Press "Enter" to skip to content

Aşağı təzyiqi necə tez qaldırmaq olar? 5 SADƏ ÜSUL

– Bazar şərtlərində vəzifələr üzrə min və max maaşın müəyyən edilməsi

İnsan resurslarının idarə edilməsi

Bu təlimdə recruiting, işçinin adaptasiyası, motivasiyası,təlimlərin təşkili, graiding əsaslı əməkhaqqı öyrədilir.

İnsan resurslarının idarə edilməsi təlim proqramı

Modul 1. İnsan resursları menecmentinin strateji rolları

– Menecment və idarəetmə anlayışlarının fərqi

– Misyon, vizyon, strategiya, məqsəd və hədəflər

– PEST(LE), PDCA, Proses yanaşması

– BALIQ SKLETI diaqramı, SWOT, PEST və PESTLE analizi

– Şirkətin İnsan Resursları üzrə siyasəti

Modul 2. İnsan resursları biznes tərəftaşı (HRBP)

– Müxtəlif HRM modelləri.

– Ulriçin 3 ayaq stul modeli / Ulrich’s 3 leg stool mode

– HR BP nədir və onun şirkət üçün əhəmiyyəti (faydası)

– 4 konsentrik çevrə / 4 concentric circles

– HR menecer kimdir və ondan gözləntilər

-HR səriştəlik modeli

Modul 3. İnsan resurslarının planlanması

– İR planlaşdırılması və ona olan tələbat (planlamanın əhəmiyyəti)

– İR planlanması şirkətin strateji planlanmasının mühim hissəsidir

– İR planlanmasına təsir edən amillər (daxili və xarici faktorlar)

– İnsan Resurslarının planlanmasının mərhələləri

Modul 4. İşə qəbul – Rekrutinq (Recruiting)

– İşəgötürənin brendi (Employer branding)

– Daxili və xarici rekrutinq

– Vakansiya (vəzifə) profili

– Soft skills / hard skills

– İş elanı mətnində diqqət ediləcək mühüm məqamlar

– Recruiting, Researching, Headhunting və Preliminaring

– Outstaffing, Temporary staffing, Employees leasing, Screening, Researching

Modul 5. İş müsahibələri

– Müsahibənin mahiyyəti, strukturu və növləri

– Müsahibənin aparılmasında beynəlxalq təcrübə

– Müsahibə zamanı buraxılan səhvlər

– Gamification, Brainteaser interview, Behavioral interview

– Heyətin Psixoloji Seçimi. İnsanı oxuma taktikası

– Həmsöhbətin davranışı və yalanları

– Assessment center və Express assesment

– Star, Parla, DİSC, Rodger, Munro Fraser metodları, – LAB-profile

– Müsahibədən sonra namizədin qiymətləndirilməsi

– Komanda şəklində auditoriya çalışması – ETÜD

Modul 6. Adaptasiya

– Adaptasiya planı və adaptasiya proqramı (praktik çalışmalarla)

– Ümumi və fərdi adaptasiya planını necə tərtib edilir

– Mentorluq və kouç sistemi arasında fərq

Modul 7. Motivasiya

– Maslounun (Maslow) Ehtiyaclar İyerarxiyası/Piramidası

– İşçilərin motivasiyası və tənbeh edilməsi mexanizmi

– Maddi və mənəvi motivasiya sistemləri

– Herzbergin 2 faktor – 2 nəticə nəzəriyyəsi

– Müqayisəlik – nisbilik nəzəriyyəsi

– İşçilərin mükafatlandırılmasında rəhbərlərin və HR departamentinin rolu

– İşçilərin metal yorğunluğu. Mənəvi yorğunluğu aradan qaldırılması

– Nümunələrlə komanda çalışmaları

Modul 8. Təlim və inkişaf

– Təlimin şirkətin inkişafında rolu

– Təlimə olan təbatların (ehtiyacların) müəyyənləşdirilməsi

– Təlim ehtiyaclarının analizi. Analizin növləri və metodları

– Təlim planının hazırlanması

– Mentor sisteminin tətbiqi

– Təlim verilmə üsulları

– Təlimin nəticələrinin ölçülməsi

– Kirk Patrick və ROİ analizləri

Modul 9. Dərəcələnmə (Grading)

