Press "Enter" to skip to content

Sahələrin mühasibat uçotu

Təlim müddəti:

Sahələrin mühasibat uçotu

Mühasibat uçotu və audit müəssisələrin olmazsa olmazıdır. Müəssisələrin gələcəkdəki fəaliyyətlərini planlaması və indiki maliyyə vəziyyətlərinin müəyyən edilməsi mühasibat uçotunun verdiyi məlumatlara əsaslanır. Hər bir müəssisənin işlərin gedişatını, gələcəkdə onları nələrin gözlədiyini, görüləcək işlərin maliyyə hesabatlarının nəticələrinə dayanaraq proqnozlaşdırılması və digər hallar üçün vacib rol oynayır. Həmçinin şirkətin maliyyə durumu və ona nəzarətin nə yerdə olması idarəçiləri və digər istifadəçiləri maraqlandıran ən önəmli nüanslardandır. Maliyyə hesabatlarının hazırlanmasından sonra istifadəsi baxımından istifadəçilər iki yerə bölünür: daxili və kənar istifadəçilər. Anlaşılmazlıqlara yol verilməməsi və doğru qiymətləndirilməsi üçün Beynəlxalq Mühasibat Uçotu Standartları yaradılmışdır. Bu standartlar Avropada İFRS, Amerikada GAAP tərəfindən dəstəklənir. İFRS prinsiplərə dayanaraq geniş seçim imkanları verir, GAAP isə qayda və qanunlar əsasında yalnız nələri qəbul etməli olduqlarını göstərir.

Auditor fəaliyyəti sahibkarlıq fəaliyyətinin növlərindən biridir. O, iqtisadi subyektlərin mühasibat və maliyyə hesabatlarının müstəqil şəkildə yoxlanılması ilə məşğuldur.

Hər bir sahədə olduğu kimi mühasibatlıqda da uğurlu kariyera qurmaq mümkündür. Mühasib öz işinin öhdəsindən nəzəriyyə və praktikanın birlikdə tətbiqi vasitəsilə gələ bilər. Çoxlu mütaliələr etməklə mühasib özünü təkcə ixtisas yönümlü deyil, həm də sosial cəhətdən inkişaf etdirə bilər. Başqa yollara nəzər yetirsək, ixtisasın peşəkarları ilə güclü əlaqələr yaratmaq, ünsiyyət saxlamaqla müzakirələr aparmaq da inkişafa təkan verir. Deyək ki, bir mühasib özünü işinin mütəxəssisi olaraq yetişdirmək istəyir, lakin nə etməli olduğunu, hardan necə başlayacağını bilmir. Belə olduğu halda artıq bu yolu keçmiş şəxslərdən bu mövzuda məsləhət ala bilər. Uyğun təlim və seminarlarda da mümkün qədər çox iştirak etmək də inkişafda pay sahibi ola bilir.

Sadəcə 10 il geriyə dönüb baxsaq , mühasibatlığın elə də inkişaf etmədiyini, kiçik və orta şirkətlər tərəfindən önəmsənmədiyini görmək mümkündür. Lakin hazırda bazarda ən rəqabətcil sahələrdən birinə çevrilməkdə, bu sahəyə tələbat artmaqda davam edir. Bununla əlaqədar mühasibatlığın tədrisiylə bağlı onlarla tədris mərkəzləri fəaliyyət göstərir. Mühasibatlıq dünya standartlarına dayalı olduğu üçün ilk başlarda yüksək faiz yer tutan milli mühasibatlığı artıq sıxışdırıb çıxarmağa istiqamətlidir. Bu mövqedən çıxış edərək kurslar həm də beynəlxalq sertifikat təkliflərini də verirlər. ACCA , CİMA , CFA , DipİFR kimi beynəlxalq serifikatlara sahib olan şəxs digər mühasiblərdən çox daha üstdədir. Nümunə üçün deyə bilərəm ki, orta rəqabətli hər hansı bir şirkətə iş üçün müraciət etdiyiniz zaman dil biliyinin yanında bir də ACCA sertifikatlarınız varsa, HR-ların diqqətindən kənarda qalmayacağınıza əmin ola bilərsiniz. ACCA özü Fundamental və Performance olaraq iki mərhələdə qruplaşır. Fundamental ilkin səviyyə olmaqla 9, Performance yüksək səviyyə olmaqla 7 imtahandan ibarətdir.

