyil, 5-ci sessiyası çağırılacaq. Ali Məclisin sədri Vasif Talıbovun vitse-prezident elan olunacağı xəbəri də bizim qəzetdə yayımlanmayıb. Vasif müəlllimlə bağlı heç bir informasiya dərc etməmişik. Sadəcə, həmkarlarımız yanlışlığa yol veriblər”.

Bunu Modern.az-a açıqlamasında “Şərq qapısı” qəzetinin redaksiyasından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün fövqəladə sessiyasının çağırılacağı və Vasif Talıbovun vitse-prezident elan ediləcəyi barədə yayılan xəbər münasibət bildirərkən deyiblər.

“Şərq qapısı” qəzetindən bildirilib ki, Vasif Talıbovla bağlı məlumat jurnalist təxəyyülünün məhsuludur.

“Sadəcə, orada bir məqam var ki, o da jurnalistin metodu ilə bağlıdır. Orda da göstərilir ki, “məlumatlara görə, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın vitse-prezidenti elan ediləcək. Çünki Ali Məclisin sədri vəzifəsi Azərbaycanın vitse-prezidenti postuna bərabərləşdirilib”. “Məlumata görə” sözünün qeyd edilməsi jurnalistin öz təxəyyülünün məhsuludur. Bunun da bizə aidiyyatı yoxdur. Bizim qəzetdə dərc olunan material 5-ci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 5-ci sessiyasının çağrılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarıdır. Başqa bir məsələ deyil. Qərarda da gündəlikdə duran məsələlər, 2017-ci ilin sosial-iqtisadi inkişafı sahəsində qarşıda duran vəzifələr, Naxçıvan Muxtar Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin icrasının təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikasının Konstitutsiyasına dəyişikliklər edilməsi ilə bağlıdır”.

Qedy edək ki, dünən bəzi KİV-lər Naxçıvan MR-in rəsmi mətbu orqanı “Şərq qapısı” qəzetinə istinad edərək, fövqəladə sessiyanın çağrılacağı və Ali Məclisin sədri Vasif Talıbovun vitse-prezident elan ediləcəyi barədə məlumat yayıblar. Bu məlumatlarda iddia olunub ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər ediləcək ki, bu da Azərbaycanın idarə sistemində dəyişikliklərlə – vitse-prezident institutunun tətbiqi ilə bağlıdır. Elə həmin məlumatlara görə, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın vitse-prezidenti elan ediləcək. İddia olunub ki, Ali Məclisin sədri vəzifəsi Azərbaycanın vitse-prezidenti postuna bərabərləşdirilib. Xəbərə görə, sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi məsələsi daxildir.

“Şərq qapısı” qəzetinin 100 illik yubileyi qeyd olunub – FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1iyun tarixli Sərəncamına əsasən dekabrın 18-də “Şərq qapısı” qəzetinin 100 illik yubiley tədbiri keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Şərq qapısı” qəzetinin 100 illik yubileyi münasibətilə kollektivi, muxtar respublikanın bütün mətbuat işçilərini, ziyalıları və oxucuları təbrik edərək deyib: 1921-ci ildə ilk nömrəsi nəşr olunan “Şərq qapısı” qəzeti şərəfli yol keçmiş, Azərbaycanda öz üslubu və yolu ilə seçilən mətbuat orqanı kimi böyük nüfuz qazanmışdır. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin milli soykökə qayıdış siyasətinin tərkib hissəsi kimi qəzet də yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Həmin dövrdə Sovetlər Birliyinin qatı senzura tələblərinə baxmayaraq qəzetin siyasi-ideoloji istiqamətində millilik üstün istiqamət kimi götürülmüş, xalqımızın tarixinə, milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılara geniş yer verilmiş, muxtar respublikanın iqtisadi və mədəni inkişafı qəzet səhifələrində dolğun əks olunmuşdur. Dahi şəxsiyyət Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti müstəqil dövlət quruculuğu yolunda fəal mübarizlərdən olmuş, Azərbaycanın xilasını görkəmli dövlət xadiminin yenidən siyasi hakimiyyətə qayıdışında görmüşdür. Həmin illərdə Ümummilli Liderin milli dövlətçiliyimizin bərpası ilə bağlı Naxçıvanda qəbul etdiyi tarixi qərarlar, muxtar respublikanın işğaldan qorunması və ağır iqtisadi şəraitdən çıxarılması sahəsində gördüyü işlər qəzetin xüsusi bülletenləri vasitəsilə bütün Azərbaycana çatdırılmışdır.