– İşçilərin dərəcələnməsi anlayışı

– Səriştəyə görə işçilərin dərəcəyə bölünməsi

– Dərəcə əsaslı əməkhaqqı necə olur

– Bazar şərtlərində vəzifələr üzrə min və max maaşın müəyyən edilməsi

QİYMƏT VƏ QEYDİYYAT

Təlim müddəti 1 ay davam edir. Dərslər həftədə 2 dəfə olmaqla 2 saat müddətində keçirilir.
İmtahanı uğurla başa vuranlara “Müvəffəqiyyət” sertifikatı verilir

Kursun proqramının 80% -də iştirak edənlərə İştirakçı sertifikatı verilir.
Əlavə olaraq GOLD sertifikat(istəyə bağlı) verilə bilər.

Əlaqə üçün: 055 750 22 12
Təlimçi: İlqar İbrahimov
ISO 9001 sertifikatına sahibdir. Fransada, Ukrayna və Belarusiyada ixtisasartırma keçmişdir.
HR Club Azerbaijan təsisçisidir.

HR menecment və keyfiyyət menecment sahəsində uzun illik iş təcrübəsinə malikdir. Azerspeed, VİER (Azercell & Ericsson), Bəhrə Biskvit Fabriki, Parabank ASC kimi bir sıra özəl şirkətlərdə İnsan Resursları üzrə rəhbər vəzifələrdə çalışmış, Nazirlər Kabinetinin İçərişəhər DTMQ İdarəsində hüquqşünas işləmişdir. Bakı–Qəbələ–Oğuz kəmərinin çəkilişində, İqtisadiyyat Nazirliyi, Sosial Müdafiə Nazirliyi, Standartlaşdırma Komitəsi tərəfindən həyata keçirilən dövlət layihələrində ekspert kimi iştirak etmişdir. AS Group Investment, Kaspi Yıldız Holdinq, Çörək N1 (Gilan Holdinq), Romantic, Ledy Sharm, GRBS, AZUN, OVEN, Europian Tobacco, Koroğlu dağıtım şirkəti, Baku International Tobacco (Gilan Holdinq), Improtex Industries, MSDİS Holdinq, FAB boya, POLİMERLƏR, HİLL FAN, FABKİM, BƏYAZ ALÇI, Pizza-Mizza restoranlar şəbəkəsi, Puratos Baku, Besting, Mediplanet klinikası, və s. şirkətlər üçün HRM, ISO 9001 QMS, SƏTƏM üzrə konsultant və kouç xidmətləri göstərmişdir.

Aşağı təzyiqi necə tez qaldırmaq olar? 5 SADƏ ÜSUL

Yüksək təzyiqlə müqayisədə aşağı təzyiq insan həyatına ciddi təhlükə yaratmır.

Lakin təzyiqin kəskin şəkildə aşağı düşməsi insanın halının pisləşməsinə, başgicəllənməsinə, zəifliyə, halsızlığa, ağır vəziyyətdə bayılmaya səbəb ola bilər.

Saglamolun.az bildirir ki, belə vəziyyətdə ev şəraitində bu kimi vasitələrdən istifadə edə bilərsiniz:

– Tünd qəhvə. Tərkibində olan kofein maddəsinə görə qəhvə tez bir zamanda aşağı təzyiqi qaldırır.

– Tünd çay. Çayın tərkibində də kofein var. Çay və ya qəhvə şirin olmalıdır.

– Darçınla bal. 1 çimdik darçının üzərinə yarım stəkan isti su tökün, 1 çay qaşığı bal əlavə edin və için. Darçın da aşağı təzyiqi yaxşı normallaşdırır.

– Ən sadə üsul – dilinizin üzərinə 1 çimdik duz tökün və onu yavaş-yavaş sovurun.

– Qulaqları ovuclarla tez-tez sürtmək də yaxşı kömək edir.

Yardım göstərdikdən əvvəl təzyiqin həqiqətən düşməsinə əmin olun. Bəzi hallarda təzyiqin qalxmasın təzyiqin düşməsi ilə səhv salına bilər.

Təzyiq sizdə tez-tez düşürsə, mütləq həkimə müraciət edin. Təzyiqin tez-tez düşməsi bəzən çox ciddi xəstəliklərin simptomu kimi meydana çıxa bilər.

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.