Press "Enter" to skip to content

Məktəbəqədər təhsilin dəyərləndirilməsinə müasir yanaşmalar

Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq edilmiş, 2017-2018-ci illərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verilmişdir. Cari ildə 24 rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcəkdir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır.

İBTİDAİ SİNİFLƏRDƏ ŞAGİrdləRİn rabiTƏLİ NİTQİNİN İNKİŞaf etdiRİLMƏSİ

İBTİDAİ SİNİFLƏRDƏ ŞAGİRDLƏRİN RABİTƏLİ NİTQİNİN İNKİŞAF ETDİRİLMƏSİ

Açar sözlər: nitq inkişafı, rabitəli nitq, kurikulum, ifadə, inşa, esse, dil təlimi, dinləmə mətni, dinləmə bacarığı, nitq fəaliyyəti.
1. İbtidai siniflərdə rabitəli nitq.

Müasir dövrdə məktəbin qarşısında duran ümumpedoqoji problem şagirdlərin nitqini inkişaf etdirməkdir. Bu vəzifə dil və təfəkkürün vəhdəti haqqında təlimdən irəli gəlir.

Dil cəmiyyətin üzvləri arasında ünsiyyət və fikir mübadiləsi silahı, insanlara təsir vəsitəsidir. İctimai hadisə olan dil öz funksiyasını yalnız nitqdə yerinə yetirir. Nitqin əsasında isə dili bilmək durur. Məlumdur ki, uşaq məktəbə gələnə qədər müəyyən nitq vərdişlərinə yiyələnmiş olur. Lakin onun nitqinin inkişafı üzərində məktəbdə məqsədəuyǧun iş aparılmalıdır. İbtidai 1 siniflərdə şəgirdlərə sözdən istifadə etməyi öyrətmək, onlara həyətdə zəruri olan nitq vərdişləri vermək lazımdır.

Hal-hazırda, əvvəlki illərdə olduǧu kimi, ibtidai siniflər üçün proqram (kurikulum) və dərsliklərdə şəgirdlərin şifahi və yazılı nitqinin inkişafına ciddi diqqət yetirilir. Ana dili üzrə hər bir dərsdə nitq inkişafı üzrə iş mühüm yer tutur, mahiyyət etibarilə, hər bir məşǧələ nitq inkişafı dərsidir. İbtidai sinif müəllimi elə etməlidir ki, şagirdlər qrammatik nəzəriyyəni, orfoqrafik vərdişləri mənimsəməklə yanaşı, nitq praktikası prosesində sözləri düzgün tələffüz etmək, onları düzgün seçmək və cümlədə işlətmək, cümlə qurmaq, oxuduqları, eşitdikləri və gördükləri haqqında danışmaq, özünün və başqalarının fikrini ifadə etmək bacarıǧına yiyələnsinlər.

Vahid nitq prosesinin bir-birilə əlaqədar olan iki növü olən şifahi və yazılı nitq, nitq inkişafının əkiz övladlarıdır. Məktəbdə şifahi və yazılı nitqin məqsədəuyǧun inkişafı təmin olunmalıdır. Lakin məktəb təcrübəsində müəllimlərin əksəriyyəti nitq inkişafı dedikdə, əsasən, şagirdlərin yazılı nitqi üzərində iş aparmaǧı nəzərdə tuturlar. Bəzi müəllimlər belə hesab edirlər ki, əsas məsələ yazılı nitq üzərində iş aparmaqdır: əgər şagird ifadə və inşanı müstəqil yaza bilirsə, onun şifahi nitqi öz-özünə inkişaf edəcəkdir. Əlbəttə, bunu məqbul hesab etmək olmaz. Yalnız nitqin hər iki növünə yiyələnmiş şəxsin yüksək nitq inkişafından danışmaq olar.

Şagirdlərin şifahi nitqi üzərində aparılan müşahidələr göstərir ki, onların nitqi çox nöqsanlı olur. Belə ki:

  • Ayrı-ayrı söz və səslər yanlış tələffüz olunur;
  • Nitqin əsas tələbləri gözlənilmir;
  • Qrammatik qaydalar, məntiq və üslub tələblərinə riayət olunmur;
  • Nitqdə tüfeyli sözlər işlədilir;
  • Yerli şivə xüsusiyyətlərinə yol verilir və s.

1) məzmunlu və inamlı;

3) qısa, düzgün, emosional və ifadəli danışmaq.

İbtidai siniflərdə nitq inkişafı üzrə aparılan işlərin nəticəsi şagirdlərin öz fikirlərini rabitəli şəkildə necə ifadə etmələri ilə müəyyənləşdirilir. Rabitəli nitq dedikdə, şagirdin öz bilik və yaş səviyyəsinə görə xarici aləmi düzgün dərk etməsi və dərk etdiyini qrammatik, üslubi cəhətdən düzgün ifadə etməsi nəzərdə tutulur.

Şagirdlər gördükləri və eşitdikləri, eləcə də həyat təcrübələri haqqında danışarkən yaxud yazarkən, sözləri yerli-yerində dəqiq işlətməyi və cümlələri qrammatik cəhətdən düzgün qurmaǧı bacarmalıdırlar. Bu nöqteyi-nəzərdən lüǧət və cümlə üzərində aparılacaq iş rəbitəli nitqin inkişaf etdirilməsi üçün həm hazırlıq mərhələsi, həm də onun mühüm şərtlərindən biridir. Şagird fikrini ardıcıl, məntiqi ifadə edərkən, bu və digər sözü yerində işlətməzsə yaxud cümlələri düzgün qurmazsa, onun nitqi rəbitəli ola bilməz.

Rabitəli 2 nitq üzərində işə şagirdin məktəbə gəldiyi ilk gündən başlanmalıdır. Əlifba təlimi dövründə ayrı-ayrı söz, cümlə və mətnlərin məzmunu ilə əlaqədar olaraq onlar şəkillər əsasında cümlələr qurur, danışır, mətnin məzmununa əlavələr edirlər. Suallara cavab üzrə iş şagirdləri müstəqil yazılara, rəbitəli nitqin əsas növləri olan ifadə və inşa yazmaǧa hazırlayır.

İfadə və inşalar şagirdlərin müstəqilliyini və fəallıǧını artıran mürəkkəb çalışma və iş formalarıdır. Onlar bir sıra ümumi cəhətlərə malikdir: cümlələri, fikirləri ümumi məzmun və ümumi ideya ətrafında birləşdirib rabitəli mətn qurmaǧı tələb etməklə, təfəkkürün və nitqin inkişafında mühüm rol oynayır.

Orta məktəbdə şagirdləri ifadə, inşa (esse) yazmaq vərdişlərinə yiyələndirmək Azərbaycan dili və ədəbiyyat tədrisinin ən mühüm vəzifələrindən hesab olunur. Çünki ifadənin məzmununu danışmaq və ya yazmaq, habelə müəyyən mövzu üzrə inşa qurub danışmaq və yazmaq savadlı və mədəni insanın həyatı vəzifəsi sayılır.

Esse qurub danışmaq və ya yazmaǧa verilən tələblər əslində inşalara verilən tələblərə uyǧundur. Lakin esselər xarakterinə görə inşadan bir qədər fərqlidir. Bəzi linqvistlərə görə, esselər inşanın xüsusi bir növüdür. Bununla belə, yeni metodik və didaktik düşüncədə inşa və esse ayrı-ayrı kateqoriyalar kimi qiymətləndirilir.

“Esse” latın sözüdür, oradan fransız dilinə, fransız dilindən də bir sıra başqa dillərə keçib. İlkin mənsı “götür-qoy edərək mühakimə yürütmək” deməkdir. Söz bu mənanı indi də saxlamaqdadır. Müasir anlamda esse müəllifin konkret mövzu ilə baǧlı faktları, təəssüratları, fərdi düşüncələri ölçüb biçərək mühakimə yürütdüyü kiçik həcmli, sərbəst kompozisiyalı yetkin əsərdir.

İbtidai siniflərdə on ildən artıq bir müddətdə tətbiq olunan yeni məzmun – Kurikulum təlimi şagirdlərin rabitəli nitqinin inkişafı işində ifadə və inşalarla yanaşı, esse təliminə geniş yer verilir. Azərbaycan dili dərslərində müntəzəm və planauyǧun şəkildə esse yazılər tətbiq olunur. Azərbaycan dilindən fənn kurikulumunda, dərslik və metodik vəsaitlərdə esse yazılara xüsusi diqqət yeirilir.

Ümumtəhsil məktəblərinin IV sinfi üçün “Azərbaycan dili” dərsliyinə aid “Müəllim üçün metodik vəsait” də inşa və esse mövzusu haqqında belə məlumat verilir: İnşa və ya esse bir-birinə yaxın yəzı fəaliyyətləridir. Bununlə belə, inşa ilə müqayisədə esse mövzusu daha konkret olur və burada çox zaman motivasiya xarakterli situasiya ilə verilir. Məsələn:

İnşa mövzusu: “Dostluq”, Esse mövzusu: “Dostum mənə əzizdir, ancaq həqiqət ondan da əzizdir”.

Situasiya: Təsəvvür et ki, dostun tanımadıǧın adamla mübahisə edir və səni köməyə çaǧırır. Söhbətə qulaq asdıqda sənə məlum olur ki, dostun haqsızdır. Bu vəziyyətdə nə edərsən?

Şagirdin özünümüdafiə bacarıǧını yoxlamaq üçün esse daha münasib iş növüdür.

Esselər II-IV siniflərdə həm oxu materiallarının, həm də dil qaydaları ilə əlaqəli mövzuların tədrisi prosesində qruplarla tədqiqatın aparılması, yaradıcı işlərin tətbiqi, refleksiya mərhələlərində 3-5 dəqiqə ərzində esse yazırlar. Esselər şagirdlərin yaradıcılıq qabiliyyətinin, təfəkkürünün, nitqinin, o cümlədən rabitəli nitqinin inkişafına güclü təsir göstərir. İbtidai siniflərdə şagirdlərə aşaǧıdakı mövzularda esse yazdırmaq məqsədəuyǧun olar:

“Mən xoşbəxtliyi nədə görürəm”, “Danışıq qaydaları”, “Vaxtın qədrini bilək”, “Ramazan (Qurban) bayramı” (II sinif), “Mən nə üçün oxuyuram?”, “Yaxşılıq etmək nə deməkdir?”, “Möcüzə nədir”, “Mədəni danışmaq gözəllikdir” (III sinif), “Qənaətçillik nə deməkdir?”, “Mənim dostum”, “Milli qəhrəman kimdir?”, “Novruz bayramı necə keçirilir?”, “Təbiəti qoruyaq”, “Sevdiyim peşə”, “Tək əldən səs çıxmz” (IV sinif) və digər mövzular (“Bilik bayramı”, “Vətən müqəddəsdir”, “Bayraq mənliyimdir”, “Kitab bilik mənbəyidir”, “Müəllimə hörmət”, “İş insanın cövhəridir” və s.)

