Press "Enter" to skip to content

Əsgərli füzuli sənətkarın uşaq dünyası

Füzuli Əsgərli son dərəcə işgüzar alim idi. Baxmayaraq ki, xəstələnmişdi, bir an da yaradıcılığından aralı düşmürdü. Hətta bu ərəfədə Zahid müəllimə və mənə zəng eləyib Belarusda nəşr ediləcək antologiya barədə şad xəbər vermişdi. Mən də onlayn qonalğa vədəsini boyun olmuşdum. Özünəməxsus – siyasətdən kənar kəndli gülüşüylə cavab vermişdi mənə. Sonra da:

Əsgərli füzuli sənətkarın uşaq dünyası

Uzağı bir il olsun,

Min ilin ölüsü tək

Tanışlığımızın illərlə olmasına baxmayaraq qəlbimə mehri düşmüş, düzlüyü, sözübütövlüyü ilə se­çilən və haqq adamı kimi görüb tanıdığım Füzuli Əsgərlinin ölüm xəbərini eşidəndə bu misralar ürəyimdən qopub gələn təəssüfüm oldu. Gözümün qabağına Pedaqoji universitetdə uşaq yazıçıları ilə təşkil edib, apardığı görüşlər gəldi, müxtəlif tədbirlərdə çiyin-çiyinə oturduğumuzu xatırladım, son dəfə bizdə – Zahid Xəlillə bir süfrə başına yığış­ma­ğımız yadıma düşdü. Ruhumu narahatlıq bürüdü. Göz açıb gördüm ki, Füzuli Əsgərli də yoxdu artıq.

Təbii ki, fiziki ölümünə qovuşan Füzuli müəllimin zəkası hələ on illərlə onu ölməyə qoymayacaq. Axı o, alim idi, tərcüməçi idi, müəllim idi. Dərsliklər müəllifi və tər­cü­məçi kimi həyatdan yapışıb qalmağa neçə-neçə əltutacağı vardı. Tələbələri hələ uzun müddət onu xatirələrində yaşadacaq. Füzuli müəllimin ölümü ürəyimizə dağ çəksə də, mənfur Covid qadağasına uyğun onu son mənzilə yola sala bilməsək də, təsəllimiz də oldu.

Orta məktəbdə oxuyanda kəndmizdə məktəb kitabxanası vardı, kitablar içində eşələnmək olardı işim. Həmişə də kitabı açan kimi onun redaktorunun adına baxardım. Bir imza təkrar-təkrar qarşıma çıxardı –İ. Soltan. İsmayıl adlı bu redaktorun dünyada necə xoşbəxt olduğunu düşünür və redaktor olmaq arzusu bir an da xəyalımdan o yana getmirdi. Sonralar özüm də nəşriyyat redaktoru oldum və bu cəfakeş işin mərhum İsmayıl Soltana hansı məsuliyyət və ağırlıq bahasına başa gəldiyini gördüm. Füzuli müəllim də uşaqlıq çağlarından kitab aşiqi olmuşdu. Danışırdı ki, kitabxanaçı şübhə eləyirdi oxumağıma. Xeyli sual-cavabdan sonra sayından artıq kitab verirdi mənə evdə oxumağa. Hətta Bakıdan Masallıya gələn kitabxana üzrə nümayəndələr də mənim oxumağımla maraqlanıb, yaşımdan böyük kitabları mütaliə etdiyimi bilib, sorğu-suala çəkmişdilər məni.

Bəli, elmlə, təhsillə, bədii ədəbiyyatla maraqlı adamlar onlarla kitabları açıb oxuyanda məhz “Füzuli Əs­gər­li” imzasına rast gəlib, mən İ.Soltanı xatırlayan kimi onlar da xəyallarında dərslik müəllifi kimi, tərcüməçi ki­mi, redaktor kimi Füzuli müəllimi yada salacaqlar. Hətta çoxları üçün o, diri olacaq, yaşarı olacaq, xoşbəxt ola­caq.

Füzuli Əsgərli son dərəcə işgüzar alim idi. Baxmayaraq ki, xəstələnmişdi, bir an da yaradıcılığından aralı düşmürdü. Hətta bu ərəfədə Zahid müəllimə və mənə zəng eləyib Belarusda nəşr ediləcək antologiya barədə şad xəbər vermişdi. Mən də onlayn qonalğa vədəsini boyun olmuşdum. Özünəməxsus – siyasətdən kənar kəndli gülüşüylə cavab vermişdi mənə. Sonra da:

–Oğlum tutulmuşdu, sağaldı. Heç bizə də gəlib-getmirdi, deyəm ki, ondan keçib mənə. Hardansa məni də tutdu bu yaramaz xəstəlik.

–Zahid müəllim bilir? – Soruşmuşdum.

