Press "Enter" to skip to content

Rus ədəbiyyatı tarixi” Azərbaycan dilində

Aşağıda təqdim olunmuş linklərdən nəzəri fənlər üzrə sual kitabçalarının nümunəvi nüsxələri ilə tanış ola bilərsiniz:

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarında nəzəriyyə fənləri üzrə imtahanlar test üsulu ilə keçiriləcək

Musiqi sənəti istiqaməti üzrə imtahanda abituriyentlərə Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio, Musiqi ədəbiyyatı fənləri üzrə musiqi məktəblərinin tədris proqramı əsasında tərtib edilmiş hər bir fənnə aid 30 qapalı tipli test tapşırığı təqdim olunacaq.

Abituriyentlərə tapşırıqların cavablandırılması üçün Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə 1 saat, Harmoniya və solfecio fənni üzrə 1 saat 30 dəqiqə, Musiqi ədəbiyyatı fənni üzrə 1 saat 30 dəqiqə vaxt veriləcək.

Musiqi nəzəriyyəsi və solfecio, Harmoniya və solfecio fənləri üzrə verilmiş 30 sualdan 25-i nəzəri biliklərin yoxlanılmasına, 5-i isə eşitmənin təyininə aiddir. Eşitmənin təyininə aid tapşırıqlar dinləmə qurğusu vasitəsilə təqdim ediləcək. Musiqi ədəbiyyatı fənni üzrə verilmiş 30 sualdan 20- si Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat və yaradıcılığını, həmçinin müxtəlif bədii üslublara və dövrlərə aid biliklərin yoxlanılmasını əhatə edən tapşırıqlardan ibarət olacaq. 10 sual isə musiqi nümunələrinin təyin edilməsi üçün nəzərdə tutulub.

Qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Hər bir fənn üzrə minimal müsabiqə balı 6-dır.

Doğru cavablandırılan
tapşırıqların sayı
Qiymətləndirmə
(balla)
28-30 10
25-27 9
22-24 8
19-21 7
16-18 6
13-15 5
10-12 4
7-9 3
4-6 2
1-3 1
0 0

Musiqi sənəti istiqamətinin komissiyaları üzrə təyin olunmuş nəzəriyyə fənləri aşağıdakı cədvəldə verilmişdir.

Kom. №-si İxtisasın adı Nəzəriyyə imtahanları
20 İnstrumental ifaçılıq Harmoniya və solfecio
Musiqi ədəbiyyatı
21 İnstrumental ifaçılıq (violin, klarnet, fleyta)
21 İnstrumental ifaçılıq (viola, truba, saksofon) Musiqi nəzəriyyəsi və solfecio
Musiqi ədəbiyyatı
21 İnstrumental ifaçılıq (qoboy, faqot, tuba, trombon, valtorna, violonçel, kontrabas, arfa və zərb alətləri) Musiqi nəzəriyyəsi və solfecio
22 İnstrumental ifaçılıq Harmoniya və solfecio
23, 74 İnstrumental ifaçılıq Musiqi nəzəriyyəsi və solfecio
24 Vokal sənəti (akademik vokal) Musiqi nəzəriyyəsi və solfecio
Musiqi ədəbiyyatı
25, 95 Vokal sənəti (xanəndəlik) Musiqi nəzəriyyəsi və solfecio
26 Populyar musiqi və caz ifaçılığı (vokal)
27, 75 Dirijorluq (sahələr üzrə) Harmoniya və solfecio
Musiqi ədəbiyyatı
28, 96 Vokal sənəti (milli vokal) Musiqi nəzəriyyəsi və solfecio
29, 69 Bəstəkarlıq Musiqi ədəbiyyatı
Harmoniya və solfecio*
30, 73 Musiqişünaslıq
31, 71, 72 İnstrumental ifaçılıq Musiqi nəzəriyyəsi və solfecio
32, 76, 83, 93 Musiqi müəllimliyi
36 Populyar musiqi və caz ifaçılığı (alətlər üzrə)

* 29, 69, 30, 73- cü komissiyalar üzrə Harmoniya və solfecio fənnindən imtahan 2 hissədən ibarət olacaq. 1-ci hissə test üsulu ilə, 2-ci hissə isə şifahi şəkildə keçiriləcək.

