Press "Enter" to skip to content

Leyla Bayramova

1.2.3. Birrəqəmli, ikirəqəmli, üçrəqəmli ədədlərə yazılı vurma və bölmə alqoritmlərini bildiyini nümayiş etdirir.

Cəvahir NAĞIYEVA: “Riyaziyyat fənninin tədrisində yeni yanaşmalar”

Digər fənlər kimi riyaziyyat fənninin də özünəməxsus xüsusiyyətləri var. Tədris prosesində bu xüsusiyyətlərin nəzərə alınması zəruridir.
Qeyd etməliyik ki, riyaziyyat dərslərində şagirdlərdə təfəkkür prosesi sürətlənir, idrak fəallığı artır, eləcə də müəllim onlara düzgün istiqamət verməklə riyazi biliklərə yiyələnmələrini təmin edir. Müəllim dərsdə müxtəlif təlim üsullarından, formalarından istifadə etməklə şagirdləri tədqiqatçılığa, düşünməyə və axtarışlar aparmağa yönəldir.
Öncə müəllimdən İKT bacarığı tələb olunur. İKT-dən düzgün istifadə olunması tədris prosesinə yenilik gətirir, şagirdlərin öyrənmə marağını artırır, müəllimin dərsə hazırlaşmasını asanlaşdırır.
Tədris prosesində ən vacib amillərdən biri də təlim materiallarının planlaşdırılmasıdır. Planlaşdırmanın gündəlik və perspektiv kimi iki növü müəyyənləşdirilmişdir.
Perspektiv planlaşdırma fənni tədris edən müəllim tərəfindən hazırlanır. Bunun üçün müəllimdə bir neçə bacarığın olması vacib hesab edilir: məzmun standartlarına əsasən dərslikdəki tədris vahidi və mövzular üzrə dəqiqləşmələr aparmaq; tədris vahidlərinin və mövzuların ardıcıllığını müəyyənləşdirmək; inteqrasiya imkanlarını müəyyən etmək; əlavə resurslar seçmək; mövzulara görə məqsədyönlü vaxt bölgüsü aparmaq və nailiyyətlərin qiymətləndirilmə mexanizmlərini müəyyən etmək.
Müəllim hər bir dərs üçün gündəlik plan hazırlamalıdır. Müəllimin hazırladığı gündəlik dərs planı standartın reallaşmasına xidmət etməlidir. Bu zaman standartlara müvafiq təlim məqsədi və strategiyaları müəyyənləşdirilməlidir.
Müasir riyaziyyat dərsləri tədqiqat şəraitində keçilməlidir. Ona görə şagirdləri qrup və ya cütlər şəklində tədqiqata yönəltməklə, onlara əməkdaşlıq etmələri üçün şərait yaradılmalıdır. Tədqiqat işini təşkil etmək üçün iş vərəqləri tərtib edilməlidir. İş vərəqlərində kiçik qruplara və ya cütlərə verilən problem və onun həllinin nəticələri əks olunmalıdır. Eyni zamanda hazırlanan iş vərəqləri dərsin məqsədinə xidmət etməlidir.
Riyaziyyat fənninin tədrisi şagirdlərdə məntiqi təfəkkürün formalaşmasında mühakimə qabiliyyətlərinin yüksəldilməsində böyük rol oynayır. Riyazi fəaliyyət zamanıı şagirdin ümumiləşdirmə və konkretləşdirmə, nəticə çıxarmaq və nəticəni əvvəlcədən görmək qabiliyyəti formalaşır, hafizəsi, diqqəti və nitqi inkişaf edir, mühakimə yürütmə bacarığı yaranır. Riyazi məsələlərin həlli prosesində şagirdlərdə səmərəli düşünmə vərdişi formalaşır və problemin həlli yolunu tapmaq bacarığı yaranır.
İnteraktiv təlimdə şagirdlər fəal, müəllim isə fasilitator (bələdçi) olmalıdır. Bəs bunu riyaziyyatın tədrisində necə yerinə yetirmək olar?
Təcrübəli bir müəllim kimi dərslərimdə istifadə etdiyim üsullarla bağlı bəzi fikirlərimi həmkarlarımla paylaşmaq istəyirəm.
V sinifdə “Natural ədədlərin toplanması və çıxılması” mövzusunun tədrisi zamanı şagirdlərə belə bi məsələ təklif edirəm: Üç müxtəlif üçrəqəmli ədədin cəmi 992-dir. Bu ədədlərdən ən böyüyü neçə ola bilər?
Şagirdlər öz fikirlərini bildirirlər. Yardımçı suallarla onları istiqamətləndirirəm. Əgər cəm sabitdirsə, toplananlardan birinin ən böyük olması üçün digəri ən kiçik olmalıdır. Ən kiçik üçrəqəmli ədəd 100-dür. Üç toplanan olduğu üçün ikinci toplanan 101 olmalıdır. Deməli, ən böyük toplanan 992-(100+101)=971. Doğru cavab 971-dir.
Riyazi fəaliyyət zamanı induksiya və deduksiya, ümumiləşdirmə və konkretləşdirmə, analiz və sintez, təsnifetmə və sistemləşdirmə, mücərrədləşdirmə və analogiya kimi əqli mühakimə üsullarından istifadə olunur ki, bu da şagirdlərin məntiqi təfəkkürünün inkişafını sürətləndirməklə yanaşı, diqqətin, hafizənin və nitqin inkişafına kömək edir. Başqa sözlə, riyaziyyatın tədrisi metodikası bütün tədris mərhələlərində riyaziyyatın təlimi qanunauyğunluqlarını öyrənir. Riyazi metodların didaktik işlənilməsi və məktəb riyaziyyat kursuna daxil edilməsi də riyaziyyatın tədrisi metodikasının inkişafına xidmət edir.
Orta məktəbdə riyaziyyat təliminin praktik məqsədləri aşağıdakılar hesab olunur:
1) şagirdlərdə qazanılmış riyazi bilikləri tətbiq edə bilmək bacarıqları formalaşdırmaq;
2) riyazi cihaz və alətlərdən səmərəl istifadə etmək bacarıqları formalaşdırmaq;
3) elmi və tədris xarakterli informasiyanı sərbəst əldə etmək bacarıqları formalaşdırmaq.
Fənnin tədrisi şagirdləri biliklərlə silahlandırmaqla yanaşı, həm də onları tərbiyə etməlidir. Bu o deməkdir ki, riyaziyyat təlimi şagirdlərin bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsini təmin etməklə, həm də onlarda ümumi mədəniyyət formalaşdırmalıdır. İlk növbədə çalışmaq lazımdır ki, şagirdlər cəmiyyətin inkişafında riyaziyyatın rolunu qiymətləndirə bilsin. Riyaziyyat fənninin bugünkü həyatımızda rolunu dərk etsinlər.
Şagirdlər bəzən riyaziyyat fənninin mənimsənilməsində çətinlik çəkirlər. Bəzi tərifləri qavramaq əvəzinə, onu öyrənməyin yolunu əzbərləməkdə görürlər. Riyazi təriflərin öyrənilməsində həm yaddaşın, həm də təfəkkürün yüklənməsi zərərlidir. Bir sıra anlayış, aksiom və teoremin dəqiq öyrənilməsi çox vacibdir. Onların dəqiq mənimsənilməsi zəruri bünövrə təşkil edir. Bütün anlayışın əzbər öyrənilməsini tələb etmək düzgün deyil. Riyazi tərifləri müstəqil surətdə şagirdin öz sözləri ilə ifadə etməsi daha əhəmiyyətlidir. Bu cür mövzuları tədris edərkən daha səmərəlı üsul və forma əvvəlcədən düşünülüb seçilməlidir.
Öyrətməyin ən səmərəli metodlarından biri öyrədici söhbətdir. Öyrədici söhbəti düzgün təşkil etmək üçün ona ciddi hazırlaşmaq vacibdir. Bunun üçün zəruri olanlar:
1) mövzunun əhatəliyi və dərindən analiz qabiliyyəti;
2) öyrətmə zamanı vacib xüsusiyyətlərin nəzərə alınması;
3) mövzu üzrə aparılacaq söhbətin məqsədlərini aydın təsəvvür etmək;
4) şagirdlərlə dərs müddətində söhbətin gedişində istifadə ediləcək biliklərin həcmini və məzmununu dəqiq müəyyən etmək;
5) ən zərurisi isə səmərəli üsul və iş forması seçmək.
Bütün bunlarla yanaşı dərs prosesində öyrədici söhbətin yerini və vaxtını düzgün müəyyən etmək də əsas şərtlərdəndir. Öyrədici söhbətin planını tərtib edərkən müəllim şagirdlərə veriləcək əsas və əlavə sualları dəqiq göstərməlidir. Bəzi hallarda kimə hansı sualın verilməli olduğunu da göstərmək olar. Öyrədici söhbətin gedişində istifadə olunacaq didaktik vasitələr əvvəlcədən hazırlanmalıdır. Şagirdlər üçün nəzərdə tutulan suallar sadədən mürəkkəbə doğru tərtib olunmalıdır. Bu, öyrənilən mövzunu tam əhatə etməli, suallar aydın və yığcam şəkildə tərtib olunmalıdır. Öyrədici söhbətin sonunda şagirdlərin mənimsəmə səviyyəsini müəyyən etməyə imkan verən sadə çalışmalarla mövzunun mənimsənilmə səviyyəsini müəyyənləşdirməlidir.
Riyaziyyat fənninin tədrisində şagirdin təlimə marağının inkişaf etdirilməsinə, keçilən mövzunun mənimsənilməsinə yardım edən ən səmərəli metodlardan biri riyazi oyunlardır. Bu, uşaqlar üçün əyləncə, müəllim üçün isə təlimi səmərəli təşkil etmək üsuludur. Xüsusilə riyaziyyat dərslərində şagirdlərin zehni yorğunluğunun qarşısını almaqda, dərsin darıxdırıcı olmaması üçün riyazi oyunların rolu çox böyükdür. Riyazi oyunların tərtibində fənnin xüsusiyyətləri və təlim materialları nəzərə alınmalıdır.
Riyazi oyunlardan ən çox “Misalı tap”, “Pilləkanvari sistem”, “Mənim yerim haradadır”, “Həndəsi mozaika”, “Zəncirvari hesablama” oyunları tətbiq olunur.
Eyni zamanda tədris və riyazi oyunlar zamanı hər bir şagirdə xüsusi yanaşma da tələb olunur. Çünki bir sinifdə bütün şagirdlərin qavrama və dərketmə qabiliyyəti eyni olmaya bilər. Bunun üçün isə şagirdlərin bilik və bacarıqlarına görə qiymətləndirmə və yanaşma metodları tətbiq olunmalıdır. Oyunların tərtibi zamanı şagirdlərə fərdi yanaşmaq lazımdır. Zəif şagirdlər üçün daha asan, güclü şagirdlər üçün daha çətin tapşırıqlar nəzərdə tutulmalıdır. Riyaziyyat dərsinin bütün mərhələlərində şagirdləri nə haqdasa düşünməyə, nəyisə tapmağa sövq etdirmək məqsədəuyğundur.
Mən motivasiyadan tutmuş, refleksiya mərhələsinə qədər dərslərimin bütün mərhələlərində bunları tətbiq edirəm. Aldığım nəticələrdən də razıyam. Hər il olduğu kimi, bu il də şagirdlərimin əksəriyyəti yüksək nəticə əldə edərək ali məktəblərə qəbul olublar.( muellim.edu.az)

