Press "Enter" to skip to content

Книга: Azərbaycan türklərinin ədəbiyyatı tarixi – Эмин Абид Гюльтекин

K 58 Adiloğlu, 2010. – 456 s.

A 37 Təhsil, 2012. – 336 s. Annotasiya

Annotasiya: Toplu iki qardaş xalq arasında ədəbi əlaqələrin öyrənilməsinə və axundovşünaslığa sanballı töhfədir. M.F. Axundzadə uzun illər Axundov soyadı ilə fəaliyyət göstərmiş və tanınmışdır. Kitabda toplanmış monoqrafiya və məqalələrin əksəriyyətinin gürcü ədəbiyyatı və mətbuatından tərcümə edildiyini nəzərə alaraq Axundov soyadı saxlanılmışdır.

Cəmi 4 : AB (1)
43. 83.3(5Aze) Aqşin Babayev-75. – Bakı : Elm və Təhsil, 2011. – 324 s.

B 13 Cəmi 5 : AB (1), O/Z (1), F15 (1), F17 (1), F25 (1)
44. 83.3(5Aze) Cabbarlı, Nərgiz Mərdan qızı. Axundzadə şəxsiyyəti.-Bakı :Təhsil, 2012.–224 s.

C 13 Annotasiya: Kitabda böyük Azərbaycan mütəfəkkiri, yazıçısı və dramaturqu Mirzə Fətəli Axundzadənin yaradıcılığı və həyat yolu elmi-publisistik yolla araşdırılır, onunla bağlı müəyyən faktlara aydınlıq gətirilir, yazıçının şəxsiyyəti, həyatı, ailəsi, övladları ilə bağlı maraqlı məqamlardan söhbət açılır.

Cəmi 5 : AB (1), O/Z (1), F11 (1), F15 (1), F25 (1)

45. 83.3(5Aze) Cənubi Azərbaycan ədəbiyyatı tarixi : XIX-XX əsrlər : 2 cilddə.I cild. – Bakı :

C 59 Nurlar NPM, 2009. – 480 s.

46. 83.3(5Aze) Dadaşov , Aydın Ərşad oğlu. Müasir Azərbaycan dramaturgiyası. – Bakı : Elm D 13 və Təhsil, 2012. – 304 s.

Annotasiya: Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Aydın Dadaşovun “Müasir Azərbaycan dramaturgiyası” kitabında müstəqillik ərsəyə gəlmiş və əsasən tamaşaya qoyulmuş pyeslər struktur, üslub və janr istiqamətində sistemləşdirilərək nəzəri baxımdan tədqiqata cəlb olunub.

Cəmi 4 : AB (1), O/Z (1), Fon (1), F11 (1)

47. 83.3(5Aze) Elçinlə ədəbiyyat söhbəti : Yaşarın Xalq Yazıçısı Elçin ilə müsahibəsi. – Bakı :

E44 Təhsil, 2012. – 200 s.

Cəmi 2 : AB (1), O/Z (1)

48. 83.3(5Aze)8я2 Əhmədov , Teymur. Azərbaycan yazıçıları : (XX-XXI yüzillikdə)

Ə 36 ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar , 2011. – 1056 s.

Cəmi 1 : O/Z (1)
49. 83.3(5Aze) Əgər Şaiq olmasaydı : məqalələr, məruzələr, xatirələr.- Bakı: Təhsil, 2012.-

Ə 35 248 s.

Annotasiya: Kitabda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin anadan olmasının 130 illiyi münasibətilə keçirilmiş elmi sessiyada səslənən məruzələr, ədibin yaradıcılığının təhlilinə həsr olunmuş elmi məqalələr təqdim edilmişdir.

Cəmi 5 : AB (1), O/Z (1), F5 (1), F7 (1), F13 (1)

50. 83.3(5Aze) Əhmədov, Bədirxan Balaca oğlu. XX əsr Azərbaycan ədəbiyyatı tarixi:

Ə 36 dərslik : 3 cilddə. I cild: icmallar, təhlillər, portretlər.- Bakı : Elm və Təhsil, 2010. – 480 s.

Annotasiya: Dərslikdə Azərbaycan ədəbiyyatı tarixinin çox az tədqiq olunmuş bir mərhələsinin (1890-1920) hadisə, istiqamət və keyfiyyətləri yeni düşüncə orbitindən dəyərləndirilir.

51. 83.3(5Aze) Əhmədov, Bədirxan Balaca oğlu. XX əsr Azərbaycan ədəbiyyatı tarixi : dərslik Ə 36 3 cilddə.2 cild : İcmalar, təhlillər, portretlər. – Bakı : Apostrof, 2010. – 436 s.

Annotasiya: Dərslikdə Azərbaycan ədəbiyyatı tarixinin ən ziddiyətli və mürəkkəb bir mərhələsinin (1920-1950-ci illər) hadisə, istiqamət və keyfiyyətləri yeni düşüncə orbitindən dəyərləndiilir.

52. 83.3(5Aze) Əli, Akif. Mirzə Ələkbər Sabirin satira sənətkarlığı: məqalələr və monoqrafi-

Ə 51 ya. – Bakı : Təhsil, 2012. – 256 s.

