Press "Enter" to skip to content

Mumi şam ağacı sortları: müxtəlif növ şam ağacları haqqında məlumat əldə edin

Şam ağaclarını müəyyənləşdirməyin açarı şam iynələrinin bir-birinə bağlandığıdır. Onları bir-birinə bağlayan örtüyə bir qapaq deyilir. Şam ağacı növləri arasında bir fasikula yapışdırılan iynələrin sayı fərqlənir.

Ümummilli və son məhsul anlayışları

Cəmiyyətin iqtisadi vəziyyətinə xarakteristika verərkən kom­pleks göstəricilər sistemindən istifadə olunur. La-kin bu sistemdə başlıca meyarı ayırmaq olar və bu, ümum-milli məhsuldur.
Ümummilli məhsul (ÜMM) ölkənin daxilində və onun hü­dud­larından kənarda milli iqtisadiyyata mənsub olan iqdisadi vahidlərdə bir il ərzində istehsal edilmiş son məhsulların və xidmətlərin bazar dəyərinin toplusudur1. Lakin cari ildə istehsal edilmiş məhsulların ha­mısı satıl­ma-ya, onların bir hissəsi ehtiyat formasında gələn ilə saxlanıla bilər. Odur ki, satılıb-satılmamasından asılı olmayaraq cari dövrdə is­tehsal edilmiş bütün məhsul­lar ÜMM vasitəsilə ölçüldüyünə görə o, he­sab­lanar­kən ehtiyat kimi saxlanılan məhsulların hər cür artımı nəzərə alınmalıdır.
ÜMM dəyər ifadəsində hesablanır. Çünki müxtəlif əmtəə və xidmətləri natural formada cəmləmək və onların nisbi dəyəri haqqında tam təsəvvürə malik olmaq mümkün deyildir. Bunu aşağıdakı çox sadə misalla izah edək. Tutaq ki, ölkədə keçən il 5 ton armud və 8 ton alma, bu il isə əksinə – 8 ton armud, 5 ton alma istehsal olunmuşdur.Sual olunur: hansı ildə daha çox məhsul istehsal edilmişdir? Bu məhsulların hər birinin nisbi dəyərini ifadə edən bazar qiymətini bilmədən suala cavab vermək olmaz. Indi deyək ki, bir ton almanın qiyməti 200 manata, bir ton armudunku isə 300 manata bərabərdir. Buradan aydın olur ki, keçən ilə nisbətən bu il daha çox məhsul istehsal edilmişdir. Çünki istehsalın həcmi keçən il 3100 manata — (5×300) + (8×200) = 3100, bu il isə 3400 manata-(8×300)+(5×200)=3400-bərabər olmuşdur. Istehsalın ümumi həcmini düzgün hesablamaq üçün cari ildə istehsal edilmiş bütün məhsullar və xidmətlər bir dəfə uçota alınmalı, təkrar hesablamalara yol verilmə-mə­lidir. Məh­sulların çoxu isə bazara daxil olmazdan əvvəl bir neçə istehsal mər­hə­lə­sindən keçir. Nəticədə eyni bir məhsulun ayrı-ayrı hissələri bir neçə dəfə satın alınır və satılır. Ona görə də təkrar uçotaalmalara yol verməmək üçün ÜMM-i müəyyən edərkən yalnız son məhsulun bazar dəyəri nəzərə alınmalıdır.
Son məhsul dedikdə satmaq və ya emal etmək məq-sədilə deyil, son nəticədə istifadə olunmaq üçün satın alınan əmtəə və xidmətlər nə­zər­də tutulur ki, bu da ÜMM-in tər-kibində təkrar hesablamaları ara­dan qaldırır. Bunu aşağı-dakı misalla izah edək. Tutaq ki, yun kostyum axırıncı istehlakçının əlinə düşənə qədər istehsal prosesi beş mərhə-lədən keçir. Qoyunçuluq ferması 100 mln. manatlıq yunu emal müəssisəsinə göndərir. Emal müəssisəsinin qoyunçuluq fermasına ödə­diyi 100 mln. manat, əmək haqqı, renta tədiyələri, faiz və mənfəət şəklində bölünür. Emal müəssisəsi yunu emal edir və onu 150 mln. manata tikiş fabrikinə satır. 