Press "Enter" to skip to content

Azərbaycan Ordusunda təlimlər keçiriləcək

Qandinin bütün şüurlu həyatı Hindistanın milli azadlıq hərəkatı ilə bağlıdır. Onun milyonlarla adamı antiimperialist mübarizəyə cəlb etmək, Hind Milli Konqres partiyasının kütləvi təşkilata çevirmək, yeni mübarizə üsullarını hazırlamaq sahəsindəki xidmətləri böyükdür. Xalqın vahid cəbhəsini yaratmaq üçün Qandi yorulmadan çalışırdı.

Şahin Musavi`nin Blogu

Sosial – siyasi təlimlər tarixindən məşhur filosofların sosial -siyasi, hüquqi görüşləri

1. TOMAS PEYNİN SİYASİ – HÜQUQİ GÖRÜŞLƏRİ.

İstiqlaliyyət müharibəsi dövründə Tomas Peyn radikal siyasi-hüquqi ideyalar ilə çıxış edirdi.

“Sağlam düşüncə” pamfletində Peyn insanın təbiətən azad və bərabər hüquqlu olması ideyasını müdafiə edirdi. O, göstərirdi ki, İngiltərə onları kölə vəziyyətində saxlayır, ameri kalılar zorakılıga cavab vermək hüququna malikdirlər; onlar İngiltərə kralının hakimiyyətini inqilabi müharibə yolu ilə məhv etməlidir.Peynin monarxiyanı tənqidi, xalqın azadlıq müharibəsinə qalxmaq hüququ ideyası da İstiqlal Bəyannaməsində öz əksini tapmışdır.

Peyn göstərdi ki,təbii hüquq əsasında insanların anadangəlmə hüquqlarına zidd olmayan vətəndaş hüququ yaradılır.O da xalqın suverenliyi ideyasını müdafiə edir.Hakimiyyətin qaynağı xalqın özüdür. Qanunverici hakimiyyətin xalq tərəfindən yaradılması onun təbii, alınmaz hüququdur.

Peyn cəmiyyət və dövləti bir – birindən fərqləndirir.Dövlət cəmiyyətin məhsuludur. Onlar həm mənşələrinə , həm də vəzifələrinə görə fərqlənirlər. Əgər insanlar qüsursuz olsaydılar və qarşılıqlı münasibətlərini ədalətlə qura bilsəydilər , onda hökumət heç lazım olmazdı. Hökumətin vəzifəsi və məqsədi xalqın təhlükəsizliyini və azadlıgını təmin etməkdir.Odur ki, ən yaxşı idarə formasını müəyyənləşdirən şərt onların hansının xalqın təhlükəsizliyini , hüquq və azadlıgını daha yaxşı tə”min etməsidir.Monarxiya belə dövlət formasına aid ola bilməz. Monarxiya hakimiyyətin meydana gəlməsini Peyn zorakılıq və qəsbkarlıq (uzurpasiya) ilə əlaqələndirirdi.Heç kimin başqaları qarşısında anadangəlmə hüquq üstünlüyü ola bilməz.

Peynin siyasi idealı ümumi seçki hüququ , geniş və bərabər nümayəndəli orqanları olan , xüsusi mülküyyət saxlanılan demokratik respublikadır.

2.UTOPİK SOSİALİSTLƏRİN SOSİAL – SİYASİ GÖRÜŞLƏRİ

X1X əsrin əvvəllərində meydana gəlmiş utopik sosializm bir qədər sonra Marks və Engelsin yaratdıkları “elmi kommunizm” in nəzəri mənbələrindən biri kimi düşmən siniflərin mövcud olduğu, insanın insan tərəfindən istismar olundugu cəmiyyəti ləgv etməyi tələb edən, kapitalizm dövründə yüksək inkişaf etmiş sənaye, texnika, elm, mədəniyyət, demokratiyaya əsaslanaraq yeni cəmiyyət qurmağın zəruriliyini göstərən baxışların toplusudur.Yeni yaranacaq ədalətli cəmiyyətdə nəinki formal hüquqi, hətta tam sosial bərabərlik bərqərar olacaq, burada istismar tamamilə aradan götürüləcək, ümumiyyətlə ictimai bərabərsizliyin bütün formaları ləgv olünacaq.

Göstərilən dövrin utopik sosialistləri eyni zamanda siyasi inqilaba qarşı kəskin çıxış edirdilər, öz məqsədlərinə dinc, qeyri-zorakı üsullar ilə nail olmaq istəyirdilər.Maarifçilər kimi onlar da hər hansı bir sinfi deyil, bütün bəşəriyyəti azad etmək istəyirdilər.

Marks və Engelsin yaratdığı “elmi kommunizm” üçün utopik sosialistlərin aşağıdakı ideyaları ilkin material rolu oyamışdır: ictimai qanunauyğunluqlar və ictimai prosesin ziddiyyətli olması, tarixi tərəqqi, əmək tərbiyəsi, planlı təsərrüfat, əqli və fiziki əmək arasındakı,şəhərlə kənd arasındakı ziddiyyətlərin aradan götürülməsi, yeni cəmiyyətin texniki bazası olan maşın sənayesi haqqında ideyalar.

