Press "Enter" to skip to content

S.d.mustafayev quyuların ştanqlı dərinliknasos üsulu ilə istismarı

O, 1980-1981-ci illərdə N.Nərimanov adına NQÇİ-nin rəis müavini, 1981-1987-ci illərdə “Azneft” İB-nin neft-qaz hasilatı şöbəsinin rəisi, 1987-1988-ci illərdə Bibiheybətneft NQÇİ-nin baş mühəndisi, 1988-1989-cu illərdə Şirvanneft NQÇİ-nin rəisi, 1989-2003-cü illərdə Azneft İB-də neft-qazın hasilatı, quyuların yeraltı və əsaslı təmir üzrə istehsalat şöbəsinin rəisi, 2003-cü ildən Neftqazelmitədqiqatlayih institunuda direktor müavini, 2007-ci ildən 2012-ci ilədək direktorun müşaviri vəzifələrində işləmişdir.

Mirnağı Kamilov – 90!

21 noyabr 2022-ci ildə Respublikamızın tanınmış neftçi mütəxxəssisi, ölkədə şəxsiyyətinə dərin hörmət bəslənən Vətənpərvər insan Mirnağı Ağaseyid oğlu Kamilovun anadan olmasının 90 illik Yubileyi qeyd olunur.

Mirnağı müəllim tanınmış neftçi mütəxxəssis olmaqla bərabər müdrik və xeyrxah insandır. O, çoxlarına nümunə ola biləcək şərəfli ömür yolu keçərək, indi müdriklik yaşına çatmışdır.

Mirnağı Ağaseyid oğlu Kamilov 1932-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1950-1955-ci illərdə Azərbaycan Sənaye İnstitutunun qaz yataqlarının istismarı fakültəsində təhsil alaraq, oranı müvəffəqiyyətlə başa vurmuşdur.

1955-1958-ci illərdə Neft Daşları NQÇİ-də mədəndə operator, usta köməkçisi, 1958 -1961-ci illərdə ETİİ sexində mühəndis, lay təzyiqinin saxlanması sahəsində şöbə müdiri, 1961-1971-ci illərdə 2№-li mədəndə neft hasilatı üzrə usta, mədənin böyük mühəndisi, mədən müdiri, 1971-1975-ci illərdə NQÇİ-nin mərkəzi mühəndis texnoloji şöbənin rəisi, 1975-1978-ci illərdə Neft Daşları NQÇİ-nin rəis müavini, 1978-1980-ci illərdə əsaslı və yeraltı təmir sexinin rəisi vəzifələrində işləməklə gənclik ömrünün 25 ilini ağır dəniz şəraitində neft-qaz çıxarma sənayesinə həsr etmişdir.

O, 1980-1981-ci illərdə N.Nərimanov adına NQÇİ-nin rəis müavini, 1981-1987-ci illərdə “Azneft” İB-nin neft-qaz hasilatı şöbəsinin rəisi, 1987-1988-ci illərdə Bibiheybətneft NQÇİ-nin baş mühəndisi, 1988-1989-cu illərdə Şirvanneft NQÇİ-nin rəisi, 1989-2003-cü illərdə Azneft İB-də neft-qazın hasilatı, quyuların yeraltı və əsaslı təmir üzrə istehsalat şöbəsinin rəisi, 2003-cü ildən Neftqazelmitədqiqatlayih institunuda direktor müavini, 2007-ci ildən 2012-ci ilədək direktorun müşaviri vəzifələrində işləmişdir.

Mirnağı müəllim işlədiyi müddət ərzində özünü çox mübariz, cəsarətli, işgüzar, bilikli, nizam-intizamlı, öz üzərində daima çalışan təşkilatçı rəhbər kimi tanıtmışdır. Neft-qaz yataqlarının işlənməsində o, ən çətin məsələlərin həlli yollarını axtarıb tapan, işləyən quyularm istismarında çətinlikləri səmərəli təklifləri və yeni ixtiraları ilə aradan qaldıran savadlı mütəxəssis kimi göstərmişdir.
NQÇİ-lərdə neft və qaz hasilatının artırılması, mədənlərdə, xüsusilə quyularm təmiri sahəsində təkliflər vermiş, yeni texnika və mütərəqqi üsulların istehsalatda tətbiqinin bilavasitə təşəbbüskarı olmuşdur.