Annotasiya: Kitaba müəllifin ayrı-ayrı vaxtlarda M.Ə. Sabir haqqında yazdığı məqalələr və monoqrafiya daxil edilmişdir.

Cəmi 3 : AB (1), O/Z (1), F7 (1)

53. 83.3(5Aze) Əsgərli, Əlizadə Bayram oğlu. Xəlil Rza Ulutürkün poetikası : monoqrafiya . –

Ə 47 Bakı : Aspoliqraf, 2012. – 496 s. – Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xəlil Rza Ulutürkün anadan olmasının 80 illik yubileyinin keçirilməsi haqqında” 4 iyun 2012-ci il tarixli sərəncamına əsasən çap olunur.

Annotasiya: Monoqrafiyada Ulutürkün poetik təfəkkürünün mənbə və qaynaqları – milli-etnik mənbələr tədqiq olunmuşdur. İctimai-siyasi lirikasının təkamülü və onun fərdi müəyyənlik xüsusiyyətləri öyrənilmişdir.

Cəmi 5 : AB (1), O/Z (1), F2 (1), F11 (1), F17 (1)

54. 83.3(5Aze) Nəriman Həsənzadə : haqqında yazılanlar. I kitab.-Bakı : Nağıl evi,

H 63 2012.- 572 s.

Annotasiya: Kitabda şairin əsərləri çağdaş ədəbiyyatımızın görkəmli nümayəndəsi kimi dövri ədəbi prosesdə geniş şəkildə təbliğ və təhlil olunur.

Cəmi 5 : AB (1), O/Z (1), F1 (1), F2 (1), F25 (1)

55. 83.3(5Aze) Məmmədov, Alxan Bayram oğlu. Sabir Bakıda : monoqrafiya . – Bakı : Təhsil, M 51 2012. – 152 s.

Annotasiya: Monoqrafiyada görkəmli mollanəsrəddinçi şair, inqilabi poeziya məktəbinin banisi və bayraqdarı M.Ə. Sabirin elmi-tərcümeyi-halının Bakı dövrü filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun həm sabirşünaslığın uğurlarına, həm də özünün üzə çıxarıb, təhlilə ilk dəfə olaraq cəlb etdiyi tarixi, ədəbi, publisistik materiallara və arxiv sənədlərinə istinadən işıqlandırılmışdır. Əsər polemik xarakteri ilə də diqqəti cəlb edir.

Cəmi 4 : AB (1), O/Z (1), F1 (1), F2 (1)

56. 83.3(5Aze)-8 Nəbiyev, Bəkir Əhməd oğlu. Üzeyir Hacıbəylinin ömürnaməsi : fraqment-

N 49 lər. – Bakı : Şərq- Qərb, 2012. – 520 s.

Annotasiya: Akademik Bəkir Nəbiyevin “Üzeyir Hacıbəylinin ömürnaməsi” kitabı dahi bəstəkar, böyük mütəfəkkir və ictimai xadim Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını işıqlandıran “Üzeyirşünaslıq” silsiləsindən olan ilk kitabdır. Üzeyir Hacıbəylinin zəngin ömür yolunu xronoloji şəkildə əks etdirən bu kitab yeni üslubda yazılmışdır.

Cəmi 1 : Fon. (1)

Bədii ədəbiyyat

57. 84(5Aze) Abbas, Aqil. Ölülər : Mirzə Cəlilin eyniadlı pyesi əsasında. – Bakı : Təhsil,

A 13 2011. – 56 s.

Cəmi 1 : AB (1)

58. 84(5Aze) Aslan, Şəkər. Payıma düşən ömür : şeirlər. – Bakı : Avrasiya Press, 2012. – 232 s.

A 93 Cəmi 5 : AB (1), F1 (1), F2 (1), F5 (1), F6 (1)
59. 84(5Aze) Babanlı, Vidadi Yusif oğlu. Bulanlıq dünya: roman . – Bakı : Şərq-Qərb, 2011.- B 13 348 s.

Cəmi 1 : AB (1)

60. 84(5Aze) Cavid, Hüseyn. Dram əsərləri . – Bakı : Təhsil, 2012. – 496 s. -Kitab Azərbaycan

C 27 Respublikasının Prezidenti İlham Əliyevin “Hüseyn Cavidin anadan olmasının 130 illik yubileyinin keçirilməsi haqqında” 16 fevral 2012-ci il tarixli sərəncamına əsasən çap olunur.

Cəmi 5 : AB (1), F1 (1), F5 (1), F11 (1), F25 (1)

61. 84(5Aze) Cavad, Əhməd. Sən olasan gülüstan : seçilmiş əsərləri. – Bakı : Təhsil, 2012. –

C 27 192 s. – Bu kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhməd Cavadın anadan olmasının 120 illik yubileyinin keçirilməsi haqqında” 9 fevral 2012-ci il tarixli sərəncamına əsasən çap olunur.

