Seyid zülfüqar şirvani
Qədim Şamaxı şəhərində ruhani ailəsində dünyaya gələn Seyd Əzim atasını kiçik yaşlarında itirmiş, anasının himayəsində yaşamışdır. Dağıstanın Yaqsay kəndində hakimlik edən ana babası Molla Hüseyn onu yanına aparmış, təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Burada on bir il yaşayan, ərəb, fars dillərini öyrənən Seyid Əzim 1853-cü ildə anası ilə birlikdə doğma şəhərlərinə qayıtmışdır. Ruhani olmağı arzulayan Seyid Əzim bir müddət burada oxumuş, daha mükəmməl təhsil almaq məqsədi ilə İraqa getmişdir. Əvvəlcə Nəcəf və Bağdadda, sonra isə Suriyanın Şam şəhərində ali ruhani mədrəsəsində oxumuşdur. O, vətəninə qayıtdıqdan sonra ruhaniliklə məşğul olmamış, müəllimlik etmişdir. Onun 1869-cu ildə açdığı məktəbdə yeniliklər çox idi; ana dilini, fars dilini öyrədən gənc müəllim, həmçinin tarix, coğrafiya və digər fənlər barədə də müəyyən məlumatları mənimsətməyə səy göstərirdi.
Seyid zülfüqar şirvani
M.F.Axundzadənin realist davamçısı
S. Ə. Şirvani Əli Fəhmi yaradıcılığında
Daha əvvəllər qeyd etdiyimiz kimi Əli Fəhmi Azərbaycan klassik ədəbiyyatında yaradıcılığı ən çox mürəkkəb olan şairləri tədqiq etmişdir Alimin arxivində S. Ə. Şirvani haqqında irili xırdalı 12 elmi məqalə vardır .
Bu məqalələr böyük ədəbiyyatşünas alimin Seyid Əzim haqqında gərgin axtarışlarının nəticəsidir. Adlarını çəkdiyimiz bu məqalələrdən başqa Əli Fəhminin yarımçıq qalmış daha iki əsərini əlavə edə bilərik ki, bunlardan birincisi �S. Ə. Şirvaninin həyat və yaradıcılığı� mövzusu ona aspiranturada oxuyarkan namizədlik dissertasiyası kimi verilmişdi. Lakin, Əli Fəhmi bu dissertasiyadan 3 fəsil, ( yəni 4 çap vərəqi) işləsə də sonralar məlum səbəblərdən (son anda məlum olmuşdu ki, həmin dissertasiya bir başqasına da tapşırılmışdır. Əli Fəhmi bu haqsızlığa qarşı Moskvaya, Ali Attestasiya Komitə sinə şikayət etsə də covet dövrünə xas olan süründürməçilikdən bezikmiş, sonda bu işdən vaz keçmişdi) onu yarımçıq saxlamağa məcbur olmuşdur. İkinci namizədlik işi olan �S. Ə. Şirvaninin sənətkarlığı� mövzusunu o, akademik Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə demək olar ki, başa çatdırmışdı. Lakin Seyid Əzimin fars divanı üzərində işini tamamlamaq üçün ADU-nun rəhbərliyindən əlavə olaraq 6 ay vaxt istəmiş bu vaxt ona verilmədiyindən onun bu işi də yarımçıq qalmışdır. Biz bu yazını hazırlarkan bu monoqrafiyaları ayrı-ayrılıqda bir neçə dəfə oxusaq da onların ətraflı təhlilinə nail ola bilmədik. Bu əsərlərin gənc ədəbiyyatçılar üçün faydalı olmasını nəzərə alıb bütün bunlar haqqında oxuculara kiçik bir məlumat verməklə kifayətlənirik �S. Ə. Şirvaninin estetik görüşləri� məqaləsi ADU-nun �Elmi əsərlər� seriyasında çap olunmuşdur. Məqalə elmi aktuallığı ilə seçilir, çünki S. Əzimin yaradıcılığının ən az işlənmiş sahələrindəndir. Məqalədə diqqəti cəlb edən ən vacib amil odur ki, şairin ən çox fars divanından olan qəzəlləri tədqiq olunmuşdur. Daha əvvəllər qeyd etdiyimiz kimi Seyid Əzim mütəfəkkir şair olmaqla klassik, eləcə də dövrünün bütün poeziya nümunələrini məmimsəmiş, səyahətdə olmuş, XIV əsr Şərq poetikası ustası alim Türküstanlı Sədəddin Təftazinin (1322-1388), Ərəb ədəbiyyatı nəzəriyy əçisi Dəməşqinin (1267- 1338) əsərlərini dərindən öyrənmiş bir alim şair idi. Əli Fəhminin zəngin kitabxanasında adlarını çəkdiyim alimlərin fars və ya ərəb dillərində təzkirələri vardır. Deməli, Əli Fəhmi bu mütəfəkkir alimlərlə Seyid Əzimin əsərlərindən deyil, bu alimlərin öz əsərlərini mütailə etməklə tanış olmuşdu. Bu ərəb və fars dilli əsərlər haqqında Əli Fəhminin özünün maraqlı yazıları, qeydləri vardır. Lakin həmin yazılar ərəb və fars dillərindədir. Bu yazıların tərcümə olunması və üzərində işlənməsi zaman məsələsidir.
