Press "Enter" to skip to content

İsmi və feli söz birləşmələri

Cümlədə başqa sözlərlə qrammatik əlqəyə girdikdə müvafiq qrammatik şəkilçi birləşmənin ikinci tərəfinə artırılır. İkinci növ təyini söz birləşməsi bütövlükdə bir cümlə üzvü kimi çıxış edir. Məsələn, Bu, dağ havasının xəstəyə təsirindən idi. Nəhəng qoz ağacından əsərəlamət qalmamışdır . Ana heykəli çox əzəmətli idi. Bacım göz həkimidir. Şəfəqlər dağlar döşünə səpilir.

Söz birləşməsinin növləri

Təyini söz birləşmələri tərəflərin bir-birinə qrammatik cəhətdən bağlanma üsuluna görə üç növə ayrılır:

  1. Birinci növ təyini söz birləşmələri
  2. İkinci növ təyini söz birləşmələri
  3. Üçüncü növ təyini söz birləşmələri

Birinci növ təyini söz birləşmələrinin əmələ gəlməsində heç bir morfoloji əlamət iştirak etmir. Məsələn, geniş meydan, uca dağ, azad seçkilər, şirin meyvə, taxta qapı və s.

Birinci növ təyini söz birləşmələrinin əsas (ikinci) tərəfi həmişə isimlə, asılı (birinci) tərəfi isə isim (da. bina), sifət (şirin qarpız), say (beş kitab), əvəzlik ( o adam), feli sifət (uçan quş) və feli sifət tərkibi ( bütün suallara cavab verən oğlan) ilə ifadə olunur.

Birinci növ təyini söz birləşməsi cümlədə başqa sözlərlə qrammatik əlaqəyə girdikdə müvafiq qrammatik şəkilçi onun ikinci tərəfinə artırılır, birinci tərəf olduğu kimi qalır.

Birinci növ təyini söz birləşmələrinin hər biri ayrı – ay-rılıqda cümlə üzvü olur. Cümlədə birinci tərəf həmişə təyin, ikinci tərəf isə müxtəlif cümlə üzvləri ola bilir. Məsələn, Qara buludlar günəşin qaraşısını tutmuşdu. Mən dünəndən bu sənədləri araşdırmaqla məşğul idim. Qoca əyləşib şirin qarpızdan doyunca yedi.

Tərkibindəki sözlər mənaca ayrılmağa imkan verməyəndə birinci növ təyini söz birləşməsi bütövlükdə bir cümlə üzvü olur. Məsələn, Biz onu üç saat gözlədik. Bu gün səni iki saat gözləməli olduq. Sən bu yerlərə bir də gəlmə.

Növ təyini söz birləşməsinin birinci tərəfi qeyrimüəyyən yiyəlik halda olur, ikinci tərəfi isə III şəxsin mənsubiyyət şəkilçisi ilə işlənir. Məsələn, qala qapıları, yaz havası, qoz ağacı, qız qalası, durna qatarı, Xəzər dənizi, Odlar yurdu, islam dini, bahar fəsli və s.

İkinci növ təyini söz birləşməsinin hər iki tərəfi, bir qayda olaraq, isimlə ifadə olunur. Məsələn, meşə heyvanları, ev quşları, ellər gözəli, dağlar maralı və s. Başqa nitq hissələrinə aid sözlər bu birləşmələrin tərəfləri kimi işləndikdə substantivləşir. Məsələn, beş arzusu, oxumaq həvəsi, gözəllər gözəli və s. Bu birləşmələrin tərəfləri eyni vaxtda cəmlənə bilmir. Ancaq tərəflər ayrı – ayrılıqda cəmlənə bilir. Məsələn, Qafqaz dağları, türk dilləri, hava yolları, ellər gözəli, dağlar maralı, sular sonası və s.

Müstəsna hallarda birləşmənin hər iki tərəfi cəmlənir. Məsələn, atalar sözləri, həmkarlar ittifaqları, elmlər namizədləri, elmlər doktorları, genclər təşkilatları və s.

İkinci növ təyini söz birləşməsinin tərəfləri arasında ba.qa sözlər işlənə bilmir. Məsələn, durna qatarı, yol boyu, Sabir bağı, qala qapıları və s. birləşmələrin arasına hər hansı bir söz əlavə etmək mümkün deyil.