Annotasiya: Kitab şairin 120 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilir. Kitabda şairin müxtəlif illərdə qələmə aldığı şeirləri, hekayələri, tərcümə yaradıcılığından bir nümunə, publisistik məqalələri və repressiyaya məruz qalmamışdan əvvəl müxtəlif yaradıcılıq nümunələrinə görə ittiham olunarkən etiraz məqsədilə etdiyi çıxışlar toplanmışdır. Kitab hazırlanarkən Əhməd Cavadın 1992-ci və 2005-ci ildə çap olunmuş “Seçilmiş əsərləri”ndən istifadə edilmişdir.

Cəmi 5 : AB (1), F5 (1), F6 (1), F15 (1), F17 (1)

62. 84(5Aze) Çıraqlı, Qəşəm. Bu dünya tanrıya səcdə yeridir.- Bakı : İdeal-Print, 2012. – 252 s.

Ç 68 Cəmi 1 : AB (1)
63. 84(5Aze) Elçin Pyeslər. – Bakı : Çaşıoğlu, 2012. – 944 s.

E 44 Annotasiya: Bu kitabda müəllifin müxtəlif illərdə yazılmış pyesləri toplanmışdır.

Cəmi: 12 : AB (2), F1 (1), F2 (1), F5 (1), F6 (1), F7 (1), F11 (1), F14 (1), F15 (1), F17 (1), F25 (1)

64. 84(5Aze) Həsənbəyov, Yusif Qonaq oğlu. Sualtı döyüşlə : NEXT-özgə millət : roman-

H 63 lar . – Bakı : Çağdaş As, 2012. – 464 s.

Cəmi 5 : AB (2), F1 (1), F5 (1), F7 (1)

65. 84(5Aze) İbrahimova, İradə Məmməd qızı. Yol romanı .- Bakı : Təhsil, 2012. – 128 s.

İ-18 Cəmi 1 : AB (1)
66. 84(5Aze) İsgəndərzadə, Mustafa. Seçilmiş əsərləri. – Bakı : Avrasiya press, 2012. – 680 s.

İ-76 Annotasiya: Görkəmli şair, dramaturq, tərcüməçi, publisist, filologiya və siyasi elmlər üzrə fəlsəfə doktoru Mustafa İsgəndərzadənin bu kitabına onun əlli ildən artıq bir dövrdə yazıb-yaratdığı seçmə şeirləri, poemaları və ” Səni kim unudar. ” mənzum dramı daxil edilmişdir. Onlarda yaşanmış təzadlı bir ömrün bütün ağrı-acılarını ürəyində yaşadan, qayğılarını çiynində daşıyan insanların mənəvi aləmindən səmimiyyətlə, həyəcanla söhbət açılır, öz könül haraylarını ünvanlaşdırdığı oxucularının qəlbində bitib-tükənməz vətən, millət sevgisi, vətəndaşlıq duyğuları oyadılır. Həyatın analitik təhlili və fəlsəfi dərki bu əsərlərin əsas məziyyətlərindəndir.

Cəmi 5 : AB (1), F1 (1), F2 (1), F5 (1), F6 (1)

67. 84(5Aze) Kərimbəyli, Şirin xanım Ağabala qızı . Ay adamlar, mən burdayam. – Bakı :

K 58 Adiloğlu, 2010. – 456 s.

Cəmi 3 : AB (1), F1 (1), F2 (1)

68. 84 (5Aze) Nağıyev, Nağı Kərbəlayi Kərim oğlu. Seçilmiş əsərləri.- Bakı : Təhsil, 2012.-560 s

N 16 Annotasiya: Tanınmış yazıçı, dramaturq Nağı Nağıyevin “Seçilmiş əsərləri” nə onun müxtəlif illərdə yazdığı “Həsrət” romanı, “Fəhlə ürəyi” povesti, “Ölümdən həyata” adlı pyesi və hekayələri toplanmışdır.

Cəmi 4 : AB (2), F1 (1), F2 (1)
69. 84(5Aze) Namaz, Məmməd. Günəş ömürlü insan : hekayələr və şeirlər .- Bakı : Təhsil,

N 21 2012. – 32 s.

Annotasiya: Müəllifin bu kitabına dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev haqqında uşaqlar üçün yazılmış hekayələri, “Vətən bayatıları” və şeirləri daxil edilmişdir.

Cəmi 4 : AB (2), O/Z (1), F1 (1)

70. 84(5Aze) Natəvan, Xurşidbanu. Neçin gəlməz : əsərləri. – Bakı : Təhsil, 2012. – 160 s. –

N 26 Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinin keçirilməsi haqqında” 3 aprel 2012-ci il tarixli sərəncamına əsasən çap olunur.

Annotasiya: Bu topluya istedadlı şairənin şeirləri və öz əli ilə çəkdiyi rəsmləri ilə yanaşı, həyatından maraqlı əhvalatlar, müasirlərinin, eləcə də Natəvan sevərlərin onun haqqında dəyərli xatirələri, məqalələri toplanmışdır. Kitaba müxtəlif şairlərin X. Natəvana həsr etdikləri şeirlərdən nümunələr, görkəmli heykəltəraş və rəssamların yaratdıqları heykəl və tabloların reproduksiyaları da daxil edilmişdir.