Böyük Füzulidən sonra ədəbiyyatımızda qəzəl janrında uzun müddətli bir boşluq yarandı. XIX əsrdə Azərbaycan şer məkanına S. Ə. Şirvaninin gəlişi ilə bu boşluq doldu və qəzəl janrı öz inkişafının yeni mərhələsinə daxil oldu.
�S.Ə.Şirvaninin estetik görüşləri� məqaləsi şairin yaradıcılığının vacib bir məsələsindən bəhs edir. Bildiyimiz kimi S. Ə. Şirvani incəsənətin bütün növlərini dərindən mənimsəmiş, xüsusən də �hər pərdəsində yüz əsrar olan növünə- musiqiyə daha çox rəğbət bəsləmişdir� O, tez-tez şer və dini məclislərdə olar, burada mühazirələr oxuyardı. Hazırda Bakı kəndlərində qəzəlləri ifa olunan üç böyük şairin Füzulinin, Ə.Vahidin və onlarla yanaşı S. Əzimin musiqi duyumlu, musiqiyə daha yaxşı uyuşan yüzlərlə qəzəlin müəllifidirlər. Bu qəzəllərin televiziya kanallarında, el şənliklərində təbliği kifayət etmir, bunların geniş təbliğ olunması lazımdır. 2009-cu ildə Bakıda keçirilən muğam festifalı göstərdi ki, muğamımız eləcə də xalq musiqimiz dünya musiqisinin zirvəsi hesab oluna bilər. Musiqiyə, muğama aid əsərlər yazılmalı, kütləvi tirajla nəşr olunmalıdır. Bu baxımdan Əli Fəhminin hələ çap olunmamış S. Ə. Şirvani musiqi haqqında monoqrafiyası olduqca təqdirə layiqdir. S. Ə. Şirvaninin görkəmli sənətkar, müqtədir şair kimi yetişməsi ilk növbədə Allhın ona bəxş etdiyi fitri istedadla bağlı olsa da, əlbəttə burada şairin yaşayıb yaratdığı Şirvan ədəbi mühiti həlledici rol oynayır. O, bu zəngin ədəbi mühitdən layiqincə bəhrələnmişdi. Şirvanda hələ intibah mədəniyyətindən başlamış mədəni dirçəliş demək olar ki, S. Əzimin yaşayıb-yaratdığı dövrə qədər və hətta ondan sonra da davam etmişdir. Burada XII əsrdə Əbdülkərim kimi münəccim, Fələki Şirvani, İzəddin kimi istedadlı şairlər. Töhvətül-İraqeyn kimi dünya şöhrətli bir əsərin müəllifi, ümumxalq məhəbbəti qazanmış Əfzələddin Xaqani kimi şairlər yetişdirmişdi. Əbülüla Gəncəvi də ömrünün böyük hissəsini Şirvanda yaşayıb-yaratmışdı. Şirvan şairlər yurdu olmaqla yanaşı həm d ə musiqinin beşiyi sayılır. Burada Məhəmməd ibn Əbubəkr tərəfindən yazılmış, musiqiyə həsr olunmuş �Risaleyi-ixvanus-səfa� əsəri təkcə Şirvanda deyil, bütün Şərqdə böyük şöhrət qazanmışdı. Bu dövrdə yetişən şairlər arasında Seyid Zülfüqar Şirvani, İmadəddin Nəsimi kimi şairlər, Şəmsəddin Ş irvani kimi görkəmli alimlər yetişmişdi. Böyük Nizamişünas alim professor Rüstəm Əliyev haqqında deyirlər ki, o, Nizaminin yaradıcılığına o qədər dərindən bələd idi ki, hətta Bakıdan Nizaminin məqbərəsinə qədər neçə addım olduğunu da bilirdi. S.Ə.