Press "Enter" to skip to content

Rus bölməsində azərbaycan dilinin tədrisi

Təhsil ekperti Kamran Əsədov son illərdə valideynlər nəzərə çarpacaq dərəcədə övladlarının rus bölməsində təhsil almasına meyl etməsinin əsas səbəblərdən birinin rus bölmələrinin müasir tələblərə daha uyğun təhsil verməsi ilə bağlayır:

Rus dilini bilməyən valideynlər övladlarını niyə rus bölməsinə yazdırırlar? (ARAŞDIRMA)

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
Azərbaycan uşaqlarıının rus dilində təhsil almasını istəyən valideynlərin sayı durmadan artır. Valideynlərin bu istəyinin nəticəsində Bakı və Abşeron məktəblərinin rus bölməsində yerlər çatışmır. Boş yer yoxdur, əlavə sinifin yaradılması üçün isə rusdilli müəllim çatışmazlığı yaşanır.

Bu problemlə əsasən uşaqlarını məktəbəhazırlıq kurslarına və 1-ci sinfə göndərən valideynlər qarşılaşıb. Hər gün Bakı şəhər Təhsil İdarəsinə etiraz cavabı alan yüzlərlə valideyn zəng edir. Onların hamısına öz mövqeyini dəyişmək və Azərbaycan dilində təhsili seçmək təklif olunur. Məlumatlı mənbələrin məlumatına görə, təhsil sistemində rus bölməsi üzrə pedaqoqlar çatışmır. Bu qeyri-müəyyən vəziyyət valideynləri ciddi şəkildə narahat edir. Onlar uşaqlarını məktəblərə necə qoyacaqlarını bilmirlər. Məktəblərdə dərslərin başlamasına — 17 sentyabr tarixinə isə çox az vaxt qalıb.

Rus dilində danışa bilməyən valideynlər belə övladının rus dilində təhsil almasını istəyir. Bunun səbəbi nədir? Rus dilinə tələbat niyə artıb?

BAKU.WS olaraq, bu suallara cavab axtarmaq üçün axtarışa çıxdıq.

Belə bir mənzərənin yaranmasını Azərbaycan dilində təhsilin zəif olası ilə əlaqələndirmək düzgün olmazdı. Son 15-20 il ərzində Azərbaycan bölməsində təhsil alanların qəbul imtahanlarında göstərdiyi nəticələr rus bölməsilə müqayisədə dəfələrlə yüksəkdir. 650 bal toplayan abituriyentlərin siyahısında rus bölməsinin məzunu yoxdur. Amma ekspertlər belə düşünmür.

Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev rus dilinə tələbatın artmasının səbəblərini belə görür: “Son illər nədənsə cəmiyyətdə rus dilinə tələbat artıb. İngilis dili dünyada dominantlığını qoruyub saxlasa da bizdə rus dilinə maraq daha çoxluq təşkil edir. Nəinki orta məktəblərdə, hətta ali məktəblərdə təhsil olan tələbələrin rus dilinə marağı artıb.

Rus dili öyrənmək üçün kurslara gedənlərin sayı çoxalıb. Bunun çoxsaylı səbəbləri ola bilər. Səbəblərdən biri keçmiş postsovet ölkəsi olmağımızdır. Lokal səviyyədə ölkədən kənara çıxdıqda rul dili bizə çox lazım olur. Hətta, deyərdim ki, Amerika, Avropa və digər xarici ölkələrdə belə rus dili biliyimiz köməyimizə çatır. Səbəblərdən biri də budur ki, keçmiş postsovet ölkəsi olduğumuzdan bu dili mənimsəmək ingilis dilini mənimsəməkdən daha rahatdır, daha asandır. Çünki cəmiyyətdə rul dilində danışıq var”.

Ekspert hesab edir ki, ixtisaslı kadrların çatışmazlığının əsas səbəbini M.F. Axundov adına Rus dili və Ədəbiyyatı institunun Slavyan universitetinə çevrilməsində görür: “Bununla da rus dilli pedaqoji kadr hazırlığı kəskin şəkildə aşağı düşdü. Bununla da, cəmiyyətin tələbatı arasında uçurum yarandı. Yəni, rus dili müəllim kadrlarının hazırlanması o dərəcədə azaldı ki, cəmiyyətin mövcud tələbatını ödəyə bilmədi. Xüsusilə təbiət elmlərində çox böyük boşluq var. Fizika, riyaziyyat, kimya üzrə rusdilli müəllimlərin sayı demək olar ki, yox səviyyəsindədir. Rus bölməsinə qəbul olan abituriyentlərin sayı da azalıb.

Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev

Fərz edək ki, valideynləri Azərbaycan dilli məktəblərin təhsili qane etmir. Məktəblərin məktəbəqədər hazırlıq siniflərində və 1-ci siniflərində rus dilinə tələbatın artması, sıxlığın yaranmasının səbəbi Azərbaycan bölmələrindəki təhsilin valideynləri qane etməməsidir. Digər tərəfdən, rus məktəblərinin, hətta Azərbaycan məktəblərindəki rus bölmələrinin sayını kəskin azaltdılar. Rus bölmələrində ciddi ixtisarlar getdi. Bununla da, cəmiyyətin tələbatı ilə uyğunsuzluq yarandı. Hazırda yaşanan rusdilli pedaqoji kadr çatışmazlığı problemi yaranmasının əsas səbəbi budur”.

E.Əliyev rus diliyə olan tələbatı elmi və ədəbi ədəbiyyatın rus dilində daha mükəmməl olması ilə də əlaqələndirir: “Həm də rus dili uzun müddət bizim üçün intelekt dili olub. Bizim bütün alimlərimiz rus dili olmadan alimlik dərəcəsi ala bilməzdilər. Həkimlərin özü də bu dili işlək dil kimi istifadə edirdilər.İndinin özündə də bütün sahələr üzrə çevik ədəbiyyat çapı yüksək səviyyəli tərcümələr rus dilindədir.

Bir məsələni də qeyd edim ki, bunu heç kim inkar edə bilməz, rus dilli məktəblərin, rus bölmələrinin müəllimləri tədrisdə müxtəlif alternativ dərsliklərdən istifadə edirlər. Rus dilində çoxsaylı alternativ dərsliklər mövcuddur. Azərbaycan dilində bu yox səviyyəsindədir. Keçmiş təhsil naziri Misir Mərdanav vaxtilə məktəblərdə əlavə dərsliklərdə istifadə edilməsinə qoyduğu qadağa – savadsız və məkrli addımının nəticəsi olaraq müəllimlərin özünün alternativ metodik dərsliklərlə biliyini artırmasına əngəl yaratdı.

Amma rus bölməsində Rusiyadan, Belarusiyadan gələn dərsliklər var. Valideynlər də rus dilindəki təhsilin səviyyəsini görürlər və uşaqlarının bu dildə təhsil almasını istəyirlər. Elin gözü tərəzidir. Valideyn harada görsə ki, təhsil yüksəkdir, oraya axın olacaq. Bu təbii haldır”.

Təhsil ekperti Kamran Əsədov

Təhsil ekperti Kamran Əsədov son illərdə valideynlər nəzərə çarpacaq dərəcədə övladlarının rus bölməsində təhsil almasına meyl etməsinin əsas səbəblərdən birinin rus bölmələrinin müasir tələblərə daha uyğun təhsil verməsi ilə bağlayır:

“Belə ki, rus bölməsinin müəllimləri müasir üsullarla tədrisi daha asan mənimsəyirlər. Azərbaycan bölməsində isə vəziyyət fərqlidir, kurrikulum və sair kimi yenilikləri mənimsəməkdə çətinlik çəkirlər.

Ölkədə 340 orta məktəbdə tədris rus dilində aparılır. Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir. Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir.

Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır. Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir.

Amma düşünürəm ki, övladlarının rus bölməsində təhsil almasını arzu edən valideynlər bir neçə məqama diqqət yetirməlidir. Evdə nə ata, nə də ana rus dilini bilmirsə, üstəlik uşaq rus dilində heç bir hazırlıq keçməyibsə, uşağı rus dili bölməsinə qoymaq, uşağa zülm verməkdir. Uşaq bilməyəcək ki, dili öyrənsin, yoxsa müəllimin öyrətdiklərini mənimsəsin. Rus bölməsində sinifdə müəllim ancaq rus dilində danışır. Dili bilməyən şagird dərsin izahını da qavramayacaq”.

Təhsil Nazirliyi isə məsələ ilə bağlı susqunluğunu qoruyub saxlayır.