İbtidai siniflərdə oxu, ifadə, inşa (esse), əməli yazılar təlimi prosesində rabitəli nitqin inkişafına əlverişli imkan yaranır. Rəy inşalar, esse təlimi, hekayə qurmaq, nəzmi nəsrə çevirmək vərdişlərinin formalaşdırılması sahəsində aparılan işlər şagirdlərin rabitəli nitqinin inkişafına təminat verir.
2. IV sinifdə rabitəli nitq üzrə aparılacaq işlərə dair.

IV sinif şagirdlərinin rabitəli nitq vərdişlərini inkişaf etdirmək üçün Azərbaycan dili proqramında 40 saat vaxt nəzərdə tutulmuş, lakin bu sahədə müəllimin görəcəyi işlərə dair orada heç bir konkret məsləhət verilməmişdir. Bunu nəzərə alaraq, həmin sinifdə aparılacaq ifadə və inşalar haqqında müəyyən fikir söyləməyi lazım bilirik.

Rabitəli nitq inkişafı dedikdə, birinci növbədə, şagirdin öz fikrini səlis, aydın, ardıcıl, yığcam və təsirli şəkildə ifadə etməsi nəzərdə tutulur. Şagird gərək əvvəlcə ifadə edəcəyi fikri yaxşı mənimsəsin, sonra isə onu dil cəhətdən doğru ifadə edə bilsin. Demək, rabitəli nitq hər bir məzmunun özünə müvafiq forma ilə ifadə edilməsindən ibarətdir.

Rabitəli nitqə verilən başlıca tələləblər aşağıdakılardan ibarətdir:

1. Nitq məzmunca dolğun olmalıdır. Şagird dildən öz fikrini başqalarına çatdırmaq, eləcə də başqalarının fikrini başa düşmək üçün istifadə edir. Fikir olmayan yerdə, onu ifadə etməyə ehtiyac da olmaz; yəni dil də olmaz. Bunu nəzərə alaraq, hər şeydən əvvəl, şagirdin haqqında danışacağı materialı yaxşı mənimsəməsinə çalışmaq lazımdır.

2. Şagirdin danışdığı material müəyyən məntiqi ardıcıllıqla ifadə edilməlidir. Fikrin ardıcıllığı pozulduqda nitqdəki rabitə də pozulur və dinləyən şəxs danışanı çətinliklə başa düşür.

3. Dolğun məzmun və ardıcıl hadisələr qrammatik, üslubi cəhətdən düzgün qurulmuş, leksik cəhətdən zəngin olan cümlələrlə ifadə olunmalı, hər bir sonrakı cümlə əvvəlki ilə müəyyən məntiqi və sintaktik əlaqəyə girməli, onun mənasını açmalı, tamamlamalıdır.

4. Rabitəli nitqin dolğun və səlis olması, şagirdin əsas və ikinci dərəcəli hadisələri bir-birindən ayıra bilməməsi, mühüm əhəmiyyəti olan məsələləri ön plana çəkə bilməsi ilə bağlıdır. Çünki bəzən şagird hadisənin ümumi inkişaf xəttində əsas yer tutan məsələni unudur, az əhəmiyyəti olan məsələlər üzərində dayanır ki, bu da mənasız uzunçuluğa, fikrin zəif və natamam ifadə olunmasına gətirib çıxarır.

5. Rabitəli nitqə verilən tələbələrdən biri də odur ki, şagird hazır kitab cümlələrini əzbərləməsin, fikrini müstəqil, sərbəst şəkildə ifadə edə bilsin. Onun yazısında, danışığında öz üslubi, öz nəfəsi, öz ruhu hiss olunsun. M.İ.Kalinin hazır kitab cümlələri ilə danışan şəxslər haqqında demişdir: “Sizin düşüncəniz işləmir, yalnız diliniz işləyir” 3 . “Hələlik siz öz dilinizlə deyil, özgə dili, hazır cümlələrlə danışmağa çalışırsınız. Sizin çıxışlarınızla öz fikriniz, canlı fikir büruzə verilmir. Sizin nitqiniz insanı qızdırmayan ay işığına bənzəyir. Öz cümlələrinizi özünüz qurmalısınız 4 ”.

Deməli, rabitəli nitq şagirdin müstəqilliyini, yaradıcılıq meylini və inkişaf etdirməlidir.

IV sinif şagirdləri, əsasən, inşanın aşağıdakı növlərindən istifadə etməlidirlər: təsvir xarakterli inşalar; mühakimə xarakterli inşalar; hekayə (təhkiyə) xarakterli inşalar; məqalə xarakterli inşalar və s. İfadə yazıların isə cəmi iki növündən, geniş və yığcam, istifadə olunur.

Şagirdlər haqqında danışdıqları və ya yazdıqları obyekti iki cəhətdən düzgün dərk etməlidirlər: onlar mövzunu (nədən bəhs olunur?) və qarşıya qoyulmuş məqsədi (necə bəhs olunur, nəyi aşkar etmək lazımdır?) başa düşməli, bu iki anlayışı (mövzu və əsas fikir) qarşılıqlı əlaqədə verməyi bacarmalıdırlar. Bu məsələ ona görə vacibdir ki, şagirdlər çox vaxt ya mövzudan kənara çıxır, lazım olmayan şeylərdən söhbət açırlar, ya da mövzunu, onun irəli sürdüyü mətləbi əhatə etmir, həddindən artıq qısa yazır və ya danışırlar.

Bu tipdən olan nöqsanları aradan qaldırmaq üçün yeni dərslikdə bir sıra zəruri tapşırıqlar verilmişdir. Məsələn, verilmiş sərlövhələrdən mətnin məzmununa daha çox uyğun gələni seçin; verilmiş mətnə müvafiq ad verin (sərlövhə tapın); mətndən onun məzmununu daha dolğun əks etdirən cümlələri tapın və s.

Müəllim şagirdlərin yazdıqları ilk inşalardan 1-2-sinin kollektiv müzakirəsini təşkil edərək məzmunun necə əhatə olunduğunu, artıq cümlələrin lazımsız yerə işlədildiyini, eləcə də, əksinə, bəzi cümlələri işlətməyin zəruriliyini əyani şəkildə şagirdlərə çatdıra bilər və çatdırmalıdır.

İnşanın və ifadənin mövzusu, məzmunun mövzuya uyğun gəlib-gəlməməsi, mövzunun əhatə olunub-olunmaması üzərindəki bu cür iş bütün il boyu, sistematik şəkildə davam etdirilməli, nöqsanlar müntəzəm olaraq islah edilməlidir.

IV sinif şagirdləri iki cür təsvirlə qarşılaşırlar. Bunlardan biri “rəsmi” təsvirdir. Bu, təsvir edilən əşyanın, hadisənin ən mühüm zahiri əlamətlərini aşkara çıxarmaq və yazıda (eləcə də şifahi nitqdə) əks etdirməkdir. Təsvirin digər növü bədii təsvirdir. Burada şagird bütün zəruri əlamətləri yox, onlardan daha çox xoşuna gələni, daha vacib hesab etdiyini təsvir edir. Məsələn, uşaqlara deyək ki, pişiyi həm “rəsmi” (elmi), həm də bədii cəhətdən təsvir etməyi tapşırmaq olar. Şagirdlər birinci halda öz yazılarında onun (pişiyin) xarici görkəmini, başqa pişiklərdən fərqini (eləcə də oxşarlığını) əks etdirirlər. İkinci halda isə təsvir edilən pişiyin hansı cəhəti ilə daha çox maraqlandıqlarını, bu pişiyin hansı əlamətinin onların daha çox xoşuna gəldiyini (məsələn, çevikliyini, qocalığını, siçanlara aman verməməsini və s. əlamətlərdən birini) əsaslandırmağı, ətraflı şəkildə “nümayiş” etdirməyi əsas məqsəd kimi qarşıya qoya bilərlər. Təsvir elə verilməlidir ki, onun əsasında cisim və hadisəni təsəvvür etmək, şəklini çəkmək mümkün olsun. Belə inşalar şagirdlərin diqqətini, müşahidəçilik qabiliyyətlərini inkişaf etdirir, onlarda elmi və bədii üslubun formalaşmasına müsbət təsir göstərir.

Metodik 5 ədəbiyyatda şagirdlərin müşahidəçilik qabiliyyətinin (və bununla əlaqədar nitqini) inkişaf etdirmək üçün maraqlı tapşırıqlar verilmişdir. Məsələn, Y.İ.Tixeyeva “İbtidai məktəbdə şagirdlərin nitqini inkişaf etdirmək yolları” (M., 1965) adlı əsərində belə tapşırıqlar təklif edir:

1) Səhər məktəbə gələrkən yolunun üstündə olan binalardan birinə nəzər sal: bu binanın əsas əlamətlərini yadda saxla. Sonrakı günlərdə də müşahidəni davam etdir. Yeni əlamətlər tapmağa çalış.

2) Sinifdə mən sənə həmin binanı təsəvvüründə canlandırmağı tapşıracağam. Binanı yazılı şəkildə təsvir edəcəksən. Evə qayıdarkən yazdığınla binanın əlamətlərini yolüstü bir də tutuşdur. Səhvlərini düzəlt.

Bunlar “rəsmi”, elmi təsvirə aid nümunələrdir. Bədii təsvirdə əvvəl şagirdin diqqətini daha çox cəlb edən əlamət göstərilir, sonrakı cümlələr isə məhz bu əlamətə, onun açılmasına, əsaslandırılmasına xidmət göstərir. Məsələn, “Mənim pişiyim çox çevikdir. ”, cümləsi ilə başlanan inşada bütün sonrakı cümlələr həmin çevikliyin nədən ibarət olmasına həsr edilir, şagird öz pişiyinin, doğrudan da çevik olduğunu əsaslandırmağa səy göstərir.

IV sinifdə şagirdlərə divar qəzeti üçün məlumat xarakterli inşalar (məqalə) yazmaq da öyrədilir. Bu məqsəd üçün əvvəlcə “Azərbaycan pioneri” qəzetindən, “Pioner” jurnalından müəyyən məqalələri oxumaq, müzakirə etmək (struktura cəhətdən), onun əsas əlamətlərinin şagirdlərə çatdırmaq yaxşı olar. Uşaqlar başa düşürlər ki, belə yazıların əsas cəhəti bir hadisə, bir şey haqqında sadəcə məlumatın verilməsindən ibarətdir. Nəticədə şagirdlərin hər biri sinifdə, məktəbdə, küçədə, ailədə və s. müşahidə etdikləri maraqlı bir hadisə haqqında məqalə yazır, məlumat verirlər.