Bunlar ikinci növ təyini söz birləşmələrinə məxsus xösusiyyətlərdir.

Cümlədə başqa sözlərlə qrammatik əlqəyə girdikdə müvafiq qrammatik şəkilçi birləşmənin ikinci tərəfinə artırılır. İkinci növ təyini söz birləşməsi bütövlükdə bir cümlə üzvü kimi çıxış edir. Məsələn, Bu, dağ havasının xəstəyə təsirindən idi. Nəhəng qoz ağacından əsərəlamət qalmamışdır . Ana heykəli çox əzəmətli idi. Bacım göz həkimidir. Şəfəqlər dağlar döşünə səpilir.

Növ təyini söz birləşmələrinin birinci tərəfi ismin müəyyən yiyəlik halında olur, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi qəbul edir. Bu birləşmələrin də tərəfləri, əsasən, isimlərlə ifadə olunur. Məsələn, dağın zirvəsi, baharın nəfəsi, suyun şırıltısı, Nizaminin əsərləri, xalqın sərvəti, insanın arzusu, pəncərənin qabağı və s.

Başqa nitq hissələrinə aid sözlər bu birləşmələrin tərəfləri kimi işləndikdə isimləşir, yəni substantivləşır. Məsələn, oxumağın faydası, sözün qısası, meyvələrin şirini, oxumağın mənası, yolun uzunu, deyilənlərin çoxu və s.

Bu birləşmələrin hər iki tərəfi də şəkilçi ilə formalaşır. Məsələn, şəhərin küçəsi. ayın işığı. Bakının metrosu və s. Birləşmənin ikinci tərəfi sifət və ya sayla ifadə olunduqda birinci tərəf bəzən çıxışlıq halda işlənir. Məsələn, şagirdlərdən beşi, gulənlərdən üçü, qızlardan ən gözəli, döyüşçülərdən ən cəsarətlisi, fəhlərdən çoxu, uşaqlardan biri.

Üçüncü növ təyini söz birləşməsinin tərəfləri arasında istənilən qədər söz işlənə bilir. Məsələn, müğənninin səsi-müğənninin könül oxşayan səsi, Füzulinin şeirləri – Füzulinin fəlsəfı şeirləri, Nizaminin poemaları – Nizaminin dünya şöxrətli poemaları və s.

Üçuncü növ təyini söz birləşmələrinin tərəfləri həm ayrı – ayrılıqda, həm də eyni zamanda cəmlənə bilir. Məsələn, adamların əksəriyyəti, gələnlərin çoxu, xalqın oğulları, xəstənin əzabları, şagirdlərin dəftərləri, onların dostları, tarıxlərin yadigarı, şairin şeiləri, natiqlərin çıxışları.

Bu birləşmələrin ikinci tərəfi hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul edə bilir. Məsələn, mənim dəftərim, sənin dəftərin, onun dəftəri, bizim dəftərimiz, sizin dəftəriniz, onların dəftərləri.

Cümlədə başqa sözlərlə əlaqəyə girdikdə qrammatik şəkilçi birləşmənin ikinci tərəfinə artırılır, birləşməsi bütövlükdə bir cümlə üzvü olur. Məsələn, Sizin gələcəyiniz öz əlinizdədir. Kəşfıyyatçılar meşənin kənarında dayandılar. Gördüyünüz oğlan mənim qardaşımdır.

Bəzi hallarda birinci tərəfi bizim və ya sizin sözləri olan üçüncü növ təyini söz birləşməsinin ikinci tərəfi mənsubiyyət şəkilçisi qəbul etmir. Məsələn, bizim evlər, sizin bağlar, bizim adamlar, sizin futbolçular, bizim qızlar, sizin ellər və s. Cümlədə belə birləşmələrin birinci tərəfi təyin, ikinci tərəfi isə başqa cümlə üzvü olur. Məsələn, «Sizi bizim kəndə dəvət edirəm» cümləsində bizim sözü təyin, kəndə sözü isə zərflikdir.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

İsmi və feli söz birləşmələri

Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsidir: daş hasar.

Müstəqil sözlə köməkçi söz, söz birləşməsi yaratmır: evə tərəf.

