Press "Enter" to skip to content

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri dəyişdirilib – SİYAHI

Akademik Vahid Hacıyev Seyfəddin müəllim haqqında yazır: “Azərbaycanın görkəmli alimi , siyasətçisi, ictimai xadimi Seyfəddin Qəndilovu uşaqlıq illərindən tanıyıram. Eyni məktəbin müxtəlif siniflərində təhsil almışıq. Onda şəxsiyyətin formalaşması üçün vacib şərtlərdən olan ziyalılıq duyğusu var idi . Məktəbdə elə iclas , elə tədbir olmurdu ki , orada Seyfəddinin savad və qabiliyyətindən, çalışqanlığından bəhs olunmasın. “

Seyfəddin qəndilov dövlət idarəçilik nəzəriyyəsi

Seyfəddin QƏNDİLOV-80

Ömür kitabından səhifələr

Həyatından, fəaliyyətindən, taleyin bəxş etdiyi uğurlardan məmnun olmaq, bir şəxsiyyət kimi geniş ictimaiyyətin hörmət və rəğbətini qazanmaq hər bir insana nəsib olmur. Respublikanın hüdudlarından çox-çox uzaqlarda tanınan, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edən əməkdar elm xadimi , Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının sabiq rektoru, Dövlət Qulluğunu İdarəetmə Şurasının sabiq üzvü, mərhum professor Seyfəddin Mir Tağı oğlu Qəndilov bu mənada xoşbəxt adam idi.

Tərtər rayonunda dünyaya göz açan Seyfəddin Qəndilov ailələrinin yaşayış yerini dəyişməsi ilə əlaqədar ilk təhsilinə Bakıda 190 saylı orta məktəbdə başlamış, atası müharibəyə getdikdən sonra 1941-ci ildə dədə-baba yurdu doğma Tərtərə qayıtmış və orada orta təhsil almışdır. Mədəniyyət və incəsənət beşiyi Qarabağın ictimai mühiti gənc Seyfəddində güclü mütaliəyə, elmə, şeirə, sənətə, özfəaliyyətə hədsiz maraq yaratmışdı. Məktəbdə keçirilən tədbirlərdə onun ifasında şeirlər, poemalardan , dram əsərlərindən parçalar dinləyicilərin qəlbini riqqətə gətirirdi. İctimai işlərdə yüksək təşkilatçılığı, yaşıdları arasındakı nüfuzu, onları öz ətrafına toplamaq bacarığı, idman yarışlarında fərqlənməsi, humanitar fənlər üzrə dərnəklərdəki çıxışları, gözəl və rəvan nitqi, ədəbi dilin tələblərinə uyğun zəngin söz ehtiyatına malik olması ona böyük hörmət qazandırmışdı.

O, orta məktəbi əla qiymətlərlə bitirib 1948-ci ildə sənədlərini Azərbaycan Dövlət Universitetinə verir. Qəbul imtahanı zamanı suallara əhatəli, məntiqli, dolğun, elmi cəhətdən əsaslandırılmış cavabları görkəmli ədəbiyyatşünas alim Cəfər Xəndanı razı salır və alim ona tarix fakültəsinin fəlsəfə şöbəsində oxumağı məsləhət görür. Qaynar universitet həyatı, tələbəlik qayğıları, alimlərin diqqətçəkən mühazirələri, seminar məşğələləri onu öz ağuşuna alır. Rəngarəng ictimai tədbirlər, ayrı-ayrı fakültələrdə oxuyan tələbələrlə dostluq əlaqələri bir-birindən unudulmaz xatirələrin səlnaməsini yaradır.

Seyfəddin Qəndilov təhsil əlaçısı kimi tələbə yoldaşlarından fərqlənir, komsomol katibi seçilir. Keçirilən tədbirlərdə fəal iştirakı fakültə dekanlığıının , rektorluğun diqqətindən yayınmır. Universiteti fərqlənmə diplomu ilə bitirən ictimaiyyətçi kimi tarix kafedrasında aspiranturada saxlanılır.

“1926-1929-cu illərdə Azərbaycan rəhbərliyində gedən daxili siyasi mübarizələr, hakim partiya daxilində gedən siyasi proseslər” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir. Həyatında əvəzsiz rolu olan görkəmli elm xadimi, akademik Yusif Məmmədəliyevin məsləhət və qayğısı ilə işlədiyi kafedraya müəllim-assistent təyin edilir.