Cəmi 5 : AB (2), O/Z (1), F1 (1), F2 (1)

71. 84(5Aze) Nizami, Gəncəvi. Lirika : qəzəllər, rübailər. – Bakı : Təhsil, 2012. – 200 s. – Bu

N 75 kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” 23 dekabr 2011-ci il tarixi sərəncamına əsasən çap olunur.

Annotasiya: Kitaba dahi Azərbaycan şairi Nizami Gəncəvinin qəzəlləri, rübailəri və əsərlərindən lirik-poetik seçmələr daxil edilmişdir. Kitabın tərtibatında dahi şairin əsərlərinə çəkilmiş miniatür rəsmlərdən istifadə edilmişdir.

Cəmi 20 : AB (2), O/Z (2), F1 (2), F2 (2), F5 (1), F6 (2), F7 (1), F11 (1), F12 (1), F13 (1), F15 (2), F17 (2), F25 (1)

72. 84(5Aze) Ordubadi, Məmməd Səid. Dumanlı Təbriz : roman . I kitab, I-II hissə. – Bak

O-49 Təhsil, 2012. – 376 s. – Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyinin keçirilməsi haqqında” 10 aprel 2012-ci il tarixli sərəncamına əsasən çap olunub.

Annotasiya: Əsrin əvvəllərində Cənubi Azərbaycanda cərəyan edən hadisələr, ölkə daxilindəki iqtisadi və siyasi ziddiyyətlər, birinci rus inqilabının İrandakı milli azadlıq hərəkatına təsiri, Zaqafqaziya bolşeviklərinin beynəlmiləlçilik köməyi, xalqlar dostluğu, el qəhrəmanı Səttar xanın başçılıq etdiyi ümumxalq mübarizəsi, imperialist casuslarına və yerli hakimiyyət orqanlarına qarşı vətənpərvər qüvvələrin çıxışları romanın əsas məzmununu təşkil edir.

Cəmi 12 : AB (2), U/Ş (1), F1 (1), F2 (1), F5 (1), F6 (1), F11 (1), F12 (1), F15 (1), F17 (1), F25 (1)
73. 84(5Aze) Ordubadi, Məmməd Səid. Dumanlı Təbriz: roman. II kitab, III-IV hissə.- Bakı : O-49 Təhsil, 2012. – 720 s.

Annotasiya: Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyinin keçirilməsi haqqında” 10 aprel 2012-ci il tarixli sərəncamına əsasən çap olunub.

Cəmi 12 : AB (2), U/Ş (1), F1 (1), F2 (1), F5 (1), F6 (1), F11 (1), F12 (1), F15 (1), F17 (1), F25 (1)
74. 84(5Aze) Orucov, Hidayət Xuduş oğlu. Özüm yazmaq istərdim. – Bakı : Apostpof ,

O-58 2012.- 704 s.

Annotasiya: Müəllifin qələmindən çıxmış ingilis, rus, island, türk,şotland,gürcü və s. dillərdən tərcümə etdiyi poeziya, nəşr, dram nümunələri ötən əsrin 80-90-cı illərində ayrı-arrı kitablar şəklində, antologiyalarda, dövri mətbuatda işiq üzü görmüş və böyük maraq doğurmuşdur.

75. 84(5Aze) Orucov, Hidayət Xuduş oğlu .Əsərləri : 8 cilddə. I cild. – Bakı : Apostroff,

O-58 2011. – 480 s.

Annotasiya: Görkəmli şair-dramaturq, publisist Hidayətin “Əsərləri”nin I cildində Vətən, torpaq, həsrət, məhəbbət, lirik duyğulu, ictimai-siyasi tutumlu şeirləri daxil edilmişdir. Şeirləri oxuculara mövzularına müvafiq olaraq dörd bölümdə, tarixi-xronoloji təqdim olunur.

Cəmi 1 : AB (1)

76. 84(5Aze) Orucov, Hidayət Xuduş oğlu. Əsərləri: 8 cilddə. II cild : Şair qələmi ilə. – Bakı : O-58 Apostroff, 2011. – 480 s.

Annotasiya: Yazıçının “Əsərləri”nin II cildinə “Doxsanıncı il”, “Həsrət” bömələrindən ibarət “Poeziya”, “Günorta”, “Ömürdən uzun gecə”, “İrəvanda xal qalmadı” və “Tamaşaşadan sonra” adlı povestlərindən ibarət “Nəsr” əsərləri, həmçinin “İrəvana 7 məktub” adlı orijinal publisistik əsəri daxil edilmişdir.

77. 84(5Aze) Orucov, Hidayət Xuduş oğlu. Əsərləri : 8 cilddə. III cild : Dramaturgiya teatr . – O-58 Bakı : Apostroff, 2011. – 480 s.

Annotasiya: Şair-dramaturq kimi tanıdığımız Hidayətin “Əsərləri”nin bu cildinə beş dram əsəri-“Məhəbbət yaşayır hələ”, “Məni qınamayın”, “Bu dünyanın adamları”, “İrəvanda xal qalmadı”, “Burdan min atlı keçdi” pyesləri və ədibin teatr barədə nəzəri və praktik ğörüşlərini özündə əks etdirən məqalələri daxil edilmişdir.