150 mln. manatın 100 mln. manatı satın alınmış yunun müqa­bi­lin­də qoyunçuluq fermasına ödənildiyinə görə onun yerdə qalan 50 mln. manatı emal müəssisəsində əmək haqqı, renta tədiyələri, faizin ödənilməsi və yunu emal etmək üçün lazım olan ehtiyatların satın alın­masına sərf edilir. Tikiş fabrikində 175 mln. ma­nat­lıq kostyum istehsal olunur və deməli, 25 mln, manat əlavə dəyər yara­nır. Tikiş fabriki məh­sulu 250 mln. manata topdan satış təş­kilatlarına, onlar isə öz növbə­sin­də 325 mln. manata pərakəndə ticarət təşkilatlarına satırlar və axırıncı istehslakçılar olan alıcılar kostyumu satın alırlar. Firmaların, məhsul­la­rın istehsalına sərf etdikləri xərclərlə onların satışından əldə etdikləri məbləğ arasındakı fərq hər mərhələdə əmək haqqı, renta tədiyələri və faiz, həmçinin məhsulların istehsalı və tədavülü prosesində istifadə olu­nan ehtiyatlara görə mənfəət for­masında bölünür.
Nəzərdən keçirilən prosesdə ümdə məsələ ondan iba-rətdir ki, istehsal olunmuş kostyumun dəyərinin hansı hissəsi ÜMM-ə daxil edil­mə­lidir? Suala qısa şəkildə belə cavab vermək olar: ÜMM-ə yalnız son məhsulu, yəni 325 mln. manatı daxil etmək lazımdır. Əgər hər mərhə­lə­də son məhsul hesab edəilən, lakin əslində aralıq məhsul olan məhsul­ları cəmləsək (100+150+175+250+325=1000) və alınan 1000 mln. ma­natı ÜMM adlandırsaq, onda onun dəyərini süni surətdə artırmış olarıq.
ÜMM-i hesablamaqda məqsəd onun köməyilə il ərzində is­teh­sal olunmuş əmtəə və xidmətlərin dəyərini müəyyən etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün hər il baş verən çoxsaylı qeyri-məhsuldar söv­dələşmələr nəzərə alınmamalıdır. Qeyri-məhsuldar söv­də­ləşmələrin isə iki əsas tipi vardır: 1) Xalis maliyyə sövdələşmələri; 2) Köh­­nə (iş­lə­dil­miş) əmtəələrin satışı.
Xalis maliyyə sövdələşmələri də üç yerə bölünür: 1) Dövlət trans­fert ödənişləri; 2) Xüsusi transfert ödənişləri; 3) Qiymətli kağız­la­rın alqı-satqısı.
Dövlət transfert ödənişlərinə sosial sığorta, işsizlərə, əlillərə döv­lət tərəfindən verilən müavinətlər və təqaüdlər daxildir. Bu ödəniş­lərin xüsusiyyəti ondan ibarətdir ki, onu alanlar cari ildə bu pulla məhsul istehsalında iştirak etmir-lər. Deməli, dövlət transfert ödə­niş­lərinin ÜMM-ə daxil edilməsi cari ildə həmin göstəricinin şişirdilməsinə gətirib çıxarır. Xüsusi transfert ödənişlərinə, məsələn, universitet tələbə­lərinə ailələrinin hər ay, yaxud da varlı qohumlarının birdəfəlik ver­dik­ləri pul və yardımlar daxildir. Çünki bunlar istehsalın nəticələri deyil, vəsaitin bir şəxs tərəfindən digərinə verilməsidir.
ÜMM hesablandıqda qiymətli kağızlarla aparılan sövdələşmələr, yəni səhm və istiqrazların alqı-satqısı da onun tərkibinə daxil edilmir. Çünki bu sövdələşmələr də cari ildə istehsalın həcminin artması de­mək deyildir. Lakin qeyd etmək lazımdır ki, pulun, onu «yığan» ada­mın əlindən çıx-ması və qiymətli kağızlarla sövdələşmələr aparan ada­mın əlinə keçməsi dolayı yolla istehsalın artmasına səbəb ola bilər.
Köhnə (işlənmiş) əmtəələrin ÜMM-ə daxil edilmə-sinin düzgün olmadığını isbat etməyə ehtiyac yoxdur. Çünki bu bir həqiqətdir ki, köhnə əmtəələr ya cari ildə istehsal edilməmişdir, yaxud da eyni bir ildə bir neçə dəfə alınıb-satıldıqda ÜMM-in tərkibində bir o qədər dəfə tək­rarlana bilər. Məsələn, tutaq ki, kimsə 2005-ci ildə istehsal edilmiş və sahibi olduğu «Mersedes» markalı avtomobili kiməsə satmışdır. Bu söv­dələşmə ÜMM-ə daxil edilməməlidir. Ona görə ki, avtomobil cari ildə istehsal olunmamışdır. Deməli, cari ildə istehsal edilmiş məhsullar yal­nız həmin ildə, ÜMM-ə daxil edilir.
Beləliklə, biz ÜMM-in tərkibini nəzərdən keçirdik və onun nə­dən ibarət olduğunu aydınlaşdırdıq. Lakin bunlar nəzəri müddəa­lardır və burada əsas məsələlərdən biri ÜMM-in hesablanması metod­larının öyrənilməsindən ibarətdir.

