Press "Enter" to skip to content

Leyla Bayramova

O’zbek tilida dars ishlanmalar, bayram ssenariylari va dasturlar.

Siniflr üzr mzmun standartları pdf

O’zbek tilida dars ishlanmalar, bayram ssenariylari va dasturlar.

DTS Barcha fanlardan Davlat Ta’lim Standartlari

Подробности Автор: root root Родительская категория: Разработка уроков Категория: Tadbir ishlanmalar (сценарий) Опубликовано: 13 Октябрь 2017 Просмотров: 30890

3.7916666666667 1 1 1 1 1 1 1 1 1 1 Rating 3.79 (36 Votes)

Вложения:

Файл Размер файла:
DTS Barcha fanlardan.zip 5768 kB
  • Adabiyot Dts .doc
  • Biologiya Dts.doc
  • Boshlang’ich ta’lim Dts.doc
  • Chizmachilik Dts .doc
  • Fizika Dts.doc
  • Geografiya Dts.doc
  • Informatika Dts.doc
  • Iqtisod Dts.doc
  • Kimyo Dts.doc
  • Matematika Dts.docx
  • Milliy Istiqlol G’oyasi Dts.doc
  • Musiqa Dts.doc
  • Ona-tili Dts.doc
  • O’zbek-tili Dts.doc
  • Tarix Dts.doc
  • Tasviriy-sa’nat Dts.doc
  • Texnologiya Dts.doc
  • Xuquq Dts.doc

Dars Ishlanmalar

Insho (Эссе)
11-Класс
1-Класс
2-Класс
3-Класс
4-Класс
5-Класс
6-Класс
7-Класс
8-Класс
9-Класс
10-Класс
Testlar (Тесты)
Rejalar (Планы)
Metodika (Методика)
To’garak ishlanmalari (Кружок)
Tadbir ishlanmalar (сценарий)
Boshqalar (Другие)
Audio darsliklar (Разработка уроков)

Barcha huquqlar O’zbekiston Respublikasining amaldagi qonunlariga binoan himoya qilingan. Sayt materiallaridan to’liq yoki qisman tijorat yo’lida foydalanish qat’iyan man etiladi!

Leyla Bayramova

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

25 Mayıs 2019 Cumartesi

Fənn kurikulumu, Standartlar, məzmun standartlarının quruluşu, Taksonomiyalar:

Paylaşıldı on 12:12 by Leyla Bayramova
II Mövzu:
Fənn kurikulumu, Standartlar, məzmun standartlarının quruluşu, Taksonomiyalar:
Fənn kurikulumunun xarakterik cəhətləri

Fənlər üzrə təhsil proqramı (kurikulumu) hər fənn üzrə məqsəd və vəzifələri müəyyənləşdirən və ona doğru istiqamətlənmiş standartların reallaşması üçün zəruri fəaliyyətləri əhatə edən konseptual sənəddir .

Fənn kurikulumunun strukturu :
Giriş: Fənnin məqsəd və vəzifələri, Fənnin xarakterik xüsusiyyətləri
1. Fənnin məzmunu
Ümumi təlim nəticələri

Məzmun xətləri
Məzmun xətləri üzrə
təlim nəticələri
Məzmun standartları
İnteqrativlik
2. Təlim strategiyası
Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblərin təsviri
Forma və üsulların təkmilləşdirilməsi barədə
tövsiyələr
Müəllimin təlim fəaliyyəti-
nin planlaşdırılmasına dair
nümunələr
Məzmun standartlarının şərhi
3. Şagird nailiyyətinin qiymətləndirilməsi
Əsas qiymətləndirmə növləri
Qiymətləndirmə standartları və qiymətləndirmə vasitələr i

Fənn kurikulumunda siniflər üzrə fənnin məzmunu (fənnin məqsədləri, məzmun xətti, standartlar, alt- standartlar), təlim strategiyaları, qiymətləndirmə standartları, növləri, üsulları və vasitələri əks olunub.

Təlim modeli: məzmun-metod-öyrədici mühit-qiymətləndirmə
Təlim nəticələri-
müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir .
Təlim nəticələri fənn kurikulumundakı məzmun standartlarının əsasını təşkil edir.