Cəmi 1 : AB (1)

78. 84(5Aze) Orucov , Hidayət Xuduş oğlu. Əsərləri : 8 cilddə. IV cild : Vətən əsirdir.

O-58 Vətən! . – Bakı : Apostroff, 2011. – 480 s.

Annotasiya: Yazıçının bu cildinə daxil edilmiş “Burdan min atli keçdi” əsərində tarixən əzəli türk torpaqları oımuş Qərbi Azərbaycanda (indiki Ermənistan) azərbaycanlı türklərin yaşadığı ictimai-siyasi şərait. ədəbi-mədəni mühit, ictimai və dövlət xadimlərinin həyatı bütövlükdə soydaşlarımızın on illər boyu məkrli erməni siyasətin\ə qarşı apardıqları mərd və mətin mübarizə qələmə alınmışdır.

Cəmi 1 : AB (1)

79. 84(5Aze) Orucov, Hidayət Xuduş oğlu. Əsərləri : 8 cilddə. V cild : Sözün vaxtı / red.

O-58 S. Nəzərli; rəs. A. Hüseynov. – Bakı : Apostroff, 2011. – 536 s.

Annotasiya: Bu cildin adı-“Sözün vaxtı” təsadüfi seçilməyibdir. Həqiqətən, ötən əsrin 80-90-ci illərində Ermənistanın Azərbaycana hərbi təcavüzünün qanlı-qadalı günlərində respublikamızın sayılıb-seçilən ziyalıları, dövlət xadimləri. sənətkarları arasında Hidayətin publisistikası öz kəsəri, sərtliyi və mübarizliyi ilə başqalarından kəskin fərqlənirdi. O, sözünün vaxtını da, vaxtın, zamanın sözünü də məqamında zərgər dəqiqliyi ilə seçə bilirdi.

Cəmi 1 : AB (1)
80. 84(5Aze) Orucov, Hidayət Xuduş oğlu. Əsərləri : 8 cilddə.VI cild : Şəxsiyyət. Zaman.-

O-58 Bakı : Apostroff, 2011. – 464 s.

Annotasiya: Yazıcının əsərlərinin VI cildinə sırf publisistik əsərləri daxil edilmişdir və onlar üç iri- “Millət. Dövlət. Cəmiyyət”. “Şəxsiyyət” və “Unudulmaz insanlar” adlı bölümlərdə təqdim olunur.

Cəmi 1 : AB (1)

81. 84(5Aze) Orucov , Hidayət Xuduş oğlu. Əsərləri : 8 cilddə. VII cild : Dövlət. Millət.

O-58 Din. – Bakı : Apostroff, 2011. – 472 s.

Anotasiya: Bu cild bütövlükdə dövlət, millət və din münasibətlərinə həsr olunub. Burada yazıçının müxtəlif mətbuat orqanlarıda dərc olunmuş publisistik məqalələri, müsahibələrihəmçinin xidməti vəzifəsiilə əlaqədar bir sıra ölkədaxili və beynəlxalq tədbirlərdə- konfranslarda, simpozimlarda, rəsmi görüşlərdə və “dəyirmi masa”larda etdiyi məruzə və çıxışları verilmişdir.

82. 84(5Aze) Rza, Xəlil Ulutürk. Seçilmiş əsərləri. – Bakı : Təhsil, 2012. – 560 s.

R 99 Annotasiya: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında nəşr olunmuş bu kitabda Əməkdar incəsənət xadimi, Xalq şairi, ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, milli istiqlal mücahidi Xəlil Rza Ulutürkün şeir və poemalarından seçmə nümunələr xronoloji ardıcıllıqla verilmişdir. Seçim zamanı poetik nümunələrin mövzu, ideya-məzmun, vəzn və janr müxtəlifliyi nəzərə alınmışdır.

Cəmi 12 : AB (2), O/Z (1), U/Ş (1), F1 (1), F2 (1), F5 (1), F6 (1), F7 (1), F11 (1), F12 (1), F15 (1)

83. 84(5Aze) Sabir, Mirzə Ələkbər. Hophopnamə . – Bakı : Təhsil, 2012. – 552 s.

S 13 Annotasiya: Sabirin bütün əsərlərini əhatə edən bu kitabda onun satirik şeirləri ilə yanaşı, müəllifin ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, qəzəlləri, məktəb uşaqları üçün qələmə alınmış şərqi, mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və felyetonları, ədəbi-publisist məqalələri, müxbir yazıları və məktubları yeni tərtib prinsipləri üzrə toplanmış, onlara qeydlər verilmiş, çətin başa düşülən sözlər üçün lüğət əlavə edilmişdir.

Cəmi 12 : AB (1), O/Z (1), U/Ş (1), F1 (1), F2 (1), F5 (1), F6 (1), F7 (1), F11 (1), F15 (1), F17 (1), F25 (1)

84. 84(5Aze) Sadıqova, Mənzərə. – Bakı : Elm və Təhsil, 2011. – 428 s.

