Press "Enter" to skip to content

Günel Anarqızı Altıncı (povest)

Yadıma 90-cı illərin ortalarında Müdafiə nazirimizin Ankaraya rəsmi səfəri düşür.

“Qoridən gələn qatar”

26 iyun-Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Səbail Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə tədqiqatçı-publisist Şəmistan Nəzirlinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, elm və sənət adamları, Bakı şəhər kitabxanaları direktorlar şurasının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Səbail Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Nüşabə Ələkbərova tədqiqatçının yaradıcılığından danışıb. Qeyd olunub ki, tədqiqatçı-publisist Şəmistan Nəzirli həm Səməd Vurğun yaradıcılığının, həm də hərb tariximizin yorulmaz tədqiqatçısıdır. Müəllif böyük həvəslə görkəmli Azərbaycan şairi ilə bağlı xatirələri toplayaraq müxtəlif mətbuat orqanlarında çap etdirib. Yazıçı-jurnalist hərb tariximizdə layiqli yer tutan, Azərbaycan Xalq Cümhuriyyətinin ordusunu yaradan generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski barədə çoxlu materiallar toplayaraq sanballı tədqiqat əsərləri yazıb. O, ilk hərbi təyyarəçimiz Fərrux ağa Qayıbov, ilk topoqraf-generalımız İbrahim ağa Vəkilov, general-leytenant Balakişi bəy Ərəblinski barədə dəyərli araşdırmalar aparıb.
Şair, publisist Bədirxan Başkeçidli çıxışında bildirdi ki, Şəmistan Nəzirli hərb tariximizin məlum olmayan səhifələrini tarixə çevirib, zəngin tədqiqat işləri aparıb. Onun əsərləri bir çox hallarda jurnalistlərin, tədqiqatçıların mötəbər istinad mənbəyinə çevrilib.
Tədbirdə oxucular Şəmistan Nəzirliyə suallarını ünvanlayıblar. Görüşdə “Qoridən gələn qatar” sənədli povestinin yeni nəşrinin təqdimatı da keçirilib.

Bu kateqoriyaya aid digər yazılar

Günel Anarqızı Altıncı (povest)

. Nə biləydi Zaur ki, günlərin bir günündə Təhminəni görəcək. Onlar az qala sifət-sifətə toqquşacaqlar – Zaur və Təhminə. Təhminə Zauru görüb gülümsənəcək – həmin o ağ düyməli paltarında olacaq Təhminə, həmin o otuz il bundan qabaqkı paltarında və belə məlum olacaq ki, vaxtın Təhminəyə heç bir dəxli yoxdur – heç dəyişməyib Təhminənin nə sifəti, nə bədəni, nə yaşı. Otuz il əvvəlki təkin gülümsənəcək Zaura və Zaur da dili-do-dağı titrəyə-titrəyə Təhminənin adını çəkəcək, amma adını çəkən kimi Təhminə çevriləcək, küçədəki adamlara qarışıb itəcəkdir. Bir az sonra Zaur onu metronun qabağında görəcək, dalıyca qaçacaqdır və yenidən görəcəkdir Təhminənin qırmızı paltarını metro vaqonunun içində. Qapıları bağlanmış, hərəkətə gəlmiş qatarın pəncərəsindən Təhminə ona əl eləyəcək, gülümsünəcək və Zaur o biri qatara minib dalınca gedəcəkdi. Daha Təhminəyə çatacağına ümidi olmayacaq, amma gələn dayanacaqlarda metrodan düşəcək. Bütün perronu ələk-vələk edəcək, eskalatorla yer üzünə çıxıcaq, küçədə ora-bura döyükəcək və nəhayət, bir daha görəcəkdi onu – yeni tikilmiş binaya girən vaxt görəcək. Dalıyca ora qaçacaq və görəcək ki, elə bu dəm Təhminə liftin içinə girdi. Zaur liftin qapısına tərəf atılacaq, amma qapılar bu vaxt bağlanacaq, Zaur divardakı işıq tablosuna baxacaq – tabloda liftin hərəkəti görünəcək – mərtəbələrin rəqəmləri bir-birini təqib edəcək – 2,3,4,5,6. Lift altıncı mərtəbəyə çatıb dayanacaqdır. Zaur düyməni basacaq və lift yenidən birinci mərtəbəyə qayıdacaq, tabut kimi ağır və əzəmətlə gələcək Zaurun qabağına; qapılar açılacaq, Zaur liftin içinə girəcək, altıncı mərtəbənin düyməsini basmaq istəyəcək və bu zaman məlum olacaq ki, altıncı mərtəbənin düyməsi yoxdur, çünki heç altıncı mərtəbənin özü də yoxdur, ev beş mərtəbəlidir. Çöldəki işıq tablosunda da yox imiş altıncı mərtəbə, Zaurun gözünə görünübmüş bu rəqəm. Zaur and içə bilərdi ki, lift məhz altıncı mərtəbəyə qalxmışdı. Hər halda beşinci mərtəbəyə qalxa-caqdı Zaur, növbətçini sorğu-suala tutacaqdı, növbətçi də deyəcəkdi ki, heç bir qırmızı paltarlı qadın görüb eləməyib. Zaur bütün mərtəbəni gəzəcək, axtaracaq, sonra isə yanğın nərdivanıyla dama qalxacaqdı. Damda isə gözəl may gecəsindən, ulduzla dolu səmadan, eşqbazlıq edən pişiklərdən başqa heç nə və heç kim yox idi; təzəcə basılmış qırın iyi gəlirdi, vəssalam.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Qoriden gələn qatar povest