Məzmun xətti – fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir .

Məzmun standartı – təhsil alanların bilik və bacarıqlarına qoyulmuş dövlət tələbidir.

Əsas standartların funksiyası
ü Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.
Alt-standartların funksiyaları
ü Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır.
ü Təlim strategi ə alarının düzgün seçilməsində mühüm rol oynayır.
ü Təlimdə inteqrativliyi təmin edir.
ü Təlimin məzmununun davamlı inkişafını təmin edir.
ü Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir.
Məzmun standartlarının komponentləri üzrə təsnifat
1. Bilik: 2. Fəaliyyət

Biliyin kateqoriyaları: Standartlarda ifadə edilən bilik adətən alt standartlarda üç geniş kateqoriyadan birinə aid olur. Bu kateqoriyalar biliyin üç əsas növünü təmsil edir.

1. Deklarativ/Faktoloji bilik: prosesləri və ya fəaliyyət mərhələlərini ehtiva etmir. Müəyyən fənn üzrə məlumat xarakterli biliklərdir. Bunların sırasına artıq mövcud olan mühüm anlayışlar və faktlar, terminologiya və təriflər, hər hansı bilik sahəsini dərk etmək və problemləri həll etmək üçün vacib olan məlumatlar daxildir.

2. Prosedural bilik: prosesi ehtiva edir. Bu bilik hər hansı fənn üzrə mühüm vərdiş və proseslər kimi qəbul edilə bilər. Hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən prosedur qaydaları əhatə edən biliklərdir. Bunların sırasına tədqiqat, araşdırma və tətbiqetmə metod və texnikaları, alqoritmlər, xüsusi metodologiyalar daxildir.

3. Kontekstual/Konseptual bilik: sadəcə prosedural ve ya deklarativ biliyin əsasında qurulan biliyin yeni məzmununu təşkil edir. Konseptual bilik problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir. Bunların sırasına müəyyən bilik sahəsinə münasib faktları ümumiləşdirən və əlaqələndirən şəxsin yaratdığı yeni konsepsiyalar, ümumiləşdirmələr, nəzəriyyələr, təsnifatlar, prinsiplər, modellər, strukturlar daxildir.

Məlumat xarakterli biliklərdir. Bunların sırasına anlayışlar, təriflər, faktlar daxilldir.
Fəaliyyətin icrasına dair prosedur qaydaları əhatə edən biliklərdir.
Problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir.

İdrak prosesinin gedişatına, dərketmə qabiliyyətinin refleksiyasına və dərk edilməsinə kömək edən biliklərdir. Bunların sırasına problemin həlli və idrak məsələlərinin necə həyata keçirilməsi haqqında strateji və ya reflektiv biliklər, idrak prosesi haqqında təsəvvürlər daxildir.


Fəaliyyət növləri:

1. İdraki (Koqnitiv)

tanımaq, qaydanı izah etmək, nümunə göstərmək, istifadə etmək, təhlil etmək, müqayisə etmək, dəyərləndirmək 2. Emosional-affektiv (Ünsiyyət)

seçimini izah etmək, təsvir etmək, şərh etmək, reaksiya vermək, təqdim etmək
3. Psixomotor

rəqs etmək, qaçmaq, yazmaq, rəsm çəkmək, yapmaq, quraşdırmaq

TƏLİM MƏQSƏDLƏRİNİN TAKSONOMİYASINA DAİR

* Təlim məqsədləri bilik, bacarıq, vərdiş və dəyərlərin formalaşmasını əks etdirir.
* Taksonomiya təlim məqsədlərinin həm iyerarxiyasını, həm də təsnifatını özündə birləşdirir.
Təlim məqsədlərinin taksonomiyası Benjamen Blum (ABŞ) tərəfindən 1956-ci ildə təklif olunmuşdu və 3
sahəni əhatə edirdi : koqnitiv (idraki), affektiv (emosional) və psixomotor məqsədlər.

* Blumun taksonomiyasının təkmilləşdirilmiş variantı L.Anderson və D.Krasvol (2001) tərəfindən hazırlanan taksonomiyasıdır

Comments are closed, but trackbacks and pingbacks are open.