Ümummilli məhsulun hesablanması metodları

Istehsal olunmuş məhsulların ümumi bazar dəyəri iki üsulla müəyyən edilə bilər. Birinci üsulda istehlakçının son məhslun satın alın­masına sərf etdiyi xərclər, ikinci üsulda isə əmək haqqı, renta tədiyə­ləri, faiz və mənfəət formasında əldə edilən gəlirlər cəmlənir. Bu üsullar eyni problemə iki yanaşma metodunun olduğunu göstərir. Çünki isteh­lakçı-ların əmtəələrin satın alınmasına sərf etdikləri məbləğ hə-min məh­sulların istehsalı prosesində iştirak edənlərin müx-təlif for­malarda əldə etdikləri gəlirlərin nəticəsidir. Bunu kostyum istehsalına dair yuxarıda gətirilən misaldan da aydın görmək olar. Belə ki, bu prosesdə iştirak edən firma-ların əldə etdikləri gəlirlərin cəmi (100+50+25+75+75=325) kostyumun istehsalına sərf olunan bütün xərclərə – 325 mln. manata bərabərdir.
Istehsalla əlaqədar xərclərlə, əldə edilən gəlirlər ara-sındakı bə­rabərliyə təminat vermək olar. Mənfəət forma-sında əldə edilən gəlir bu­nu deməyə əsas verir. Məlum oldu-ğu kimi, mənfəət, istehsalçıların məh­sulların satışından əldə etdikləri məbləğdən əmək haqqına, renta tədi­yələrinə və faizin ödənilməsinə sərf olunan xərclər çıxıldıqdan sonra yerdə qalan gəlir deməkdir. Kostyum istehsal etmək üçün fir­manın əmək haqqının, renta tədiyələrinin və faizin ödənil-məsi üçün sərf etdiyi məbləğ onun bazar dəyəri olan 325 mln. manatdan azdırsa, onda bu iki kəmiyyət arasındakı fərq firmanın mənfəət əldə etdiyini, əksinə ol­duq­da isə, zərər çəkdiyini göstərir. Bütövlükdə ölkə üzrə istehsalın ümumi həcmini hesabladıqda da eyni dəlilləri gətirmək olar.
Beləliklə, ÜMM-in hesablanmasında istifadə olunan birinci me­toda məhsulun istehsal və ya xərclərə görə hesab-lanması metodu deyilir. Ikinci metodda isə əldə edilmiş gəlir-lər cəmlənir. Bu, ÜMM-in gəlirlər və ya bölgü üzrə hesab-lanması metodu adlanır.
Bu eynilik bütövlükdə iqtisadiyyat üzrə də doğrudur. Ona görə ki, ölkədə istehsal olunan bütün məhsullar ya ölkə daxilində təsər­rü­fatın üç bölməsi – ev təsərrüfatları, dövlət, biznes, — yaxud da xarici isteh­lakçılar tərəfindən satın alınır.
ÜMM-i xərclərə görə hesabladıqda son məhsulun istehsalı və xidmətlərlə əlaqədar olan bütün xərcləri cəm-ləmək lazımdır. Fikrimizi bir qədər də sadələşdirsək, ÜMM xərclərə görə hesablandıqda aşa­ğı­dakı ünsürlərdən ibarət olur: 1) Ev təsərrüfatlarının istehlakla əla­qədar xərcləri ©; 2) Biznesin investisiya ilə əlaqdar xərcləri (Iq); 3) Əm­təə və xidmətlərin dövlət tərəfindən satın alınması (G); 4) Əcnəbi-lər tərəfindən məhsulların satın alınması ilə əlaqədar olan xərclər (Xn).
Ev təsərrüfatlarının istehlakla əlaqədar xərclərinə uzun müddət istifadə olunan (avtomobil, soyuducu, mebel, videomaqnitafon və i. a.) və gündəlik tələbat məhsullarının (çörək, ət, süd, diş pastası, konyak, araq, siqaret və i.a.) sa-tın alınmasına, habelə göstərilən xidmətlərə (hü­quqşünasın, həkimin, bərbərin, mexanikin və s.) görə ödənilən xərclər daxildir.
