Daşınmaz əmlakın qanuniliyini necə bilmək olar
-Hepatit, Papilloma, QİÇS, 2-ci tip herpes – nəinki vajinal, anal yolla daha sürətlə keçirilir. Çünki anal dəlik fiziki olaraq dar olduğuna, daha çox dəri sürtünməsi, zamanı mikro –çatlar əmələ gəlir. Cinsi yolla keçən bütün infeksiyalar həmçinin oral və anal cinsi əlaqə zamanı da ötürürülür. Oral cinsi əlaqə zamanı yoluxma riski vajinal və ya anal cinsi əlaqədə olduğundan daha aşağıdır. Lakin bu halda riski tam olaraq istisna etmək olmaz.
Ayaqlarınıza baxıb, həkimə getmədən, hansı xəstəliyinizin olduğunu asanlıqla öyrənə bilərsiniz!
Ayaqlarınız sağlamlığınız haqqında nələr söyləyir?
Bu yazıdan sonra hamı öz ayağına baxacaq.
Üşüyən ayaqlar bir çox ciddi xəstəliyin əlaməti ola bilər.
Ayaq barmaqlarınız hər zaman soyuqsa, bir səbəbi zəif qan dövranı, siqaret çəkmək, yüksək qan təzyiqi və ya ürək xəstəliyi ilə əlaqəli bir dövran problemi ola bilər. Nəzarətsiz diyabet nəticəsində yaranan sinir ziyanı da ayaqlarınızı soyuq hiss etmənizə səbəb ola bilər. Digər ola biləcək səbəblər arasında isə hipotriodizm və anemiyadır. Ayaqlarınızı soyuq hiss etmənizin altında yatan gerçək səbəbi öyrənmək üçün bir həkimə bildirməlisiniz.
Uzun bir günün ardından ayaqlarınızın ağrıması, ayaqqabılarınız üzündən ola bilər. On qadından səkkizi ayaqqabılarının incitdiyini söyləyir. Yaranan bu ağrıların səbəbi hündür dikdaban ayaqqabıdan ötəri ola biləcəyi kimi, sümükdə yaranan kiçik bir çatlaq da ola bilər. Başqa bir ola biləcək səbəb isə: basketbol və ya məsafə qaçışları kimi həddindən artıq sıx və təsirli idmanlar ya da çox sıx məşqlərdir. Zəifləmiş sümüklər osteoporoz riskini artırar.
Qırmızı, ağ və mavi ayaq barmaqları:
Raynaud xəstəliyi, ayaq barmaqlarının ağ daha sonra göy rəngə çalan və sonrasında qırmızımtıl və ən sonunda isə təkrar təbii rənginə dönməsidir. Bunun səbəbi, ani damar daralması və damar spazmlarınızdır. Bunun səbəbi stress və ya temperatur dəyişiklikləridir. Ümumiyyətlə digər sağlamlıq problemlərinə gətirib çıxarmaz. Raynaud, romatoidartrit, Sjogren xəstəliyi ya da tiroid problemləri ilə bağlı ola bilər.
Topuq ağrısının ən sıx görülən səbəbi ; topuq sümüyünə bağlanan uzun bağlarda yaranan iltihab olaraq təyin olunan plantar fasciitis. Bu vəziyyət, oyandığınızda ayaq üzərinə təzyiq edərkən iti ağrılara yol aça bilər. Artrit, həddindən artıq məşq və narahat ayaqqabı geyinmək topuq ağrısına gətirib çıxaran səbəblərdir. Daha az rast gəlinən səbəblər arasında isə topuq altında yaranan topuq tikanı, sümük infeksiyası, şiş və ya çatlaqlardır.
Bəzən bir problemin ilk işarəsi yeriməkdə çətinlik çəkmə və ya ayağını sürümək şəklində bir dəyişimlə görülə bilər. Bunun səbəbi periferik sinir ziyanının gətirdiyi duyğu itkisi ola bilər. Bu hadisələrin təxminən 30%-i şəkər xəstəliyi ilə əlaqəlidir. Ayrıca sinir ziyanı, infeksiya, vitamin əskikliyi və alkoqolizmlə də əlaqəlidir. Bununla birlikdə bir çox vəziyyətdə, kimsə sinir ziyanına nəyin yol açdığını bilməməkdədir.