–Yox, deməmişəm, – demişdi.

Sonra mən Zahid müəllimə dedim. O da zəng eləmişdi. Günaşırı zəng eləyirdim Füzuli müəllimə:

–Necəsiniz, Füzuli müəllim?

–Belə, pis deyiləm, evdən xəstəxanaya keçirtdilər məni.

–Çox yaxşı baxırlar, sağ olsunlar.

İki gün sonra zəng eləyəndə qaraxəbər telefon “Bu nömrəyə zəng çatmır!” deyəndə dalağım sancdı.

Bir müddət əvvəl şair dostum Tariyel Ümid də xəstələnmişdi, o da xəstəxanadan çıxacağını demişdi. Sonra günlərlə zəng eləmişdim – “bu nömrəyə zəng çatmır.” Axırda axtarıb qardaşını tapdım, o da Tariyelin oğlu Bəxtiyarın telefon nömrəsini yolladı mənə. Danışdıq. Şükr Allaha ki, salamat olduğunu dedi, amma üzülüb, dedi Bəxtiyar. Rahat oldum.

İndi də Füzuli müəllimin telefonu qara kağızla qarşılayırdı mıəni. Götürüb Zahid Xəlilə zəng elədim. O da bərk narahat oldu.

Yadımdadı, yanvarın 6-sı idi. Türkiyəyə – Yaşar bəyə uşaq ədəbiiyyatı ilə bağlı tədqiqat əsəri lazım idi. Mən Füzuli müəllimə zəng elədim. Dedi, evə zəng edərəm qızım faylı yollayar sənə. Doğrudan da çox keçmədi fayl poçtuma daxil oldu. Mən həmin dərsliyin elektron versiyasını yolladım alim dostumuza.

Dediyim kimi, sonralar əlaqə kəsildi Füzuli müəllimlə. Bir gün də Zahid müəllimin uzun zəngindən hiss elədim ki, nəsə xeyir-xəbərlik deyil bu çağırış.

–Eşitdin də Füzulini?!

Elə bil başıma bir qazan qaynar su tökdülər. Fikir məni götürdü.

Füzuli Əsgərli bu şəhərin burulğanında öz kəndli simasını qoruyub saxlaya bilmişdi. Lazımi məqamda – tənqidi tənqid yerində, tərifi tərif anında dilinə gətirməmiş olmazdı. Haqsızlığa, nahaq danışığa öz rəyini mütləq bildirərdi. Bir dəfə uşaq musiqi kitabıyla bağlı hansısa qurama bir təşkilat tədbir keçirirmiş, Zahid müəllimlə Füzuli müəllim də orda iştirak edirmiş. Onu da deyim ki, bir dəfə ora məni də çağırmışdılar. Rəhmətlik İlyas Tapdıq da ordaydı. Münsiflər heyəti seçdilər və məlum oldu ki, heyətdə şeirin-nəsrin nə olduğunu bilməyən bir qadın, həmçinin uşaq ədəbiyyatından kənar bir şair münsiflərin içinə düşüb. Bu, İlyas müəllimə necə təsir etmişdisə, hirslə etirazını bildirdi ki, axı filankəs uşaq şairi deyil.

Bəli, bu təşkilat indi də mahnı toplusunu müzakirəyə çıxarıbmış. Kitabı biri tərifləyir, biri təqdir edir, söz Füzuli müəllimə veriləndə, bir-iki sualla bu eybəcər kitabın paxırını açıb qoyur ortalığa:

–Xanım, bu kitabda toyuqlarınız “ka. ka. ka. ” deyir, bu nə deməkdi?

–Toyuğun səsidir, müəllim.

–Sizin bu kitabda niyə toyuqlar rusca qaqqıldayır?

Xanım tərtibçi söz tapmır deməyə.

–Dərd odur ki, inəkləriniz də rusca böyürür?

Day tədbirə gələnləri susdurmaq olacaqdı?!

Eşiyə çıxanda Zahid müəllim Füzuli Əsgərliyə deyir:

–Bu da bizim qazncımız.

–Korladın da işləri.

–Bunlar bizi daha çağırmayacaqlar tədbirə.

Doğrudan da Zahid Xəlillə Füzuli Əsgərlinin ayağı həmin qurama təşkilatın yığıncaqlarından birdəfəlik kəsilir.

Əsgərli füzuli sənətkarın uşaq dünyası

Qəlb şairi

Məhəmməd Füzuli

Həyatı haqqında

Məhəmməd Füzuli təkcə Azərbaycanın deyil, ümumiyyətlə, şərq ədəbiyyatının ən məşhur söz ustadlarından biridir. Ümumdünya poetik fikrinin inkişaf tarixində onun ayrıca mövqeyi vardır. Şairin adı Homer, Ə.Firdovsi, N.Gəncəvi, Hafiz, Sədi, V.Şekspir, M.Servantes, V.Hüqo. kimi qüdrətli bədii təfəkkür bahadırları ilə yanaşı çəkilir. O, dünya söz sənətində bənzəri olmayan lirik şairdir.

