Press "Enter" to skip to content

Sinif yoldaşlarında şəxsiyyət vəsiqənizi necə tapmaq olar və ona nə üçün ehtiyacınız var

8. Şəxsiyyət vəsiqəsinin itirilməsi və ya oğurlanması

Şəxsiyyətin nömrəsi ilə bütün məlumatı tapmaq

Salam, elə bir sayt mövcuddur ki, mən ora hər hansı bir səxsiyyət vəsiqəsinin pin kodu yəni nömrəsini daxil etməklə bütün şəxsiyyət vəsiqəsindəki məlumatlar gəlsin?

Sualı verdi: Ilaha ( 06/08/2012 )
Kateqoriya: Sual . şəxsiyyət vəsiqəsi. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Salam
Belə bir sistemin varlığınnan xəbərim yoxdur ama deyə bilərəm ki belə bir sistem varsada açıq şəkilə istifadə edilməz bəzi qurumlar filan istifadə edər,belə sistemin açıq şəkildə olması insanların şəxsi bilgilərinin 3cü şəxslər tərəfində görülməsi deməkdir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Duzdur cavabiniz mentiqlidir. Chox sag olun

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Salam xanim FIN kod gizli tutulmasi vacib olan bir koddur və onunla dediyiniz məlumatları əldə etmək üçün çoxlu saytlar mövcüddür və açıq şəkildə istifadə olunur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi – Payoneer ünvan təsdiqləmə (1 gün əvvəl)

123589 cavab verdi – PC üçün tövsiyə (5 gün əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (7 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (7 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (7 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (9 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (9 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (12 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (12 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (20 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (30 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (34 gün əvvəl)

Sinif yoldaşlarında şəxsiyyət vəsiqənizi necə tapmaq olar və ona nə üçün ehtiyacınız var

Şəxsiyyət vəsiqəsinin verilməsi, dəyişdirilməsi, məlumatların şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi

1. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə – DİN-nin məsul əməkdaşı tərəfindən elektron formada tərtib edilir);

vətəndaşın doğum haqqında şəhadətnaməsi;

Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa)

vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış;

dövlət rüsumunun ödənilməsi barədə sənəd;

ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd;

15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə həyata keçirilir;

15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, həmçinin gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur;

15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir.

15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.

2. Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi vəsiqə verən orqanda ödənişsiz həyata keçirilir.

3. Elektron imza ilə əlaqədar sertifikatların, elektron imza yaratma və yoxlama məlumatlarının verilməsi, onlardan istifadə və həmin sertifikatların qüvvəsinin dayandırılması, bərpası və ya ləğvi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4. Şəxsiyyət vəsiqəsi 10 (on) illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün 1 (bir) ay müddətində vəsiqə verən orqana müraciət etməlidir.

5. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi, yaxud vətəndaşın soyadının, adının, atasının adının dəyişməsi və ya şəxsiyyət vəsiqəsinin, o cümlədən onun elektron daşıyıcısının (çipin) yararsız hala düşməsi ilə əlaqədar şəxsiyyət vəsiqəsi dəyişdirilərkən vətəndaşın fotoşəkli vəsiqə verən orqanda çəkilməklə və əl-barmaq izləri götürülməklə yalnız aşağıdakılar tələb edilir:

· şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında ərizə-anket (2 nömrəli əlavə- DİN-nin məsul əməkdaşı tərəfindən elektron formada tərtib edilir);

· dövlət rüsumunun ödənilməsi barədə sənəd;

· ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.

6. Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən və şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş dəyişdirilməyən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin vəsiqə təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilmiş dəyişdirilə bilən məlumatlarda səhv müəyyənləşdirildikdə, vəsiqə səhv məlumatları daxil etmiş orqana təqdim edildikdən dərhal sonra (ən geci 30 dəqiqə ərzində) həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir.

7. Vətəndaş yeni şəxsiyyət vəsiqəsini alarkən, köhnə şəxsiyyət vəsiqəsini təhvil verməlidir.

QEYD: Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, o Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən “ASAN xidmət” mərkəzlərində təşkil olunan müvafiq xidmətinə müraciət edə bilər.

8. Şəxsiyyət vəsiqəsinin itirilməsi və ya oğurlanması

· Şəxsiyyət vəsiqəsi itirildikdə vəsiqənin sahibi və ya onun qanuni nümayəndəsi onu harada, nə vaxt və hansı şəraitdə itirdiyini göstərməklə, vəsiqə verən orqana yazılı məlumat verməlidir.

· Şəxsiyyət vəsiqəsini itirdiyini bildirən vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs həmin vəsiqəni taparsa və ya itirilmiş şəxsiyyət vəsiqəsi yeni şəxsiyyət vəsiqəsi verildikdən sonra tapılarsa, tapılmış şəxsiyyət vəsiqəsi dərhal vəsiqə verən orqana təhvil verilməlidir.

· Vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs şəxsiyyət vəsiqəsini itirdiyi barədə vəsiqə verən orqana yazılı müraciət etdikdə və vəsiqə sahibinin şəxsiyyəti müəyyənləşdirildikdə, bu barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürülür. İtirilmiş vəsiqə barədə məlumat Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə daxil edildikdən sonra həmin sənəd qüvvədən düşmüş hesab edilir, İAMAS-da aktiv statusu dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin itirilməsi ilə əlaqədar yenidən verilməsinə görə dövlət rüsumu ödənildikdən və şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket doldurulduqdan sonravətəndaşa yeni şəxsiyyət vəsiqəsi verilir.

· Şəxsiyyət vəsiqəsi oğurlandıqda, vəsiqə sahibi və ya onun qanuni nümayəndəsi bu barədə cinayətin baş verdiyi yerin polis orqanına yazılı müraciət etməlidir. Belə ərizənin qəbul olunması haqqında həmin şəxsə arayış verilir və bu arayış oğurlanmış şəxsiyyət vəsiqəsinin qüvvədən düşməsi barədə Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində qeydiyyatın aparılması və bunun əsasında vəsiqə sahibinin və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə yeni şəxsiyyət vəsiqəsinin verilməsi üçün əsas hesab edilir.

Dövlət rüsumunun məbləği

15 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:

· on gün müddətində verildikdə və ya dəyişdirildikdə – 5 manat;

· üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 50 manat;

· bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 70 manat.

15 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:

· on gün müddətində verildikdə və ya dəyişdirildikdə – 5 manat;

· üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 25 manat;

· bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 30 manat.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə:

· on iş günü müddətində verildikdə – 30 manat;

· üç iş günü müddətində verildikdə – 70 manat;

· bir iş günü müddətində verildikdə – 90 manat.

Qeyd

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.

15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, hərbi vəzifəsi, vətəndaşın gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları daxil edilmir.

15 yaşı tamam olmuş kişi vətəndaşlardan ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə tələb olunur.

Vəsiqə sahibinin üzərinə qoyulmuş vəzifələri 15 yaşı tamam olmamış vətəndaşa aid hissədə onun qanuni nümayəndəsi həyata keçirir.

5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.

Bu xidmət bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.

Comments are closed, but trackbacks and pingbacks are open.