Rtm fənni riyaziyyat müəllimləri
2023-03-14 12:40:00
Bakının 50-ə yaxın müəllimi riyaziyyat fənni üzrə keçirilən imtahanda zəif nəticə göstərib
Bakının orta məktəblərinin IV-V siniflərində oxuyan şagirdlər və ibtidai sinif müəllimləri üçün riyaziyyat fənni üzrə keçirilən imtahanda 50-ə yaxın müəllim zəif nəticə göstərib.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/
Bakının orta məktəblərinin IV-V siniflərində oxuyan şagirdlər və ibtidai sinif müəllimləri üçün riyaziyyat fənni üzrə keçirilən imtahanda 50-ə yaxın müəllim zəif nəticə göstərib. Bunu Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı deyib.
O bildirib ki, həmin müəllimlər Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun təkmilləşdirmə kurslarına göndəriləcəklər.
“Ötən illə müqayisədə imtahan nəticələri arasında fərq elə böyük olmasa da, müəyyən uğurlar müşahidə edilib. Əlbəttə, həm müəllimlərin, həm də şagirdlərin cavabında müəyyən neqativ hallar da oldu. İmtahan nəticələrinin müzakirəsi zamanı test sualları arasında məntiqlə bağlı sualların müzakirəsi xüsusi yer aldı. Bu məsələdə müəyyən qədər problemlərimizin qaldığını müşahidə etdik. Belə qərar verildi ki, şagirdlərin məntiqi təfəkkürünün inkişafı istiqamətində işlər daha da gücləndirilsin”, – Əliqızı deyib.
Aprelin 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bütün orta məktəblərin IV – V siniflərində oxuyan şagirdlər və ibtidai sinif müəllimləri riyaziyyat fənnindən imtahan veriblər. Test yoxlamasının keçirilməsində məqsəd şagirdlərin və müəllimlərin riyaziyyat fənni üzrə bilik səviyyələrini müəyyən etmək olub.
İmtahanda 58 minə yaxın şagird və 1200-ə yaxın müəllim iştirak edib. Test sualları BŞTİ mütəxəssisləri tərəfindən hazırlanıb. Suallar orta səviyyədə müəyyənləşdirilib.
İmtahanda eyni suallara həm müəllimlər, həm də şagirdlər cavab veriblər.
Rtm fənni riyaziyyat müəllimləri
2018-11-08 14:43:00
Riyaziyyat fənni üzrə buraxılış imtahanının proqramı – IX və XI-lərin nəzərinə!
2019-cu ildən qəbul imtahanları kurikulum standartları əsasında təşkil olunacaq. İmtahan sistemi ilə yanaşı, fənlər üzrə proqramlarda da müəyyən dəyişikliklər müşahidə olunur. XI sinfi bitirənlər ilk dəfə olaraq tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını kurikulum və yeni dərsliklərə uyğun hazırlanan proqram əsasında verəcəklər. AzEdu.az “Abituriyent” jurnalının xüsusi buraxılışına istinadən, Riyaziyyat fənni üzrə buraxılış imtahanının proqramını təqdim edir. Proqram fənn kurikulumlarının riyaziyyat fənni üçün müəyyən etdiyi 5 (“Ədədlər və əməllər”, Cəbr və funksiyalar”, “Həndəsə”, “Ölçmə”, “Statistika və ehtimal”) məzmun xətti üzrə 12 əsas standartın reallaşdırılması ilə bağlı yeni təhsil proqramı əsasında hazırlanmış dərsliklərdə verilmiş materiallara əsaslanır. Ədədlər və əməllər Natural, rasional və həqiqi ədədlər, onların müqayisəsi, onlar üzərində əməllər. Uyğun nöqtələri koordinat düz xəttində göstərmək, iki sonlu