Bu vəziyyət ümumiyyətlə keçici bir çətinlikdir. Uzun müddətli şəkildə ayaqda dayanmaq və ya uzun sürən uçuşlar sonrasında meydana gələ bilər. Xüsusiyyətlərdə hamilələrdə uzun müddətli ayaqda qalınması vəziyyətində rast gəlinə bilər. Buna qarşılıq ayaq şişməsi zəif qan dövranı, qan laxtası ya da linfa sistemi ilə əlaqədar ciddi bir problem ola bilər. Ayaq şişməsi, böyrək pozuqluğu ya da tiroid şişməsinə səbəb ola bilər. Əgər ayağınızda qalıcı bir şişlik varsa, bir həkimə görünün.
Ayaqda yanma hissi:
Ayaqlarda yanma hissi, periferik sinir ziyanı olan diabet xəstələri arasında məşhurdur. Ayrıca, B vitamini zəifliyi, ayaq göbələyi, xroniki böyrək xəstəliyi, qıçlarda və ayaqlarda zəif qan dövranı (periferik arteriya xəstəliyi) ayaqda yanma hissinə səbəb ola bilən vəziyyətlərdir.
Ayaqlarda qaşıntı hissi, 20 və 40 yaşları arasındakı kişilərdə görülən bir göbələk infeksiyası ola bilər. Kimyəvi maddələr və ya dəriyə qulluq məhsulları qaşıntıya, qızarıqlığa və yaralara səbəb ola bilər. Qaşınan ayağınızın üzərində sızanaq bənzəri ləkələr varsa bu vəziyyət sədəf xəstəliyi ya da immunitet sisteminin verdiyi həddindən artıq reaksiyayla əlaqəli ola bilər.
qadin.az
Daşınmaz əmlakın qanuniliyini necə bilmək olar?
Daşınmaz əmlakın qanuniliyini necə bilmək olar? Daşınmaz əmlak bazarını tənzimləyən hüquqi və struktur islahatları nəticəsində bu sahənin inkişafını əngəlləyən mənfi halların miqyasını bir qədər azaltsa da, bina və torpaq satışı ilə bağlı müxtəlif əyinti və dələduzluq halları hələ də az deyil
19 Avqust , 2020 17:01
https://static.report.az/photo/9491ee9a-7ada-3a41-9c8b-db8143275f43.jpg
Daşınmaz əmlak bazarını tənzimləyən hüquqi və struktur islahatları nəticəsində bu sahənin inkişafını əngəlləyən mənfi halların miqyasını bir qədər azaltsa da, bina və torpaq satışı ilə bağlı müxtəlif əyinti və dələduzluq halları hələ də az deyil. Bunlardan əsasən eyni əmlakı iki, üç, dörd müştəriyə satılması hallarına rast gəlinir. Belə ki, tikinti şirkətləri tərəfindən eyni mənzili bir neçə nəfərə satılması artıq adi hala çevrilib. Məlum olduğu kimi, yaşayış binasına dair (daşınmaş əmlakın dövlət reyestrindən) çıxarışlar yalnız binanın təhvil-təslimindən sonra verilsə də, bəzi tikinti şirkətləri hələ binanın təməlini atarkən artıq mənzil satışına girişir. Bu cür alış-verişlər tikinti şirkətilə daxili müqavilə əsasında həyata keçirilir. Və hər hansı dələduzluq, yaxud şirkətin müflisləşməsi halında bu kimi müqavilə təəssüf ki, aldanmış mənzil alıcısının karına gəlmir. Vahid pəncərə və digər islahatlar Məlum olduğu kimi, daşınmaz əmlakların, o cümlədən topraq sahələrinin qeydiyyata alınması və texniki inventarlaşması, həmçinin texniki sənədlərin hazırlanması sahəsində düz 5 ildir vahid pəncərə sistemi tətbiq olunub. Bu işlər İqtisadiyyat Nazirliyinin Dövlət Əmlak Məsələləri Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində görülür.