Aşağıda təqdim olunmuş linklərdən nəzəri fənlər üzrə sual kitabçalarının nümunəvi nüsxələri ilə tanış ola bilərsiniz:

  • Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Harmoniya və solfecio fənni üzrə sual kitabçalarının nümunəvi nüsxəsi;
  • Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi ədəbiyyatı fənni üzrə sual kitabçalarının nümunəvi nüsxəsi;
  • Ali təhsil müəssisələrinə qəbul imtahanlarının Musiqi nəzəriyyəsi və solfecio fənni üzrə sual kitabçalarının nümunəvi nüsxəsi.

Daha ətraflı məlumatı hər il çap olunan “Abituriyent” jurnalının Qabiliyyət imtahanları adlı xüsusi buraxılışından əldə edə bilərsiniz. Burada ixtsaslar üzrə müsabiqə şərtləri, proqramlar, qimətləndirmə meyarları və metodiki tövsiyələr təqdim olunmuşdur.

Qeyd: Musiqi sənəti istiqaməti üzrə ixtisas imtahanları bütün komissiyalarda ənənəvi, yəni əvvəlki qaydada keçiriləcək.

“Rus ədəbiyyatı tarixi” Azərbaycan dilində

Filologiya üzrə elmlər doktoru, Bakı Slavyan Universitetinin (BSU) professoru Telman Cəfərovun (Vəlixanlı) müəllifi və tərtibçisi olduğu “Rus ədəbiyyatı tarixi” adlı ali məktəblər üçün dərs vəsaiti (I cild) nəşr olunub.

BSU-dan bildirilib ki, “Mütərcim” nəşriyyatında çap olunan kitabda qədim və XVIII əsr rus ədəbiyyatına aid əsas əsərlər təhlil edilir, rus ədəbiyyatında türk-slavyan əlaqələrinin təsvirinə, avrasiyaçılıq ideyalarına xüsusi diqqət yetirilir. Göstərilən dövrlərə aid rus ədəbiyyatından tərcümələrin kifayət qədər olmamasını nəzərə alaraq, professor T.Cəfərov tədris vəsaitinə müxtəlif janrlarda əsərlərin və ya onlardan parçaların tərcümələrini də daxil edib.

Vəsaitin müntəxəbat hissəsində təqdim olunan əsərlərin bir qismi (“Kazan tarixi” və V.Karamzinin “Rus dövlətinin tarixi”indən parçalar, A.Kantemir, M.Lomonosov, Q.Derjavin və A.Sumarokov yaradıcılığından poetik nümunələr) müəllif tərəfindən dilimizə ilk dəfə tərcümə edilib. Bununla yanaşı, kitaba tanınmış ədəbiyyatşünaslar Abuzər İsmayılov, Rüstəm Kamal və Hüseyn Şərifin tərcümələri daxil edilib.

Bakı Slavyan Universitetinin 75 illik yubileyi ərəfəsində nəşr olunan kitabı müəllif müasir Azərbaycan filologiyasının zənginləşməsində, bir neçə nəsil Azərbaycan filoloqlarının hazırlanmasında xüsusi xidmətləri olmuş professorlar Məmməd Tağıyev, Murtuz Sadıxov, Həbib Babayev, Firudin Hüseynov, Bəşir Əhmədovun və dünyasını dəyişmiş digər müəllimlərinin xatirəsinə həsr edib.

Rus ədəbiyyatı tarixinin qədim və XVIII əsr dövrühəm də onunla maraqlıdır ki, burada ümumtürk tarixi, türk xalqları və etnoslarının mövcud olduqları tarixi-mədəni areal, onlara məxsus maddi-mədəni irs və dəyərlər, eləcə də Böyük Çöl (Poloves) və Türküstan, tarixi Azərbaycan torpaqları, Səfəvilər dövləti, xanlıqlar, Osmanlı imperiyası ilə bağlı məlumatlar sistemli şəkildə, ədəbi mərhələlər üzrə təqdim olunur. Böyük Avrasiya dövləti kimi Rusiyanın formalaşması və genişlənməsində Çingizxan imperiyasının parçalanması nəticəsində yaranmış xanlıqların, eləcə də Osmanlı imperiyasının rolunu sübut edən ədəbi əsərlərin təhlilinə (“Qaliç-Volın salnaməsi”, “Aleksandr Nevskinin hekayəti”, “Mehmet Sultan hekayəti”, “Kazan tarixi”, səfir povestləri, səyahətnamələr və s.) xüsusi önəm verilir.

Bu kateqoriyaya aid digər yazılar

Rus musiqi ədəbiyyatı

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Rus ədəbiyyatı tarixi: I hissə: qədim və XVIII əsr rus ədəbiyyatı

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.