Fransız sosialisti Sen-Simonun sosial- siyasi görüşlərinin əsasını onun özünün yaratdığı tarixi proses konsepsiyası təşkil edir.O, hesab edirdi ki, insan cəmiyyəti qanunauyğun surətdə yüksələn xətt ilə inkişaf edir, bir mərhələdən başqa mərhələyə keçərək irəliyə, özünün “qizil əsrinə” doğru gedir.Teoleji mərhələni (antik və feodalizm dövrləri) əvəz edir.Nəhayət ən yüksək “pozitiv mərhələ” başlayır.Birinci mərhələdə ruhanilər və feodallar, ikinci mərhələdə hüquqşünaslar və metafiziklər (filosoflar) hökmranlıq edirlər; üçünçü pozitiv (müsbət) mərhələdə cəmiyyətə alimlər və sənayeçilər rəhbərlik etməlidirlər. Sen-Simonun dediyinə görə cəmiyyəti yenidən qurmaq işində xalq bilavasitə iştirak etməməlidir.

3.DEKABİRİSTLƏRİN SOSİAL-SİYASİ GÖRÜŞLƏRİ

Bütün dekabiristləri birləşdirən on cəhət onların hamısının öz dövrünü keçmiş təhkımçilik hüququnu ləğv etmək, mütləqiyyət desotizmini dağıtmaq,cəmiyyətin zümrələrə bölünməsinə son qoymaq arzusu idi. Onlar vətəndaşlara “azadlığın bütün nemətlərin”gətirə biləcək sosial-siyasi quruluş yaratmaq istəyirdilər.Zadəgan mühitinin yetişdirməsi olan dekabiristlərin əksəriyyəti bu məqsədi geniş xalq kütlələrinin fəal iştirakı olmadan hərbi çevriliş yolu ilə çatmağa inanırdılar.

Dekabiristlərin ilk təşkilatı olan “Qurtuluş ittifaqı” nın yerinə gələn “Rifah ittifaqı”nda bir-birindən fərqlənən üç qrup yaranmışdır: 1.Liberal əhvali-ruhiyyəli üzvlər(Butsev,Qlinka və b.) təhkimçilik hüququna və hakimiyyətin özbaşınalığına qarşı çıxış edir, yuxaridan keçirilən islahatlar yolu ilə hüquq qaydalarını yaxşılaşdırmaq və maarifi inkişaf etdirməyə çalışırdılar. İkinci qrup (N.Muravyov, Turbetskoy və b.) radikal tələblər irəli sürürdülər: zorakılığın yolu ilə təhkimçiliyi ləğv etmək və mütləqiyyəti məhdudlaşdırmaq. Üçüncü qrup (Pestel, Murovyov-Apostol və b.) əqidəli respublikaçı olmaqla qəti mübarizə üsullarını irəli sürürdülər.

1821-ci ildə “Rifah ittifaqı” buraxılandan sonra iki müstəqil cəmiyyət yaradılır – Cənub və Şimal cəmiyyətləri. Beləliklə, iki proqram irəli sürüldü. Şimal cəmiyyətinin proqramında kəndliləri torpaq vermədən azad etmək və konstitusiyalı monarxiya qurmaq elan edilirdi. Cənub cəmiyyətləri respublika quruluşunu müdafiə edir, zümrə imtiyazlarını ləğv etmək, ümumi bərabər seçki hüququ yaratmaq, kəndlilərə torpaq sahəsi verməklə onları təhkimçilikdən azad etmək planları irəli sürürdü

4. H. SPENSERİN SOSİAL-SİYASİ GÖRÜŞLƏRİ

İngilis alimi Herbert Spenserin pozitiv fəlsəfəsinin əsas məqsədlərindən biri inam ilə biliyi, elm ilə dini barışdırmaqdır. Onun fikrincə fəlsəfə bütöv, birləşmiş bilikdir, ali nəzəri sintezdir. Sosiologiyanın vəzifəsi isə strukturlar onların funksiyaları və məhsulları arasındakı qarşılıqlı əlaqələrini, onların bir tam halında götürülüb tədqiq edilməsidir.

Hərəkətin daimiliyi prinsipindən çıxış edən Spenser özünün əsas qanununu – təkamül qanununu əsaslandırırdı. Təkamüldə o üç cəhəti qeyd edirdi: 1) sadədən mürəkkəbə keçid (inteqrasiya); 2) yekcins vəziyyətdən müxtəlifliyə keçid (differensiasiya); 3) qeyri-müəyyənlikdən müəyyənliyə keçid.

Təkamül ideyasını Spenser biologiya, psixologiya, sosiologiya və etika sahəsində də tətbiq edirdi. O, hesab edirdi ki, həyat özünün ali, daha mürəkkəb psixoloji və sosial təzahürlərində son nəticədə bioloji qanunlarla idarə edilir.

