Rəsul Rza Seçilmiş Əsərləri 3 PDF
“Calasan günü günə”, “Dünən, bu gün, sabah”, Həyat duyumları”, “Güneylər,
Microsoft Word resul rza doc
onları da heyrətdə qoymuşdu. Rəsul Rza yaradıcılığı özünün əlvanlığı ilə sevilir.
Onun qələmindən gözəl poemalar, oçerklər, pyes, qiymətli ədəbi-tənqidi məqalələr
çıxmışdır. Onun lirik şeirlərində əsrin fəlsəfi təfəkkürü, müasir insanın məhəbbəti, baş
verən hadisələrə münasibəti öz əksini tapmışdır. Şair cəmiyyətin əxlaq normalarından
kənara çıxanlara, şəxsi mənfəət güdənlərə amansız bir kinayə ilə gülmüşdür.
20-ci illərin sonu Rəsul Rzanın sənət aləminə qədəm basdığı illər yeni şeirin
intibah dövrü idi. Poeziya sürətlə dəyişən varlıqla ayaqlaşmağa çağırır, ictimai-siyasi
mübarizənin əlamətdar hadisələri, partiyanın və xalqın sosializm quruculuğu naminə
genişlənən hərtərəfli fəaliyyəti onun yaradıcılığının əsas mövzusu olurdu. Şeiri
gündəlik mətbuat səhifələrində, fəhlə yığıncaqları tribunalarında, kəndlərdə keçirilən
yığıncaqlarda zəhmətkeşləri yenilik uğrunda mübarizəyə səsləyir, sadəliyi və
səmimiliyi ilə milyonların qəlbinə yol tapırdı. Yeni şeirin yaradıcıları sırasında
irəliləyən, özünəməxsus poetik kəşfləri ilə diqqəti cəlb edən gənc Rəsul Rzanın gücü
varlıqla əlaqəsinin möhkəmliyində, qırılmazlığında idi.
Rəsul Rzanın lirik şeirlərində və poemalarında SSRi xalqlarının, ilk növbədə
Azərbaycan xalqının həyatında baş verən mühüm tarixi nailiyyətlər, sovet admının
gözəl əxlaqi sifətləri, humanizm, beynəlmiləlçiliyi, bir sözlə, yeniləşən, zənginləşən
xalq təfəkkürü öz yerini tutmuşdur.
Şairin əsərlərinin mövzu dairəsi çox genişdir. Bəşəriyyəti narahat edən elə bir
ciddi problem yoxdur ki, bu görkəmli sənətkarın yaradıcılıq obyektinə çevrilməsin.
Elə buna görə də tərcüməçilər onun əsərlərinə dönə-dönə müraciət etmiş, şairin
şeirləri SSRİ, eləcə də bir çox dünya xalqlarının dillərinə tərcümə olunmuşdur.
“Çapey”, “Çinar”, “Qanadlar”, “Vətən”, “Günəşin sorağında”, “Könül səsləri”,
“Dözüm”, “Duyğular, düşüncələr”, “Pəncərəmə düşən işıq”, “Vaxt var ikən”,
“Calasan günü günə”, “Dünən, bu gün, sabah”, Həyat duyumları”, “Güneylər,
quzeylər” və s. şeir kitablarında görkəmli şair qələminin məhsulu olan qiymətli sənət
inciləri toplanmışdır. Rəsul Rza həm də gözəl poemalar müəllifi kimi tanınmışdır.
Onun “Bir gün də insan ömrüdür”, “Füzuli”, “Qızıl gül olmayaydı”, “Xalq həkimi”,
“Xalq şairi”, “Bir min dörd yüz on səkkiz” və s. əsərləri Azərbaycan sovet
poemalarının ən gözəl nümunələridir.
Rəsul Rza həmçinin, özünün yaradıcılıq metodu, sənətkarlıq xüsusiyyəti ilə də
həmişə fərqlənən orjinal şairdir. Poeziya aləmində, bu sənətkarın öz üslubu, öz dəsti-
xətti var. Onun sənət aləminin məzmun və mündəricəsinə diqqət yetirdikdə bu sənətin
yalnız Rəsul Rzaya məxsusluğunu çətinlik çəkmədən görürsən.
Rəsul Rzanın poeziyasında Azərbaycan xalqının tarixinin mühüm
mərhələlərinə nəzər salınmış, xalqın azadlığı və səadəti yolunda fədakar mübarizə
aparmış qılınc və qələm qəhrəmanlarının surəti yaradılmışdır. Babək, Füzuli, Nəsimi,
Sabir, Nəriman Nərimanov, Mikayıl Müşfiq… Böyük Vətən müharibəsində
çoxmillətli sovet xalqının misilsiz qəhrəmanlığı və dözümü, müharibədən sonra
genişlənən quruculuq işlərinin pafosu, sülh uğrunda mübarizə. Rəsul Rzanın
poemalarında həmçinin Azərbaycan xalqının tarixinin və inqilabdan sonrakı həyatının
bir sıra parlaq səhifələri də öz əksini tapmışdır. Şairin poema yaradıcılığı minillik
tarixə malik Azərbaycan poeziyasına özünəməxsus yenilik, təravət gətirmişdir.