Zülfiyyə Qurbanova
BAKU.WS

Rus bölməsində azərbaycan dilinin tədrisi

Ölkəmizin orta ümumtəhsil məktəblərinin bəzilərinin rus bölməsində “Azərbaycan tarixi” fənni dövlət dilində tədris olunmağa başlanıb. Prosesə elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən start verilib. Belə ki, 2022-2023-cü tədris ilində ölkənin 20 ümumi təhsil müəssisəsinin tədrisi digər dillərdə aparılan bölmələrinin V siniflərində “Azərbaycan tarixi” fənni dövlət dilində tədris edilir: “Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək məqsədi daşıyır. Cari ildə 20 məktəbdə pilot layihənin nəticələri təhlil edildikdən sonra növbəti il üçün qərar qəbul ediləcək”.

Ölkə.az xəbər verir ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Qeyd edək ki, bu tədris ilinədək məktəblərin rus bölmələrində Azərbaycan tarixi fənni rus dilində tədris edilib. Şagirdlərə “Azərbaycan tarixi” fənni dərslikləri rus dilində paylansa da, sonradan onların dəyişdirilərək Azərbaycan dilində kitablarla əvəzlənəcəyi bildirilib.

Amma nazirliyin bu qərarı birmənalı qarşılanmır. Azərbaycan dilini bilməyən şagirdlərin birdən-birə tarix fənnini öyrənmələrinin çətin olacağını söyləyənlər də var, əksini düşünənlər də.

Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb də pilot layihənin həyata keçirildiyi təhsil ocaqları sırasındadır.

Məktəblə əlaqə saxladıqda artıq “Azərbaycan tarixi” fənninin Azərbaycan dilində keçirildiyini təsdiqlədilər:

“Dərslər təzə başlayıb. Fənnin effektivliyini bundan sonra – tədris ilinin sonunadək biləcəyik”.

AMEA Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov layihəyə münasibət bildirərək qeyd etdi ki, təkcə ölkəmizin təhsil alan vətəndaşları deyil, coğrafiyamızda digər dillərdə təhsil alanlar da Azərbaycan tarixini bilməlidir:

“Bizdə, əsasən, tədris Azərbaycan və rus dilindədir. Rus dilində təhsil alanlara Azərbaycan tarixinin tədrisi zəif idi. Digər dillərdə təhsil alanlar həm Azərbaycan dilini, həm də tarixi öyrənəcəklər”.

Alim deyir ki, ölkəmizdə ingilis, fransız dilli məktəblər də var: Onlar da Azərbaycan tarixini dövlət dilimizdə keçməlidirlər:

“Bu, düzgün qərardır”.

Tarix müəllimi Pərviz Ağalarovun sözlərinə görə, ölkəmizin təhsil sistemində bu addım ilk deyil:

“Ötən ildən etibarən 9-cu siniflər üçün “Zəfər tarixi” dərs vəsaiti dövlət dilində tədris olunur. Bu addım ümumtəhsil müəssisələrində normal qarşılanıb və bildiyimə görə, hər hansı bir narazılıq yoxdur. Nazir Emin Əmrullayevin də vurğuladığı kimi, 5-ci siniflərdə “Azərbaycan tarixi” fənninin dövlət dilində tədrisi Ana dilimizin tətbiq sahəsini və təsir imkanlarını daha genişləndirir”.

P.Ağalarov layihəni vacib eksperiment hesab edir:

“Doğrudur, bu, hələ bir eksperiment səviyyəsindədir. Amma milli nöqteyi-nəzərdən vacib eksperimentdir. Hesab edirəm ki, 5-ci siniflərə qədər ibtidai təhsil yalnız Ana dilində aparılmalıdır”.

Təhsil eksperti Nadir İsrafilov fənnin tədrisində yaranacaq problemlərin bir çox amillərlə bağlı olduğunu qeyd edir:

“Məlumata görə, yer çatışmazlığından 4 minə yaxın uşaq rus bölməsinə qəbul ola bilməyib. Rus bölməsi daha çox meqapolis xarakterlidir. Məktəblərin də quruluşu elədir ki, əlavə tikinti aparmaq mümkün deyil. Bu problem həll olunsa belə, müəllim çatışmazlığı yaranacaq. Müstəqillik qazanandan sonra biz rus dilini xarici dillər qrupuna daxil etdik. Rus dilinə qarşı bir çox şəxslər tərəfindən radikal fikirlər səsləndi. Əksər məktəblərdə rus dili tədris planından çıxarıldı və fakültativ hesabına tədris olunmağa başladı. Bir çox məktəblərdə ümumiyyətlə, tədris olunmadı. Bu, ona gətirib çıxardı ki, bizim rus dili müəllimləri müəllimlik peşəsini tərk etdilər və başqa sahələrə keçdilər. Hazırda kadr çatışmazlığı reallıqdır. Yaranan problemi aradan qaldırmaq üçün uşaqları daha çox Azərbaycan bölməsinə cəlb etmək və rus bölməsində “Azərbaycan tarixi”, “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan coğrafiyası” fənlərinin Azərbaycan dilində keçirilməsi ilə bağlı təkliflər səsləndi. Hesab edirəm ki, bu, məsələnin həlli deyil. Uşaq həm o dildən, həm bu dildən olacaq”.