Şirvanini ətraflı tədqiq edən Əli Fəhmi dəfələrlə Şirvanda olmuş, Seyid Əzimi yettiıdirən Şirvanın təbiəti ilə belə tanış olmuşdu. Alimin qənaətinə görə S. Ə. Şirvaninin böyük şair kimi yetişməsində Şirvan ədəbi mühiti ilə yanaşı əsrarəngiz Şirvan təbiətinin də çox rolu olmuşdu. Seyid Əzimi Füzuli ədəbi məktəbinin davamçısı hesab edirlər. O isə Füzulini təkcə onun öz əsərlərindən deyil, XVII-XVIII əsrlərdə Şirvanda yaşayıb-yaratmış və Füzuli ədəbi məktəbini və ənənələrini davamşısı olan Nişat Şirvani, Ağa Məsih Şirvaninin əsərlərindən də bəhrələnmişdi. Əli Fəhmi S. Ə. Şirvaninin s ənətkar şair olmasını ilk növbədə onun zəngin irsə malik bir mühitdə yetişməsi ilə bağlayırdı.
Ədəbi hadisələrlə zəngin olan XIX əsr həm də bir neçə ədəbi bədii şairlər məclisi ilə də yadda qalmışdır. Bu ədəbi məclislər özündə çoxlu şairləri, musiqiçiləri birləşdirmək baxımından ən böyüyü və zəngini Şamaxıda yerləşən �Beytüs səfa� ədəbi məclisi idi. S. Ə. Şirvani də bu ədəbi məclisin ən fəal üzvlərindən biri idi. Bu ədəbi məclisin diqqətəlayiq cəhətlərindən biri də bunda idi ki, burada təkcə şairlər deyil, həm də Seyid Əzim dövrünün görkəmli musiqi nəzəriyyəçiləri toplaşmışdı. Bu məclislərdə təkcə tar, kamança, dəf, ney, rübab, c əng, ud, tənbur, bərbət, qanun, tütək, balaban, saza deyil, digər musiqi alətlərinə də münasibət bildirilir, onların hər birinin yaranma tarixi, insanlara necə zövq verməsindən bəhs olunurdu. Bütün bunlar Seyid Əzim yaradıcılığında çox gözəl şəraitdə öz əksini tapmışdır .Bir muğamın yaxşı səslənməsi, insana zövq verməsi üçün qəzəlin müsiqi ilə uyşmasının vacibliyini artıq qeyd etmişdik. Tez-tez belə bir hadisənin şahidi oluruq. Öz qəzəlini hər hansı bir xanəndənin ifasında bəyənən qəzəlxan məxsusi olaraq həmin xanəndə üçün qəzəllər yazır. Və yaxud əksinə də olur. Bir qəzəxanın qəzəlləri xanəndənin zövqünə yatanda o, həmin qəzəlxana qəzəl sifariş edir. Burada Əli Fəhmi belə bir nəticəyə gəlir ki, qəzəl musiqi ilə uyşmaqla yanaşı qəzəlxanla xanəndənin qarşılıqlı zövqünə də uyğun gəlməlidir. Bu keyfiyyətlərin S. Əzimdə olmasını Əli Fəhmi onun Füzuli irsindən bəhrələnməyi ilə əlaqələndirir. S. Ə. Şirvanin yaradıcılığında bu baxımdan çoxlu oxşarlıqlar vardır. Füzuli kimi S. Əzim də xanəndələrin ən çox müraciət etdiyi şairlərdəndir. Şairin musiqi duyumunu yüksək qiymətləndirən Əli Fəhmi yazırdı: �Ümumiyyətlə muğamın və xalq musiqisinin alovlu tərənnümçüsü olan Seyid Əzim musiqini meyi məzəni şirin ixtilatları həyat ın əvəzsiz nemətləri saymış, dünyəvi hiss və bilikləri real həyat hadisələrini maddi və mənəvi nemətləri geniş tərənnüm etmiş həyatın məqsədi bilmişdir.