Abşeron rayonu, Xırdalan şəhər B.Cəfərov adına Texniki təbiət fənləri təmayüllü 3 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi

Like this:

Like Loading.

Related

  • ← Məleykə Abbaszadə mayın 19-da Füzuli rayonunda vətəndaşlarla görüş keçirəcək
  • “İmtahanda yüksək nəticə üçün günortalar yatmaq lazımdır” – 695 bal toplayan Lətifə – VİDEO →

Ən çox oxunanlar

  • Bakı məktəblisi dünyanın. Fizika fənni üzrə dəfələrlə milli və beynəlxalq olimpia.
  • Elm və təhsil naziri “Mic. Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə.
  • Mədəniyyət və İncəsənət U. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Uni.
  • Xaricdə doktorantura təhs. “2019-2023-cü illər üçün Azərbaycan Respublikas.
  • Məktəbdə psixoloji xidmət. Bugünlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞ.
  • “Qrup imtahanları ixtisas. Martın 12-si 11-ci sinif şagirdləri üçün ölkədə.
  • Tələbələrin yataqxanalard. Azərbaycanda yeni tədris ili başlayandan tələbələrin ya.
  • Latviyada təhsil almaq is. Latviya Respublikası 2023-2024-cü tədris ili.
  • Aprelin 1-dən peşə təhsil. Peşə təhsili müəssisələrində 2023-cü il aprel.
  • Qərb Universitetinin ABŞ. Müsahibimiz Qərb Unviersitetinin professoru, siyasi elm.
  • BDU-da Beynəlxalq Riyaziy. Bakı Dövlət Universitetinin (BDU) Mexanika-ri.
  • LDU –da bayram ovqatlı No. Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın milli.
  • Ən yaxşı məktəblərin adla. Liseylərin attestat qiymətləri əla olan abituriyentlər.
  • “Maşa və ayı”nın yeni böl. “Maşa və ayı” cizgi filminin yeni bölümü Azərbayc.
  • Azərbaycana bahar gəldi Azərbaycana yaz fəsli daxil olub. Mektebgushesi.
  • Magistraturaya II turda u. Bu gün saat 15:00-dan etibarən ali təhsilin mag.
  • Beynəlxalq Jautikov Olimp. Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və.
  • Yeni Peşə Təhsil Mərkəzin. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil M.
  • DİM Subbakalavrlara ixtis. “Abituriyent” jurnalının “Subbakalavr” xüsusi buraxılı.
  • Keçid balları: Minimum nə. Ali məktəblərə qəbul imtahanlarının birinci cəhdi a.
  • Novruz bayramı: qadağalar. Hər bir xalqın milli bayramı onun milli varlığı.
  • Martın 27-28-də Tarix İns. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda m.
  • DİM nəşrlərini əldə etməy. Nəzərinizə çatdırırıq ki, nəşrlər “Abituriyent” jurnal.
  • Uşaq musiqi məktəblərinə. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Döv.
  • Elm və təhsil naziri Vətə. Vətən müharibəsi qazisi Ceyhun Qürbət oğlu Qurban.

Arxiv

VOEN 1303384232
12.08.2013 – cu ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Mətbu nəşrləri reystrinə daxil edilmə nömrəsi: N3782

Məktəb guşəsi saytı 2016 – cı ildən fəaliyyət göstərir.
Bütün hüquqlar qorunur ©

Əlaqə

  • Bakı şəhəri, H. Əliyev küç ev 92a mən 31
  • [email protected]
  • +994 070 320 38 51
  • +994 55 774 84 44
  • Facebook
  • Twitter

Leyla Bayramova

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

11 Ağustos 2017 Cuma

Riyaziyyat fənn kurikulumu üzrə standartlar və təlim nəticələri

Paylaşıldı on 07:04 by Leyla Bayramova
1.2. Məzmun xətləri

Məzmun xətti – fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən edilən məzmunun zəruri hissəsidir.

Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu daha aydın təsvir etmək üçün müəyyən olunur və onu sistemləşdirmək məqsədi daşıyır.

