Press "Enter" to skip to content

Sintaktik əlaqələr

İkinci təyini söz birləşməsinin birinci tərəfi həmişə III şəxsə olur, ona görə də ikinci tərəf III şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək birinci tərəflə uzlaşır:

Sintaktik əlaqələr

Söz birləşmələrini və cümlələri təşkil edən sözlər arasında iki cür əlaqə olur:

  1. Məna əlaqəsi
  2. Sintaktik əlaqə

Məsələn: Sara Xatun heyranlıqla ona baxırdı; heyranlıqla baxırdı; sözlərri bir-biri ilə həm mənaca həm də sintaktik cəhətdən əlaqəlidir. Bu sözlərin arasındaki sintaktik əlaqələri belə göstərmək olar:

Sözlər arasındaki sintaktik əlaqələr iki cür olur:

Tabesizlik əlaqələri

Tabesizlik əlaqələrində tərəflər bərabər hüquqlu olur. Tərəflərdən biri o birinə tabe olmur, o birini aydınlaşdırır. Məsələn: Qəssablar qoyunları kəstilər, soydular. Aşbazlar manqalları hazırladılar, qazanları hazırladılar. Bağımızda alma, armud, heyva, gilas ağacları var.
Tabesizlik əlaqəsi özünü cümlənin həmcins üzvləri arasında göstərir. Tərəflər ya sadalana intonasiya ilə, ya da tabesizlik bağlayıcıları ilə əlaqələnir. Məsələn: Su altındaki ağ balıqqulaqları və çınqılları adamın xoşuna gəlirdi. Qara, qırmızı, sarı çınqıllar.
Birinci cümlədəki bağlayıcısı, ikinci cümlədəki qara, qırmızı, sarı sözləri sadalama intonasiyası ilə əlaqələnmişdir.

Tabelilik əlaqələri

Tabəlilik əlaqəsində tərəflərdən biri o birindən asılı olur, o birini izah edir və aydınlaşdırır. Cümləni quran əsas əlaqə forması tabelilik əlaqəsidir.
Tabəlilik əlaqəsində tərəflərdən biri əsas, digəri asılı tərəf adlanir. Asılı tərəf əsas tərəfə tabe olur. Məsələn: Dəmir peç otağı bəkr qızdırırdı – cümləsini belə göstərmək olar:

Tabelilik əlaqəsinin üç növü var:

  1. Yanaşma əlaqəsi
  2. Uzlaşma əlaqəsi
  3. İdarə əlaqəsi

Yanaşma əlaqəsi

Asılı tərəfin heç bir şəiklçi qəbul etmədən əsas tərəfə yanaşıb ona mənaca bağlanmasına yanaşma əlaqəsi deyilir.
Yanaşma əlaqəsində əvvə asılı tərəf, sonra əsas tərəf işlənir. Uzlaşma əlaqəsində şəxs və şəkilçilərdən, idarə əlaqəsində hal şəkilçilərindən istifadə edildiyi halda, yanaşma əlaqəsinin heç bir şəkilçisi yoxdur. Yanaşma əlaqəsində bir söz heç bir sözdəyiş`dirici şəkilçiyə ehdiyac olmadan başqa bir sözə yanaşır və ona tabe olur. Məsələn: Qalın meşə sıx duman bürümüşdü – cümləsində qalın sözü meşə, sıx sözü duman sözünə yanaşır.

Uzlaşma əlaqəsi

Asılı tərəfin əsas şəxsə və kəmiyyətə görə uyğunlaşmasına uzlaşma əlaqəsi deyilir.
Uzlaşma əlaqəsi həm mübtəda ilə xəbər arasında, həm də ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında olur.
Mübtəda ilə xəbər arasında uzlaşmada mübtəda əsas, xəbər asılı tərəfdir. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəxsin şəkilçisini qəbul edir və onunla uzlaşır. Məsələn:
Mən böyüyürəm
Biz boy atırıq
Siz gəncləşirsiniz
Onlar işləyirlər

I və II şəxslərdə xəbər mübtəda ilə şəxsə və kəmiyyətə görə həmişə uzlaşır və uzlaşma pozulmur. III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşada bilir, uzlaşmaya da bilir. Məsələn: Qonaqlar gəldilər də deyilir, qonaqlar gəldi də deyilir.

