Press "Enter" to skip to content

Şərq tərəfdaşlığı kiçik biznes

“Şərq Tərəfdaşlığı” uğur hekayəsidir. İstərdik ki, bu hekayə davam etsin. Çox məsələ var ki, biz ona nail ola bilərik”.

Aİ “Şərq tərəfdaşlığı”nın kiçik və orta müəssisələrinin rəqabət qabiliyyətinin artırılmasına kömək edir

Aİ-nin maliyyələşdirdiyi "İst-İnvest" layihəsi "Şərq tərəfdaşlığı"nın altı ölkəsindəki kiçik və orta müəssisələrə xarici bazarın təcrübəsini Aİ-nin beynəlmiləlləşdirmə sahəsindəki uğurlarını öyrənmək imkanı təklif edir.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Aİ-nin maliyyələşdirdiyi “İst-İnvest” layihəsi “Şərq tərəfdaşlığı”nın altı ölkəsindəki kiçik və orta müəssisələrə xarici bazarın təcrübəsini Aİ-nin beynəlmiləlləşdirmə sahəsindəki uğurlarını öyrənmək imkanı təklif edir. Trend-in məlumatına görə, bu barədə Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti İnformasiya Mərkəzi xəbər verir.

Layihə çərçivəsində sentyabrdan noyabra kimi həmin müəssisələrin əməkdaşları üçün tədris seminarları keçiriləcək. Onlar gələn ildən Avropanın ticarət markalarından istifadə və fərdi məsləhətləşmə imkanı əldə edəcəklər. İTAR-TASS-ın məlumatına görə, bu onlara beynəlxalq bazarlara çıxmaqda kömək edəcək.

Şərq tərəfdaşlığının altı ölkəsinin hər birində – Azərbaycanda, Ermənistanda, Belarusda, Gürcüstanda, Moldovada və Ukraynada ibtidai və irəlilədilmiş səviyyədə dörd seminar təşkil olunacaq. Seminarlardan ikisində Aİ qanunvericiliyinə, digərlərində isə beynəlmiləlləşdirməyə xüsusi yer ayrılacaq. İbtidai səviyyə Aİ-nin nizamlama və beynəlmiləlləşdirmə sahəsindəki standartları haqqında məhdud biliyə malik olan kiçik və orta müəssisələr, irəlilədilmiş səviyyə isə Avropa şirkətləri ilə əlaqələr şəbəkəsinin genişləndirilməsi üzrəində çalışan və yaxşı məlumatlandırılanlar üçün nəzərdə tutulub.

7 milyonluq büdcəyə malik “İst-İnvest” layihəsi “Şərq tərəfdaşlığı” ölkələrinin iqtisadi inkişafına yardım edir və kiçik və orta müəssislərə xüsusi diqqtə verməklə işgüzar mühitinin yaxşılaşması və əlaqələrin nizama salınmasına əhəmiyyətli töhfə verərək regional ticarətə kömək edir.

Şərq tərəfdaşlığı kiçik biznes

“Şərq Tərəfdaşlığı” uğur hekayəsidir. ” – Avropa İttifaqının rəsmisi

“Şərq Tərəfdaşlığı” uğur hekayəsidir. İstərdik ki, bu hekayə davam etsin. Çox məsələ var ki, biz ona nail ola bilərik”.

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bu gün Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinin Xarici İşlər nazirlərinin videokonfransından sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, əməkdaşlığın genişləndirilməsi baxımından bugünkü videokonfrans faydalı olub.

J. Borrellin sözlərinə görə, nəqliyyat və enerji məsələlərində əməkdaşlığı gücləndirmək qarşıya məqsəd qoyulub.

“Görüş zamanı tərəfdaşlarımıza mesajlarımızı çatdırdıq. Biz bu çətin vəziyyətdə tərəfdaşlarımızın yanındayıq. Biz COVID-19 pandemiyası ilə mübarizə yollarını və “Şərq Tərəfdaşlığı”nın gələcəyini də müzakirə etdik. “Şərq Tərəfdaşlığı” Avropa İttifaqının xarici siyasətində prioritet təşkil edəcək. Görüş zamanı “Şərq Tərəfdaşlığı” ölkələrində pandemiyadan zərər görən kiçik sahibkarlığa dəstək verilməsi ilə bağlı da fikir mübadiləsi apardıq”, – deyə C. Borrell vurğulayıb/APA.

Azərbaycanda Şərq Tərəfdaşlığının Ticarət Yardım Masası fəaliyyətə başlayır

Azərbaycanda Şərq Tərəfdaşlığının Ticarət Yardım Masası fəaliyyətə başlayır “Şərq Tərəfdaşlığının Ticarət Yardım Masası Azərbaycanda kiçik və orta biznesin inkişafına dəstək göstərəcək”.

10 Oktyabr , 2022 10:42

https://static.report.az/photo/9beb25c9-0ef6-3bcf-bcf3-33a4adb83705.jpg

Peter Fisinger

“Şərq Tərəfdaşlığının Ticarət Yardım Masası Azərbaycanda kiçik və orta biznesin inkişafına dəstək göstərəcək”. “Report” xəbər verir ki, bunu Azərbaycanda Şərq Tərəfdaşlığının Ticarət Yardım Masasının fəaliyyətə başlaması ilə bağlı keçirilən tədbirdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı müvəqqəti işlər vəkili Peter Fisinger deyib. “Bu masa Şərq Tərəfdaşlığına üzv olan ölkələrdə ticarətin təşviq edilməsini qarşısına məqsədi qoyub. Platforma bu il Çexiyada keçiriləcək Şərq Tərəfdaşlığı biznes forumunda təqdim ediləcək və Azərbaycan dilinə də tərcümə edilib. Başlıca məqsəd Şərq Tərəfdaşlığı regionunda kiçik və orta biznesin inkişafına dəstək verməkdir. Həmçinin məqsədlərdən biri Aİ ilə region arasında ticarət münasibətlərinin gücləndirilməsidir. Azərbaycan üçün ixracın şaxələndirilməsi əsas məsələlərdən biridir. Bu ticarətə dəstək platforması ticarətə çıxış və ticarətlə bağlı məlumatların əldə edilməsini, ticarətlə bağlı maneələrin aradan qaldırılmasını ehtiva edir”, – deyə o, qeyd edib. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) müşaviri Tural Hacılı isə bildirib ki, Şərq Tərəfdaşlığının Ticarətə Yardım Masası ixraca dəstəkdə böyük əhəmiyyətə malikdir: “Bu platformada bazarla, o cümlədən potensial alıcılarla bağlı bütün məlumatları əldə etmək, eləcə də məhsulun Avropa ölkələrinə ixracı üçün tələb olunan rüsum və sənədləri öyrənmək mümkün olacaq. Gələcəkdə bu platformanın əsasında digər mexanizmlər yaradılacaq”.

Comments are closed, but trackbacks and pingbacks are open.