Yubiley tədbirlərinin keçirilməsi.
Azərbaycan poeziyasının təməl daşlarını qoyan görkəmli sənətkarlar arasında
bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz xalq şairi Rəsul Rzanın öz yeri, öz
səsi vardır. Rəsul Rzanın 100 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev 14.01.2010-cu ildə sərəncam imzalayıb.
Sərəncamda XX əsr ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan Dövlət
mükafatı larureatı, Sosialist Əməyi Qəhrəmanı, xalq şairi Rəsul Rzanın 100 illik
yubileyinin yüksək səviyyədə qeyd olunması nəzərdə tutulur. Bu münasibətlə,
respublikamızın hər bir yerində silsilə tədbirlərin keşirilməsi planlaşdırılmışdır.
Kitabxanalarda, məktəblərdə, lisey və gimnaziyalarda, muzeylərdə və s. yerlərdə
Rəsul Rzanın yubileyi ilə əlaqədar bir sıra tədbirlər planı hazırlanmışdır ki, belə
tədbirlərin siyahısı genişdir. Xalq şairi Rəsul Rzanın yubileyi ilə bağlı F.Köçərli adına
Respublika Uşaq Kitabxanasında bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur
ki, bunlardan kitab sərgilərini, şeir müsabiqələrini, oxucu konfranslarını, səhərcikləri,
xatirə gecələrini, ədəbi-bədii gecələri nümunə gətirmək olar. İlk öncə kitabxanada
Rəsul Rzanın yubileyi ilə bağlı kitab sərgisinin keçirilməsi vacibdir. Sərgidə Rəsul
Rzanın indiyə qədər çap olunmuş kitabları ilə yanaşı, dövrü mətbuatda da yer alan
materialların nümayişi nəzərdə tutulmuşdur. Sərgi müxtəlif başlıqlar altında keçirilə
bilər. Məsələn: “Rəsul Rza-100”, “Poeziyada yaşayan həyat”, “Həmişə ön sıralarda”,
“Sərhədlər aşan poeziya”, “Şair ömrü”, “Çinar ömrün əzəməti” və s. İndi isə sərginin
Başlıq: Rəsul Rza-100.
Görkəmli insanların Rəsul Rza haqqında söylədikləri sitatlar.
Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası.
Kitablarının nümayişi.
Şeir parçası.
Anamızın saf südünə
and olsun!
Alqışına, öyüdünə
and olsun!
Zəfər adlı böyük günə
and olsun!
Azadlığın bayrağını
hər zaman
Azərbaycan qoruyacaq yağıdan!
R.Rza
Zaman göstərir ki, Rəsul Rza poeziyası əbədiyaşar poeziyadır, onun yaradıcılığı
gündən-günə gəncləşərək, daima müasir qalır, hər zaman öz yeni oxucularını tapır.
Rəsul Rza “Seçilmiş Əsərləri 3” PDF
Mən torpağam, məni atəş yandırmaz;
tərkibimdə kömürüm var, külüm var.
Mən baharam çəmən-çəmən
çiçəyim var, gülüm var.
Mən küləyəm, əsməsəm,
kim bilər ki, mən varam.
Mən buludam, səhraları susuz görüb, ağlaram.
Mən ürəyəm, döyünməsəm ölərəm.
Mən insanam,
sadə insan əlinin
yaratdığı nemətlərlə öyünməsəm ölərəm.
Mən işığam – qaranlığın qənimi,
Mən insanam,
daşıyıram qəlbimdə
dünyaların sevincini, qəmini.
Maraq dolu gözəm mən,
baxmaya bilmərəm.
Qarlı dağdan süzülən çayam mən,
axmaya bilmərəm.
Mən insanam,
vətənim var, elim var.
Ən böyük həqiqəti,
azadlığı, məhəbbəti, nifrəti –
söyləməyə qadir olan dilim var.
Mən bir qranitəm ki,
hər parçamda duyulur bərkliyim,
döyüşdə möhkəmliyim,
ülfətdə kövrəkliyim.
Mən insanam, ülfətsiz – ölərəm.
Məhəbbətsiz, nifrətsiz – ölərəm.
Mən bulağam,
tapşırıqla axmıram.
Mən həyatam,
həmişə yoldayam:
nəfəsdəyəm, arzudayam,
baxışdayam, ürəkdəyəm, qoldayam.
Mən torpağam, nemətimi, varımı
zəhmət sevən insanlarla bölərəm.
Mən ürəyəm, döyünməsəm
ölərəm.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Rəsul Rza “Seçilmiş Əsərləri 3” PDF
Comments are closed, but trackbacks and pingbacks are open.