Mövlana Molla Məhəmməd Süleyman oğlu Füzuli təxminən 1494-cü ildə Bağdad yaxınlığındakı Kərbəla qəsəbəsində anadan olmuşdur.

Özünün dediyi kimi “bütün ülum və fünunu özündə toplamış bir insan olmaq üçün çalışan” və buna nail olan, bütün elmləri mənimsəməkdə yüksək mərtəbəyə çatan şair belə bir fəzilətinə görə “Mövlana” lə­qə­bi almışdır. “Molla” titulu isə onun din xadimi olması, uzun müddət dini ocaqlarda ruhani kimi fəaliy­yət göstərməsi ilə bağlıdır. Şairin özü də şeirlərində buna işarələr edir. Daha doğrusu, dini idarədə çalışdığını, buradan maaş alıb dolandığını xatırladır:

Əymiş qədini çərxi-fələk xidmətimizdə,

Dünyanı bizim şöhrətimiz tutdu sərasər.

Ruzi yeyənik ali-rəsulun qapısında,

Bir ömrdür olmış bizə bu ruzi müqərrər.

Bu ruzi yolu bizlərə bağlanmamış əsla,

Layiq bizik aləmdə belə ruziyə yeksər.

Dünyada qənaətlə bizik kim, bəyənildik,

Ağgün qocalar, həm ürəyi varlı fəqirlər.

Fars dilində yazılmış qitədən verilmiş bu parçadan bəlli olur ki, şair uzun müddət dini idarələrdə, müqəddəs ocaqda işləmiş, övqaf idarəsindən maaş almış və həmin ruzi qapısının gəliri hesabına güzəran sürmüşdür. Bu misralardan sənətkarın ahıl yaşlarına qədər yaşadığı, qənaət və kasıbçılıqla ömür sürdüyü də bəlli olur.

Şair atasının adının Süleyman, ləqəbinin Füzuli, adının isə Məhəmməd olduğunu “Mətləül-etiqad” əsərinin girişində qeyd edir.

Füzulinin göstərilən təvəllüd tarixi təxminidir. Belə ki, bu tarix dəqiq olaraq məlum deyil və müxtəlif tədqiqatçılar tərəfindən 1480-ci illə 1508-ci il arasında göstərilir. Son tədqiqatlarda bu rəqəm təqribi şəkildə 1494-cü il kimi götürülür.

Füzulinin doğulduğu yer barədə də fərqli fikirlər mövcuddur. Ancaq əksəriyyət Kərbəla qəsəbəsi üzərində dayanır. Şair özü də bir qitəsində məskəninin Kərbəla olduğunu söyləyir:

Ey Füzuli, məskənim çün Kərbəladır, şerimin

Hörməti hər yerdə vardır, xəlq onun müştaqıdır.

Nə qızıldır, nə gümüş, nə lə’lü, nə mirvaridir,

Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.

“Fars divanı”nın müqəddiməsində şair “doğulduğum və yaşadığım yer İraqi-ərəbdir” – deyə ərəb İraqında doğulub yaşadığını birmənalı şəkildə qeyd edir. Türkcə divanının dibaçəsində o, yenə bu məsələyə toxunur: “…mənşə və məvalidim İraqi-ərəb olub, təmami ömrdə ğeyr məmləkətlərə siyahət qılmadığımdan vaqif olduqda, bu illəti mucibi-süquti-etibar bilməyələr”. Buradan o da bəlli olur ki, dahi sənətkar ömrü boyu İraqi-ərəbdə yaşamış, başqa yerləri gəzməmiş və səyahətdə olmamışdır. Ancaq şeirlərindəki bəzi işarələrdən məlum olur ki, Füzuli qeyri məmləkətləri də gəzmək, xüsusilə də Təbrizdə və Rumda (Türkiyədə) olmaq istəyi ilə yaşamışdır. Bir qəzəlində o, “rütbeyi-fəzl” üçün “diyari-Ruma” getmək arzusunu belə ifadə edir:

Füzuli, istər isən izdiyadi-rütbeyi-fəzl,

Diyari-Rum gözət, tərki-xaki-Bağdad et!

