Press "Enter" to skip to content

Utopik Xarabalıq

Saytın Ən varlısı ol : DAYI – 30 manat

Varis yolçuyev sonuncu öln ümidlrdir

Sevgiyə gedən yolda, yalnızlığa son.

Saytda pullu xidmətlərin alınmağı üçün bizə yaza bilərsən.

Saytın Ən varlısı ol : DAYI – 30 manat

Sayta Daxil Olun!

★★Sonuncu ölen umidlerdi( Varis Yolcuyev)

Müellif: XeYaLLaR WaHZADeSi (03.03.13 / 15:01)
Oxunma sayı: 3361
Reytinq: + | 63 |

★★★ 1 Bolum ★★★
Yene Xristianlarin bayrami Pasxa gununde hava tuyulmuwdu..
Mayin 1 i idi..
Soyuq kulek esir.
narin yaqiw cileyirdi..
Baki Soveti metro stansiyasinin iri wuwesine soykenib durmuwdular.Ilqar qara uzun plawini Nailenin ustune atmiwdi.Gelib gedenler plawin iconde itib batan Naileye maraqla baxirdilar.Bu qeyri adi gorkemi ile o diqqeti ikoqat celb edirdi.
Ilqae etrafdakilarin Naileye baxiwina artiq verdiw etmiwdi.Herden onun bu qeder gozel olmaqina aciqida tuturdu.Ilqarin aleminde butun qizlar qusurlu olmali idi.Gozellerin yaxwi beden quruluwu olmamaliydi.mutenasib bedenlerin ise gozellikleri.Her ikisine malik olan minde bir qizin ise en adi halda dili peltek olmaliydi,yada aqli caw.Bes niye Naile heckime benzemirdi? ALLAH hansi aninda onu yaratmiwdi?
Uzunu cevir.
Ilqar Nailenin uzunu cevrilmesini gozlemeden onun uzunu eks terefe cevirdi ki baxan olmasin.
Naileye bu lezzet verdi.
Ne olub yene qisqancliqin tutub? Belke goruwe cixanda uzume qara reng surtesen,heckimde mene baxmaya?ondada donub Naomi Kempbell olaram.
Naile cenesini Ilqarin kelbetin kimi barmaqlarinin arasindan qoparmaq isteyende Ilqar buna imkan vermedi.:
Lazim gelse surterem.Sen ancaq mene mexsussan.Her yoldan kecen sene baxmamalidi.Bir defe bunlarin bir ikisin vurub wil kut eliyecem.Etrafadilarada ders olacaq.Bu ne terbiyesizlikdiee? hec oqlanin yaninda qizada baxarlar?
Naile biteher cenesini Ilqarin barmaqlarindan azad etdi.
Yaxwi yaxwi.ozunden cixma.
Yaqiw bir qeder guclenmiwdi.Bunlarla beraber dayanib yaqiwin kesmeyini gozleyenler cox idi.
Son vaxtlar aralarinda qeribe hal yaranmiwdi.Adamlarin arasinda olanda bir birilerinden burunlarinin ucu goyneyirdi.Cunki Baki Paris olmadiqi ucun en yaxwi halda bir birilerinin elin tuta bolirdiler.
Azerbaycan kinoteatrina girmiwdiler.hansisa bir hind filmi numayiw olunurdu.Yaribaw zali ani seyr edib qucaqlawmiwdilar,opuwmeye bawlamiwdilar.Ellerinde getirdikleri dondurmalari boyurlerindeki oturacaqa qoymuwdular.O

Şerhler:

Ressam_Qiz [ OFF ] (04.03.2013 / 00:42)
Bu nedi? yazmiwdinda bunu ama yarimciq. adi sehv etmiremse sevgi romani idi. hmm? men de yazmayim werh ay wowum?

Ambren [ OFF ] (03.03.2013 / 21:59)
Goresen ardı olacaq

Ambren [ OFF ] (03.03.2013 / 21:53)
Bes bunun ardı hanııııı

Utopik Xarabalıq

Bu gün sizə son vaxtlar oxuduğum ən maraqlı kitab haqqında danışacam. Son vaxtların ən çox oxunan kitabı olduğu haqda eşitdikdə bu kitaba məndə böyük maraq yarandı. Söhbət Varis Yolçiyevin “Sonuncu ölən ümidlərdir” romanından gedir. Bu roman haqqındakı postumda əsərin müəllifi ilə də bir az söhbətləşəcəm.

Əsər ilk baxışda mənə adi bir sevgi hekayəsi kimi görünürdü. Amma oxuduqca bunun adi bir hekayədən daha güclü bir şey olduğunu anladım. Əgər yazıçının istəyi oxuyucunu kitaba bağlamaq idisə məncə bunu çox yaxşı bacarmışdı. Əsərdəki baş qəhrəmanlar İlqar və Nailə olsada mənim yaddaşımda daha çox Nailə obrazı qaldı. Böyük ehtimalla o əbədidə qalacaq. Nailənin keçirdiyi istirabları hiss etdikcə bəzən insan göz yaşlarına da hakim olmur. İlqar isə beynimdə düzü yalnız adi ” papauşağı” kimi qaldı və başqa heçnə. Nailə isə hətta fahişəlik uçurumuna yuvarlansa belə fikrimi necə ifadə edim bilmirəm ancaq öz mənəvi yüksəkliyini qorudu. O günahsız idi çünki taleyi belə gətirmişdi, o günahsız idi çünki həyat ona qarşı adil deyildi, o günahsız idi çünki sadəcə sevirdi. Əsərin müəllifi Varisdən bu əsəri tarixçəsi haqqında soruşdum. Varis- əsər real həyatdan götürülüb. məhkəmə oçerkini oxuyub qəhrəmanların izinə düşmüş, əsəri ərsəyə gətirmişəm. Amma 2 ci hissədə bir qədər yazıçı təxəyyülü de var.