ÜMM xərclərə görə hesablandıqda istifadə olunan termin­lərdən biri də bütün daxili xüsusi investisiyalardır. Investisiya xərclərinə aşağıdakılar daxildir: 1) Sahibkarlar tərəfindən son məhsul kimi satın alınmış maşın, avadanlıq, dəzgah və s.; 2) Bütün tikinti; 3) Ehtiyatların dəyişməsi.
Kapital ünsürlərinin – maşınlar, avadanlıqlar və i. a. – inves­tisiya xərclərinə aid edilməsi aydındır. Çünki bu zaman istehsal gücləri artır, istehsalın miqyasının genişlən-məsi üçün şərait yaranır. Tikintinin investisiyaya aid edil-məsi məsələsində isə bəzi məqamların aydın­laş­dı­rılmasına ehtiyac var. Məlumdur ki, istehsal təyinatlı yeni binaların ti­kintisi birbaşa investisiyalara aiddir. Bəs, nə üçün mənzil tikintisi is­teh­lak kateqoriyasına deyil, investisiya kateqori-yasına aid edilməlidir. Bu, onunla əlaqədardır ki, istehsal təyinatlı binalar kimi, çoxmənzilli yaşayış evləri də gəlir gətirir. Icarəyə (kirayə) verilən digər yaşayış evləri də bu səbəbə görə investisiya əmtəələrinə aid edilir. Sahibkarın mülkiyyətində olan, lakin icarəyə (kirayə) verilməyən başqa yaşayış binaları da inves­tisiya əmtəələrinə daxildir. Çünki onlar da gəlir əldə etmək məq­sədilə istənilən vaxt icarəyə (kirayə) verilə və gəlir gətirə bilər. Bu səbəbə görə də bütün mənzil tikintisi investisiya anlayışına daxil edilir.
Bəs, ehtiyatların dəyişməsi nə üçün investisiyaya aid edilir? Ona görə ki, ehtiyatların artımı əslində “istehlak edil-miş məhsullardır” və investisiyadan başqa bir şey deyildir.
ÜMM göstəricisini hesablamaqda məqsəd cari ildə istehsalın həcmini müəyyən etməkdən ibarət olduğuna görə onun tərkibinə satılıb – satılmamasından asılıı olmayaraq həmin ildə istehsal olunmuş bütün məhsullar daxil edilmə-lidir. Başqa sözlə, bir halda ki, ÜMM istehsalın ümumi həcminin düzgün ölçüsüdür, onda bütün ehtiyatların il ərzində artımı onun tərkibinə daxil edilməlidir. Çünki ehtiyatların artımının nə­zərə alınmaması istehsalın illik həcminin azalması demək olardı. Əgər ilin əvvəlinə nisbətən ilin axırında rəflərdə və anbarlarda daha çox əm­təə yığılıb qalmışdırsa, bu o deməkdir ki, ölkədə il ərzində istehlak olun­duğundan çox istehsal edilmişdir və bu artım ÜMM-ə daxil edilməlidir. Ehtiyatlar azaldıqda isə bu, il ərzində istehsal olun­du­ğun­dan çox istehlak edildiyini göstərildiyi üçün həmin fərq ÜMM-ə daxil edilmir.
Investisiyaya daxil edilməyən ünsürlərin müəyyən olunması da az əhəmiyyət kəsb etmir. Daha konkret desək, məsələn, qiymətli kağız­ların əldən-ələ keçməsi investisiyaya aid edilmir. Çünki bu, mül­kiyyət hüququnun sadəcə olaraq bir şəxsdən digərinə keçməsi de­məkdir. Bu sözlər mövcud aktivlərin yenidən satılmasına da aiddir.
Milli hesabları tərtib edərkən aşağıdakı anlayışlardan istifadə olunur:
1) Ümumi investisiyalar;
2) Xüsusi investisiyalar;
3) Daxili in­ves­­tisiyalar.
Xüsusi və daxili investisiyalar o deməkdir ki, onlar xarici şir­kətlər tərəfindən deyil, ölkə daxilindəki şirkətlər tərəfindən həyata ke­çi­rilir.
