Təhməzova Könül. Təlim,Tərbiyə,Təhsil
2. Toponimlər – ölkə, şəhər, kənd, qitə, materik və s. Kimi inzibati ərazi adları: Bakı, Azərbaycan, Afrika, Sibir və s.
Köməkçi nitq hissələri
Köməkçi nitq hissələri: qoşma, bağlayıcı, ədat, modal sözlər, nida.
1. QOŞMA
İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq halında olan sözlərə qoşularaq müəyyən məna çaları əmələ gətirir. Qoşmalar qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur.
MƏNACA NÖVLƏRİ
Birgəlik (ilə), bənzətmə (kimi, tək, qədər), istiqamət (sarı, doğru, qarşı, tərəf), məsafə (qədər, kim, -dək, -can 2 ), zaman (əvvəl, sonra, qabaq, bəri), fərqləndirmə (qeyri, savayı, başqa, ayrı, özgə), səbəb-məqsəd (üçün, görə, ötrü), aidlik (aid, dair, haqqında, barəsində), istinad (əsasən).
«Kimi» qoşması ilə bağlı Mövlana Cəlaləddin Rumidən götürülmüş bir neçə nümunə:
- Comərdlik və yardım etməkdə axar su kimi
- Şövkət və mərhəmətdə günəş kimi
- Başqalarının qüsurunu örtməkdə gecə kimi
- Hiddət və əsəbiyyətdə ölü kimi
- Təvazi və alçaq könüllülükdə torpaq kimi
- Xoşgörülükdə dəniz kimi
- Ya olduğun kimi görün, ya göründüyün kimi
Qoşmalar ismin halları ilə işlədilməsinə görə müəyyən qruplara bölünür.
QEYD: Bəzən eyni qoşma müxtəlif hallarda olan sözlərə qoşula bilir.
QOŞMALARIN DİGƏR NİTQ HİSSƏLƏRİ İLƏ OMONİMLİYİ
İsimvə qoşma: tərəf, qarşı
Sifət, zərf, qoşma: tək, doğru, yaxın, sarı
Zərfvə qoşma: sonra, qabaq, əvvəl
DURĞU İŞARƏSİ:
Ayrı yazılanlar: üçün, kimi, qədər, tərəf, sonra, əvvəlvə s.
Bitişik yazılanlar: -can 2 , -ca 2 , -tək, -dək.
Bitişik və ayrı yazılanlar: ilə// -la,-lə
2. BAĞLAYICI
Sözlər, cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradır.
Bağlayıcılar sintaktik vəzifəsinə görə iki qrupa bölünür: tabesizlik bağlayıcıları və tabelilik bağlayıcıları
Tabesizlik bağlayıcıları
Mənaca aşağıdakı növləri vardır:
- Birləşdirmə bağlayıcıları: və, ilə (-la 2 ).
- Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, fəqət.
- Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki, və ya, gah, gah da, gah da ki, istər, istərsə.
- İştirak bağlayıcıları: həm, həm də, həm də ki, o cümlədən, habelə, hətta, da, də, həmçinin.
- İnkarlıq bağlayıcıları: nə, nə də, nə də ki.
- Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki, məsələn.
QEYD: İlə hissəciyi qoşma kimi işlənərkən qoşulduğu sözlərlə birlikdə bir suala cavab verir və bir cümlə üzvü olur: Qoca ağacla yeriyir.
Tabelilik bağlayıcıları
Mənaca aşağıdakı növləri vardır:
- Səbəb bağlayıcıları: çünki, ona görə ki, buna görə də, ona görə də, onun üçün ki, ondan ötrü ki.
- Şərt bağlayıcıları: əgər, hərgah, madam, madam ki, indi ki, bir halda ki.
- Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki.
- Aydınlaşdırma bağlayıcıları: ki, belə ki.
DURĞU İŞARƏSİ: İlə hissəciyi bağlayıcı kimi işləndikdə onu vergül işarəsi ilə, yaxud da və bağlayıcısı ilə əvəz etmək olur:
Təhsil ilə tərbiyə əsasdır = Təhsil və tərbiyə əsasdır.
