Mövzu: Kompüterlərin proqram təminatı (software)
Контекстное меню) aktiv obyektin üzərində
Sistem proqram təyinat və terkibi
70-ci illərin ilk fərdi kompüterləri 8-mərtəbəli idi və CP/M (Control Programm For Microcomputers) əməliyyat sistemində istifadə edirdilər.
DOS ailəsinin əməliyyat sistemləri . Bu ailənin ilk üzvü MS DOS (MicroSoft Disc Operating System) sistemidir. Bu əməliyyat sistemi birməsələli, mətn interfeyslidir, işləməsi üçün kiçik ölçülü (640 kBayt) əməli yaddaş tələb olunur. Fərdi kompüter resurslarına və ƏS-nə icazə olmadan müraciətdən mühafizə vasitələri yoxdur.
MS DOS əməliyyat sisteminin RD DOS (Digital Research), PC DOS (IBM) kimi modifikasiyaları mövcuddur.
OS/2 ailəsinin əməliyyat sistemləri . OS/2 (operating system/2) ikinci nəsil, çoxməsələli, IBM PC ilə uyuşan, 32-mərtəbəli, qrafiki interfeysli əməliyyat sistemidir. OS/2 bir neçə tətbiqi proqramın paralel işini təmin edir və bu zaman işləyən proqramları bir-birindən, əməliyyat sistemini isə işləyən proqramlardan mühafizə edir. ƏS-də proqramların yazılmasında API (Application Programming Interface) – tətbiqi proqramlar interfeysində yerləşən hazır proqram modullarından istifadəyə imkan verir. OS/2 əməliyyat sistemi DOS fayl sistemi ilə uyuşur. OS/2-nin aşağıdakı modifikasiyaları mövcuddur:
§ OS/2 Warp 3.0 – yaddaşdan istifadə və qrafiki imkanları təkmilləşdirilmiş
§ OS/2 Warp Connect – şəbəkə imkanları təkmilləşdirilmiş
§ OS/2 Warp Server – serverli ƏS-də iş üçün nəzərdə tutulmuş
OS/2 az sayda tətbiqi proqramlara malikdir.
UNIX ailəsinin əməliyyat sistemləri . UNIX – 32-mərtəbəli, çoxməsələli, çoxistifadəçili əməliyyat sistemləri ailəsidir. UNIX müxtəlif kompüterlərdə istifadə oluna bilər. UNİX aşağıdakı imkanlara malikdir:
ü Paylanmış verilənlər bazasına müraciət
ü Lokal şəbəkədə işləmək
ü Uzaq məsafədə əlaqə və modemdən istifadə etməklə internetə çıxış
ü MS DOS və Windows üçün geniş yayılmış bir çox tətbiqi proqramlar UNİX-də istifadə oluna bilir.
ü UNIX-in fayl sistemi faylları icazəsiz müraciətdən mühafizə edir.
Bu ailədən olan müxtəlif versiyaların öz adı vardır. UNIX Ware-nin server əməliyyat sistemlərindən olan FreeBSD, NetBSD və OpenBSD-dən geniş istifadə olunur.
AT&T-də yaradılan Solaris, HP-UX və IRIX, BSD-də yaradılan SunOS, DEC korporasiyasının OSF və BSD/OS əməliyyat sistemləri UNIX-in pulsuz paylanan versiyalarıdır.
Linux Finlandiyanın Helsinki Universitetinin tələbəsi Linus Torvalds tərəfindən yaradılmış, çoxməsələli və çoxistifadəçili əməliyyat sistemidir. İlk versiya Minix adlanmaqla 1991-ci ilin avqustunda yaradılıb. Oktyabrda isə Linux 0.02 versiyasının yaradıldığı rəsmən elan olundu.
ü Linux MS DOS, OS/2 və Windows ƏS-ri ilə uyuşur.
ü Linux şəbəkə ilə işi təmin etmək üçün TCP/IP protokollarına malikdir.