Mövcud dünya təcrübəsinin öyrənilməsi və təhlili əsasında riyaziyyat təliminin aşağıdakı məzmun xətləri təyin edilmişdir:

 Ədədlər və əməllər
 Cəbr və funksiyalar
 Statistika və ehtimal
1.4. Fəaliyyət xətləri

Standartlar tərtib edilərkən onların hər birində riyazi proseslərin elementləri kimi fəaliyyət yönümlü aşağıdakı 5 xəttin daxil edilməsi çox vacibdir:

 Problemlərin həlli
 Mühakiməyürütmə və isbatetmə
 Ünsiyyətqurma
 Əlaqələndirmə
 Təqdimetmə
1.5. Məzmun standartları
I sinif
I sinfin sonunda şagird:
 say və ədəd anlayışlarını, onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;
 toplama və çıxma əməllərinin mənasını başa düşdüyünü nümayiş etdirir;

 toplama və çıxmaya aid sadə hesablamaları yerinə yetirir, onlardan məsələ həllində istifadə edir və təxminetmə bacarığı nümayiş etdirir;

 ədədi və dəyişəni olan sadə ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
 ədədi bərabərsizliklər və tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir;

 müəyyən əlamətlərdən asılı olaraq kəmiyyət və keyfiyyət dəyişiklikləri haqqında mühakimələr yürüdür;

 əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə görə müqayisə edir;
 sadə həndəsi fiqurları tanıyır və verilmiş əlamətlərə görə onların təsnifatını aparır;
 eyni adlı kəmiyyətləri müqayisə edir;
 standart və standart olmayan ölçü vahidlərindən istifadə edir;
 əşyalar və hadisələr haqqında məlumatlar toplayır;
 toplanmış məlumatlara əsasən proqnozlar verir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:
1.1. Say və ədəd anlayışlarını, onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.1.1. 20 dairəsində bir-bir düzünə və tərsinə sayır.
1.1.2. 20 dairəsində iki-iki ritmik sayır.
1.1.3. 20 dairəsində ədədləri oxuyur və yazır.
1.1.4. Hər bir ədədə uyğun əşya qrupunu müəyyən edir.
1.1.5. Əşyalar çoxluğundan tələb olunan sayda əşyanı ayırır.

1.1.6. 20 dairəsində ədədlər arasındakı münasibətləri “>”, ” <", " MsoNormal" style="margin-bottom: 0.0001pt;">1.1.7. Ədədləri model, sxem, diaqram, qrafik və riyazi ifadələrlə təsvir edir.

1.1.8. Sayı 10-dan 20-yə qədər olan əşyalar qrupunu onluq və təklik tərkibinə ayırır.
1.1.9. Sıra saylarından istifadə edir.
1.2. Toplama və çıxma əməllərinin mənasını başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Toplamanı iki qrupun əşyalarının birgə sayılması kimi modelləşdirir.

1.2.2. Çıxma əməlini qrupun əşyalarının bir hissəsinin götürülərək qalığın müəyyənləşdirilməsi kimi modelləşdirir.

1.2.3. «Əlavə etmək», «artırmaq», «cəm», «oldu» ifadələrini toplama ilə, «üstündən götürmək», «azaltmaq», «fərq», «qaldı» ifadələrini isə çıxma əməli ilə əlaqələndirərək əşyalar çoxluğu ilə nümayiş etdirir.

1.2.4. «Ədəd (dənə) çox», «ədəd (dənə) az» ifadələrini toplama və çıxma ilə düzgün əlaqələndirir.

1.2.5. Toplama və çıxma əməllərinin komponentlərinin və nəticələrinin adlarını bildiyini nümayiş etdirir.

1.2.6. Toplama və çıxma əməllərinin komponentləri və nəticələri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.

1.3. Toplama və çıxmaya aid sadə hesablamaları yerinə yetirir, onlardan məsələ həllində istifadə edir və təxminetmə bacarığını nümayiş etdirir.

1.3.1. İki qrupun əşyaları arasında sayca müqayisə aparır və müqayisənin nəticəsini “çoxdur”, “azdır”, “bərabərdir” sözlərinin köməyi ilə ifadə edir.

1.3.2. Sıfrın necə alındığını əşyalar üzərində nümayiş etdirir.

1.3.3. 20 dairəsində toplama və çıxma əməllərini müxtəlif üsullarla (yazılı, şifahi, sətirdə, sütunda, saymaqla) yerinə yetirir.

1.3.4. Toplama və çıxmaya aid müxtəlif növ sadə məsələləri həll edir.
1.3.5. Həyati problemlərin həllində təxminetmə bacarığı nümayiş etdirir.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Ədədi və dəyişəni olan sadə ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.1.1. Sadə ədədi ifadələri oxuyur və yazır.
2.1.2. Sadə ədədi ifadələrin qiymətini hesablayır.
2.1.3. Şifahi şəkildə söylənmiş riyazi fikri yazılı ifadə edir.
2.1.4. Dəyişəni olan ifadələr haqqında ilkin təsəvvürü olduğunu nümayiş etdirir.
2.2. Ədədi bərabərsizliklər və tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.2.1. Sadə ədədi bərabərsizliklərlə bağlı mühakimələr yürüdür.
2.2.2. Tənliklər haqqında ilkin təsəvvürü olduğunu nümayiş etdirir.
2.3. Müəyyən əlamətlərə (kəmiyyət və keyfiyyət) görə dəyişikliklər haqqında mühakimələr yürüdür.
2.3.1. Əlamətlərinə görə (forma, ölçü və rəng) dəyişmələri müəyyən edir.
2.3.2. Sabit və dəyişən kəmiyyətləri fərqləndirir.
3. Həndəsə
Şagird:
3.1. Əşyaları əlamətlərinə və fəzadakı vəziyyətlərinə görə müqayisə edir.
3.1.1. Əşyaları əlamətlərinə (ölçüsünə, formasına, rənginə) görə fərqləndirir.
3.1.2. Əşyanın fəzada vəziyyətini müəyyənləşdirir.
3.1.3. Əşyanın yerinin dəyişdirilməsinə aid praktik tapşırıqları yerinə yetirir.
3.2. Sadə həndəsi fiqurları tanıyır və verilmiş əlamətlərə görə onların təsnifatını aparır.
3.2.1. Sadə həndəsi fiqurlar formasında olan əşyaları tanıyır.
3.2.2. Sadə həndəsi fiqurları əlamətlərinə (rənginə, formasına, ölçüsünə) görə təsnif edir.
3.2.3. Məsələlərin həllində və sxematik təsvirində sadə həndəsi fiqurlardan istifadə edir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətləri müqayisə edir.
4.1.1. Hadisələrin vaxtını müqayisə edir.
4.1.2. Əşyaların uzunluqlarını müqayisə edir.
4.1.3. Əşyaların kütləsini müqayisə edir.
4.1.4. Qabların tutumlarını müqayisə edir.
4.2. Standart və şərti ölçü vahidlərindən istifadə edir.
4.2.1. Uzunluğun ölçülməsində şərti ölçü vahidlərindən istifadə edir.
4.2.2. Verilmiş parçanın uzunluğunu ölçür.
4.2.3. Uzunluğu verilmiş parçanı çəkir.
4.2.4. Tam saatları müəyyən edir.
4.2.5. Pul vahidlərindən (manat, qəpik) hesablamalarda istifadə edir.
4.2.6. Əşyanın kütləsini tərəzinin köməyi ilə kiloqramla ifadə edir.
4.2.7. Tutumun ölçülməsində standart və şərti ölçü vahidindən istifadə edir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Əşyalar və hadisələr haqqında məlumatlar toplayır.
5.1.1. Verilmiş obyektlərə (əşya, şəkil, diaqram) aid suallar tərtib edir.
5.1.2. Suallar əsasında topladığı məlumatları təqdim edir.
5.2. Məlumatlar əsasında proqnozlar verir.
5.2.1. Təkrarlanan (dövri) sadə proseslərdə qanunauyğunluğu müəyyən edir.

5.2.2. Müəyyən əlamətə görə verilmiş əşyalar və ədədlər çoxluğunda nizamı pozan (çatışmayan) elementi islah (bərpa) edir.

II sinif
II sinfin sonunda şagird:

 ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir;

 hesab əməllərinin mənasını və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;

 100 dairəsində ədədlər üzərində şifahi və yazılı toplama və çıxmaya, vurma və bölməyə aid sadə hesablamaları yerinə yetirir, təxminetmə bacarığını nümayiş etdirir;

 ədədi və dəyişəni olan sadə ifadələrin qiymətini hesablayır;
 ifadələri müqayisə edir, tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
 asılı kəmiyyətlərin dəyişməsi haqqında mühakimələr yürüdür;
 istiqamət və məsafə haqqında təsəvvürü olduğunu nümayiş etdirir;
 sadə həndəsi fiqurları tanıyır və təsvir edir;
 eyni adlı kəmiyyətlərin müqayisəsini aparır;
 alətlər vasitəsilə kəmiyyətlərin ölçüsünü vahidlərlə ifadə edir;
 müxtəlif üsul və formalarla topladığı məlumatları təqdim edir;
 toplanmış məlumatlara əsasən proqnozlar və şərhlər verir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Ədədlər və əməllər

1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir.