DURĞU İŞARƏSİ: Cümlədə nə də, gah da, həm də, ya da, amma, ancaq, lakin, çünki, ona görə ki, yoxsa bağlayıcı-larmdan əvvəl, təkrar olunan ki, da, də bağlayıcısmdan sonra (sonuncudan başqa) vergül qoyulur.
3. ƏDAT
Sözlərin və cümlələrin təsir gücünü artırır, mənasını qüvvətləndirir. Ədatları çıxarsaq, mənada ciddi dəyişiklik baş verməz.
MƏNACA NÖVLƏRİ
QEYD: Azərbaycan dilində daha çox işlənən ədatlar: ki, ha, axı, kaş, bəs, lap, qoy, məgər.
ƏDATLARIN OMONİMLİYİ
Say və ədat: bir, bircə
Əvəzlik və ədat: elə, belə, necə
Fel və ədat: qoy, bax, gör
Zərf və ədat: təkcə
Bağlayıcı və ədat: ki, ancaq, da, də, hətta
DURĞU İŞARƏSİ: -mı 4 və -sana 2 bitişik yazılır, qalan bütün ədatlar sözlərdən ayrı yazılır.
4.MODAL SÖZLƏR
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirir.
MƏNACA NÖVLƏRİ
1) Təsdiq bildirənlər:
əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da), həqiqətən, sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu, doğrudur, düzü, düzdür.
Əlbəttə, hər şey yaxşı olacaq. Doğrusu, yadımdan çıxdı.
2) Ehtimal və şübhə bildirənlər:
gərək (gərək ki), yəqin (yəqin ki), görəsən, görən, görünür (görünür ki), ehtimal ki, bəlkə (bəlkə də), güman ki, olsun ki.
Güman ki, o, sabah gələcək. Bəlkə də, qaytardılar.
3) Nəticə bildirənlər:
demək (demək ki), deməli, xülasə, ümumiyyətlə, bir sözlə, nəhayət.
Deməli, yola düşmək lazımdır. Nəhayət, imtahanlar başa çatdı.
4) Bənzətmə və ya müqayisə bildirənlər: sanki, elə bil (ki).
Sanki məni görmürdü.
5) Fikrin mənbəyini bildirənlər: məncə, səncə, bizcə, zənnimcə.
Məncə, tezliklə qayıdacaq.
DURĞU İŞARƏSİ:
Cümlənin əvvəlində olan modal sözdən sonra, ortasında olan modal sözün hər iki tərəfində, axırında olan modal sözdən əvvəl vergül qoyulur:
5. NİDA
Danışanın hissini, həyəcanını, qorxu və ya sevincini bildirir.
MƏNACA NÖVLƏRİ
QEYD: Bütün nidalar, həmçinin ay, ey nidaları ilə başqa sözün əmələ gətirdiyi nidalar sözdən ayrı yazılır, təkrar yolu ilə işlənən nidalar defislə yazılır.
DURĞU İŞARƏSİ:
Cümlənin əvvəlində gələn nidalardan sonra vergül və ya nida işarəsi, ortasında gələn nidadan əvvəl və sonra vergül, sonunda gələn nidalardan əvvəl vergül, sonra nida işarəsi və ya nöqtə qoyulur.
Çağırış bildirən a, ay, ey nidalarından sonra vergül qoyulmur. Bəzən çağırış bildirən ey nidasından sonra vergül işlənir: Ey, qərib oğlan, haraya gedirsən?
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0
- Teqlər:
- köməkçi nitq hissələri
- , bağlayıcı
- , ədat
- , qoşma
- , modal sözlər
- , nida
- , nitq hissələri
- , morfologiya
- , Azərbaycan dili
Təhməzova Könül .Təlim,Tərbiyə,Təhsil.
Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Heydər Əliyev.
Səhifələrim
- Əsas səhifə
- Bayraq bayramı
- Elektron Dərslər
- Dərslərin hazırlanması üçün şəkillər
- Cırtdan TV
- Uşaq mahnıları
- İbtidai sinif
- Təhsil Portalı
- İnfo-ko
- Yeniliklər
- Azərbaycan Respublikasının Konstitutsiyası
- ŞEİRLƏR
- Məqalələr
- Tarixi mədəniyyət abidələrinin şagirdlərin tərbiyə.