Nəticədə sənədlərin rəsmiləşdirilməsi, habelə kadastr, ölçü işləri, texniki inventarlaşma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi kimi məsələlərin həlli xeyli asanlaşdı. Daşınmaz əmlaklar, onlara dair mövcud və keçmiş hüquqlar və həmin hüquqların daşıyıcılarına dair məlumatların saxlandığı dövlət reyestrinin özü də təkmilləşdirildi. Məsələn, ötən ildən dövlət reyestrindən çıxarışların kağız şəklində verilməsinə qəti son qoyuldu. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna verilən düzəlişlərə uyğun olaraq belə çıxarışlar yalnız elektron formada verililərək elektron hökumət portalında yerləşdirilir, yaxud əmlak sahibinə elektron vasitələrlə, o cümlədən e-mail vasitəsilə təqdim olunur. Reyestrin müvafiq bölmələrində hər bir daşınmaz əmlak barədə məlumatlar saxlanılır, o cümlədən torpaq sahəsi və üzərindəki tikili də vahid əmlak olaraq qeyd olunur. Bəs dövlət reyestrindəki bu məlumatlarla tanış olmaq mümkündürmü? Məsələn, torpaq sahəsi almaq istəyən vətəndaş əvvəlcədən həmin əmlaka dair məlumat əldə edə, sənədlərinin lazımi qaydasında olub-olmadığını öyrənə bilərmi? Onlayn tanışlıq “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Report”a bildirib ki, dövlət reyestrindən çıxarışı olan istənilən daşınmaz əmlaka (yaşayış və qeyri-yaşayış sahəsi, torpaq sahəsi, mənzil və ya fərdi ev) dair məlumatla Daşınmaz Əmlakın Dövlət Reyestrinin saytından ( http://dedrx.gov.az/ ) müəyyən ödəniş müqabilində tanış olmaq olar. Həmin ödəniş əmlakın növündən asılı olaraq 15 manatdan artıq deyil. Bu məlumatı əldə etmək üçün Dövlət Əmlak Məsələləri Xidmətinin portalına http://e-emdk.gov.az/ daxil olmaq kifayətdir. Burada daşınmaz əmlakla bağlı 40-dan artıq əməliyyata dair məsələləri onlayn qaydada həll etmək olar. “Lakin geniş ictimaiyyət üçün bağlı olan, qanunla qorunan məlumatlar da var ki, yalnız məhkəmənin qərarı ilə açıqlanması mümkündür”, – deyə ekspert bildirib. Həmçinin daşınmaz əmlakla bağlı alış-satış, icarə, vərəsəlik və ya bağışlanma, girova vermək kimi müxtəlif əməliyyatlar üçün daşınmaz əmlakın yüklülüyünə dair arayış İ(loru dildə Forma 1) da alınmalıdır ki, bu sənəd 10-15 dəqiqə ərzində verilir. Qısası, hər bir daşınmaz əmlakın qanuni olub-olmadığını öyrənmək üçün dövlət reyestrində olub-olmadığını öyrənmək gərəkdir. Varsa, deməli həmin əmlakla bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər qaydasındadır.
Dövlət reyestri üçün sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “Report”a bildiriblər ki, hər hansı əmlakın ilkin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş yaşayış evlərə dair İcarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 1) torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2) müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı tələb olunur. Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd də təqdim olunmalıdır. Hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi və layihəyə dair sənədlərdə əlavə həm də müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı da təqdim olunmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilmiş fərdi yaşayış evinin qeydiyyatı üçün, tikintisinə icazə tələb olunandırsa:
1) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2) tikintiyə icazə verilməsi barədə qərar; 3) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 4) tikinti obyektinin istismarına icazə tələb olunur. Məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün isə: 1) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3) sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim edilir. Mənzillər üzərində hüquqların qeydiyyatı üçün isə tələb olunan sənədlər bunlardır: 1) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi (bu 3 sənəddən hər hansı biri); 2) mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzilə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzilə hüququ saxlanılan şəxslərin ərizəsi; 3) mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı. MTK tərəfindən inşa olunmuş və istismara qəbul edilmiş binada yerləşən mənzillə bağlı isə: 1) Mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı; 2) Maliyyə arayışı (bu arayış mənzilə dair pay haqqının ödənildiyini və borcun olmadığını göstərir) təqdim edilir. Qanun işləmirsə Beləliklə, hər şeyin aydın şəkildə isbat olunduğu hüquqi sənədlər var, dövlət reyestrindən rahat istifadə etmək üçün də imkanlar yaradılıb. Bəs əmlak alış-verişi sahəsində bu qədər dələduzluq və fırıldaqçılıq haradandır? R.Osmanlı qeyd edib ki, bazarda əyri yollarla əldə edilən daşınmaz əmlaklar hələ də az deyil: “Məsələn, bələdiyyələrin satdığı torpaq sahələri qanunsuz, hərraca çıxarılmadan satılır və reyestrə salına bilməz. Eyni şeyi yeni yaşayış binalarda tikinti şirkətilə vətəndaş arasında daxili müqavilə ilə satılan mənzillər barədə də söyləmək olar. Bunların əksəriyyəti ilkin qeydiyyat arayışına da malik deyil”.