Mirnağı müəllimin həyatından olan maraqlı faktlardan birini qeyd edək. 1959-cu ilin sonlarında Neft Daşları NQÇİ-də topa qazma üsulundan geniş istifadə edilirdi. Hər meydançada 8-24 quyu qazılmağa başlanmışdı. Quyularm belə çox olması və meydançaların darlığı təmirçilərin işini çətinləşdirirdi. Həm də Neft Daşlarının şimal-şərq qanadında quyuların dərinliyi “Bakınes” qaldırıcı aqreqatı ilə işləməyi tələb edirdi. Bu şərait isə iri “Bakines” aqreqatının işləməyinə mane olurdu. Bu problemi həll etmək üçün Mirnağı müəllim hərəkət edən vışkanın layihəsini hazırlamış və onun tətbiqinə nail olmuşdu.

Mimağı Kamilovun dəniz neft yataqlarında quyuların qazılması və istismarı vaxtı neft itkilərinin qarşısının alınması, termokorund və “pobedit” ştuserlərin tətbiqi, quyudibi zonaların sement, taxta ovuntusu ilə bərkidilməsi, qaz-neft klapanlarının tətbiqi, qum tıxaclarının yuyulması üçün xüsusi ölçülü başlıqların tətbiqi və s. mühüm məsələlər üzrə elmi məqalələri dərc olunmuşdur.

Mirnağı müəllim müxtəlif tərkibli kimyəvi reagentlərin quyuya vurulmasını nizamlayan qurğu, ştanqlı nasos qurğusu, fasiləli qazlift qurğusu, sərbəst asqılı ikicərgəli lift qurğusu, erlift qurgusu, hidroimpuls qurgusu, lay sularının təcrid edilməsinin yeni üsulu, özül-plastik sistemlərin alışması üsulu, quyuların turşu ilə işlənməsi üçün qurğu, neftin demulsasiyası üçün yeni tərkib, qaz və qum separatorları barədə çoxsaylı patent və ixtiraların müəllifidir.

ADNA-da oxuduğu illərdə aldığı əsaslı təhsil, 25 il Neft Daşlarında, Azərbaycan Neft Sənayesi Dövlət Elmi Tədqiqat layihə institutunda qazandığı zəngin əməli, elmi-texniki təcrübə Mimağı müəllimə sahədəki problemlər haq-qında bir neçə faydalı elmi əsərin, xüsusən müəlliflərindən biri olduğu “Neft və qaz yataqları və texnoloji proseslər”, “Neft quyularının ştanqlı nasoslarla istismarı” və “Ştanqlı quyu nasosunun qaz və qumun zərərli təsirindən qorunması” “Quyuların vintli nasoslarla istismarı”, “Neft layı və quyuların hidrodinamiki tədqiqat üsulları ” kitablarının yazılmasına əsas vermişdir.

Bu kitablarda neft-qaz yataqlarının işlənməsi, neft-qaz quyularının qazılması, istismarı, neft və qazın yığılması, hazırlanması, qızdırılması, saxlanması və nəqli, onların ölçülməsi və keyfiyyətinə nəzarət edilməsi, çirkab suların təmizlənməsi üsulları və qurğuları təhlil edilmiş və xarakteristikaları verilmişdir. Neft və qaz itkilərinin hesablanması, itkilərin azaldılması tədbirləri, dəniz neft-qaz qurğularına təsir edən qüvvələrin hesablanması və korroziyadan mühafizəsi, təhlükəsizlik texnikası və yanğına qarşı mübarizə tədbirləri şərh edilmişdir. Yerli və xarici ölkələrin neft-qaz qurğularının işinə müəlliflərin ixtiralarının laboratoriya və mədən sınaqlarının nəticələrinə geniş yer verilmiş, dəniz neft-qaz qurğuları və onların əsas xüsusiyyətləri, yerli və xarici dəniz neft- qaz qurğuları üzərində, platformalar, onların konstruksiyaları, üzən qazma qurğuları və dəniz neft-qaz qurğularına təsir edən qüvvələr kimi məsələlər şərh edilmişdir.