IV sinif şagirdləri üçün ən zəruri və çətin inşa növlərindən biri mühakimə xarakterli inşalardan ibarətdir. Belə inşalar üç hissədən ibarət olur: 1) irəli sürülən əsas fikir (tezis), 2) bu fikrin, yəni tezisin əsaslandırılması (sübut) və 3) nəticə.

Nəticə öz mahiyyətinə görə, tezisin başqa formada ifadəsidir, yəni sübuta yetirilmiş tezisdir.

İnşa-mühakimələrdə şagirdlər ən çox aşağıdakı nöqsanlara yol verirlər: tezisi düzgün ifadə edə bilməmək; tezisi sübut etmək üçün lazımi faktların düzgün seçilməməsi; nəticənin tezisə və onun sübutuna uyğun gəlməməsi; tezis, sübut və nəticə arasında əlaqənin pozulması və s. Mühakimə xarakterli inşada şagird əsasən, bu və ya digər əlamət, şey və s. necədir? və niyə belədir? suallarına cavab verməlidir. Məsələn, o, “Mən riyaziyyatı sevirəm” 6 hökmünü verirsə, həmin hökmü əsaslandırmalı, riyaziyyatın həyatdakı mövqeyini, əhəmiyyətini və s. səviyyəsində meydana çıxarmağı bacarmalıdır. Yalnız belə olduqda biz deyə bilərik ki, bəli, şagird öz fikrini (tezisini) sübut etdi, bizi inandırdı!

Şəxsi müşahidə (baş vermiş hadisənin əks etdirilməsi mənasında) əsasında aparılan inşalar, bir növ, hekayə janrına uyğun gəlir. Belə ki, şagird özünün şahid olduğu, gördüyü (bəzən də eşitdiyi) bir hadisəni təhkiyə yolu ilə ifadə edir. İnşanın bu növü üç əsas hissədən ibarət olur:

a) hadisənin baş verməsi,

b) hadisənin inkişaf edərək ən gərgin vəziyyətə çatması,

c) hadisənin nə ilə nəticələnməsi.

Göründüyü kimi, bu ardıcıllıq ədəbiyyatşünaslıqda işlədilən anlayışlara uyğun gəlir. Şagirdlərə “Yolda”, “Tarlada” kimi mövzular üzrə inşa-hekayə yazdırmaq olar.

IV sinif üçün yeni “Azərbaycan dili” dərsliyinin ən yaxşı cəhətlərindən biri odur ki, burada inşa və ifadələrin mətnləri, planı, aparılma qaydaları və s. xüsusi tapşırıq mətnləri şəklində əhatə edilmişdir. Ona görə də dərslik müəllimləri metodik cəhətdən düzgün istiqamətləndirir və bizi bu məqalədə hərtərəfli söhbət açmaqdan xilas edir. Yalnız onu qeyd edim ki, proqramda nəzərdə tutulmuş 40 saatın, təxminən, üçdə bir hissəsi (14 saatı) ifadəyə, üçdə iki hissəsi isə (26 saatı) inşa yazılara həsr olunmalıdır. İfadələr dərslikdə olan (bəzən də əlavə) mətnlər üzrə aparılmalı, bu yazıların geniş və yığcam növlərindən istifadə edilməlidir.

İnşaların yuxarıda göstərdiyimiz növlərinin hər birinə aid il ərzində 2-3 yazı aparmaq məsləhətdir. Daha dəqiq desək, şəkil üzrə inşa, təsvir xarakterli inşa, mühakimə xarakterli inşa, inşa-hekayə, inşa-mühakimə, əvvəli verilmiş mətni davam etdirmək və s. növlərin hər birinə aid il ərzində azı iki dəfə yazı aparmaq lazımdır.

Müəllimlərə məsləhət görürük ki, şagirdlərin rabitəli nitq vərdişlərini inkişaf etdirməkdən ötrü əlavə məlumat almaq üçün aşağıdakı kitabdan istifadə etsinlər: Ə.Əfəndizadə, B.Əhmədov və başqaları, Azərbaycan dilinin tədrisi, II hissə, “Maarif”, 1966, səh. 120-168.

3. İbtidai siniflərdə şagirdlərin ifadəli nitqinin inkişafi.

İnsan ömrü boyu nitqini təkmilləşdirir, dilin zənginliklərini mənimsəyir. Erkən uşaqlıq dövründə uşaqda ünsiyyətə təlabat baş qaldırır ki, onu sadə nitq elementləri vasitəsilə aradan qaldırır. Uşağın yaşı atdıqca öz fikirlərini ifadə etməsi tələbatı artır, inkişaf edərək daha çətin söz vahidlərindən istifadə edir. Başqa sözlə desək, uşaqlar doğma dili nitq vasitəsilə mənimsəyirlər. Elə buna görə də şagirdlərin nitqinin inkişafı ilə müntəzəm və məqsədəuyğun şəkildə məşğul olmaq vacibdir.

Nitq inkişafında müəllim və şagirdlərin uzun və gərgin əməyi tələb olunur. Müvəqqəti uğursuzluqlar heç kəsi qorxutmamalıdır. Nitq inkişafı üzrə sistematik iş mütləq öz bəhrəsini verəcək. Nitq bacarıqları və vərdişləri, necə deyərlər, həndəsi silsilə ilə inkişaf edir: kiçik nailiyyət böyük nailiyyətlə əvəzlənir, nitq mükəmməlləşir və zənginləşir.

Hansı nitqi yaxşı nitq hesab etmək olar? Müəllim və şagird bunun üçün nəyə cəhd göstərməlidir? Yalnız yaxşı bildiyini danışmaq və yazmaq lazımdır, bu həm də başqaları üçün maraqlı, faydalı olar. Bəzən məktəbdə şagirdlərə hazır olmadıqları, bilmədikləri bir şeyi danışmağı təklif edirlər. Təəccüblü deyil ki, onların nitqi kasıb, yeknəsəq (dağınıq) olur. Həmin uşaqlar müşahidələri əsasında topladıqları lazımi materialı pis danışırlar.

Belə bir fikir də mövcuddur: dilin zənginliklərinə hərtərəfli yiyələnən, ondan səmərəli istifadə edən insan, cəmiyyət və təbiətin mürəkkəb əlaqələrini müvəffəqiyyətlə anlayır. Şagird üçün yaxşı nitq uğurlu təhsilin və inkişafın göstəricisidir. Hamıya məlumdur ki, nitqi pis inkişaf etmiş uşaqlar təlimdə geri qalır, tapşırıqların öhdəsindən vaxtında gələ bilmirlər.

Nitq ifadəli olduqda dinləyiciyə lazımi dərəcədə təsir göstərir. Nitqin ifadəliliyi – öz fikrini aydın, inandırıcı, rabitəli ifadə etmək bacarığıdır; faktların seçimi, ifadələrin düzülüşü, söz seçimi, hekayənin ümumi əhval-ruhiyyəsi ilə, intonasiya ilə insanların hisslərinə təsir etməkdir. Oxuduğu mətnə və öz nitqinə ifadəlilik baxımından qiymət vermək bacarıqları şagirdlərdə elə ibtidai siniflərdən aşılanmalıdır.

Şifahi xalq yaradıcılığı nümunələrindən məqsədəuyğun şəkildə istifadə üzərində işin təşkili şagirdlərin oxusunun ifadəliliyinə öz müsbət təsirini göstərir, nitqini daha ifadəli edir.

Çünki atalar sözləri, məsəllər, sınamalar, diləklər və s. məzmunla mətnlərin nəqli, sual, əmr intonasiyaları məntiqi vurğu çalarları ilə məlahətli səslənir və şagirdlərdə xoş ovqat və yaxud da təəssürat yaradır. Misal üçün, “Lal axan çaydan içməzlər” məsəli həm də inancdır; şagirdlərə əgər buna uyğun misal kimi, “Suyun lal axanı, adamın yerə baxanı” məsəli tapdırılsa və deyilərsə, habelə “Sirkə nə qədər tünd olarsa, öz qabını sındırar” məsəlinin izahı zamanı “Hirsli başda ağıl olmaz” məsəlindən istifadə olunur, “Nə tökərsən aşına, o da çıxar qaşığına” məsəlinin izahı üçün “Yaxşılıq da qazanılır, pislik də”, “Hər kəs öz əməlinin nəticəsini görür”, “Yaxşılıq edən yaxşılıq görər, pislik edən-pislik”, “Başqasına quyu qazan özü düşər” və s. nümunələrdən istifadə olunması oxu prosesində qazanılan və nitqə daxil edilən emosional-obrazlı ifadələr, müdrik kəlamlardır. Bunların hər birinin üzərində oxu zamanı cürbəcür məqsədli və formalı işlər görmək mümkündür.

Beləliklə, I-IV siniflərdə şagirdlərin nitqinin ifadəliliyi ilə bağlı Azərbaycan dili dərslərinin verdiyi optimal imkanlar inkişafetdirici olmalıdır. Təhlil-tərkib üslubunda aparılan müşahidələr, müqayisələr və s. nümunəvi nitq parçalarının dinlənilməsi, şagird nitqinin ifadəliliyinə müntəzəm diqqət yetirilməsi ilə tamamlanmalıdır. Şagird nitqinin ifadəliliyinə nail olmaq üçün geniş oxu metodikası, ədəbi tələffüz metodikası, ifadə və inşa metodikası var. Məqsəd bu sistemdə qurulan iş növlərindən daha səmərəli istifadə etməkdən və beləliklə, ibtidai sinif şagirdlərini ana dili proqramının tələbləri səviyyəsində ifadəli nitq vərdişlərinə yiyələndirməkdən ibarətdir.
4. İfadə və onun nitqin inkişafında rolu.

“Vahid tələblər”də oxuyuruq: “Şagirdlərin dəftərlərində aparılan bütün yazılarda aşağıdakı tələblər gözlənilməlidir: 1) Yazılar aydın oxunmalı və səliqəli xətlə yerinə yetirilməlidir 7 ”. Bu fikir təkcə yoxlama yazılara yox, bütün öyrədici yazılara da aiddir. Yoxlama yazıların səliqəli xətlə yazılması şagirdlərin yazı vərdişlərinə necə yiyələnmələrindən asılıdır. Bu vərdişlər isə I sinifdən başlayaraq ildənilə təkmilləşir. Şagirdlərdə düzgün yazmaq vərdişlərinin formalaşdırılmasında isə sinif və ev tapşırıqlarının icrası mühüm rol oynayır. Ona görə də yoxlama yazıların aydın və səliqəli xətlə yerinə yetirilməsinə nail olmaq üçün, ilk növbədə, sinif və ev tapşırıqlarının səliqəli yazılmasına çalışmaq lazımdır.