Hazırkı problemlərin daha çox qanunlardakı boşluqlarla yox, mövcud qanunların lazımınca yerinə yetirilməməsilə bağlı olduğu da qeyd edildi. “Mülki Məcəllədə 2018-ci ilin 1 iyul tarixindən MTK-ların əmlaklarını satmalarına dair yeni qaydalar göstərilib. Orada tikinti şirkətləri tərəfindən mənzil satışları zamanı, o cümlədən ödənişlə bağlı hansı qaydalara əməl etməli olduğu aydın göstərilir. Həmin qaydalarda mənzillərin ilkin qeydiyyatına dair arayış almaq da var. Həmin arayış da məlumdur ki, Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən verilir”, – deyə Mərkəz rəhbəri qeyd edib. Beləliklə, MTK mənzil satarkən DƏMX-ni xəbərdar etməli, notarial qaydada müqavilə bağlayıb dövlət qeydiyyatına dair elektron arayış almalıdır. Həmin arayışa əsasən mənzil alıcısı MTK qarşısında bütün öhdəliklərini yerinə yetirəndən sonra çıxarış, MTK isə istismar icazəsinə dair akt ala bilər. Lakin bizdə düzgün yazılan qanunların həyatda tətbiqinin illərlə yubanmasını dəfələrlə görmüşük. Daşınmaz əmalk məsələlərinə cavabdeh qurumların yenidən qurulmasından sonra keçirilən islahatlar nəticəsində bunların da həllini tapacağına, nəticədə Azərbaycanda daşınmaz əmlak bazarının nəinki ölkə vətəndaşları, əcnəbilər üçün də cəlbedici hala gələcəyinə inanmaq istərdik. Qulu Nuriyev, ekspert
Azərbaycanlı androloq: “Qadın oral sekslə məşğul olarsa tüpürcəyindən kişiyə virus keçir”
BAKU.WS xəbər verir k, Azərbaycanda da cinsi yolla keçən xəstəliklərin sayı ildən-ilə artmaqdadır. Buna bir neçə faktor səbəb olur. Cinsi partnyorların tez-tez dəyişdirilməsi, prezervativ istifadə etmədən cinsi əlaqə, fahişəlik və sair.
“Sağlam Ailə” klinikasının andrologiya şöbəsinin həkimi Fərid Məhərov bizimlə söhbətində mövzu ilə əlaqədar suallarımızı cavablandırır:
-Sizə müraciət edən pasientlərdə daha çox hansı cinsi yolla yoluxan xəstəliklərə rast gəlinir?