Bəzi tədqiqatçılar tamamilə yanlış olaraq Füzulinin milli mənsubiyyətinə görə türk olmadığını iddia edirlər. Belə bir səhv və subyektiv mülahizəni şairin öz sözləri ilə asanlıqla təkzib etmək mümkündür. Belə ki, “Hədiqətüs-süəda» əsərinin dibaçəsindəki bir qitəsində şair “Bən türkzəbandan iltifat eyləmə kəm” – deyə özünü “türkzəban” (“türkdilli”) adlandırır. “Fars divanı”nın müqəddiməsində isə yazır: “Bəzən türkcə şeir meydanında at çapdım və türk zəriflərinə türkcə şeirin gözəlliklərilə zövq verdim. Bu da məni o qədər təşvişə salmadı, çünki türkcə şeir mənim əslimin səliqəsinə uyğundur”. Göründüyü kimi, sənətkar burada genetik mənsubiyyətinin türk olduğunu xüsusi ifadə ilə israr edir və mübahisəyə yer qoymur. O, oğuz türklərinin Bayat boyundandır.

Füzulinin bir qıza aşiq olduğu, onu ülvi bir məhəbbətlə sevdiyi, lakin qızın ona verilmədiyi, mə­həbbət şeirlərini də bu uğursuz eşqin əzab və yanğısının ifadəsi kimi yazdığı barədə rəvayətlər də mövcuddur. Yekdil olmayan fikrə görə həmin qız şair Həbibinin, yaxud sənətkarın müəllimi Rəhmətul­lahın və ya İb­rahim Kərhinin qızı olmuşdur. Əlbəttə, bu mübahisə elmi-tarixi sənədlərlə sübut olunmur və rəvayət olaraq qalır.

Füzuli 1556-cı ildə (h. 963) taun xəstəliyindən vəfat etmiş və Kərbəlada dəfn edilmişdir. Onun və­fat tarixi maddeyi-tarixlə “köçdü Füzuli” sözləri ilə ifadə olunmuşdur. Həmin sözlərdəki hərflərin ərəb əlifbası ilə yazılışını əbcəd hesabı ilə topladıqda 963 (h.) alınır ki, bu, miladi tarixlə 1556-ya bərabər olur. Şairin həmin tarixdə taun xəstəliyindən dünyasını dəyişdiyini ilk dəfə onun həmyerlisi və müasiri Əhdi Bağdadi “Gülşəni-şüəra” təzkirəsində xəbər verir. Ə.Bağdadi sənətkarı “piri-nikuxisal” (xoşxa­siyyətli qoca) deyə xatırladır. Bu, Füzulinin qoca yaşlarında vəfat etdiyini göstərir. Belə bir fikri şairin öz şeirlərindəki bəzi məqamlar da təsdiq edir. Belə ki, o, şeirlərində qocaldığından, qəddinin büküldü­yündən danışır. Bunu yuxarıda bir parçasını nümunə kimi verdiyimiz qitənin bu beytində də aydın görmək müm­kündür:

Ey Füzuli, qədimiz qıldı fələk xəm yə’ni

Vəqtdir çıxmağa dünya qapısından əyilin.

Məxəzlər Füzulinin Fəzli adlı bir oğlunun olduğunu da söyləyir. Fəzli dövrünün tanınmış şairlərindən idi. Onun yaradıcılığından bəzi poetik nümunələr günümüzə qədər gəlib çıxmışdır.

YARADICILIĞI HAQQINDA

Lirik şeirləri. Füzuli əhli-aləmə sözdən bənzərsiz bir süfrə açmış, üç dildə – türk (Azərbaycan türkcəsi), fars və ərəb dillərində misilsiz əsərlər yaratmışdır. Onun yaradıcılıq irsi bütövlükdə aşağıdakılardan ibarətdir: 1.Türkcə (Azərbaycan türkcəsi ilə) divan; 2.Farsca divan; 3.Qəsidələr divanı (Buraya daxil olan qəsidələr üç dildədir: türk, fars, ərəb). Poemaları: “Leyli və Məcnun” (türkcə); “Bəngü Badə” (türkcə); “Söhbətül-əsmar” (türkcə); “Həft cam” (farsca). Nəsr əsərləri: “Rindü Zahid” (farsca); “Səhhət və Mərəz” (farsca); “Nəsr məktubları” (türkcə); “Hədiqətüs-süəda” (türkcə). Tərcüməsi: “Hədisi-ərbəin. Elmi-fəlsəfi traktatı:Mətləül-etiqad” (ərəbcə).

Deyildiyi kimi, Füzuli lirik şeirin böyük ustadıdır. O, klassik şərq poeziyasında əruz vəzninə mənsub populyar janr və bədii formaların, demək olar ki, əksəriyyətində qələmini sınamışdır. Qəzəl, qəsidə, mürəbbe, müxəmməs, müsəddəs, təxmis, müəmma, tərkibbənd, tərcibənd, qitə, rübai, məsnəvi və s. şairin müraciət etdiyi janr və bədii formalar sırasındadır.

Füzuli daha çox qəzəl şairi kimi tanınır. Bu janra xüsusi diqqət yetirməsinin səbəbini şair həm türkcə, həm də farsca divanlarının müqəddiməsində izah edir.