ü Mümkün yaddaşın həcmini artırmaq üçün Linux diskin səhifələrə bölünməsini həyata keçirir. Sistemə fiziki yaddaşdan daha çox yaddaş tələb olunarsa swaping-in köməyi ilə qeyri aktiv səhifəni diskə yerləşdirir.
ü Linux əməliyyat sistemi UNIX mühitində proqramlaşdırmanı tam təmin edir.
Mac OS (Macintosh Operating System) – Macintosh fərdi kompüterləri üçün nəzərdə tutulmuş əməliyyat sistemidir. Macintosh fərdi kompüterləri və Mac OS Apple Computer Inc. şirkətinin məhsuludur. Macintoshun istehsalına 1984-cü ildə başlanılmışdır. Apple şirkətinin Lisa, Apple II, Apple III kimi sistemləri olsa da 1986-cı ildən bütün məhsullar Macintosh adı altında toplanmışdır. Macintosh-un PowerPC arxitekturasını istifadə etdiyi 1994-2005-ci illəri arası onu x86 sinifli kompüterlərdən ayıran əsas xüsusiyyəti RISC (Reduced Instruction Set Computer) olmuşdur.
Mac OS əməliyyat sistemi öz aralarında Mac OS Classic və Mac OS X kimi iki qrupa ayrılırlar. 2009-cu ilin avqust ayında Mac OS X əməliyyat sisteminin Snow Leopard adlı versiyası buraxılmışdır. Bu versiya yalnız Intel prosessorlu kompüterlərdə işləyə bilir. Əvvəlki versiyalar isə Motorola prosessorlu kompüterlər üçün nəzərdə tutulmuşdu. Mac OS X Snow Leopard asan quraşdırılması, yüksək sürətlə işləməsi və istifadəsi sadə olan menyusu ilə digər əməliyyat sistemlərindən fərqlənir.
Windows ailəsinin əməliyyat sistemləri – Microsoft firması tərəfindən hazırlanmışdır, çoxməsələli və rahat qrafiki interfeysi olan əməliyyat sistemidir.
Windows 95/98 qismən 16 və 32-mərtəbəli əməliyyat sistemləridir. Əsas idarəetmə vasitəsi qrafiki manipulyator (mouse) və klaviaturadır. Bu əməliyyat sisteminin əsas təyinatı avtonom kompüterləri və lokal kompüter şəbəkələrini idarə etməkdir, lakin qlobal şəbəkəyə inteqrasiya üçün vasitələri də var.
Windows NT (New Technology) 32-mərtəbəli şəbəkə əməliyyat sistemidir. İki modifikasiyası mövcuddur: Windows NT Server və Windows NT Workstation. Windows NT Server – əsasən şəbəkə resurslarının idarə olunması üçündür. Bu sistem bir serverə eyni vaxtda 256 terminalın qoşulmasını və bir neçə serverin şəbəkə xidmətinə ümumi müraciətini təmin edir. Windows NT Workstation lokal kompüterlərdə və işçi stansiyalarda işləmək üçün nəzərdə tutulub. MSDOS və 16-mərtəbəli Windows proqramlarının bəziləri ilə uyğunluq təşkil etmir.
Windows 2000 Windows NT texnologiyası əsasında yaradılıb, çoxməqsədli (multipurpose) əməliyyat sistemi olmaqla birsəviyyəli və kliyent-serverli şəbəkələri dəstəkləyir. Bu ƏS 2 prosessoru dəstəkləyir. Windows 2000 ailəsi 4 proqram məhsulundan təşkil olunub.