1.1.1. 100 dairəsində ədədləri oxuyur və yazır.
1.1.2. 100 dairəsində ədədləri onluq tərkibinə ayırır.
1.1.3. 100 dairəsində ədədləri müxtəlif formalarda təsvir edir.

1.1.4. 100 dairəsində ədədlərin müqayisəsinin nəticəsini “>”, ” <", " MsoNormal" style="margin-bottom: 0.0001pt;">1.1.5. 100 dairəsində düzünə və tərsinə iki-iki, üç-üç, dörd-dörd, beş-beş ritmik sayır.

1.1.6. Ədədin cüt və təkliyini müəyyənləşdirir.
1.2. Hesab əməllərinin mənasını və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Vurma və bölməni müxtəlif yollarla modelləşdirir.

1.2.2. “Dəfə çox”, “dəfə az” ifadələrini uyğun olaraq vurma və bölmə əməlləri ilə düzgün əlaqələndirir.

1.2.3. Vurmanın yerdəyişmə xassəsindən hesablamalarda istifadə edir.
1.2.4. Toplama və çıxma əməlləri arasındakı qarşılıqlı əlaqəni nümunələrlə izah edir.
1.2.5. Vurma və bölmə əməlləri arasındakı qarşılıqlı əlaqəni nümunələrlə izah edir.

1.2.6. Toplama və çıxma, vurma və bölmə əməlləri arasındakı qarşılıqlı əlaqələrdən hesablamalarda istifadə edir.

1.2.7.Vurma və bölmə əməllərinin komponentləri və nəticələri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.

1.2.8.Vurma əməlini ədədin bərabər toplananlarının cəmi kimi modelləşdirir.
1.2.9. Bölmə əməlini ədədin bərabər ədədlərin çıxılması kimi modelləşdirir.
1.2.10. Toplamanın qruplaşdırma xassəsindən hesablamalarda istifadə edir.

1.3. 100 dairəsində ədədlər üzərində şifahi və yazılı toplama və çıxmaya, vurma və bölməyə aid sadə hesablamaları yerinə yetirir, təxminetmə bacarığını nümayiş etdirir.

1.3.1.100 dairəsində toplama və çıxma əməllərini müxtəlif üsullarla şifahi yerinə yetirir.
1.3.2. 100 dairəsində ədədləri yazılı toplayır və çıxır.
1.3.3. 2, 3, 4 və 5-ə vurma və bölmə cədvəllərindən hesablamalarda istifadə edir.
1.3.4. Məsələ həllində əməlin seçilməsini əsaslandırır.
1.3.5. Toplama və çıxmaya aid ikiəməlli, vurma və bölməyə aid isə sadə məsələləri həll edir.
1.3.6. Həyati problemlərin həllində təxminetmə bacarığını nümayiş etdirir.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Ədədi və dəyişəni olan ifadələr haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
2.1.1.Mötərizəsiz, mötərizəli və ədədi ifadələri oxuyur və yazır.
2.1.2. Mötərizəli və mötərizəsiz ədədi ifadələrin qiymətini hesablayır.
2.1.3. Sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur.
2.1.4. Məsələyə uyğun riyazi ifadə və riyazi ifadəyə uyğun məsələ qurur.
2.1.5. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayır.
2.2. İfadələri müqayisə edir, tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

2.2.1. Ədədi ifadələrin müqayisəsini “>”, ” <", " MsoNormal" style="margin-bottom: 0.0001pt;">2.2.2. Hesab əməllərinə aid tənliklər haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

2.3. Asılı kəmiyyətlər arasındakı əlaqəni müəyyən edir.
2.3.1.Qiymət, miqdar, dəyər arasındakı asılılığa dair məsələ həll edir.
2.3.2. Asılı kəmiyyətlərdən birinin dəyişməsinin digərinə təsirini şərh edir.
3. Həndəsə
Şagird:
3.1. İstiqamət və məsafə haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
3.1.1.Həndəsi fiqurlar üzərində konstruktiv bacarıqları nümayiş etdirir.
3.1.2. Kub, düzbucaqlı prizma, silindr, kürə, konus formalı əşyaları qruplaşdırır.
3.2. Sadə həndəsi fiqurları tanıyır.
3.2.1.Bucaq haqqında təsəvvürü olduğunu nümayiş etdirir.
3.2.2.Müxtəlif əlamətlərə görə həndəsi fiqurları təsnif edir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsini aparır.
4.1.1. Əşyaları uzunluğuna, kütləsinə, hadisələri vaxta görə müqayisə edir.
4.1.2. Tutum anlayışını şərh edir.
4.1.3. Qabların tutumunun müqayisəsini aparır.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.
4.2.1. Şərti ölçü vasitələrindən istifadə etməklə ölçmələr aparır.
4.2.2. Müvafiq alət və vahidləri seçməklə uzunluğu, kütləni və tutumu ölçür.
4.2.3. Vaxtı saat və dəqiqə ilə təyin edir.
4.2.4. Pul vahidlərindən hesablamalar və mübadilə zamanı istifadə edir.
4.2.5. Kəmiyyətlərin ölçülməsinə aid məsələləri həll edir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Müxtəlif üsul və formalarla topladığı məlumatları təqdim edir.
5.1.1. Suallar əsasında topladığı məlumatlara şərhlər verir.
5.2. Toplanmış məlumatlara əsasən proqnozlar və şərhlər verir.
5.2.1. Ədədlər, əşyalar və hadisələr ardıcıllığında qanunauyğunluğu müəyyən edir.

5.2.2. Hadisələrin baş verməsi ilə bağlı “ola bilməz”, “ola bilər”, “mütləq”, “yəqin ki” ifadələrindən istifadə etməklə fikir yürüdür.

III sinif
III sinfin sonunda şagird:

 ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri, ədədin hissəsi anlayışını başa düşdüyünü nümayiş etdirir;

 hesab əməllərinin mənasını, xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir;

 hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarığı nümayiş etdirir;
 riyazi ifadə anlayışlarını başa düşdüyünü nümayiş etdirir;
 ədədi ifadələri müqayisə edir və tənlik anlayışını başa düşdüyünü nümayiş etdirir;
 sadə funksional asılılıqları başa düşdüyünü nümayiş etdirir;
 istiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri sxematik təsvir əsasında həll edir;
 sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir;
 eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir;
 ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür;
 məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir;
 proqnozlar verməklə ehtimal anlayışını başa düşdüyünü nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:

1.1. Ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri, ədədin hissəsi anlayışını başa düşdüyünü nümayiş etdirir.

1.1.1. 1000 dairəsində ədədləri oxuyur və yazır.

1.1.2. 1000 dairəsində ədədlərin yazılışında hər bir mərtəbədəki rəqəmə görə mərtəbə vahidlərinin sayını və mərtəbə qiymətini müəyyən edir.

1.1.3. 1000 dairəsində ədədlərin müqayisəsinin nəticəsini “>”, ” <", " MsoNormal" style="margin-bottom: 0.0001pt;">1.1.4. 1000 dairəsində ədədləri mərtəbə toplananlarının cəmi şəklində göstərir.

1.1.5. 1000 dairəsində ədədləri müxtəlif ekvivalent formalarda təsvir edir.
1.1.6. 1000 dairəsində düzünə və tərsinə on-on, yüz-yüz ritmik sayır.
1.1.7.Verilmiş rəqəmlərin köməyi ilə müxtəlif üçrəqəmli ədədlər düzəldir.
1.1.8. Tamın hissəsi anlayışını başa düşdüyünü nümayiş etdirir.