Bununla bərabər bir mühasib üçün beynəlxalq sertifikatlar nə qədər önəmlidirsə, Excell, 1C proqramlarını və vergi uçotunu da mükəmməl bilmək bir o qədər vacibdir. Təbii ki bunları bilməklə iş bitmir.

Azərbaycanda mühasibat ixtisası üzrə təhsil alan tələbə iş tapmaq və təcrübə qazanmaq üçün universiteti bitirməyi gözləməməlidir. Nəinki mühasibatlıq, eləcə də digər bütün ixtisaslarda da bu belədir. Tələbə özünü tələbəlik illərindən yetişdirməyə başlamalıdır. Düşünürəm ki, Azərbaycan təhsili və iş həyatı arasındakı əlaqədə ən böyük problemlərdən biri və birincisi budur. Həm ölkəmizin təhsil səviyyəsi hələ o səviyyəyə gəlib çata bilməyib. Bu səbəblə Amerika, İngiltərə, Kanada, Finlandiya, Norveç, Yaponiya, Çin kimi bir sıra xarici ölkələrin top universitetlərində təhsili davam etdirərək daha geniş imkanlar əldə etmək mümkündür. Saydığım ölkələrin ən qabaqcıl universitetlərində təhsil almaq bir çoxlarımızın xəyalıdır. Həmçinin bugünün trendi olan Big4 şirkətləri (Deloitte, PwC, KPMG, EY) də bu xəyallar sırasına daxildir.

Bəs Mühasibat Uçotu və Audit yolunda uğur qazanmaq üçün necə addımlamaq lazımdır? Universitetler illərinə nəzər salaq. Yuxarıda da qeyd etdiyim kimi, tələbələr elə sanırlar ki, iş tapmaq üçün ilk öncə universiteti bitirmək lazımdır və 4 ilin bitməsini gözləyirlər. 4 il bitəndən sonra da müəssisələrə müraciət edəndə müəssisələrin təcrübə tələbinə verəcək cavabları olmur. Beləcə ömürlərinin 4 ilini heç etmiş olurlar. Valideynlər də dönə-dönə vurğulayırlar ki, ölkədə iş yoxdur. 3-cü kurs tələbəsi kimi deyə bilərəm ki, 1- ci və 2- ci kursları boş-boşuna keçirmək əvəzinə, tapa bildiyiniz bütün təlim və seminarlarda iştirak etmək, ingilis və rus dillərini sərbəst mənimsəmək, MC Office programlarını öyrənmək lazımdır. Bu siyahıya proqramların sayını artırmaq olar. Könüllülük proqramlarında üzv yaxud könüllü olaraq da böyük təcrübələr qazanmış olacaqsınız. 3- cü kursa keçdikdə artıq ixtisasla bağlı minimum səviyyədə olsa da məlumat olmuş olur. Bu o deməkdir ki, artıq şirkətlərin açıq elan etdiyi ödənişsiz təcrübə proqramlarına könül rahatlığı ilə müraciət edə bilərsiniz. Tələbəlik dövründən kimlərəsə pulsuz işləməyə çəkinməyin. Önəmli olan pul deyil, nə dərəcədə təcrübə qazanmağınızdır. Təcrübə proqramlarının müddəti 2-3 ay, bəzən də 6 ay olur. 3- cü kursda 2, 3 təcrübə proqramından yararlana bildinizsə, digər tələbələrdən 1-0 öndə olmaq deməkdir. Bəzən təcrübə proqramını elan edən şirkətlər dolayısıyla özlərinə işçi axtarışında olurlar. Bu da sizin aktivliyinizdən asılı olaraq təcrübənin bitdikdən sonra da işinizə davam edə biləcəyinizə əsas verir. Beləcə qurduğunuz bu plan əsasında 3-cü və 4-cü kurslardan artıq iş sahibi də olmuş olacaqsınız. Gələk işin CV tərəfinə. Əldə etdiyiniz ilk uğurunuz təbii ki, ali təhsil almağınızdır. Daha sonra dil bilikləriniz var, hansı ki 1- ci, 2- ci kurs dönəmində öhdəsindən gəlmişdiniz. Kompüter bilgiləriniz var, könüllülüyünüz var, artıq təcrübəniz də olmuş oldu. Sertifikatlar mövzusunda boşluq görülür. Ola bilər ki, istəyiniz sizi ya ACCA-ya, ya CİMA-ya, yaxud da maliyyə tərəfinə yönəlir (CFA). Bu da sizi onların beynəlxalq sertifikatlarını almağa sövq edir. Bütün bunlarla bərabər paralel şəkildə hərgün mütaliəni unutmamaq lazımdır, həm ixtisasla əlaqəli, həm də zövqə görə bədii, yaxud elmi.