çoxluq üzərində əməllər, onların xassələrini məsələ həllinə,həqiqi ədədlər çoxluğu ilə bağlı məsələlər həllinə tətbiq etmək. Natural, tam və rasional üstlü qüvvətin xassələri, ardıcıl yerinə yetirmə vərdişləri,n-ci (n≥2) dərəcədən kökün xassələrini tətbiq etmə. Sadə və mürəkkəb faiz artımı düsturları, praktik məsələlərin həllində faiz düsturlarının tətbiqi və təqribi qiymətləndirmə. Cəbr və funksiyalar Müxtəlif situasiyalardakı problemləri cəbri şəkildə ifadə etmək, araşdırmaq, cəbri prosedurları yerinə yetirmək.Gündəlik həyatda rast gəlinən kəmiyyətlər arasında asılılıqları (xətti, kvadrat) funksiyalar vasitəsilə ifadə etmək, ədədlər çoxluğunda birdəyişənli tənliklər (xətti, kvadrat), həyati situasiyaya uyğun birdəyişənli tənlik və ya ikidəyişənli iki tənliklər sistemi. Sadə xətti bərabərsizliklər,biri xətti digəri ikidərəcəli olan ikidəyişənli tənliklər sistemi. Kvadrat bərabərsizliyi, cəbri bərabərsizliklərin interval üsulu ilə həlli, modul işarəsi daxilində dəyişəni olan sadə tənlik və bərabərsizliklər. Rasional ifadələr,kvadrat kök və n-ci dərəcədən kök daxil olan ifadələrin çevrilməsi. Ardıcıllıqların, ədədi və həndəsi silsilələrin xassələri. Həndəsə Həndəsi təsvir,təsəvvür və məntiqi mühakimələrin köməyi ilə fiqurların əlamət və xassələri,həndəsi çevirmələr və simmetriya. Ən adə fiqurlar, üçbucaqlar,dördbucaqlılar, çevrə və dairə, çoxbucaqlılar.Üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrələrin xassələri, çevrəyə toxunan və kəsənin xassələri. Müxtəvidə vektorlar haqqında biliklər,hərəkət çevirməsi və tətbiqi,koordinatlar üsulu. Ölçmə Ölçmə vahidləri haqqında, bir ölçü vahidindən digərinə keçid(eyni zamanda çox işlənən beynəlxalq ölçü vahidləri və birindən digərinə keçid). Statistika və ehtimal Statistik məlumatları toplamaq, sistemləşdirmək, təhlil etmək, birləşmələr və ehtimal nəzəriyyələrinin əsas anlayışları. Natural ədədlər Natural ədədlər və onların onluq say sistemində yazılışı, onlar üzərində əməllər,natural ədədlərin toplanması, çıxılması, vurulması və bölünməsi. Toplamanın və vurmanın qanunları.Çoxrəqəmli ədədlərin yuvarlaqlaşdırılması.Tam və qalıqlı bölmə.Bölən və bölünən,2-yə, 3-ə,5-ə,9-a,10-a bölünmə əlamətləri. Sadə və mürəkkəb ədədlər.Qarşılıqlı sadə ədədlər,natural ədədlərin sadə vuruqlara ayrılması. Ən böyük ortaq bölən (ƏBOB), Ən kiçik ortaq bölünən (ƏKOB). Adi kəsrlər Adi kəsr, düzgün olan və olmayan kəsrlər, kəsrin əsas xassəsi, kəsrlərin ixtisarı, adi kəsrlərin müqayisəsi. Qarışıq ədədlər, qarışıq ədədlər üzərində əməllər, hissələr və diaqramlar, ədədin hissəsinin və hissəsinə görə ədədin tapılması. Onluq kəsrlər Onluq kəsrlərin tam və kəsr hissəsi, onluq kəsrlərin müqayisəsi, onluq kəsrlər üzərində əməllər. Dövri onluq kəsr, onluq kəsrin adi kəsrə və adi kəsrin onluq kəsrə çevrilməsi, adi və onluq kəsrlər üzərində birgə əməllər. Həqiqi ədədlər Mənfi ədəd anlayışı, əks ədədlər, tam ədədlər, tam ədədlər üzərində