§ Microsoft Windows 2000 Professional – etibarlı, yüksək keyfiyyətli, universal, çoxaxınlı oolmaqla internet istifadəçilərinin tələblərini nəzərə alan, qrafiki istifadəçi interfeysi olan, çoxməsələli, 32-mərtəbəli ƏS-dir. Bu əməliyyat sistemi Windows NT 4.0 Workstation-ın yeni versiyası olub, Windows 98-in ən yaxşı imkanlarına malikdir:
ü ƏS-nin işi stabildir və idarəsi rahatdır
ü NTFS 5 fayl sistemi əvvəlkilərə nisbətən yüksək dərəcədə mühafizə olunub
ü ƏS-nin yeni texnologiya və yeni aparat qurğuları (USB, İEEE1394, AGP və s.) ilə işi təmin olunub.
§ MS Windows 2000 Server – 4 prosessor və əməli yaddaşın həcmi 4 GB-a qədər nəzərdə tutulan çoxməsələli şəbəkə ƏS-dir.
§ MS Windows 2000 Advanced Server – 8-ə kimi prosessorla işləyə bilən və ikitərəfli klasterizasiyaya malik server ƏS-dir. Bu ƏS klasterli sistemlər yaratmağa və böyük verilənlər bazasının quraşdırılmasının effektiv həllinə imkan verir. Ümumiyyətlə, bu sistem Web və biznes tətbiqi proqramları üçün nəzərdə tutulub.
§ MS Windows 2000 Datacenter Server – yüksək etibarlılıq tələblərinə cavab verən və əlavə olaraq klasterləşmə imkanı olan, 16-dan 32-yə qədər prosessorla işləməsi nəzərdə tutulan ƏS-dir. Bu ƏS böyük massivlər üçün nəzərdə tutulub.
MS Windows XP (eXPerience) 2001-ci ildə yaradılıb. Windows XP Server, Windows XP Professional və Windows XP Home versiyaları mövcuddur. Bu ƏS-də ən böyük yenilik ƏS-nin özündə CD-R və CD-RW disklərində yazmağı dəstəkləməsidir.
MS Windows Server 2003 2003-cü ilin yayında yaradıldı. Dörd versiyası mövcuddur.
§ MS Windows Server 2003 Standard Edition – kiçik biznes müəssisələri üçün nəzərdə tutulub:
ü Fayl və printerlərdən birlikdə istifadəni dəstəkləyir
ü İnternetə təhlükəsiz qoşulmanı təmin edir
§ MS Windows Server 2003 Enterprise Edition – istənilən iri həcmli müəssisənin tələblərini ödəyir:
ü 8 prosessoru dəstəkləyən tam server ƏS
ü İntel İtanium prosessor bazalı kompüterləri dəstəkləmə
ü 32 GB yaddaş dəstəyi
ü 8 prosessor və 64 GB yaddaşı dəstəkləyən 64-mərtəbəli platformalarda işləmə
§ MS Windows Server 2003 Datacenter Edition – biznes TPP üçün nəzərdə tutulub:
ü 32-axınlı SMP multiprosessorlu emalı dəstəkləmə
ü 64 GB əməli yaddaşı dəstəkləmə
ü 32 prosessor və 128 GB yaddaşı dəstəkləyən 64-mərtəbəli platformalarda işləmə
§ MS W indows Server 2003 Web Edition – Web server kimi istifadə üçün nəzərdə tutulub:
ü Veb-tətbiqi proqramları, veb-səhifələr və XML veb-xidmətləri
Windows Vista 2007-ci ildə yaradılmış Əməliyyat sistemidir. Onun Home və Business adlı kateqoriyaları fərqləndirilir ki, onlara da aşağıdakı versiyalarda təqdim olunmuşdur:
§ Windows Starter – çox güclü olmayan kompüterə malik olan yeni başlayan istifadəçilər üçündür. Eyni vaxtda yalnız üç proqramın yüklənməsini dəstəkləyir. İmkanları məhduddur.
§ Windows Vista Home Basic – ev fərdi kompüterləri üçün nəzərdə tutulmuş sadə versiyadır. Starter kimi bu versiya da AERO interfeysini dəstəkləmir.
§ Windows Vista Home Premium – əyləncənin bütün vasitələrinə və istifadəçinin fərdi iş vasitələrinə müraciəti təmin edir.