S 16 Annotasiya: Kitabda müəllifin bədii-fəlsəfi düşüncələri, lirik yaradıcılığı, elmi-publisistik məqalələri toplanmışdır.

85. 84(5Aze) Şənol, Şükür. . aranızdakı bir mələk : poeziya. – Bakı : Yazıçı, 2012. – 224 s.

S 48 Annotasiya: Şükür Şənolun bu kitabına erkən gənclik illərində və yeni yüzilliyin 2010-cu ilinə qədər bir dövrdə qələmə aldığı yazılar daxil edilmişdir. “Ağ qoç, qara qoç”(1988), “Nə gözəl, onu andı, sevdi, düşündü hər türk” (1989), “Son bahar rüzgarları” (1999), “. aranızdakı bir mələk” (2007), “. bu eşqin bir anlamı” (2007), “yüz ildən bir sətir” (2009) və s. əsərləri təsdiqləyir ki, müəllif fərqli, dəyişik və qeyri-adi ifadə tərzi ilə özünə xas bir üslubun sahibidir. Bənzərsiz, səlis, axıcı yazı dəsti-xətti olan Şükür Şənolun yaşam dünyası ilə şeirləri iç-içədir, o, mövzunu gerçək həyatdan alır.

86. 84(5Aze) 150 şeir : poeziya almanaxı. – Bakı : Təhsil, 2012. – 168 s.

Y 99 Cəmi 4 : AB (2), F1 (1), F2 (1)

Rus dilində:

87. 84(5Азе) Гидаят. И свет обретем : стихотворения и поемы. – Москва : Форум,

Г 46 2012. – 200 с. ; 21,5 см.

Всего 2 : АБ (1), Ф1 (1)

88. 84(5Азе) Ордубади, Мамед Саид . Кровавые годы. – Баку : Şərq-Qərb, 2010.- 184 с.

О-65 Аннотация: Книга известного азербайджанского писателя Мамеда Саида Ордубады ” Кровавые годы ” посвящена событиям на Кавказе в 1905-1906 годы, жестоким армяно-азербайджанским столкневениям.

Всего 1 : АБ (1)

89. 84(5Азе) Сеидов, Самед Исмаил оглы. Психология в стихах .-Баку : Мутарджим, С 28 2012. – 84 с.

Всего 1 : АБ (1)
Türk dilində:
90. 84(5Aze) Ahundzade, Mirze Feteli. Bir Cimrinin Hikayesi : komediler. – Bakü :

A 27 Təhsil, 2012. – 200 s.

Всего 14 : AB (2), O/Z (1), U/Ş (1), F1 (1), F2 (1), F5 (1), F6 (1), F7 (1), F11 (1), F13 (1), F15 (1), F17 (1), F25 (1)

İngilis dilində:

91. 84(5Aze) Elchin. My Favourite Madman and Other Plays . – Baku : Aspoliqraf,

E 43 2012. – 312 p.

Annotasiya: This is a book of English translations of the following plays by People’s Writer Elchin, one of the leading figures of modern Azerbaijani literature: My Favourite Madman, Shakespeare, Citizens of Hell and Telescope.

Cəmi 8 : AB (1), O/Z (1), F1 (1), F2 (1), F5 (1), F6 (1), F7 (1), F11 (1)

Xarici ölkələr ədəbiyyatı:

92. 84(2Рос=Рус)1 Puşkin, Aleksandr Sergeyeviç. Seçilmiş əsərləri : şeirlər, poemalar,

P 90 mənzum. – Bakı : Çağdaş As, 2012. – 336 s.

Annotasiya: Kitaba “Rus poeziyasının günəşi” A.S. Puşkinin şeirlərindən ən gözəl nümunələr, “Baxçasaray fontanı”, “Qaraçılar”, “Tunc atlı” poemaları və “Yevgeni Onegin” mənzum romanı daxil edilmişdir.

Cəmi 5 : AB (1), U/Ş (1), F12 (1), F15 (1), F17 (1)

93. 84(7Coe) Biçer-Stou, Harriyet. Tom dayının daxması : roman. – Bakı : Gənclik, 2012. –

B 61 480 s.

Annotasiya: Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqiçilk, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz mərhumiyyətləri ustalıqla qələmə alınmışdır.

94. 84(5Каз) Kelimbetov, Nemət. Ümidimi itirmək istəmirəm : povest-monoloq.-Bakı :

B 61 Təhsil, 2012. – 168 s.

Annotasiya: İstedadlı Qazax yazıçısı və ədəbiyyatşünas Nemət Kelimbetovun “Ümidimi itirmək istəmirəm” povest-monoloqu olduqca maraqlı və unikal bir əsərdir. Tanınmış tərcüməçi Tehran Vəliyevin ana dilimizə çevirdiyi bu kitab insan ruhunun, insan iradəsinin qüdrətini, əsl məhəbbətin və həmişə hər şeyə qalib gələn həyat eşqinin gücünü tərənnüm edən dəyərli bir kitabdır.