1.2. Hesab əməllərinin mənasını, xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.

1.2.1. Vurma və bölmənin müxtəlif mənalarını başa düşdüyünü nümayiş etdirir.
1.2.2.Vurmanın paylama xassəsindən hesablamalarda istifadə edir.
1.2.3.Vurmanın qruplaşdırma xassəsindən hesablamalarda istifadə edir.
1.2.4. Cəmin ədədə bölünməsi qaydasını şərh edir.
1.2.5. Cəmin ədədə bölünməsi qaydasından hesablamalarda istifadə edir.
1.2.6. Qalıqlı bölməni yerinə yetirir.
1.2.7. Qalıqlı bölmənin mahiyyətini şərh edir.
1.2.8. Hesab əməlləri arasında qarşılıqlı əlaqəni izah edir.
1.2.9. Hesab əməlləri arasında qarşılıqlı əlaqədən çalışmaların həllində istifadə edir.
1.3. Hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarığını nümayiş etdirir.
1.3.1. 1000 dairəsində şifahi toplama və çıxmanı yerinə yetirir.
1.3.2. 1000 dairəsində yazılı toplama və çıxmanı yerinə yetirir.
1.3.3. Hesablamalar zamanı təxminetmə bacarığını nümayiş etdirir.

1.3.4. Hesablamaların nəticəsinin yoxlanılmasında əməllər arasındakı qarşılıqlı əlaqədən istifadə edir.

1.3.5. 1000 dairəsində ikirəqəmli və üçrəqəmli ədədləri birrəqəmli ədədə vurma və bölmə əməllərini yerinə yetirir.

1.3.6. Sadə və ən çoxu üçəməlli məsələləri həll edir.
1.3.7. Ədədin hissəsini tapır.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Riyazi ifadə anlayışlarını başa düşdüyünü nümayiş etdirir.

2.1.1. Mötərizəsiz və mötərizəli ədədi ifadələrin hesablanmasında əməllər sırasından düzgün istifadə edir.

2.1.2. Dəyişəni olan ifadələri yazır, oxuyur.
2.1.3. Dəyişənin verilmiş qiymətlərində ifadənin qiymətini hesablayır.
2.1.4. Məsələyə uyğun ifadə və ifadəyə uyğun məsələ qurur.
2.1.5. Münasibətlərin doğruluğunu təmin edən simvolları müəyyənləşdirir.
2.2. Ədədi ifadələri müqayisə edir və tənlik anlayışını başa düşdüyünü nümayiş etdirir.

2.2.1. Ədədi ifadələrin müqayisəsinin nəticəsini “>”, ” <"," MsoNormal" style="margin-bottom: 0.0001pt;">2.2.2. “Məchul”, “tənlik”, “tənliyin həlli” anlayışlarını başa düşdüyünü nümayiş etdirir.

2.2.3. Sadə tənlikləri həll edir.
2.3. Sadə funksional asılılıqları başa düşdüyünü nümayiş etdirir.

2.3.1. Dəyişəni olan ifadənin qiymətinin dəyişənin qiymətindən asılı olduğunu başa düşdüyünü nümayiş etdirir.

2.3.2. Kəmiyyətlər arasındakı sadə asılılıqları başa düşdüyünü nümayiş etdirir.
3. Həndəsə
Şagird:
3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri təsvirlər əsasında həll edir.
3.1.1. Həndəsi fiqurların sadə yerdəyişmələri haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

3.1.2. Əşyaların və həndəsi fiqurların müxtəlif tərəflərdən görünüşləri haqqında təsəvvürü olduğunu nümayiş etdirir.

3.2. Sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir.
3.2.1. Sadə müstəvi fiqurları tanıdığını nümayiş etdirir.
3.2.2. Sadə müstəvi fiqurları xətkeşin köməyi ilə çəkir.
3.2.3. Sadə fəza fiqurlarının bəzi xassələrini bildiyini nümayiş etdirir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir.
4.1.1. Kütlənin, uzunluğun, tutumun, vaxtın müqayisəsinin nəticəsini şərh edir.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.
4.2.1. Kəmiyyətlərin vahidləri arasındakı əlaqələrdən hesablamalarda istifadə edir.
4.2.2. Ölçmənin dəqiqliyini artırmaq üçün daha kiçik vahidlərdən istifadə edir.
4.2.3. Çoxbucaqlının tərəflərinin uzunluqları cəmini hesablayır.
4.2.4. Vaxtı və vaxt aralığını müəyyənləşdirir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir.
5.1.1. Müşahidə, ölçmə və təcrübə yolu ilə məlumatları toplayır.
5.1.2. Toplanmış məlumatları cədvəl və diaqramların köməyi ilə təqdim edir.
5.1.3. Toplanmış məlumatların təhlili əsasında nəticələr çıxarır.
5.2. Proqnozlar verməklə ehtimal anlayışını başa düşdüyünü nümayiş etdirir.
5.2.1. Müşahidə və sınaqlar əsasında hadisələrin baş verməsi ilə bağlı ehtimal irəli sürür.
IV sinif
IV sinfin sonunda şagird:

 ədəd anlayışını, ədədin strukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü nümayiş etdirir, sadə kəsrləri tanıyır və şərhlər verir;

 hesab əməllərinin mənasını, xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir və onlardan istifadə edir;

 ədədlər üzərində hesab əməllərini yerinə yetirərkən və məsəslə həlli zamanı təxminetmə bacarıqları nümayiş etdirir;

 riyazi ifadələrdən istifadə edir və şərhlər verir;
 ədədi ifadələrin müqayisəsini aparır və sadə tənlikləri həll edir;
 sadə funksional asılılıqları riyazi ifadə edir və şərhlər verir;

 istiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri sxematik təsvir əsasında həll edir və şərhlər verir;

 sadə həndəsi fiqurların bəzi xassələrini bilir və onlardan çalışmaların həllində istifadə edir;
 eyni adlı kəmiyyətlərin müqayisəsini aparır və müqayisənin nəticəsini şərh edir;
 ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür və nəticəni qiymətləndirir;
 məlumatların təhlili üçün müvafiq metod seçir və tətbiq edir;
 toplanmış məlumatlara əsasən proqnozlar verir, sadə ehtimal anlayışını başa düşür və tətbiq edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:

1.1. Ədəd anlayışını, ədədin sturukturunu, ədədlər arasındakı münasibətləri başa düşdüyünü və sadə kəsrləri tanıdığını nümayiş etdirir.

1.1.1. 1000000 dairəsində ədədləri oxuyur və yazır.
1.1.2. Mərtəbə və sinif anlayışlarına əsasən ədədin yazılışında rəqəmin qiymətini müəyyənləşdirir.

1.1.3. 1000000 dairəsində ədədlərin müqayisəsinin nəticəsini “>”, ” <", " MsoNormal" style="margin-bottom: 0.0001pt;">1.1.4. 1000000 dairəsində ədədləri mərtəbə toplananlarının cəmi şəklində göstərir.

1.1.5. 1000000 dairəsində ədədləri müxtəlif ekvivalent formalarda təsvir edir.
1.1.6. Sadə kəsrləri modelləşdirir.
1.1.7. Məxrəcləri eyni olan kəsrləri müqayisə edir.
1.1.8. Kəmiyyətin hissələrini kəsrlərin köməyi ilə təsvir edir.
1.2. Hesab əməllərinin xassələrini və onlar arasındakı əlaqəni başa düşdüyünü nümayiş etdirir.
1.2.1. Hesab əməllərinin xassələrindən hesablamalarda istifadə edir.
1.2.2. Məsələlərin həllində hesab əməlləri arasındakı əlaqələrdən istifadə edir.

1.2.3. Birrəqəmli, ikirəqəmli, üçrəqəmli ədədlərə yazılı vurma və bölmə alqoritmlərini bildiyini nümayiş etdirir.

1.2.4. Qalıqlı bölməni yerinə yetirir.
1.3. Hesab əməllərini yerinə yetirərkən təxminetmə bacarıqları nümayiş etdirir.
1.3.1. Çoxrəqəmli ədədlər üzərində şifahi və yazılı hesablamalar aparır.