N.İsrafilov hesab edir ki, ən optimal yol uşaqların rus bölməsinə müsahibə yolu ilə qəbul edilməsidir:

“Bu qərarın hansı effekt verəcəyini söyləmək çətindir. Rus və ya digər tədris bölməsinin uşağını “Azərbaycan tarixi”ni və ya başqa fənni Azərbaycan dilində keç” deyə məcbur etmək hüquq pozuntusudur. İndi bəziləri tərəfindən “rus bölməsi ləğv olunsun” deyə səslənən radikal fikirlər düzgün deyil. Yeganə yol rus bölmələrində Azərbaycan dilinin tədris saatlarını artırmaqdır ki, uşaqlar bu saatlar hesabına Azərbaycan dilinə daha yaxşı yiyələnsinlər”. Ekspert “Azərbaycan tarixi” fənninin digər tədris bölmələrində pilot layihə çərçivəsində Azərbaycan dilində keçirilməsini düzgün qərar hesab edir: “Yaxşı ki, bu, pilot layihədir. Yoxsa əlavə narazılıq yarada bilər. Sadəcə, gözləməliyik ki, bu layihə hansı effekt verəcək. Yalnız ondan sonra konkret addımlar atmaq olar”.

Rus bölməsində azərbaycan dilinin tədrisi

2018-11-08 14:17:00

Ziyalılar rus bölmələrində Azərbaycan dilinə münasibətdən narazıdırlar? – Səbəblər, faktlar