Spenser sosial təkamülün istiqamətləri və perspektivlərindən danışarkən iki tip cəmiyyət olduğunu göstərirdi: 1) hərbi quruluş; burada despotizm hökm sürür, fərd ümumi icmaya və yaxud dövlət hakimiyyətinə tabe olur, 2) sənaye quruluşu; burada dövlət hakimiyyətinin hüquqları minimuma endirilir, fərdin azadlığı və sərbəst fəaliyyəti təmin edilir. Belə sistemdə şəxsiyyət ilk başlanğıc, dövlət isə törəmə vasitədir.

5. MOHANDAS KARAMÇAND QANDİNİN SİYASİ GÖRÜŞLƏRİ

Qandinin bütün şüurlu həyatı Hindistanın milli azadlıq hərəkatı ilə bağlıdır. Onun milyonlarla adamı antiimperialist mübarizəyə cəlb etmək, Hind Milli Konqres partiyasının kütləvi təşkilata çevirmək, yeni mübarizə üsullarını hazırlamaq sahəsindəki xidmətləri böyükdür. Xalqın vahid cəbhəsini yaratmaq üçün Qandi yorulmadan çalışırdı.

Qandi “onu din siyasətçi edib” deməyi sevirdi. Onun bütün siyasi həyatı dua etmək, dini ayinlər, pəhriz saxlamaq və s. ilə dolu olmuşdur.

Qandinin əxlaq konsepsiyası bütövlükdə insanın mənəvi kamilliyinə nail olmaq yollarını və üsullarını axtarmaq işinə xidmət etməyə yönəlmişdir. Məhəbbət və mərhəmət bütün insan münasibətlərinin əsasını təşkil edir, nifrət isə tamamilə həyatdanx aric edilməlidir.

Qandi qərb sivilizasiyasını kəskin şəkildə tənqid edirdi. Bu tənqid milli azadlıq ideyaları ilə müşayiət edilir. O, imperializmi “Qərb dünyasının ən ağır günahı” hesab edirdi. Qandi göstəriridi ki, sivilizasiya şəxsiyyətin əxlaqi inkişafına nə dərəcədə kömək etməsi və ya mane olması ilə qiymətləndirilməlidir.

Qandi cəmiyyəti yenidən dəyişmək yollarını seçərkən ali siniflər ilə zəhmətkeşlər arasında əmək bölgüsü və ali özünün hazırladığı konsepsiyaya əsaslanırdı. O, hesab edirdi ki, istismarı aradan götürməyin ən yaxşı yolu varlıqları tərbiyə etmək və mənəvi cəhətdən saflaşdırmaqdır.

Hindistanın gələcəyini Qandi kənd icmalarının federasiyasında görürdü. Hər kənd ayrılıqda bir respublikadır və işlərini tamamilə sərbəst apara bilər. Qandinin utopik sxeminə görə “kənd respublikaları” – nın müstəqilliyi heç də onların qarşılıqlı köməyini və qarşılıqlı asılılığını istisna etmir, lakin bu münasibətlər könüllülük əsasında həyata keçirilir.

Hakimiyyətin bölünməsi prinsipindən Qandi yalnız hakimiyyətin aşağı mərhələsində – “kədn respublikalarında” yəni birbaşa demokratiyanın mümkün olduğu yerdə imtina edirdi. Lakin hakimiyyətin daha yüksək pilləsində o, hakimiyyətin bölünməsini daha ardıcıl həyata keçirməyi tələb edirdi. Qanunverici təşkilat icra orqanı ilə əvəz olunmamalıdır. İcra hakimiyyəti üzərində çox ciddi nəzarət olmalıdır.

6.ƏLİ ŞƏRİƏTİNİN SOSİAL-SİYASİ GÖRÜŞLƏRİ

Əli Şəriəti 60-70-cı illərdə İranda geniş maarifçilik fəaliyyəti ilə məşğul olmuş, ziyalılar, gənclər arasında, ümumiyyətlə bütün ölkədə böyük əks-səda doğuran fikirlərlə çıxış etmişdir.

Ə.Şəriətinin maraq dairəsi çox genişdir. Qərb və Şərqin sosial-siyasi və fəlsəfi fikri, islamşünaslıq və s. məsələlər.

Ə.Şəriəti bərabərlik, ədalət, insanpərvərlik ideallarını əsaslandırmaq üçün şiəlik təlimindən istifadə etməyi lazım bilirdi. Onun fikrincə, dinin inkşafı ilk növbədə bütün hümanitar elmlərin tərəqqisi ilə sıx əlaqədədir.

Ə.Şəriəti inanırdı ki, islamın əsasında ümumi bərabərlik ideyası durduğu üçün bəşəriyyəti o xilas edə bilər. İslamın təkallahlıq ideyası bütün dünya xalqlarının birləşdirmək üçün kifayətdir.

şəxsiyyət ilk başlanğıc, dövlət isə törəmə vasitədir.

Azərbaycan Ordusunda təlimlər keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçiriləcək.

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

Comments are closed, but trackbacks and pingbacks are open.