Press "Enter" to skip to content

Nvər Çingizoğlu

Ənvər Çingizoğlu 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Əslən Füzuli rayonunun Araz Yağlıvənd kəndindəndir. 8-ci sinifə qədər Cəbrayıl rayonu Stansiya Xələfli kənd məktəbində (1969–1977), sonra Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb (1977–1980).

Enver Cingizoglu – Wikipedia

Ənvər Çingiz oğlu Fərəcov və ya Ənvər Çingizoğlu ( 10 may 1962 , Xudayarlı , Cəbrayıl rayonu – 10 iyul 2022 [1] , Bakı ) — azərbaycanlı yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar (2007), Azərbaycan Jurnalistlər birliklərinin (1987), Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin üzvü (2003); “Qızıl qələm” mükafatı laureatı (2012), Əməkdar mədəniyyət işçisi (2019). [2] ; vikipediyaçı

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Kitabları
  • 4 Verilişləri
  • 5 Filmoqrafiya
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Ənvər Çingizoğlu 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Əslən Füzuli rayonunun Araz Yağlıvənd kəndindəndir. 8-ci sinifə qədər Cəbrayıl rayonu Stansiya Xələfli kənd məktəbində (1969–1977), sonra Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb (1977–1980).

Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub (1980–1982).

Ənvər Çingizoğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyub (1985–1990).

Ənvər Çingizoğlu 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda “Araz” qəzetində ədəbi işçi kimi çalışıb.

Ənvər Çingizoğlu 1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində çalışıb. 2014-cü ilin mart ayından Azərbaycantelefilmin Baş redaktor müavinidir. O, həm də “Soy” dərgisinin baş redaktorudur.

Ənvər Çingizoğlu folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparır.

Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mətbuatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.

Ənvər Çingizoğlunun tarixçi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında “Avşarlar”, Xurşidbanu Natəvan, Nəvvab, “Kəminə” adlı televiziya filmləri çəkilib.

Ənvər Çingizoğlu mütəmadi olaraq Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən nufuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır və bir sıra beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.

Ənvər Çingizoğlu jurnalistika ilə yanaşı məhsuldar elmi fəaliyyətlə məşğul olan alimlərdəndir. İndiyə qədər onun müxtəlif konfrans, simpozium və elmi məclislərdə, dərgilər, məcmuələr və qəzet səhifələrində 300-ə qədər müxtəlif məzmunlu məqalələri işıq üzü görmüşdür.

Ənvər Çingizoğlunun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri,mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənməkdədir. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış müstəvisi ilə seçilir.

Ənvər Çingizoğlu regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxındır ki, zəhmət sərf edir. Onun son dövrlərdə Azərbaycan, İran və Türkiyədə yaşayan Avşar elinin etnqorafiyası, etnik-milli düşüncə tərzi və şifahi yaradıcılığı ilə bağlı araşdırmaları türk ellərinin mənəvi mədəniyyətini öyrənmək baxımından maraqlıdır.

Onun müxtəlif illərdə yazdığı dərslik, dərs vəsaitləri, monoqrafiyaları, folklor-etnoqrafik araşdırmaları oxucular və mütəxəssislər tərəfindən dəyərləndirilir.

Ənvər Çingizoğlunun elmi-tədqiqat fəaliyyəti başlıca olaraq iki istiqamətdə aparılır:

  1. Azərbaycan xalqının soy-kökünün araşdırılması;
  2. Azərbaycan xanlıqları tarixinin tədqiqi.

10 iyul 2022-ci ildə vəfat edib. [3]

Mükafatları

  • “Qızıl qələm” mükafatı — 2012
  • Dövri mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, aktual mövzularda yazdığı məqalələrə və qazandığı nailiyyətlərə görə ilin “Jurnalist-etnoqrafı” diplоmuna layiq görülmüşdür. — 2017
  • Əməkdar mədəniyyət işçisi[2] — 2019
  1. Məhəmməd bəy Aşiqin şeirləri. Bakı: Şuşa, 2000, (tərtibatçı)
  2. Rzaqulu bəy Vəzirovun əsərləri. Bakı: “Şuşa”, 2005, (tərtibatçı)
  3. Qarabağ 1918–1920-ci illərdə. Sumqayıt: “SDU-nun nəşriyyatı”, 2010, (tərtibatçı)
  4. Ağaməhəmməd xan Qacarın ölümünə qədər baş vermiş əsas hadisələrin qısa xülasəsi ilə tərcümeyi-halı, Bakı: “Mütərcim”, 2011, (tərtibatçı)
  5. Bayram xan Baharlı, Əsərləri, Bakı: “Mütərcim”, 2013, (tərtibatçı)
  6. Aleksandr Sokolov, Gündəlik qeydlər, Bakı: “Mütərcim”, 2013, (tərtibatçı)
  7. Pyotr Berje, A.P. Yermolovun İrana səfirliyi, Bakı: “Mütərcim”, 2014, (tərtibatçı)
  8. Mahal Qacar-75,Bakı: “Mütərcim”, 2014, (tərtibatçı)
  9. Abbas Ramazani, Fətəli şah Qacar, Bakı: “Mütərcim”, 2015, (tərtibatçı)
  10. Məhəmməd Rəfi Ənsari, Dəstur ül-müluk, Bakı: “Mütərcim”, 2015, (tərtibatçı)
  11. Mirzə Rza xan Ərfə, Xatirat, Bakı: “Mütərcim”, 2017, (tərtibatçı)