Ali Məclisin Sədri deyib: Təsadüfi deyil ki, hələ Sovetlər Birliyinin dağılmadığı bir vaxtda – 1990-cı ildə “Şərq qapısı” müstəqil mətbuat orqanı kimi fəaliyyət göstərmiş, qəzetdə proletar şüarları ilə deyil, milli birlik və müstəqillik çağırışları ilə yazılar dərc olunmuşdur. Qəzet öz səhifələrində dahi şəxsiyyətin müsahibə və çıxışlarına geniş yer ayırmaqla, bütövlükdə xalqımızın ictimai-siyasi ideyalarının formalaşması işinə mühüm töhfə vermişdir. Ulu Öndər “Şərq qapısı” qəzetinin 1990-cı il 26 iyul tarixli nömrəsində dərc olunmuş müsahibəsində demişdir: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyə almışam. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.

“Muxtar respublikada qəzetçilik ənənələrinin inkişafında “Şərq qapısı”nın xüsusi xidmətləri olmuş, qəzetin yaradıcılıq məktəbini keçən böyük ziyalılar nəsli formalaşmışdır”, – deyən Ali Məclisin Sədri bildirib ki, bu gün “Şərq qapısı” qəzeti ilə yanaşı, muxtar respublikada 8 şəhər və rayon qəzeti, elm və ali təhsil müəssisələrinin qəzetləri, 3 televiziya, 3 radio, informasiya agentliyi və onlarla internet informasiya resursları fəaliyyət göstərir, media orqanlarında yüzlərlə jurnalist çalışır. Müstəqillik illərində ölkəmizdə mətbuatın və medianın inkişafı sahəsində görülən işlər “Şərq qapısı” qəzetini də əhatə etmiş, maddi-texniki bazası gücləndirilmiş, müasir redaksiya-nəşriyyat kompleksi istifadəyə verilmiş, yaradıcılıq imkanları və oxucu dövriyyəsi genişlənmişdir. Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi və sosial-mədəni həyatında mühüm yeri olan “Şərq qapısı” qəzetinin yubileyləri daim dövlət səviyyəsində qeyd olunmuşdur. Ümummilli Liderimizin 1996-cı il noyabrın 26-da “Şərq qapısı” qəzetinin 75 illik yubileyi münasibətilə kollektivə ünvanladığı təbrik məktubunda qeyd edirdi ki, “Şərq qapısı” qəzeti öz səhifələrində muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını, əhalisinin qayğı, istək və arzularını dolğun əks etdirməklə oxucularının rəğbətini qazanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində əsaslı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur”.

Ali Məclisin Sədri deyib: Bu gün tərəddüdsüz demək mümkündür ki, “Şərq qapısı” qəzeti Naxçıvanın muxtariyyət tarixini öyrənmək baxımından ən etibarlı mənbədir. Qəzetin 100 illik tarixində Naxçıvanın taleyi və müqəddəratı, çətinlikləri və uğurları əks olunub. İctimai nəzarət funksiyasını yerinə yetirən orqan kimi qəzet bu gün də muxtar respublikanın tanıdılması və təbliğində səmərəli fəaliyyət göstərir, sosial-iqtisadi və mədəni inkişafa öz töhfəsini verir. Qəzetçilik böyük zəhmət, xüsusi səy, peşəkar yanaşma, hadisələri obyektiv dəyərləndirmək, prosesləri qabaqlamaq və düzgün təhlil etmək bacarığı tələb edən sənətdir. Əgər ilk dəfə nəşrə başlayanda “Şərq qapısı” qəzetinin başlıca məqsədi cəmiyyətdə maarifçiliyə, elmi və mədəni tərəqqiyə nail olmaq idisə, bu gün qəzetin qarşısında bununla bərabər, həm də çevik informasiya siyasəti aparmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi təbliğ etmək, Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişaf və quruculuq salnaməsini yaratmaq və tarixləşdirmək kimi mühüm vəzifələr durur.

Ali Məclisin Sədri bu yolda mətbuat işçilərinə uğurlar arzulayıb, müstəqillik illərində Naxçıvan Muxtar Respublikasının keçdiyi inkişaf yolunu, çətinliklərini və uğurlarını təhlil edərək ictimaiyyətə düzgün çatdıran, eyni zamanda bunu kitab halında nəşr edən jurnalistlərə təşəkkürünü bildirib, qəzetin kollektivini yubiley münasibətilə bir daha təbrik edib.

