Вургун Самед: биография, карьера, личная жизнь
Eyni zamanda, epopeyanı «Azərbaycan» şeirindən ayrı təsəvvür etmək mümkün deyildir. «Azərbaycan» şeiri geniş əhatə dairəsinə malik olan «Azərbaycan» epopeyasının, bütövlükdə Səməd Vurğun yaradıcılığının manifestidir. Fikrimizcə, Səməd Vurğunun «Azərbaycan» şeiri XX əsr Azərbaycan ədəbiyyatında azərbaycançılıq idealının hinini də hesab olunmağa layiqdir. Bundan başqa, 1938-ci ildə yazılmış «Azərbaycan» şeiri də haqqında bəhs edilən epopeyanın tərkib hissəsi, mənalı bir proloqu təəssüratı yaradır. Bu, «Azərbaycan» şeirində Vətənimizin gözəlliyi və qüdrəti poetik şəkildə ümumiləşdirilmişdir:
SəMƏd vurğun (1906-1956) HƏyati, yaradiciliğI
Səməd Vurğun Yusif oğlu Vəkilov Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. Atası Yusif ağa müflisləşmiş və ömrünün axırına qədər yoxsul həyat keçirmişdir.
Səməd 6 yaşında ikən anası Məhbubə xanım vəfat etmişdir. Yoxsul həyat, torpaq dam, ana həsrəti və atasının sazda çaldığı yanıqlı el mahnıları, aşıq havaları son dərəcə həssas qəlbli balaca Səmədin mənəvi varlığında dərin təsir buraxmışdır.Səməd çox həssas, hər şeylə maraqlanan , kiçik bir hadisədən tez mütəəssir olan, çevik, nadinc, bədəncə zəif, eyni zamanda cürətli və inadkar bir uşaq idi. O, el aşıqlarının sazına, nəğmələrinə, söylədikləri nağıl və əfsanələrə məftun idi, balaca vaxtından musiqini, nəğməni dərhal duyub qavrayardı.
S.Vurğun Salahlı kəndindəki 5 sinifli rus-tatar məktəbində oxumuşdur.O, Salahlı kəndində yaşadığı illərdə yoxsul kəndlilərin ağır həyatının şahidi olmuş, məhrumiyyət dolu yoxsullar dünyasını öz ata-anasının güzəranında ümumiləşdirərək belə təsvir etmişdir:
Qurban bayramıydı , gülürdü dağlar,
Qonşumuz xınalı bir erkək kəsdi.
O bayram günündə anamı ağlar
Görəndə üstümdən bir külək əsdi.
Səməd Vurğun görkəmli ədəbiyyatşünas və böyük maarifçi Firidun bəy Köçərlinin rəhbərlik etdiyi Qazax Müəllimlər Seminariyasını bitirmişdir. Müasirlərinin xatirələrindən aydın olur ki, Qori Seminariyası ənənəsi əsasında yaradılmış Qazax Müəllimlər Seminariyası statusuna görə pedaqoji texnikum funksiyasını yerinə yetirsə də, elmi-mədəni, maarifçi mühiti etibarilə ali məktəb səviyyəsində fəaliyyət göstərmişdir. Səməd Vurğunun 1929-cu ildə cəmi bir il təhsil aldığı Moskva Dövlət Universitetinin filologiya fakültəsi onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda aldığı ali təhsil şairin milli ədəbiyyatın inkişaf yolunu, görkəmli yaradıcılarını və böyük ənənələrini yaxından öyrənməsinə geniş yol açmışdır. Səməd Vurğunun Azərbaycan Elmi Tədqiqat İnstitutunun aspiranturasında 1931-1932-ci illərdə elmi axtarışlarla məşğul olması, «Qasım bəy Zakirin lirikası» mövzusunda namizədlik dissertasiyası üzərində çalışması, dövrün tanınmış alimləri ilə tanışlığı və ünsiyyəti də elmi dünyagörüşün inkişafında mühüm mərhələ olmuşdur. Beləliklə, Səməd Vurğunun Azərbaycanda və Moskvada aldığı ali təhsil onun fıloloji biliklərinin, dünyagörüşünün formalaşmasında həlledici əhəmiyyət kəsb etmişdir. Təhsil sahəsində keçdiyi yol onun ədəbiyyat savadı üçün əhəmiyyətli olduğu qədər də elmi düşüncəsinin müəyyən olunmasında və zənginləşməsində də özünəməxsus rol oynamışdır.