“Vahid tələblər”də oxuyuruq: “2) Dəftərlərin üz səhifəsindəki yazılarda vahidlik gözlənilməlidir; orada a) məktəbin yerləşdiyi yer; b) məktəbin adı (əgər varsa) və nömrəsi; c) sinif; ç) şagirdin adı və familiyası göstərilməlidir. Məsələn: Cəlilabad şəhəri, Nizami adına 1 nömrəli məktəbin VI sinif şagirdi Mahir Mövsümovun nitq inkişafı üzrə yazı dəftəri” 8 .

Əvvələn, burada “Cəlilabad şəhəri” ad birləşməsindən sonra “,” (vergül) işarəsi olmamalıdır. Çünki bu birləşmə ilə “Nizami adına 1 nömrəli məktəb” adları həmcins deyil, bu birləşmələr bütövlüklə məktəbin rəsmi adıdır. İkincisi, bəzi məktəblərdə sinfin adını (sırasını) bildirən rəqəmlərin burada göstərildiyi kimi, rum rəqəmi (VI) ilə deyil, ərəb rəqəmləri ilə (məsələn, “6-cı”) yazırlar ki, bu da məqsədəuyğun deyildir.

Respublikanın böyük şəhərlərində, xüsusən Bakıda elə məktəblər vardır ki, orada 10-15 paralel sinif mövcuddur. Buna görə də paralel sinfləri fərqləndirmək üçün sinfin adını bildirən rəqəmin üstündə əlifba sırası ilə hərflərdən və hətta son illərdə rəqəmlərdən də istifadə olunur. Bizə elə gəlir ki, 5-6 paralel sinifləri olan məktəblərdə rəqəmlərdən istifadə oluna bilər. Lakin müşahidələr göstərir ki, paralel sinifləri hərflərlə fərqləndirən məktəblərdə həmin hərflər müxtəlif şəkildə yazılır: VI a, VI “a”, VI A, VI “A”, VI A ,VI“ A ”,VI“ a ” və s. Bizə elə gəlir ki, rəqəmin üstündə hərfləri böyük, kiçik, dırnaqda və ya dırnaqsız yazılması məzmuna heç bir təsir göstərmir. Ancaq bu, sinfin adını bildirdiyi üçün böyük hərflə yazılsa, daha məqsədəuyğun olar. Hərflərin rəqəmin üstündə, yaxud rəqəmin yanında dırnaqda və ya dırnaqsız yazılmasına gəldikdə isə, onların rəqəmlərin üstündə və dırnaqda yazılmasını daha düzgün hesab edirik. Çünki burada hərflər sıra adını bildirməyə xidmət edir və məcazi məna daşıyır. Məcazi məna daşıyan bütün idarə və təşkilat adları isə həmişə böyük hərflə və dırnaqda yazılır: “Qərənfil” uşaq bağçası, “Arzu” şadlıq evi, “Bakı” mehmanxanası və s

“Vahid tələblər”də oxuyuruq: “3. Şagirdlər səhifələrin haşiyələrindən kənara çıxmamaq qaydasına riayət etməlidirlər; 4. İşin yerinə yetirilməsi tarixi səhifənin kənarında (sətrin sonunda ərəb rəqəmləri ilə (1.04.91; 12.11.91) qeyd olunur. Azərbaycan dili və ədəbiyyata aid dəftərlərdə günün tarixi V-IX siniflərdə sözlərlə də yazdırıla bilər (məsələn: On dörd sentyabr)”.

“Vahid tələblər”də göstərilir: 5.“Azərbaycan dili və ədəbiyyat üzrə yazı işləri aparılarkən günün tarixindən sonra yazı işinin növü və sonrakı sətirdə mövzu qeyd olunur. Məsələn,

Müşahidələrə əsasən demək olar ki, ümumtəhsil məktəblərində müxtəlifliyə yol verilir. Əvvələn, burada yazı növü və mövzunun adından, hətta ayın tarixindən sonra heç bir durğu işarəsindən istifadə edilməmişdir. Müəllimlərin bir qismi göstərişdən kənara çıxmır, əksəriyyəti isə başlıqlardan sonra nöqtə qoyulmasını tələb edirlər.

Ali məktəblərə qəbul imtahanları zamanı inşa yazılardan sonuncu dəfə istifadə olunduğu ildə televiziya ilə “Azərbaycan dili” verilişini aparan hörmətli alimlərimizdən biri bununla əlaqədar verilmiş suallara cavabında qeyd etdi ki, rus dilində bunlardan sonra nöqtədən istifadə edilir. Azərbaycan dilində isə onlardan sonra nöqtə qoymaq da olar, qoymamaq da.

X-XI sinif “Azərbaycan dili” dərsliklərində isə yazılı çalışmalara az, şifahi çalışmalara çox yer verildiyi üçün savadlı və təcrübəli müəllimlər tez-tez V-IX siniflərdə tədris olunan materialları müəyyən ardıcıllıqla şagirdlərə təkrar etdirir, dilçiliyin hər hansı şöbəsi (fonetika, leksika, morfologiya, sintaksis) təkrar olunanda müvafiq linqvistik təhlildən də geniş istifadə edirlər. Beləliklə, həm X, həm də XI siniflərdə dərs ili ərzində V-IX siniflərdə tədris olunan dilçiliyin bütün şöbələri təkrar olunur, leksik və qrammatik təhlillər aparılır. Bu iş təkcə dərs prosesində deyil, hətta ev tapşırıqlarının verilməsində də həyata keçirilir.

Yazıların icrası zamanı növündən asılı olaraq “Öyrədici imla”, “Yoxlama imla”, “Öyrədici ifadə”, “Yoxlama inşa” və s. birləşmələrindən də istifadə edilir. Bu da səhvdir. Sadəcə olaraq, “İmla”, “İfadə” və “İnşa” sözlərindən istifadə etmək lazımdır. Çünki yoxlama yazılar yoxlama, öyrədici yazılar isə öyrədici yazı dəftərlərində aparılır. Müəllimlər bəzən “Əlavə tapşırıqlı yoxlama imla” ifadəsindən də istifadə edirlər. Əlavə tapşırıqlı olsa da, elə “İmla” yazılsa, daha düzgün olar. Sinif jurnallarında isə yazının yoxlama və ya öyrədici, əlavə tapşırıqlı olması aşağıdakı kimi göstərilməlidir: Yoxlama imla: “Kəndimiz”; Öyrədici ifadə: “Meşədə”; Öyrədici inşa: “Bizim ailə”; Yoxlama inşa: “S.Rəhimovun “Mehman” əsərində Mehman surəti” və s.

Bütün yazı işlərində sətirbaşı (abzas) qaydaya əməl olunmalıdır. Səhifələrin birinci xətti boş buraxılmamalıdir. Ayın tarixi ilə yazı növünün adı və bununla da mövzunun adı, mövzunun adı ilə mətn arasında boş xətt saxlanılmamalıdır. Yazı ilə ona verilən qiymət və qiymətlə növbəti yazının tarixi arasında iki sətirlik yer boş qalmalıdır. Şagirdlər yazıda yol verdikləri səhvləri düzəldə bilərlər. Səhv yazılmış hərfin və durğu işarələrinin üstündən soldan başlayan çəpəki, artıq söz, şəkilçi və ya cümlənin üstündən üfüqi nazik xətt çəkilməli və düzgün olanı sətrin üstündən yazılmalıdır. Səhv yazılmış söz və ya cümlələrin mötərizəyə alınmasına yol verilmir.

Dərs zamanı 5-10 dəqiqəyə həyata keçirilən bu öyrədici yazılar şagirdlərin qazandıqları biliklərin möhkəmləndirilməsində, rabitəli nitqlərinin inkişafında, orfoqrafik və durğu işarələrinin işlənməsinə aid vərdişlərinin sabitləşməsində mühüm rol oynayır. İcrasına müəyyən saat ayrılan öyrədici imlalar isə bu cür kiçik həcmli imlalarla adi yoxlama imlalar arasında keçid mərhələ təşkil edir.

Yazdırılmasına proqramda xüsusi saat ayrılmayan yığcam imlalar, adətən, dərs prosesində şagirdlərin özünə oxutdurulur və yol verilən nöqsanlar sinifdə düzəldilir. Şagirdləri həvəsləndirmək məqsədilə hətta 1-2 şagirdin yazısına qiymət də vermək olar. Yaxşı olar ki, belə imlaların icrası zamanı müəllim zəif oxuyan şagirdlərin yazılarına daha çox diqqət yetirsin. Sinifdə icra olunan və evə tapşırılan çalışmaların nömrəsi jurnalda öz əksini tapdığı kimi, bu imlaların mövzusu da mövzular yazılan qrafada “Sərbəst imla”, “Yaradıcı imla”, “Xəbərdarlıqlı imla” və s. şəkildə qeyd olunmalıdır

Ümumtəhsil məktəblərinin V-IX siniflərində yığcam öyrədici imla və inşalardan geniş istifadə olunduğu halda, yığcam ifadələrin icrasına əhəmiyyət verilmir. Lakin ifadələrin şagirdlərin inkişafında oynadığı müsbət rol nəzərə alınsa, yığcam ifadələrdən də istifadənin zəruriliyi diqqəti cəlb edər.

Buna görə də müəllimlər yeri gəldikcə bu öyrədici yazı növündən də bəhrələnməlidirlər. Bu öyrədici yazının müxtəlif formaları vardır: 1) Müəllim sinifdə ifadəyə hazırlıq işini həyata keçirdikdən sonra icrasını evə də tapşıra bilər; 2) Şəxsləri dəyişdirilən ifadə yazı. Bu cür ifadələrin icrası zamanı şəxslər dəyişdirilir. Əgər mətn birinci şəxsin dilindən söylənirsə, şagirdlərə tapşırılır ki, ifadəni yazarkən mətni üçüncü şəxsin dilindən yazsınlar; 3) Surətin dili ilə yazılan ifadə. Bu, bundan əvvəlki ifadənin əksidir. Yəni mətn müəllifin dilindən yazılıbsa, şagirdlər onu dəyişdirib surətin dilindən yaza bilərlər və s.