“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova çıxış edərək deyib ki, 1921-ci ilin noyabrında “Cavanlar həyatı”, 1921-ci ilin dekabrından etibarən “Füqəra səsi”, 1922-ci ilin aprel ayından isə “Şərq qapısı” adı ilə nəşr olunan qəzet müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynayıb. Müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı ilə “Şərq qapısı” qəzetinin 75, 80, 85 və 90 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib, əməkhaqları bir neçə dəfə artırılıb, 2011-ci ildə 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilib, qəzetin əməkdaşları mənzillə təmin olunub. Bu gün “Şərq qapısı”nda təcrübəli jurnalistlərlə yanaşı gənc əməkdaşlar da çalışır. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamının icrası istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində elmi konfrans keçirilib, bölmə ilə birlikdə “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı hazırlanıb, ümumilikdə yubiley münasibətilə qəzet əməkdaşlarının 6 kitabı işıq üzü görüb, yaradıcılıq müsabiqəsi keçirilib, mətbuatda silsilə məqalələr dərc olunub. Ümumilikdə yubileylə bağlı 13 tədbir keçirilib. Mehriban Sultanova Naxçıvan mətbuatının himayədarı kimi “Şərq qapısı” qəzetinin kollektivi, jurnalist və ziyalılar adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxış edərək deyib ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması, nəinki jurnalistlərin, həmçinin ədəbi mühit nümayəndələrinin, ziyalıların və ictimaiyyətin böyük sevincinə səbəb olub. Müstəqillik illərində muxtar respublikada aparılan quruculuq tədbirləri kütləvi informasiya vasitələrini də əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı mətbuatın inkişafına öz parlaq töhfəsini verib. Sərəncamdan sonra muxtar respublikanın bütün mətbuat orqanları üçün əlverişli iş şəraiti yaradılıb, onların maddi-texniki bazası gücləndirilib. Ali Məclis Sədrinin 2021-ci il 21 yanvar tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması isə qəzetlərin yaradıcılıq imkanlarının genişlənməsində və maliyyə təminatında mühüm əhəmiyyətə malikdir. Bu gün mətbuat işçiləri sabahımıza doğru gedən yolun tarixini uğurla yazırlar. Jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası fəaliyyət göstərir, hər il onlarla gənc jurnalist yetişir. Rövşən Hüseynov mətbuatın inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.

“Şərq qapısı” qəzetinin müxbiri, Naxçıvan Dövlət Universiteti jurnalistika ixtisasının 3-cü kurs tələbəsi Məcid Ələkbərov tələbə-jurnalistlər adından minnətdarlıq edərək deyib: “Naxçıvan Dövlət Universitetində Ali Məclis Sədrinin təşəbbüsü və qayğısı ilə gənclər, o cümlədən jurnalistlər üçün hərtərəfli təhsil şəraiti yaradılıb. Jurnalistika ixtisasının açılması və Media Mərkəzinin yaradılması bu baxımdan xüsusi qeyd olunmalıdır. Ali Məclis Sədrinin müvafiq Sərəncamları ilə Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasının tələbələri “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və “Şərq qapısı” qəzeti redaksiyasının hamiliyinə verilib. Mən də muxtar respublikamızın hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş gənc jurnalistlərindən biri kimi öz yaradıcılıq yoluma “Şərq qapısı” qəzetindən başlamışam. Müqavilə əsasında “Şərq qapısı” qəzeti redaksiyasında müxbir vəzifəsində çalışıram. Bu gün Naxçıvan mediasında təmsil olunan biz gənc jurnalistlər həm də ona görə özümüzü xoşbəxt hiss edirik ki, Ali Məclis Sədrinin qayğısı ilə əhatə olunmuş, yaradılmış müasir məktəb və universitetlərdə təhsil almış, yüksək iş şəraiti olan media orqanlarında əmək fəaliyyətinə başlamışıq. Naxçıvanda bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər isə özlüyündə təkcə bu sahədə mütəxəssis hazırlığı ilə qalmır, həm də cəmiyyətimizə minlərlə vətənpərvər vətəndaş qazandırır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 17 dekabr 2021-ci il tarixdə “Şərq qapısı” qəzeti işçilərinin əməkhaqlarının orta hesabla 20 faiz artırılması haqqında Sərəncam imzalayıb. Sərəncam tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

“Şərq qapısı” qəzetinin baş redaktoru Sultanova Mehriban Paşa qızına Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı təqdim edilib.

Mehriban Sultanova deyib: “20 illik jurnalistlik fəaliyyətimdə cənab Prezident və Ali Məclisin Sədri tərəfindən barəmdə 3 təltif və 1 təyinat Sərəncamı verilib. Bütün bunlar taleyimdə mühüm rol oynayıb. Bundan sonra da mən və qəzetin kollektivi muxtar respublikanın inkişafını qəzet səhifələrində layiqincə əks etdirəcəyik”.

“Şərq qapısı” qəzeti ilə uzunmüddətli əməkdaşlıq edən, qəzetin Culfa rayon müxbiri vəzifəsində çalışmış, Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i Fərəc Fərəcova qəzetin 100 illik yubileyi ilə bağlı qiymətli hədiyyə təqdim olunub.