İbrahim Nəbioğlu

Dostum Məmməd Musayevlə bir yerdəyik.

İstanbulun sakit kafelərindən birində qəhvə içirik.

O, Bakıdan danışır, mən dinləyirəm.

Laçın və Zabuxa keçir söhbət.

Gözlərimizdə parıltı var.

Birdən üzünə xoş bir ifadə yayılır əziz qonağın.

““Qoridən gələn qatar” povestini oxuyubsan yəqin”, – soruşur. Cavabımı gözləmədən davam edir: “Mən təzə çıxanda oxumuşdum. Bu yaxında kitabın 3-cü nəşri işıq üzü görüb”.

Əlini telefonuna atıb Bakıya zəng edir. Kitabdan 2 nüsxə sifariş verir, “Birini masamın üstünə qoy, o birini də DHL-lə İbrahimə göndər”, – köməkçisinə deyir.

Mən də hardasa 20-25 il əvvəl oxumuşdum.

Bir də oxumaq faydalı olacağını düşünürəm.

Sonra yenə Bakıya – professor İlham Pirməmmədova zəng edir.

“Şəmistanın ad günüdür, hardasan?”, – sual edir.

İlham müəllim Şəmistan Nəzirlinin yanında olduğunu deyir.

Əvvəlcə Məmməd Musayev, arxasınca da mən Azərbaycan hərb tarixinin görkəmli tədqiqatşısını 80 illik yubileyi ilə təbrik edirik.

Məmməd müəllim Şəmistan Nəzirlini “Cənab polkovnik-leytenant” deyə çağırır.

Yadıma 90-cı illərin ortalarında Müdafiə nazirimizin Ankaraya rəsmi səfəri düşür.

Heyətdə bir polkovnik-leytenant (iki ulduz) var idi. Ona rütbəsi ilə hər müraciət edildiyində türk zabitləri qımışırdılar.

İllər sonra yazdığım “Yarbay yoxsa polkovnik-leytenant” adlı yazıda

min dəfə yaxşı səslənmirmi?”

deyə sual etmişdim.

Hərbi terminologiyamızın milli olmasını, Milli Ordumuzda xitab şəklinin, terminlərin də milli olmasını istəyirdim. Hər şeyin milli olanı, hər şeyin özümüzün olanı daha qiymətlidir deyə düşünürdüm…

Avqustun 12-də, Şəmistan Nəzirlinin doğuldu gün düşündüm ki, ən milli əsgərlərimizdən birinə “Yarbay Nəzirli” kimi xitab edilsə, necə gözəl səslənərdi. Ancaq tez vaz keçirəm bu fikrimdən. Hərb tariximizi, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün məşhur şəxslərini, tanınmış sərkərdələrini araşdırıb, indiki nəsillərə tanıtdıran bu fədakar tədqiqatçı bizim Könüllərimizin Generalıdır.