§ Windows Vista Business – böyük və kiçik biznes şirkətləri üçün güclü, etibarlı və təhlükəsiz bir versiyadır. Windows Vista Business kompüterlərin domenə qoşulmasını təşkil etməyə və sistemin məhsuldarlığına geniş nəzarəti həyata keçirir, həmçinin şifrlənmiş fayl sistemi (Encrypted File System) texnologiyası ilə təmin olunub. Planşet fərdi kompüterlərin funksiyasını dəstəkləyir.
§ Windows Vista Enterprise – böyük müəssisə və şirkətlərin rahat işi üçün optimallaşdırılmış və Windows Vista Business-in təkmilləşdirilmiş versiyasıdır. Bu versiya çoxdilli istifadəçi interfeysinə (MUI) və təhlükəsiz işin təşkilinin texnologiyasına malikdir.
§ Windows Vista Ultimate – istifadəçinin fərdi işi üçün optimallaşdırılmış müasir kompüterlər üçün ən yaxşı ƏS-dir. Bu versiya Windows Vista Premium və Windows Vista Business-in ən yaxşı keyfiyyətlərini və multimedialarla iş üçün genişləndirilmiş imkanları özündə saxlayır.
Real vaxt ƏS-nin (RVƏS) ailəsi . Real vaxt terminini geniş mənada, informasiya emalı sistemlərində cavabın gecikməsinin təyin olunmuş vaxtı aşdıqda tətbiq etmək olar.
RVƏS-də müəyyən olunmuş vaxt ərzində sistemin reaksiyasına zəmanət verilir. RVƏS neft və qazın çıxarılması və nəqlinin avtomatlaşdırılmasında, metallurgiya və maşınqayırmadakı texnoloji proseslərin, su təchizatının, energetikanın və robotların idarə olunmasında, bank işində tətbiq olunur. İBM PC-lərdə ən çox istifadə olunan RVƏS-ri aşağıdakılardır:
QNX instrumental vasitələrinə görə ən sərfəli RVƏS-dir. QNX 32-mərtəbəlidir.
Mövzu: Kompüterlərin proqram təminatı (software)
Windows obyektlərinin və idarəetmə elementlərinin əks olunduğu qrafik mühitdir.
İş masası elementlərindən bəziləri:
▪ standart elementlər (My computer – Мой
компьютер, Recycle Bin – Корзина, My
Network – Мое сетевое окружение);
▪ istifadəçi tərəfindən yaradılmış elementlər
(utilitlər, proqramlar, yarlıklar);
▪ Start – Пуск düyməsi, tez yükləmə paneli,
Task Bar – Панель задач və s.
Start düyməsinin Windows-un standart, xidməti və əlavə yüklənmiş proqramlarının
siyahısı (All proqrams – Все программы), istifadəçi sənədlərinin qovluğu (My
documents – Мои документы), quraşdırılmış texniki və proqram resurslarının idarə
edilməsi üçün idarəetmə paneli (Control panel – Панель управления), şəbəkəyə
qoşulma (My Networks – Сетевое окружение), fayl və ya qovluqların axtarışı üçün
(Search – Поиск), sistemdə işləmək üçün sorğu məlumatı (Help – Справка),
kompüterin yenidən yüklənməsi (Restart – Перезагрузка), işin sona çatdırılması
üçün (Shut down – Выключение) bəndləri və s.verilmişdir.
Start – Пуск Windows-un əsas düyməsi – ƏS-də yerinə yetiriləcək obyektlərin
My computer (Мой компьютер) qovluğunun
tərkibində disk qurğularının və idarəetmə
panelinin nişanları yerləşir.
Контекстное меню) aktiv obyektin üzərində
mausun sağ düyməsini sıxmaqla həmin obyektə
aid olan əmrlərin ekranda açılan menyusudur.