Lakin «bütün» anlayışını müəyyən etmək təsəvvür olunduğu qə­dər asan deyildir. Bütün daxili xüsusi inves-tisiyalara cari ildə istehsal prosesində istehlak olunmuş ma-şınlar, avadanlıqlar və qurğuların yeni­ləri ilə əvəz olunması üçün nəzərdə tutulan investisiya əmtəələri, iqtisa­diyyatda tətbiq olunan kapitala edilmiş hər cür əlavələr daxildir. De­mə­li, ümumi investisiyalar dedikdə ödəmə məbləği və inves­tisi­yala­rın artı­mı nəzərdə tutulur. Digər tərəfdən, «xalis daxili xüsusi investisi­yalar» anlayışından istifadə edilir ki, bu da öz növbəsində cari ildə həyata keçirilmiş əlavə investisiyalara xarakteristika vermək üçün la­zım­dır. Bu göstərici həm də bir sıra mətləbləri aşkarlamağa imkan verir. Bunu aşa­ğıdakı misalla izah edək. Tutaq ki, hər hansı bir ölkədə 2006-cı ildə 85,0 mlrd. dollarlıq investisiya əmtəələri istehsal edilmişdir. ÜMM-in isteh­salı prosesində isə 54,5 mlrd. dollar məbləğində maşın və avadanlıqlar is-tehlak olunmuşdur. Deməli, ölkədə həmin il kapital yı­ğımı-na 30,5 mlrd. dollar (85,0 mlrd. dollar – 54,5 mlrd. dollar) əlavə edil­mişdir. Buradan aydın olur ki, 2006-cı ildə ümumi investisiya 85,0 mlrd. dollar təşkil etdiyi halda, xalis inves-tisiyalar 30,5 mlrd. dollar olmuşdur.
Ümumi investisiya ilə cari ildə istehlak olunmuş kapital–amortizasiya məbləği–arasındakı fərq iqtisadiy­yatın yüksəliş, durğun­luq və ya azalma vəziyyətində olması haqqın-da mühakimə yürütməyə imkan verir. Daha doğru­su, ümumi investisiyalar amortizasiyadan çox olduqda bu, istehsal güclərinin artdığını, iqtisadiyyatın yüksəliş mər­hələ­sində olduğunu göstərir. Ümumi investisiyalarla amortiza­siya bir-birinə bərabər olduqda bu, iqtisadiyyatda durğun­luğun hökm sürdü­yü­nü, yəni, ÜMM-in istehsalı pro­sesində istehlak olunmuş kapital qədər, kapital ünsürləri istehsal olunduğunu göstərir. Ümumi inves­tisiyalar amorti­zasiyadan az olduqda, yəni il ərzində istehlak olun­duğundan az kapital istehsal edildikdə isə bu, iqtisadiyyatın tənəzzül vəziyyətində olmasına dəlalət edir. Bu zaman iqtisadiyyata inves­tisiya qoyuluşu aza­lır. Durğunluq da eyni vəziyyətin meydana gəlmə­sinə əlverişli şərait yaradır. Istehsal və məşğulluq azalmağa doğru meyl etdikdə ölkə iqti­sadiyya­tında istifadə olunduğundan çox istehsal gücləri olur. Nəticədə köhnəlmiş kapitalın dəyişdirilməsinə maraq ya azalır, ya da heç olmur. Amortizasiya ümumi investisiyaya nisbətən artır. Bu isə ilin əvvəlinə nisbətən ilin axırında kapitalın həcminin azalmasına gə­ti­rib çıxarır.
ÜMM hesablandıqda əmtəələrin dövlət tərəfindən satın alın­ması və xidmətlər üzrə xərclər də nəzərə alınma-lıdır. Buraya müəssi­sələrin son məhsullarının və bütün ehtiyatların, xüsusilə də işçi qüvvə­sinin dövlət tərəfindən satın alınması ilə əlaqədar olan xərclər daxildir.
ÜMM xərclər üzrə müəyyən olunduqda ölkənin ixrac etdiyi məh­sulların dəyəri də nəzərə alınmalıdır. Məlum olduğu kimi, ölkə idxal olunan məhsulların satın alınmasına müəyyən məbləğdə vəsait sərf edir. Lakin bu məhsullar başqa ölkələrdə istehsal olunduğuna və həmin ölkələrin ÜMM-nə daxil edildiyinə görə onların dəyəri onu idxal edən ölkənin UMM-nə daxil edilməməlidir.