Can verəndə oxuyun nəğməni Quran əvəzi
Qəbrim üstündə verin ruhuma meydən xeyrat.
-deyən Seyid Əzim musiqinin nəğmənin, meyin, məzənin şirin və ürəkaçan söhbətlərini insan duyğularının bir sözlə canlı və yaradıcı insanın dünya nemətlərinin böyük tərənnüçüsü idi.�
Seyid Əzimin yaradıcılığı ilə məşğul olunca adamda belə bir qənaət yaranır ki, o, bir şair olmaqla yanaşı həm də bir musiqi nəzəriyyəçisi olub. Burada Əli Fəhmi onun hər hansı bir musiqi alətindən istifadə edib etməməsindən bəhs etmir. Lakin, böyük alim şairin musiqiyə həddindən artıq aludə olmasını, tez-tez musiqi məclislərində iştirak etməsini, ayrı-ayrı musiqiçilərlə dostluq etməsini əsas götürərək onu həqiqətən də bir musiqi nəzəriyyəçisi kimi bizə təqdim edir. Şair Şamaxıda Mahmud ağanın yaratdığı musiqi məclisinin yaraşığı idi. Əli Fəhmi qeyd edirdi ki, Seyid Əzim musiqi və müğənnilərdən nə qədər xoşlanırdısa onlar da bir oqədər şairin duzlu məzəli söhbətlərindən, şirin və hikmətli qəzəllərindən incə və çox zaman şerlə ifadə etdiyi lətifələrindən ilham və zövq alırdılar. Olduqca maraqlı faktlarla zəngin olan bu məqalədə Əli Fəhmi təkcə Seyid Əzimin yüksək musiqi duyumundan şairin musiqi haqqında qiymətli fikirlərindən söz açmaqla kifayətlənmir, eyni zamanda XIX əsrdə Şirvanın musiqi həyatı haqqında qiymətli məlumatlar verir. Burada biz Mahmud ağanın musiqi məclisinin daimi üzvləri ilə, şairin şəxsən dostluq etdiyi insanlarla da tanış oluruq. Hacı Hüsü, Məşədi İsi, Topal Mehdi, Dabbağ oğlu Mirzə Məhəmmədhəsən kimi dövrünün məşhur musiqiçilərin adları çəkilir.
Burada biz Dabbaq oğlu Mirzə Məhəmmədhəsənin ömrünün sonunda qələmə aldığı və Bakıda 1916-cı ildə �Tulu� mətbəsində məhdud miqdarda nəşr etdiyi kitabçasının müqəddiməsində oxuyuruq: �Bir gün bahar fəslində məşhur şair S. Ə. Şirvani təbiətin tamaşası qəsdi ilə Şamaxı bağlarını seyr edərkən bir bağın kənarında bir nəfərin gözəl avazla oxuduğunu eşidir və bir az diqqətlə qulaq asdıqdan sonra Mirzə Məhəmmədhəsənin olduğunu anlayınca fövrən bu şeri deyir�:
Əqlimi əlimdən nə küllü yasəmən aldı,
Nə sünbulü reyhan nə baği çəmən aldı.
Davud məgər zində imiş dəhrdə, Seyyid,
Arami dilim səvti Məhəmmədhəsən aldı.
Seyid Əzimin rəğbəti təkcə Mirzə Məhəmmədhəsənlə bitmir. Qəzəllərin birində Topal Mehdi və ya Mehdiqulu adı ilə məşhur olan Mehdini də vəsf etmişdi.
Seyyida, Mehdiyə yalvar ki, bu dürr danələri,
Eləsin məclisi şəhvari Kərimbəydə nisar.