Şagirdlərə verilmiş yeni biliklərin möhkəmləndirilməsi məqsədilə ev tapşırıqlarının icra edilməsi böyük əhəmiyyət kəsb edir. Təəssüf ki, bəzi müəllimlər onun mahiyyətini yaxşı dərk etmir və ev tapşırıqlarının verilməsinə laqeyd yanaşırlar. Müəllimlərin əksəriyyəti isə bu təlim üsulundan geniş istifadə edirlər. Əgər şagird öyrəndiyi hər hansı qrammatik qaydaya aid tapşırıqları müstəqil icra edə bilmirsə, öyrəndiklərini çalışmaların icrası zamanı tətbiq etmirsə, həmin qrammatik qaydalar tez unudular. Buna görə də müəllim hər dərsdə ev tapşırıqlarının verilməsinə və onun icrası ilə əlaqədar olan izahına xüsusi diqqət və məsuliyyətlə yanaşmalıdır. Müəllim elə etməlidir ki, ev tapşırıqlarının verilməsi və icrasını sinifdə ənənəyə və vərdişə çevirməyə, dərslikdə olan bütün çalışmaların sinifdə və evdə icrasına nail olsun.

Təcrübə göstərir ki, aparılmasına xüsusi saat ayrılmayan 5-10 dəqiqəlik kiçik həcmli ifadələrdən təlim prosesində istifadə olunmasa da, yığcam inşaların icrasına daha çox üstünlük verilir. Bu cür inşaların mövzuları isə ən çox gündəlik həyatla əlaqələndirilir. Bütün tarixi günlər, bayramlar, yubileylər, gündəlik həyatda və respublikada baş verən mühüm hadisələr bu inşaların mövzusuna çevrilir. Təsviri və təsviri-mühakimə xarakterli inşaların yazdırılması şagirdləri mühakimə xarakterli inşalar yazmağa hazırlayır. Mövzular çox rəngarəng ola bilər: “İlk dərs”, “Mənim bir günüm”, “Yay tətilini necə keçirdim”, “Qızıl payız”, “İlk qar”, “Yeni il”, “Novruz bayramı”, “Qurban bayramı”, “Doğma kəndimiz”, “Yaşadığım küçə”, “20 Yanvar”, “Xocalı faciəsi”, “Bahar fəsli”, “Mən dərslərə necə hazırlaşıram?”, “Valideynlərimə necə kömək edirəm?”, “Üzüm bağlarında “, “Bizim məktəb”, “Məktəb kitabxanasında” və s.

  1. Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün (I-IV siniflər) Ana dili kurikulumu. Bakı, 2007.
  2. İbtidai siniflər üçün “Azərbaycan dili” dərslikləri və “Müəllim üçün metodik vəsait”. Bakı, 2016.
  3. Kərimov Y.Ş. İbtidai siniflərdə yazılı inşalar. Bakı, 1998.
  4. Qurbanov V.T. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2018.
  5. Aydın Paşayev. Azərbaycan dili və ədəbiyyatı tədrisinin bəzi problemləri (Metodik vəsait) Bakı, Hədəf Nəşrləri, 2012. – 180 səh

1 Azərbaycan Respublikası ümumtəhsil məktəbləri üçün (I-IV siniflər) Ana dili kurikulumu. Bakı, 2007.

2 İbtidai siniflər üçün “Azərbaycan dili” dərslikləri və “Müəllim üçün metodik vəsait”. Bakı, 2016.

Məktəbəqədər təhsilin dəyərləndirilməsinə müasir yanaşmalar

Bu gün məktəbəqədər təhsilin inkişafı ilə bağlı müxtəlif istiqamətli dövlət proqramlarının həyata keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyətinə, təhsil qanunvericiliyinin icrası, məktəbəqədər təhsildə dövlət standartlarına riayət olunması, məktəbəqədər təhsilin məzmunca yeniləşdirilməsinə nail olunması günümüzün əsas prioritetlərindəndir. Məktəbəqədər təhsil sisteminin fəliyyətini və onun inkişafını təmin edən normativ hüquqi bazanın yaradılmasıyla yanaşı müəyyən məsələlər üzrə təkliflərin hazırlanması, məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və qısamüddətli təlim qruplarında işin təşkilinin təmin olunması, təhsil üzrə milli məzmun standartlarının hazırlanması həmin prioritetlər sırasında olmalıdır.

Uşağın məktəb təliminə hazırlanması ilkin mərhələdə müvəffəqiyyətli təlimə zəmin yaradır. Təhsilin müvəffəqiyyətlə başa vurulması məhz bu başlanğıcdan çox asılıdır. Uşaqların məktəbə hazırlanmasının əsas vəzifəsi aşağıdakılardan ibarət olmalıdır:

Uşağın hərtərəfli – fiziki, əqli, mənəvi, əmək və sair inkişafına hazırlıq

Məktəbdə öyrənəcəyi fənlərin mənimsənilməsinə hazırlıq

Məktəbə hazırlıq kiçik qruplardan başlasa da, sonralar bu proses daha da mürəkkəbləşir və məktəbə hazırlıq qrupunda çox ciddi şəkil alır.

Rus psixoloqu L.S.Vıqotski 6 yaşı təlim üçün – “məktəb yetişkənliyi” yaşı adlandırmışdır.

Məktəbə gedəcək uşağın dərketmə səviyyəsini, təfəkkürünü, mənəvi inkişafını və digər amilləri müəyyənləşdirmək üçün tərtib edilən testlər müəyyən tələblərə cavab verməlidir. Həmin tələblər sırasında aşağıdakıları vurğulamaq yerinə düşər:

testin yerinə yetirilməsinə çox vaxt sərf olunmamalıdır;

cavab birmənalı olmalıdır;

verilən sual düzgün qoyulmalıdır;

cavab qısa olmalıdır;

təcrübədə istifadə üçün yararlı olmalıdır və s.

Onu da vurğulamaq yerinə düşər ki, məktəb yaşına çatmış uşaqları yoxlamaq məqsədilə tərtib edilmiş testlər həm psixoloji, həm də pedaqoji sınaq növlərindən biridir.

Uşaqları məktəbə hazırlamaq və müxtəlif müsbət keyfiyyətlərin inkişafı və formalaşması məqsədilə məzmun etibarilə testləri aşağıdakı kimi formalaşdırmaq daha məqsəduyğundur:

İdrakın inkişafı üzrə:

nitq inkişafı üzrə;

savad inkişafı üzrə;

ətraf aləmlə tanışlığın inkişafı üzrə;

sadə riyazi təsəvvürlərin inkişafı üzrə və s.

Uşaq şəxsiyyətinin müxtəlif keyfiyyətlərinin inkişafı üzrə:

xarakterin və s.

Uşaq şəxsiyyətinin tərbiyəlilik səviyyəsi üzrə testlər:

sosial və digər keyfiyyətləri müəyyənləşdirmək və formalaşdırmaq məqsədilə və s.

Məktəbəqədər təhsil müəssisələrində uşaqlarla keçirilən pedaqoji prosesdə yuxarıda sadaladığımız testlərin digər testlərlə əlaqələndirilməsi müsbət səmərə verir və nəticələrin düzgünlüyünü aşkar edir. Bu baxımdan bağçalarda təşkil edilən təlimlər də tərbiyəçinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü pedaqoji fəaliyyətdir. Həmin təlim proseslərində uşaqlar yaşlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməklə tərbiyə olunur və təhsil alırlar. Uşaqlar üçün hazırlanan testlər təlim, təhsil və uşaq tərbiyəsinin inkişafına uyğun olmalıdır. Müxtəlif fəaliyyət prosesində tərbiyəçi proqram bölmələrini, metodik vəsaitləri və s. mükəmməl öyrənməli, təlimin məqsəd və vəzifələrini yaxşı bilməlidir. Yalnız belə olduqda o, məktəbəqədər yaşlı uşaqlar üçün düzgün pedaqoji tələblərə uyğun testlər hazırlaya bilər.

Uşaqların öyrənmə səviyyəsini yoxlamaq didaktik prosesin bütün mərhələlərində tətbiq olunur. Bunun köməyi ilə bilik, bacarıq və vərdişlərə ilkin, cari, tematik və yekun nəzarət həyata keçirilir, uşaqların inkişafı, nailiyyətləri izlənilir və dəyərləndirilir.

Cari nəzarət uşaqların bilik və bacarıqlarının izlənilməsi, nöqsanların aşkar edilməsinə köməklik edir.Testlər 4-5-dən artıq olmamalı, o, uşaqların əldə etdikləri bilik, bacarıq və əxlaqi keyfiyyətlərin əsas əlamətlərini əhatə etməlidir.

Tematik nəzarət zamanı hazır tapşırıqlardan (testlərdən) istifadə olunması məsləhətdir.

Bütün bunlara yekun nəzarət ilin sonunda təkrar şəkildə həyata keçirilir. Məqsəd uşaq bağçası proqramı əsasında keçirilən materialların sistemləşdirilməsi və ümumiləşdirilməsidir.

Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilər testləri tərtib edərkən ənənəvi, müasir forma və metodları uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğunlaşdırmalıdırlar.

Uşaqlar testləri yerinə yetirərkən çətinlik çəkərsə, ona köməklik etmək olar, amma testləri onun əvəzinə icra etmək olmaz. Əgər testlərin nəticələri tam qənaətbəxş deyilsə təəssüflənmək və ya əsəbləşmək olmaz. Tərbiyəçi bunun səbəbini aşkar etməli, uşağa əlavə suallarla müraciət edib ona fərdi yanaşmalıdır. 6 yaşa qədər uşaqlar artıq ilin sonunda aşağıdakıları bacarmalıdırlar:

NİTQ İNKİŞAFI ÜZRƏ: hərf və səsləri fərqləndirmək; hecalar, hecalardan sözlər, sözlərdən cümlələr, cümlələrdən mətnlər qurmaq; dinləyib-anladığı fikrə münasibət bildirmək; şəkillər əsasında fikrini şərh etmək; sadə nitq etiketlərindən istifadə etmək; sadə oxu bacarıqlarını tətbiq etmək; əlamət, keyfiyyət, hiss bildirən sözlərdən istifadə etmək və sair.

ƏTRAF ALƏMLƏ TANIŞLIQ ÜZRƏ: canlı və cansız obyektləri düzgün qavramaq; ilin fəsillərində, havada və s. fərqli və oxşar cəhətləri, əlaqələri bilmək; müxtəlif materialları bir-birindən fərqləndirmək; ailə və vətən haqqında sadə biliyə malik olmaq və sair.

SADƏ RİYAZİ TƏSƏVVÜRÜN İNKİŞAFI ÜZRƏ: on dairəsində sayma, hesablama və ölçməni bacarmaq; hesablama işarələrini, əşyaların uzunluğunu, dairəni, üçbucağı, kvadratı və s. fərqləndirməyi bacarmaq; əşyaları əlamətlərinə, vaxtı saata görə müəyyən etmək və sair.