Bu iki göstəricinin uçotunu aparmaq üçün bir qayda olaraq onların arasındakı fərq müəyyən edilir və ona xalis ixrac, yaxud da xa­lis idxal deyilir. Ixrac olunan əmtəələrin və göstərilən xidmətlərin bazar dəyəri, idxal üzrə eyni dəyərdən çox olduqda bu, xalis ixracı, əksinə olduqda isə xalis idxalı əmələ gətirir. Məsələn, tutaq ki, 2006-cı ildə hər hansı bir ölkədən 14,5 mlrd. dollarlıq əmtəə ixrac olunmuş, 18,7 mlrd. dollarlıq isə əmtəə idxal edilmişdir. Bu o deməkdir ki, həmin il xalis idxal 4,2 mlrd. dollara bərabər olmuşdur. Xalis ixracın xalis idxaldan çox olması ölkənin yüksək iqtisadi inkişaf səviyyəsində olduğunu gös­tərir.
Beləliklə, nəzərdən keçirilən aşağıdakı dörd xərc kateqoriyası­nın köməyilə ÜMM müəyyən edilir: 1) Şəxsi istehlakla əlaqədar olan xərclər; 2) Bütün daxili xüsusi investisiyalar; 3) Əmtəə və xidmətlərin dövlət tərəfindən satın alınması; 4) Xalis ixrac. Bunu aşağıdakı düsturla ifadə etmək olar:
ÜMM = C + Iq + G + Xn
Yuxarıda göstərildiyi kimi, iqtisadiyyatda əldə edilən gəlir əmək haqqı, renta tədiyələri, faiz və mənfəətə bölünür. Və adamda belə təsəvvür yaranır ki, bunları cəmləməklə, ÜMM-in bazar dəyərini asan­lıq­la müəyyən etmək olar. Lakin ÜMM-də vəsaitin bölünməsinin gəlir­lə­rin ödənilməsi ilə əlaqədar olmayan iki növünün mövcudluğu, vəziy­yə­ti bir qədər mürəkkəbləşdirir. Bunlardan biri kapitalın istehlak edil­məsi ilə əlaqədar olan ayırmalar, digəri isə biznes üzrə müəyyən olun­muş dolayı vergilərdir.
Məlum olduğu kimi, avadanlıqların əksəriyyətinin faydalı xid­mət­etmə müddəti bir ildən çoxdur. Investisiya əmtəələrinin satın alın­masına sərf olunan həqiqi xərclərlə onların məhsuldar xidmətetmə müd­dəti isə vaxt etibarılə üst-üstə düşmür. Ona görə də ayrı-ayrı müəs­sisələr bir tərəf-dən mənfəətin və bütün gəlirin azalmasına yol vermə­mək, digər tərəfdən isə sonrakı illərdə mənfəəti və ümumi gəliri artır­maq məqsədilə, avadanlıqların faydalı xidmətetmə müddətlərini müəy­yən edir və investisiya əmtəələrinin ümumi dəyərini onların xidmət et­dikləri bütün illər arasında bərabər bölürlər. Və deməli, investisiya əm­təələri öz dəyər-lərini məhsuldar xidmətetmə müddətində istehsal olunan məhsulların üzərinə hissə-hissə keçirirlər. Ayrı-ayrı illərdə istehsal pro­sesində istehlak olunan kapitalın həcmini ifadə edən illik ayırmalara amor­tizasiya deyilir. Amortizasiya hər il, şirkətin əldə etdiyi mənfəət və ümumi gəlir haqqında daha dəqiq hesabat hazırlamaq üçün aparılan mühasibat qeydiyyatıdır. Bütün bunlar göstərir ki, iqtisa­diy­yatda yara­dılan mənfəətin və ümumi gəlirin kəmiyyətini düzgün hesablamaq üçün sahibkarlıq bölməsinin ümumi gəlirinin tərkibindəki böyük məbləğdə amor­tizasiya ayırmaları nəzə-rə alınmalıdır. Amorti­zasiya ayırmaları ka­pitalın istehlak olunması ilə əlaqədar olan ayır­malardır. Bu ayır­ma­lar cari ildə ÜMM-in istehsalı prosesində istehlak olunmuş və gələcəkdə sıradan çıxacaq investisiya əmtəələrinin satın alınması üçün nəzərdə tutulur.