Səməd Vurğunun dövrünün görkəmli alimlərindən – Firidun bəy Köçərli, Bəkir Çobanzadə, Makovelski, İsmayıl Hikmət və başqalarından dərs alması, onların elmi əsərləri, tədiqatlarını dərindən mütaiə etməsi də elmi düşüncənin forormalaşmasında mühüm rol oynamışdır.
Elmin gücü ilə biz torpağın altından belə xəbər tutur, onun təbii sərvətlərini mənimsəyirik. Vətənimizin geniş münbit torpaqları altında hələ əvvəllər də faydalı qazıntılar, sərvətlər çox idi. Lakin bunlar kəşf edilmir, istifadəsiz qalır, yaxud da az miqdarda mənimsənilirdi. Yalnız. inkişaf etmiş elmin gücü ilə yerin lap dibindən hər cür sərvətləri çəkib çıxarırıq. Elm bizə ona görə lazımdır ki, ictimai həyatı idarə edən qanunları dərk edək. Çünki ancaq bu qanunları dərk edərəkdən biz öz həyatımızı, mədəniyyətimizi qura bilər və şanlı vətənimizi daha qüdrətli edərik. 1
Səməd Vurğun XX əsr Azərbaycan heca vəznli şeirini böyük sürətlə inkişaf etdirmiş, milli düşüncə və vətənpərvərlik ideyaları ilə zənginləşdirmişdir. Azərbaycan heca vəznli şeirində yeni formaların yaradılması və genişləndirilməsində, təzə sənətkarlıq imkanları qazanmasında Səməd Vurğunun böyük xidmətləri vardır. Səməd Vurğunun ilhamlı poeziyası ilə heca vəznli azərbaycançı şeir milli ədəbiyyatın əbədi sərvətinə çevrilmişdir. Beləliklə, Səməd Vurğun Azərbaycan şeirinin tarixində yeni mərhələ, xüsusi ədəbi məktəb yaratmışdır.
Xalq şairi Səməd Vurğun geniş idraka malik olan mütəfəkkir şəxsiyyətdir. Şairliklə yanaşı, geniş elmi dünyagörüş onun simasında cəmləşmişdir. Səməd Vurğunun tarixçi baxışları professional tarixçidən geri qalmadığı kimi, fəlsəfi dünyagörüşü də mükəmməl bir cəmiyyətşünas filosofun elmi təfəkkürünün dərinliyini və müasirliyini özündə əks etdirir. Dil haqqında fikirləri də ana dilinin keşiyində dayanan şair-vətəndaş mövqeyi ilə bərabər, həm də dilçiliyə dair elmi qənaətləri də ifadə edir. Xalq yazıçısı Mirzə İbrahimovun yazdığı kimi, «Səməd Vurğun öz xalqının hislərinə və həyəcanlarına, onun tarixi xüsusiyyətlərinə, müasir həyatına, tarixi inkişafının tələblərinə dərindən bələd idi. Bu, şairin tarix və müasiliklə əlaqədar ən mürəkkəb problemlərin düzgün bədii həllini tapmasına şərait yaradır, həyat həqiqətlərini dərindən hiss etməsinə və tam halda əks etdirməsinə kömək edir».
Heç şübhəsiz, Səməd Vurğunun çoxcəhətli yaradıcılıq fəaliyyətində bədii istedad, şairlik birincilik qazanmışdır. Səməd Vurğun bədii sözün bütün romantikasını şeirdə əks etdirən qüdrətli sənətkardır. Təsadüfi deyildir ki, Səməd Vurğunun şeiriyyətini əngin səmaları fəth edən qartalla müqayisə edirlər. O, Azərbaycan ədəbiyyatında qartal qanadlı poeziyanın böyük yaradıcısı kimi qəbul olunur. Səməd Vurğunun 1935-ci ildə 29 yaşında ikən qələmə aldığı məşhur «Azərbaycan» şeiri böyük istedadla yazılmış ilhamlı can şeirində xəlqilik və romantika ilə böyük ictimai mətləbləri ədəbiyyatda canlandırmağı nümayiş etdirmişdir. Səməd Vurğunun yaradıcılığı Azərbaycanın çoxəsrlik tarixinin və yeni həyatının böyük poetik dastanıdır. Səməd Vurğun şeiri Azərbaycan vətənpərvərlik poeziyasının klassik nümunəsidir və ən mükəmməl müasir təcəssümüdür.
