Press "Enter" to skip to content

SOCAR-ın idarəsində mülki müdafiə məşqi keçirilib

Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür

Bakı, 1 mart (AZƏRTAC). 1 Mart – Ümumdünya Mülki Müdafiə Günüdür.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.

Azərbaycan 1993-cü ildə bu nüfuzlu beynəlxalq təşkilata üzv olmuşdur. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. Bu ilin mövzusu “Mülki Müdafiə sistemində qadınların rolu və fəaliyyəti” ilə əlaqədardır.

Əhalinin mühafizəsini, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.

Qeyd edək ki, silahlı qüvvələrdə ilk dəfə belə imkan I dünya müharibəsi zamanı (1914-18 illər) yaranmışdır. Almanlar ilk dəfə olaraq döyüş şəraitində aviasiya tətbiq etmişlər və bu amil böyük şəhərlərin hava zərbələrindən müdafiəsi zəruriliyini yaratmışdır. Qoşunlarla bərabər bu prosesə mülki əhali də cəlb olunmağa başlanılmışdır.

1 mart Ümumdünya Mülki Müdafiə Günü, onun vəzifələri və məqsədi 1931-ci ilin mayında tibb xidmət generalı, fransız Corc Sent Pol Parisdə “Cenevrə regionu assosisasiyası” təşkilatını yaratmışdır. Sonralar Ümumdünya Mülki Müdafiə təşkilatına (ÜMMT) çevrilmişdir.

Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvüdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.

Təşkilatın vəzifələri həm müasir mühəribələrin, həm də əmin–amanlıq dövründəki güclü istehsalat qəzaları və təbii fəlakət nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi – Mülki Müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında daldalandırılması, təhlükəli yerlərdən köçürülüb az təhlükəli, yaxud təhlükəsiz yaşayış məntəqələrində yerləşdirilməsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir.

Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

​SOCAR-ın idarəsində mülki müdafiə məşqi keçirilib

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında mülki müdafiə orqan və qüvvələrinin idarə olunması” mövzusunda mülki müdafiə məşqi keçirilib. “Report” SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il üçün mülki müdafiə üzrə tədbirlər planı çərçivəsində keçirilmiş məşqə Fövqəladə Hallar Komissiyası, ilkin qəza-xilasetmə qüvvələri, eləcə də Qaradağ rayon Yanğından mühafizə hissəsinin qüvvələri cəlb edilib. Məşqin keçirilməsində məqsəd baş verə biləcək istehsalat qəzaları və digər fövqəladə hadisələr zamanı işçilərin mühafizəsinin təmin edilməsi, ilkin qəza-xilasetmə qüvvələrinin hadisənin qarşısının alınması üzrə tədbirlər həyata keçirməsi, eləcə də rəhbərlk tərəfindən idarəetmənin təşkilinin yoxlanılması olub. Məşqdə fövqəladə hadisələr zamanı işçilərin təhlükəli ərazidən təxliyə edilməsi, xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi, eləcə də aidiyyəti bölmələr arasında qarşılıqlı fəaliyyətin yerinə yetirilməsi yüksək səviyyədə təşkil edilib. Tədbirin sonunda aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tövsiyələr verilib.

Comments are closed, but trackbacks and pingbacks are open.