Windows ƏS-nin əsas vasitələrindən biri idarəetmə paneli (Control Panel – Панель
управления) qovluğudur. Burada kompüterin sazlanmasını yerinə yetirən dialoq
pəncərələrinin nişanları yerləşir. Ümumiyyətlə, Windows ƏS-nin idarəetmə panelində 8
kateqoriyaya bölünmüş sazlanmalar vardır :
1.Sistem və təhlükəsizlik.
2.Şəbəkə və İnternet.
3.Qurğular və səs.
5.İstifadəçilərin uçotu və təhlükəsizliyi.
6.Tərtibat və fərdiləşdirilmə.
7.Saat, dil və region.
Bələdçi proqramı.
ƏS-nin standart proqramları siyahısına daxil olan proqramlardan
biri bələdçi proqramıdır (Windows Explorer – Проводник) (şək.3.18). Start (Пуск) üzərində
sağ düymə basılaraq açılan menyudan bələdçi proqramı seçilir. Fayl sistemini ağacvari
strukturda (iyerarxik) əks etdirən bu proqram vasitəsilə kompüterdə saxlanılan bütün qovluq və
faylları nəzərdən keçirmək, yerlərini və adlarını dəyişmək, silmək və s. mümkündür. Windows
Explorer (Проводник) proqramının istifadəsi qurğular və fayllarla işi asanlaşdırır.
MS OFFİCE tətbiqi paket proqramlarıdır. Bunlara aiddir:
MS WORD, MS EXCEL, MS POWER POINT, MS ACCESS.
MS Word proqramının interfeysi
MS WORD MS OFFICE proqramlarından biridir və sənədləri yaratmaq, redaktə
ibarətdir: 1 -əlavələr (Tabs – Вкладка), 2 –
əmrlər qrupu (Tab Group – Группа команд), 3 –
əmr düymələri (Tab Selector Button – Кнопка
команды), 4 – qruplaşdırma düymələri (Dialog
Box Launcher – Кнопка группы).
Yeni sənəd yaratmaq üçün File (Файл)
menyusunun New (Создать) əmri yerinə yetirilir
Mətn üçün New Document (Новый документ)
şablonu seçilə bilər. Həmçinin, digər növ
sənədlərin yaradılması üçün proqramda təklif
edilən uyğun şablonlardan da istifadə etmək olar.
Mövcud sənədlə işləmək üçün Open (Открыть)
əmri yerinə yetirlir.
Word sənədi. Faylın formatı Office Word 2010 (2007, 2013)
versiyalarında (.docx) kimi verilir.
Word şablonu. Yeni şablonda faylların yaranması üçün
istifadə edilir (.dotx).
versiyalarında istifadə olunan faylların formatıdır.
PDF və ya XPS formatları. Oxuma rejimində olan sənədlər
üçün istifadə edilir. Bu format (PDF/XPS) sənədinin
maketini yadda saxlayır.
Faylın tipi üçün həmçinin digər formatlardan da istifadə etmək
Web Page (Веб-страница) tipi html formatında faylların yadda
saxlanması, adi mətn (Plain Text – Обычный текст) isə .txt
formatında faylların yadda saxlanması üçündır.
MS Excel elektron cədvəli MS Office proqramlarından biridir. MS Excel müxtəlif
hesablamaları, o cümlədən riyazi, maliyyə, statistik və s. funksiyaları effektiv yerinə
yetirmək, verilənləri nizamlamaq, cədvəl şəklində tərtib etmək, təhlil və qrafik təsvir
etmək üçün nəzərdə tutulmuşdur.
Power Point MS OFFİCE proqramlar paketindən biridir. Power Point proqramı
prezentasiyaların hazırlanması və slaydların nümayişində istifadə olunur.
Tibbdə kompüterlərin tətbiqi:
– Tibbi informasiya sistemləri;
– Registratura (xəstənin elektron kartı);
– Tibbi ekspert sistemləri;
– Sübuta yetirilmiş tibb və s.
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.