Press "Enter" to skip to content

Səməd Mənsur haqqında ilk biblioqrafik nəşr

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

İşgüzar sənədlərin dili.Sənəd dilində rəsmi və qeyri-rəsmi ifadələr. Fərdi üslub.Fərdi üslub nədir?

Bütün məktublar salamlaşma ilə başlayır, sağollaşma ilə qurtarır və bu da şablon deməkdir. Məktub rəsmi üslubun ən sərbəst formasıdır.

Hər hansı bir fərdin şifahi, yaxud yazılı nitqində özünəməxsus xüsusiyyətləri olur. Həmin xüsusiyyətlər bütövlükdə fərdi üslubu təşkil edir.

Fərdi üslub hər hansı bir fərdin özünəməxsus, xarakterik üsuludur.

Fərdi üslub bədii üslubda daha qabarıq təzahür edir. Çünki bədii üslub fərdin keçirdiyi ovqatın emosiyaların təzahürüdür və burada fərdilik daha güclü şəkildə meydana çıxir. Fərdilik elmi, publisistik üslublarda və məişət üslubunda da öz əksini tapır, lakin bu təzahür bədii üslubdakı qədər güclü deyil. Rəsmi-işgüzar üslubda isə fərdilik, dəmək olar ki, yoxdur. Fərdi üslub dünyagörüş, təfəkkür ilə yanaşı, eyni zamanda dövrlə də bağlıdır. Məsələn, həm 30-cu, həm də 50-ci illərdə yazılmış elə şərlər var ki, ifadə tərzinə, intinasiysasına görə bir birindən fərqlənir.

Fərdi üslubu mövcud ictimai – tarixi şərait yetişdirir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Səməd Mənsur haqqında ilk biblioqrafik nəşr

Xəbər verildiyi kimi, yanvarın 31-də görkəmli şair Səməd Mənsurun 140 illiyi münasibətilə Əmircan qəsəbəsindəki Mədəniyyət evində keçirilən “Həpsi rəngdir” adlı ədəbi-bədii tədbirdə Azərbaycan Milli Kitabxanasının nəşr etdirdiyi “Səməd Mənsur. Biblioqrafiya”, Yadigar Əsgərovanın “Səməd Mənsur. Həyatı və yaradıcılığı” və Nizami Cəfərovun Türkiyədə çap olunan “Samed Mansurun şiiri” kitablarının təqdimatı keçirilmişdir.

Milli Kitabxana mütəmadi olaraq “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından biblioqrafiyalar hazırlayaraq nəşr etdirir. XX əsr Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, şair, jurnalist, dramaturq, tərcüməçi Səməd Mənsurun (Səməd Əhməd oğlu Kazımov) 140 illiyinə həsr edilən “Səməd Mənsur” biblioqrafiyası da nəfis tərtibatda çap edilmişdir.

Səməd Mənsur 1937-ci il repressiyasından 10 il əvvəl dünyasını dəyişsə də, şeirlərində mövcud sistemin dözülməz ideoloji qaydalarına boyun əymədiyinə və cəmiyyətdəki reallıqları əks etdirdiyinə görə onun üçün repressiya lap əvvəllərdən başlanmışdır. Belə ki, əsərləri rəsmi qaydada çap olunmamış, ona bir sıra qadağalar qoyulmuş, şeirləri yalnız bir sıra ədəbi-bədii məclislərdə səslənərək yaddaşlara hopmuş, sonralar isə həyat və yaradıcılığı araşdırılaraq tədqiqat obyektinə çevrilməmişdir. Yalnız 1980-ci ildə işıq üzü görən “Deyilən söz yadigardır” (tərtib edəni: Cəfər Rəmzi İsmayılzadə), “Molla Nəsrəddinçi şairlər” (tərtib edənlər: Abbas Zamanov və Kamran Əliyev) və “Azərbaycan qəzəlləri” (tərtib edəni: Məmməd Nuri) antologiyalarına Səməd Mənsurun da bir sıra şeirləri salınmışdır. 1993-cü ildə Xalq yazıçısı Anar şairin “Həpsi rəngdir” adlı ilk şeirlər kitabını nəşr etdirmişdir. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamına əsasən, Səməd Mənsurun 2006-cı ildə “Seçilmiş əsərləri” (tərtib edənlər: Əliheydər Hüseynov, Təranə Hüseynova və Abbas Abdullayev) çap edilmişdir.

Milli Kitabxananın hazırlayaraq nəşr etdirdiyi “Səməd Mənsur. Biblioqrafiya” kitabı şair haqqında işıq üzü görən ilk biblioqrafik nəşrdir. Vəsaitdə “Səməd Mənsurun həyat və yaradıcılığının əsas tarixləri”, “Səməd Mənsur poeziyasından seçmələr”, “Görkəmli şəxsiyyətlər Səməd Mənsur haqqında” bölmələri”, eyni zamanda şairin həyat və yaradıcılığını, ədəbi fəaliyyətini əks etdirən və 1911-2018-ci illərdə dərc edilən materiallar əksini tapmışdır.

Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada verilmiş, daxildə isə əlifba sırası gözlənilmişdir. Kitaba akademik Nizami Cəfərov “Unutdurulduqca unudulmayan şair” başlıqlı ön söz yazmışdır.

“Səməd Mənsur” biblioqrafiyasının tərtibçisi Milli Kitabxananın bölmə müdiri Mətanət İbrahimova, elmi redaktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov, redaktoru Əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır.

Adilə QOCAYEVA
Milli Kitabxananın əməkdaşı

Comments are closed, but trackbacks and pingbacks are open.