əməllər, qarşılıqlı tərs ədədlər, rasional ədədlər, rasional ədədlərin koordinat düz xəttə üzərində təsviri. Ədədin modulu, koordinat oxu, iki nöqtə arasında məsafə, rasional ədədlərin müqayisəsi, irrasional ədədlər, həqiqi ədədlər. Nisbət. Tənasüb. Faiz Niisbət, Tənasüb və onun xassələri, Düz və tərs mütənasib kəmiyyətlər, ədədin verilmiş ədədlərlə düz mütənasib hissələrə bölünməsi. Faiz, ədədin faizinin tapılması, faizinə görə ədədin tapılması, iki ədədin faiz nisbəti, kəmiyyətlərin dəyişməsinin faizlə ifadəsi. Rasional ifadələr Ədədi ifadələr, dəyişəni olan ifadələr, ifadələrin qiymətlərinin müqayisəsi.Natural üstlü qüvvət, natural üstlü qüvvətlərin vurulması, bölünməsi, qüvvətə yüksəldilməsi. Birhədlilər və çoxhədlilər, onların standart şəkli. Birhədlilərin vurulması və qüvvətə yüksəldilməsi, birhədlinin çoxhədliyə vurulması, çoxhədlinin toplanması, çıxılması, vurulması. Eyniliklər və eynilik çevrilmələri. Müxtəsər vurma düsturları. Müxtəlif üsullarla çoxhədlinin vuruqlara ayrılması. Rasional ifadələr. Rasional ifadələrdə dəyişənin mümkün qiymətləri (DMQ). Rasional ifadələr üzərində əməllər, məxrəcləri eyni olan kəsrlərin toplanması və çıxılması, məxrəcləri müxtəlif olan kəsrlərin toplanması və çıxılması, rasional ifadələrin vurulması, qüvvətə yüksədilməsi, bölünməsi. Rasional ifadələrin eynilik çevrilmələri. n-ci dərəcədən kök.Rasional üstlü qüvvət Kvadrat kökün tərifi, hesabi kvadrat kök, kvadrat kökün xassələri, hasilin və kəsrin kvadrat kökü, qüvvətin kvadrat kökü, √a 2 =|a|eyniliyi. Vuruğun kök işarəsi altından çıxarılması və vuruğun kök işarəsi altına salınması. X 2 =a tənliyinin həlli. Kəsrin məxrəcinin və ya surətinin irrasionallıqda azad edilməsi. Kvadrat köklər daxil olan ifadələrin çevrilməsi, iki ədəddin həndəsi ortası. Tam üstlü qüvvət, tam üstlü qüvvətlərin vurulması, bölünməsi, qüvvətə yüksəldilməsi. Ədədin standart şəkli, həqiqi ədədin n-ci dərəcədən kökü və onun xassələri, rasional üstlü qüvvət və onun xassələri, qüvvətlərin müqayisəsi. Çoxluqlar Çoxluq, boş çoxluq, alt çoxluq,bərabər çoxluqlar,çoxluqların birləşməsi, kəsişməsi, fərqi. Çoxluqlar üzərində əməllər, Eyler-Venn diaqramları, iki sonlu çoxluğun birləşməsinin elemetlərinin sayı düsturu. Birdəyişənli tənliklər və tənlik qurmaqla məsələlər həlli Tənlik və onun kökləri.Birdəyişənli xətti tənlik, xətti tənliyə gətirilən tənliklər və məsələlər. Kvadrat tənlik, natamam kvadrat tənliklər, kvadrat tənliyin kökləri düsturu, kvadrat tənliyə gətirilən məsələlər. Viyet teoremi və onun tərsi olan teorem, köklərinə görə kvadrat tənliyin qurulması.Raisonal və sadə irrasional tənliklər.Rasional tənliyə gətirilən məsələlər. Dəyişəni modul işarəsi daxilində olan sadə tənliklərin həlli. Tənliklər sistemi və tənliklər sistemi qurmaqla məsələ həlli. İkidəyişənli xətti tənlik, ikidəyişənli xətti tənliklər sistemi və onun həlli üsulları, ikidəyişənli xətti tənliklər sisteminin həllinin