Seyfəddin müəllim 1958-ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsini alır. İctimai elmlər kafedralarının möhkəmləndirildiyi bir vaxtda Azərbaycan Pedaqoji İnstitutunun rektoru Mehdixan Vəkilovun təşəbbüsü ilə həmin instituta ke çir . Bir müddətdən sonra o , yenidən ADU-ya qayıdır. 1967-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra mərkəzi mətbuatda, televiziya və radioda müntəzəm elmi-publisist mövzuda çıxışlar edir . Müsahibələri, beynəlxalq həyata dair siyasi icmalları, sülh , Avropa təhlükəsizliyi, milli azadlıq hərəkatları, Yaxın Şərq, Latın Amerikası və Afrika qitəsinin problemlərinə dair əsaslı ümumiləşdirmələri ictimaiyyətin diqqətini cəlb edir . SSRİ-nin aparıcı elm ocaqlarında, Berlinin , Varşavanın, Vratslavın, Qdanskın, Sarayevonun , Təbrizin və Tehranın məşhur universitetlərində oxuduğu mühazirələr Seyfəddin müəllimin beynəlxalq elmi ictimaiyyət arasında hörmət və nüfuzunu artırır. “Azərbaycanda partiya quruculuğuna dair “, ” Sülh , Avropada təhlükəsizlik, milli azadlıq hərəkatı və tərkisilah məsələlərinə dair “, ” Sülh proqramının həyata keçirilməsi uğrunda mübarizə”, ” Milli azadlıq hərəkatı və müasir dövr “, ” Avropa təhlükəsizliyi”, “XX əsr . Siyasi tarix ” kimi kitab və monoqrafiyalarını nəşr etdirir .

Seyfəddin müəllim respublika Təhsil Nazirliyində ictimai elmlər üzrə fəaliyyət göstərən Elmi Metodik Şuraya uzun illər sədrlik etmiş , bir sıra dərsliklərin, ” Ali məktəblərdə humanitar elmlərin tədrisi və tədqiqi konsepsiyası”nın, ” Humanitar elmlər üzrə ali təhsilin istiqamət v ə ixtisaslarına dair dövlət standartları”nın çapdan buraxılmasına gərgin əmək sərf etmişdir . Bununla paralel olaraq , elmi-pedaqoji kadrların hazırlanmasına da ciddi tələbkarlıqla yanaşmış, 20-dən artıq elmlər namizədinin, 5 elmlər doktorunun rəhbəri, çoxsaylı müdafiə işlərinin opponenti , məsləhətçisi olmuşdur .

Akademik Vahid Hacıyev Seyfəddin müəllim haqqında yazır: “Azərbaycanın görkəmli alimi , siyasətçisi, ictimai xadimi Seyfəddin Qəndilovu uşaqlıq illərindən tanıyıram. Eyni məktəbin müxtəlif siniflərində təhsil almışıq. Onda şəxsiyyətin formalaşması üçün vacib şərtlərdən olan ziyalılıq duyğusu var idi . Məktəbdə elə iclas , elə tədbir olmurdu ki , orada Seyfəddinin savad və qabiliyyətindən, çalışqanlığından bəhs olunmasın. “

Mərhum akademik Fuad Qasımzadə isə öz fikrini belə ifadə etmişdir : “Seyfəddin müəllim tarixçi alim , yüksək ixtisaslı, bacarıqlı elm və təhsil təşkilatçısı kimi böyük nüfuza malikdir . İdarəçiliyin, dövlət quruculuğunun tarixinə dair dərin məzmunlu, maraqlı, sanballı əsərləri var . Təbliğatçılığıına, mühazirəçilik, natiqlik bacarığına isə söz ola bilməz. Ona qulaq asmaqdan doymursan . “

Seyfəddin müəllimin keçdiyi ömür yolu çoxlarına nümunə ola bilər. O, gənc yaşlarından Azərbaycan cəmiyyətində özünü müdrik , insanların qayğısına qalan , xalqının adət-ənənələrinə son dərəcə sadiq , milli dəyərləri yaşadan və yeni çalarlarla zənginləşdirən bir şəxsiyyət kimi tanıtmışdı.

Seyfəddin müəllim komsomol katibi olanda da , sıravi müəllim işləyəndə də, Azərbaycan Pedaqoji İnstitutunun , Azərbaycan Dövlət Universitetinin və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun müvafiq kafedralarına rəhbərlik edəndə də özünü xalqının ziyalısı, müəllimi, hamının yaxın dostu , yoldaşı, tələbələrinin mənəvi valideyni kimi göstərmişdi.