1.3.2. Hesablamaların nəticəsinin yoxlanılmasında əməllər arasındakı qarşılıqlı əlaqədən istifadə edir.

1.3.3. Ədədin hissəsini və hissəsinə görə ədədi tapır.
1.3.4. Sadə və ən çoxu dördəməlli mürəkkəb məsələləri həll edir.
1.3.5. 1000000 dairəsində ədədləri tələb olunan mərtəbələrə qədər yuvarlaqlaşdırır.
1.3.6. Hesab əməllərinin nəticələrini təxmini müəyyən edir.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Hesablamalarda riyazi ifadələrdən istifadə edir.
2.1.1. Riyazi ifadələrin qiymətinin hesablanmasında əməllər sırasından istifadə edir.
2.1.2. Münasibətlərin doğruluğunu təmin edən simvolları müəyyənləşdirir.

2.1.3. Ədədlərdən, dəyişənlərdən və simvollardan istifadə edərək hesab əməllərinin köməyi ilə müxtəlif riyazi ifadələr tərtib edir.

2.2. Ədədi ifadələrin müqayisəsini aparır və sadə tənlikləri həll edir.
2.2.1. Ədədi ifadələrin müqayisənin nəticəsini “>”, ” <", " MsoNormal" style="margin-bottom: 0.0001pt;">2.2.2. Sadə tənlikləri həll edir.
2.2.3. Məsələni riyazi modelləşdirərkən tənliklərdən istifadə edir.
2.2.4. Kəmiyyətlərin müqayisəsi zamanı bərabərsizliklərdən istifadə edir.
2.3. Sadə funksional asılılıqları riyazi ifadə edir.
2.3.1. Asılı dəyişənlərdən birinin dəyişməsinin digərinə necə təsir etdiyini şərh edir.
2.3.2. Sadə funksional asılılıqları həyati məsələlərlə əlaqələndirir.

2.3.3. Müxtəlif kəmiyyətlər (qiymət, miqdar, dəyər, sürət, zaman, gedilən yol, əmək məhsuldarlığı, işin müddəti, işin həcmi) arasındakı funksional asılılıqları şərh edir.

2.3.4. Kəmiyyətlər arasındakı asılılıqları hərflərin köməyi ilə düstur şəklində ifadə edir.
3. Həndəsə
Şagird:
3.1. İstiqamət və məsafə anlayışları ilə bağlı sadə məsələləri təsvirlər əsasında həll edir.
3.1.1. Əşya və fiqurların yerdəyişmələri haqqında təsəvvürlərini şərh edir.
3.1.2. Kub, düzbucaqlı prizma, silindr, kürə, konusun açılış şəkillərini müəyyənləşdirir.
3.1.3. Əşya və fiqurların müxtəlif tərəflərdən görünüşlərini təsvir edir.
3.2. Sadə həndəsi fiqurların xassələrini bildiyini nümayiş etdirir.
3.2.1. Çoxbucaqlının perimetri və sahəsi anlayışlarını başa düşdüyünü nümayiş etdirir.
3.2.2. Sadə həndəsi fiqurların təsnifatını aparır.
3.2.3. Həndəsi fiqurlardan çalışmaların həllinin modelləşdirilməsində istifadə edir.
4. Ölçmə
Şagird:
4.1. Eyni adlı kəmiyyətlərin müqayisəsinin nəticəsini şərh edir.
4.1.1. Kütlənin, uzunluğun, tutumun, vaxtın, perimetrin, sahənin müqayisəsinin nəticəsini şərh edir.
4.1.2. Eyni sahəyə malik olan müxtəlif ölçülü fiqurlar haqqında şərhlər verir.
4.2. Ölçü vahidlərindən və alətlərindən istifadə edərək kəmiyyətləri ölçür.

4.2.1. Uzunluğu, kütləni, tutumu, perimetri, sahəni, bucağı müvafiq vahidlər və alətlərin köməyi ilə müəyyənləşdirir.

4.2.2. Eyni adlı kəmiyyətlərin vahidləri arasındakı əlaqədən hesablamalarda istifadə edir.
4.2.3. Vaxtı saat, dəqiqə və saniyə dəqiqliyi ilə təyin edir.
4.2.4. Pul vahidlərindən məsələ həllində istifadə edir.
4.2.5. Uzunluq, kütlə, tutum, perimetr, sahə, bucaq ölçmələrinə dair məsələlər həll edir.
4.2.6. Sürət anlayışını başa düşdüyünü nümayiş etdirir.
5. Statistika və ehtimal
Şagird:
5.1. Məlumatların təhlili üçün müxtəlif üsul və formalardan istifadə edir.
5.1.1. Müxtəlif üsullarla topladığı məlumatları şərh edir.
5.1.2. Məlumatlar əsasında, mühakimə yürüdür.
5.2. Proqnozlar verməklə ehtimal anlayışını başa düşdüyünü nümayiş etdirir.
5.2.1. Ehtimalın doğruluğuna inanmaq üçün təcrübələr aparır.
5.2.2. Hadisənin baş vermə ehtimalı haqqında mühakimələr yürüdür.
V sinif
V sinfin sonunda şagird:

 natural ədədləri oxuyur, yazır, müqayisə edir, düzür və ədəd oxunda natural ədədə uyğun nöqtəni göstərir, natural ədədlər üzərində hesab əməllərini yerinə yetirir, natural ədədləri tələb olunan mərtəbəyə qədər yuvarlaqlaşdırır, iki sonlu çoxluğun birləşməsini və kəsişməsini tapır;

 onluq kəsrlər üzərində hesab əməllərini yerinə yetirir, onluq kəsrləri tələb olunan mərtəbəyə qədər yuvarlaqlaşdırır, məxrəcləri eyni olan kəsrləri toplayır və çıxır, ədədin hissəsini və faizini tapır;

 dəyişənlərin və natural ədədlərin köməyi ilə sadə cəbri ifadələr və tənliklər qurur, dəyişənlərin və natural ədədlərin köməyi ilə şifahi söylənilən təklifi bərabərsizlik şəklində yazır, natural ədədlər çoxluğunda tənlikləri həll edir, sadə bərabərsizliklərin natural həllərini seçmə üsulu ilə tapır;

 uzunluğu məlum olan parçanı, dərəcə ölçüsü verilən bucağı, iki tərəfi və onlar arasında qalan bucağa görə üçbucağı, tərəflərinə görə düzbucaqlını qurur, üçbucağın və dördbucaqlının perimetrini, düzbucaqlının və kvadratın sahəsini, paralelopipedin və kubun səthinin sahəsini və həcmini hesablayır;

 simmetrik müstəvi fiqurları və sadə konqruyent fiqurları tanıyır;
 uzunluğun, sahənin, həcmin və bucağın ölçü vahidlərindən və ölçmə alətlərindən istifadə edir;

 tələb olunan məlumatları müxtəlif mənbələrdən toplayır, sistemləşdirir, cədvəl və ya diaqramlar şəklində təqdim edir, məlumatlara əsasən onların modasını, medianını və ədədi ortasını tapır;

 yəqin hadisə, mümkün olmayan hadisə və təsadüfi hadisəni, eyni imkanlı və müxtəlif imkanlı hadisələri fərqləndirir, eyni imkanlı sadə hadisələrin ehtimalını hesablayır.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Ədədlər və əməllər
Şagird:

1.1. Ədədləri, onların müxtəlif formada verilməsini bilir və aralarındakı münasibətləri müəyyənləşdirir.

1.1.1. Natural ədədləri oxuyur və yazır.
1.1.2. Mövqeli və mövqesiz say sistemləri ilə tanışdır, natural ədədləri müqayisə edir və düzür.
1.1.3. Ədəd oxunda natural ədədə uyğun nöqtəni göstərir.
1.1.4. İki sonlu çoxluğun birləşməsini və kəsişməsini tapır.
1.2.Riyazi əməlləri, riyazi prosedurları tətbiq edir və onlar arasındakı əlaqəni müəyyənləşdirir.
1.2.1. Natural ədədlər üzərində hesab əməllərini yerinə yetirir.
1.2.2. Natural ədədləri, onluq kəsrləri mərtəbə vahidlərinə vurur və bölür.
1.2.3 . Ədədi ifadənin qiymətini tapır (mötərizə daxilində ifadələr də daxil olmaqla).