Vəsaitin bölüşdürülməsinin gəlirlərin ödənilməsi ilə əlaqədar olma­yan növlərindən biri də ondan ibarətdir ki, dövlət, bizneslə məşğul olan şirkətlərdən dolayı vergilər alır. Şirkətlər isə bu vergiləri özlərinin xərc­lərinə daxil edir və qiymətləri müəyyən edərkən onu nəzərə alırlar. Bun­lara satış vergisi, aksizlər, əmlak vergisi, lisenziya ödənişləri, gömrük rüsumları daxildir. Dolayı vergilərin alınmasını aşağıdakı misalla izah edək. Tutaq ki, şirkət istehsal etdiyi məhsulun hər vahidini 45 ma­nata satmağı nəzərdə tut­muşdur. Lakin dövlət pərakəndə ticarətdə satı­lan bütün əm-təələrə onların qiymətinin 4%-i qədər vergi müəyyən et­miş­dir. Deməli, pərakəndə ticarət təşkilatları məhsulların qiy-mətlərini 4% artırmalı, onu 46,8 manata satmalıdırlar. Gö-ründüyü kimi, ma­hiyyətcə bu vergi istehlakçılar tərəfindən ödənilir və dövlətin gəlir mən­bələrindən biridir. Dolayı ver-gilər formasında əldə edilən gəlirlər–qeyri-əmək gəlirləridir, çünki dövlət onların formalaşmasına heç bir vəsait sərf etmir. Bu deyilənlərdən aydın olur ki, son məh­sul onun üzə­ri­nə dolayı vergilər əlavə edildikdən sonra is­tehlakçının əlinə keçir. Ona görə də hər il yaradılan ümumi gəlir müəy-yən edilərkən bizneslə məşğul olan şirkətlərdən alınan dolayı vergilər onun tərkibinə daxil edilir.
Işsizlik dövründə işçilərə bizneslər və dövlət tərəfin-dən ödənilən sosial sığorta, pensiya təminatı, tibbi yardım, müavinət və s. də bu kateqoriyaya daxildir.
Renta tədiyələri də gəlirlərə aiddir və onu iqtisa­diyyatı ehtiyatlarla təmin edən ev təsərrüfatlarının mülkiy-yət­çiləri mənim­səyirlər. Pul kapitalı mülkiyyətçiləri isə borc verdikləri kapitalın mü­qabilində faiz şəklində gəlir əldə edirlər. Deməli, faiz də gəlirlərə aiddir. Lakin dövlət tərəfindən həyata keçirilən faiz ödənişləri faiz şəklində əldə edilən gəlirdən çıxılır. Bu, onunla əlaqədardır ki, dövlət biznesdən əldə etdiyi dolayı vergilərin müqabilində isteh-salata birbaşa vəsait qoy­mur, başqa sözlə, dövlət iqtisadi ehtiyatlarla təminatçı vəzifəsini yerinə yetirmir.
Geniş mənada işlədilən mənfəət iki yerə bölünür: 1) Mülkiyyətə görə, yaxud da sahibkarlığın qeyri-korporativ bölməsindən əldə edilən mənfəət; 2) Korporasiyaların əldə etdikləri mənfəət.
Mülkiyyətə görə əldə edilən mənfəət dedikdə fərdi mülkiyyətdə olan müəssisə, habelə kooperativ sahiblərinin xalis gəliri nəzərdə tu­tulur.
Korporasiyaların əldə etdikləri mənfəət isə aşağıdakı kimi isti­fadə olunur: onun bir hissəsi mənfəət vergisi şəklin-də dövlətə verilir, yer­də qalan məbləğin bir hissəsi səhmdar-lar arasında dividend şəklində bölünür; vergi və dividend çıxıldıqdan sonra qalan məbləğ isə korpo­rasiyaların bölüş-dürülməyən mənfəəti adlanır. Bölüşdürülməyən mən­fə­ə­tin bir hissəsi istehlak olunmuş kapitalın bərpa edilməsi üçün ayrılır, bir hissəsi isə gələcəkdə istehsalı genişləndirmək – yeni zavodlar tikil­məsi və avadanlıqlar alınması üçün nəzər-də tutulur.
Beləliklə, nəzərdən keçirilən aşağıdakı gəlir kateqoriyalarının köməyilə istehsalın illik bazar dəyəri, yəni ÜMM he­sablanır:
1) Istehlak olunmuş kapitalın dəyəri (amortiza-siya məbləği);
2) Şirkətlərdən alınan dolayı vergilər;
3) Muzdlu işçilərin əmək haqqı;
4) Icarə haqqı;
5) Faiz;
6) Mülkiyyətə görə əldə edilən mənfəət;
7) Korporasiyaların əldə et­dikləri mənfəətdən alınan vergilər;
8) Dividendlər;
9) Korporasi­ya­ların bölüşdürülməyən mənfəəti.