-Adətən, pasientlər yanıma profilaktik və klinik yoxlamalar üçün gəlirlər. Profilaktik yoxlamalarla müraciət edənlərdə əksər hallarda heç bir yoluxmaya, virusa rast gəlinmir. Bu pasientlərin arxivini araşdıran zaman məlum olur ki, onlar maarflənmiş, məlumatlı insanlardır. Yəni ya Avropada təhsil alıblar, ya da işləri xarici ölkələrdə olduğundan, onlarda hər hansı xəstəliklə, problemlərlə rastlaşmırıq. Çünki onlar Azərbaycanla tam bağlı insanlar deyil. Amma burada yaşayanların hamısı bizə birmənalı şəkildə mütləq klinik əlamətləri olan zaman mürciət edirlər. Ona görə də mən hər zaman tövsiyə edirəm ki, ildə heç olmasa bir dəfə tibbi müayindən keçsinlər, analizlər versinlər. Çünki infeksiya törədən xəstəliklərin böyük əksəriyyəti gizli formada keçir. Yəni heç bir əlaməti olmur. Çox zaman cinsi infeksiyalarla yoluxmadan sonra ümumiyyətlə, heç bir şikayət olmur və ya onlar zəif ifadə olunurlar. Buna görə də hər təsadüfi əlaqədən sonra cinsi infeksiyaların olub-olmamasına müayinə etdirmək vacibdir. Bununla siz öz daimi cinsi partnyorlarınızı ciddi problemlərdən qorumuş olursunuz. Bəzən də görürsən ki, dəfələrlə infeksiya tutub, adi aptek həkimlərinin və yanlış həkimlərin səhv müalicələri ilə kritik vəziyyətə çatır. Özünü diaqnostika və özünü mualicə ilə məsğul olmayın. Dəqiq diaqnozu yalnız mütəxəssis təyin edə bilər. Onu da deyim ki, QİÇS-ə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) və Hepatit viruslarına yoluxan zaman ümumiyyətlə, heç bir əlamət olmur. Bu xəstəliklər sonda ölümlə nəticələnir. Amma sifilis xəstəliyinə yoluxan zaman cinsiyyət orqanında hansısa yaralar törənir. Bu yaraların da diferensasiyası – müxtəlif növləri var.
Onu da qeyd edim ki, təxminən 5 il öncəyə qədər ay ərzində mənə müraciət edən pasientlərin 2-3-də sifilisə rast gəlinirdi. İndi isə həftə ərzində yanıma gələn xəstələrin 2-sində bu xəstəlik çıxır. Əfsuslar olsun ki, bizdə insanların tibbi maariflənməsi çox aşağıdır.
-Ümumiyyətlə, pasientlərinizə nə məsləhət verirsiniz, cinsi yolla ötürülən xəstəliklərdən necə qorunmaq olar?
-İlk növbədə pasientlərimizə tez-tez partnyor dəyişikliyi etməməyi məsləhət görürük. Bu, xəstədə həm də ciddi psixi problemlər yaradır. Belə olan halda xəstə bir partnyorla yalnız bir dəfə cinsi akta girə bilir. Çünki o, psixi olaraq partnyorunu tez-tez dəyişməyə vərdiş edib. Pasientlərə həmçinin məsləhət görürük ki, yuksək yoluxma riski olan insanlarla – fahişələr, narkomanlar, homoseksuallarla cinsi əlaqədən cəkinsinlər. Prezervativdən istifadə etmək, daha doğrusu, düzgün istifadə etmək vacibdir. Daha bir ciddi məqama toxunmaq istəyirəm. Prezervativdən istifadə qaydası iki cürdür. Biri cinsi akt zamanı qadını hamilə saxlamamaq, digəri isə cinsi infeksiyaya yoluxmamaq üçündür. Kişi qadınla vajinal cinsi əlaqədə oldu, prezervativi həmin dəqiqə çıxarır. Belə olan halda qadın hamilə qalmır. Yox, əgər kişi cinsi infeksiyalara yoluxmaqdan qorunmaq istəyirsə, prezervativi hamamda yuyunaraq, çıxarmalıdır. Örnək göstərim: cinsi aktdan sonra prezervativ cinsiyyət orqanında qalır. Kişi hamama girir, öncə prezervativ cinsiyyət orqanının üzərində ikən onu sabunlayır. Həmçinin əllərini də yaxşı-yaxşı sabunlayır. Daha sonra prezervativi çıxarır və təkrar əllərini yuyur. Çünki prezervativin üzərində infeksiya ola bilər. Prezervativi yumayanda, əllə çıxaran zaman infeksiya cinsiyyət orqanından içəri keçirir. Onu da deyim ki, cinsi əlaqədən dərhal sonra antibakterial sabunla tək cinsiyyət orqanını deyil, bütünlüklə qasıq nahiyyəsini yumaq lazımdır. Prezervativdən istifadə etdiyiniz halda belə əlaqədən sonra mutləq sidiyə gedin – bu cinsi infeksiyalarla yoluxma riskini azaldacaq. Bəzən görürsən ki, xəstə gəlir ki, doktor, mən seks zamanı daim prezervatdən istifadə etmişəm. Bu xəstəlik məndə haradandır? Araşdıranda da məlum olur ki, xəstə prezervativdən düzgün istifadə etmir. Onu da deyim ki, prezervativ cinsi keçən infeksiyalardan 100 deyil, 90 faiz qoruyur.