Verilişləri

  • O kənd bizim kəndimizdir…
  • Yurdumuzu gəzə-gəzə…
  • Mənim dostlarım
  • Dünya bizim evimizdir
  • GünAzTv-də “Türk Elləri” verilişində Ənvər Çingizoğlu: I hissə, II hissə

Filmoqrafiya

  1. Avşarlar (film, 1996)
  2. Xurşidbanu Natəvan (film, 2012)
  3. Zəngəzur qartalı (film, 2012)
  4. Ucalıq düsturu (film, 2012)
  5. Nəvvab (film, 2014)
  6. Sarı simin sızıltısı (film, 2016)
  7. Aydın Ziyadlı: Aydın və ziyalı (film, 2016)
  8. Cəsarətin anatomiyası (film, 2017)
  9. Kəminə (film, 2018)

İstinadlar

  1. 12Ənvər Çingizoğlu vəfat etdi.
  2. 12“Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”. www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.) ) . 06.11.2019. 2022-02-03 tarixində arxivləşdirilib . İstifadə tarixi: 06.11.2019 .
  3. Mədəniyyət TV.“Əməkdar mədəniyyət işçisi, Yazıçı publisist Ənvər Çingizoğlu vəfat edib” (az.) . Youtube.com. 12.07.2022. 2022-07-12 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2022-07-12 .

Ənvər Çingizoğlu

Ənvər Çingizoğlu (tam adı: Fərəcov Ənvər Çingiz oğlu; d. 10 may 1962, Xudayarlı, Cəbrayıl rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar, Azərbaycan Jurnalistlər birliklərinin, Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin üzvü; “Qızıl qələm” mükafatı laureatı (2012).

Ənvər Çingizoğlu 10 may 1962-ci ildə Cəbrayıl rayonunun Xudayarlı kəndində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Yağləvəndkəndindəndir. 8-ci sinifə qədər Cəbrayıl rayonu Stansiya Xələfli kənd məktəbində (1969-1977), sonra Bakı şəhəri, Nərimanov rayonu 2 saylı Dəmir Yolu Litseyində Azərbaycan bölməsində təhsil alıb (1977-1980).

Rusiyanın Xabarovsk şəhərində hərbi xidmətdə olub (1980-1982).

Ənvər Çingizoğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyub (1985-1990).

Ənvər Çingizoğlu 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda “Araz” qəzetində ədəbi işçi kimi çalışıb.

Ənvər Çingizoğlu 1994-cü ildən 2014-cü ilin mart ayınadək Azərbaycan Televiziyası Qapalı Səhmdar Cəmiyyətinin redaktoru, böyük redaktoru, şöbə müdiri vəzifələrində çalışıb. 2014-cü ilin mart ayından Azərbaycantelefilmin Baş redaktor müavinidir. O, həm də “Soy” dərgisinin baş redaktorudur.

Ənvər Çingizoğlu folklor, etnoqrafiya, geneologiya sahələrində araşdırmalar aparır.

Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya tarixi və İran tarixinə dair 100-dən çox monoqrafiya, kitab, dərs vəsaiti, elmi, elmi-publisistik məqalə, dövri mət­buatda dərc olunmuş müxtəlif xarakterli yazılar və s. nəşrlərin müəllifidir.

Ənvər Çingizoğlunun tarixçi mövqeyi onun ssenari müəllifi olduğu tarixi-sənədli filmlərdə də əks olunmuşdur. Onun yazdığı ssenarilər əsasında “Avşarlar”, Xurşidbanu Natəvan, Nəvvab, “Kəminə” adlı televiziya filmləri çəkilib.

Ənvər Çingizoğlu mütəmadi olaraq Azərbaycanda və onun hüdudlarından kənarda keçirilən nufuzlu beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır və bir sıra beynəlxalq elmi məclislərdə məruzələr etmişdir.

Ənvər Çingizoğlu jurnalistika ilə yanaşı məhsuldar elmi fəaliyyətlə məşğul olan alimlərdəndir. İndiyə qədər onun müxtəlif konfrans, simpozium və elmi məclislərdə, dərgilər, məcmuələr və qəzet səhifələrində 300-ə qədər müxtəlif məzmunlu məqalələri işıq üzü görmüşdür.

