Sahibkarlığın əsasları
Yekunda təlimdə iştirak edən və biznes planlar hazırlayan qadınlar arasında kiçik qrant müsabiqəsi keçiriləcəkdir. Müsabiqədə qalib gələn 50 qadına sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyi (qrant) ayrılacaqdır.
Təlimdə iştirak etmək istəyən xanımlardan qeydiyyatdan keçmələri tələb olunur. https://sahibkarliq.typeform.com/to/SuB2H5
“Sahibkarlığın əsasları” layihəsi həyata keçirilib
İştirakçılar müxtəlif biznes mövzuları ətrafında müzakirələr aparıblar.
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Dövlət İqtisad Universitetinin tərəfdaşlığı ilə Azərbaycanda biznes əməliyyatlarının idarə olunması üzrə peşəkar gənc kadrların formalaşmasına dəstək olacaq “Sahibkarlığın əsasları” layihəsi həyata keçirilib.
Layihənin ilk təlimçisi ABŞ-ın Vaşinqton Universitetinin magistr pilləsi üzrə məzunu, daha sonra həmin universitetdə investisiyaların cəlb edilməsi üzrə mütəxəssiz kimi çalışmış və hazırda UNEC Biznes Məktəbinin sahibkarlıq fənni üzrə müəllimi Nərmin İbrahimova olub. Layihənin ikinci təlimçisi isə Yunus Sosial Biznes Mərkəzinin direktoru, Human Foundation təsisçisi, UNEC Biznes Məktəbinin kiçik və orta sahibkarlığın idarəedilməsi müəllimi, One Young World səfiri, sosial sahibkar Fəridə Əsgərzadə olub.
XI qrant müsabiqəsinin qalibi Asif Abdullayevin müəllifi olduğu layihənin əsas məqsədi bu təlimlər müddətində gənclərin biznes ideyanın seçilməsi, marketinq araşdırması, biznes planın hazırlanmasındakı mərhələləri, habelə sahibkarlıq fəaliyyətinin hüququ tənzimləməsi, biznes ideyanın seçilməsindəki əsas meyarlar və marketinq araşdırmasında metodologiyaları haqqında nəzəri biliklərə yiyələnməsi olub.
Təşkil olunan “Sahibkarlığın əsasları” layihəsində iştirakçılar müxtəlif biznes mövzuları ətrafında müzakirələr apararaq iqtisadi analiz bacarıqlarını göstərmək üçün imkan qazanıblar.
Həmçinin gənclər layihənin gedişatı zamanı yalnız təlimlərlə kifayətlənməyib, bir neçə biznes ideyalarını komanda olaraq çalışıb təqdimatlar hazırlayaraq nümayiş ediblər.
AzNews.az
Sahibkarlığın əsasları
Sizin dərzi, bərbər, vizajist, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, tikiş, dizayner və başqa peşələr üzrə bilik və bacarıqlarınız varsa, bu bacarıqlardan istifadə edib öz biznesini qura bilərsiniz.
Bununla əlaqədar olaraq Sizi “Sahibkarlığın əsasları” mövzusunda təlimə dəvət edirik. Təlim Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ilə birgə həyata keçirdiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində keçirilir.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Bakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən layihənin məqsədi qadınlarda sahibkarlıq düşüncəsini inkişaf etdirmək, yeni bizneslərin yaradılmasına təkan verməkdir.
Yekunda təlimdə iştirak edən və biznes planlar hazırlayan qadınlar arasında kiçik qrant müsabiqəsi keçiriləcəkdir. Müsabiqədə qalib gələn 50 qadına sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyi (qrant) ayrılacaqdır.
Təlimdə iştirak etmək istəyən xanımlardan qeydiyyatdan keçmələri tələb olunur. https://sahibkarliq.typeform.com/to/SuB2H5
Son müraciət tarixi: 9 noyabr, 2018-ci il 18:00-dək.
Əlaqələndirici şəxs: Elmira Balıyeva (+994 12) 465 7242/ 43 (daxili-113)
Comments are closed, but trackbacks and pingbacks are open.