-Bəs 100 faiz qorunmaq üçün nə etmək lazımdır?
-100 faiz qorunmaq üçün onlara təklif olunur ki, partnyorla cinsi münasibətə girməzdən öncə analiz versinlər. Bax bu artıq 100 faizli qorunma olur. Həmçinin ictimai tualetdən necə istifadə etmənizə diqqət yetirin. Böyük əksəriyyət ayaqyolunu açır, dərhal da kabinaya və ya pissuara gedir. Üstəlik, sidiyə gedən zaman cinsi orqanını az əvvəl qapını açdığı əli ilə tutur. Sizdən öncə qapını minlərlə insan açıb. Necə fikirləşirsiniz, bu minlərdən bir neçə insanın zöhrəvi xəstəliklərdən əziyyət cəkmə ehtimalı və infeksiyanın ötürülmə ehtimalı nə qədərdir? Cinsiyyət orqanını tutacağınız əlinizlə tualetin qapısını açmayın. Əllərinizi yalnız sidiyə gedəndən sonra deyil, həm də əvvəl yuyun. Sadə qaydalara riayət edərək, cinsi infeksiyalar ilə yoluxma riskini azaltmaq mümkündür. Həmçinin bir sıra viruslara, cinsi yolla ötürülən xəstəliklərə qarşı mütlək vaksin edilsin. Vaksin olunduqdan sonra bərbərə, stomotolaqa, manikür və pedikürə gedənlər daha riskə girməyəcəklər.
-Qeyd etdiniz ki, cinsi aktdan sonra tək cinsiyyət orqanını deyil, bütünlüklə qasıq nahiyyəsini yumaq lazımdır. Məgər hər hansı bir xəstəlik cinsiyyət orqanından kənarda da yarana və ya yoluxa bilər?
-Bəli. Prezervativdən istifadə olunduğu halda qoruyucunun aidiyyatı olmayan yerlərdə dəri sürtünməsi nəticəsində popillomavirusuna (HPV) yoluxmaq olur. Təəssüf ki, bu xəstəliklə bağlı bizdə heç bir maarifləndirmə aparılmır. Popillomavirus təhlükəlilik baxımından QİÇS, Hepatit B, C, sifilisdən heç də geri qalmır. Insan papilloma virusu (IPV) və ya Human papillomavirus (HPV) – hazırda ən geniş yayılmış infeksiyalardan biridir. Virusun təzahürləri – cinsi orqanın ətrafında sivri uclu kondilomalardır (ziyillər, ət xalları). Ziyillər və ya ət xallar solğun – boz, bəzən acıq cəhrayı və ya piqmentli gövdə üzərində törəmə kimi təyin edilir. Virusun əsas təhlükəsi yalnız törəmələrin bilavasitə əmələ gəlməsində deyil, müxtəlif onkoloji xəstəliklərin inkisaf ehtimalını bir neçə dəfə artıra bilmək qabiliyyətindədir. Paillomavirus arasında iki növ ayırd edilir: “yüksək kanserogen riskli” viruslar, “asağı kanserogen riskli” viruslar. Birincilər orqanizmə daxil olduğu zaman uşaqlıq boynu xərcənginin yaranma riskini xeyli artırır. “Asağı kanserogen riskli” viruslar usaqlıq yolunun xərçəng və xərcəngönü xəstəliklərinə nadir hallarda səbəb olurlar, bunun əvəzində onlar tez – tez genital ziyillərin (kondilomaların) təzahurlərinin səbəbi olurlar. Papillomalar daha cox cinsi əlaqə zamanı travmatik zədələnməyə məruz qalan yerlərdə lokallaşır. Kişilərdə sivri uclu papillomalar cinsi orqanın kənarı, başı və boynunda, sidik kanalının xarici dəliyinin nahiyəsində, bəzən isə kanalın özündə yerləşir. Qadınlarda adətən böyük və kiçik cinsiyyət dodaqları, dodaqların arxa birləşməsi, bəzən – uşaqlıq yolu divarları və usaqlıq yolu boynu zədələnir. Uşaqlıq yolu boynunun təcrid olunmuş zədələnməsi olduqca nadir hallarda muşahidə olunur. Oral və anal cinsi əlaqə zamanı ağız-udlaq, düz bağırsaq (anus) zədələnir. Papillomaların inkubasiya dövrü 3 həftədən 8 aya qədər, orta hesabla – 2-3 ay təşkil edir. Bəzən papillomavirus orqanizmdə latent vəziyyətdə (ət xal yaranmadan) bir neçə il ərzində saxlanır. Papilloma virusunun müalicəsi elektro və ya lazer koaqulyasiyası vasitəsilə, kriodestruksiya (soyuqla dağılma) ilə, eləcə də kimyəvi maddələrin vasitəsilə papillomaların çıxarılması, immunomodulyatorlarının tətbiq olunması yolu ilə aparılır. Papillomaların kəsilib götürülməsi əsasən kosmetik məsələni həll edir, belə bir məlumat yoxdur ki, papillomaların cıxarılması orqanizmdən papilloma virusunun tamamilə xaric edilməsinə və ya onun cinsi yolla ötürülmə riskinin azalmasına səbəb olduğunu təsdiq etsin.