Səməd Vurğunun «Dünya» şeiri dünyaya dərin elmi-fəlsəfi baxışların kamil poetik ifadəsidir:
Yerlərə baxıram – bağçalı-bağlı,
Göylərə baxıram – qapısı bağlı.
Kainat ixtiyar, sirli-soraqlı,
Əzəldən yaranıb tamaşa dünya!
Əzəldən belədir çünki kainat,
Cahan daimidir, ömür – amanat.
Əldən-ələ keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən yaşa dünya!
Məlum olduğu kimi, Səməd Vurğun Azərbaycan epopeyası yaratmaq niyyətində olmuşdur. Şair 1937-ci ildə özü bu barədə əsərləri «Azərbaycan» epopeyasının tərkibində şərti olaraq poemalar kimi nəzərdə tutmuşdur. Bizə görə, «Azərbaycan epopeyası» yalnız poemalardan ibarət olmamışdır. Səməd Vurğırn bir sıra şeirlərini də «Azərbaycan» epopeyasına daxil etmişdir. Üçüncüsü, Səməd Vurğun geniş mənada bütün ömrü boyu «Azərbaycan» epopeyası yaratmaq idealı uğranda çalışmışdır. Xalq şairinin «Azər- baycan» epopeyası barədə ilk dəfə məlumat verdiyi 1937-ci ildən sonra yazdığı «Bakmm dastanı», «Muğan», «Aygün» və sair poemalar «Azərbaycan» epopeyasının şah əsərlərini təşkil edir. Azərbaycançılıq Səməd Vurğun yaradıcılığının və xalq şairinin idealının fəlsəfəsidir.
Eyni zamanda, epopeyanı «Azərbaycan» şeirindən ayrı təsəvvür etmək mümkün deyildir. «Azərbaycan» şeiri geniş əhatə dairəsinə malik olan «Azərbaycan» epopeyasının, bütövlükdə Səməd Vurğun yaradıcılığının manifestidir. Fikrimizcə, Səməd Vurğunun «Azərbaycan» şeiri XX əsr Azərbaycan ədəbiyyatında azərbaycançılıq idealının hinini də hesab olunmağa layiqdir. Bundan başqa, 1938-ci ildə yazılmış «Azərbaycan» şeiri də haqqında bəhs edilən epopeyanın tərkib hissəsi, mənalı bir proloqu təəssüratı yaradır. Bu, «Azərbaycan» şeirində Vətənimizin gözəlliyi və qüdrəti poetik şəkildə ümumiləşdirilmişdir:
Nə çoxdur qoynunda almalı bağlar,
Qüdrətin göylərin dilini bağlar,
Meşəli dərələr, sal buzlu dağlar,
Dağların süd kimi qarı məndədir.
. Bu yerlərin hər torpağı, hər daşı
Yaranmışdır ayın, günün sirdaşı.
Əyilməmiş bu yerlərin dik başı
Koroğlunun mərd vüqarı məndədir.
Bütövlükdə 22 bənddən ibarət olan şeirdə hər bəndin sonuncu misrası yerində «məndədir» rədifı ilə bitən bəndlərdə Azərbaycan ölkəsinin özünəməxsusluqları, zənginliyi əks etdirilmişdir. «Mən- dədir» rədifi ilə ifadə olunan və bəndlərin əsas fikrini mənalandıran həmin misralar bir yerdə, cəm halda Azərbaycanın hərtərəfli, bütöv obrazını canlandırır.