Burada neftin hazırlanması üsulları, neft emulsiyasının əmələ gəlməsi və onun davamlılığının təyin edilməsi, hazırlanmış neftin keyfiyyətinə müasir tələblər, neftin deemulsasiyası üçün kimyəvi reagentlər, texnoloji reqlament və qurğular, eləcə də dəniz şəraiti üçün vacib amillərdən olan neft-qaz qurğularının korroziyadan qorunması məsələsi də öz əksini tapmışdır. Digər kitablarda respublikamızın neft mədənlərində geniş istifadə olunan dərinlik nasos qurğularının istismar şəraiti təhlil edilmiş, ştanqlı nasos qurğularının avadanlığı onun tətbiq sahələri, əsas texniki göstəriciləri, mövcud konstruksiyalarının hazırlanması və texniki göstəriciləri haqqında məlumat verilmişdir. Göstərilmişdir ki, quyuların tədqiq edilməsi və ondan asılı olaraq quyu avadanlığının seçilməsi prinsipləri xüsusi əhəmiyyət kəsb edir. Həmçinin mayevurma rejiminin təyin edilməsi ətraflı işıqlandırılmış, dərinlik nasoslarının daşınması və qorunması, avadanlığın quraşdırılması məsələsi üzərində dayanılmış, onların işinə nəzarət və mayevurma rejiminin optimallaşması məsələsinə geniş yer verilmiş və nasosun işinin keyfiyyət göstəriciləri təhlil edilmişdir. Mürəkkəb istismar şəraitində işləyən nasos qurğularının iş göstəricilərinin yaxınlaşdırılması tədbirlərindən istifadə edilmiş, avadanlığın təkrar istifadəsi və təmiri məsələsinə ştanqlı nasosun iş qabiliyyəti və hidravlikası sahəsi, plunjer-silindr cütlüyünün ilkin araboşluqlarında və müxtəlif təmas uzunluqlarında nasosun işi tədqiq edilmişdir. Həmçinin klapan konstruksiyalarının və onlarda yaranan hidravlik müqavimətlər tədqiq və təhlil edilmiş, nasosun etibarlılığı, istismar amillərinin onun iş göstəricilərinə təsirinin keyfiyyət və kəmiyyətinin qiymətləndirilməsi məsələləri də ətraflı şərh olunmuş, eləcə də dəniz şəraiti üçün vacib amillərdən olan neft-qaz qurğularının korroziyadan qorunması məsələsi də öz əksini tapmışdır.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

S.d.mustafayev quyuların ştanqlı dərinliknasos üsulu ilə istismarı

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, tanınmış jurnalist Çingiz Mustafayevin doğum günüdür. Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olan Çingiz Mustafayev 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirib. Təhsilini başa vuran Çingiz təyinatla Dəvəçi rayonunda üç il həkim işləyib. Çingiz həkim olsa da, jurnalistikaya böyük həvəsi vardı. 1990-cı il 20 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi. Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə alıb. 1991-ci ildən etibarən isə həyatını tam olaraq jurnalistikaya bağlayıb.

Onu ölkədə gedən müharibə bu peşəyə daha çox bağladı.

Çingizin müharibədən başlayan jurnalist həyatı elə burada da bitdi. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya bağlandı. O 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmasında böyük rol oynadı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingizi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul etdilər.

Çingiz Mustafayev Xocalı faciəsinin dünya çapına çıxarılmasında əsas pay sahibidir.

Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllif yaradıcılığı idi. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.

Yeni nəsl Azərbaycan gəncliyinin formalaşmasında Çingizin böyük rolu olub.

1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi. O, Azərbaycanın ilk Dj kimi də tanınır. 1981-ci ilin sentyabr ayında,Çingiz Mustafayevin başçılığı altında, 12 nəfərdən ibarət “3M” adlı bir dəstə yaranıb. Bu 12 nəfər texnika ilə məşğul olurdular, daha doğrusu Light-Dj-lər və sadəcə texniklər olublar. Çingiz əlindən hər iş gələn bir insan olduğu üçün, dəstənin bütün işlərin görüb. Ancaq Çingizin əsas rolu DJ-lik və MC-lik olub. Bundan əlavə Çingiz gəncliyin normal əylənməsi üçün də öz töhvələrini verib. Bundan başqa öz repləri ilə də gənclərin sevimlisinə çevrilib. Çingiz Mustafayevin

Çingizin ölümü.

Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirən Çingiz ölümünə gedənədək kameranı söndürmədi. Ölümündən sonra Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Çingiz Mustafayev Fondunun fəaliyyəti.

Milli Qəhrəmanımızın atası Fuad Mustafayev Çingiz Mustafayev Fondunun Prezidentidir. Fond yaradıldığı 1999-cu ildən bəri xeyli işlər görüb. “İlin adamı”, “Ən yaxşı jurnalist” mükafatları və “Vətənpərvər və hərbi mahnı müsabiqəsi”ni fond həyata keçirir. Buradan “Çingiz Mustafayev” adına düşərgəyə yardım edilir. Fondun təşəbbüsü ilə Şəkidə “Çingiz Mustafayev adına Klub” yaradılıb. Fond Çingizin oğlu Fuad Mustafayevin və digər KİV işçilərinin təhsil almasına yardım edir.

Çingiz Mustafayevin adı əbədiləşdirilib

Yaşadığı binanın önündə barelyefi vurulub. DİN-nin Şüvalandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS-ÇM radiostansiyası, Azərbaycan gəmilərindən biri qəhrəmanın adını daşıyır. C.Naxçıvanski adına Hərbi Litseydə büstü qoyulub.

2011-ci ilin avqustunda Almaniyada 3 min nüsxə ilə onun təsviri olan poçt markası buraxılıb.

Comments are closed, but trackbacks and pingbacks are open.