1.2.4. Məxrəcləri eyni olan kəsrləri və qarışıq ədədləri toplayır, çıxır, onluq kəsrlər üzərində hesab əməllərini yerinə yetirir.

1.2.5. Ədədin hissəsini və faizini tapır.
1.3. Hesablamalar aparır, aldığı nəticələrin reallığa uyğunluğunu yoxlayır.
1.3.1. Natural ədədləri və onluq kəsrləri tələb olunan mərtəbəyə qədər yuvarlaqlaşdırır.
2. Cəbr və funksiyalar
Şagird:
2.1. Müxtəlif situasiyalardakı problemləri cəbri şəkildə ifadə edir və araşdırır.
2.1.1. Dəyişənlərin və natural ədədlərin köməyi ilə sadə cəbri ifadələr və tənliklər qurur.

2.1.2. Dəyişənlərin və natural ədədlərin köməyi ilə şifahi söylənilən təklifi bərabərsizlik şəklində yazır.

2.1.3. Natural ədədlərin və əşyaların verilmış sırasındakı sadə qanunauyğunluğu müəyyən edir.
2.2. Cəbri prosedurları yerinə yetirir.
2.2.1. Dəyişənin verilmiş qiymətləri üçün ifadənin qiymətlərini tapır.
2.2.2. Natural ədədlər çoxluğunda tənlikləri həll edir.
2.2.3. Sadə bərabərsizliklərin natural həllərini tapır.

2.3. Gündəlik həyatda rastlaşdığı kəmiyyətlər arasındakı asılılıqları funksiyalar vasitəsi ilə ifadə edir.

2.3.1. Düzbucaqlının, üçbucağın perimetrini, düzbucaqlı paralelepıpedin yan səthinin sahəsini tərəflərlə ifadə edir.

3.Həndəsə
Şagird:

3.1. Həndəsi təsvir, təsəvvür və məntiqi mühakimələrin köməyi ilə fiqurların əlamət və xassələrini araşdırır.

3.1.1. Nöqtə, düz xətt, şüa, parça, müstəvi, bucaq, üçbucaq, dördbucaqlı, çevrə və dairə anlayışları haqqında biliklərini nümayiş etdirir.

3.1.2. Uzunluğu məlum olan parçanı, dərəcə ölçüsü verilən bucağı, iki tərəfi və onlar arasında qalan bucağa görə üçbucağı, tərəflərinə görə düzbucaqlını qurur.

3.1.3. Üçbucağın və dördbucaqlının perimetrini, düzbucaqlının və kvadratın sahəsini hesablayır.
3.1.4. Paralelopipedin və kubun səthinin sahəsini və həcmini hesablayır.
3.1.5. Üçbucaqların tərəflərinə və bucaqlarına görə təsnifatını aparır.
3.2. Problem həlli situasiyalarına həndəsi çevirmələri və simmetriyanı tətbiq edir.
3.2.1. Sadə simmetrik müstəvi fiqurları tanıyır.
3.2.2. Sadə konqruyent (formaca eyni, ölçüləri bərabər) fiqurları tanıyır.
3.2.3. Ədəd oxunda nöqtələrin koordinatlarını qurur və koordinatına görə ədədi tapır.
4. Ölçmə
Şagird:
4.1. Ölçü vahidlərinin mənasını başa düşür, müvafiq ölçü alətlərindən istifadə edir.

4.1.1. Uzunluğun, sahənin, həcmin və bucağın ölçü vahidlərini bilir və ölçmə alətlərindən istifadə edir.

4.2. Ölçmə və hesablama vasitələrindən istifadə edərək hesablamalar aparır.
4.2.1. Xətkeşin və transportirin köməyi ilə ölçmələr aparır.
5.Statistika və ehtimal
Şagird:
5.1. Statistik məlumatları toplayır, sistemləşdirir, təhlil və nəticəni təqdim edir.
5.1.1. Tələb olunan məlumatları müxtəlif mənbələrdən toplayır və qeyd edir.

5.1.2. Toplanmış məlumatları müəyyən xüsusiyyətlərinə görə sistemləşdirir, cədvəl və ya diaqramlar şəklində təqdim edir.

5.1.3. Məlumatlara əsasən, onların modasını, medianını və ədədi ortasını tapır.
5.1.4. Cədvəl və ya diaqramlar əsasında müəyyən nəticələr çıxarır.
5.2. Ehtimal nəzəriyyəsinin əsas anlayışlarını başa düşür və tətbiq edir.
5.2.1. Sadə eksperimentin mümkün nəticələri çoxluğunu qeyd edir.
5.2.2. Yəqin hadisə, mümkün olmayan hadisə və təsadüfi hadisəni fərqləndirir.

5.2.3. Eyni imkanlı və müxtəlif imkanlı hadisələri fərqləndirir, eyni imkanlı sadə hadisələrin ehtimalını hesablayır.

VI sinif
VI sinfin sonunda şagird:
 tam ədədləri oxuyur, yazır, müqayisə edir, düzür və iki sonlu çoxluğun fərqini tapır;

 əməllərin yerinə yetirilməsi qaydasını gözləməklə ədədi ifadənin qiymətini tapır, adi və onluq kəsrlər üzərində hesab əməllərini yerinə yetirir, nisbət, tənasüb, düz mütənasib, tərs mütənasib kəmiyyətlərə və faizi aid sadə məsələləri həll edir;

 dəyişənlərin və tam ədədlərin köməyi ilə şifahi söylənilən təklifi tənlik və ya bərabərsizlik şəklində yazır;

 rasional ədədlər çoxluğunda tənlikləri həll edir, seçmə üsulu ilə sadə xətti bərabərsizliklərin tam ədədlər çoxluğunda həllini müəyyən edir;

 müstəvi üzərində düz xətlərin, düz xətlə çevrənin, çevrələrin qarşılıqlı vəziyyəti haqqında biliklərini nümayiş etdirir;

 qonşu bucaqların və qarşılıqlı bucaqların xassələrinə aid məsələləri həll edir;

 çevrə və dairənin elementlərini bilir, onların xassələrini tətbiq edir, düz xəttlə çevrənin qarşılıqlı vəziyyətini müəyyən edir;

 verilmiş düz xəttə nəzərən verilmiş nöqtə ilə simmetrik nöqtəni qurur, oxa nəzərən simmetrik olan fiqurun həmin fiqurla konqruyent olduğunu göstərir;

 ölçmələr aparmaqla bəzi fiqurların sahələrini və həcmlərini hesablayır;

 məlumatların dəyişməsini xarakterizə edən cədvəl və ya diaqram qurur, ədədi məlumatların modasını, medianını və ədədi ortasını tapır, məlumatların təhlili əsasında proqnozlar verir və azehtimallı, çoxehtimallı hadisələri fərqləndirir, nisbətən mürəkkəb hadisələrdə əlverişli hallar sayını tapır.