UŞAQ ŞƏXSİYYƏTİNİN TƏRBİYƏLİLİK SƏVİYYƏSİNƏ VƏ SOSİAL-EMOSİONAL İNKİŞAFINA GÖRƏ: sosial normalara uyğunlaşdırmaq; özünə nəzarəti nümayiş etdirmək; hərəkətləri üçün məsuliyyətli olmaq; çətinlikləri qəbul edib, problemlərin həllinə çalışmaq; özünün və başqalarının qayğısına qalmaq, rejimə riayət etmək və sair.

Təcrübə göstərir ki, uşağın məktəbə hazırlanması işində tərbiyəçilərlə yanaşı valideynlərin də rolu böyükdür. Özlüyündə bu da pedaqoji maarifin səviyyəsindən çox asılıdır.

Azərbaycan Dövlət Pedaqoyi Universiteti

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Məktəbəqər təhsil müəssisələrində nitq inkişafı

Müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. 1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider dövlətimizi vətəndaş müharibəsindən, parçalanmadan, yox olmaq təhlükəsindən xilas etmiş, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumuş, ictimai-siyasi böhranı aradan qaldırmış və davamlı inkişafın təməlini qoymuşdur. Tariximizin şanlı səhifəsini təşkil edən 15 İyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur və xalqımız tərəfindən böyük ehtiramla qeyd edilir.

Bu dahi şəxsiyyət ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisini təmin etmiş, gələcək inkişaf üçün güclü təməl yaratmışdır. Ümummilli liderin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.

Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilmiş, həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət başçısının müəllifi olduğu müasir idarəetmə modeli nəticəsində Azərbaycan yalnız regionda deyil, dünyada lider dövlətlərdən birinə çevrilmiş, beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırmış, “Doing Business-2019” hesabatına əsasən dünyanın ən islahatçı 10 ölkəsi sırasında yer almışdır.

Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir

Ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır. Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan, təhsil sektorunun yol xəritəsi olan təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsindən 5 ildən çox vaxt ötmüşdür. Ötən müddət ərzində strategiyanın icrası istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.

Son illərdə təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artmış, 2013-cü ilə nisbətən 60 faizdən çox artaraq, 1.4 milyard manatdan 2019-cu ildə 2.3 milyard manata çatdırılmışdır. 2003-cü ilə nisbətən isə təhsil xərcləri 9 dəfədən çox artmışdır.

Təhsil müəssisələrinin infrastrukturu müasirləşdirilir

Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində isə 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmişdir. İlk dəfə olaraq ucqar kəndlərdə modul tipli məktəb təcrübəsi tətbiq edilmiş, 2017-2018-ci illərdə 243 belə məktəb şagirdlərin istifadəsinə verilmişdir. Cari ildə 24 rayonda 3520 şagird yerlik daha 50 modul tipli məktəb istifadəyə veriləcəkdir. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır.

Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən bu günlərdə imzalanmış sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir parlaq nümunəsi olmuşdur. Belə ki, həmin sərəncamlara əsasən regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 5.7 milyon manat vəsait ayrılmışdır. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcəkdir.

Təhsil qanunvericiliyi əsaslı şəkildə yenilənib

2018-2019-cu tədris ilində əldə edilmiş ən mühüm nailiyyətlərlərdən biri təhsil qanunvericiliyinin əsaslı şəkildə yenilənməsi ilə bağlı olmuşdur. Təhsil Nazirliyinin Milli Məclislə birgə reallaşdırdığı bu təşəbbüslər təhsil islahatlarının daha çevik aparılmasına, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına əlverişli zəmin yaratmışdır. Belə ki, “Təhsil haqqında” Qanuna 62 dəyişikliyi özündə əks etdirən təkliflər paketi və “Peşə təhsili haqqında” Qanun qəbul edilmişdir. Dəyişikliklər təhsilin bütün pillələrini və səviyyələrini əhatə etmişdir.

Həmin qanunların və 2017-ci ildə qəbul edilmiş “Məktəbəqədər təhsil haqqında” Qanunun tətbiqi də nəzərə alınmaqla 25-dək normativ hüquqi sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunmuş, onların böyük əksəriyyəti təsdiq edilmişdir. Cari ildə isə “Ümumi təhsil haqqında” Qanun qəbul olunmuşdur.

Məktəbəhazırlığın əhatəliliyi genişlənir

Təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biri məktəbəqədər təhsillə əhatəlilik səviyyəsidir. Beynəlxalq qiymətləndirmə tədqiqatları da məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi ilə şagird nailiyyətləri arasında birbaşa əlaqənin olduğunu sübut edir. Məhz bu səbəbdən son illərdə məktəbəhazırlıq Təhsil Nazirliyi üçün prioritet istiqamət olmuş, qısa müddət ərzində ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2013-cü ildəki 24 faizdən 75%-ə çatdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilmişdir. Növbəti illərdə məktəbəhazırlığa cəlbedilmə göstəricisinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir. Təməl bacarıqların erkən yaş dövründən əldə edildiyi nəzərə alınaraq, digər yaş qrupları üzrə uşaqların təhsilə cəlbi istiqamətində də tədbirlər həyata keçirilmiş, UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə başlanmış, Bakı şəhərində və 10 rayonda 100 icmanı, 2 mindən çox uşağı əhatə etməklə həyata keçirilməkdədir.

Məktəbəqədər təhsilin əhatə səviyyəsinin yüksəldilməsi ilə bağlı özəl təhsil müəssisələrinin fəaliyyəti daim təşviq edilmiş, son 5 ildə onların sayı 3 dəfədən çox artaraq 41-dən 144-ə çatmışdır.

Müəllim nüfuzu yüksəlir

Məlumdur ki, təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsilalanların nailiyyətləri arasında sıx korrelyasiya mövcuddur. Bu səbəbdən son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılmışdır.

Müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilmişdir. İlk dəfə olaraq ölkə üzrə müəllimlərin yerdəyişməsi və müddətli əmək müqaviləsi əsasında işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilmişdir. Cari tədris ilinə ümumilikdə müddətsiz müqavilə əsasında 4053 nəfər, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilmişdir ki, bu da son illərdə vakant yerlərin 100 faiz tutulması baxımından ən yüksək göstərici olmuşdur. Bütün bu tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırmış, 2018-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artmış, müraciət edənlərin sayı 51 mini ötmüşdür. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşmış, 20 mindən çox gənc müəllim işə qəbul olunmuşdur.

2018-ci ildə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatmış, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılmış, orta aylıq əməkhaqqı 500 manat civarında olmaqla ölkə üzrə orta aylıq əməkhaqqına yaxınlaşmışdır. Həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllim nüfuzu və müəllimlik peşəsinə maraq əhəmiyyətli şəkildə artmış, onlar arasında sağlam rəqabət və motivasiya güclənmiş, müəllimlik rəqabətli bir peşəyə çevrilmiş, təhsilin keyfiyyət göstəriciləri əhəmiyyətli şəkildə yüksəlmişdir. 2018-ci ildə 500 baldan yuxarı toplamış abituriyentlər arasında müəllimlik ixtisasını 2090 nəfər seçmişdir ki, bu da strategiyanın icrasına başladığımız ilin eyni göstəricisindən 2,3 dəfə çoxdur. İnanırıq ki, bu amil müəllim hazırlığı sistemində əsaslı dönüşün yaradılmasına və yüksək peşəkarlığa malik müəllimlərin hazırlanmasına və məktəblərə cəlbinə imkan verəcəkdir.

Müəllimlərin peşəkarlıq səviyyəsi artırılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illərdə müəllimlərlə bağlı həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirərək müəllimlərin XV qurultayının iştirakçılarına təbrik məktubunda demişdir: “Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlmiş, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Qazanılan uğurlar dövlətin təhsil sahəsinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda, Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir”.

Müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində sistemli tədbirlər həyata keçirilmişdir. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün modul-kredit və rəqabətəsaslı təlimlər sistemi tətbiq edilmiş, 2015-2018-ci illərdə ümumilikdə 55 min nəfər müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilmişdir ki, onların 25 mini 2018-ci ilin payına düşür. Bununla yanaşı, elektron resurslardan istifadə və rəqəmsal bacarıqların inkişafı üzrə ümumilikdə 4000 nəfər müəllim təlimlərdən keçirilmişdir.

Şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşır

Keyfiyyətin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəriciləri daha da yüksəlmişdir. Belə ki, 2013-cü ilə nisbətən qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artmışdır.

İstedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayı, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurları ildən-ilə yaxşılaşmışdır. 2018-ci ildə respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak etmişdir ki, bu da 2013-cü ilə nisbətən 5 dəfə çoxdur. Beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri 1 qızıl, 8 gümüş, 20 bürünc medal, 7 həvəsləndirici sertifikat əldə etmiş, son illərdə isə 4 qızıl, 29 gümüş və 107 bürünc medal olmaqla ümumilikdə 140 medal qazanmışlar. 2019-cu ilin ilkin nəticələri də uğurlu olmuşdur. Bakı məktəblisi, 7-ci sinif şagirdi Fidan Qarayeva 8-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında bürünc medal əldə edərək həmin olimpiadanın tarixində ən gənc qalib olmuşdur. 36-cı Balkan Riyaziyyat Olimpiadasında məktəblilərimiz 4 gümüş və 1 bürünc medal əldə etmiş, bu nəticə həmin olimpiadanın tarixində Azərbaycan məktəblilərinin göstərdiyi ən yaxşı nəticə olmuşdur. Əminliklə demək olar ki, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbul hüququ əldə etməsi olimpiada hərəkatının daha da genişlənməsinə səbəb olacaqdır. Şübhəsiz, cari ildə informatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsi də ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olacaqdır.

Yeni qiymətləndirmə modelləri tətbiq olunur

2018-2019-cu tədris ili ümumi təhsildə 11 il bundan əvvəl başlanmış məzmun islahatlarının bir mərhələ kimi başa çatması və beynəlxalq təcrübəyə əsaslanan yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi ilə yadda qalmışdır. Məktəbdaxili qiymətləndirmə sistemi əhəmiyyətli şəkildə təkmilləşdirilmiş, müəllimlərin və valideynlərin rəyi nəzərə alınaraq şagirdlərin tədris yükü optimallaşdırılmışdır.