Seyid Əzimin muğama və xalq musiqisinə rəğbəti o dərəcədə böyük idi ki, o, təkcə Şirvandakı, Azərbaycandakı xanəndələri deyil, Cənubi Azərbaycanda, Tiflisdə yaşayan xanəndələri də tanıyır, onlarla əlaqə saxlayırdı. Bu haqqda faktkarı ciddi araşdıran Əli Fəhmi Seyid Əzimin Cənubi Azərbaycanın XIX əsrin məşhur aşıq və xanəndəsi olmuş Mirzə Səttar Ərdəbilli haqqında məlumat verir. Bu məlumatdan aydın olur ki böyük alim, professor M. Rəfilinin Gürcüstan alimlərindən İ. K. Yenikolonovun apardığı tədqiqatlarla və Tiflisdə nəşr olunan � Kafkaz� qəzetinin materialları ilə ətraflı tanış olmuşdur. Burada �Kuzneçik muzikant� poemasının müəllifi kimi tanınan rus şairi F. R. Polonski �Russkaya starina� jurnalının 6-cı nömrəsində verdiyi məqalə bu baxımdan qiymətlidir. Müəllif yazırdı : � Səttarı nəinki Azərbaycan, hətta erməni və gürcülərin toylarında da dinləmək olurdu�. Məqalə ilə tanış olan Əli Fəhmi qeyd edir ki, �Polonski Mirzə Səttarı şəxsən dinləmiş, onun yanıqlı səsindən vəcdə gəlmiş hətta ona şer belə həsr etmişdir�.
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi �Azərbaycan ədəbiyyatında müasir yaradıcılıq cərəyanlarının izlənməsi və təhlilinə dair təşəbbüslər� layihəsi çərçivəsində çap olunur.
Olaylar .- 2014.- 15 may.- S.12.
Seyid Əzim Şirvani. Həyat və yaracılıq yolu
Qədim Şamaxı şəhərində ruhani ailəsində dünyaya gələn Seyd Əzim atasını kiçik yaşlarında itirmiş, anasının himayəsində yaşamışdır. Dağıstanın Yaqsay kəndində hakimlik edən ana babası Molla Hüseyn onu yanına aparmış, təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Burada on bir il yaşayan, ərəb, fars dillərini öyrənən Seyid Əzim 1853-cü ildə anası ilə birlikdə doğma şəhərlərinə qayıtmışdır. Ruhani olmağı arzulayan Seyid Əzim bir müddət burada oxumuş, daha mükəmməl təhsil almaq məqsədi ilə İraqa getmişdir. Əvvəlcə Nəcəf və Bağdadda, sonra isə Suriyanın Şam şəhərində ali ruhani mədrəsəsində oxumuşdur. O, vətəninə qayıtdıqdan sonra ruhaniliklə məşğul olmamış, müəllimlik etmişdir. Onun 1869-cu ildə açdığı məktəbdə yeniliklər çox idi; ana dilini, fars dilini öyrədən gənc müəllim, həmçinin tarix, coğrafiya və digər fənlər barədə də müəyyən məlumatları mənimsətməyə səy göstərirdi.
Seyid Əzim 1877-ci ildə Şamaxı şəhər məktəbinə Azərbaycan dili və şəriət müəllimi təyin edilir. Şagirdlərə müasir ruhlu əsərlər oxutdurduğuna görə rus hakim dairələri ona şübhə ilə yanaşır və vəzifəsindən uzaqlaşdırırlar.
iflisə gedərək Qafqaz maarif idarəsi rəisinə işdən haqsız çıxarıldığını sübut edən Seyid Əzim müəllimliyə qaytarılır və ömrünün sonuna kimi bu peşədə çalışır.
O, yaradıcılığa təxminən 50-ci illərdə başlamış və zəngin bədii irs yaratmışdır. Bu irsə klassik üslubda (qəzəl, müxəmməs və s.) yazdığı aşiqanə lirik şeirlər, mənzum hekayə, təmsil, maarifçilik ruhunda əxlaqi-didaktik əsərlər, məqalələr, ədəbiyyatşünaslıq əsəri — təzkirə və s. daxildir.
Füzuli ədəbi məktəbinin qüdrətli davamçısı olan Seyid Əzimin lirikasında başlıca yeri məhəbbət mövzusunda yazılmış qəzəllər tutur. Bu şeirlərdə saf, həqiqi məhəbbət tərənnüm olunur. Məhəbbət insanı ucaldan, mənən saflaşdıran, kamilləşdirən ali bir hiss kimi dəyərləndirilir. Şair klassik poeziya üçün səciyyəvi olan bədii təsvir və ifadə vasitələrindən yaradıcılıqla bəhrələnərək lirik qəhrəmanın daxili aləmini, hiss və düşüncələrini dərinliyi ilə əks etdirməyə nail olur. Şairin yaratdığı aşiq obrazı özünü klassik aşiq obrazlarından kamil və cəfakeş sayır:
Naxuni-qəmlə bizi Fərhada nisbət etməyin
Kim, yıxar bir gündə yüz min Bisütunu tişəmiz.