Riyaziyyat muellimi

Salam ! Mən Emilya müəllimə! Riyaziyyat üzrə online dərslər keçirilir. Aşağıdakı siniflərə keçirilir – ibtidai siniflər – 5-8 ci siniflər – 9-cu siniflərin buraxılış imtahanı üçün hazırlıqlar keçirilir. Qaydalar –

5-8 sinifləri üçün təkmilləşdirmə hazırlığı( yalnız onlayn) 8-ci siniflər üçün buraxılış hazırlığı (yalnız onlayn) Dərslər həftədə 2 dəfə 90 dəq olmaqla onlayn şəkildə təşkil olunur. İlk dərs sınaq dərsidir və

Təcrübəli müəllim (alim).Riyaziyyat,Kimya ,Fizika fənnləri üzrə 9/10/11 ci sinif şagirflərini RUS bölməsi üzrə ali məktəbə hazırlıgı. Ünvan.Xətai ray.Əhmədli qəs.Bakı kinoteatrın yanı

Müalicəvi gimnastika və rəqs üzrə müəllim işi axtarıram. Fəaliyyət sahəsi: Təhsil və elm İxtisas: Müəllim İş qrafiki: Tam İş təcrübəsi: 5 ildən artıq Təhsil: Ali

Eziz valideyinler övladınızın tedris bünövresini düzgün qurmaq isteyirsiniz? O zaman men pedaqoq Lamiyyə müəllimə İbtidai sinif, 5-6-cı sinif riyaziyyat və məntiq fənlərini şagirdlere eyani ve online dersleri tedris

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında riyaziyyat üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə 1.5

Əziz valideynlər.Əgər övladınızın Riyazi biliklərini yoxlamaq istəyirsinizsə və hər həftə sınağa aparmağa imkanınız yoxdursa bu fürsəti qaçırmayın) Necə? Ayda sadəcə 12 azn ödəməklə telegram kanalımıza qowulursunuz

Heftede 3 defe RIYAZIYYAT HAZIRLIGI ÖDENIS: 40 azn Unvan: RAZIN BAKIXANOV qes

Riyaziyyat Güvən nəşriyyatı 9cu sinif. 2020ci ilin kitabı.

İngilis dili az sektor,Fizika,Riyaziyyat az və rus sektoru üzrə hazırlıq keçirəm 1.9-cu sinif şagirdləri fərdi,qurup və ya online şəkildə Masazır baxçalı evlər

Namizədə tələblər: Ali təhsil; Peşəkar; Tələbələrlə işləməyi bacaran; Ünsiyyət qurma və təqdim etmə bacarığı olmalı; Əsas vəzifə öhdəlikləri: Vəzifəsindən irəli gələn işləri yerinə yetirmək; Əmək haqqı razılaşma

Курс по Математике 1-11 классы Профессиальное предподование по учебникам и сборникам тестов 2 раза в недели по -2 часа В месяце 2 раза пробники по общей программе Riyaziyyat fənnindən hazırlıq 1-11 ci

Профессиональное предподование предмет Математики используя учебник и тестовые сборники Час предподования -1.5час Каждая неделя испытательные экзамены Riyaziyyat kurslarının dərslik və test topluları vasitəsi ilə

1-4 sinif şagirdlerine ibtidai sinif fennlerinden ve elece de mektebe qeder ve azyazşli uşaqlara nitqin inkişafi, zehnin açilmasi, dersliklere maraq yaratmaq üçün hazirliq keçirem. Hazirliq en yeni metodlarla, asan ve

Speaking dərsləri xarici və yerli müəllimlər tərəfindən online qaydada, istənilən yaş üçün təyin olunub və tələbənin istəyinə uyğun qrafiklə fərdi ya da qrup şəklində təşkil olunur. A1-dən -Elementary, C2-Advance

Həftənin 5 günü 08 00 dan 19:00 a dək . Məsuliyyətli təcrübəli olsun

Dərslər təcrübəli müəllim tərəfindən həftədə 3 dəfə qrupla və ya fərdi hər dərs 90 dəq olmaqla keçirilir. Həm online həm əyani mümkündür. Ünvan: elmlər akademiyasının yaxınlığı, BDU-nun yanında

Riyaziyyat fənnindən evdə hazırlayıram, qrupda 3 şagird olur. Həftədə 3dəfə, 1 saat Ödəniş: 40 azn Ünvan; Bakıxanov (qəs) Razin

Riyaziyyat ve Mentiqden misal ve meselelerin qisa yolla helli.Ay sonu imtahanlarin kecirilmesi.

Qrup üzrə max 5 nəfər olur, hər uşağa fərdi şəkildə yanaşılır, hər həftə sonu ümumi keçirilənlərin təkrarı edilir və valideynə məlumat verilir, həftədə 3 dəfə 2 saat keçirilir. Ev Qarayevdə yerləşir, əlavə məlumat üçün

Riyaziyyat və Fizika hazırlığı (müəllim xanımdır). Həftədə 3 dəfə keçirildikdə – hər dərs 1.5 saat, Həftədə 2 dəfə keçirildikdə hər dərs 2 saat keçirilir. – Bir ailədən iki uşaq hazırlığa yazılarsa, ikinci uşaq üçün

HƏFTƏDƏ 2 DƏFƏ BİR SAAT YARIM HAZIRLIĞI SIFIRDAN KEÇİRƏM. ÖDƏNİŞ: 40 azn ÜNVAN: RAZİN BAKIXANOV qəs. İCRA HAKİMİYYƏTİNİN YAXINLIĞI

Xırdalanda, AAAF parkda məktəbəqədər və ibtidai sinif hazırlığı keçirəm. Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, inglis dili hazırlığı. Maraqlanmaq istəyən valideynlər zəng edə və ya vatsapa yaza bilərsiz

Eziz və hörmetli valideynler 25 illik ibtidai sinif müellimi ve ibtidai sinif şagirdlerine repetitorluq tecrübem sayesinde derslerinden geri qalmiş, ev tapşiriqlarinin hellinde çetinlik çeken ve biliyinin möhkenmesini

1-4 sinif şagirdlerine ibtidai sinif fennlerinden ve Elece de mektebe qeder ve azyazşli uşaqlara nitqin inkişafi, zehnin açilmasi, dersliklere maraq yaratmaq üçün hazirliq keçirem. Hazirliq en yeni metodlarla, asan ve

Mən Əmirova Sürəyya ixtisasca ibtidai sinif müəllimesiyəm.Mental arifmetika üzrə təhsil alıb, tekmillesib sertifikatla təltif olunmuşam. İbtidai sinif şagirdlərinin mövzulari menimsəmələrində çetinliklerini aşkarlayıb,

Eziz ve hörmetli valideynler 25 illik ibtidai sinif müellimi ve ibtidai sinif şagirdlerine repetitorluq tecrübem sayesinde derslerinden geri qalmiş, ev tapşiriqlarinin hellinde çetinlik çeken ve biliyinin möhkenmesini

En yeni metodlarla ve asan üsullarla mektebe qeder ve ibtidai sinif şagirdlerinə hazirliq keçirem. Her bir uşağa ferqli yanaşma terzi sayesinde uşaqlara her bir fenni effektiv şekilde tedris edirem. Bu sahede 25 il

Digər elanlar

riyaziyyat muellimi elanlari

riyaziyyat muellimi elanlari 2023 , Bakida riyaziyyat muellimi qiymeti , islenmis ikinci el riyaziyyat muellimi satilir. riyaziyyat muellimi ucuz qiymete tap az vaxtin getsin. riyaziyyat muellimi satisi sərfəli qiymətə riyaziyyat muellimi almaq. islenmis riyaziyyat muellimi aliram, riyaziyyat muellimi satılır. Ucuz qiymetleri oyren. Tezbazar.az saytinda pulsuz riyaziyyat muellimi elani yerlesdir. Azerbaycanda ucuz qiymete riyaziyyat muellimi satilir . riyaziyyat muellimi alqi satqisi 2023. Sizə lazım olan yeni əşyalar, işlənmiş əşyalar Tezbazar.az saytında tapa bilərsiz.

Tezbazar.az Pulsuz Elanlar saytıdır. Elanlar sayti kimi Bakıda və Azərbaycanda elanlar yerləşdirib asanlıqla məhsul və xidmətlərinizi sata və ala bilərsiniz. Ucuz telefonlar, ucuz komputerlər, elektronika məhsulları , mebel sifarişləri, xidmətlər və digər elanları ucuz qiymete asanlıqla tapmaq mümkündür. Daşınmaz əmlak elanları, ev elanlari, kiraye evler, ucuz torpaq axtarmaq istəyənlər saytdan faydalana bilərlər. Avtomobil masin alqı satisi, Arenda masinlar, Rent a car icare masinlar. Siz saytda öz məhsul və xidmətlərinizi pulsuz elan kimi yerləşdirə bilərsiniz.
Saytın rəhbərliyi elanların məzmununa görə məsuliyyət daşımır.
© 2016 TEZBAZAR.AZ | info [@] tezbazar.az | Bizimlə əlaqə

Comments are closed, but trackbacks and pingbacks are open.