Ümumi təhsil müəssisələrinin IX siniflərində buraxılış imtahanları sahəsində başlanmış islahatlar XI siniflərdə davam etdirilmişdir. Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olduğuna görə, onların buraxılış imtahanlarının yeni modelinə keçidlə bağlı Təhsil Nazirliyinin yaxından iştirakı ilə DİM tərəfindən yeni qaydalar tətbiq edilmiş, buraxılış imtahanı yeni məzmun və formada 2 mərhələdə təşkil edilmiş, ilk dəfə olaraq ali məktəbə qəbul həmin buraxılış və qəbul imtahanlarında toplanan ballar nəzərə alınmaqla aparılacaqdır. Əminik ki, yeni imtahan modeli təhsil alanların bilik və kompetensiyalarının daha səmərəli qiymətləndirilməsinə imkan verməklə yanaşı, məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına əhəmiyyətli şəkildə təsir edəcək, cəmiyyətdə ümumtəhsil məktəbinə etibarlı inam formalaşdıracaqdir.

Təmayülləşmənin müsbət nəticələri

Ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək kompetensiyalara yiyələnmək imkanı yaratmaq məqsədi ilə tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi genişləndirilmiş, 2140 sinifdə 47930 şagird təmayüllər üzrə təhsilə cəlb edilmişdir ki, bu da X-XI siniflərdə təhsil alan şagirdlərin təxminən 30 faizini təşkil etmişdir. Təmayül siniflər üçün tədris planları və proqramları hazırlanmış və tətbiq edilmişdir. İlkin təhlillər göstərir ki, təmayül siniflərini bitirən məzunlar ali məktəblərə qəbulda daha yüksək nəticələr nümayiş etdirir və akademik nailiyyətləri ilə fərqlənirlər. Hər bir şagirdə təmayül istiqamətinə uyğun peşəkar bacarıqların aşılanması məqsədilə “Ümumi təhsil haqqında” Qanunda təmayül siniflərində şagird sayı əvvəlki 20 nəfərdən 15 nəfərə endirilmişdir. Qarşıda ölkə üzrə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, əhatə dairəsinin daha da genişləndirilməsi, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi vəzifəsi dayanmışdır.

Dərslik hazırlığı sahəsində yeniliklər

Məzmun islahatları çərçivəsində dərslik hazırlığında yeni reqlament və prosedurlar tətbiq edilmişdir. Hazırlanmış dərsliklər Dərslikləri Qiymətləndirmə Şurası, Dövlət İmtahan Mərkəzi, AMEA-nın müvafiq institutları, ali təhsil müəssisələri tərəfindən qiymətləndirilir, eyni zamanda, bu məqsədlə yaradılmış portalda yerləşdirilərək ictimai müzakirəyə çıxarılır, təkliflər təhlil edilərək nəşriyyatlara və müəlliflərə yönəldilir. Qeyd olunan prosedurlar gözlənilməklə cari tədris ilinə I-XI siniflər üçün 338 adda 7,2 milyon nüsxədən artıq dərslik və müəllimlər üçün metodik vəsait çap edilib məktəblərə paylanmışdır. Bu, təhsil tarixində dərslik çapı sahəsində ən yüksək göstərici olmuşdur. Cari tədris ilində yeni fənn kurikulumlarının tətbiq edildiyi XI siniflər üçün yeni dərsliklər hazırlanmış, beləliklə I-XI siniflərdə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatmışdır.

Dərslik hazırlığı sahəsində daha bir yenilik ondan ibarətdir ki, Təhsil İnstitutu nəzdində Tədris Resursları Mərkəzi yaradılmış və yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanmışdır. İlkin mərhələdə I siniflər üçün Ana dili və riyaziyyat dərslikləri hazırlanmışdır və hazırda 100-dən çox məktəbdə sınaqdan keçirilməkdədir. Növbəti addım həmin dərsliklərin pilot tətbiqi və II siniflər üçün dərsliklərin hazırlanması olacaqdır.

Tədrisdə İKT-dən istifadə imkanları genişləndirilir

İnformasiya cəmiyyətinin yarandığı, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı indiki şəraitdə İKT-nin inkişafı ölkənin rəqabətqabiliyyətliliyinin, intellektual və elmi potensialının vacib göstəricilərindən birinə çevrilmişdir. Məhz bu tendensiyalar nəzərə alınaraq, Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq Sazişi çərçivəsində 2018-ci ildə ümumi təhsil müəssisələrinə 20880 ədəd noutbuk, 789 ədəd elektron lövhə, 789 ədəd proyektor verilmiş, İKT əsaslı infrastrukturun yaradılması işi davam etdirilmişdir. Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi baxımından ölkə üzrə internetə və Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuş məktəblərin sayı 2746-ya (62%) çatdırılmış, şəbəkəyə qoşulmuş təhsil müəssisələri bütün şagirdlərin 85%-ni, pedaqoji heyətin isə 73%-ni əhatə etmişdir.

Şagirdlərdə məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf etdirmək, tədqiqatçılıq bacarıqları formalaşdırmaq, innovasiyaları mənimsəmək və tətbiq etmək, onların yüksək texnoloji ixtisaslara marağını artırmaq məqsədi ilə Təhsil Nazirliyinin təşəbbüsü ilə ötən tədris ilindən Bakı və Gəncə şəhərlərinin 71 ümumtəhsil məktəbində 26 min şagird cəlb edilməklə “Rəqəmsal bacarıqlar” layihəsinə başlanmışdır. Uğurlu nəticələr nəzərə alınaraq növbəti tədris ilində layihə 100-dən çox məktəbi və 100 mindən çox şagirdi əhatə edəcəkdir. Layihə müxtəlif beynəlxalq sərgilərdə, o cümlədən Parisdə Təhsildə İnnovasiyalar üzrə Dünya Sammitində təqdim edilmiş və böyük maraqla qarşılanmışdır.

Xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil hüququ təmin olunur

Xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsili və inkişafı fəaliyyətimizin əsas prioritetlərindən birini təşkil edir. Həmin kateqoriyadan olan uşaqların təhsil hüququnun təmin edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” hazırlanmış və təsdiq edilmiş, 2018-ci ildən həyata keçirilməsinə başlanmışdır.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və inkişafı sahəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. Belə ki, fond tərəfindən sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüş, ölkənin bütün internat və xüsusi məktəbləri əsaslı təmir edilmiş və ya yenidən qurulmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş, əlilliyi olan şəxslər üçün əlverişli təhsil mühiti yaradılmışdır.

Cari tədris ilində sağlamlıq imkanları məhdud 10 minədək uşaq xüsusi təhsil müəssisələrində, inteqrasiya təlimli təhsil müəssisələrində və ümumi təhsil müəssisələrinin nəzdindəki xüsusi siniflərdə təhsil almaqdadır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili, inkişafı və cəmiyyətə inteqrasiyası bundan sonra da ölkəmizin təhsil siyasətində prioritet olaraq nəzərə alınacaqdır.

Peşə təhsilinin inkişafı

Peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsidir. Peşə təhsilinin inkişafı işsizliyin və yoxsuluğun aradan qaldırılmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə əhəmiyyətli təsir göstərir. Ölkənin iqtisadi inkişaf strategiyasında peşə təhsilinin prioritet rolu nəzərə alınaraq, 2016-cı ildə ölkə Prezidentinin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış, peşə təhsili və təliminin inkişafı üzrə strateji yol xəritəsi təsdiq edilmiş və icrasına başlanmışdır.

Peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 2018-ci ildə 21 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılmış, beləliklə, mərkəzlərin sayı 24-ə çatmışdır. Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinə və əməkhaqqının artırılmasına başlanmış, 60 peşə təhsili müəssisəsində çalışan 2 minədək müəllim və istehsalat təlimi ustasının bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılmışdır. Bu istiqamətdə tədbirlər cari ildə də davam etdirilməkdədir.

Məzmunun əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində beynəlxalq təcrübə nəzərə alınmaqla peşə təhsilinin yeni dövlət standartları təsdiq edilmiş, 81 ixtisas üzrə nəticəyönümlü, modul strukturlu təhsil proqramları (kurikulumlar), 51 modul tədris vəsaiti, 55 yeni dərslik hazırlanmışdır, 78 modul dərslik isə hazırlanmaqdadır. Peşə təhsili ixtisaslarının siyahısına 20-dən çox yeni ixtisas əlavə edilmiş və kadr hazırlığına başlanmışdır. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanmış Kredit Sazişinə əsasən Bakı şəhərində müasir peşə təhsili mərkəzinin tikintisi başa çatmaq üzrədir. Artıq Koreyadan ən müasir avadanlıqlar gətirilib quraşdırılmışdır. Sənaye və innovasiyalar üzrə ixtisaslaşmış həmin mərkəzdə 8 istiqamət üzrə kadr hazırlanacaq. Mərkəzdə fəaliyyət göstərəcək 26 ixtisaslı mütəxəssis seçilərək Koreyada 3 aylıq təlim keçməsi təmin edilmişdir.

İşəgötürənlərlə sıx əməkdaşlıq nəticəsində həyata keçirilən pilot layihələr çərçivəsində turizm-xidmət sektoru üzrə məzunların 62.3 faizi, informasiya texnologiyaları sektoru üzrə 73 faizi, xidmət sahəsi üzrə 68.4 faizi işlə təmin edilmişdir.

Strateji Yol Xəritəsinə uyğun olaraq peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, daha çox məzunun bu təhsil pilləsinə cəlb edilməsi, qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması, məzmunun yenilənməsi, mühəndis-pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, peşəkarlığının artırılması istiqamətində tədbirlər növbəti illərdə də davam etdiriləcəkdir.

Orta ixtisas təhsilinin inkişafına yeni yanaşmalar

Son illərdə orta ixtisas təhsilinin inkişafı ilə bağlı Təhsil Nazirliyi tərəfindən yeni yanaşmalar tətbiq edilmişdir. Nazirlər Kabinetinin qərarlarına əsasən, 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən 3 regional kollec yaradılmış, 6 kollec profillərinə uyğun ali təhsil müəssisələrinin nəzdinə verilmişdir. Bununla əlaqədar, həmin kollec və ali təhsil müəssisələrinin ixtisasları unifikasiya olunmuşdur.

Cari ildə “Təhsil haqqında” Qanuna dəyişikliklər əsasında orta ixtisas təhsilinin inkişafına təkan verəcək yeni qərarlar qəbul edilmiş, bakalavrlar orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul hüququ, subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul hüququ qazanmışlar. Bunlarla yanaşı, bakalavriat səviyyəsini başa vurmayan və ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər də təhsillərini orta ixtisas təhsili müəssisələrində davam etdirmək hüququ əldə etmişlər. Yeni qayda vətəndaşların əmək bazarına çevik uyğunlaşmasına, məşğulluğun və təhsilin əlçatanlığının təmin edilməsinə, eyni zamanda, kollec təhsilinin nüfuzunun artırılmasına öz töhfəsini verəcəkdir.

Növbəti illərdə orta ixtisas təhsili sahəsində kadr hazırlığı və idarəetmə sisteminin qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətində tədbirlər həyata keçiriləcəkdir.