“ VAQİF” dramı
Səməd Vurğunun «Vaqif» pyesi sənətkar və xalq probleminə həsr olunmuş romantik-realist tarixi dramdır. Şair XVIII əsrdə baş vermiş hadisələrin əsasında Azərbaycan xalqının yaşadığı mübarizə yolunu bütün dramatizmi ilə təqdim etmişdir. Akademik Məmməd Arif Dadaşzadənin haqlı qənaətlərinə görə, Səməd Vurğun «Vaqifin simasında. bir xalqın ən yaxşı insani keyfiyyətlərini, fikri- mənəvi gözəlliyini təcəssüm etdirmişdir». 2 Azərbaycan xalqma məxsus müdriklik və əyilməzlik Molla Pənah Vaqif obrazmda ümumiləşdirilmişdir. «Vaqif» – Azərbaycan xalqının əyilməzlik heykəlinin dramıdır.
«Vaqif» dramı bizdə öz keçmişimizə, böyük ədəbiyyatımıza, xalqımızın qəhrəmanlığına, onun azadlıq uğrunda apardığı mübarizəyə dərin bir məhəbbət oyadır, xarici istilaçılara qarşı amansız olmağa çağırır, Vətənimizi, xalqımızı daha da dərindən sevdirir. Bu səbəblərə görə «Vaqif» tarixi mövzuya həsr edilmiş olsa da, son dərəcə aktual bir əsərdir». ( Mehdi Hüseyn)
“«Vaqif»in tədqiqatçıları da əsərin müasirlik baxımından böyük əhəmiyyətə malik olduğunu xüsusi qeyd etmişlər. Xalqımızın tarixi keçmişinin çox maraqlı bir dövrünü əks etdirən pyes 1930-1940-cı illərdə olduğu kimi, bu günümüzlə də səsləşir. Bu özünü, həm hadisələrin ümumi inkişafında, həm də ayrı-ayrı surətlərin təcəssümündə göstərir. Humanizm, qəhrəmanlıq, yurdsevərlik, ümumbəşərilik, doğma yurdu işğalçılardan qorumaq səyləri kimi ideyalar müasir dövrdə öz əhəmiyyətini daha da artırmışdır.
«Vaqif» pyesinin mərkəzində Azərbaycan durur. XVIII əsr Azərbaycanı özünün çox mürəkkəb və ağır dövrünü yaşayırdı. Xanlıqlara parçalanmış Azərbaycan İranla Rusiyanın arasında qalmışdı. Bu ölkələrdən hər biri Azərbaycana sahib olmaq istəyirdi, bu istəklərini həyata keçirmək üçün müxtəlif vasitələrə əl atırdılar. Beləliklə, Azərbaycan iki düşmənlə üzləşmiş, iki od arasında qalmışdı.
İki od arasında qalmış Azərbaycana məhəbbət «Vaqif» pyesinin əsasını təşkil edir. Hadisələrin gedişində və inkişafında, ayrı-ayrı obrazların monoloqlarında, dialoqlarda Azərbaycan sevgisi hakimdir. Şair əsərdə müxtəlif ədəbi üsullarla bu yurdun keçmişi, xalqın tarixində baş vermiş hadisələr barədə məlumat verir. Bu baxımdan Eldarın monoloqları səciyyəvidir. Bu monoloqlar əsasən Azərbaycanın yaşamış olduğu məhrumiyyətlərlə bağlıdır.
Səməd Vurğun əsəri yazarkən tarixi hadisə və faktlara həssaslıqla yanaşmış, bunlardan məharətlə faydalanmışdır. Qarabağ xanlığının Rusiya ilə əlaqə yaratmaq təşəbbüsü, qonşu gürcü xalqı ilə birgə hərəkət etməsi və bu işdə Vaqifin böyük rol oynaması, onun Qacara sərt cavab məktubu yazması və Qacarın bundan hiddətlənməsi, Vaqifin Şuşanın işğalı vaxtı şəhərdə qalması və s. tarixi faktlardır.