Bütün bu 4 il ərzində bu zəhmətli yoldan keçə bildinizsə, əmin olun ki, siz işi yox, iş sizi axtaracaq, siz uğuru yox, uğur sizi tapacaq. Hər birimizə uğurlar!

Hüriyyət Allahverdiyeva
Bakı Mühəndislik Universiteti
Mühasibat Uçotu Və Audit – Az3

Sahələrin mühasibat uçotu

Mühasibat uçotu – vacib və mürəkkəb bir sistemdir . Bu sistemin düzgün və effektiv qurulmasından, bəzi hallarda, müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesabatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır.

Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də.

İdarə heyyətinin vaxtında və düzgün idarəetmə uçotunun məlumatları ilə təmin etməsindən, onların müəssisənin fəaliyyəti ilə bağlı effektiv qərarların qəbul edilməsi asılıdır.

Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır.

Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir.

Mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin hazırki vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar.

Saytın bu hissəsində mühasibat uçotunun əsasları, əsas təsərrüfat sahələrinin mühasibat uçotu, uçotun təşkili və müxtəlif növ müəssisələrdə uçotun aparılması qaydaları veriləcək.

Bildiyimiz kimi hal-hazırda Mühasibat Uçotunun Beynəlxalq Standartlara keçidi prosesi gedir. Bunu nəzərə alaraq çalışacayıq ki, mövzularda həm köhnə, həm də yeni uçot standartları barədə danışaq.

Maliyy? hesabatlar?n?n beyn?lxalq standart?na ?sas?n icar? m�qavil?si �zr? g?lir v? x?rcl?rin maliyy? hesabatlar?nda .

qtisadi subyektl?rd? nizamnam? kapital?n?n formala?mas?n?n m�xt?lif formalar? m�vcuddur. Nizamnam? kapital?na .

Nazirl?r Kabineti “Elektron al?? akt?n?n formas?n?n, t?tbiqi, u�otu v? istifad?si Qaydalar?” v? “Elektron al?? akt?”n?n formas?n? t?sdiq edib.

Sahibkarl?q subyektl?rinin maliyy? durumunu m�?yy?n etm?y? imkan ver?n ?n vacib g�st?ricil?rd?n .

M�vcud qanunvericiliy? ?sas?n, p?rak?nd? ticar?tl? m. ul olan vergi �d?yicil?ri g?lirl?rinin v? x?rcl?rinin vaxtl?-vaxt?nda d?qiq u�otunu aparma?a borcludurlar. .

Íĺ ěîăó ńîçäŕňü ńîĺäčíĺíč

Mühasibat uçotu üzrə 2 aylıq təlim hazırlığı

Muhasibatlıq sahəsini 0-dan, tam praktiki olaraq öyrənmək üçün Sizi “PORT Education Center” MMC-nin təşkilatçılığı ilə keçirilən “Muhasibat uçotu” təlim proqramına dəvət edirik. Qeyd edək ki, təlimdə keçirilən mövzularla siz muhasibat sahəsini daha dərindən mənimsəyə biləcəksiniz

Təlimçi Samirə Kazımova hal-hazırda Azərbaycan Respublikası Auditorlar Palatası lisenziyası ilə fəaliyyət göstərən “İnvest Audit MMC” şirkətinin baş mühasibi vəzifəsində işləyir. Muhasibatlıq sahəsində 20 ildən çox təcrübəsi var. Eyni zamanda APFM üzvüdür.

