Prezident Administrasiyasının yeni şöbə müdirləri – SİYAHI
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev
Ali məktəblər üçün “Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” adlı dərs vəsaiti çapdan çıxıb
Bakı, 23 sentyabr (AZƏRTAC), Bakı Dövlət Universitetinin (BDU) dosenti Fikrət Şiriyevin ali məktəblər üçün “Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” adlı dərs vəsaiti çapdan çıxıb.
BDU-nun mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, son illər Azərbaycanda nitq mədəniyyəti fənni üzrə ardıcıl araşdırmalar aparılır. Bununla bağlı Prezident İlham Əliyevin 2012-ci il 23 may tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramında nitq mədəniyyəti məsələləri xüsusi diqqət mərkəzində saxlanılır.
Avropanın əksər ölkələrində orta məktəb proqramlarına daxil edilən nitq mədəniyyəti fənni nəticədə xalqın səlis və rəvan danışmasına, hər kəsin öz fikirlərini çətinlik çəkmədən ifadə etməsinə gətirib çıxarır.
Bu qədər zəngin lüğət tərkibinə və leksik imkanlara malik Azərbaycan dilində bəzən fikirlərin ifadəsi zamanı rastlaşdığımız xoşagəlməz hallar, fikir büdrəmələri, yersiz təkrarlar, lazımsız ifadələr və s. hər bir ziyalını narahat edir. Digər tərəfdən, bu gün gözəl Azərbaycan dilinin imkanlarından məharətlə yararlanıb fikirlərini dürüst və ifadəli çatdıran, cəlbedici nitqi ilə auditoriyanı valeh edib özünə bağlayan istedadlı natiqlər vardır. Belə təcrübələrin yayılması, həmin nümunələrin timsalında daha yaxşı danışıq vərdişlərinin kütləviləşdirilməsi universitet auditoriyalarından keçir.
Ali məktəblərdə, hətta orta məktəblərdə nitq mədəniyyəti vərdişlərinin aşılanması, gənclərə düzgün və səviyyəli danışıq qaydalarının öyrədilməsi günün tələbinə çevrilib. Klassik ritorikanın banisi hesab edilən Aristotelin dediyi – “şair və rəssamdan fərqli olaraq natiq doğulmurlar, bilik, ağıl və təcrübə hər kəsi natiq edə bilər”,- kimi dəyərli fikirləri nəzərə alsaq, onda fənnin geniş tədrisi mübahisəsizdir.
Dosent F.Şiriyevin hazırladığı 9 fəsildən ibarət dərs vəsaiti bu baxımdan çox dəyərli və gərəklidir. Burada həm ritorika elminin 3000 illik yolu, klassik yunan və Roma məktəbləri haqqında, həm də Şərq ritorikasının ilk nümunələri olan “Kəlilə və Dimnə”, “Qabusnamə” kimi qədim əsərlərdən müqayisəli parçalar, Azərbaycan nitq mədəniyyətinin tarixi barədə məlumat verilir.
Kitabda nitq mədəniyyəti fənninin nəzəri müddəaları əksini tapıb, bu müddəalar Azərbaycan ədəbiyyatından verilmiş nümunələrlə əsaslandırılıb. Dərs vəsaitində, həmçinin ümumritorik qanunlar, nitqin texnikası, şifahi ünsiyyət ustalığı, mübahisə qaydaları, mədəni və işgüzar nitq, nitq normaları və s. haqqında nəzəri və praktik tövsiyələr əks olunub. Dərs vəsaitində nitq mədəniyyətinə, söz ustalığına aid maraqlı nümunələr verilib, nitq terminləri lüğəti təqdim edilib.
Görkəmli ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyevin və tanınmış professor Sənubər Abdullayevanın elmi redaktorluğu ilə ərsəyə gələn, zəngin ədəbiyyatdan istifadə edilməklə və beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan, maraqlı nümunələr verilən bu kitab təkcə ali məktəb tələbələri üçün deyil, həm də Azərbaycan dilində səlis danışmaq arzusunda olan bütün insanlar üçün dəyərli mənbədir.
“Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika” kitabı “Nurlar” nəşriyyatında çapdan çıxıb.
Prezident Administrasiyasının yeni şöbə müdirləri – SİYAHI
BAKU.WS president.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin yeni köməkçiləri və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdirlərinin siyahısı belədir:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Cəmilə Abbasova
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsinin müdiri Zeynal Nağdəliyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov
Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov
Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Elçin Bağırov
Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov
Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev
Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva
Hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev
Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev
Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov
Prezidentin İşlər müdiri Oqtay Şahbazov
Comments are closed, but trackbacks and pingbacks are open.