İkinci təyini söz birləşməsinin birinci tərəfi həmişə III şəxsə olur, ona görə də ikinci tərəf III şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək birinci tərəflə uzlaşır:

Üçüncü növ təyini söz birləşməsinin birinci tərəfi hər üç şəxsdə ola bilir, ona görə də uzlaşma hər üç şəxsdə olur:

İkinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında ad uzlaşma olur. Məsələn: məktəb binası, sənin məqsədin tipli birləşmələrdə ikinci tərəf birinci tərəf ilə uzlaşır.

İdarə əlaqəsi

Əsas tərəfin tələbi ilə asılı tərəfi müəyyən düşməsinə idarə əlaqəsi deyilir.
İdarə əlaqəsi ismin halları ilə bağlıdır. Adlıq haldan başqa, qalan beş haldan olan sözlər idarə əlaqəsində asılı tərəf kimi çıxış edir. Məsələn:
Evin qapısı – təsirlik
Evi təmizləyən – çıxışlıq
Evə gələndə – yerlik – birləşmələrində evin, evi, evə sözləri asılı tərəf, qapısı, təmizləyən, gələndə sözləri əsas tərəf, idarə edən tərəfdir.
İdarə əlaqəsində əsas tərəf əksərən fellərdən ibarət olur. Lakin başqa nitq hissələri də əsas tərəf ola bilir. Məs: anaya hörhət, şagirdlərdən bir neçəsi birləşməsində hörmət, bir neçəsi sözləri əsas tərəf, anaya, şagirdlərdən sözləri asılı tərəfdir.