Füzuli qəzəllərinin mövzu dairəsini təxminən bu cür müəyyənləşdirmək mümkündür: eşq, məhəbbət şeirləri; gözəlin və gözəlliyin tərənnümü; dini qəzəllər; təsviri qəzəllər; ictimai mövzulu qəzəllər və s.

Füzuli, hər şeydən əvvəl bir eşq şairi kimi tanınır. Bunun səbəbini hamıdan yaxşı dahi mütəfəkkir özü izah edir. Lirik “mən”inə müraciətlə bəyan edir ki, ondan mədh və məzəmmət şeirləri ummağa dəyməz. Aşiq olan kamal əhlinin sözü də aşiqanə olmalıdır:

Məndən, Füzuli, istəmə əş’ari-mədhü zəmm,

Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

Dahi mütəfəkkirimizin lirik qəhrəmanı eşqə ötəri, dünyəvi həvəs kimi baxmır. Filosof təbiətli bu qəhrəman məsələyə irfani gözlə, daha geniş ölçüdə yanaşır. O, eşq qəminə giriftar olalı dünyanın azadəsidir, yəni mülk aləminin bütün başqa qayğılarından azaddır: “Giriftari-qəmi-eşq olalı azadeyi-dəhrəm”. Eşq dəryasına düşdüyü üçün dünya zövqünü unutmuşdur: “Bəhri-eşqə düşdün, ey dil, zövqi-dünyanı unut”. Onun fikrincə, cəhənnəm atəşinə yananların işi eşq atəşinə yananlardan daha asandır. Çünki cəhənnəmdə yananlar atəşə bir dəfə yanıb canını qurtarır. Eşq atəşi isə daimi əzabdır. Ancaq cəfası nəşəlidir. Bu, lirik qəhrəmana təlqin olunan eşq səfası başlanğıcı sübhi-əzəldə, ruhunun yaranış çağında ona ehsan edilmiş əzəli bir qismətdir. Eşq dərdi aşiqdən ötrü o qədər ülvi bir hisdir ki, dərdinə dərman etmək təşəbbüsündə bulunan hər kəs ona düş­məni timsalındadır:

Eşq dərdilə olur aşiq mizacı müstəqim,

Düşmənimdir, dustlar, bu dərdə dərman eyləyən.

Mövzu etibarı ilə Füzuli qəzəlləri, əsasən, məhəbbət və gözəlliyin vəsf və təqdiminə yönəlsə də, şairin bu janrda ictimai motivli əsərləri də vardır. Sənətkar qəzəllərində şəxsi həyatına, taleyinə, həmçinin zəmanəyə, yaşadığı ictimai mühitə, onun insanlarına da münasibət bildirir.

Fərdi taleyinə münasibətdə mütəfəkkir şair təqdirin ona belə bir zavallı, kimsəsiz, tənha ömür qisməti nəsib etdiyindən şikayətlənir:

Dust bipərva, fələk birəhm, dövran bisükun,

Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun.

Bu cür fəryad və şikayətləri sənətkarın zəmanəyə, onu əhatə edən sosial mühitə münasibətində də görürük. O, öz həyatının nəhs gedişatından narazı olduğu kimi yaşadığı ictimai mühitdən də şikayətçidir:

Tökdükcə qanımı oxun, ol asitan içər,

Bir yerdəyəm əsir ki, torpağı qan içər.

Əhli-zəmanə qanına çox təşnədir zəmin,

Qanın kimin tökərsə fələk, ol zəman içər.

Dünya və ictimai gerçəkliyə münasibətdə filosof sənətkarımızın son qənaəti belədir: Yarı (Haqqı) istəyirsənsə, Əğyardan (cahan, onun sərvət, nemət və nəşələri, dünyəvi istəklər, nəfsani diləklər), Əğyar arzusundasansa, Yardan keçməlisən. Ona görə ki, Yar eşqi ilə Əğyar sevgisi bir qəlbə sığışa bilməz. Ya onu, ya da bunu seçməlisən. Məqsədi “bəzmgahi-vəhdət” olanlar cahan qayğılarını atıb Yar qayğısını tutmalıdır:

Ey könül, yarı istə, candan keç,

Səri-kuyin gözət, cəhandan keç!

Ya təmə kəs həyat zövqindən,

Ya ləbi-lə‘li-dilsitandan keç!

Füzuli şərq poeziyasının işlək şeir şəkillərindən olan qəsidə janrında da qələmini sınamışdır. Həm də bu lirik nümunələr üç dildə – türk, farsərəb dillərində yaradılmışdır.