varlığının araşdırılması. Xətti tənliklər sisteminə gətirilən sadə məsələlər. Biri xətti digəri ikidərəcəli olan ikidəyişənli tənliklər sistemi. Bərabərsizliklər Ədədi bərabərsizliklər və onların xassələri, ədədi bərabərsizliklərin toplanması və vurulması,ədədi aralıqlar. Birdəyişənli xətti bərabərsizliklərin həlli, birdəyişənli xətti bərabərsizliklər sistemi. Dəyişəni modul işarəsi daxilində olan sadə bərabərsizliklərin həlli. Kvadrat bərabərsizliklər, cəbri bərabərsizliklərin intervallar üsulu ilə həlli. Ədədi ardıcıllıqlar. Silsilələr Ədədi ardıcıllıq, ədədi slsilə,ədədi silsilənin n-ci həddinin və ilk n həddinin cəmi düsturları. Həndəsi silsilə,həndəsi silsilənin n-ci həddinin və ilk n həddinin cəmi düsturları, Sonsuz həndəsi silsilənin (|q|˂1) cəmi. Funksiyalar Düzbucaqlı koordinat sistemi, funksiya anlayışı, funksiyanın təyin oblastı və qiymətlər çoxluğu,funksiyanın qrafiki, xətti funksiya və onun qrafiki, xətti funksiyaların qrafiklərinin qarşılıqlı vəziyyəti. y=x 2 , y=k/x, y= √x funksiyaları və onların qrafikləri. Kvadratik funksiya, onun xassələri və qrafiki. Sadə həndəsi fiqurlar Nöqtə və düz xətt, parça, parçaların müqayisəsi, şüa, bucaq, bucağın dərəcə ölçüsü,bucaqların növləri, qonşu və qarşılıqlı bucaqlar. Paralel düz xətlər, iki paralel düz xəttin üçüncü düz xətlə kəsişməsindən alınan bucaqlar, düz xətlərin paralellik əlamətləri, paralel düz xətlərin xassələri. Düz xətlərin perpendikulyarlığı,nöqtədən düz xəttə qədər məsafə, iki parralel düz xətt arasındakı məsafə. Uyğun tərəfləri paralel və ya perpendikulyar olan bucaqlar, parçanın yarıya bölünməsi, parçanın orta perpendikulyarının quurlması, bucağın tənböləninin qurulması. Üçbucaqlar Üçbucaq və onun əsas elementləri, üçbucağın medianı, tənböləni, hündürlüyü, perimetri. Konqruyent üçbucaqlar,üçbucaqların konqruyentlik əlamətləri. Bərabəryanlı üçbucaq, bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqların xassəsi, bərabəryanlı üçbucağın oturacağına çəkilmiş medianın xassəsi. Üçbucaq bərabərsizliyi, üçbucağın daxili bucaqlarının cəmi, üçbucağın xarici bucağının xassəsi, xarici bucaqlarının cəmi. Düzbucaqlı üçbucaq və onun elementləri, düzbucaqlı üçbucaqda iti bucağın sinusu, kosinusu,tangesi və kotangesi,30 o-li bucaq qarşısındakı katetin xassəsi. Pifaqor teoremi,perpendikulyar və mail,mailin proyeksiyası. Üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrələr, tərəfinə və ona bitişik bucaqlarına görə üçbucağın qurulması, tərəflərinə görə üçbucağın qurulması. Çevrə və dairə Çevrə, dairə, çevrə qövsü.