Ənvər Çingizoğlunun elmi prioritetlərində türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri,mənbəşünaslıq və s. istiqamətlər uğurla işlənməkdədir. Monoqrafiya və məqalələri bir qayda olaraq polemikliyi və fərdi baxış müstəvisi ilə seçilir.

Ənvər Çingizoğlu regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxındır ki, zəhmət sərf edir. Onun son dövrlərdə Azərbaycan, İranvə Türkiyədə yaşayan Avşar elinin etnqorafiyası, etnik-milli düşüncə tərzi və şifahi yaradıcılığı ilə bağlı araşdırmaları türk ellərinin mənəvi mədəniyyətini öyrənmək baxımından maraqlıdır.

Onun müxtəlif illərdə yazdığı dərslik, dərs vəsaitləri, monoqrafiyaları, folklor-etnoqrafik araşdırmaları oxucular və mütəxəssislər tərəfindən dəyərləndirilir.

Ənvər Çingizoğlunun elmi-tədqiqat fəaliyyəti başlıca olaraq iki istiqamətdə aparılır:

  1. Azərbaycan xalqının soy-kökünün araşdırılması;
  2. Azərbaycan xanlıqları tarixinin tədqiqi.

Mükafatları

  • “Qızıl qələm” mükafatı — 2012
  • Dövri mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, aktual mövzularda yazdığı məqalələrə və qazandığı nailiyyətlərə görə ilin “Jurnalist-etnoqrafı” diplоmuna layiq görülmüşdür.— 2017

Əsərləri

  1. Qarabağın Aran ağzı-Arazbar
  2. Sözün nübar çağından.
  3. Qarşı yatan Qaradağ
  4. Mollavələdli kəndi və Mollavələdlilər
  5. Hacılılar
  6. Yük üstü çadırlı, yük altı qatırlı oba – Xudayarlı
  7. Sərdarlı kəndi
  8. Səfikürdlülər
  9. Memar Rizvan Qarabağlı
  10. Qarabağın el və obaları
  11. Aydınlıq içində
  12. Qaradağlılar
  13. Muğanlılar
  14. Behbudovlar
  15. Qacarlar və Qacar kəndi
  16. Qarabağ xanlığı
  17. Avşarlar
  18. Qəlbin harayı
  19. Mərzili kəndi və mərzililər
  20. Şuşa şəhəri(1750-1850)
  21. Qaradağ xanlığı
  22. Qarabağda sənət və sənətkarlar
  23. İqbaləssəltənə Murtuzaqulu xan Bayat
  24. Cəfərqulu xan Sarıcalı-Cavanşir
  25. Hüseynqulu xan Qovanlı-Qacar
  26. Arazbar bölgəsinin mənəvi mədəniyyəti
  27. Zülqədər eli
  28. Qarabağ hərbçiləri
  29. Cavanşir-Dizaq mahalı
  30. Hüseynqulu xan Qasımlı-Avşar
  31. Hacı Rəhim xan Çələbiyanlı
  32. Şəmşəddil sultanlığı
  33. Cuvarlı və cuvarlılar
  34. Loğman haqqında hekayətlər
  35. Baharlılar
  36. Şuşa şəhəri: Təbrizli məhəlləsi
  37. Nəzərəli xan Sarıxanbəyli-Şahsevən
  38. Qoçəhmədli kəndi və qoçəhmədlilər
  39. Xosrov bəy Sultanov
  40. Sultanlıq soydan gəlir
  41. Qarabağlı hüquqşünaslar
  42. Orta əsr qaynaqları oğuz-türkmən tayfaları haqqında
  43. Sərab xanlığı
  44. Şamxor mahalı
  45. Hacı Səməd xan Müqəddəm
  46. Urmiya xanlığı
  47. Gəncə-Qarabağ əyaləti tarixinə dair sultan hökmləri (1727-1730-cu illər)
  48. Püsyan eli
  49. Dizaq-Cəbrayıllı mahalı
  50. Abbasqulu xan Kəngərli
  51. Marağa xanlığı
  52. Qarabağda maarif
  53. Əbdürrəhmanbəyli obası
  54. Xırdapara-Dizaq mahalı
  55. Ərdəbil xanlığı
  56. Məşhur avşarlar
  57. Fətəli xan Araşlı-Avşar
  58. Qacarlar dövrünün diplomatları
  59. Abbasilər dövründə türklər
  60. Azərbaycan tarixi yurd yerlərinin coğrafiyası
  61. Cavanşir eli: Sarıcalılar
  62. Avşarlardan qacarlaradək bölgə xanları
  63. Zəncan xanlığı
  64. Avşar boyunun qurduğu dövlət: Mosul atabəyliyi
  65. Dəmirçihəsənli mahalı
  66. Türk atabəylikləri
  67. Qarabağ xanlığında işlənən bəzi vəzifələr və onlardan yaranan soyadlar
  68. Qaradağ mahalları
  69. Orta əsrlərdə Azərbaycanda hərbi və mülki vəzifələr
  70. Tarixi ilu-Əfşar
  71. Xalxal xanlığı
  72. Marağa tarixi
  73. Qəzvin tarixi
  74. Ziyadoğlu Qacarlar (Ziyadxanovlar)
  75. Qazaxlar (tarixi-etnoqrafik tədqiqat)
  76. Urmiya xanlığı
  77. Məşrutə hərəkatında ruhanilərin rolu
  78. Dəvəli Qacarlar.
  79. XVIII-XIX əsr Azərbaycan tarixi farsdilli mənbələrdə