  • Teqlər:
  • makroiqtisadiyyat

Ümumi şam ağacı sortları: müxtəlif növ şam ağacları haqqında məlumat əldə edin

Əksər insanlar şam ağaclarını həmişəyaşıl iynələr və şam qozaları ilə əlaqələndirirlər və haqlı olaraq. Bütün şam ağacı növləri cins daxil olmaqla iynəyarpaqlıdır Pinus onlara ümumi ad verir. Ancaq nə qədər çam ağacı növünün olması sizi təəccübləndirə bilər. Şam ağacları növləri və landşaftdakı şam ağaclarını müəyyənləşdirmək üçün ipuçları haqqında oxuyun.

Fərqli Şam ağacları haqqında

Şam ağacları qrupunun hamısı Pinaceae ailəsində olduğu halda, hamısı eyni deyil. Doqquz cinsə qruplaşdırılır. Cins olanlar Pinus çam kimi adlandırılır, Pinacea ailəsindəki digərlərinə qarğıdalı, ladin və hemlock daxildir.

Şam ağaclarını müəyyənləşdirməyin açarı şam iynələrinin bir-birinə bağlandığıdır. Onları bir-birinə bağlayan örtüyə bir qapaq deyilir. Şam ağacı növləri arasında bir fasikula yapışdırılan iynələrin sayı fərqlənir.

Ümumi şam ağacı sortları

Fərqli şam ağacları fərqli formalara malikdir, hündürlükləri olduqca qısadan uçmağa qədərdir. Şam ağaclarını müəyyənləşdirmək üçün ağacların ölçüləri, eyni zamanda bir dəstə başına iynələrin sayı və şam konusunun ölçüsü və forması yoxlanılmalıdır.

Məsələn, bir şam ağacı növü, qara şam (Pinus nigra) olduqca hündür və enlidir, 60 fut hündürlüyə (18 m.) və 40 fut (12 m.) enə qədər böyüyür. Buna Avstriya şamı da deyilir və bir paket başına yalnız iki iynə qruplaşdırır. Uzun ömürlü tüklü şam (Pinus aristata) yalnız 30 fut (9 m.) hündürlükdə və 15 fut (4,5 m.) genişlikdə yuxarıya çıxır. Fəqəti, beş iynədən ibarət qrupları əhatə edir.

Çir çamı (Pinus roxburghii) yerli Asiya, 180 fut (54 m.) hündürlüyə qədər tumurcuqlar və hər dəstə üçün üç iynə var. Əksinə, mugo şamı (Pinus mugo) ümumiyyətlə sürünən bir kol kimi təqdim edən bir cırtdandır. Mənzərədə maraqlı bir şam nümunəsidir.

Bəzi növ şam ağacları ABŞ-a məxsusdur. Biri şərq ağ şamıdır (Pinus strobus). Sürətlə böyüyür və uzun müddət yaşayır. Taxta üçün olduğu kimi bəzək məqsədləri üçün də becərilən, şübhəsiz qitədəki ən vacib şam ağacı növlərindən biridir.

Digər yerli şam Monterey şamıdır (Pinus radiata), dumanlı Sakit okean sahillərindədir. Qalın gövdəsi və budaqları ilə çox hündür böyüyür. Ticarət məqsədləri ilə yanaşı mənzərələr üçün də istifadə olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.