-Bəs oral və anal sekslə cinsi xəstəliklərə yoluxmaq riski nə dərəcədədir?
-Hepatit, Papilloma, QİÇS, 2-ci tip herpes – nəinki vajinal, anal yolla daha sürətlə keçirilir. Çünki anal dəlik fiziki olaraq dar olduğuna, daha çox dəri sürtünməsi, zamanı mikro –çatlar əmələ gəlir. Cinsi yolla keçən bütün infeksiyalar həmçinin oral və anal cinsi əlaqə zamanı da ötürürülür. Oral cinsi əlaqə zamanı yoluxma riski vajinal və ya anal cinsi əlaqədə olduğundan daha aşağıdır. Lakin bu halda riski tam olaraq istisna etmək olmaz.
Oral seksə gəlincə, burada risk azdır. Sizə izah edim. Bir qadının bədənində xlamidiya varsa və o, partnyoru ilə öpüşürsə, dodağında uçuq və ya yara varsa da belə, virusun keçmə ehtimalı yüksək deyil. Hər iki partnyorun dodağında yara olarsa, keçmə ehtimalı yüksək ola bilər. Bu da praktik olaraq üst-üstə düşmədiyinə görə yoluxma ehtimalı yenə aşağıdır. Tutalım, xlamidiya xəstəsi ilə öpüşdükdən sonra onda olan virus digərinə ötürülür. Həmin adamın ağzında –tüpürcəyində antibiotik tərkibli maddələr var ki, virusu öldürür. Hətta virus ağızda olmasa da, qida borusunda, ən geci isə mədə turşusundan “öləcək”. Amma qadın oral sekslə məşğul olarsa tüpürcəyindən kişinin cinsiyyət orqanına virus keçir. Çünki cinsiyyət orqanında ağız suyundakı kimi qoruyucu funksiya yoxdur. Ağızdan cinsiyyət orqanına keçə bilər, amma cinsiyyət orqanından ağıza xəstəlik keçmə ehtimalı azdır. Yaxud kişinin cinsiyyət orqanında infeksiya var. Qadın oral seks zamanı spermanı udsa belə, onda virusa yoluxma riski həddən artıq aşağıdır. Bir çoxları sanır ki, infeksiya sperma vasitəsilə keçir, yox. Amma bir qadın sekslə məşğul olan zaman qadında ifraz olunan sürüşkən maye sayəsində ona infeksiya keçir. Amma qadın oral sekslə məşğul olarsa tüpürcəkdən cinsiyyət orqanına virus keçir. Çünki cinsiyyət orqanında ağız suyundakı kimi qoruyucu funksiya yoxdur. Ağızdan cinsiyyət orqanına keçə bilər, amma cinsiyyət orqanından ağıza xəstəlik keçmə ehtimalı azdır. Hepatoloqlar şişirdib deyirlər ki, hepatit ağız suyu ilə keçir. Amma praktik olaraq, bu nəzəriyyə ilə üs-üstə düşmür. Hətta sizə misal da göstərər bilərəm. Uzun illərdir tanıdığım ailələr var ki, birtərəfli hepatitdir. 5-6 ildir ki, xəstəlik həyat yoldaşına keçməyib.
Comments are closed, but trackbacks and pingbacks are open.