- Haqqımda
- Bilirsinizmi ?
- Mənim Ugurlarım
- Kurikulum testləri
- Xoş xatirələr Veb2.0
- Forum
- 15.09.2014
- Orfoepiya və orfoqrafiya lüğəti.
- Bayramlar və unudulmaz tarixlər.
- Mədəni irsimiz.
- Nitq hissələri.
- Ən istedadlı uşaqlar
- Sosial media və online etiket qaydaları
- Ətraf mühit və biz
- Müəllimlərə dəstək – Kurikulum sualları
- KURİKULUM SİNİFLƏRİNDƏ DƏRSDİNLƏMƏ VƏRƏQİ – DİREKT.
- DİREKTOR OLMAQ İSTƏYİNLƏR ÜÇÜN İDARƏETMƏNİN HÜQUQİ.
- MƏKTƏB DİREKTORU NECƏ OLMALIDIR
- DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN -LİDERLİK QABİLİYYƏ.
- DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR
- MALİYYƏDƏN TESTLƏR
Nitq hissələri.
Nitq hissələri.
Leksik-qrammatik mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə fərqlənən söz qruplarına nitq hissələri deyilir.Nitq hissələri termini yunan dilindən latın dilinə ,oradan da rus dilinə kalka edilmişdir.( kalka-başqa bir dildəki söz və ya ifadədən təqlid və ya hərfi tərcümə yolu ilə düzəldilən söz və ya ifadə).Rus dilində “ çasti reçi” şəklində işlənən bu terminin qarşılığı dilimizdə nitq hisələridir.
Sözlər üç prinsip əsasında nitq hissələri üzrə qruplaşdırılır.
a) Leksik- qrammatik mənasına görə
b) Morfoloji əlamətinə görə
c) Sintaktik vəzifəsinə görə
Bu üç prinsipin vəhdəti əsasında dilimizdə bu nitq hissələri yaranmışdır:
a) Əsas nitq hissələri – buraya tammənalı sözlər daxildir:
1) Əşya adı bildirənlər – İsim
2) Əşyaya məxsus əlamət, keyfiyyət bildirənlər – sifət
3) Əşyaya məxsus miqdar,sıra bildirənlər – Say
4) Əşyanın hərəkətini bidirənlər – Fel
5) Hərəkətin əlamətini bildirənlər – Zərf
6) Əvəzlik – Əvəzliyin özünəməxsus mənası, morfoloji əlaməti və sintaktik vəzifəsi yoxdur.Yuxarıdakı 5 nitq hissəsinin əvəzində işlənir və hansını əvəz edirsə, onun da əlamətlərini daşıyır. Buna görə də əvəzlik əsas nitq hissəsi sayılır.
b) Köməkçi nitq hissələri – buraya natamam mənalı sözlər daxildir.
7) Qoşmalar
8) Bağlayıcılar
10) Modal sözlər
Bundan əlavə dilçilikdə köməkçi nitq hissələrinə yaxın nidalar, təqlidi və vokativ sözlər haqında da məlumat verilir.
Əsas nitq hissələrinə aid olan sözlərin tam mənası olur,həm leksik,həm qrammatik mənaya malik olur, morfoloji cəhətdən dəyişir, sintaktik vəzifə daşıyır. Köməkçi nitq hissələri isə yalnız qrammatik mənaya malik olur.
Əşyanın adını bildirən sözlərə isim deyilir. İsim lüğət ehtiyatının zənginliyinə görə niq hissələri arasında birinci yeri tutur.
İsim əşya adı bildirir, cəmlənir, hallanır, mənsubiyyət şəkilçisi qəbul edir, konkret və mücərrəd, xüsussi və ümumi olur. İsim zəngin sözdüzəldicilik qabiliyyətinə malikdir. Cümlədə sifətləşərək təyin olur, ən çox mübtəda və tamamlıq rolunda çıxış edir, zərflik və xəbər vəzifələrində də işlənə bilir.