Füzulinin qəsidələrini təxmini olaraq aşağıdakı mövzu qruplarına ayırmaq mümkündür: tövhidmünacatlar, nətlər, mənqəbətlər (ayrı-ayrı dini şəxsiyyətlərin tərifi), mədhiyyələr (müxtəlif dünyəvi şəxsiyyətlərin mədhi), ictimai-fəlsəfi məzmunda olanlar və s.

Su”,Xəncər” və s. kimi qəsidələr nətdir, Məhəmməd peyğəmbərin (ə.s.) mədhi ilə bağlıdır. Burada bir məsələni nəzərə çatdırmaq lazım gəlir. Füzulinin bəzi mədhiyyələri var ki, tərifin məzmun və siqləti müəyyən əşya və ya təbiət hadisəsi üzərində qurulur. Başqa sözlə, hər hansı predmet və ya təbiət məqsədli olaraq şeirin poetik nüvəsini təşkil edir, ideya üçün vəsilə rolunu oynayır. Müəllif tərənnüm obyekti ilə əlaqəli fikirlərini, ideya, məzmun və sənətkarlıq məharətini həmin əşya və hadisənin əlamətlərindən, xassələrindən çıxış edərək oxucuya çatdırır. “Su,Xəncər,Gül,Səba,Qələm” və s. qəsidələri məhz belə əsərlərdəndir.

Şairin “Fəzliyə nəsihət” qəsidəsi ictimai-tərbiyəvi, nəsihə­tamiz mövzudadır və müəllifin oğluna müraciəti şəklində yazıl­mışdır. Şair birbaşa oğluna xitab edərək gərəkli he­sab etdiyi məsələlər barədə ona öyüd və məsləhət verir.

Deyildiyi kimi, Füzulinin lirikası janr baxımından yalnız qəzəl və qəsidələrlə məhdudlaşmır. O, orta əsrlər şərq poeziyasının qitə, rübai, mürəbbe, müxəmməs, mü­səddəs, tərcibənd, tərkibbənd, təxmis və s. kimi janrlarına da müraciət etmişdir.

Şairin qitələri mövzuca rəngarəngdir. Bunlardan bəzilərini məzmun-mahiyyət etibari ilə fəxriyyə-qitə hesab etmək mümkündür.

Hər şeydən öncə, Füzuli milli dilimizin, türkçülüyün, türk milli varlığının qeydini çəkən təəssübkeş bir istedad sahibidir. Fars dilli poeziyanın qazandığı uğurlar bir xalq və milli dil, ədəbiyyat qayğıkeşi kimi sənətkarı düşündürmüşdür. Bu səbəbə görə də, öz bədii təfəkkür və istedadının gücünü məqsədli olaraq türkcə sənət nümunələri yaratmağa yönəltmiş, ana dilində «nəzmi-nazik» (zərif şeir) yazmağa, bu dilin poetik imkanlarını, zənginliyini, lətafətini nümayiş etdirməyə çalışmış və buna inanılmaz bir bacarıqla nail olmuşdur. Aşağıdakı qitə şairin bu barədə bilərəkdən öz üzərinə öhdəlik götürdüyünü sübut edir:

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,

Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.

Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib

Əksərən əlfazi namərbutü nahəmvar olur.

Məndə tovfiq olsa, bu düşvarı asan eylərəm,

Növbahar olğac tikəndən bərgi-gül izhar olur.

Padişahi-mülk…” qitəsində fəxriyyə ruhu ictimai-siyasi motivlə birləşir. İki fateh – maddi aləm fatehi ilə söz mülkünün fatehi müqa­yisə olunur. İkincinin əzəməti və əbədiliyi birincinin miskinliyini, fənalığını ictimai-həyati hadisələri xatırlatma yolu ilə diqqətə çatdırılır.

Qitəni şərti olaraq iki hissəyə ayırmaq mümkündür. Birinci hissədə bir ölkə padşahının acgöz, istilaçı və cahangir obrazını görürük. O, öz istilaçılıq niyyətini həyata keçirməkdən ötrü pul, sərvət sərf edib qoşun toplayır. Yüz fitnə-fəsad, qan-qırğınla əsrlərcə əm­niyyətdə olan torpaqları zəbt edir. Ancaq fələyin dövranı bir çevriliş edən kimi bu istilaçının özü məhv, qoşunu puç olur, ölkəsi əldən çıxır:

Padişahi-mülk dinarü dirəm rişvət verib,

Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri.

Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,

Ol dəxi asari-əmnü istiqamətdən bəri.

Göstərən səatdə dövrani-fələk bir inqilab,

Həm özü fani olur, həm ləşkəri, həm kişvəri.

