Press "Enter" to skip to content

Sinif rəhbəri təlim-tərbiyə işlərinə aid yarımillik və illik iş planları yazıb hazırlayır və məktəb rəhbərliyi qarşısında hesabatlıdır

Sinif rəhbərinin fəaliyyətində yolverilməz nüanslar –Bunları etmək olmaz

Sinif rəhbərinin illik iş planı pdf

2021-05-10 15:22:00

Sinif rəhbərinin fəaliyyətində yolverilməz nüanslar –Bunları etmək olmaz

Sinif rəhbərinin əsas işi təhsil alanları şəxsiyyət kimi formalaşdırmaq, onlarda vətəndaşlığı, mənəviyyatı, təşəbbüskarlığı və müstəqil tənqidi təfəkkürə malik olmağı tərbiyə etməkdir. Həmçinin, sinif rəhbərinin əsas işi insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə sevgi, vətənə, ailəyə məhəbbət hissləri aşılamaq, sağlam həyat tərzinə alışdırmaq, yaradıcı şəxsiyyət və dövlətçiliyə sadiq vətəndaş kimi formalaşdırmaqdır. AzEdu.az sinif rəhbərinin fəaliyyətində yolverilməz nüansları təqdim edir: Uşaqların şəxsiyyətini, ləyaqətini alçaltmaq, onu sözlə və ya hərəkətləri ilə təhqir etmək; Şagirdi cəzalandırmaq məqsədilə dərs zamanı əsassız olaraq təlim müvəffəqiyyətini əks etdirən qiymətini aşağı salmaq; Uşağın etimadından süni istifadə etmək, ona verdiyi vədə əməl etməmək, onu düşünülmüş şəkildə aldatmaq; Şagirdin özü iştirak etmədiyi şəraitdə onun hərəkətlərini müzakirə etmək, onu pisləmək, nüfuzunu aşağı salmaq. Şagirdlər qarşısında öz həmkarlarını onların iştirakı olmadan müzakirə etmək, onları pisləmək, müəllimin və bütün pedaqoji kollektivin nüfuzuna xələl gətirmək. Sinif rəhbərinin vəzifələrinə aşağıdakılar aiddir: Təlim prosesinin təşkili: – sinifdə ümumməktəb kollektivinin fəaliyyəti çərçivəsində şagird şəxsiyyətinin müsbət potensialının inkişafı üçün əlverişli təlim-tərbiyə mühiti yaratmaq; – şagirdlərin xarici görünüşünə, geyiminə nəzarət etmək; – şagirdlərin dərsə davamiyyətinə nəzarət etmək; – hər bir şagirdin tədris nailiyyətlərinə nəzarət etmək məqsədilə onların uğur və səhvlərini qeydə almaq və vaxtında kömək göstərmək; – valideynlərlə əlaqə yaratmaq və onlara uşaqların tərbiyə olunmasında kömək göstərmək (şəxsən, məktəb psixoloqu və müəllimlər vasitəsilə); – eyni yaşda olan uşaqlarla işin psixoloji və pedaqoji əsaslarını, ən yeni texnologiyaları, tərbiyə işinin üsul və formalarını bilmək; – Azərbaycanın milli bayramları, əlamətdar tarixi hadisələri ilə bağlı tədbirlər təşkil etmək, mərasimləri qeyd etmək. Təşkilati-koordinasiya işi: – ümumtəhsil müəssisəsi ilə ailələr arasında əlaqənin yaradılması, valideynlərin maarifləndirilməsi işinin təşkili; – uşaqların tərbiyə edilməsində çətinliklə üzləşən valideynlərlə psixoloji və pedaqoji məsləhətlərin təşkili; – fənn müəllimləri və məktəbin digər mütəxəssisləri ilə (uşaq birliyi rəhbəri, psixoloq, kitabxanaçı və s.) qarşılıqlı fəaliyyət və bu mütəxəssislərin yardıma ehtiyacı olan uşaqlara köməyinin təşkili; – şagirdlərin təhsil fəaliyyətlərinin məktəbdənkənar təhsil sistemi də daxil olmaqla nəzərə alınması və stimullaşdırılması; – təhsil fəaliyyətinin subyektləri qismində hər bir şagirdlə və bütövlükdə sinif kollektivi ilə fərdi və qarşılıqlı fəaliyyətin təşkili; – sənədləşmənin aparılması (sinif jurnalları, gündəliklər, şagirdlərin şəxsi işləri, sinif rəhbərinin iş planı, sinfin sosial pasportu, istedadlı uşaqlarla, risk qrupu şagirdlərilə, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarda qeydiyyatda olan şagirdlərlə iş planları); – şagirdlərin fiziki və psixoloji sağlamlıqlarının müdafiəsi, qorunması və möhkəmləndirilməsi; – məktəbin tibb işçisi ilə əməkdaşlıq; – fiziki tərbiyə dərslərinə və məşğələlərinə müsbət münasibətin aşılanması; – əməyin mühafizəsi qaydalarının, yol hərəkəti qaydalarının, şəhərdə, məişətdə təhlükəsiz davranış qaydalarının şagirdlər tərəfindən öyrənilməsinin təşkili; – məzunların peşə seçmələrinə köməklik göstərilməsi; – həftəlik sinif saatları keçirmək; – hər tətildən sonra bir dəfə valideyn iclası keçirmək; – sinif, məktəb, yeməkxana üzrə növbətçiliyin təşkili; – təhkim olunmuş kabinetdə sanitar-gigiyenik vəziyyətin gözlənilməsi; – hər bir hadisə barədə məktəb rəhbərliyinin operativ şəkildə məlumatlandırılması, ilkin tibbi yardımın göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi. Kommunikativ iş: – şagirdlər arasında şəxsi münasibətlərin tənzimlənməsi; – müəllim və şagirdlər arasında subyektlərarası (subyekt-subyekt) münasibətlərin yaradılması. – müəllim və valideynlər arasında kommunikativ münasibətlərin tənzimlənməsi; – sinifdə dərs deyən müəllimlər və məktəbin rəhbərliyi ilə kommunikativ münasibətlərin tənzimlənməsi; Təhlil-proqnozlaşdırma işi: – uşaqların ailədə tərbiyə olunma şəraitinin öyrənilməsi, sinfin sosial pasportunun tərtib edilməsi; – şagirdlərin fərdi qabiliyyətlərinin və onların inkişaf dinamikasının öyrənilməsi, xüsusi diqqət kəsb edən uşaqlarla iş; – sinif kollektivinin vəziyyətinin və inkişaf perspektivlərinin müəyyən edilməsi. Qeyd edək ki, bu əsasnamə Azərbaycan Respublikası Təhsil nazirinin 05 mart 2009-ci il tarixli, 270 №-li əmri ilə təsdiq edilib