İsimlər kim? nə? hara? Suallarına cavab verir, lüğəvi mənasına görə iki qrupa ayrılır:
1. Canlı varlıqları bildirən isimlər – insan, heyvan, quş,
2. Cansız varlıqları bildirən isimlər – cansız varlıqların, mənəvi və mücərrəd anlayışların adları daxildir.
Yalnız insan məfhumu bildirən isimlər kim? Sualına cavab verir. Heyvanlar və əşyalar nə? ,yer, məkan bildirən isimlər isə hara? Sualına cavab verir.
İsimlər iki qrupa ayrılır:
a) Xüsusi isimlər – varlığı tək olan əşyaların adını bildirir. İnsan adları –soyadlar,ata adı, ləqəb, təxəllüs bildirən sözlər, dağ,çay, göl, şəlalə, dərə adları, kitab, qəzet, jurnal adları, tək-tək heyvanlara və əşyalara verilən adların hamısı. Dilimizin orfoqrafiya qaydalarına əsasən xüsusi isimlərin baş hərfi böyük hərflə yazılır.
b) Ümumi isimlər – eynicinsli əşyaların ümumi adını bildirir. Məsələn: dağ, dərə, çöl, həyət, kitab, qələm,masa, çiçək və s. Hər növ danışıqda ümumi isimlər xüsusi isimlərə nisbətən daha çox istifadə edilir.
Xüsusu isimlər bir neçə qrupa ayrılır:
1. Amtroponimlər- insan adları.
2. Toponimlər – ölkə, şəhər, kənd, qitə, materik və s. Kimi inzibati ərazi adları: Bakı, Azərbaycan, Afrika, Sibir və s.
3. Ktematonim, kosmonim və hidronimlər – Kür, Araz, Talış dağları, Yer, Mars və s.
4. Xrematonimlər – maddi-mədəniyyət əşyalarının adları: kitab, qəzet, jurnal vəs. Sənət ustalarının, qəhrəman və alimlərin ev muzeylərindəki əşyaların hər birinin adı xrematonimdir.
Ümumi isimlər də aşağıdakı qruplara ayrılır.
1. Qohumluq əlaqələri bildirənlər: əmi,dayı,xala, bibi və s.
2. Heyvan adı bildirənlər: ceyran, maral, şir və s.
3. Quş adı bildirənlər: qartal, sərçə, qutan və s.
4. Cansız əşya bildirənlər: kitab, stol, divar, qapı və s.
5. İctimai hadisə adları bildirənlər: inqilab, nümayiş, müharibə, qələbə, məğlubiyyət və s.
6. Təbiət hadisələri adları: yağış, tufan, şimşək, külək, fırtına və s.
7. Zaman bildirənlər: ay,gün, il, həftə, saat, payız, qış və s.
8. Məkan bildirənlər: şəhər, kənd, qəsəbə, rayon, tarla, sahə, çöl və s.
9. Elm adları bildirənlər: dilçilik, yerşünaslıq, qrammatika, morfologiya, sintaksis və s.
10. əlamət keyfiyyət, vəziyyət adları: yaxşılıq, pislik, doğruluq, gözəllik, halsızlıq və s.
11. Bədən üzvləri: əl, ayaq, baş, göz, qulaq və s.
12. Mənəvi və mücərrəd anlayışların adları: sevinc, kədər, təmkin, məhəbbət, sevgi ,mələk, şeytan və s.
Köməkçi nitq hissələri. Qoşma
Köməkçi nitq hissələri əsas nitq hissələrinə aid sözlər arasında qrammatik əlaqənin yaranmasına, cümlə üzvlərinin bir- birinə bağlanmasına xidmət edir.
Köməkçi nitq hissələri bunlardır:
Köməkçi nitq hissələrinin qrammatik mənasi olur
Qoşma
İsmin müxtəlif halında (adlıq, yiyəlik, yönlük, çıxışlıq) olan sözlərə qoşularaq müəyyən məna (məkan, istiqamət, zaman, səbəb, bənzətmə, birgəlik ) yaradan köməkçi nitg hissəsi qoşma adlanir.