2019-cu ildə keçiriləcək buraxılış imtahanlarında rus bölməsində təhsil alan şagirdlər əlavə olaraq, Azərbaycan dilindən də imtahan verməlidirlər. Bu, rus sektorunda təhsil alan şagirdlərin və onların valideynlərinin narazılığına səbəb olub. Bəs, rus bölməsində təhsil alanlar niyə doğma dillərində imtahan vermək istəmirlər? Bu, onlara Azərbaycan dilinin zəif tədris olunması və ya vətənpərvərliyin aşılanmamasıyla bağlı ola bilərmi? Mövzuyla bağlı AzEdu.az-a danışan təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, problemi hər dəfə qaldırmaq yox, onun üstünə getmək lazımdır: “Rus bölmələrində Azərbaycan dilinin tədrisi, eynilə Azərbaycan bölmələrində rus dilinin tədrisi sıradan, adi deyil, cəmiyyətimiz üçün taleyüklü məsələdir. Bu istiqamətdə polemikalar bu gün də səngimək bilmir. Məsələyə yanaşmalar isə fərqlidir. Radikal mövqe tutanlar, məsələni siyasi müstəviyə qaldıranlar da var. Bu isə hər şeydən əvvəl məsələnin mahiyyətinə varmaq, səbəb və nəticələri ciddi şəkildə təhlil edib ümumi mövqe sərgiləməyi tələb edir. Təhsil siyasətində dövlətin əsas prinsipləri təhsil fəaliyyətinin bilavasitə təhsilalanın mənafeyinə yönəldilməsi, onun milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə edilməsi, bütün şagirdlər üçün bərabər təhsil şəraitinin yaradılması və onların təhsil hüququnun təmin edilməsi, təhsilin dövlət standartlarına, şəxsiyyətin, dövlətin və cəmiyyətin maraqlarına uyğunluğundan ibarətdir”. Nadir İsrafilov: “Ümumi təhsil Azərbaycanda fasiləsiz təhsil sisteminin bir pilləsi olmaqla fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınaraq davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən prioritet fəaliyyət sahəsidir”. Ekspert bu barədə qanunvericiliyin tələblərindən də söz açıb: “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsində də birmənalı şəkildə nəzərdə tutulub ki, ümumi təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir. “Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun, təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır. Bununla belə, istər rus bölməsində Azərbaycan dilinin, istərsə də Azərbaycan bölməsində rus dilinin tədrisi vəziyyəti ilə bağlı həllini gözləyən bir çox problemlər hələ də qalmaqdadır. Bu da təhsilalanların, təhsilverənlərin, valideynlərin, bütövlükdə ictimaiyyətin haqlı narazılıqlarında və narahatçılığında öz ifadəsini tapır. Problemi aradan qaldırarkən səbəb-nəticə əlaqələrinə biganə yanaşmaq, nəticəni qabardıb, səbəblərdən yan keçmək heç bir halda vəziyyətdən çıxış yolu ola bilməz. Bəlkə, bunun başlıca səbəbi Azərbaycan bölməsində rus dilinin tədrisinin, rus bölməsində Azərbaycan dilinin tədrisi səviyyəsinin valideynləri lazımınca qane etməməsidir?” Nadir İsrafilov düşünür ki, səbəb öz ana dilimizdə kifayət qədər tələb olunan ədəbiyyatın olmaması, mövcud tərcümələrin qüsurlu olması, rus dilli ədəbiyyatların hələ də dominantlıq etməsi də ola bilər: “Bəlkə rus bölməsilə müqayisədə Azərbaycan bölməsindəki müəllimlərimizin peşəkarlıq səviyyəsi qaneedici deyil? Bəlkə bunun əsas və başlıca səbəblərindən biri bir çox elit ailələrin dəb xətrinə ailədə və məişətdə rus dili danışığına üstünlük verməsidir? Bəlkə əksəriyyət qurum və şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır? Yəni, vəziyyət bir çox təbii və süni proseslərin ciddi araşdırılmasını tələb edir. Azərbaycan dili bizim dövlət dilimizdir və bu dili hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi isə heç də o demək deyil ki, bunun səbəbkarı məhz rus dilidir. Hesab edirəm ki, ilk növbədə Azərbaycan bölməsində rus dilinin, rus bölməsində Azərbaycan dilinin tədrisi səviyyəsi qaldırılmalı, azərbaycanlı uşaqların rus bölməsinə qəbulu zamanı onların bu dilə nə dərəcədə yiyələnib – yiyələnməmələrinə xüsusi diqqət yetirilməlidir. Bir sözlə desək, problemi hər dəfə qaldırmaq yox, problemin üstünə getmək lazımdır” Politoloq Zaur Məmmədov bildirib ki, məktəblərdə xarici dillərə önəm verilməsi olduqca vacib məqamdır: “Gənclər nə qədər çox xarici dil bilsə, bir o qədər yaxşıdır. Lakin biz öz ana dilimizi və tariximizi qorumağı da unutmamalıyıq. Yaxşı olardı ki, orta məktəblərdə rus və ingilis dilləri xarici dil kimi həftədə 5 dəfə keçirilsin. Məktəblərdəki müxtəlif fənlər isə ana dilində tədris olunsun. Məktəb vaxtı uşaqlar sosiallaşma prosesini keçirlər. Onların milli mentalitetinin davranış mədəniyyətinin formalaşması bu yaşlara təsadüf edir. Eyni zamanda məktəbdə uşaqlar tarixi daha yaxşı qavrayırlar. Müasir Azərbaycan gəncliyi tarixini, ana dilini yaxşı bilməli vətənpərvər ruhda böyüməlidir”.

Nəzrin Rüstəmova

Bu bölməyə aid digər xəbərlər

ADU və ADNSU-dan tələbələrin qalmaqallı rəqsinə dair AÇIQLAMA – VİDEO

2023-03-20 16:26:24

AzTU-da “YENİ Klub” təsis edilib

2023-03-19 13:28:29

MDU əməkdaşları şəhid ailələrini ziyarət ediblər

2023-03-19 12:27:00

Azərbaycan Universitetində Dünya Sosial İş Günü qeyd olunub

2023-03-18 13:06:00

“Heydər Əliyev İli”nin tələbə elmi konfransı keçirilib

2023-03-18 12:37:00

Universitetdə Çin mədəniyyətinə həsr olunmuş sərgi

2023-03-18 12:06:00

Mingəçevirdə tələbə və şagirdlər bayramı birgə qeyd ediblər

2023-03-18 11:36:00

LDU-da bayram ovqatlı Novruz şənliyi

2023-03-18 11:19:00

Rektor universitet heyətini təbrik etdi

2023-03-18 10:38:00

Rektor universitet kollektivini təbrik etdi

Comments are closed, but trackbacks and pingbacks are open.