Fərəc Fərəcov minnətdarlıq edərək deyib: “Şərq qapısı” qəzetinin kollektivi ilə bağlı olmuşam. Mətbuat Şurasında çalışarkən Ali Məclis Sədrinin mətbuata göstərdiyi qayğının birbaşa şahidi oldum. “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin muxtar respublikada dövlət səviyyəsində qeyd olunması mətbuata, ziyalılara göstərilən qayğının bariz nümunəsidir”.

Tədbirdə Naxçıvan Muxtar Respublikası təltiflərinin təqdimatı olub. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafında səmərəli fəaliyyətlərinə görə “Şərq qapısı” qəzetinin 2 əməkdaşı Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adı, qəzetin və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin 4 əməkdaşı isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar.

Ali Məclisin Sədri fəxri adın döş nişanını və vəsiqəsini, eləcə də “Rəşadətli əməyə görə” nişanını və vəsiqəsini təqdim edib.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adı ilə təltif olunan Səbuhi Həsənov bu adın ikiqat məsuliyyət olduğunu bildirib, göstərilən etimadı layiqincə doğruldacağına söz verib.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adı ilə təltif olunan Muxtar Məmmədov deyib: “2011-ci ildə “Şərq qapısı” qəzetinin 90 illik yubileyində mənzillə təmin olunmuşam. Azərbaycan Mətbuatının 140 illik yubileyində ölkə Prezidenti “Tərəqqi” medalı ilə təltif edib. “Şərq qapısı” qəzetinin 100 illik yubileyində isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalist”i fəxri adına layiq görülmüşəm. Bunu Naxçıvanda çalışan bütün mətbuat işçilərinə göstərilən qayğı kimi dəyərləndirirəm. Bundan sonrakı fəaliyyətimizdə də mətbuat işçiləri qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsində əzmlə çalışacağıq”.

“Rəşadətli əməyə görə” nişanı ilə təltif olunanlardan Çingiz Ağayev, Esmira Heydərova, Şərəf Mənsumova və Əsədulla Səfərov da minnətdarlıq ediblər.

Tədbirdə “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə hazırlanmış sənədli filmə baxış olub.

Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları “Şərq qapısı” qəzetinin 100 illiyinə həsr olunmuş sərgiyə baxıblar.

Sərgidə “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1iyun tarixli Sərəncamın və Tədbirlər Planının mətni, Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə hazırlanan “Şərq qapısı” qəzetinin nəşri tarixi və inkişaf yolu” kitabı, “Şərq qapısı” qəzeti əməkdaşları və muxtar respublikanın media nümayəndələrinin əməkdaşları olmaqla, 12 müəllifin 17 kitabı, “Şərq qapısı” qəzetinin ilk nömrələrindən bu günə kimi olan nümunələri, eləcə də qəzetin inkişaf yolunu əks etdirən fotolar nümayiş olunub.

Ali Məclisin Sədri mətbuat nümayəndələri ilə səmimi söhbət edib, jurnalistika peşəsinin və mətbuatın əhəmiyyətini vurğulayıb, nəşr olunan kitabların dərs vəsaiti kimi istifadəsinin vacibliyini bildirib, bu illər ərzində səmərəli fəaliyyətlərinə görə muxtar respublika teleradio və mətbuat işçilərinə təşəkkür edib.

Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin üzvü Qahirə Hüseynova minnətdarlıq edərək deyib ki, əmək fəaliyyətimə 1980-ci ildə “Şərq qapısı” qəzetində başlamışam. Fəaliyyətimin 11 ili bu qəzetlə bağlıdır. İndi “Şərq qapısı” qəzeti əsl inkişaf dövrünü yaşayır. Jurnalistlərə göstərilən dövlət qayğısı, onların əməyinin qiymətləndirilməsi, mətbuat orqanları üçün yaradılan şərait və qəzetin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması bunun əyani təzahürüdür. Qürur duyuruq ki, Ali Məclis Sədrinin rəhbərliyi altında mətbuatı təmsil edirik.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova deyib ki, qəzetin 85 illik yubileyində mənim 19 yaşım var idi və qəzetdə əmək fəaliyyətinə başlamışdım.O zamandan 15 il ötüb. Bu illər ərzində Vətən sevgisi ilə yenidən qurulan Naxçıvanın canlı şahidlərinə çevrilmişik. Biz xoşbəxt jurnalistlərik ki, ömrünü Naxçıvanın inkişafına həsr edən Ali Məclis Sədrinin rəhbərliyi altında fəaliyyət göstəririk. Çalışacağıq ki, bundan sonra da yaradılanları, qurulanları tarixin yaddaşına köçürək.

Sonda xatirə şəkli çəkdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.