Çevrənin və çevrə qövsünün uzunluğu, düz xətlə çevrənin qarşılıqlı vəziyyəti,çevrəyə toxunan düz xətt, iki çevrənin qarşılıqlı vəziyyəti. Mərkəzi bucaq, çevrə daxilinə çəkilmiş bucaq, çevrədə vətərlərin xassəsi. Kəsən və toxunanların əmələ gətirdiyi bucaqlar,çevrədə mütənasib parçalar,radiusuna görə çevrənin qurulması. Dördbucaqlılar və çoxbucaqlılar Düzbucaqlı və onun əsas əlamətləri,dördbucaqlının daxili və xarici bucaqlarının cəmi, paraleloqram,paraleloqramın xassələri və əlamətləri. Düzbucaqlı, romb, kvadrat. Düzbucaqlı, romb, kvadratın xassələri. Fales teoremi, üçbucağın orta xəttinin xassəsi.Trapesiya,trapesiyanın orta xəttinin xassəsi. Çoxbucaqlılar, çoxbucaqlının daxili və xarici bucaqları, çoxbucaqlının daxilinə və xaricinə çəkilmiş çevrələr. Fiqurların sahəsi Düzbucaqlının, üçbucağın, kvadratın, paraleloqramın, rombun, trapesiyanın və dairənin sahəsi.Düzgün çoxbucaqlının sahəsi. Fiqurların oxşarlığı Fiqurların çevrilməsi, oxşarlıq çevrilməsi, mütənasib parçalar, oxşar üçbucaqlar, üçbucaqların oxşarlıq əlamətləri, üçbucağın tənböləninin və medianlarının xassələri, düzbucaqlı üçbucaqların oxşarlığı. Koordinatlar üsulu.Hərəkət Müstəvidə Dekart koordinat sistemi, parçanın orta nöqtəsinin koordinatları, iki nöqtə arasında məsafə düsturu, çevrənin tənliyi. Mərkəzi simmetriya və ox simmetriyası. Dönmə. Vektorlar Koordinat müstəvisində vektorlar, vektorun uzunluğu( mütləq qiyməti, modulu). Vektorların toplanması və çıxılması, vektorun ədədə vurulması, vektorun komponentləri, komponentlərə görə vektorun uzunluğunun hesablanması, komponentləri verilmiş vektorlar üzərində əməllər, vektorların kollinearlıq şərti. Çoxüzlülər Düzbucaqlı paralelepiped, kub və onların səthinin sahəsi, həcmi. Statistikanın və ehtimal nəzəriyyəsinin elementləri Məlumatların toplanması, ədədi orta, moda və median. İki parametrinə görə məlumatların təhlili, məlumatların qruplaşdırılması və təqdimi, məlumatın analizi. Hadisə anlayışı, yəqin hadisə, mümkün olmayan hadisə, təsadüfi hadisə, asılı olmayan və asılı hadisələr, mürəkkəb hadisə. Toplama və vurma prinsipləri, birləşmələr nəzəriyyəsinin elementləri (permutasiya, kombinezon). Hadisənin mümkün və əlverişli hallarının sayı, hadisənin ehtimalı,ehtimalın hesablanmasına aid sadə məsələlər.
Əsmər Qabil
Bu bölməyə aid digər xəbərlər
İtkin düşən 4 yeniyetmə tapıldı – YENİLƏNİB
2023-03-20 22:15:00
Vətən müharibəsi qazisi direktor təyin olunub
2023-03-20 10:19:06
Məktəbdə insident – Direktor müavini xəsarət aldı
2023-03-17 17:09:16
Məktəblərdə psixoloji xidmətin monitorinqi aparılır
2023-03-15 09:47:09
Bu məktəbdə kimya, fizika, biologiya, musiqi müəllimi yoxdur – PROBLEM
2023-03-14 12:40:00
FHN orta məktəbdə təlim keçirib – FOTO
2023-03-13 16:31:00
Məktəblərdə ağacəkmə kampaniyası davam edir
2023-03-13 15:27:00
Sinif müəllimi əməliyyatdan sonra vəfat etdi
2023-03-13 09:32:06
Məktəblərdə fövqəladə hallar zamanı necə davranmalı.
2023-03-11 15:59:00
Azərbaycanda repetitor yanından qayıdan məktəbli qız QAÇIRILDI
Rtm fənni riyaziyyat müəllimləri
воскресенье, 16 сентября 2018 г.
XI SİNİF RİYAZİYYAT.İLLİK PLANLAŞDIRMA.2018/2019- CI İL.
четверг, 13 сентября 2018 г.
X SİNİF RİYAZİYYAT.İLLİK PLANLAŞDIRMA.2018/2019-CU İL.
суббота, 4 августа 2018 г.
2018/2019-cu dərs ili üçün təqvimləşdirmə.
пятница, 12 января 2018 г.