Ali təhsilin əlçatanlığı artırılır

İqtisadiyyatın dayanıqlı inkişafında ali təhsilin müstəsna rolu vardır. Sürətli dəyişikliklərin baş verdiyi hazırkı vaxtda məhz ali təhsil iqtisadiyyatda davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Bununla əlaqədar, dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur.

Həmin qərarlardan biri ölkədə təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Ölkə prezidentinin sərəncamına əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılmış, təqaüd alan tələbələrin sayı 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, doktorantlara, ali, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılmış, bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə etmişdir. Eyni zamanda, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12300-dən 20500-ə çatdırılmış, ümumi qəbul planının 42 faizini təşkil etmişdir. Ötən il bu göstərici 27 faiz təşkil edirdi. Həmin tədbirlərin davamı kimi, I və II dərəcə əlilliyi olan, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə ölkə prezidentinin sərəncamı imzalanmışdır. Dövlət başçısının təhsilin davamlı inkişafına xidmət edən bu təşəbbüsləri ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Qəbul edilən mühüm qərarlardan biri də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsidir. Proqram ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Proqramda iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Birinci istiqamət ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsini, ikinci istiqamət isə xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsini nəzərdə tutur. Aidiyyəti dövlət qurumları ilə birlikdə proqramın icrası istiqamətində tədbirlərə başlanmışdır.

Ölkədə ali təhsilalma imkanları genişləndirilmiş, son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20.8 faiz artım olmuş, bu göstərici ötən il 41 mini ötmüşdür. Artım tendensiyası cari ildə təsdiq edilmiş qəbul planında da davam etdirilmiş, bakalavriat səviyyəsinə qəbul planı 48506 nəfərə yüksəlmiş, yəni 6.4% artmışdır.

Əmək bazarında dəyişikliklər və ölkəmizin iqtisadi inkişaf strategiyası nəzərə alınaraq cari ildə bakalavriat səviyyəsi üzrə ixtisasların yeni təsnifatı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş, ixtisasların sayı 175-dən 148-ə qədər azaldılmış, 70-ə yaxın ixtisas birləşdirilmiş və ya çıxarılmış, təsnifata 46 yeni ixtisas əlavə edilmişdir.

Ali təhsil müəssisələri yeni idarəetmə modelinə keçir

Ali təhsil müəssisələrində idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılmışdır. Ölkə prezidentinin sərəncamlarına əsasən, əvvəlki illərdə bəzi ali təhsil müəssisələrinə publik hüquqi şəxs statusunun verilməsi həmin universitetlərdə hesabatlılığın və yeni idarəetmə prinsiplərinin tətbiqinə, akademik və maliyyə muxtariyyətinə əlverişli imkan yaratmışdır. Cari ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yeni Nümunəvi Nizamnaməyə əsasən, bütün dövlət ali təhsil müəssisələri publik hüquqi şəxs statusu əldə etməklə qeyd edilən imkanlardan faydalana biləcəklər.

Ali təhsilalma imkanlarının genişləndirilməsi istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı şəhərində yerləşən ali məktəblərdə təhsil alan tələbələr üçün dövlət-özəl partnyorluğu əsasında 100 faiz özəl sektorun vəsaiti hesabına 800 yerlik müasir yataqxana kompleksinin tikintisi başa çatdırılmışdır və istifadəyə hazırdır. Bu istiqamətdə təşəbbüslər növbəti illərdə də davam etdiriləcəkdir. Bununla yanaşı, dövlət xətti ilə cari ildə Gəncə, Lənkəran və Sumqayıt Dövlət universitetlərinin yataqxana binalarının əsaslı təmiri ilə bağlı tədbirlər həyata keçirilir.

Elmin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər öz bəhrəsini verməkdədir. Dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan Clarivate Analytics şirkəti ilə səmərəli əməkdaşlıq nəticəsində “Web of Science®” elmi platformasına 2018-ci ildə daxil olan məqalələrin sayına görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlmiş, son məlumata əsasən, “Web of Science®” elmi bazasında Azərbaycan üzrə 1450 elmi tədqiqat işi qeydə alınmışdır. Son 5 ildə isə alimlərimizin “Web of Science®” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 96 faiz, ali təhsil müəssisələri üzrə 2.6 dəfə artmışdır. Əminliklə deyə bilərik ki, bu nəticələr ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə mövqelərinin yaxşılaşmasına ciddi təkan verəcəkdir. Əldə olunan uğurlu nəticələr nəzərə alınaraq, 2018-ci ilin dekabrında Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən yeni əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Yeni təşəbbüslər, yeni hədəflər

Əldə edilmiş nailiyyətlərlə yanaşı, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulmuş hədəflər baxımından təhsil sistemi qarşısında bir sıra vəzifələr də durur. Onlardan bəzilərini diqqətə çatdırmaq istərdim.

Təcrübə göstərir ki, elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilməlidir. Təhsilin məzmunu texnoloji yenilikləri nəzərə almaqla inkişaf etdirilməli, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, peşə, orta ixtisas və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməli, əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılı olmayaraq, maraqlı tərəfə çevrilməlidir.

Gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüm prioritetlərdəndir. Bununla əlaqədar növbəti illərdə bütün təhsil pillələri üzrə məzmunun təkmilləşdirilməsi, əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçiriləcəkdir. Məhz bu yanaşmadan çıxış edərək uşaqların erkən yaşdan inkişafının səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin standart və kurikulumları, cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ümumtəhsil, peşə və orta ixtisas təhsili standartları və kurikulumları, ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi ilə bağlı işlər davam etdirilməlidir.

Ümumi təhsilin məzmununun təkmilləşdirilməsi, beynəlxalq qiymətləndirmə tədqiqatlarının meyarlarına və əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılması, o cümlədən innovasiyaların tətbiqi qarşıda duran başlıca vəzifələrdəndir. Yaxın perspektivdə əmək bazarında yeni bacarıqlara və ixtisaslara ehtiyac yaranacağı ilə əlaqədar təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robototexnika, süni intellekt, nanotexnologiyalar və bu kimi innovativ məzmunun tətbiqi prioritet hesab olunmalıdır.

Ümumi təhsildə təmayülləşmə istiqamətlərinin artırılması, bu istiqamətdə növbəti tədris ilində 20 məktəbdə tam orta təhsil səviyyəsində peşəyönümü təmayüllü siniflərin açılması hədəf kimi müəyyən edilmişdir. İnanırıq ki, bu yenilik şagirdlərin təhsilə cəlbini artırmaqla yanaşı, gələcəkdə onların peşə seçiminə və əmək bazarına daha asan inteqrasiyasına kömək edəcəkdir.

Daha bir prioritet ümumi təhsildə STEM yanaşmasının tətbiqidir. Bu yanaşma təbiət, texnologiya, mühəndislik və riyaziyyat fənlərinin tədrisinin ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə öyrədilməsini və şagirdlərdə “XXI əsr bacarıqları”nın formalaşdırılmasını nəzərdə tutur. Bu istiqamətdə növbəti tədris ilindən məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tətbiqi planlaşdırılır.

Yeni məzmunun tətbiqi, ilk növbədə, yeni yanaşmaları mənimsəyən və tətbiq etməyi bacaran pedaqoji kadrlar tələb edir. Heç bir təhsil sisteminin potensialı həmin sistemdə çalışan müəllimlərin bacarıq səviyyəsindən yüksək ola bilməz. Bu fikir son illərdə Təhsil Nazirliyi tərəfindən dəfələrlə vurğulanmışdır. Məhz bu səbəbdən müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması və internatura modelinə keçid, təhsil sistemi üçün vacib olan kurikulum, qiymətləndirmə, məktəb psixologiyası, təhsili idarəetmə sahəsində magistratura proqramlarının hazırlanması və tətbiqi əsas hədəflər kimi müəyyən edilmişdir.

Peşə təhsili sahəsində son illərdə əldə edilən nailiyyətlərin davamı olaraq yeni məzmunun hazırlanması, əmək bazarının tələblərinin nəzərə alınması baxımından biznes subyektləri və işəgötürənlərlə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə proqramların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi də bu sahədə əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir.

Keyfiyyətin təminatı sistemi kimi akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi də başlıca hədəflərdəndir.

Elm sahəsində növbəti illərdə həyata keçirəcəyimiz əhəmiyyətli təşəbbüslərdən biri ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi olacaqdır. Bu baxımdan bəzi ixtisaslaşdırılmış universitetlərdə klasterlər yaradılmalı, elmi nəticələrin istehsala tətbiqi stimullaşdırılmalı, “təhsil-elm-istehsal” əlaqələrinin səmərəliliyi yüksəldilməli, innovasiyaların kommersiyalaşdırılması, tədqiqat universitetinin yaradılması ilə bağlı hədəflərə nail olunmalıdır.

Məktəblərdə mənəvi-psixoloji mühitin yaxşılaşdırılması, tərbiyə işinin səmərəli təşkili, məktəb-ailə münasibətlərinin düzgün qurulması ən vacib iş istiqamətlərindəndir. Müasir dövrdə şagirdlərin zərərli informasiyaya çıxışının asanlaşması təhsil sistemi qarşısında əsaslı çağırışlar yaradır. Bu baxımdan təhsil sahəsində işləyən rəhbər şəxslərin və təhsilverənlərin ailələrlə sıx əməkdaşlığı olduqca vacibdir. Məktəb rəhbərləri üçün məktəb-aliə münasibətləri ilə bağlı təlimlərin və maarifləndirmə işinin təşkili, o cümlədən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də fövqəladə hallar zamanı davranış kodeksinin müəyyənləşdirilməsi həyata keçiriləcək əsas tədbirlərdəndir. “Məktəblinin dostu” layihəsinin əhatəliliyinin növbəti tədris ilindən təxminən 5 dəfə artırılaraq 150 məktəbə çatdırılması, psixoloji xidmətin təkmilləşdirilməsi, məktəblərdə psixoloji-öyrənmə mühitinin ölçülməsi və yaxşılaşdırılması ilə bağlı tədbirlərin təşkili də qarşıda duran hədəflərdəndir.

Müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Hazırda süni intellekt həyatımızın və məişətimizin bütün sahələrinə nüfuz etməkdədir. Cəmiyyət yeni sənaye və texnoloji inqilab ərəfəsindədir və təhsil sistemi bu reallığa hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Dövlət və özəl sektor, təhsil orqanları, təhsil müəssisələri və bütün cəmiyyət səylərini bu məqsəd ətrafında cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə nail olmaq olar.

İnanıram ki, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

Comments are closed, but trackbacks and pingbacks are open.