SÖZ, SÖZ BİRLƏŞMƏSİ VƏ CÜMLƏ

Söz: səslərdən ibarətdir, leksik vahiddir, ümumi və geniş mənaya malikdir.

Söz birləşmələri: sözlərdən yaranır, sintaktik vahiddir və mənanı konkretləşdirir.

Söz və söz birləşmələrinin oxşar xüsusiyyətləri:

  • cümlə üçün tikinti materialı olması
  • əşya və hadisələri adlandırması

Cümlələrlə bağlı xüsusiyyətlər:

  • Bitmiş bir fikri ifadə edir.
  • Ünsiyyətin əsas vahididir.
  • Söylənilən fikrə münasibət bildirilir.
  • Bir sözdən də ibarət ola bilir.

Söz birləşməsi və cümlə:

a) oxşar xüsusiyyətlər:

  • sözlərin müxtəlif şəkildə birləşməsi
  • eyni nitq hissələrindən yaranması
  • eyni sintaktik əlaqələrlə formalaşması
  • söz sırasının eyniliyi

b) fərqli xüsusiyyətlər:

  • söz birləşməsi bitkin fikir ifadə etmir.
  • söz birləşməsi bir sözdən ibarət ola bilməz.
  • söz birləşməsinin xüsusi intonasiyası yoxdur.

Söz birləşmələri iki cür olur: sabit və sərbəst. Sərbəst söz birləşmələri də iki yerə bölünür: ismi və feli birləşmələr.

İSMİ BİRLƏŞMƏLƏR

Təyini söz birləşmələri = Əsas tərəfi isimlərlə (adlarla) ifadə olunan birləşmələrdir.

Təyini söz birləşmələri üç yerə ayrılır:

  1. — birinci növ,
  2. — ikinci növ,
  3. — üçüncü növ təyini söz birləşmələri.

1. Birinci növ təyini söz birləşmələri (yaxşı şagirdlər):

  • Əsas tərəfi isimlərlə və isimləşmiş sözlərlə ifadə olunur.
  • Tərəfləri ayrı-ayrılıqda bir cümlə üzvü olur.
  • Birinci tərəfi cümlədə təyin olur.
  • İkinci tərəfi mübtəda, xəbər, tamamlıq və zərflik olur.

2. İkinci növ təyini söz birləşmələri (nar çiçəyi):

  • Birinci tərəfi yiyəlik hal şəkilçisiz, ikinci tərəfi mənsubiyyət şəkilçili birləşmələrdir.
  • Əsas tərəfi isimlərlə və isimləşmiş sözlərlə ifadə olunur.
  • Tərəfləri birlikdə bir cümlə üzvü olur.
  • Əksər vaxtlarda tərəfləri ayrı-ayrılıqdacəmlənir.

3. Üçüncü növ təyini söz birləşmələri (meşələrin ağacları):

  • Birinci tərəfi yiyəlik hal, ikinci tərəfi mənsubiyyət şəkilçili birləşmələrdir.
  • Tərəfləri isim, əvəzlik, məsdər və isimləşmiş başqa nitq hissələri ilə ifadə olunur.
  • Tərəfləri arasına istənilən qədər söz artırmaq olar.
  • Tərəfləri ayrı-ayrılıqda cəmləndiyi kimi, birlikdə də cəmlənə

FELİ BİRLƏŞMƏLƏR

Əsas tərəfi felin təsriflənməyən formaları ilə ifadə olunur.

Feli birləşmələr üç cürdür: məsdər, feli sifət və feli bağlama tərkibləri.

1. Məsdər tərkibi

1) Əsas tərəfi məsdərdən ibarət olur.

2) Əsasən, cümlənin mübtəda və tamamlığı vəzifələrində işlənir:
Vətəni sevmək şərəfdir.
O, sahildən uzaqlaşmağı tələb etdi.

2. Feli sifət tərkibi

1) Əsas tərəfi feli sifətdən ibarət olur.

2) Əsasən, cümlənin təyini vəzifəsində işlənir:
İnsanı heyrətdə qoyan yamaclar göz oxşayırdı.

3. Feli bağlama tərkibi

1) Əsas tərəfi feli bağlamadan ibarət olur.

2) Əsasən, cümlədə zərflik vəzifəsində işlənir:
Biz kəndə çatanda yağış kəsdi.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

Comments are closed, but trackbacks and pingbacks are open.