Görəsən bu əsər təkcə mənə bu qədər təsir edir? Axı bu əsər bir insanın faciəsindən bəhs edir. Bu haqda Varisin də fikirləri maraqlı oldu.Varis- Bu əsər tək Nailənin deyil, bədənlərini satmaq yoluna sürüklənən bütün qadınların faciəsidir. Onları bu yola sürükləyən cəmiyyətin faciəsidir. Nailənin günahının olub olmaması hər kəsin hadisələrə subyektiv baxışı hesabına cavablandırıla bilər. Kim necə düşünürsə, elədir.

Romanda hissələrin başıanğıcındakı şeirlər də elə roman qədər insana təsir edirdi. Mənim ən çox xoşuma gələn şeir:

Ağ vərəqim oldu açılan səhər

Ona göz yaşımla adımı yazdım

Eşqimlə bacara bilsəydim əgər

Heç səni bu qədər arzulamazdım.

Müəllifin də əsərdə ən çox hansı şeiri xoşladığını soruşdum. “Ən çox xoşladığım şeir:

Qəlbim yaman kövrəlib,

Yadıma yenə də sən,

Sən düşmüsən bu axşam.

Bir ayrılıq bir ölüm heç biri olmayaydı. Görəsən insanlar ayrılığa necə dözür? Görəsən Nailə necə dözürdü? Bu sualı Varisə də verdim:

İnsanı diri ikən ölüyə çevirməyi bacaran ayrılıq.

Nailənin çəkdiyi əzabları qədər intiqamı da dəhşətli oldu. Nailə intıqamını aldi və getdi.Bəs yeni həyatı sizcə nəcə olacaq? – Varis : Nailə daim sıxılacaq, o özündən ki intiqam ala bilməyib.

Postumda sizə son vaxtların ən çox oxunan kitabı haqqında yazdım. Bəs siz? Siz hələ bu kitabı oxumamısız?

Və sonda əsərin müəllifi Varis Yolçiyev bloqumuza maraqlı bir hekayə etdi:

2013 cü ildə davamını yazacam. İndi İstanbulda körfəz sahilində keçmiş günlerinə acı göz yaşı axıdan Nailənin bu gününü yazmaq cəmiyyətin sosial sifarişidir.

Varis yolçuyev sonuncu öln ümidlrdir

Dekabrın 24-də nüfuzlu Beynəlxalq Moskva Ədəbiyyat Mükafatının 5 nominasiya üzrə 2016-cı il laureatları elan edildi. Moskvanın «Şaqal» klubunda keçirilən təntənəli mərasimdə laureatlara mükafatlar təqdim olunub. Sevindirici haldır ki, laureatlar arasında Azərbaycan yazıçısı Varis də var.

Moskva Ədəbiyyat Mükafatı 2015-ci ildə Rusiya Prezidenti Vladimir Putinin həmin ili «Ədəbiyyat ili» elan etməsi şərəfinə, Moskva şəhər rəhbərliyinin təşəbbüsüylə Rusiya Yazıçılar Birliyi, «Rossiyskiy kolokol» ədəbiyyat jurnalı və İnternational Writers Union (İWU) təsisatı tərəfindən təsis edilmişdir.

Modern.az xəbər verir ki, bu il komissiyaya 5000-dən yuxarı əsər təqdim olunub.

Onlardan da ən yaxşıları «Fantastika», «Fəlsəfi ədəbiyyat», «Ruhani ədəbiyyat», «Vətənpərvərlik ədəbiyyatı» və «Uşaq ədəbiyyatı» kimi 5 nominasiyada öncə long (uzun), sonra şort (qısa) siyahılara düşmüş, final mərhələsinə vəsiqə qazanmışlar. Nəhayət, tərkibi gizli saxlanılan münsiflər heyəti gizli səsvermə yolu ilə hər nominasiyadan 3 dərəcə üzrə (1-ci dərəcə: klassik yazar, 2-ci dərəcə: müasir yazar; 3-cü dərəcə: debütant yazar) laureatları müəyyənləşib.

Varis Yolçuyev «Yanvarın 13 günü» romanı ilə «Fəlsəfi ədəbiyyat» nominasiyasında «müasir yazar» dərəcəsi ilə qalib olub.

Xatırladaq ki, bu roman 2015-ci ilin dekabrında Moskvada nüfuzlu «Sovremenniki i klassiki» vintaj seriyasından çıxmışdır, Moskvada Mərkəzi Ədiblər Evində, Nyu-Yorkda «Sankt-Peterburq» kitab mağazasında, eləcə də Bakıda Beynəlxalq Mətbuat Mərkəzində onun təqdimat mərasimləri keçirilib.

Əlbəttə ki, Sergey Lukyanenko, Andrey Şarqorodskiy, Zaxar Prilepin, Eduard Uspenskiy kimi (təsəvvür edin ki, Boris Akunin, Mixail Jvanetski, Lev Anninski, Mixail Zadornov kimi dünyaşöhrətli yazarlar finala yüksəlsələr də laureat adını qazana bilməyiblər) tanınmışlarla bir sırada həmyerlimizin də olduqca nüfuzlu mükafatla təltif olunması Azərbaycan adına, ədəbiyyatımız adına böyük nailiyyətdir.

Moskva Ədəbiyyat Mükafatını qazanan Varis ikiqat sevinc hissi keçirdiyini vurğulayıb.

Onu da qeyd edək ki, mükafatlandırılan «Yanvarın 13 günü» kitabı hazırda Rusiyadan başqa Avropa və Amerikada da satışdadır.

Mirmahmud KAZIMOĞLU

Comments are closed, but trackbacks and pingbacks are open.