İkinci hissədə şair özünü bu cür tamahkar, qaniçən və uğursuz aqibət yaşayan fateh hökmdarla müqayisə edir. O da, yəni sənətkar da sultandır və fəth sahibidir. Ancaq məkani torpaqların, ölkələrin deyil, söz mülkünün sultanıdır. Zəbt etdiyi də könüllər mülküdür. Əsgərləri və pəhləvanları isə sözləridir. Həm də əgər dünya padşahları ələ keçirdikləri yerlərdə yüz fitnə-fəsad törədir, qan tökür, abad olanları bərbad edir, faciə və fəlakətə səbəb olur, qazanc umursa, şairin sözləri, əksinə, fəth etdiyi könülləri oxşayır, onlara zövq bəxş edir, heç bir gəlir, mənfəət ummur. Sultanların varı, ixtiyarı və mülkü əbədi deyil. Bir inqilab nəticəsində özləri də, mülkləri də puç olub gedir. Şairin yaratdığı bədii kəlamlar, söz sərvəti isə əbədidir. Dövr edən ruzigarın bəla və müsibətləri, çərxin gedişatı ona təsir edə bilməz, qiymətdən sala bilməz. Elə buna görə də məğrur sənətkar sultanlardan səxavət ummur. Sözə qənaət etməklə, yəni sözü ucaltmaqla qazandığı bədii kəlam tacını hər şeydən üstün tutur:

Payimal etməz onu asibi-dövri-ruzigar,

Eyləməz təsir ona dövrani-çərxi-çənbəri.

Qılmasın dünyadə sultanlar mənə təklifi-cud,

Bəsdürür başımda tovfiqi-qənaət əfsəri.

Uşaq ədəbiyyatının tanınmış tədqiqatçısı

Uşaq ədəbiyyatı kiçikyaşlı oxucuların qəlbində nəcib hisslər oyadan, onların arzu və istəklərinə qanad verən, şəxsiyyət kimi formalaşdıran zəruri bir sahədir. Bu ədəbiyyat özündə güclü ideya-estetik və mənəvi tərbiyə yükü daşıyır. Ona görə də uşaq ədəbiyyatı ilə məşğul olanların hamısının çöhrəsində uşaqların məsumluğunu, mənəvi saflığını xatırladan qəribə bir ifadə olur.