İFRS diplomu (87 bal), “Peşəkar Muhasib Sertifikat”ın sahibidir.

Təlimdə keçirilən mövzuları sizə təqdim edirik:

  • Mühasibat uçotu anlayış. Hesablar planı, maliyyə bərabərliyi,debet/kredit
  • Kassa və bank əməliyyatları; ƏDV depozit hesabı
  • Ehtiyatlar ilə bağlı əməliyyatlar
  • Debitor və Kreditor borclar ilə bağlı əməliyyatlar;
  • Əmək haqqının, məzuniyyətin hesablanması və müxabirləşmə
  • Əsas vəsaitlər; əsas vəsaitlərin alışı, satışı, qəbul edilməsi, amortizasiyası
  • Qeyri Maddi aktivlər; Qeyri-maddi aktivlərin alışı, satışı, qəbul edilməsi, amortizasiyası
  • Təhtəlhesab şəxslərlə hesablaşmalar, ezamiyyə normalarının hesablanması
  • Sınaq Balansı, mənfəət və zərər haqqında hesabat. İl sonu Balans Dövriyyə, Balans və Mənfəət Zərər cədvəlinin hazırlanması
  • AR-nın Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər, AR-nın vergi qanunverici-liyi, vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları. Vergi ödəyicisinin hüquqları ,Vergi ödəyicisinin vəzifələri
  • Rəsmi portallarda praktiki tədris. E taxes, stat.gov.az, e gov az, internet bankçılıq-dan istifadə
  • Aksizlər, Əmlak vergisi, Torpaq vergisi, Yol vergisi, Mədən vergisi,Sadələşdirilmiş vergi
  • ƏDV anlayışı və mahiyyəti Alış və satış əməliyyatları
  • Vergi Hesabatları və Hazırlanması təqdim edilməsi, Muzdlu və qeyri muzdlu işlə əlaqədar Vahid Bəyannamə MDSS
  • Fiziki şəxslərin Gəlir vergisi. Hüquqi şəxslərin Mənfəət vergisi.

1C proqramında keçirilən mövzular:

  • Kassa və bank əməliyyatları;
  • ƏDV depozit hesabı
  • Kassa əməliyyatlarının uçotu, bank mədaxil və məxariclərinin işlənməsi
  • Ehtiyatlar ilə bağlı əməliyyatlar; ehtiyatların uçotu aparılan hesablar, ehtiyatların mədaxil və məxaricinin uçotu, mal-materialların silinməsinin metodları,
  • Anbarın 1C proqramında işlənməsi.
  • Alqı Satqı əməliyatları 1C proqramında işlənməsi.
  • Əmək haqqının, məzuniyyətin hesablanması və müxabirləşmələrinin hazırlanması.
  • Əsas vəsaitlər mədaxil və məxariclərinin , amortizasiya işlənməsi.
  • Hesabatlar, əl əməliyyatları.

Qeyd:

Təlimi müfəvvəqiyyətlə bitirən tələbələri muhasib vəzifəsinə işlə təmin edirik!

Təlim müddəti:

Muhasibat uçotu 2 ay

1C proqramı 1 ay

Əyani qrup həftədə 1 dəfə 6-cı günlər 11:00-14:00 (15 dəqiqə fasilə ilə)

Caspian Plaza Lütfizadə Mərkəzində keçirilir.

Online qrup 2 və 5-ci günlər 19:00-20:30 olmaqla 1.5 saat davam edəcək

Təlim ödənişlidir

Əyani qrup 140 azn

Online qrup 100 azn

Dərslər İyul ayından etibarən başlayır!

Sonda hər kəsə imtahan nəticəsinə uygun olaraq müfəvvəqiyyət və ya iştirakçı sertifikatı verilir!

Bizimlə əlaqə:

Səməd Vurgun 34

AF Mall Heydər Əliyev Sarayın yanı.

Port Education Center tərəfindən digər vakansiyalar

  • Mühasib Təcrübə Proqramı
  • HR Təcrübə Proqramı
  • İnsan Resursları təlim proqramı
  • HR Təcrübə Proqramı
  • İnsan Resursları Təcrübə Proqramı

Comments are closed, but trackbacks and pingbacks are open.