Bu bölməyə aid digər xəbərlər

Füzulidə incəsənət məktəbinin təməli atıldı

2023-03-07 15:22:57

Müəllimlərin 81,9 faizi qadınlar, şagirdlərin 46,6 faizi qızlardı – RƏSMİ

2023-03-07 12:20:57

Ombudsman Milli Məclisdə məktəblərlə bağlı təkliflər VERDİ

2023-03-07 12:08:00

8 martda müəllimləri necə təbrik etmək olar? – AzEdu.az-ın VİDEOSU

2023-03-03 15:10:59

Azərbaycan komandası 70 ölkə arasında birinci oldu

2023-02-27 17:54:00

Özbəkistan XİN: Füzulidə tikilən məktəb yeni tədris ilində istifadəyə veriləcək

2023-02-24 14:25:00

Uşaqların təhsil uğurlarını artırmağın yolu-MEDİTASİYA

2023-02-18 12:10:00

Bakıda 25-ci “Puşkiniana” layihəsinə start verilib

2023-02-18 09:15:00

Azərbaycanda özəl orta məktəblər – 17 minədək şagirdi var

2023-02-17 15:34:07

Bakıda 4-cü sinif şagirdi itkin düşüb

Sinif rəhbəri təlim-tərbiyə işlərinə aid yarımillik və illik iş planları yazıb hazırlayır və məktəb rəhbərliyi qarşısında hesabatlıdır.

Sinif rəhbəri sinif jurnalını səliqəli tərtib edib hazırlayır və həmişə nizami qaydada aparır. O, tədris ilinin əvvəlində müdiriyyət-dən sinif jurnalını qəbul edib, onu tələb olunan qaydada səliqə ilə yazıb hazırlayır və onun müəllimlər tərəfindən həmişə səliqəli yazıl-masına və aparılmasına nəzarət edir. Sinfin bütün şagirdlərinin gün-dəliklərinin olması və onun normal aparılması qayğısına qalır və onu təmin edir, hər gün keçirilən fənnlər üzrə hər dərsdə şagirdlərə

verilmiş qiymətlərin orada düzgün və səliqəli yazılmasını və aparıl-masını, hər həftə gündəliklərin valideynlərə göstərilib imza etdiril-məsini isə müəllimlərdən tələb edir və ona nail olur. O, vaxtaşırı şagird gündəliklərini yoxlayıb, qiymətlərin orada düzgün yazılması-na nəzarət edir, hər rübün sonunda şagirdlərin rüblük qiymətlərini gündəliyin axırındakı xüsusi qrafaya köçürür.