Qoşmalar qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur. Məsələn, Bu iş əsl mənim üçündür. Bu cümlədəki mənim üçündür birlikdə sadə xəbərdir. Buradakı üşündür sözünü ayılıqda xəbər kimi götürmək olmaz.
Qoşmalar təklikdə müstəqil mənaya malik deyil. Onlar ismin müəyyən hallarına qoşulduqdan sonra müəyyən məna çalarları əmələ gətirir. Qoşmaları işləndikləri hallara və daşıdıqları mənalara görə aşğıdakı kimi qruplaşdırmaq olar:
- Adlıq və yiyəlik halda olan sözlərlə işlənən qoşmalar:qədər, kimi, tək, ücün, ilə(la), haqqında, haqda, barədə, barəsində.
Qədər, kimi, tek qoşmaları adlıq halda olan isimlərə və yivəlik halda olan əvəzlıklərə qoşularaq bənzətmə mənası əmələ gətirir. Məsələn, Vagif kimi, uşaq tək, quş kimi, körpə qədər, mənim kimi, sənin tək, onun qədər
Qədər, kimi, tək qoşmları qeyri-müəyyən yiyəlik halda olan isimlərə qoşulur.
– ca qoşması da eyni mənanı bildirir. Məsələn, Yol boyunca söyüdlər əkilmişdi.
Tək qoşması bəzən təki şəklində işlənit və həmin mənanı saxlayır: Təyyarə quş təki uçurdu.
İlə qoşması adlıq halda olan isimlərə vəyiyəlik halda olan əvəzliklərə qoşularaq birgəlik, alət, vasitə mənası ifadə edir. Məsələn, Kamal ilə, balta ilə, mənım ilə telefon ilə .
Üçün qoşması qoşulduğu sözlə birlikdə səbəb, məqsəd, aidlik mənası ifadə edir. Məsələn, ev üçün, gənclər üçün, oxumaq üçün, bizim üçün, onlar üçün
- Yönlük halda olan sözlərlə işlənən qoşmalar:qədər, kimi, tərəf, doğru, qarşı, sarı, görə, əsasən, dair, aid-dək, can 2 ,məxsus.
- Qədər, kimi, -dək, -can 2 qoşmaları məsafə mənaları ifadə edir. Məsələn, evə qədər, məktəbə kimi, bağadək, evəcən, evə kimi, səhərə kimi, axşamacan
- Sarı, tərəf, doğru, qarşı qoşmaları istiqamət, yönəlmə mənası ifadə edir. Məsələn, evə sarı, binaya tərəf, qapıya doğru, mənə qarşı və s.
- Görə qoşması səbəb, müqayisə, mənbə mənaları ifadə edir. Məsələn, sənə görə, işə görə, danışığa görə, şərtə görə və s.
- Aid, dair, məxsus qoşmaları da aidlik bildirir. Məsələn, oğlana aid, müəllimə aid, əsərə dair, ədəbiyyata dair, sənə məxsus, şairə məxsus və s.
- Əsasən sözü modal söz kimi də işlənə bilər. Bu vaxt yönlük hala qoşulmayıb, əsas etibarilə, əksərən mənalarını ifadə edir.
- Çıxışlıq halda olan sözlərlə işlənən qoşmalar:əvvəl, sonra, qabaq, sarı, bəri, başqa, qeyri, savayı, ayrı, pzgə, ötrü, əlavə.
- Əvvəl, qabaq, sonra, bəri qoşmaları zaman mənası ifadə edir. Məsələn, bizdən əvvəl, yağışdan qabaq, quraqlıqdan sonra, səhərdən bəri, ildən bəri, bizdən sonra, yatmazdan qabaq və s.
- Başqa, özgə, qeyri, savayı, ayrı qoşmaları istisnalıq, fərqlənmə mənaları ifadə edir. Məsələn, atamdan başqa, dostumdan qeyri, səndən özgə, işdən savayı və s.
- Ötrü qoşması sebeb, məqsəd, aidlik mənası ifadə edir.Məsələn, işdən ötrü, oxumaqdan ötrü, dostdan ötrü və s.
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Comments are closed, but trackbacks and pingbacks are open.