Səməd Vurğunun əsərdə təsvir etdiyi hadisələr əsasən Vaqiflə əlaqədar verilir. Tədqiqatçılar Vaqif barədə danışarkən onu ümumiləşmiş surət hesab edirlər. Vətənpərvər və vətəndaş olan qələm sahiblərimiz öz xalqını düşünməklə bərabər başqa xalqlara da eyni gözlə baxmış, ümumbəşəri ideyaları təbliğ etmiş, xalqları dostluğa, əməkdaşlığa səsləmişdir. Səməd Vurğun milli və ümumbəşəri xüsusiyyətləri məhz Vaqif obrazı üzərində cəmləşdirmişdir. Vaqif, hər şeydən əvvəl, böyük vətənpərvərdir, öz vətənini, xalqını və dilini müdafiə edir.
Vaqifin özünəməxsus xüsusiyyətləri onun Vidadi, Eldar və başqa adamlarla söhbətlərində, İbrahim xan və Qacarla qarşılaşdığı səhnələrdə, habelə başına gələn bir sıra hadisələr zamanı meydana çıxır. Əsərin əvvəlində Salahlıya – Vidadi ilə görüşə gələrkən kənd ağsaqqallarından Qurban kişi onu ərklə məzəmmət edir. Qurban kişi üzünü Vaqifə tutub deyir ki, sən gözümüzün işığı, məclislərin yaraşığı idin, gəlinə-qıza şeir deyərdin: “Onu da çox gördün axırda bizə?”
Vaqif bu ağsaqqala belə cavab verir:
Yox, yox, Qurban əmi, mənə dünyada
Bu ellər, obalar gülzar görünür.
Gözüm gözünüzdən uzaq olsa da,
Könüldən-könülə yollar görünür.
Qurban kişinin bu «məzəmmət»ində də Vaqifə el sevgisinin şahidi olur, ona böyük ehtiram göstərildiyini hiss edirik. Göründüyü kimi, Qurban kişi ona birbaşa demir ki, gözəl məclislərin yaraşığı olduğunu, gəlinə-qıza şeir dediyini, yəni nikbin hərəkətlərinlə camaatı şad etdiyini axırda bizə çox gördün. Qurban kişi bunu Vaqifdən çox mülayimliklə soruşur: «Onu da çox gördün axırda bizə?»
Vaqif sarayda təqib olunanda, mənəvi sarsıntılara məruz qalanda yenə də bağlı olduğu xalqı, eli-obanı düşünür:
O təmiz duyğular, o saf ürəklər,
Bənövşə qoxulu sərin küləklər,
Başına döndüyüm güllər, çiçəklər –
Tərlanlar oylağı yadıma düşdü.
Vaqif elə-obaya bağlı şəxsiyyət, gözəl şair, uzaqgörən dövlət xadimi, diplomatdır. O, vəfalı dost, mehriban valideyn, möhkəm iradəli bir insandır.
Pyesdə göstərilir ki, mürəkkəb hadisələr axarında Vaqif öz ləyaqət və məğrurluğunu saxlayır. Düşmənin qabağında vüqarla dayanır. Heç vaxt təmkinini pozmayan Vaqif zindanda da dözüm və iradə nümayiş etdirir. O, oğlu Əli bəyi də bu cür tərbiyə etmişdir. Buna görə də Əli bəyin «Eh. ata, nə qoyub, nə axtarırsan, Zülmün qabağında ağlarmı insan?» deməsi onu ruhlandırır. Vaqif oxucunun və tamaşaçının yaddaşında elə bu cür də qalır. ” ( A.Bayramov)
1 Səməd Vurğun. Əsərləri, 5 cilddə, V cild. Bakı, «Şərq-Qərb», 2005, səh. 296.
2 Məmməd Arif. Səməd Vurğunun dramaturgiyası. Bakı, “Elm”, 1964, səh. 44.
Вургун Самед: биография, карьера, личная жизнь
Самед Вургун — литератор из Азербайджана, дважды награжденный Сталинской премией. Среди наиболее значимых его творений — поэмы «Локбатан», «Двадцать шесть», «Айгюн», пьесы «Вагиф» и «Фархад и Ширин». Сейчас сочинения Вургуна принято считать образцом азербайджанского литературного языка.
Статьи по теме:
- Вургун Самед: биография, карьера, личная жизнь
- Продуло глаз: что делать?