85.12 Dekorativ tətbiqi incəsənət

Azərbaycan dilində

95. 85.125(5Aze)я73 Hüseynov, Məmmədhüseyn. Xalça sənətində naxış yaddaşı : dərs

Книга: Azərbaycan türklərinin ədəbiyyatı tarixi – Эмин Абид Гюльтекин

Kitaba 1938-ci ildə, 40 yaşı tamam olmamış güllələnmiş, repressiya qurbanı Əmin Abidin əsərləri daxil edilmişdir. Qorqudşünas, folkorçu, nəzəriyyəçi və ədəbiyyat tarixçisi alimin elmi əhəmiyyətini bu gün də qoruyub saxlayan, indiyədək çap olunmamış çoxcildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini, “Heca vəzninin tarixi”, “Türk xalq ədəbiyyatinda mani növü və Azərbaycan bayatılarının xüsusiyyəti”, “Kitab-i Dədə Qorqud”la bağlı məqalələrini, türkçənin təkamülü və folklorla bağlı digər araşdırmalarıını oxuyanlar müasirlərinin onun araşdırmalarını neçə mənimsəyərək öz adlarına çap etdirdiklərinin şahidi olacaqlar.

Скачать книгу в форматах: fb2 &nbsprtf &nbspepub &nbsptxt &nbsppdf &nbsppdf (мобильная версия) &nbspfb3 &nbsp

Читать книгу “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” Эмина Абида Гюльтекина
(фрагмент)

Данное произведение размещено по согласованию с ООО “ЛитРес” (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Оплатили, но не знаете что делать дальше?

Azərbaycan ədəbiyyatı tarixi 3 cilddə

Həmid Araslı Azərbaycan elmində böyük xidmətləri və öz səsi-sözü, dəsti-xətti olan görkəmli alimlərimizdəndir. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində apardığı sanballı tədqiqat işləri ilə öncül mövqeyə sahib olmuş akademik Həmid Araslı çoxşaxəli araşdırmaları ilə ədəbiyyatşünaslığımızın inkişafına böyük töhfələr vermişdir.

1909-cu il fevral ayının 23-də Gəncə şəhərində dünyaya göz açan Həmid Hacı Məmmədtağı oğlu Araslı ilk təhsilini Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə almağa başlamış, daha sonra Gəncə Darülmüəllimi Seminariyasında oxumağa davam etmişdir. 1929-cu ildə Bakıya gələrək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə, 1932-ci ildə isə aspiranturaya daxil olur,eyni zamanda SSRİ EA-nın Azərbaycan filialının nəzdindəki kitabxananın şərq şöbəsində müdir işləyir. Həmin illərdə şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi mühüm bir işə başlayır və tezliklə yaratdığı fondun direktoru olur. O, həmçinin, Nizami adına Ədəbiyyat və Dil İnstitutunda müxtəlif şöbələrə rəhbərlik etmiş, 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur. 1954-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək professor adını alır.

Alimin tərcümeyi-halından da göründüyü kimi, Gəncə mədrəsəsində təhsil alması, ərəb və fars dillərini mükəmməl öyrənməsi, orta əsrlər ədəbiyyatımızı bu dillərlə canlı təmasda, üzvi əlaqədə öyrənməyin labüdlüyünü dərk etməsi böyük fenomenin ilk yaranma səbəblərindən olmuşdur. Çünki ərəb və fars dillərini bilmədən Xaqani, Məhsəti, Nizami kimi farsca yazan şairlərimizin irsi bir yana, heç Nəsimi və Füzuli kimi ana dilimizdə, o zamankı ədəbi dilimizdə yazanların da poetik dünyasının dərinliyinə gedib, onları açmaq mümkün olmazdı.Qətran Təbrizi , Xaqani Şirvani, Məhsəti Gəncəvi, Marağalı Əvhədi, Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai kimi klassiklərin yaradıcılığını ilk mənbələr əsasında araşdırıb ədəbiyyat tarixində mövqelərini müəyyən edən görkəmli mütəxəssis – akademik Həmid Araslı idi. Bu sənətkarların bir çoxunun əsərlərinin ilk nəşri üçün də biz Həmid Araslıya borcluyuq.

Azərbaycanda Nizami Gəncəvi haqqında ilk araşdırma aparan, onu təbliğ edən, şairin türk olduğunu sübut edən alim akademik Həmid Araslıdır. O, Nizamini Yaxın Şərq ədəbiyyatında müharibələr əleyhinə çıxan, insanları dinc, müharibəsiz, mehriban yaşamağa dəvət edən, həmçinin müsbət qadın obrazları yaratmış ilk sənətkar kimi xarakterizə edir. Böyük alim “Xəmsə”də 100-ə qədərtürk sözləri olduğunu və Azərbaycan atalar sözlərindən istifadə olunduğunu arayıb tapmış, bununla da Nizaminin türk olmasına dair şübhələri alt-üst etmişdir.

Ana dilli şeirimizin peyğəmbəri Füzuli haqqında da ilk böyük tədqiqat əsərini Həmid Araslı yazıb nəşr etdirmişdir.

