Press "Enter" to skip to content

Səidə abbasova azərbaycan dili və nitq mədəniyyəti

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərova yeni vəzifə verilib.“Report”un əldə etdiyi məlumata görə, o, Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının müdiri seçilib.

BDU-nun rektoru deputata yeni vəzifə verib – SİYAHI

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərova yeni vəzifə verilib.“Report”un əldə etdiyi məlumata görə, o, Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının müdiri seçilib.

Bu barədə qərar BDU-nun Filologiya fakültəsinin Elmi Şurasının iclasında qəbul edilib. N.Cəfərov kafedra müdiri vəzifəsində filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəblini əvəzləyib.

Akademik N.Cəfərov əvvəllər həmin kafedranın professoru vəzifəsində işləyib. Bundan başqa, Elmi Şuranın iclasında Filologiya fakültəsi üzrə daha 4 kafedranın müdiri vəzifəsinə seçkilər keçirilib.

Seçkilərin nəticələrinə əsasən, professor Ədibə Paşayeva Rus ədəbiyyatı tarixi kafedrasının müdiri seçilib. O, bundan əvvəl universitetin Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri işləyib.

Ali məktəbin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri də dəyişib. Belə ki, bu vəzifə filologiya üzrə elmlər doktoru, professor İlhamə Hacıyevaya həvalə olunub. İ.Hacıyeva bundan əvvəl Azərbaycan dilçiliyi kafedrasında müəllim işləyib.

Əvvəllər Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Səidə Abbasova olub.

İclasda filologiya elmləri doktoru, professor Hüseyn Əsgərov yenidən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Mikayıl Cəfərov isə yenidən Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri seçiliblər.

Səidə abbasova azərbaycan dili və nitq mədəniyyəti

Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının dosentləri Səidə Abbasova, Sultan Seyidova, Nailə Məmmədova, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Əhəd Cavadovun həmmüəllifliyi ilə “Azərbaycan dili və nitq mədəniyyəti” dərsliyi işıq üzü görüb. Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, rəyçiləri professorlar Adil Babayev, Tofiq Hacıyev və Əbülfəz Rəcəblidir. Dərslik ali məktəblərin Azərbaycan bölmələrində təhsil alan tələbələrin mükəmməl nitq mədəniyyətinə yiyələnməsində mühüm rol oynayacaq.

Azərbaycan dili və nitq mədəniyyəti kafedrası tərəfindən, eyni zamanda, ali məktəblərin rus bölmələrində təhsil alan tələbələr üçün “Azərbaycan dili və nitq mədəniyyəti” adlı dərs vəsaiti də çap olunub. Kafedranın dosenti Samirə Mərdanova, dosent əvəzi Şəlalə Abasova və Xanımana Manaflının birgə müəllifliyi ilə çapdam çıxan dərs vəsaitində Azərbaycan dili və nitq mədəniyyəti məsələləri paralel şəkildə izah edilir, Azərbaycan ədəbi dili və normaları, natiqlik sənəti, onun tarixi, ixtisaslar üzrə nitq mədəniyyəti məsələləri geniş şərh olunur.

Onu da qeyd edək ki, ötən il kafedranın dosenti Nailə Məmmədovanın “Azərbaycan dili və ədəbiyyat dərslərində yazılı nitqin inkişaf etdirilməsi”, dosent əvəzi Samirə Orucovanın “Lirik əsərlərin tədrisi”, Xanımana Manaflının “Ədəbi dilin fonetik və leksik normalarının tədrisinə dair” metodik göstərişləri də işıq üzü görüb. Kafedra tərəfindən Azərbaycan və rus bölmələrinin tələbələri üçün “Azərbaycan dili və nitq mədəniyyəti” fənninin iki proqramı nəşr olunub. Bütün bunlarla yanaşı, bir dərs vəsaiti və iki metodik göstəriş çapdadır.

Modern.az

Comments are closed, but trackbacks and pingbacks are open.