- Какие шансы выжить у недоношенного ребенка
Детство поэта
Родился Самед Вургун (настоящая фамилия — Векилов) 21 марта 1906 года по новому стилю в небольшом селе Юхары Салахлы. Когда мальчику исполнилось шесть лет, его мать скончалась. С 1912 года его воспитывали бабушка Айша и отец.
В 1918 году он окончил земскую школу и перебрался вместе со всей семьей в Газах (это город на юго-западе Азербайджана). Затем Самед, как и его старший брат Мехтихан, поступил в Газахскую учительскую семинарию.
В 1922-м умер отец поэта, а еще год спустя и бабушка. После этого Самеда взяла под опеку его кузина Хангызы.
Творчество и жизнь Самеда Вургуна с 1925 по 1945 год
Печататься со своими произведениями он начал в 1925 году. Именно тогда в Тифлиссом издании «Ени Фикир» опубликовали его стихотворение, которое называлось «Обращение к молодежи».
Известно, что в двадцатых годах Самед был учителем литературы в Газахе, Губе и Гяндже. В 1929-м он стал студентом Второго Московского Государственного университета и проучился в нем до 1930-го, после чего решил продолжать образование в Азербайджанском пединституте.
Дебютная книга Самеда Вургуна вышла в свет в 1930 году — она носила название «Клятва поэта».
Четыре года спустя, в 1934-м, Самед заключил брак с Хавер ханум Мирзабековой. По сути, Хавер стала главной любовью в жизни литератора, они прожили вместе до самой его смерти. В этом браке родилось трое детей — два сына (Юсиф и Вагиф) и дочь (её имя Айбяниз). Сыновья, когда выросли, связали свою жизнь с творчеством: Вагиф стал, как и отец, поэтом, Юсиф писателем. А дочь Айбяниз долгое время являлась научным сотрудником музея имени Низами.
С середины тридцатых годов Самед Вургун начал заниматься переводческой деятельностью. На родной азербайджанский он, к примеру, перевел роман Александра Сергеевича Пушкина «Евгений Онегин» и (частично) знаменитую грузинскую эпическую поэму двенадцатого века — «Витязь в тигровой шкуре».
В 1937 году Самед Вургун закончил работу над трагедией в трех действиях «Вагиф». В ней рассказывается о жизни азербайджанского стихотворца и визиря Молла Панаха Вагифа, жившего в восемнадцатом веке. В начале сороковых за эту трагедию Вургуну дали Сталинскую премию. Позднее он удостоился этой престижной награды и во второй раз — за рифмованную пьесу «Фархад и Ширин».
Литератор занимался творчеством и в годы Великой Отечественной. С 1941 по 1945-й он создал больше шестидесяти стихов и ряд поэм (в частности, поэму «Дастан в Баку»).
В 1943 году в США на конкурсе поэзии на военную тематику Вургун представил свое стихотворение «Напутствие матери». Оно было по достоинству оценено организаторами конкурса и вошло в двадцатку лучших. Его напечатали в нью-йоркском сборнике, который распространяли в среде американских солдат.
В том же 1943-м в Баку по предложению Вургуна открыл свои двери для встреч с бойцами, сражавшимися на фронте, и иных мероприятий Дом Интеллигенции имени Физули.
Последние годы и память
В 1945-м Самед стал академиком Академии наук Азербайджанской ССР. Кроме того, с 1946 по 1956-й он исполнял обязанности депутата ВС (Верховного Совета) СССР.
Ушел из жизни замечательный поэт в конце мая 1956-го. Его могила находится в Баку.
В нынешнее время имя Самеда Вургуна носит библиотека в одном из районов Киева (Украина), учебное заведение в Душанбе (Таджикистан), улица в Северном административном округе Москвы (Россия). А в самом Азербайджане есть целое село, переименованное в честь талантливого поэта. Мало того, в таких азербайджанских городах, как Агджабеди и Баку, тоже существуют улицы Самеда Вургуна. А еще в азербайджанской столице в шестидесятых установили красивый памятник литератору. Его создателем стал монументалист Фуад Абдрахманов.
Comments are closed, but trackbacks and pingbacks are open.