VI SİNİF.RİYAZİYYAT. MÖTƏRİZƏLƏRİN AÇILMASI
вторник, 2 января 2018 г.
6 nömrəıi işçi vərəqi
четверг, 14 сентября 2017 г.
VII SİNİF.OLİMPİADA MƏSƏLƏLƏRİ.HƏLLİ İLƏ
Подписаться на: Сообщения (Atom)
ONLAYN TESTOPAD
SAYTA BAXIŞ SAYI.AS the NUMBER of INSPECTION
AŞAGIDA RİYAZİYYAT MAQAZİNƏ DAXİL OL.İSTƏDİYİN MƏHSULLARI PULSUZ AL.
KSQ-lər
BSQ-lər
RİYAZİ OYUNLAR
SINAQ İMTAHANLARI
QƏBUL IMTAHANLARI
VIDEO DƏRSLƏR
ELEKTRON RESURSDAN BİR NÜMUNƏ
TƏDRİSDƏ MÜƏLLİMLƏRƏ KÖMƏK OLAN ETİBARLI,MÜASİR BİR SAYT
ONLAYN SINAQ İMTAHANLARI ÜÇÜN KLİKLƏ
DOST SAYTIMIZ. MÜASİR İNNOVASİYALAR LİSEYİ
ƏMƏKDAŞLIQ ETDİYİM LİSEY-MİL.
MÜƏLLİMLƏRƏ DƏSTƏK OLAN FOND-BİLİK FONDU
İLK QURDUGUM RİYAZİ OYUN-MİLYONÇU OYUNU
FACEBOOK SƏHİFƏMİZ
BLOGUN ARXİVİ
BƏŞƏRİYYƏTİN ƏN DAHİ RİYAZİYYATÇILARI KİMLƏR OLUB .
BAYRAGIMIZ VƏ GERBİMİZ.QÜRUR MƏNBƏYİMİZ.
ELEKTRON TƏHSİL MÜSABİQƏS İNDƏ ALDIGIM MÜKAFAT-FƏRQ LƏNMƏ DİPLOMU 26 DEKABR.2 017-Cİ İL
DOGMA QƏZETİMİZ. AÇ OXU. PEDAQOJİ DÜNYAMIZIN YENİLİKLƏRİ İLƏ TANIŞ OL.
MÜSABİQƏ İŞTİRAKÇILARININ İŞİ İLƏ TANIŞ OL.DƏRSLƏRİNDƏ TƏTBİQ ET.
FUNKSİYA QRAFİKLƏRİNİ ÖYRƏNMƏK ÜÇÜN ETİBARLI VASİTƏ.
TESTLƏRİ HƏLL ET.BİLİYİNİ YOXLA.
ÖZÜMÜZÜN DÜNYA ALİMLƏRİMİZLƏ TANIŞ OL.
BİLİK YARIŞINA QATIL .LİDER OL.
Сообщить о нарушении
SƏHİFƏLƏR
- Açıq dərs nümunələri (11)
- Buraxılış imtahanları (1)
- Dahi riyaziyyatçılar (7)
- ELEKTRON DƏRSLİK VƏ DƏRS VƏSAİTLƏRİ (2)
- Əyləncəli oyunlar (10)
- Əyləncəli riyazi məsələlər (6)
- KSQ-lər (1)
- Maraqlı əhvalatlar (8)
- Maraqlı kəşflər (6)
- Metodika (2)
- Məktəbimizin yüksək bal toplayan məzunları (2)
- Mənim video dərslərim (6)
- Məqalələr (5)
- Olimpiada məsələləri (3)
- Olimpiada məsəslələri (1)
- Onlayn sınaq testləri (2)
- Qabaqcıl müəllimlərimiz (1)
- Riyazi terminlər lügəti (6)
- RiyaziyyaT fənni üzrə illik planlaşdırma (9)
- Riyaziyyat və gözəllik (2)
- Riyaziyyat və poeziya (4)
- Riyaziyyatdan animasiyalar (1)
- Riyaziyyatdan işçi vərəqləri (3)
- Video təqdimatlar (15)
Comments are closed, but trackbacks and pingbacks are open.