Şairin mövhumatı, dini xurafatı tənqid edən, həyatın gözəlliyindən zövq almağa və faydalanmağa səsləyən qəzəlləri də az deyildir.
Bir maarifçi sənətkar kimi, Seyid Əzimin bədii irsində elmin, təhsilin əhəmiyyətini, faydasını əks etdirən əsərlər mühüm yer tutur. Mədəni gerilik şairi bütün yaradıcılığı boyu düşündürən məsələlərdən ən vacibi olmuşdur. Bunun əsas səbəbini savadsızlıqda, elmsizlikdə görən şair, xüsusən “Əkinçi”qəzetində çap etdirdiyi şeirlərində maarifçi görüşlərini təbliğ edir, avamlığın törətdiyi bəlaları açıb göstərirdi. Qəzetdə çap etdirdiyi “Qafqaz müsəlmanlarına xitab”,“Təlim- tərbiyə haqqında” və s. şairin mütərəqqi ideyalarını əks etdirən qiymətli əsərlərdir. Onun öyüd və nəsihətlərini ifadə edən şeirləri ruhən bu əsərlərlə birləşir. Şair gənclərə elm və sənət öyrənməyi, tənbəl olmamağı, pis əməllərin arxasınca getməməyi nəsihət edir.
Əxlaqi-didaktik şeirlərin toplandığı “Rəbiül-ətfal” (“Uşaqların baharı”) kitabında elmin, biliyin təbliği, məktəbə, mədəniyyətə çağırış motivləri ilə yanaşı, vətənə məhəbbət, doğma yurda, soykökünə bağlılıq hissinin ifadəsi də mühüm yer tutur.
Əxlaqi-tərbiyəvi fikirlər şairin təmsillərində də əksini tapmışdır. Məsələn, “Eşşək və Arılar” təmsilində elmin qədrini bilməyən avam, cahil insanlar kəskin tənqid olunur.
Şairin mənzum hekayələri müxtəlif mövzularda yazılmışdır. Bunların da bir qismində əxlaqi-tərbiyəvi məsələlər ön plana çəkilmişdir. Ədib xalqa zülm edən hakimlərin tənqidinə, yaramaz əməllərin pislənməsinə və s. həsr etdiyi yüzdən artıq mənzum hekayəsini xalq nağıllarından, Molla Nəsrəddin lətifələrindən istifadə etməklə, Azərbaycan və fars klassiklərindən tərcümə və iqtibas yolu ilə yaratmışdır.
Seyid Əzim Şirvaninin satirik əsərləri ədəbiyyatımız üçün daha qiymətlidir. Zəmanəsinin tüfeyli və istismarçılarını gözəl tanıyan şair onların nümayəndələrini — soyğunçu rus hakimlərini, rüşvətxor məmurları, zalım mülkədarları, ikiüzlü mollaları, şəriət məhkəmələrinə başçılıq edən səviyyəsiz qazıları kəskin tənqid hədəfinə çevirmişdir. Şairin “Şirvan bəyləri haqqında” adlı əsəri tənqid hədəflərinin çoxluğu və kəskin məzmunu ilə seçilir:
Nə pristav, nə köməkçi, nə kvartal, nə kazak,
Hamısı qurd kimi soymaqlığa xalqı ki, qoçaq.
Şairin yalançı ruhanilik, səmərəsiz ruhani təhsil, cəhalətpərəstlik əleyhinə yazdığı “Ruhanilik təhsili”, “Müctəhidin təhsildən qayıtması” ədəbiyyatımızda ictimai dəyəri ilə seçilən ən qüvvətli satiralardandır.
Seyid Əzim Şirvani islam dininin mahiyyətini dərindən anladığına, bu dinə böyük rəğbət və məhəbbət bəslədiyinə görə xalqının maariflənməsi və inkişafı üçün əlindən gələn köməyi əsirgəməmişdir. Onun realist əsərlərindəki müasirliyin bir mühüm səbəbi də elə budur.
- Teqlər:
- Seyid Əzim Şirvani
Comments are closed, but trackbacks and pingbacks are open.