Könüllərimizin Generalının haqqında yazdığı, tədqiq etdiyi əfsanəvi hərbçilərimizə bir baxın:

Generalllar – Əli Ağa Şıxlinski, Səməd Bəy Mehmandarov, İbrahim ağa Vəkilov, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Cəmşidxan Naxçivanski, Həbib Bəy Səlimov, Murad Gəray Bəy Tlexas, Əbdülhəmid Bəy Qaytabaşı, Məmməd Bəy Sulkeviç, Firudun Bəy Vəzirov, Yadigarov qardaşları və digər görkəmli hərbçi və komandanlarımız. Şəmistan Nəzirli bu hərbçilər haqqında onlarla kitab və minə yaxın məqalə yazıb.

Bir çoxları kimi mən də bu generalların çoxu haqda ilk məlumatları Şəmistan Nəzirlinin araşdırmalarından öyrənmişəm. Bu yorulmaz tədqiqatçı və yazarın nə az, nə çox, düz 42 (!) kitabı çıxıb. Şəmistan müəllim kitablarını çay içə-içə, rahat yazı masası arxasında yazmayıb. O, kitablarını şəhər-şəhər, ölkə-ölkə gəzərək, tozlu arxivlərdə, əski bir foto-şəklin, nadir arxiv materialının izinə düşüb, aylarla sürən gərgin axtarışlar sonrası ərsəyə gətirib.

Şəmistan Nəzirlinın yaxın tariximizə tutduğu işıq şanlı hərb tariximizlə öyünməyi deyir bizə. Onun əsərlərində hərb işinin romantikası, Vətən sevgisi çox ustalıqla işlənir. Ancaq bütün bunlarla bərabər Ş.Nəzərlinin Əlahəzrət Fakta, arxiv sənədlərinə verdiyi önəm də bir o qədər qiymətlidir. Bu baxımdan o, yalın bir yazıçı kimi yox, həm də araşdırmaçı alim kimi də bizim üçün doğmadır, əzizdir, əvəzsizdir.

Yubilyara həm də Səməd Vurğuna olan sevgisinə, heyranlığına görə də məftun olmuşdum. Şəmistan Nəzirlinin Vurğun irsi ilə bağlı kitab və məqalələri Böyük Şairin şanına yaraşan çalışmalardır…

İstanbulun gözdən iraq sakit kafesində söhbətimiz Qori seminariyasından Qazax müəllimlər seminariyasına keçir. Məmməd müəllim Qazax müəllimlər seminariyasında işlərin yekunlaşmaq üzrə olduğunu deyir. Seminariyanın 100 illik yubiley tədbirlərinə az qalıb.

Aparılan geniş miqyaslı inşaat, restavrasiya və bərpa işlərinə professor Hafiz Paşayev rəhbərlik edir. Bakı ilə Qazax arasını suyoluna çevirən professor Paşayev özü də bir müəllim oğludur və o, “Bir gəncin manifesti”, “Bir səfirin manifesti” estafetini bu gün “Bir müəllimin manifesti” ilə davam etdirir.

Məmməd müəllim Hafiz Paşayevin son günlər “Qoridən gələn qatar” kitabını mütaliə etdiyini deyir. İlk dəfə 1993-cü ildə çapdan çıxan bu gözəl kitabın Qazax müəllimlər seminarıyasının yubileyi ərəfəsində təkrar nəşr edilməsi vacib hadisədir. Zənnimcə, bu kitab Şəmistan Nəzirlinin ən gözəl əsərlərindən biridir…

Əfsanəvi təhsil ocağımızın yubileyi ərəfəsində Şəmistan Nəzirlinin 80 illik yubileyini ürəkdən təbrik edirəm. Çox yaşa, Hərb Tariximizin Generalı! Uzun yaşa, sağlam yaşa!

Sənə çox minnətdarıq!

Ümid edirəm ki, biz sənin nə qədər böyük işlər gördüyünün fərqindəyik!

Əsl təbrik sözlərimi isə Qazaxda, seminariyanın 100 illiyində söyləyəcəm…

Comments are closed, but trackbacks and pingbacks are open.