  • Teqlər:
  • sintaksis
  • , sintaktik əlaqə
  • , sintaktik elaqeler

Sintaktik əlaqələr

Azərbaycan dili dərsi

16. Sintaktik əlaqələr. Sözlər mə`na və sintaktik cəhətdən əla-qələnməsə, nə söz birləşməsi, nə də cümlə əmələ gələr. «Məktəb» və «getmək» sözlərinə diqqət edək. İndiki vəziyyətdə bu söz-lər arasında heç bir əlaqə yoxdur. Məktəb sözünə yönlük hal şəkil-çisi (-ə) əlavə edib getmək sözü ilə əlaqələndirsək məktəbə getmək birləşməsi alınacaqdır, getmək məsdərini də fe`lin təsriflənən forması ilə əvəz etsək, Məktəbə getdi cümləsi alınacaqdır.
Sözlər arasındakı bu cür əlaqə sintaktik əlaqə adlanır.
17. Sintaktik əlaqələrin növləri. Sintaktik əlaqələrin iki növü var:
1) Tabesizlik əlaqəsi. 2) Tabelilik əlaqəsi.
18. Tabesizlik əlaqəsi. Tabesizlik əlaqəsində olan sözlər ey-ni-hüquqlu sözlərdir. Bunlardan biri o birisinə tabe olmur, biri o birini aydınlaşdırmır, hər ikisi eyni qrammatik formada olur. Məs: Uşaqlar gülür, danışır və oynayırdılar.
Tabesizlik əlaqəsi özünü cümlədəki sözlər və tabesiz mü-rəkkəb cümlənin tərəfləri arasında göstərir. Bu əlaqə həm intonasiya, həm də tabesizlik bağlayıcıları ilə müəyyənləşir.
a) İntonasiya ilə: Düşəndə çovğuna, borana ceyran
b) Bağlayıcı ilə: Qocalar və cavanlar rəqs edirdilər.
19. Tabelilik əlaqəsi. Bu əlaqədə olan sözlərdən biri o birinə tabe olur. Tabelilik əlaqəsinin üç növü var:
1. Uzlaşma əlaqəsi. Tabe sözün şəxs və kəmiyyətə görə əsas sözlə uyğunlaşmasına uzlaşma deyilir. Məs: Mən şagirdəm, sənin kitabın, Həsən gəldi. Bu əlaqədə tərəflərin biri təkdirsə, o biri də tək, cəmdirsə, o biri də cəm olmalıdır.
Uzlaşma əlaqəsi həm mübtəda ilə xəbər, həm də ikinci və üçün-cü növ tə`yini söz birləşmələri arasında olur. Mübtəda ilə xə-bər arasında şəxsə görə uzlaşma heç vaxt pozulmur. Kəmiyyətə görə uzlaşma birinci və ikinci şəxslərin tək və cəmində, üçüncü şəxsin təkində həmişə olduğu halda (mən oxuyuram, biz oxuyuruq, sən oxuyursan, siz oxuyursunuz, o oxuyur), üçüncü şəxsin cə-mində həm ola, həm də olmaya bilər. Məs: Uşaqlar oxuyur (uzlaşmır), Uşaqlar oxuyurlar (uzlaşır).
İkinci növ tə`yini söz birləşməsinin ikinci tərəfi şəxs əvəzlik-ləri ilə ifadə oluna bilmədiyinə görə uzlaşma yalnız üçüncü şəxsə görə olur. Məs: Qız qalası, nar dənəsi, alma qurusu və s.
Üçüncü növ tə`yini söz birləşməsində isə uzlaşma hər üç şəx-sə görə olur. Məs: mənim kitabım, bizim kitabımız, sənin kitabın, sizin kitabınız, onun kitabı, onların kitabı (üçüncü şəxsdə cəmdə kəmiyyətə görə uzlaşma olmur).
2. İdarə əlaqəsi. Əsas sözün tələbi ilə tabe sözün ismin adlıq ha-lından çıxıb başqa hala düşməsinə uzlaşma deyilir. Məs: Leylək qışa qalmadı, Köçdü isti ellərə. Bu misalda idarə aşağıdakı qayda ilədir:
qışa———–qalmadı
ellərə————köçdü
Əsas (qalmadı,köçdü) sözlərin tələbi ilə tabe sözlər (qış, el-lər) ismin yönlük halına düşmüşdür.
İdarə əlaqəsində əsas söz (ikinci tərəf) çox vaxt fe`llə, asılı söz (birinci tərəf) isim və ya substantivləşmiş başqa nitq hissələri ilə işlənir. Bə`zən başqa nitq hissələri də ikinci tərəf, yə`ni əsas söz kimi çıxış edə bilirlər. Məs: yuxudan oyanmaq (isim-məsdər), dağ-lardan ağır (isim-sifət), böyüyə hörmət(isim-isim) və s.
3. Yanaşma əlaqəsi. Tabe sözün heç bir qrammatik şəkilçi qə-bul etmədən əsas sözə tabe olmasına yanaşma əlaqəsi deyilir. Məs: azad insan, yüksələn bayraq, durub baxmaq və s.
Yanaşma əlaqəsində olan sözlərdə, daha doğrusu birləşmə-lər-də birinci, yə`ni asılı tərəf heç bir şəkilçi qəbul etmədən ikinci, yə`ni asılı tərəfə tabe olaraq onu tə`yin edir.
Qeyd: Uzlaşma əlaqəsinin göstəriciləri şəxs sonluqları və mənsubiyyət şəkilçiləri, idarə əlaqəsinin göstəriciləri isə hal şəkilçiləridir. Yanaşma əlaqəsinin isə heç bir qrammatik göstəricisi yox-dur.

webmaster:CahidKaz ı mov

Используются технологии uCoz

Comments are closed, but trackbacks and pingbacks are open.