Azərbaycanda islahatların geniş vüsət aldığı bir dövrdə ölkənin dinamik və proporsional inkişafını təmin etmək üçün kadr hazırlığı siyasətini diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması v ə bu ali təhsil ocağına əməkdar elm xadimi , professor Seyfəddin Qəndilovun rektor təyin edilməsi barədə fərman imzaladı. Bu fərmanın tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Seyfəddin müəllimin bilavasitə rəhbərliyi ilə aparılın ardıcıl və məqsədyönlü işlər öz bəhrəsini verməyə başladı . İlk növbədə, akademiyanın pedaqoji kollektivində sağlam mənəvi iqlim yaradıldı, təsadüfi, işinin öhdəsindən lazımınca gəlməyən, əməli fəaliyyətində qəbahətlərə yol verən və müəllim adına ləkə gətirənlər bu təhsil ocağından uzaqlaşdırıldılar. Akademiyada təmir, yenidənqurma, abadlıq işləri ilə yanaşı, pedaqoji proses və xarici ölkələrin müvafiq ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi paralel aparıldı. Bir çox dövlətlərlə, o cümlədən Türkiyə, MDB-yə daxil olan bir sıra ölkələrlə, Fransa , Kanada ilə əlaqələr yaradıldı. Tədris planlarının zamanın tələbləri səviyyəsində tərtibi təmin olundu , elmi tədqiqat işlərinin başlıca istiqamətləri işlənib hazırlandı. Son iki ildə “Heydər Əliyev və dövlət idar əç iliyi: nəzəriyyə və təcrübə” mövzusunda keçirilən elmi-praktik konfransın materialları əsasında “Dövlət idarəçilik məktəbi”, Azərbaycanın dövlət müstəqilliyinin on illiyinə həsr olunmuş elmi sessiyanın materialları əsasında ” Suverenlik , demokratiya , dövlət idarəçiliyi”, “Dövlət idarəçiliyi: sosial-iqtisadi aspektlər”, “Dövlətçilk təfəkkürü idarəçilik məharəti”, “Azərbaycan Respublikasının Prezidenti yanında DİA-nın 10 illiyi “, “Dövlət idarəçilik nəzəriyyəsi” kitabları işıq üzü görmüşdür .

Akademiyada yaradılan “Heydər Əliyev dövlət idarəçilik məktəbi”inin dinləyiciləri qarşısında respublikanın görkəmli ictimai-siyasi xadimlərinin, nazirlərin və Milli Məclisin üzvlərinin, tanınmış elm xadimlərinin maraqlı çıxışları təşkil edilir . Burada dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmləndirilməsi baxımından keçirilən rəngarəng tədbirlər idarəçiliyin, xüsusən də məmur əməyinin zamanın tələblərinə uyğun olaraq , əməli cəhətdən yüksək səviyyədə formalaşmasına öz müsbət təsirini göstərir. Elitar bir təhsil ocağının rektoru kimi Seyfəddin müəllim onu narahat edən problem və qayğıları özünün zəngin təcrübəsi sayəsində yoluna qoyurdu . Görkəmli bir elm təşkilatçısı kimi professor-müəllim heyəti ilə əlaqəli şəkildə işləyir, hamıya göstərdiyi ehtiram , mehribanlıq, sadəlik və yoldaşlıq duyğuları onun tələbkarlığını daha da rövnəqləndirirdi.

Azərbaycan fəlsəfi fikir tarixində əvəzsiz xidmətləri ilə tanınan, çoxsaylı əsərlərini özündən sonrakı nəsillərə mənəvi sərvət qoyan , hikmətli kəlamları elmi məclislərin bəzəyi olan , zəmanəsinin ən görkəmli əxlaq nəzəriyyəçilərindən biri kimi soydaşlarının qəlbində əbədi heykəlini ucaldan filosof alim Ziyəddin Göyüşov “Daxilə pəncərə” əsərində qeyd edir ki , hər insan ömrü bir kitaba bənzəyir. İnsanın doğulması bu kitabın titul vərəqidir, körpəlik illəri bu kitabın girişidir , sonrakı şüurlu həyatı və davranışları bu kitabın əsas məzmunudur. Kitabın süjeti və məzmunu bilavasitə müəllifdən asılı olduğu kimi , insan ömrünün də əsas məzmunu xeyli dərəcədə onun özündən asılıdır.

Seyfəddin müəllimin ömür yolu nurlu bir kitabdır. Bu kitabın bütün dünyəvi elmləri özündə ehtiva edən biri-birindən gözəl, maraqlı, həm də oxunaqlı fəsilləri var . O fəsillərin hər biri insanlara müdriklik , bəşərilik, mənəviyyatlılıq, çətin məqamlarda dözümlü , dəyanətli olmaq , el-obaya və Vətənə sevgi , doğma yurda məhəbbət, kökəbağlılığı yaşadan və nəsillərə ərməğan edən vətəndaşlıq mövqeyi , dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinin başlıca meyarı sayılan azərbaycançılıq aşılayır.

Ziyəddin MƏHƏRRƏMOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

dosenti , filologiya elmləri üzrə fəlsəfə doktoru

Xalq qəzeti.- 2010.- 3 oktyabr.- S. 7.

Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri dəyişdirilib – SİYAHI

Bakı. 20 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin ediliblər. Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Qeyd edək ki, Dövlət Qulluğunu İdarəetmə Şurasının əvvəlki heyəti belə idi: Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Süleyman İsmayılov Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri Yusif Hümbətov Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ağabala Hacıyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin işlər müdiri Əbülfəs Qarayev Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri Seyfəddin Qəndilov (vəfat edib) Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının rektoru.

Comments are closed, but trackbacks and pingbacks are open.