Sinif rəhbəri şagirdlərin şəxsi işlərini diqqətlə nəzərdən keçirib normal vəziyyətdə hazırlayır, dərs ilinin sonunda hər şagirdə onun təlim-tərbiyə fəaliyyəti, şagirdlər üçün qaydalara necə riayət etməsi, məsuliyyəti, intizamı, mədəni davranışı və xasiyyəti haqqın-da xüsusi xarakteristika tərtib edir. O, öz sinfində aparacağı təlim-tərbiyə işlərinə aid yarımillik və illik iş planları yazıb hazırlayır, sinif şagirdləri ilə il ərzin-də həyata keçirilmiş bütün təlim-tərbiyə işləri barədə dərs ilinin sonunda ətraflı hesabat yazır və məktəb müdiriyyətinə təqdim edir, rəsmi hesabat verir.

Rövşən Mehbalıyev adına Tava kənd tam orta məktəb

Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaq və özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir.

Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir.

Vətənpərvərlik anlayışı müxtəlif mənalarda işlənmişdir. Amerika və Fransa burjuaziya inqilabları zamanı XVIII əsrdə bu, inqilabi ideologiya ilə əlaqələndirilmiş və “millət” anlayışı ilə eyniləşdirilmşdir. Sonralar vətənpərvərlik yeni dövlətlərin, milli və milli-azadlıq hərəkətlərinin yaranması zamanı və müharibələr ərəfəsində daha da aktuallaşmışdır. Tarix boyu vətənpərvərlik mühüm rol oynamışdır. İnsaniyyətin əleyhinə olan dar düşüncəli qrup marağını ifadə edən mütləq vətənpərvərlik şovinizmə daha yaxındır.

Sən mənə anasan, anamdan əziz,
Sənə məhəbbətim dənizdir, dəniz.
Ömrümün bir anı keçməsin sənsiz,
Ey mənim varlığım, qəlbim, vicdanım,
Mən sənə qurbanam, Azərbaycanım!
De, nemət varmıdır səndə olmayan?
Sərvətdən, qüdrətdən yoğrulub mayan.
Sönməz bir məşəlsən, Şərqə nur yayan,
“Qara qızıl”ındır damarda qanım,
Eşqinlə dolanır, Azərbaycanım!
Vurulur bir dəfə hüsnünə baxan,
Göy Göllə, Kəpəzlə bəzənib yaxan.
Füzuli şerini oxuyanda Xan,
Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım!

Vətən müqəddəs bir varlıqdır. əgər bu torpagın havasını uduruqsa ,təbiiəti ilə canlanırıqsa, daşını ,suyunu gözəl səfalı meşələrini ,cənətini hiss ediriksə bu bizim vətəndir. Vətənpərvərliyimizi onun qorunmasında, yaşanmasında, daima canlanmasında ,gələcəyimiz naminə övladlarımızın bu tipdə böyüməsinə şalışmalıyıq .

Vətni qoruyaq !!
Vətni sevək !!
Vətənpərvər olaq !! ..

SİNİF RƏHBƏRİNİN HANSI SƏNƏDLƏRİ OLMALIDIR

Əsas sənədlər:
1. Sinif rəhbərinin fəaliyyət planı (illik, aylıq və həftəlik)
2. Valideynlərlə görüş dəftəri
3. Sinif pasportu
4. Sinif divar qəzetinin nömrələri
5. Şagirdlərlə fərdi söhbət dəftəri
6. Zəif oxuyan şagirdlərlə işlərin planı və icra sənədləri
7. Sinif rəhbərinin müəllimlərlə əlaqə dəftəri
8. Şagirdlərin öyrənilməsi üçün müşahidə dəftəri
9. Sinif valideyn komitəsinin iş planı
10. Keçirilən tədbirlərin qeyd dəftəri (məruzə və çıxışlar)
11.Valideyn iclaslarının protokolları
12. Şagird yığıncaqlarının protokolları
13. Şagirdlər qarşısında edilən məruzələr
14. Valideynlər qarşısında edilən məruzələr
15. Şəxsi təhsil planı
16. Müvafiq yuxarı orqanların verdiyi qanun və göstərişlərin icra sənədləri
Məlumatlar:
1. Sinif rəhbəri haqqında məlumat
2. Sinfin təlim göstəriciləri haqqında məlumatlar
3. Az təminatlı və yetim uşaqlar haqqında məlumat
4. Abunəçilərin siyahısı
5. Şagirdlərə kitabxanalardan verilmiş kitabların siyahısı (kitabxana ilə əlaqə)
6. Olimpiadalarda, müsabiqələrdə və digər bilik yarışlarında uğur qazanan şagirdlər haqqında məlumat.
7. Müxtəlif sahələrdə xüsusi istedadı olan şagirdlər haqqında məlumat
8. Sinif fəalları haqqında məlumat

Comments are closed, but trackbacks and pingbacks are open.