Haqqında söhbət açacağımız ədəbiyyatşünas alim, filologiya üzrə fəlsəfə doktoru Füzuli Əsgərli də bədii nümunələrdəki uşaq obrazlarının psixologiyasını dərindən bilən qələm sahiblərimizdəndir. Bugünlərdə istedadlı alim, bədii tərcümə nəzəriyyəçisi və tərcüməçinin 70 yaşı tamam olub.
Füzuli Əsgərli əsl sənət vurğunu, elm fədaisi, söz sərrafı, ədəbiyyatın ağırlığını və yüngüllüyünü qızıl tərəzisində çəkən çox tələbkar bir alimdir. O, ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində bir sıra qiymətli monoqrafiyaların, elmi məqalələr toplusunun müəllifidir. Uzun illər bədii tərcümənin nəzəri problemləri ilə məşğul olmuş, bir sıra dünya xalqlarının (Litva, eston, rus, qazax, türkmən, gürcü və s.) bədii nümunələrini Azərbaycan dilinə səlis ifadələrlə tərcümə etmişdir.
Həmçinin Füzuli müəllim öz fundamental əsərlərində xalqımızın mədəniyyətinə, tanınmış ədəbiyyatşünasların elmi əsərlərinə, şair və yazıçılarımızın əsərlərinə öz obyektiv və qərəzsiz münasibətini bildirmişdir.
Onun irihəcmli “Sənətkarın uşaq dünyası”, “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı”, “Ömrün sözü, sözün ömrü”, “Bədii təhlil və ədəbi tənqid”, “Bədii tərcümə prinsipləri”, “Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları”, “Sehrli dünyanın memarı” monoqrafiyaları, “Ədəbi düşüncələr”, “Problemlər, düşüncələr” məqalələr toplusu, ali və orta ixtisas məktəbləri üçün yazdığı “Uşaq ədəbiyyatı” dərsliyi, “Azərbaycan uşaq ədəbiyyatı” və “Dünya uşaq ədəbiyyatı” dərs vəsaitləri həm tələbələr, həm də ədəbiyyat sahəsində çalışan mütəxəssislər, ədəbiyyatla yaxından maraqlananlar üçün asan anlaşılan səlis dillə yazılmış qiymətli əsərlərdir.
Hər bir xalqın öz mədəniyyəti, öz ədəbiyyatı vardır. Amma milli ədəbiyyatı ayrıca, dünya ədəbiyyatından təcrid olunmuş şəkildə təsəvvür etmək mümkün deyil. Başqa xalqların ədəbiyyatları ilə biz yalnız mükəmməl bədii tərcümələr vasitəsilə tanış oluruq. Füzuli müəllim “Bədii tərcümə prinsipləri” adlı monoqrafiyasında yazır: “Dünya xalqları ədəbiyyatının ən yaxşı nümunələrinin dilimizə tərcümə edilməsi həmişə təqdirəlayiq bir iş kimi qiymətləndirilmiş və dövrümüzə qədər bədii tərcümənin imkanlarından geniş istifadə olunmuşdur”.
Ədəbiyyatşünas alim uşaqların hərtərəfli inkişafına nail olmaq üçün onların dünyagörüşlərinə, əqidəsinə təsir edən əsərlər yaratmağı vacib vəzifə hesab edir. Bu vəzifələrin yerinə yetirilməsində uşaqlar üçün yazılan kitabların rolunu əvəzsiz hesab edən F.Əsgərli uşaq ədəbiyyatı sahəsində çox böyük elmi axtarışlar aparmış, öz monoqrafiyaları ilə uşaq ədəbiyyatının tədqiqi sahəsində yaranmış boşluğu doldura bilmişdir.
Bu gün müəllifin uşaq ədəbiyyatına həsr etdiyi bir çox kitabları kitabxanamızın fondunda yer alıb və oxucularımızın istifadəsinə verilir. “Azərbaycan uşaq nəsri və onun ədəbi tənqiddə yeri” adlı araşdırması ilə tanış olarkən alimin topladığı faktlara, obyektiv təhlili imkanlarına, elmi məsuliyyətinə, çəkdiyi zəhmətinə qibtə etməmək olmur. “Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı” adlı monoqrafiyasında milli uşaq ədəbiyyatımızın keçdiyi yol çoxsaylı elmi mənbələrə istinadən tədqiq edilmişdir. Bu kitabı incələdikcə dəyərli tədqiqatçı alimimizlə fəxr edirsən.
Tədqiqatçı “Bədii tərcümə prinsipləri” monoqrafiyasında obrazların mənəvi-psixoloji aləminin təcəssümü, bədii tərcümədə üslub orijinallığı, milli xüsusiyyətlərin saxlanılması, atalar sözləri, məsəllər və idiomlardan istifadə problemlərinin düzgün həlli yollarını göstərmişdir. “Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları” monoqrafiyasında yüksək ideyalılığı və estetik dolğunluğu ilə uşaq ədəbiyyatının əsas qaynaqlarından olan xalq yaradıcılığı yazılı ədəbiyyatın bir mənbəyi kimi tədqiq olunmuş, milli uşaq ədəbiyyatının yaradıcılıq ənənələrindən söz açılmış, klassik ədəbiyyatımızda folklor motivli uşaq oxusu nümunələri araşdırılmışdır. “Bədii təhlil və ədəbi tənqid” kitabında isə ədəbi proseslər haqqında daha geniş təsəvvür yaratmaq üçün janrlar üzrə təhlillərə geniş yer verilmiş, tənqidi fikirlərə öz münasibətini bildirilmişdir.
Qələmini bir an belə yerə qoymayan ədəbiyyatşünas-tərcüməçi Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ədəbiyyat və onun tədrisi metodikası” kafedrasının dosentidir. Bu gün də onun ali məktəbin auditoriyalarında böyük gənclik həvəsi ilə oxuduğu mühazirələr və fəal-interaktiv təlim üsulu ilə apardığı seminar məşğələləri tələbələrin böyük marağına səbəb olur. Bütün mühazirələrində milli uşaq ədəbiyyatının motivlərini dünya uşaq ədəbiyyatı motivləri ilə sintez halında birləşdirən Füzuli müəllim ən istedadlı tələbələrini elmi axtarışlara cəlb edir. O, çalışdığı universitetdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, dərsliklərin hazırlanması, yeni təlim metodlarının tətbiqi sahəsində qazandığı nailiyyətlərə görə dəfələrlə “İlin müəllimi” müsabiqəsinin qalibi olub, “İlin nüfuzlu ziyalısı” adına layiq görülüb. Pedaqoji Universitetdə və xüsusilə də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirilən tədbirlərdə fəal iştirakı onun işgüzarlığına, bu sahəyə olan sonsuz marağına bir işarədir.
Kitabxana sahəsində topladığım illərin təcrübəsi göstərir ki, oxucuların sevgisini qazanmaq elə də asan deyil. Bunun üçün yüksək təcrübə, kamil bilik, gələcəyimiz olan uşaqlara sevgi olmalıdır. Bu təcrübə və sevgi Füzuli müəllimdə yüksək səviyyədədir. Respublika Uşaq Kitabxanasının kollektivi və oxucuları adından 70 yaşı münasibətilə dəyərli alimimizi ürəkdən təbrik edir, uzun ömür, cansağlığı diləyirəm.

Şəhla Qəmbərova,
Respublika Uşaq Kitabxanasının direktoru

Comments are closed, but trackbacks and pingbacks are open.