Kitabları haqqında rəylər və resenziyalar

  • “Xalxal xanlığı” haqqında
  • “Marağa tarixi” haqqında
  • “Qacarlar dövrünün diplomatları” haqqında

Verilişləri

  • O kənd bizim kəndimizdir.
  • Yurdumuzu gəzə-gəzə.
  • Mənim dostlarım
  • Dünya bizim evimizdir
  • GünAzTv-də “Türk Elləri” verilişində Ənvər Çingizoğlu: I hissə, II hissə

Filmoqrafiya

  1. Avşarlar (film, 1996)
  2. Xurşidbanu Natəvan (film, 2012)
  3. Zəngəzur qartalı (film, 2012)
  4. Ucalıq düsturu (film, 2012)
  5. Nəvvab (film, 2014)
  6. Sarı simin sızıltısı (film, 2016)
  7. Aydın Ziyadlı: Aydın və ziyalı (film, 2016)
  8. Cəsarətin anatomiyası (film, 2017)
  9. Kəminə (film, 2018)

Əsərləri

  1. Giriş
  2. I fəsil (Oğuzlar)
  3. Avşar elinin köçürülməsi və say tərkibi
  4. Avşar elinin mifik şəcərəsi
  5. Avşar elinin tarixi rolu, coğrafiyası və yayılma arealı
  6. Avşar elinin ünlü nümayəndələri
  7. II fəsil (Avşar boyu: öygü, öyüd, onqon, damğa və atributları)
  8. III fəsil (Avşar elinin tarixi)
  9. IV fəsil (Avşar elinin oymaqları və tayfa/tirələri)
  10. Oğuz qurumunun, iyirmi dörd boyun sülaləri və şəxsiyyətləri
  11. Qorçubaşı avşarlar

Qaradağlılar

  1. Giriş
  2. Məhəmmədqasım xan
  3. Abbasqulu xan
  4. Asayişli oymağı
  5. Bayandur sultan
  6. Bürhanəddin xəlifə
  7. Dizmar mahalı
  8. Fəthoğlu oymağı
  9. Hacı Sara xanım
  10. Hacıfəqihli oymağı
  11. II İlyas xəlifə
  12. II Şəmsəddin xəlifə
  13. İsmayıl xan
  14. Köşkoğlu oymağı
  15. Kəngərli oymağı
  16. Kərəmpa oymağı
  17. Mahmud sultan
  18. Mustafaqulu xan
  19. Məhəmmədkazım xan
  20. Məhəmmədqulu xan
  21. Nəcəfqulu xan
  22. Qaradağ vilayəti
  23. Qızıllı oymağı
  24. Sivas vilayəti
  25. Sofulu oymağı
  26. Soyun kökü:Ustaclı el
  27. Toxmaqlı oymağı
  28. Toxmaqlı-Qaradağlılar
  29. Təmişli oymağı
  30. Xəlifələr
  31. Yeganlı oymağı
  32. Çavuşlu oymağı
  33. İlyas xəlifə
  34. Şeyxlər oymağı
  35. Şəmsəddin xəlifə
  36. Şərəfli oymağı
  37. Əbdürrəzzaq xan
  38. Əhməd xəlifə

Məqalələri

  • Baba bəyin babalı
  • Ermənilər qarabağlılara niyə “gəlmə” deyirlər?
  • Ermənilərin yeriməz yalanları
  • Mövlanə Cəlaləddin Rumi və Şəmsəddin Təbrizi
  • Sultan bəyin izi ilə
  • Tarix boş laflardan ibarət deyil…
  • Tarix fərdi еkspеrimеntlərin sınaq mеydanıdırmı?
  • Yanlış naxış dеyil
  • Ön söz (Məhəmməd bəy Aşiq)
  • Bayat kəndi tarix boyunca
  • Mirzə Qiyas bəy
  • Qürbətdə xan olunca.

Comments are closed, but trackbacks and pingbacks are open.