Lakin şərq dillərini yaxşı bilməsi vaxtilə onun üçün böyük başağrısına da səbəb olmuşdu. Yaratdığı Şərq Əlyazmaları fonduna görə 1937-ci ildə “sovet ideologiyasına zidd əlyazmaları və köhnə kitabları topladığı və saxladığı üçün” işdən azad edilmiş və komsomol sıralarından xaric olunmuşdu.

Həmid Araslı hər şeydən əvvəl böyük ədəbiyyat tarixçisi idi. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması H.Araslının adı ilə bağlıdır. 1943-1944-cü illərdə 2 cilddə “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”, 1957-1960-cı illərdə 3 cilddə “Azərbaycan ədəbiyyatı tarixi”nin yazılmasında akademikin rolu əvəzsizdir. Hər iki nəşrin I cildləri üçün VIII əsrdən XVIII əsrədək 1000 illik bütöv bir epoxanın Azərbaycan ədəbiyyatına dair aparıcı, ümumiləşdirici elmi oçerkləri akademik Həmid Araslı yazmışdı. Bu əsərlər öz yüksək elmi qiymətini indi də qoruyub saxlayır. Həmid müəllim on illər boyu haqlı olaraq Azərbaycanda ədəbiyyat tarixçiliyinin çox mötəbər patriarxı kimi şərəfləndirilmiş, ədəbiyyat tariximizə aidbir çox dərsliklərin yazılması ona həvalə edilmişdir.

“Kitabi Dədə Qorqud” dastanının taleyində isə Həmid müəllimin tarixi xidmətləri ölçüyəgəlməzdir. O, “Dədə Qorqud” boylarını 30-cu illərin əvvəllərində öyrənməyə başlamış, eposu 1939-cu ildə latın qrafikalı əlifba ilə çap etdirmişdir. H.Araslı eposa bir Azəbaycan ədəbi abidəsi kimi yanaşmış, eposun dilinin məhz Azərbaycan dili qanun-qaydalarına daha çox uyğun gəldiyini elmi əsaslarla sübut etmiş,buna görə o vaxtlar haqsız tənqid və təqiblərə məruz qalmışdı. Belə ki, həmindövrdə“Dədə Qorqud” boylarına millətçilik damğası vurulmuş,epos milli folklorumuz, mədəniyyətimiz üçün yad bir əsər elan olunmuşdu. Professor Həmid Araslı isə bu ədalətsiz qərara qarşı etirazını bildirmiş, üstəlik dastanla bağlı araşdırmalarını davam etdirərəksonrakı illərdə onu düzəliş və təshihlərlə dəfələrlə nəşr etdirmişdir.

Professor Həmid Araslı “Koroğlu”, “Şah İsmayıl”, “Əsli və Kərəm”, “Aşıq Qərib” kimi dastanlarımızın araşdırılmasında da fədakarlıq göstərmiş, həmçinin, sovet dövründəyaranmış, müasir həyatın yeniliklərini əks etdirən yeni dastanları da tədqiq etmişdir.

H.Araslı şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini də tədqiq etmiş, orta əsrlər Azərbaycan ədəbi əlaqələrini araşdırmışdır.

Görkəmli ədəbiyyatşünas alim, tənqidçi, H.Araslının tələbəsi olmuş Əziz Mirəhmədov müəlliminə yeni ad alması münasibətilə göndərdiyi təbrik məktubunda yazırdı: “Əziz müəllimim!Tarixin zülmətləri içindən çıxardığınız sənət inciləri üçün ellər Sizə həmişə minnətdar olacaq”.

Doğrudan da, nə qədər ki, Azərbaycan ədəbiyyatı və elmimizdə ədəbiyyat tarixi məsələsi var, o qədər də akademik Həmid Araslı yaşayacaq.

Məqalənin hazırlanmasında 70, 368, 386, 724 nömrəli fondların sənədlərindən istifadə olunmuşdur.

Xatirə QƏDİROVA

S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət

arxivinin aparıcı arxeoqrafı

Похожие статьи

  • Azərbaycan ədəbiyyatı tarixi 6 cilddə

    Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi problemi Əlavə dərslik və ədəbiyyat: Həsən Səfəri “Cənubi Azərbaycan ədəbiyyatı tarixi XIX-XX əsrlərdə”…

  • Azərbaycan tarixi 7 cilddə 5 ci cild

    Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər). Redaktorlar M. İsmayılov, N. Maksvell Bakı, “Elm”, 2008, 696 səh. + 40 səh. illüstrasiya….

  • Azərbaycan tarixi yeddi cilddə i cild

    Azərbaycan tarixi. Yeddi cilddə. I cild (2007) Qarabağda Quruçay və Köndələnçay vadisində erkən tunc dövrünə aid bir-birinin yaxınlığmda yerləşən onlarla…

  • Azərbaycan tarixi bdu

    Azərbaycan tarixi bdu Həmçinin hər il başda Bakı Dövlət Universiteti olmaqla Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Türkdilli Birliklər…

  • Azərbaycan tarixi yeddi cildlik vi cild

    Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 – iyun 1941). Redaktor Camil Quliyev Sədulla NURİYEV Bakı Dövlət Universiteti tarix fakültəsi, III…

Comments are closed, but trackbacks and pingbacks are open.